Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-106/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi:Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 66.2, 66.5ci maddələri ilə təqsirli bilinib, 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Sumqayıt şəhəri, 17-ci mkr, ev 65, mənzil 54-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 (dörd) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 0,108 qram, 0,125 qram, 0,102 qram, 0,113 qram, ümumi təmiz çəkisi 0,448 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, həmin heroindən 0,113 qram çəkidə olan 1 (bir) ədəd bükümünü xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində, Sumqayıt şəhəri Corat qəsəbəsində Şahid1 6 (altı) manat pul müqabilində satmış, xx.xx.2021-ci il tarixdə, saat 22:55-də Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən qəsəbə icra nümayəndəliyinin qarşısında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq 1-ci polis bölməsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 0,108 qram, 0,125 qram, 0,102 qram, ümumi təmiz çəkisi 0,335 qram narkotik vasitə olan heroinlər aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək, göstərdi ki, onun üzərində heç bir narkotik vasitə olmamışdır və Vəli adlı şəxsə də narkotik vasitə satmamışdır. O, narkotik vasitələrdən istifadə edir. Ona görə də o, polis əməkdaşları tərəfindən saxlanılarkən döyülmüş, ona qarşı zor tətbiq edilmiş və qeyd edilən narkotik vasitələr onun qarşısına qoyularaq etiraf etməyəcəyi təqdirdə daha ağır maddə ilə təqsirləndiriləcəyi bildirilmişdir. Ona görə də o, məcbur olub ilkin istintaq dövründə etiraf edici ifadə vermişdir. Qeyd olunanların nəzərə alınaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 15 ildən çoxdur ki, narkotik vasitə qəbul etmiş, buna görə də onda asılılıq yaranmışdır. Narkotik vasitə tapdıqda və ya tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində şəxsi işi ilə əlaqədar olaraq yaşadığı evdən tək çıxaraq tanımadığı taksi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmiş, Corat qəsəbəsində olduğu zaman xarici görünüşündən narkotik vasitə istifadəçisinə, yəni narkomana oxşatdığı bir nəfər şəxslə təsadüfən tanış olmuşdur. Həmin şəxslə söhbət edən zaman onun həm narkotik vasitə istifadəçisi, həm də satıcısı olduğunu bilmişdir. Özündə narkotik vasitə olmadığından həmin şəxsdən narkotik vasitə almaq qərarına gəlmişdir. Ona görə də həmin şəxsdən onda narkotik vasitə olub-olmadığını soruşmuş, həmin şəxs də üzərində 4 ədəd bükümdə narkotik vasitə heroin olduğunu və həmin bükümləri ona 20 manata sata biləcəyini demişdir. O, da həmin şəxslə razılaşıb ona 20 manat pul verərək həmin şəxsdən 4 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini alaraq şalvarının sağ yan cibinə qoymuşdur. Sonra isə həmin şəxslə sağollaşıb oradan uzaqlaşmış, yolda təsadüfən əvvəllər tanıdığı Şahid1 ilə rastlaşmışdır. Vəli ilə söhbət edən zaman sonuncu onda narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da Vəliyə üzərində heroin olduğunu demişdir. Sonra isə Vəli ona ağrılarının olduğunu deyib ona da heroin verməsini istəmişdir. O da Vəlini uzun müddətdir tanıdığından üzərində olan 4 ədəd bükümdə narkotik vasitə heroinin bir bükümünü təmənnasız olaraq Vəliyə vermişdir. Sonra isə Vəli ilə orada dayanıb söhbət etdikləri vaxt bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. Olar da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 1-ci polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılması başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etsin. O, da şalvarının cibinə qoyduğu 3 ədəd bükümdə narkotik vasitə olan heroini, eləcədə 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq olmaqla 6 manat pulu çıxararaq təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açılaraq baxıldıqdan sonra tərəzidə çəkilmiş, sonra isə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O da həmin zərfin üzərinə və protokola imza etmişdir. Narkotik vasitə olan heroini xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Lakin sonradan Vəli ilə qarşılaşmış və sonuncu ondan narkotik vasitə istədikdə ona pay olaraq bir büküm heroin vermişdir. Vəliyə heroini satmamış, pay olaraq vermişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinasları da onun özünə məxsus olmuşdur. Narkotik vasitə olan heroini aldığı şəxsi əvvəllər heç vaxt görməmiş, onunla təsadüfən tanış olmuşdur. Həmin şəxsin adını, soyadını, harada yaşamasını və telefon nömrəsini bilməmişdir. Narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış və yalnız özü istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2005-ci ildən etibarən narkotik vasitə istifadə etmişdir. Əsasən narkotik vasitənin heroin növündən damarına vuraraq istifadə etmiş və onda asılılıq yaranmışdır. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin əvvəllərindən etibarən tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Əjdərin narkotik vasitə satışı ilə məşğul olduğunu bilmişdir. Belə ki, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində də pul verərək Əjdərdən narkotik vasitə olan heroin almışdır. xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman Corat qəsəbə icra nümayəndəliyinin yaxınlığında təsadüfən Əjdərlə rastlaşmışdır. Əjdərlə görüşüb söhbət edəndən sonra sonuncudan ona satması üçün narkotik vasitə olan heroin istəmişdir. Əjdər isə ona bir “çet”, yəni bir dəfə istifadə edə biləcəyi qədər heroini 7 manata sata biləcəyini demişdir. O, isə Əjdərə üzərində 6 manat pulunun olduğunu deyəndə Əjdər onunla razılaşmış və o sonuncuya 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq olmaqla cəmi 6 manat pul vermişdir. Əjdər isə ondan 1-2 addım aralanıb cibindən nəsə çıxartmış, sonra isə ona yaxınlaşıb bir ədəd gümüşü rəngli kağız bükülü verib içərisində heroin olduğunu demişdir. O, da bükülünün içərisinə baxıb heroin olduğunu biləndən sonra şalvarının cibinə qoymuşdur. Sonra isə Əjdərlə orada dayanıb 10-15 dəqiqə söhbət etmişlər. Bu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 1-ci polis bölməsinə getmişlər. Sonra polis bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılması başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etsin. O da Əjdərdən alaraq şalvarının cibinə qoyduğu 1 ədəd bükümdə narkotik vasitə olan heroini çıxararaq təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açılaraq baxıldıqdan sonra tərəzidə çəkilmiş, sonra isə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O da həmin zərfin üzərinə və protokola imza etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroini xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanışı Təqsirləndirilən şəxs 6 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. O, Əjdərə 6 manat pulu verib ondan heroini alandan sonra Əjdər pulu şalvarının cibinə qoymuşdur. Sonra isə onlar orada birlikdə dayanıb söhbət etməyə başlamışlar. Polis əməkdaşları onları saxlayan anadək Əjdər onun yanından aralanmamış və heç yerə getməmişdir. Polis əməkdaşları onları saxlayan zaman Əjdərə vermiş olduğu pul onun cibində olmuşdur. Əjdər ona heç vaxt heroini pay olaraq verməmiş, o əvvəllərdə Əjdərdən bir dəfə pul verərək heroin almışdır. Həmçinin xx.xx.2021-ci il tarixdə də o, Əjdərə 6 manat pul verərək ondan heroin almışdır. Əjdərdə heroin olmasından əvvəlcədən məlumatı olmamışdır. Əjdərin heroin satdığını bildiyindən onda heroin olmasını ehtimal etmiş və soruşanda Əjdər ona üzərində heroin olduğunu demişdir. Özü narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış və yalnız özü istifadə etmişdir. Əjdər ona heroini 7 manata satacağını dediyindən üzərində şəxsi axtarış aparılan zaman fikrini düzgün izah edə bilməmiş, Əjdərə 7 manat pul verdiyini demişdir. Əslində isə o, Əjdərə 6 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə işlədiyi polis bölməsinə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, əməliyyat müvəkkili Orxan Rzayevdən və kiçik inspektor Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs və Şahid1 ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən icra nümayəndəliyinin ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs və Şahid1 icra nümayəndəliyinin qarşısında dayandıqlarını görmüşlər. Bir neçə dəqiqə onları müşahidə etdikdən sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Əjdər və Vəliyə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları 1-ci polis bölməsinə dəvət etmişlər. Əjdər və Vəli də onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişlər. Orada xidməti otaqların birində təhqiqatçı Elşad Məmmədov tərəfindən əvvəlcə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Şahid1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və ona təklif olunmuşdur ki, əgər varsa təqdim etsin. Şahid1 üzərində bir bükümdə narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülü, bir ədəd kibrit qutusu, sol yan cibindən isə 10 qəpik pul çıxararaq təqdim etmişdir. Şahid1 həmin bükülünün içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə olan heroin vardır, həmin heroini Sumqayıt şəhəri, Corat qəsəbəsində Əjdər adlı şəxsdən pul verərək şəxsi istifadəsi üçün almışdır. Həmin bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli, xüsusi iyi olan narkotik vasitə heroinə bənzə maddə olması müəyyən olunmuşdur. Narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə təxmini çəkisinin 0,22 qram olması müəyyən olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı Elşad Məmmədov tərəfindən kriminalist Rasim Paşayevin video görüntüyə alması ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa təqdim etsin. Əjdər isə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq pul əskinası, 3 ədəd gümüşü rəngli kağız bükülü və şalvarın arxa sağ cibindən bir ədəd cib dəsmalı çıxararaq təqdim etmişdir. Sonuncudan həmin bükülülər içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, bükülülərin içərisində narkotik vasitə olan heroin vardır, həmin heroinləri Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin bükülülər açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzə maddə olması müəyyən olunmuşdur. Narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzi vasitəsi ilə çəkildikdə 1-ci kütlənin təxmini çəkisi 0,23 qram, 2-ci kütlənin təxmini çəkisi 0,22 qram və 3-cü kütlənin təxmini çəkisinin 0,20 qram olması müəyyən olunmuşdur. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs onunla birlikdə saxlanılan şəxs Şahid1 da üzərindən narkotik vasitə olan heroin aşkar olunduğunu, həmin narkotik vasitədən məlumatının olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, Vəlinin üzərindən aşkar olunmuş narkotik vasitəni ona özü pay olaraq vermiş, Vəlidən buna görə pul almamışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 narkotik vasitələrdən qəbul etməsi barədə icraatına əvvəllər də məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına əvvəllər məlumat daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili X4 və kiçik inspektor Şahid4, Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan tutma protokolunadan görünür ki, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(i.v 17) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3417 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd büküm...” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,335 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bükümdəki heroinlər, Şahid1 götürülmüş 1 ədəd bükümdə heroinlə (xx.xx.2021-ci il tarixli 6/3418 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.(i.v 37-41) Sumqayıt şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v.78-79) İş materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X6 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3583 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 169-170) İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 22:55-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nə əməkdaşlar tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 3 ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü təqdim edir. Həmin büküm açılır, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin gümüşü rəngli siqaret kağız ilə birlikdə çəkisinin 1-ci büküm 0,23 qram, 2-ci büküm 0,22 qram, 3-cü büküm isə 0,02 qram olduğu müəyyən olunmuş və həmin maddə ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 125 nömrəli möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs üzrərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunur və video çəkilişin müddəti saat 23:51-dən 00:00-a dək davam edir. Təqsirləndirilən şəxs üzrərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ cibindən 6 manat pul, 1 ədəd 5 manatlıq, 1 ədəd isə 1 manatlıq pul əskinazı aşkar edilir. (i.v 24-25) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təhqiqatçı X5 özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə də Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını deyərək polis əməkdaşlarına da özlərini təqdim etməyi bildirir və polis əməkdaşları da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs onun hüquqlarının Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah edərək video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını deyib, bununla bağlı hər hansı bir etirazının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs isə üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını deyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunur, sonuncu isə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 3 ədəd gümüşü rəngli kağız bükülü, kağız pullar və şalvarının sağ arxa cibindən cib dəsmalını çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu soruşulduqda o, həmin bükülülərin içərisində narkotik vasitə olan heroin olduğunu bildirir. Təhqiqatçı tərəfindən həmin bükülülər açıldıqda içərisində tünd qəhvəyi rəngli maddə olması görülür. Sonra isə təhqiqatçı tərəfindən bükülülər elektron tərəzidə çəkilir, 1-ci bükülünün 0,23 qram, 2-ci bülünün 0,22 qram və 3-cü bükülünün 0,20 qram olması görünür. Təqsirləndirilən şəxs həmin maddələri nə vaxt, harada və kimdən aldığı soruşulduqda o, həmin narkotik vasitəni saxlanıldığı gün Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirir. Təhqiqatçı tərəfindən pul əskinaslarına baxıldıqda 1 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq olmaqla cəmi 6 manat olması görünür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış Şahid1 üzərindən narkotik vasitə aşkar olunmuş və sonuncunun həmin narkotik vasitəni ona Əjdərin verdiyini bildirdiyini deyir. Təqsirləndirilən şəxs isə həmin narkotik vasitəni Şahid1 özünün verdiyini, Vəlinin ağrıları olduğu üçün ondan istədiyini və buna görə də verdiyini deyir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərində qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonuncunun üzərindən aşkar edilmiş maddə qablaşdırılır, möhürlənir, Ə.Nəcəfliyev tərəfindən imzalanır və sonda çəkiliş dayandırılır. (i.v 146) Sumqayıt şəhər narkoloji dispanserdən daxil olmuş xx.xx.2021-ci il tarixli, 3292 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2006-cı ilin dekabr ayından etibarən dispanserdə qeydiyyatdadır. (i.v 167) Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd bükülüdə ümumi təmiz çəkisi 0,335 qram, Şahid1 üzərindən aşkar olunmuş 1 ədəd bükülüdə təmiz çəkisi 0,113 qram narkotik vasitə olan heroinlər, 6 manat pul əskinazı və 2 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 2 ədəd DVD-R disk və 6 manat pul vəsaiti cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,275 qram və 0.065 qram narkotik vasitə olan heroinlər isə saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsini, onun cinayət məsuliyyətindən yayınmağa cəhd etməsi kimi qiymətləndirmişdir. Belə ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyi, şəxsi axtarış və diskə baxış keçirilməsi protokolu və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi, ona qarşı zor tətbiq edilməsi, ona görə də məcbur olub ilkin istintaq dövründə etiraf edici ifadə verməsi ilə bağlı məlumat aidiyyəti üzrə araşdırılması üçün Sumqayıt şəhər prokuroruna göndərilmişdir. Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Cəfər Mövsumovun xx.xx.2022-ci il tarixli qərarı ilə həmin məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinib, 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,275 qram və 0.065 qram narkotik vasitə olan heroinlər məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs üzərindən götürülmüş 6 manat pul dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 24 (iyirmi dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəmi 228 (iki yüz iyirmi səkkiz) məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,275 qram və 0.065 qram narkotik vasitə olan heroinlər məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın və Təqsirləndirilən şəxs üzərindən götürülmüş 6 manat pul dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 144 (yüz qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-106/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-106/2022
21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver