Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-107/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylə Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvan MR Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi, “Azkompozit” zavodunun inzibati binasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02.07.2021-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” ərazisində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,308 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 04 iyul 2021-ci il tarixdə saat 15:45 radələrində Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 29 saylı tam orta məktəbin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,308 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, əvvələr Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir dəfə məhkum olunmuşdur və bir neçə müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 02.07.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhərində “20 Yanvar” metrosu yaxınlığında olduğu zaman təsadüfən tanış olduğu şəxslə söhbət zamanı ona üzərində “patı” (metamfetamin) olduğunu və 20 manata satdığını bildirmiş, o da psixotrop maddə istifadəçisi olduğu üçün həmin şəxslə razılaşmış və həmin “patını” (metamfetamini) 20 manata ondan şəxsi istifadəsi üçün almışdır. 04.07.2021-ci il tarixdə təxminən saat 15:45 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bidirib onu 1-ci PB-yə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-yə getmişdir. PB-də olan zaman xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişlər, o da etirazının olmadığını bildirmiş, bu zaman polis əməkdaşları ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim etmişlər. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuşlar, olduğu halda təqdi etməyini təklif etmişlər. O, bu zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükülü yanında açılmış, sorğu zamanı o, üzərindən aşkar olunan bükülüdə olan ağ rəngli, kristal şəkilli maddənin “patı” (metamfetamin) olduğunu, həmin maddəni 02.07.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını və bu səbəbdən üzərində gəzdirdiyini demişdir. Bundan sonra üzərindən aşkar olunmuş metamfetamin yanında elektron tərəziyə qoyulub çəkilmiş, üzərindən aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürlənmiş, eləcə də üzərinə şəxsi axtarış keçirilməsi barədə protokolu imzalamışlar. Üzərindən aşkar olunan psixotrop maddə olan həmin patını (metamfetamini) 02.04.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında olan zaman adını və harada yaşadığını bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almış, narkotik vasitələrin və ya psixotrop maddələrin heç vaxt satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır, ailəlidir, himayəsində bir uşağı var, digər iki uşağına isə aliment ödəyir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi, “Azkompozit” zavodunun inzibati binasında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis leytenantı Şahid2, həmin bölmənin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3, həmin bölmənin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovdan, Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 04.07.2021-ci il tarixdə saat 15:40 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində getmişlər, bir neçə dəqiqədən sonra orada yerləşən 29 saylı tam orta məktəbin qarşı tərəfi ilə Təqsirləndirilən şəxs ilə əlamətləri üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən də da özünü təqdim etməsini xahiş etmişlər, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotorp maddə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə PByə getmişdir. PB-də olan zaman Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını izah edilərək, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuş, ona hüquq və vəzifələri barədə bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə vəkilin iştirakı ilə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmiş, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində “patı” (metamfetamin) olduğunu demiş, həmin bükülüyə baxılarkən orada psixotrop maddə metamfetaminə oxşar kristal şəkildə maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşlar, o həmin psixotrop maddəni 2 gün əvvvəl Bakı şəhəri “20 Yanvar” metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 2 gün əvvvəl Bakı şəhəri “20 Yanvar” metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirməsini bildirmişdir. Mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri keçirilmiş, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi Şahid2 və həmin bölmənin CA üzrə kiçik inspektoru Şahid3 Şahid1 oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 04.07.2021-ci il tarixli "Şəxsi axtarış və götürmə barədə" və “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 0,308 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. (i.v.23-24, 96) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskdəki görüntülər nümayiş olundu, Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi və Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin olduğunu etiraf etməsi təsdiq edildi. İş materiallarında olan "Şübhəli şəxsin tutulması haqqında" 04.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.07.2021-ci il tarixdə saat 15:45-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v16) İş materiallarında olan "Qətimkan tədbirinin seçilməsi barədə" 06.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş və azad edilmişdir.(i.v 58-59) İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 05.07.2021-ci il tarixli, 6/2687 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırlmış bir ədəd kağız bükümdə, təmiz çəkisi 0,308 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. (i.v. 31-35) İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,308 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,258 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən CD disk də iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (i.v 96-97, 108-113, 117) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 23.05.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.01.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 64- 65, 84-87) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 3182 saylı 16.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayından Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. (i.v.95) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.09.2021-ci il tarixli, 3220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 98-99) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 19.10.2019-cu il təvəllüdlü bir uşağı var. (i.v.74-75) Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,308 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,258 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdə tutulmuş, 06 iyul 2021-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi, “Azkompozit” zavodunun inzibati binasında yerləşən mənzilini tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,258 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-107/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-107/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver