Məhkəmə qərarları › İş №1(060)-109/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-109/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-109/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,121 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:55 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 19 saylı orta məktəbin inzibati binasının yaxınlığında küçədə saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 1,121 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,091 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xətai küçəsində yerləşən 19 saylı orta məktəbin inzibati binasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,409 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, daha sonra həmin gün saat 19:17-də yaşadığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində yerləşən bağ evinə baxış keçirilən zaman yataq otağındakı plastik pəncərə altlığının üstündəki şabalıdı rəngli qutunun altından Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar olunmuş 0,409 qram çəkidə narkotik vasitə heroinlə eyni tərkibli olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 3,682 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,706 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 19:10- da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 19 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq həmin PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki yaşıl rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,706 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə saxlanılarkən və 2-ci Polis Bölməsində təhqiqat zamanı polis əməkdaşları tərəfindən döyülmüşdür, ona təzyiq göstərilmiş və qərəzlilik nümayiş olunmuşdur. 2-ci PB-də üç epizodun üçündə də onu döymüş, ona təsir etmişlər. Müdafiəçi PB-də 2 dəfə iştirak etmişdir. İstintaq zamanı özünü təqsirli bilməmişdir, ona təzyiq olunub ona görə də imzalarını “məcburi” sözü qeyd etməklə etmişdir, bu aydın bilinir. Amma işdə olan imzaların çoxu onun deyildir. Qəsdən, qərəzli olaraq ona iş açılıb və əvəzindən imza edilmişdir. Müdafiəçini o sadəcə polis bölməsində görmüş, həmin müdafiəçi qadın olmuşdur. Müdafiəçinin ayağına vurub demişdir ki, bu narkotik vasitə onun deyil. Evdə olarkən də vəkil yaşlı kişi olmuşdur, vəkilə bildirmişdir ki, həmin narkotik vasitə onun deyil, nəyə görə dillənmir? Lakin vəkil ona fikir verməmiş, öz bildiyi kimi qol çəkmişdir. Onu tutaraq MSY-nə gətirmişlər, polkovnik Nəsir müəllim ilə onu üzləşdirmişlər. O Nəsir müəllimə demişdir ki, “sən özün qoymusan bu narkotiki”. O orada mübahisə etmiş, əlində də qandal olmuşdur. O demişdir ki, “mən sizin əlinizdəyəm, istədiyiniz şeyə qol çəkdirə bilərsiniz.” Elə də oldu. Narkotik vasitəni Mircəlal adlı şəxsdən aldığını bildirmişlər, lakin bu adam yanvar ayında rəhmətə getmişdir. O narkotik vasitəni ondan necə almış ola bilər? Orada da hər yerdə imza yerinə məcburi sözünü yazmışdır. İşdə olan imzaların çoxunu başqa cür icra etmişdir ki, narazılığı bilinsin, bəziləri isə onun deyildir, qəsdən, qərəzli olaraq ona iş açılıb və əvəzindən imza edilmişdir. Ona təsir edildiyi üçün istintaqda başqa ifadə vermişdir, indi imkan yarandığı üçün düzünü deyir. Ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində işdə olan imzaların ona aid olmamasını bildirməsi, ona qarşı zor tətbiq olunması, ona təzyiq edilməsi barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadələrində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İstintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, müəyyən müddətdir narkotik vasitə qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 20.55 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində 19 saylı orta məktəbin yaxınlığında küçədə olan zaman ona polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O etiraz etməyib bölmənin inzibati otaqlarının birində polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirmişlər, sonra ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər Regional vəkil bürosundan dəvət etdikləri müdafiəçi X3 təqdim elmişlər, o etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin büküm açıldıqda içərisində spesifik iyə malik tünd qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. O sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi bükümdə narkotik vasitə olan kakosdur, o həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün bir bükümdə 20 manata almış, üzərindən aşkar olunmuş maddə büküldüyü kağız ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş vəçəkisinin 1,35 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddə xüsusi qaydada zərfə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və digər iştirakçılar ilə birlikdə protokola imza etmişdir. Həmin narkotik vasitə olan kakosu almaqda məqsədi özü istifadə etmək olmuş, lakin onun narkotik satmaq niyyəti olmamış, polis əməkdaşları polis bölməsinə onu dəvət edərkən etiraz etməmiş, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi təzyiqlər olmamış, ona görə bu barədə hər hansışikayəti olmamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən nömrəsiz bağ evinin yaxınlığında küçədə olan zaman ona polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 2ci PB-nə dəvət etmişlər, o etiraz etməmiş, bölmənin inzibati otaqlarının birində polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirmişlər, o etiraz etməmişdir. Sonra ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosundan dəvət etdikləri müdafiəçi X8 təqdim etmişlər. Bundan sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin büküm açıldıqda içərisində spesifik iyə malik tünd qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. O sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi bükümdə narkotik vasitə olan kakosdur, o həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün bir bükümdə 20 manata almış, üzərindən aşkar olunmuş maddə büküldüyü kağız ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və həmin maddə xüsusi qaydada zərfə qablaşdırılaraq, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, digər iştirakçılar ilə birlikdə protokola imza etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərində başqa saxlanması və gəzdirilməsi qadağan olunmuş maddə və əşya aşkar edilməmişdir. Bundan sonra onun yaşadığı H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən nömrəsiz bağ evinə baxış keçirilməsi təklif olunmuş, o etiraz etməmiş və bu barədə o və anası X5 da ərizə yazaraq evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Onun müdafiəçi X7 iştirakı ilə polis əməkdaşları sözü gedən yaşadığı ünvana baxış keçirtmişlər. Baxış zamanı yaşadığı bağ evində yataq otağının plastik pəncərəsinin qarşısında qoyulmuş şabalıdı rəngli qutunun altında ağ rəngli şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-də təhqiqatçıya verdiyi izahatda evə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitə kakosun ona məxsus olduğunu, həmin narkotik vasitəni bir ay əvvəl Cəlal adlı şəxsdən şəxsi istifadəsi üçün alıb evində saxlamasını bildirib, həmin izahata imza etsə də ifadəsində qeyd etdiyi kimi, evdə olan narkotikdən onun xəbəri olmamış, həmin narkotiki o əldə etməmişdir. MEM-nin kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli 6\719 saylı rəy ilə tanış olmuş, həmin rəydə göstərilən 0,409 qram üzərindən aşkar edilərək götürülmüş, o bunu etiraf etmiş, lakin sonradan yaşadığı ünvanda aşkar edilərək götürülmüş 3,682 qram narkotik vasitə olan heroin ona məxsus olmamış, ifadəsində qeyd etdiyi kimi, həmin narkotik vasitəni o almamış, xəbəri olmamış, tərkib əlamətləri, kimyəvi komponentləri ilə bağlı bir fikri olmamışdır. Onun üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan kakosu almaqda məqsədi özü istifadə etmək olmuşdur, o narkotik vasitə olan kakosdan istifadə etdiyini, narkotik aludəçisi olduğunu etiraf etmiş, lakin onun narkotik salmaq fikri olmamış, narkotik satmamış, bədənində ağrıları çox olduğuna görə demək olar ki, hər gün narkotik vasitə olan heroindən istifadə etmiş, aldığı narkotik vasitəni hissə-hissə istifadə etmişdir. Narkotik vasitəni müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə edib istifadə etmiş, bu səbəbdən narkotik vasitə əldə etdiyi şəxsləri şəxsən tanımamış, əlaqə nömrələrini, digər zəruri məlumatları barədə heç bir məlumatı olmadığından bu barədə polisə məlumat verə bilməmişdir. Onu polis əməkdaşları polis bölməsinə dəvət edərkən etiraz etməmiş, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi təzyiqlər olmamış, ona görə bu barədə hər hansışikayəti olmamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, saat 19:10 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 19 nömrəli tam orta məktəbin yaxınlığında olduğu zaman 3 (üç) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Sonra üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə dəvət etmişlər. O heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 2-ci PB-nə getmişdir. Onlar PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılması ona bir daha izah olunmaqla yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və eləcə də hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O hüquqlarının, vəkil siyahısında olan X9 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X9 ona təqdim olunduqdan sonra onu icazəsi və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə təhqiqatçı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, vasitə və ya predmet olub-olmadığını soruşmuş və olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. O əynində olan yaşıl rəngli, gödəkçənin sağ yan cibində saxladığı, 1 (bir) büküm gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan, narkotik vasitə “heroini” cibindən çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, toz halında, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təhqiqatçı təqdim etdiyi sözügedən tünd qəhvəyi rəngli kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə bükümünü xx.xx.2022-ci il tarixdə, H.Z.Tağıyev qəsəbəsi ərazisində, “Düllə” ləqəbli, Namiq adlı şəxsdən öz istifadəsi üçün 10 manata alıb, üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkildikdə həmin kütlənin büküldüyü siqaret kağızı ilə birlikdə çəkisi 0,88 qram olması müəyyən edilmişdir. O hüquqlarını müdafiə edən vəkil R.Abbasovun suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təzyiq göstərilmədiyini bildirdikdən sonra üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər həmin kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, vəkili R.Abbasov və onun tərəfindən imzalanmış, bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır. O saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, kiçik inspektoru, polis baş serjantı Şahid2, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı Taleh Abdullayevdən, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakı təmin edilmişdir. Saat 19:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində, 19 saylı orta məktəbin yanında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 19 saylı orta məktəbin yanına getmişlər. Saat 19:10 radələrində Təqsirləndirilən şəxs gəldiyini görüb onu saxlayıb özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəəldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin Təqsirləndirilən şəxs şərait olmadığıüçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmiş, PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2022-ci tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, ərazisində Düllə ləqəbli Namiq adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Həmin bükümü özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək həmin kütlələr elektron tərəzidə çəkilmiş və Təqsirləndirilən şəxs dediyi narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 0,88 qram olduğu müəyyən olunmuş və protokol tərtib olunması üçün həmin kütlələr tərəfindən götürülmüş, kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi ərazisində Düllə ləqəbli Namiq adlışəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi, eyni zamanda əldə etməsində vasitəçilik etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən onun narkotik vasitələrin satışı ilə məşğul olması, eyni zamanda əldə etməkdə vasitəçilik etməsi fakt öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, kiçik inspektoru, polis baş serjantı Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-də baş əməliyyat müvəkkili işləmiş, hazırda təqaüddə olan Şahid4 göstərdi ki, xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Nuracədin oğlunun narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis baş leytenantı Şahid5, kiçik inspektoru, polis baş serjantı Şahid6, Sumqayıt ŞPİ-nin 2-ci PBnin baş təhqiqatçısı Mətləb Abbasovdan, kriminalistik təhqiqatlar bölməsinin inspektorkriminalisti, polis baş leytenantı Fərid Nəsimiyevdən ibarət əməliyyat qrupu təşkil etmişlər və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı təmin edilmişdir. Saat 20:40 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində, 19 saylı orta məktəbin yanında olması barədə təkrar məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H,Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 19 saylı orta məktəbin yanına getmişlər, saat 20:55 radələrində Təqsirləndirilən şəxs gəldiyini görüb onu saxlayıb özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəsidə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmişdir. PB-də xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2022-ci tarixdə Sumqayıt şəhəri ərazisində tammadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Həmin bükümü özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək həmin kütlələr elektron tərəzidə çəkilmiş və Təqsirləndirilən şəxs dediyi narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 1,35 qram olduğu müəyyən olunmuş və protokol tərtib olunması üçün həmin kütlələr götürülərək qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi, eyni zamanda əldə etməsində vasitəçilik etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, eyni zamanda əldə etməkdə vasitəçilik etməsi faktı öz təsdiqini tapmamışdır. Buvdan başqa, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Babək adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs baş təhqiqatçı Mətləb Abbasov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Mətləb Abbasov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Nail Məmmədov təqdim olunmuşdur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuşdur. O da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağız bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinin olması aşkar edilmişdir. Sorğu zamanı Babək bildirmişdir ki, həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin tərəzidə çəkilərək qablaşdırılmışdır. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs barəsində aparılan araşdırma materialı ilə əlaqədar olaraq onun yaşadığı ünvana baxış keçirməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bu səbəbdən əməliyyat qrupu iştirakçıları və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.2022-ci il tarixdə saat 19:17-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, X10 qəsəbəsi, Xətai küçəsində yerləşən bağ evinə gedilərək baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı ilk olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi tikili təxminən 20 sot torpaq sahəsinin içərisində yerləşməklə səkili və 1 mərtəbəlidir. Həmin fərdi ev 1 otaq, 1 mətbəx və 1 sanitar qovşaqdan təşkil olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman sonuncuya yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut saxlamadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağındakı plastik pəncərinin pəncərə altının üstündəki şabalıdı rəngli qutunun altından ağ rəngli şəffaf sellofana bükülmüş bükümün olduğu müəyyən olunmuşdur. Həmin şəffaf rəngli sellofan açılır, bükümdə qəhvəyi rəngli spesifik rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş maddənin ona məxsus olduğunu, onu bir ay əvvəl Cəlal adlı şəxsdən 20-30 manata aldığını etiraf etmişdir. Daha sonra bölməyə qayıdaraq müvafiq sənədləşmə aparılmışdır, o da sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, o saxlanılarkən ona qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB- nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, kiçik inspektoru, polis baş serjantı Şahid2, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis baş leytenantı Şahid5, kiçik inspektoru, polis baş serjantı Şahid6 da Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə verdilər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:55-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsn MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Babək adlışəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 20:55-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs baş təhqiqatçı Mətləb Abbasov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Mətləb Abbasov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili Səadət Vəliyeva təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağız bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinin olması aşkar edilir. Sorğu zamanı Babək bildirir ki, həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. Həmin diskdəki görüntülər məhkəmə iclasında nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/331 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdiim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,121 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,121 qram heroin tədqiqat zamanı aparılmış fiziki-kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,071 heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsn MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Babək adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs baş təhqiqatçı Mətləb Abbasov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Mətləb Abbasov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Nail Məmmədov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişləşəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağız bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinin olması aşkar edilərək götürülür. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs barəsində aparılan araşdırma materialı iləəlaqədar olaraq polis əməkdaşlarının onun yaşadığıünvana baxış keçirməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bu səbəbdən əməliyyat qrupu iştirakçıları və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.2022-ci il tarixdə saat 19:17-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, X10 qəsəbəsi, Xətai küçəsində yerləşən bağ evinə gedilərək baxış keçirilməsinə başlanılır. Baxış zamanı ilk olaraq müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi tikili təxminən 20 sot torpaq sahəsinin içərisində yerləşməklə səkili və 1 mərtəbəlidir. Həmin fərdi ev 1 otaqj mətbəx və 1 sanitar qovşaqdan təşkil olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığıünvana baxış keçirilən zaman sonuncuya yaşadığıünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuşəşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilir. Təqsirləndirilən şəxs yaşadığıünvanda qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut saxlamadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığıünvanda yataq otağındakı plastik pəncərinin pəncərə altının üstündəki şabalıdı rəngli qutunun altından ağ rəngli şəffaf sellofana bükülmüş bükümün olduğu müəyyən olunur. Həmin şəffaf rəngli sellofan açılır, bükümdə qəhvəyi rəngli spesifik rəngli spesifik iyə malik narkotik vasitə olan "heroin"? bənzər maddənin olduğu aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş maddənin ona məxsus olduğunu, onu bir ay əvvəl Cəlal adlı şəxsdən 20-30 manata aldığını etiraf etmişdir. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/719 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №126”-li dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,409 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №126”-li dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı plastik pəncərənin altındakı qutusunun altından götürülmüş...” yazısı, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,682 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən götürülmüş heroinlər ümumi təmiz çəkisi 4,091 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Babək adlışəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gəlirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs baş təhqiqatçı Mətləb Abbasov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Mətləb Abbasov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Nail Məmmədov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişləşəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağız bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinin olması aşkar edilir. Sorğu zamanı Babək bildirir ki, həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Babək adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs baş təhqiqatçı Mətləb Abbasov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Mətləb Abbasov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Nail Məmmədov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişləşəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağız bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinin olması aşkar edilərək götürülür. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs barəsində aparılan araşdırma materialı iləəlaqədar olaraq polis əməkdaşlarının onun yaşadığıünvana baxış keçirməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bu səbəbdən əməliyyat qrupu iştirakçıları və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.2022-ci il tarixdə saat 19:17-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, X10 qəsəbəsi, Xətai küçəsində yerləşən bağ evinə gedilərək baxış keçirilməsinə başlanılır. Baxış zamanı ilk olaraq müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi tikili təxminən 20 sot torpaq sahəsinin içərisində yerləşməklə səkili və 1 mərtəbəlidir. Həmin fərdi ev 1 otaq, mətbəx və 1 sanitar qovşaqdan təşkil olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığıünvana baxış keçirilən zaman sonuncuya yaşadığıünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuşəşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilir. Təqsirləndirilən şəxs yaşadığıünvanda qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut saxlamadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığıünvanda yataq otağındakı plastik pəncərinin pəncərə altının üstündəki şabalıdı rəngli qutunun altından ağ rəngli şəffaf sellofana bükülmüş bükümün olduğu müəyyən olunur. Həmin şəffaf rəngli sellofan açılır, bükümdə qəhvəyi rəngli spesifik rəngli spesifik iyə malik narkotik vasitə olan "heroin"ə bənzər maddənin olduğu aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş maddənin ona məxsus olduğunu, onu bir ay əvvəl Cəlal adlı şəxsdən 20-30 manata aldığını etiraf etmişdir. Bundan sonra videoçəkiliş dayandırılır. Həmin diskdəki görüntülər məhkəmə iclasında nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 3,941 qram narkotik vasitə olan heroin maddi sübut tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd disk də maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:10-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 19 saylı tam orta məktəbin yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022ci il tarixli protokoldan və “Diskə baış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Babək adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 19:10-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 19 saylı tam orta məktəbin yaxınlığında müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Taleh Abdullayev özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Taleh Abdullayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Rəşad Abbasov təqdim olunur. O. hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağız bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinin olması aşkar edilir. Sorğu zamanı Babək bildirir ki, həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində «Düllə» ləqəbli Namiq adlı şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. Həmin diskdəki görüntülər məhkəmə iclasında nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1006 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,706 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,656 qram çəkidə narkotik vasitə olan heroinsübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1589 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 6/1310 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə, üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözü, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0656 qram olan heroin ilə üzərində “Şübhəli şəxs N.Sultanov” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,197 qram, 0,048 qram, 0,058 qram, 0213 qram, 0,076 qram, 0,030 qram, 0,032 qram ümumi təmiz çəkisi 0,654 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İş materiallarında olan 23 saylı MKS-nin 04 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonşuları və ailəsi tərəfindən müsbət xarakterizə olunmur. Onun barəsində 23 saylı MKS-nə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.3, 331.2, 128, 62, 66.3, 70 və 68ci maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə və 150 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 69.4-cü maddələri ilə 2500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 01 il 06 ay müddətə islah işləri cəzası ilə əvəz edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nuacəddin oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,656 qram, 3,941 qram və 1,071 qram narkotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin videogörüntülərini əks etdirən 04 ədəd disk maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs onu tutarkən ona təzyiq göstərməsi, onun döyülməsi ilə bağlı göstərdiklərini, təsir nəticəsində ilkin ifadəsində və videoçəkilişdə etirafedici ifadə verməsi ilə bağlı qeyd edir ki, bu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi üsuldur. Məhkəmə Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı faktları araşdırmış, bu barədə məhkəmə tərəfindən qərar qəbul edilərək onun döyülməsi ilə bağlı məlumat verilməsi üçün Sumqayıt şəhər prokuroruna göndərilmiş, bununla bağlı Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X6 31C-23 saylı, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 241 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs işdə olan imzaların onun olmaması ilə bağlı verdiyi ifadəsini araşdırmış, bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş məhkəmə-xətşünaslıq ekspertizasının 4/137 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin (cild 2) 13-cü vərəqəsində olan protokolda, 14-15-ci vərəqələrdə olan qərarda, 17-18-ci vərəqələrində olan bildirişdə, 20-ci, 24-cü, 134-cü vərəqələrində olan protokollarda, 138-139-cu vərəqələrində olan qərarda, 198-ci, 200-201ci vərəqələrində olan protokollarda, 203-204-cü vərəqələrində olan qərarlarda, 206-207-ci vərəqlərində olan bildirişdə, 212-ci vərəqəsində olan protokolda, (cld 3) 57-60-cı, 113-116cı vərəqələrində oln qərarlarda və 119-cu vərəqəsində olan qərarda “Şübhəli şəxs” və “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin (cild 2)62-ci, 165-ci vərəqələrində olan protokollarda, 166-cı vərəqəsində olan ərizədə, 171-172-ci vərəqələrində olan protokollarda, 175-ci vərəqəsində olan bildirişdə, 185-ci vərəqəsində olan protokolda, (cild3) 102-ci vərəqəsində olan ərizədə və 140-cı vərəqəsində olan protokolda “Şübhəli şəxs” və “Təqsirləndirilən şəxs” qrafalarındakı imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs özü bilərəkdən fərqli qaydada imza etmiş, imza əvəzinə “məcburi” sözü kimi oxunan sözlər şəklində və ya tamam başqa formada imza etmiş, məqsədli şəkildə məsuliyyətdən yayınmaq istəmişdir. Özü də məhkəmədə fərqli qaydada imzalar etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs intellektual səviyyəsi həddində öz müdafiəsini quraraq məsuliyyətdən kənarda qalmaq istəmişdir. Çünki onun göstərdiyi halların heç biri təsdiq edilməmiş, başqa hala da istinad etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan tərkibinə görə eyni olan üzərindən və evindən aşkar olunaraq götürülmüş 04 bükümdə, ayrı-ayrılıqda 1,12 qram, 4,111 qram və 0,706 qram olan narkotik vasitə olan heroini (ayrı-ayrılıqda və başqa vaxtlarda) əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, cəzasını ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinın sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatları ilə əlaqədar cəmi 463 (dörd yüz altmış üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkiləri 0,656 qram, 3,941 qram, 1,071 qram narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 240 (iki yüz) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs 18.01 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək, yəni altı gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 06 (altı) gün Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.01 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək tutulub saxlanıldığı 06 (altı) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs 463 (dörd yüz altmış üç) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq xalis çəkiləri 0,656 qram, 3,941 qram, 1,071 qram narkotik vasitə heroinlər məhv edilsin, əməliyyat-axtarış tədbirlərini özündə əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar