Məhkəmə qərarları › İş №1(060)-106/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-106/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-106/2024 18.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi Sumqayı Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,562 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə heroinin 1 ədəd bükümdə təmiz çəkisi 0,680 qramını üzərində, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,396 qram və 0,486 qram narkotik vasitə heroini yaşadığı Sumqayıt şəhəri, X8 qəsəbəsi, ev 2, mənzil 13 ünvanında qanunsuz daşıyaraq saxlamış, 16 sentyabr 2023-cü il tarixdə, saat 19:45 radələrində Sumqayıt şəhər polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, X8 qəsəbəsi, Məktəbli küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb, 2-ci polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd bükümdə 0,680 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmçinin əməliyyat tədbirinin davamı olaraq Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı Sumqayıt şəhəri, X8 qəsəbəsi, ev 2, mənzil 13 ünvanında axtarış aparılan zaman 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,396 qram və 0,486 qram narkotik vasitə heroin evin dəhlizindəki dolabdan aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitədən istifadə edir. 16 sentyabr 2023-cü il tarixdə, saat 19:45 radələrində Məktəbli küçəsində, yaşadığı evin yaxınlığında olduğu zaman, bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onun nartkotik vasitə ilə bağlı şübhəli olmasını bildirmişlər və onu 2-ci polis bölməsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Bölmədə ona hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş verilmiş, həmçinin vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməsi ona təklif edilmişdir. Həmin vaxt o, əynində olan şalvarın sağ arxa cibindən bir bükümdə olan narkotik maddəni təqdim etmişdir. O, üzərində olan digər əşyaları - bir ədəd çəhrayı rəngli alışqanı, bir qutu “Prima” markalı siqareti, bir ədəd “Nokia” markalı mobil telefonu və mənzilinə məxsus bir ədəd açarı da təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa heç nə aşkar olunmamışdır. Təqdim etdiyi büküm açılan içərisindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin heroin olmasını, həmin maddəni iki gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş büküm içərisindəki maddə ilə birlikdə tərəzidə çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Onun yaşadığı ünvana axtarış keçirilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qərar ona təqdim olunmuş, daha sonra polis əməkdaşları, müdafiəçisi ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, X8 qəsəbəsi, ev 2, mənzil 13 ünvanına getmişlər. Orada axtarış aparılan zaman mənzilin dəhlizində qoyulmuş dolabdan 02 (iki) ədəd büküm aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunmuş bükümlərdəki maddələrin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığından 40 manata aldığını bildirmişdir. Onun yaşadığı ünvanın dəhlizindən aşkar edilmiş iki ədəd büküm içərisindəki maddə ilə birlikdə tərəzidə çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Həm şəxsi axtarış, həm də evdə axtarışla bağlı protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmlşdır. O, saxlanılan zaman və ya polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və mənzildə axtarış zamanı qeyə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2023cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması və yaşadığı ünvanda saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması ilə bağlı vəsatət və təqdimatla Sumqayıt şəhər Məhkəməsinə müraciət olunmuş və məhkəmə tərəfindən 11 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş qərar 16 sentyabr 2023-cü il tarixdə polis bölməsinə daxil olmuşdur. Bundan sonra tərəfindən Yuriy Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. 16 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını bildirmişlər onu 2-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 2-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuş, sonuncu əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmçinin əynində olan şalvarın ciblərindən bir ədəd alışqan, siqaret qutusu, mobil telefon və bir ədəd açarı təqdim etmişdir. Siqatet, alışqan və açar əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmış, mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən olunmuş, sonuncu həmin maddənin narkotik vasitə heroin olduğunu, onu iki gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata əldə etdiyini bildirmişdir. Büküm elektron tərəzi vasitəsilə çəkilmiş və təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra axtarış ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs evində axtarış aparılmasına icazə verilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin ona qərarı təqdim olunmuş, Təqsirləndirilən şəxs həmin qərarla tanış olmuş və həmin qərara əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 4etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılan zaman evin dəhlizində yerləşdirilmiş dolabdan iki ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün onları yaşadığı ünvanda saxladığını bildirmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş və təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra axtarış ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir mötəbər sübut olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmiş ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılan zaman evin dəhlizində yerləşdirilmiş dolabdan iki ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroine bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün onları yaşadığı ünvanda saxladığını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin kiçik inspektor Şahid3 ifadəsi elan edilmklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1 və Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılan zaman evin dəhlizində yerləşdirilmiş dolabdan iki ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroine bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün onları yaşadığı ünvanda saxladığını bildirmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 190-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 33-34-cü vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:31-dən 20:38-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-də şəxsi axtarış keçirilmişdir. Şəxsi axtaışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynindəki göy rəngli şalvarının sağ arxa cibində saxlamış olduğu 01 ədəd qara rəngli bükümü, ön sağ və sol ciblərindən bir ədəd alışqan, siqaret qutusu, “Nokia” markalı mobil telefonu, bir ədəd açarı da çıxarıb təqdim etmişdir. Qeyd edilən ön sağ və sol ciblərindən çıxan çəhrayı rəngli alışqan, göy rəngli “Prima” markalı bir qutu siqaret və mənzilinə aid olduğunu bildirdiyi bir ədəd açar şəxsin özünə qaytarılsa da, bir ədəd “Nokia” markalı, qara rəngli sadə mobil telefon qablaşdırılaraq götürülmüşdür. Həmçinin təqdim edilmiş büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin bənzər maddənin olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki qəhvəyi rəngli maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 0,80 qram olduğu müəyyən edilmiş, həmin maddə xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin heroin olmasını, onu ik gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir və təzyiqlər olmamışdır. Cinayət işinin 10-cu vərəqəsində olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gennadyaveçin yaşadığ ünvan 5 ünvanında daxil olmaqla axtarış keçirilməsinə icazə verilmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola və axtarış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs Gennadyaveç, onun müdafiəçisi və digər iştirakçılarla Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi, ev 2, mənzil 13 ünvanına Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında axtarış aparılmışdır. Axtarış zamanı mənzilin dəhlizindəki dolabda qabın içərisindən 02 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Gennadyaveç həmin bükümlərin ona məxsus olduğunu, hamısını birlikdə 20 Yanvar metrosu yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, çəkilərinin 0,47 qram və 0,58 qram olmaqla, ümumilikdə 1,06 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra mənzildə axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Gennadyaveç narkotik vasitələrin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4911 saylı ekspert rəyindən görünür ki, , tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №126» dairəvi möhür əksi və «...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Təqsirləndirilən şəxs- imza, Təhqiqatçı; T.Abdullayev imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,680 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №126..» dairəvi möhür əksi və «...Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddə; Təqsirləndirilən şəxs- imza, ....imza, Təhqiqatçı: T.Abdullayev imza...» yazı əlavəsi qeyd edilmiş və bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 0,396 qram, 0,486 qram, ümumi təmiz çəkisi 0,882 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 1,562 qram olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi 1,562 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 1,502 qram qalıq qalmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin 118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 11 oktyabr 2023-cü il tarixli, 6437 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 126-134-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalmış 1,502 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi, onun yaşadığı ünvanda axtarış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 79-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonunu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 28 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023-cü ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etrirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və mənzildə axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməklə özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 28 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023-cü ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2023-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf etməsini, ağırlaşdırıcı hal kimi əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 19 aprel 2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 18 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6437 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,502 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 19 aprel 2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,502 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar