Məhkəmə qərarları › İş №1(060)-109/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-109/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-109/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxx 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumqayıt şəhəri K.Kotec qəsəbəsi M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər bağları ərazisində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 280,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 24 sentyabr 2020-ci il tarixdə saat 14:37 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən “Kapital Arena” idman kompleksinin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara və qəhvəyi rəngli gödəkcənin sol qoltuq altında saxladığı bir ədəd ağ rəngli polietilen paketdə 280,0 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli müddət əvvəl səhhətində ağrıları olduğundan narkotik tərkibli maddələr qəbul etməyə başlamış, sonuncu dəfə 24 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 70 manat pul verərək, həmin şəxsdən ağ rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuana almış və Sumqayıt şəhərinə qayıtmışdır. Həmin gün saat 14:37 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən “Kapital Arena” idman kompleksinin yaxınlığından piyada yaşadığı evə gedərkən, ilk olaraq ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, daha sonra ona polis əməkdaşının gündəlik geyim formasında olan bir nəfərdə yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduqlarını bildirməklə özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını deyib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrimin izahına dair yazılı bildiriş təqdim etmişlər. Həmçinin polis əməkdaşları üzərində şəxsi axtarış aparacaqlarını demişlər o da buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkiliş də aparılmışdır. Üzərində şəxsi axtarış zamanı əynində olan qara və qəhvəyi rəngli gödəkcənin sol qoltuq altında saxladığı, həmin gün Bakı şəhəri ərazisində olarkən, əvvəllər tanımadığı, adını və ünvanını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 70 manat pul verərək şəxsi istifadəsi üçün aldığı ağ rəngli polietilen torbadakı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra polis əməkdaşları tərəfindən sənədləşdirilmənin davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edildiyindən, onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə isə üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə üzərində şəxsi axtarış aparılarkən aşakar edilmiş narkotik vasitə qablaşdırılmış və üzərində iştirakçılar tərəfindən imzalar olunmuş, həmçinin polis əməkdaşları üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq fikri olmamış, narkotik vasitə olan qurudulmuş marixuananı uzun müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə olan qurudulmuş marixuananıda şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2003-cü ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2018-ci ilin avqust ayından xidmət aparmağa başlamışdır. Sonuncu dəfə 24 sentyabr 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin NMB-nə Nizami adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcədə üzərində gəzdirməsi ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Nizami adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanması, qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami adlı şəxsin xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri K.Kotec qəsəbəsi M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər bağları ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 14:37 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən “Kapital Arena” idman kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkilləri Şahid2 və Şahid3, birdə Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Elnur Qocayevlə yaxınlaşaraq onu saxlamışlar. Bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığı izah edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər İ saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət edilməsi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs saxladıqdan sonra həmçinin təhiqatçı tərəfindən onun hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, bundan başqa onun üzərində video kamerdan istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs etiraz etmədiyindən, daha sonra ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynində olan qara və qəhvəyi rəngli gödəkcənin sol qoltuq altında saxladığı bir ədəd ağ rəngli polietilen paketi çıxardıb təqdim etmiş, ondan təqdim etdiyi polietilen paketin içərisindəkinin nə olduğunu soruşduqda o, həmin polietilen paketin içərisindəki yaşıl rəngli kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin gün səhər saatlarında Bakı şəhəri ərazisində olarkən əvvəllər tanımadığı, adını və ünvanını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 70 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra onun üzərində tərəflərindən şəxsi axtarışda aparılmış, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya aşkar edilməmiş, daha sonra ona birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmələrini təklif etdikdə, o etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş, polis bölməsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, daha sonra narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə polietilen paketlə birlikdə qablaşdırılmış və üzərində iştirakçılar tərəfindən imzalar olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə–bioloji ekspertizasının 24 sentyabr 2020-ci il tarixli 7/657 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamada bir ədəd poletilen paketdə təmiz çəkisi – 280,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 280,0 qram, tədqiqata sərf edildi cəmi – 0,02 qram, qalıq 279,98 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertin 08.10.2020-ci il tarixli 2785 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 280,0 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 279,98 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24.09.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 26.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24.09.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdən “Narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəsazına məhkum edilmişdir. 29.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 11 (on bir) saat vaxt sərf etmişdir. Ona görə də 66 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 24.09.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 279,98 qram qalıq çəkisi qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 manat (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24.09.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 279,98 qram qalıq çəkisi qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 manat (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar