Məhkəmə qərarları › İş №1(060)-107/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-107/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-107/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 25 sentyabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 fevral 2008-ci il tarixdən başlayaraq 28.11.2005-ci il təvəllüdlü X4 və 26.06.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə 100,00 manat alimentin alınmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2008-ci il tarixli, 2-37/2008 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 3(060)-263/2020 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, həmçinin məsuliyyəti barədə 08 fevral 2020-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 30 mart 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 14100,00 manat aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2003-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 26.06.2004-cü ildə Taleh, 28.11.2005-ci ildə isə Aytən adlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra Maya ilə mehriban ailə şəraitində yaşasalarda sonradan bütün münasibətlər pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2008-ci il tarixli, 2-37/2008 saylı qətnaməsi ilə cavabdeh kimi ondan 05 fevral 2008-ci il tarixdən başlayaraq 28.11.2005-ci il təvəllüdlü X4 və 26.06.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün 100,00 manat alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bu barədə icra sənədi Sumqayıt Şəhəri Üzrə İcra İdarəsinə icraya yönəldilmişdir. Sumqayıt Şəhəri Üzrə İcra İdarəsinə həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Maddi imkanı olmadığından aliment borcunu ödəməmişdir. Buna görə dəfələrlə Sumqayıt Şəhəri Üzrə İcra idarəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra İdarəsinin protokoluna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 3(060)-263/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün inzibati olunmuşdur. İcra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda Sumqayıt şəhərində yaşayır. Fəhləlik edir. Aylıq qazancı 350,00 manat olur. Təqdimat verilən tarixədək cəmi 300,00 manat aliment ödəmişdir. Sumqayıt şəhərində atasına məxsus olan olan evi satdıqdan sonra aliment borclarını ödəyəcəkdir. Hazırda qalıq 14100,00 manat aliment borcunu ödəyə bilmədiyindən qətnaməni icra edə bilməyəcəkdir. Məhkəmədən ona yüngül cəza veriməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2003-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 26.06.2004-cü ildə Taleh, 28.11.2005-ci ildə isə Aytən doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan Rəhmanla ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Rəhman uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Odur ki, nikahın ləğv edilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2008-ci il tarixli, 2-37/2008 nömrəli qətnaməsi ilə Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 fevral 2008-ci il tarixdən başlayaraq 28.11.2005-ci il təvəllüdlü X4 və 26.06.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün 100,00 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən on iki ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimentdən cəmi 300,00 manat ödəmişdir. Qətnamənin qəbul edilməsinə baxmayaraq Rəhman ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment borcundan ödəniş etməmişdir. Odur ki, çətin maddi vəziyyətdə olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış 14100,00 manat aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ona görə də təqsirləndirilən şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2008-ci il tarixli, 2-37/2008 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün icraata qəbul edilərək icraata başlanılmış, tələbin icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs icra müddətində aliment borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Sumqayıt Şəhər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 3(060)-263/2020 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək cəmi 300,00 manat aliment ödəmişdir. Qalıq 14100,00 manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayış Şəhəri Üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini bir daha təsdiq etmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 05 fevral 2008-ci il tarixli, 2- 37/2008 saylı qətnaməsinin surətindən görünür ki, 28.11.2005-ci il təvəllüdlü X1 və 26.06.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.02.2008-ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 28.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məşğulluq Mərkəzinin 25.02.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzə müraciət etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında qərarından, xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.09.2020-ci il tarixdə axtarışla tutulmuş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində 10.03.2021-ci il tarixdə həbsli axtarış elan edilmiş və o, 16.04.2021-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətcə ancaq azadlıqdan məhrumetmə növündə cəza çəkməklə islah və tərbiyə olunmağını mümkün sayaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. “Mərkəz” Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, cəzanın məqsədlərinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi, onun tərəfindən və digər şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınmasını təmin edə biləcəyini nəzərə alıb, bu növdə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 16.04.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16.04.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. “Mərkəz” Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun hesabına (№ AZ 41AİİB**********0429250104 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar