Məhkəmə qərarları › İş №1(060)-108/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-108/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-108/2024 12.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası başa çatmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5 (beş) ədəd bükümdə ümumi təmiz çəkisi 1,742 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzini əldə edib üzərində daşıyaraq saxlamış, 06 sentyabr 2023-cü il tarixdə saat 15:15 radələrində Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Gold Palace” restoranının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 1-ci PB-nə gətirildikdən sonra, üzərində aparılan şəxsi axtarış zamanı 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,301 qram, 0,356 qram, 0,302 qram, 0,475 qram, 0,308 qram ümumi təmiz çəkisi 1,742 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 06 sentyabr 2023-cü il tarixdə saat 2-3 radələrində iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışdır. Həmin vaxt azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyindən ayağında elektron qolbaq olmuş, polis əməkdaşları onun nə olduğunu soruşduqda o, CMnin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyini demişdir. Daha sonra onu bölməyə aparmış, orada qarşısına narkotik vasitə və tərəzi qoymuşlar. Bölmədə onu döymüş, elektroşok vermiş, yumruq-təpiklə vurmuşlar. Əsas adını bilmədiyi bir nəfər döymüş, başqa iki-üç nəfər də olmuşdur. Daha sonra ona şəxsiyyətini, kişiliyini alçaldacaq hərəkətlər edəcəklərini bildirdiyindən o, bu əməli törətməsini boynuna alacağını bildirmişdir. 3 saylı istintaq təcridxanasına daxil olarkən onu tibbi müayinədən keçirmişlər və hazırda qeyd etdiklərini orada da demişdir. Təcridxanaya daxil olduqdan sonra ona izah olunduğundan şikayət etmişdir. Barəsində “həbs” qətimkan tədbiri seçilməsindən ötrü keçirilmiş məhkəmə iclasında çəkindiyindən təzyiqə məruz qalması barədə heç bir söz deməmişdir. Həmin iclasda öyrədildiyindən verdiyi ifadəni xatırlamır. Üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi iştirak etmişdir. Tutulan zaman üç-dörd dəfə təkrar çəkiliş edilmişdir. İstintaq zamanı yazılan ifadəni o verməmiş, yalnız imza etmişdir. Əvvəllər metamfetamin adlanan narkotik vasitədən istifadə etsə də narkotik vasitə satışı ilə məşğul olmamış, narkotik vasitə istifadə etməsinə görə də hazırda cəzasını çəkir. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, təxminən 2 ilə yaxındır ki, psixotrop maddələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 1 həftə əvvəl instaqram sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Tanış olduğu vaxt onunla narkotik vasitələr və psixotrop maddələr mövzusunda söhbətləri olmuşdur. 06 sentyabr 2023-cü il tarixdə instaqram sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış və ondan şəxsi istifadəsi üçün 1 qram psixotrop maddə metamfetamin istəmiş və razılaşmalarına əsasən o, İran vətəndaşının ona göndərdiyi kart hesabına 50 manat pul göndərmişdir. İran İslam Respublikasının vətəndaşı ona mesaj yazaraq Sumqayıt şəhərində ona deyəcəyi ünvanda 1 qram psixotrop maddə qoyacağını və həmin maddəni oradan götürmək üçün konum atacağını bildirmişdir. Həmin vaxtı o, Bakı şəhəri, Binəqədi rayonunda olmuşdur. Həmin şəxs ona konum atanda bilmiş ki, həmin yer Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Gold Palace” restoranın qarşısındadır və o da həmin ünvanı tanıdığından, həmçinin mobil telefonunun nasaz vəziyyətdə olduğundan, həmçinin balansında kontur olmadığından Binəqədi rayonunda telefon dükanlarının birində təmir elətdirmək üçün vermişdir. Həmin vaxtı tanımadığı bir şəxsdən onun üçün taksi verməsini xahiş etmişdir. Həmin şəxs də onun üçün taksi sifariş vermişdir. O, taksi ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsi, “Gold Palace” restoranın qarşısına gəlmiş və orada yaxınlıqda olan dəmir borunun altından bir ədəd yapışqan lentli bükümü tapmışdır. Həmin bükülünü cibinə qoyan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu narkotik vasitə üzərində daşımağında, gəzdirməyində, istifadəsində və satışında şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da, əynindəki şalvarının sol yan cibindən özünə məxsus lentli bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində 5 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən 5 ədəd bükümdə narkotik vasitə heroindən və bir ədəd elektron tərəzidən başqa heçnə aşkar edilməmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən aşkar edilərək götürülmüş bank kartları, 2 manat 30 qəpik pul, 1 ədəd alışqan və GPS apartı özünə geri qaytarılmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşı Şahid2 da iştirak etmişdir. 06 sentyabr 2023- cü il tarixdə saat 15:15 radələrində Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Gold Palace” restoranının yaxınlığında tərəflərindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də üzərində qanunla qadağan edilən əşya olduğunu deyərək şalvarının 1 ədəd alışqanı və "attenti" markalı GPS aparatını təqdim etmişdir. Təqsirləndirilən şəxs "attend" markalı GPS aparatını cəza çəkdiyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra yapışqanla bükülmüş kütlə açılmış, onun içərisindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi və 5 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, İran İslam Respublikasının vətəndaşının ona 1 qram şəxsi istifadə üçün psixotrop maddə metafetamin göndərdiyini, bunun üçün ona 50 manat pul verdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi götürülərək qablaşdırılmışdır. Lakin dəqiq xartıqlamadığı digər əşylar iş üçün əhəmiyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs yalan ifadə verir. Tərəflərindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən də onlara qarşı təzyiq olmamışdır. Təqsirləndirilən şəxsə müdafiəçi təyin olunmuş, həmin vaxt şikayəti olduğu təqdirdə müdafiəçiyə bildirə bilərdi. Həmçinin onlara elektroşok adlanan alət təhkim olunmamışdır, onlarda elə bir alət yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Gold Palace” şadlıq evinin yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 15:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, İbrahim zadə Əli Aslan oğlunun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və vəkili X6 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə və eləcə də qanunla qadağan edilən hər hansı əşya olduğunu deyərək göy və qara rənglərin qarışığından ibarət şalvarının sol yan cibindən bir yapışqan lentə sarınmış bükülünü stolun üzərinə qoydu. Bundan sonra o, şalvarının digər cibindən 1 ədəd “bakubus” kartı, 1 ədəd “leobank” kartı 1 ədəd “pasha bank” kartını, 2 ədəd 1 manatlıq əskinası, 30 qəpik pulu, özünə məxsus şəxsiyə, vəsiqəsini, 1 ədəd alışqanı və “attenti” marklı GPS aparatını stolun üzərinə qoydu. Təqsirləndirilən şəxs “attenti” markalı GPS aparatını cəza çəkdiyi üçün üzərində saxladığını bildirdi. Bundan sonra yapışqanla bükülmüş kütlə qayçı vasitəsilə açıldı, onun içərisindən bir ədəd işlək vəziyyətdə elektron tərəzi və siqaretin ağ rəngli selefonu aşkar edildi. Selefonun içərisində siqaretin qızılı rəngli kağızından ibarət bükülülərin olduğu görünür. Siqaretin ağ rəngli selefonu açıldı, oradan 5 ədəd siqaretin qızılı rəngli kağızından ibarət bükülülər aşkar edildi. 1-ci bükülü açıldı, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Həmin kütlə elektron tərəzidə çəkildi, çəkisi 0,52 qram oldu. Daha sonra siqaretin qızılı rəngli kağızından ibarət 2-ci bükülü açıldı, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Həmin kütlə elektron tərəzidə çəkildi, çəkisi 0,40 qram oldu. Siqaretin qzılı rəngli kağızından ibarət 3-cü bükülü açıldı, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Həmin kütlə elektron tərəzidə çəkildi, çəkisi 0,52 qram oldu. Daha sonra siqaretin gümüşü rəngli kağızından ibarət 4-cii bükülü açıldı, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Həmin kütlə elektron tərəzidə çəkildi, çəkisi 0,47 qram oldu. Daha sonra siqaretin qızılı rəngi kağızından ibarət 5-ci bükülü açıldı, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Həmin kütlə elektron tərəzidə çəkildi, çəkisi 0,42 qram oldu. Həmin 5 ədəd bükülülər ümumilikdə elektron tərəzidə çəkildi, çəkisi 2,35 qram oldu. Sorğu zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşının ona 1 qramlıq şəxsi istifadə üçün psixotrop maddə metafetamin göndərdiyini, bunun üçün ona 50 manat pul verdiyini, həmin heroinləri iranlının ona nə üçün göndərdiyini izah edə bilmədiyini göstərmişdir. Baxış zamanı əhəmiyət kəsb etdiyindən Ə.İbrahimzadə üzərindən aşkar edilmiş 5 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi götürülərək qablaşdırıldı. 1 ədəd “bakubus” kartı, 1 ədəd “leobank” kartı, 1 ədəd “pasha bank” kartını, 2 ədəd 1 manatlıq əskinası, 30 qəpik pulu, 1 ədəd alışqan əhəmiyət kəsb etmədiyindən Əbülfəz Bünyatova qaytarıldı. Əbülfəz Bünyatova məxsus şəxsiyət vəsiqəsi işə əlavə edildi. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 3-16-16/2-6/4743 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün №125" dairəvi möhür əksi olan, "Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə; Təqsirləndirilən şəxs "imza" " və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 05 (beş) ədəd üzəri qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,301 qram; 0,356 qram; 0,302 qram; 0,475 qram; 0,308 qram, ümumi təmiz çəkisi-1,742 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki ümumi sayı 05 (beş) ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd zərfin içərisindəki 01 ədəd elektron tərəzi üzərində narkotik vasitə - heroinə məxsus izlər vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,150 qram sərf edildikdən sonra 1,592 qram heroin qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-232/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Binəqədi Rayon Məhkəməsinin 1(001)-232/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və onun icrasına dair hakimin xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra məhkum Ə. İbrahim-zadə xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya idarəsinə gələrək qeydiyyata götürülmüş, izahatı alınmış və ona elektron nəzarət vasitəsi tətbiq edilərək cəzanın icrası qayda və şərtləri, hüquqları, məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri qərəzli və üzrsüz səbəbdən pozacağı halda qanunla nəzərdə tutulmuş tədbirlər onun nəzərinə çatdırılmışdır. Məhkumun cəza müddətinin sonu xx.xx.2025-ci il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-337/2023 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən və tutulmanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablandığından Təqsirləndirilən şəxs cəzasının çəkilmiş hissəsi 04 ay 02 gün, çəkilməmiş hissəsi isə 02 il 01 ay 24 gün təşkil edir. İş materiallarında olan Bakı şəhəri icra hakimiyyəti yanında mənzil tikintisi kooperativliyinin idarə heyəti 154 nömrəli MTK tərəfindən verilmiş 49 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, ailə tərkibi atası-1957-ci il təvəllüdlü X4, anası-1961-ci il təvəllüdlü X7, bacısı- 1990-cı il təvəllüdlü X8, bacısı-1982-ci il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 06 sentyabr 2023-cü il tarixdə saat 15:15 radələrində Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Gold Palace” şadlıq evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB- nin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis mayoru Şamo Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs də üzərində qanunla qadağan edilən əşya olduğunu deyərək şalvarının sol yan cibindən bir yapışqan lentə sarınmış bükülünü, 1 ədəd "bakubus" kartı, 1 ədəd "leobank" kartı 1 ədəd "pasha bank" kartını, 2 ədəd 1 manatlıq əskinası, özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdi. Bundan sonra o, şalvarının digər cibindən 30 qəpik pulu, 1 ədəd alışqanı və "attend" markalı GPS aparatını təqdim etdi. Təqsirləndirilən şəxs "attend" markalı GPS aparatını cəza çəkdiyi üçün üzərində saxladığını bildirdi. Bundan sonra yapışqanla bükülmüş kütlə açıldı, onun içərisindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi və 5 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edildi. Həmin bükümlər elektron tərəzidə çəkilən zaman, 1-ci bükümün 0,52 qram, 2-ci bükümün 0,40 qram, 3-cü bükümün 0,52 qram, 4-cü bükümün 0,47 qram, 5-ci bükümün 0,42 qram, həmin bükümlərin birlikdə çəkisi 2,35 qram olması müəyyən oldu. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, İran İslam Respublikasının vətəndaşının ona 1 qram şəxsi istifadə üçün psixotrop maddə metafetamin göndərdiyini, bunun üçün ona 50 manat pul verdiyini bildirdi. Hansı səbəbdən İran vətəndaşının ona psixotrop maddə metamfetamin əvəzinə heroin göndərdiyini bilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi götürülərək qablaşdırılmışdır. Lakin 1 ədəd “bakubus” kartı, 1 ədəd “leobank" kartı, 1 ədəd “pasha bank" kartını, 2 ədəd 1 manatlıq əskinası, 30 qəpik pulu, 1 ədəd alışqan iş üçün əhəmiyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən beş ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddədən və bir ədəd elektron tərəzidən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6165 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsinə yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1504 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,592 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X11 tərəfindən Təqsirləndirilən şəxs döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması barədə müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X5 Baş İdarəsində onun adına tərtib edilmiş 8932/2023 nömrəli “Məhkumun tibbi kitabçası”ndakı həkim qeydləri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər sübutlarla təkzib olunduğundan 744C- 23 №-li ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində təzyiqə məruz qalması və döyülməsi ilə bağlı ifadəsi öz təsdiqini tapmamış, keçirilmiş məhkəmə tibbi ekspertizasında da Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təzyiqə məruz qalması barədə məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusu əsasında Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılmış və qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X5 Baş İdarəsində onun adına tərtib edilmiş 8932/2023 nömrəli “Məhkumun tibbi kitabçası”ndakı həkim qeydləri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər sübutlarla təkzib olunduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,592 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-933/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1560/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.592 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar