Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-109/2022 02.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X5, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan və yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01(bir) ədəd bükümdə təmiz çəkisi 1,057 qram narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 29.07.2021-ci il tarixdə, saat 20:07 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli selofan bükümdə təmiz çəkisi 1,057 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə qəbul edir. Saxlanılmamışdan bir neçə gün qabaq Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan yerdə tanımadığı şəxsdən 15 manata narkotik vasitə olan heroin almışdır. 29 iyul 2021-ci il tarixdə evdən çıxan zaman narkotik vasitə olan heroini küçədə uyğun bir yerdə istifadə etmək üçün əynində olan idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün təxminən saat 20:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getməyə razılıq vermişdir. 1-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra ona təqdim edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkilinin iştirakı və onun icazəsilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməyini təklif etmişlər. O, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu, içərisində narkotik vasitə heroin olan 01 ədəd qara rəngli sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bükümü açıb içərisindəki qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir. Bundan sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin onun iştirakı ilə elektron tərəzidə çəkilmiş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırmış və möhürlənmişdir. O, aşkar olunmuş narkotik vasitə olan heroini yanlız şəxsi istifadəsi üçün üzərində gəzdirmiş və heç kimə narkotik vasitə satmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 29 iyul 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri 1-ci PB-nin sahə rəisi Şahid2, əməliyyat müvəkkili Şahid3 və Sumqayıt ŞPİ-nin inspektor-kriminalisti Elnur Qocayevlə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 20 radələrində həmin şəxsin ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 504 saylı evin yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Əməliyyat qrupunun üzvləri ilə birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq həmin şəxsi hərəkətsiz hala gətirmiş, özlərini Təqsirləndirilən şəxs təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra 1-ci PB-yə gətirilmişdir. 1-ci PB-də Təqsirləndirilən şəxs X1 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Müdafiəçi Rəşad İldırımzadə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona güc tətbiq edilib-edilmədiyini soruşduqda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq göstərilmədiyini bildirmiş və törətdiyi cinayət əməlini etiraf etmişdir. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli sellofan bükümü təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən əldə etdiyini soruşulduqda Təqsirləndirilən şəxs aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını söyləmişdir. Həmin qara rəngli sellofan büküm polis əməkdaşları tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş tünd-qəhvəyi rəngli, spesifik iyə malik maddə elektron tərəzidə çəkilmiş və həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırmış və möhürlənmişdir. Məhkəmə ifadələri tədqiq edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi Şahid2 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, Sumqayıt ŞPİ-nin 1-cİ PB-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Həmin vaxt 1-ci PB-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra X1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün 1-ci PB-yə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim edir. Müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona güc tətbiq edilib-edilmədiyini soruşduqda Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən təzyiq göstərilmədiyini bildirir və törətdiyi cinayət əməlini etiraf edir. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli sellofan bükümü təqdim edir.Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını söyləyir. Həmin qara rəngli sellofan büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş tünd-qəhvəyi rəngli maddə elektron tərəzidə qoyularaq çəkilir və çəkisinin 1,17 qram olması müəyyən olunur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin 125 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının məhkəməkimyəvi ekspertizasının 30.07.2021-ci il tarixli, 6/3191 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhür əksi və “şübhəli şəxs : Təqsirləndirilən şəxs” yazısı və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,057 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi: 1,057 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 1,007 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19.10.2021-ci il tarixli, 4040 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,007 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29.07.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 31.07.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-737/2021 saylı, 13.12.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26.12.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşaq vardır. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, şəxsin təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29.07.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 26.12.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,007 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29.07.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,007 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-109/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-109/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver