Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-108/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, X3, X5, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan yaşayan, Biləsuvar rayon məhkəməsinin 1(022)- 111/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 67.1-ci maddəsinə əsasın 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşının əvvəlcədən Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında qoyduğu yerdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni 06 ədəd bükümdə ümumi təmiz çəkisi 1,189 qram ağ rəngli, kristal şəkilli maddələr kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə-metamfetamini və 06 ədəd bükümdə ümumi təmiz çəkisi 1,241 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə olan heroini və 01 ədəd elektron tərəzini əldə etdikdən sonra 26 iyul 2024-cü il tarixdə, saat 20 radələrində tanışı Şahid6 yaşadığı ünvan 3 ünvanında 01 ədəd bükümdə təmiz çəkisi 0,196 qram psixotrop maddə olan metamfetamini tanışı Şahid5 İnqilab oğluna hədiyyə olaraq vermiş, qalan 0,943 qram çəkidə psixotrop maddə olan metamfetamini və 1,241 qram çəkidə narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlamış, 26 iyul 2024-cü il tarixdə saat 22:17 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şahid6 yaşadığı ünvan 4 ünvana baxış keçirilərkən ona məxsus üzərində psixotrop maddə olan metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nə gətirilərək saat 23:45 dəqiqədə orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindəki “Prima” markalı siqaret qutusunun içərisindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,371 qram, 0,322 qram, 0,152 qram, 0,050 qram, 0,048 qram; ümumi təmiz çəkisi 0,943 qram ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə-metamfetamini və 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,060 qram, 0,042 qram, 0,491 qram, 0,290 qram, 0,311 qram; ümumi təmiz çəkisi 1,241 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmamşdır. Belə ki, bir müddət əvvəl İnstaqram sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, söhbət əsnasında o, həmin şəxsə narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, həmin şəxsdən narkotik vasitə və psixotrop maddə almaq üçün ona verdiyi bank hesabına 305 manat pul göndərmiş, həmin şəxsdən 01 qram heroin, 01 qram metamfetamin istəmişdir. Həmin şəxs ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında yolun kənarında ağacın dibində qoyulmuş narkotik vasitə və psixotrop maddələrin olduğu yerin şəklini çəkib onun telefonuna göndərmişdir. O, Tural və Tahir adlı tanışları ilə həmin yerə gedib hər üçü orada olan bükümləri götürmüş və istifadə etmək üçün Sumqayıt şəhərinə qayıtmışlar. O, əvvəldən tanıdığı, bir məhəllədə yaşadığı Hamil adlı şəxsə zəng edərək həmin gün saat 19:30 radələrində sonuncunun ünvan 3 ünvanında yerləşən evinə gəlmişlər. Hamilin evinə gəlməkdə məqsədləri birlikdə narkotik istifadə etmək olmuşdur. Bundan sonra Hamil evi tərk edərək getmişdir. O, evdə üzərində olan psixotrop maddədən Tahirə 01 ədəd bükümdə istifadə etməsi üçün vermiş, bundan sonra Tahir marketə düşmək üçün çıxıb getmişdir. Bir müddət sonra evin qapısı döyülmüş, o, qapını açdıqda bir nəfər polis geyim formasında, üç nəfər isə mülki formada olan şəxs evə daxil olub özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları evə baxış keçirəcəklərini bildirmiş, Hamil evdə olmadığı üçün o və Tural ərizə verərək evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları mənzilə baxış keçirmişlər. O, polis əməkdaşlarına narahatçılıq olmadığını, nə varsa təqdim edəcəyini bidirmişdir. Mənzildə girişdə sol tərəfdə yerləşən otaqda 02 ədəd “Samsung”, 01 ədəd “Nokia” markalı mobil telefon aparatları, həmçinin 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi götürülmüşdür. Həmin vaxt Tural ayaqyolundan da xırda bükümlərdə olan narkotikləri gətirib təqdim etmişdir. Mənzildən başqa qanunsuz əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra onlar üzərlərinə şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Pİ-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Ona üzərində olan qanunlka qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o, əynindəki şalvarın cibində saxlamış olduğu 3 manat pulu və 2 ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutularından birinin içərisinə baxış keçirilərkən içərisində 11 büküm aşkar olunmuşdur. O, bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, bükümlər elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Həmin bükümlər və 03 ədəd mobil telefon və 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. O, saxlanılarkən və Pİ-də olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Aşkar edilmiş tərəziyə münasibətdə verilmiş suala cavab olaraq bildirmişdir ki, o, həmin tərəzidən aldığı narkotik vasitələri istifadə edərkən dozanı müəyyən etmək üçün istifadə etmişdir. Aşkar edilmiş mobil telefonların kimə məxus olması ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, kiçik ölçülü “Samsung” markalı mobil telefon ona məxsusdur. Həmin telefonda ***-***-**-** mobil nömrə olmuşdur. Bu nömrəni təxminən bir ildir ki, istifadə edir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələrin müəyyən hissəsində ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddət əvvəl İnstaqram sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, söhbət əsnasında o, onun narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında, o, həmin şəxsdən narkotik vasitə və psixotrop maddə almaq üçün ona verdiyi bank hesabına 305 manat pul göndərmişdir. O, Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasınm yaxınlığında yolun kənarında ağacın dibində qoyulmuş narkotik vasitə və psixotrop maddələrin olduğu yerin şəklini çəkib onun telefonuna göndərmişdir. O, həmin yerə gedib orada olan bükümləri götürmüş və özü istifadə etmək üçün üzərində saxlayıb Sumqayıt şəhərinə qayıtmışdır. Həmin gün saat 19:30 radələrində tanışı Hamil adlı şəxsin ünvan 3 ünvanında yerləşən evinə getmiş, həmin vaxt orada Tural və Tahir adlı tanıdığı şəxslər də olmuşdur. Onlar oraya narkotik vasitələrdən istifadə etmək üçün yığışmışlar. O, üzərində olan psixotrop maddədən Tahirə 01 ədəd bükümdə istifadə etməsi üçün pay olaraq vermiş, bir müddətdən sonra Hamil qayıdacağını bildirib evdən Tahirlə birlikdə çıxıb getmişdir. Bundan sontra saat 22:17 dəqiqədə evin qapısı döyülmüş, o, qapını açdıqda bir nəfər polis formasında üç nəfər isə mülki formada olan şəxs evə daxil olub özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Formada olan polis əməkdaşı Tahir adlı şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini İsmayılın ona verdiyini bildirmiş, bu səbəbdən polis əməkdaşları həmin ünvana gəlmişlər. Polis əməkdaşları evə baxış keçirəcəklərini bildirmişlər. Hamil evdə olmadığı üçün o və Tural ərizə verərək evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları mənzilə baxış keçirmiş, mənzildə girişdə sol tərəfdə yerləşən otaqda 02 ədəd Samsung, 01 ədəd Nokia markalı mobil telefon aparatları, həmçinin 01 ədəd işlək vəziyyətdə olan ona məxsus elektron tərəzi götürülmüşdür. Mənzildən başqa qanunsuz əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra onlar üzərlərinə şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Pİ-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, O, əynindəki boz rəngli şalvarın sol yan cibində saxlamış olduğu bir ədəd “Rothmans” markalı siqaret qutusunu, 3 manat pulu, sağ yan cibində saxladığı “Prima” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. 3 manat pul və “Rothmans” markalı siqaret qutusu içərisində siqaret olduğu üçün ona qaytarılmışdır. “Prima” markalı siqaret qutusunun içərisinə baxış keçirilərkən içərisində ağ rəngli kristal şəkilli maddələr olan 03 ədəd ağ rəngli sellofan büküm, 02 ədəd gümüşü rəngli siqaret kağızı bükümü, həmçinin içərisində qəhvəyi rəngli toz halında olan 03 ədəd ağ rəngli sellofan büküm və 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümləri aşkar olunmuşdur. Ondan bükümlərin içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin çəkisi ilə bağlı heç bir etiraz etməmiş, bu barədə protokol tərtib edilmişdir. Eyni zamanda ümumilikdə 03 ədəd mobil telefon və 01 ədəd elektron tərəzi də təhqiqatçı tərəfindən qablaşdırılmış, bu barədə tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis İdarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Tanışı Hamil adlı şəxsin evində olarkən oradan aşkar olunmuş 01 ədəd elektron tərəzidən aldığı narkotik vasitələri istifadə edərkən dozanı (miqdarı) müəyyən etmək üçün istifadə etmişdir. Həmin tərəzini haradan əldə etdiyini xatırlamır. Bundan başqa qeyd etmişdir ki, tanışı Hamil adlı şəxsin evində olarkən oradan 02 ədəd Samsung markalı, 01 ədəd isə nokia markalı mobil telefon aşkar edilmişdir ki, kiçik ölçülü Samsung markalı mobil telefon ona məxsusdur. Həmin telefonda 070 ***-**-** mobil telefon nömrəsi olmuş, o, bu nömrəni təxminən bir ildir ki, istifadə edir. Əldə etdiyi narkotik vasitə və psixotrop maddələrdən kiməsə satıb və ya pay verməsi ilə bağlı verilmiş suala cavab verərkən bildirmişdir ki, o, aldığı narkotik vasitə və psixotrop maddələrdən tanışı Tahir adlı şəxsə pay olaraq vermiş, lakin kiməsə pul müqabilində narkotik vasitə və ya psixotrop maddə verməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün dolayısı ilə etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz istifadəsi və gəzdirilməsində şübhəli bilinən Şahid5 İnqilab oğlu Sumqayıt şəhəri, 13-cü mikr ərazisində yerləşən TTYSnın yaxınlığında saxlanılaraq üzərinə şəxi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş və müvafiq qaydada sənədləşdirilərək qablaşdırılmışdır. Şahid5 üzərindən aşkar olunmuş psixotrop maddəni ona tanışı İsmayıl adlı şəxs istifadə etmək üçün pay olaraq verdiyini bildirmişdir. Şahid5 əlavə olaraq İsmayıl və onun yanında olan Tural adlı şəxsin hazırda ünvan 3 ünvanında tanışları Hamil adlı şəxsin yaşadığı evdə olduqlarını, eləcə də həmin şəxslərin üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid2, polis serjantı Şahid3, KTB-nin inspektor-kriminalisti, polis kapitanı Fərid Nəsimiyevdən və TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayevdən ibarət əməliyyat qrupu təşkil etmiş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 22:17 dəqiqədə əməliyyat qrupu ilə birlikdə ünvan 3 ünvanına gəlmişlər. Mənzilin qapısı döyülmüş və qapı açıldıqda evdə iki nəfər olduğu müəyyən olunmuşdur. Həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid4 olduğu müəyyən olunmuşdur. Onlar həmin evdə tanışları Hamil adlı şəxin yaşadığını və hal-hazırda evdə olmadığını bildirmişlər. Onlar həmin şəxslərə mənzildə və onların üzərlərində narkotik vasitə olması ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə mənzilə baxış keçiriləcəyini izah etmişlər. Həmin vaxt İsmayıl üzərində narkotik vasitə olduğunu, Tural isə üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Baxış zamanı mənzildən 02 ədəd “Samsung” markalı, 01 ədəd “Nokia” markalı mobil telefon, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 üzərlərinə şəxsi axtarış aparılacağını izah edərək onları Sumqayıt ŞPİ-nə dəvət etmiş, Pİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan qeyri-qanuni hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu əynindəki şalvarın cibindən pul, 02 ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutularından birinin içərisinə baxış keçirilərkən içərisində 11 büküm aşkar olunmuşdur. İsmayıl bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra isə həmin narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq möhürlənmişdir. Ümumilikdə 03 ədəd mobil telefon və 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən və məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 İnqilab oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində o, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanışları İsmayıl və Tural adlı şəxslə qarşılaşmış, onlar ona tanışları Hamil adlı şəxin evinə getdiklərini bildirmişlər. O, onlara birazdan həmin evə gələ biləcəyini bildirmişdir. O, əvvəllər də həmin evə bir-iki dəfə qonaq getmiş, həmin evdə çay içib, olanda narkotik vasitə qəbul etmişlər. O, Hamilin yaşadığı evə gedib İsmayıl və Turalla biraz söhbətləşmiş, İsmayıl ona istifadə etmək üçün 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin vermişdir. Onun işi olduğu üçün o, evi tərk edib getmişdir. O, oradan biraz uzaqlaşdıqdan sonra mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar onun narkotik vasitələrin istifadəsində qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Pİ-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o, əynindəki şalvarın cibində saxlamış olduğu bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və möhürlənmişdir. Həmin maddəni ona İsmayıl adlı tanışının pulsuz, yəni pay olaraq vermişdir. İsmayıl ona pul müqabilində narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər sakinləri İsmayıl və Tahir adlı şəxsləri tanıyır. Tural adlı şəxsi isə tanımır. Belə ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 19 radələrində İsmayıl onun yaşadığı evə gəlmiş, biraz yatıb dincəlmək istədiyini bildirmişdir. O, etiraz etməmiş, İsmayıla bildirmişdir ki, Bakı şəhərinə gedir. O, qayıdana qədər İsmayıl evdə olmalı olmuşdur. O, evin açarını qapının üzərində saxlayıb çıxıb getmişdir Axşam təxminən 23 radələrində o, evə qayıdıb evdə heç kimin olmadığını və qapısının bağlı olduğunu görmüş, daha sonra atasıgilə gedib evin ehtiyyat açarını götürüb gəlmiş və evə girib əşyaların dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Bir neçə gündən sonra İsmayılı polis əməkdaşları onun evində tutaraq Pİ-nə apardıqlarını eşitmişdir. İsmayıl onun evinə tək gəlmişdir. İsmayıl gələn zaman onun evində heç kim olmamışdır. Ailə üzvləri rayonda olduqları üçün İsmayıla evdə qalmağa icazə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşayan tanışı Hamilin yaşadığı evə getmişdir. O, oraya digər tanışı İsmayılla telefonla danışdıqdan sonra getmişdir. O. Hamilgilə getdikdə İsmayıl və təxminən iki ay olarki tanıdığı Tahir adlı şəxs də orada olmuşdur. Onlar evdə olanda Hamil İsmayılla danışıb harasa gedib gələcəyini bildirmişdir. Hamil getdikdən sonra Tahir də evdən çıxıb getmiş, təxminən saat 22 radələrində evin qapısı döyülmüşdür. İsmayıl evin qapısını açdıqda bir neçə nəfər şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər onlardan özlərini təqdim etmələrini təklif etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları olduqlarını bildirmiş. Onlar İsmayıldan üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, İsmayıl isə üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Polis əməkdaşlarından biri masanın üzərində olan elektron tərəzinin kimə məxsus olduğunu soruşmuş, İsmayıl tərəzinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları mənzilə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər və onlar ərizə verərək mənzilə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Polis əməkdaşları mənzilə baxış keçirmiş, lakin mənzildən heç bir qanunsuz əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Ancaq elektron tərəzi qablaşdırılması üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları onların üzərlərinə şəxsi axtarış keçirilməsi ilə bağlı onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər, onlar polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən qanunsuz əşya, predmet, narkotik vasitə aşkar olunmamışdır. İsmayıl ona əvvəllər də bir neçə dəfə narkotik vasitəni pay olaraq vermişdir. İsmayıl ona narkotik vasitəni satmamış ancaq pay olaraq vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 18:20) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 26 iyul 2024-cü il tarixdə, saat 22:17 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.24); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.91-92); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.107-110); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 26 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 5(060)-636/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs anten məlumatlarının ələ keçirilməsinə icazə verilmişdir. “Şəxsi axtarışın keçirilməsi barədə” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə saat 22:17 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil Günay Cəfərova təqdim olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu üç manat pulu, 01 ədəd “Rothmans” markalı siqaret qutusunu, həmçinin 01 ədəd “Prima” markalı siqaret qutusunu təqdim etmişdir. Bundan sonra aşkar edilmiş “Prima” markalı siqaret qutusu açılan zaman 03 ədəd ağ rəngli sellofana, 02 ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş, içərisində ağ rəngli kristal şəklində olan maddələrin, həmçinin 03 ədəd ağ rəngli sellofana, 03 ədəd siqaretin gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan maddələrin olduğu müəyyən edilmişdir. O, içərisində ağ rəngli kristal şəklində maddələr olan bükümlərin “şüşə”, içərisində qəhvəyi rəngli toz halında olan maddələr olan bükümlərin isə “kakos” olduğunu, həmin bükümləri tutulduğu gün səhər saatlarında İnstagram sosial şəbəkədə tanış olduğu tanımadığı İran İslam Respublikası vətəndaşının kart hesabına 305 manat ödəniş etməklə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında yolun kənarında ağacın dibinə qoyduğu yerdən götürüb özü istifadə etmək üçün üzərində gəzdirdiyini, tanışları Tural və Tahirlə birlikdə çox zaman görüşərək bir yerdə narkotik vasitə qəbul etdiklərini, Hamil adlı şəxsin evinə bir neçə dəfə həmin şəxslərlə gələrək narkotik vasitə qəbul etdiklərini, hazırda üzərindən aşkar edilmiş maddələrin Şahid5 İnqilab oğluna bir qədər istifadə etməsi üçün pulsuz pay olaraq verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər tərəzidə çəkilən zaman içərisində 03 ədəd ağ rəngli sellofana bükülmüş və içərisində ağ rəngli kristal şəklində maddələr olan bükümlərdən birinci bükümün çəkisinin 0.42 qram, ikinci bükümün çəkisinin 0.40 qram, üçüncü bükümün çəkisinin 0.39 qram, 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində ağ rəngli kristal şəklində olan maddələr olan bükümlərdən birinci bükümün çəkisinin 0.10 qram, ikinci bükümün çəkisinin 0.10 qram, ümumilikdə ağ rəngli kristal şəklində maddələr olan bükümlərin çəkisinin isə 1.40 qram, bundan əlavə 03 ədəd ağ rəngli sellofana bükülmüş və içərisində qəhvəyi rəngli toz halında maddələr olan bükümlərdən birinci bükümün çəkisinin 0.68 qram, ikinci bükümün çəkisinin 0.46 qram, üçüncü bükümün çəkisinin 046 qram, 03 ədəd siqaretin gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddələr olan bükümlərdən birinci bükümün çəkisinin 0.22 qram, ikinci bükümün çəkisinin 0.14 qram, üçüncü bükümün çəkisinin 0.22 qram, ümumilikdə içərisində qəhvəyi rəngli toz halında maddələr olan bükümlərin çəkisinin isə 2.01 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin bükümlər, həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 01 ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzi ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 manat pulu, 01 ədəd “Rothmans" markalı siqaret qutusu özünə geri qaytarıldı. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş 02 ədəd “Samsung”, 01 ədəd “Nokıa” markalı mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. (i.v. 32-34); Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3850 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 05 ədəd biikümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri: 0,371 qram, 0,322 qram, 0,152 qram, 0,050 qram, 0,048 qram; ümumi təmiz çəkisi 0,943 qram ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, metamfetamin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 06 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,060 qram, 0,042 qram, 0,491 qram, 0,290 qram. 0,311 qram; ümumi təmiz çəkisi 1,241 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; heroin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd elektron tərəzinin səthində psixotrop maddə - metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində metmfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 5 büküm olan psixotrop maddə metamfetaminlə, Şahid5 məxsus psixotrop maddə-metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə aralarında eynilik təşkil edirlər. (i.v. 44-49); Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3849 saylı rəyindən görünür ki, 01 ədəd bükümdə təmiz çəkisi: 0,246 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.(i.v. 104-105); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5649 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 198-199); "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD tipli diskə məhkəmə iclasında baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə aşağıdaki məzmunda sms mətnlərin daxil olduğu və ya həmin nömrədən göndərildiyi müəyyən edilmişdir. SMS detallaşma adlı fayla daxil olduqda faylin içərisində ********** saylı mobil nömrəyə müxtəlif mobil nömrələrdən aşağıdaki məzmunda smslərin daxil olduğu müəyyən edilmişdir. :
1. xx-xx-2024 saat 20:24:57 - **********02 - **********91 – Qaqa menle elaqe saxla başva dönüm tecili,
2. xx-xx-2024 saat 21:50:00 - **********02 - **********91 – Ay qaqa veziyetim pisdi ee menim çole cxmıwam,
3. xx-xx-2024 saat 21:50:11 - **********02 - **********91 – Pisdi vezyetimmm,
3. xx-xx-2024 saat 20:02:06 - **********84 - **********91 – Namiq pulumuz var xoşumuza yoxdu köməy elə 2sinnende götürey,
4. xx-xx-2024 saat 18:03:36 - **********91 - **********91 – Şair meclisin coxdu deyesen probkaya düşmüsen,
5. xx-xx-2024 saat 08:58:10 - **********30 - **********91 – Qaqa sabahın xeyir seni görmey isdiyirdim,
6. xx-xx-2024 saat 09:57:24 - **********30 - **********91 – Ay isi cavab verde tecili iwim var bayaxkin tekrarlamaq olar,
7. xx-xx-2024 saat 12:35:55 - **********30 - **********91 – Ay qaqa revan yanıma gelir. Cavab ver iwim var,
8. xx-xx-2024 saat 14:54:14 - **********30 - **********91 – Olmadiki qaqa seni gozduyurem axi.avara qoymada adami,
9. xx-xx-2024 saat 15:26:16 - **********30 - **********91 – Qaqa duzelmir iwimi bilim. Bele olmaz hormetsizdik elemede. Qarşiliğli xetir hormet var.
10. xx-xx-2024 saat 23:07:35 - **********33 - **********91 – Qaqa deyirdim 20 manatda men kömek ederem,
11. xx-xx-2024 saat 19:53:24 - **********62 - **********91 – Qaqa belke men gelim hara deyirsen veziyet yaxşı deyil,
12. xx-xx-2024 saat 00:45:41 - **********10 - **********91 – Olsa mənədə de pulun verim götürüm,
13. xx-xx-2024 saat 20:23:32 - **********62 - **********91 – Axirinci-pulumu-verdimindi-agridan-olurem-bawa-duw,
14. xx-xx-2024 saat 17:14:54 - **********30 - **********91 – Eeee olmadiki cavab verde alinir alinmir bir sozde gorey uşağam cavab vermirsen yoxsa sen uşaqsan he yox de bir kelme,
15. xx-xx-2024 saat 21:10:04 - **********12 - **********91 – Qaqa harda qaldin Sen allah meni yola sal cixim gedim qurudum uje burda,
16. xx-xx-2024 saat 10:41:23 - **********39 - **********91 – İsmayil mən lomkadan ölürəm cavab verde mənəm Ruslan,
17. xx-xx-2024 saat 10:27:32 - **********04 - **********91 – İsi bunnan sora mennende gac gor senin bawıva neler gelecey menim pulumu gaytar vur menim kartima surocnu,
18. xx-xx-2024 saat 01:38:45 - **********04 - **********91 - İsi meymunnuğ eleme meni yiğ surocnu veziyetim pisdi bilirem varindi otur mene nese bir wey ele aparim vaxayada nese verim ağriyir oda. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə (qəti olaraq 01 il 02 ay 28 gün) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə Biləsuvar məhkəməsinin hökmü dəyişdiriləmədən qüvvəsində saxlanılmışdır. (i.v. 200-214 177-187); “sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş verilmiş ittiham qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanılmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16\2-6\4185 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 5748 saylı rəyi, xx.xx.2024-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut növü kimi tanınmışdır. Aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,947 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,827 qram heroinin qalıq çəkisinin və bir ədəd elektron tərəzinin məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 215-230) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, o cümlədən kimsəyə narkotik vasitə pay verməməsi və ya satmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, həmin maddə ilə məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, "xxxx" MMC-dən əldə sms məlumatları, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini müqayisəli şəkildə təhlil etməyi zəruri hesab edir. Göründüyü kimi Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında tanışı Hamilə məxsus evdə özünə məxsus elektron tərəzinin olduğunu etiraf etmiş, həmin tərəzidən yalnız istifadə etmək istədiyi narkotik vasitənin miqdarını ölçmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elektron tərəzidən yalnız bu məqsədlə istifadə etməsi ilə bağlı verdiyi ifadəsində səmimi olmamışdır. Əslində elektron tərəzidən məhz özündə olan narkotik vasitələri xırda hissələrə bölüb satmaq üçün istifadə etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən əldə edilmiş sms mətnləri təhlil edərkən Təqsirləndirilən şəxs həqiqətən müxtəlif şəxslərə narkotik vasitə və ya psixotrop maddə satdığı və ya pay verdiyi bir daha öz rəsdiqni tapmışdır. Bundan başqa Şahid5 özü də məhkəmə iclasında Təqsirləndirilən şəxs pay qismində narkotik əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid4 da ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs istifadə etmək üçün pay olaraq narkotik vasitə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən xüsusi avadanlıq yəni elektron tərəzi də aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclasında səmimi olmamışdır. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə həmin məcəllənin 66.5-ci maddəsinin tələbinə görə, şəxs hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində 23 mart 2024-cü il tarixdə törətmiş olduğu cinayət əməli ilə bağlı xx.xx.2024-cü il tarixdə ittiham hökmü çıxarılmış, hazırkı cinayət əməlini isə 26 iyul 2024-cü il tarixdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı İsmayıl Quiyevin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvələr də dəfələrlə narkotik vasitələrdən və psixotrop maddələrdən qanunsuz istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edildiyini, lakin islah olunmayaraq yenidən cinayət əməli törətməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin məcəllənin 66.5-ci maddəsinə əsasən Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli hökmü ilə təyin olunmuş 01 il 03 ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, hər iki cinayət işi üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 26 iyul 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq çəkisi 0,843 qram psixotrop maddə metamfetam, 1.121 qram narkotik vasitə heroin, 0.176 qram psixotrop maddə metamfetamin heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd və "xxxx" MMC-dən daxil olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 33 (otuz üç) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Qoşqar Məcidova 198 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 gün müddət cəzaçəkmə müdddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 26 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,843 qram psixotrop maddə metamfetamin, 1,121 qram narkotik vasitə heroin, 0,176 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Hakim Ramiz Quliyev