Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-109/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X9 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi ödənilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 2(074)-101/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Şəhəri Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün verilən xx.xx.2023-cü il tarixli təqdimata əsasən 6820,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs X3 qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, X4 onun doğma xalası qızıdır. xx.xx.2011-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 oğlu və xx.xx.2018-ci il təvəllüdlü X7 oğlu adlı uşaqları dünyaya gəlmişlər. Lakin sonradan xasiyyətləri düz gəlməmiş, Zərərçəkmiş şəxs ondan boşanmaq və alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-101/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Ayselin valideyinlərinin təkidi əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən verilmiş təqdimat əsasında onun xx.xx.2023-cü il tarixə ödənilməmiş aliment borcu 6820,00 manat təşkil edir. Zərərçəkmişşəxs onun ohumudur, hazırda ittihamda qeyd olunmuş aliment borcunu tam şəkildə zərərçəkmiş şəxsə ödəmiş, uşaqlarının xətrinə ailəsini bərpa edir. Məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs olan aliment borcunu tam ödəmişdir. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Birgə evlilikdən iki uşağı var, sonra münasibtləri pozulduğundan ayrılmışdırlar. Həmin vaxt təqsriləndirilən şəxs aliment ödəmədiyinə görə 6820 manat borc yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona olan aliment borcu tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona Təqsirləndirilən şəxs 6820 manat aliment borcunu tam ödəmişdir. Heç bir şikayət və tələbi yoxdur. Onun məsuliyyətdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, Hacıyevə Aysel onun qızıdır. Onun uşaqlaqdan nitq və eşitmə qüsuru var, bu səbəbdən 3-cü qrup əlildir. Təqsirləndirilən şəxs onun doğma bacısı oğludur. xx.xx.2011-ci il tarixdə qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 14.01,2013-cü il təvəllüdlü X9 oğlu və xx.xx.2018-ci il təvəllüdlü X7 oğlu adlı uşaqları dünyaya gəlmişdir. Onlar birlikdə təxminən 8 il Sumqayıt şəhərində yaşadılar, əvvəl münasibətləri normal olmuş, lakin sonradan xasiyyəti düz gəlməmiş, münasibətləri pozulmuşdur, belə ki, Təqsirləndirilən şəxs uşaqlarına və ailəsinə baxmırdı, universitetdə yeməkxanada ofisiant işləyirdi, qazandığını özünə və «Topaz» oyununa xərcləyirdi, nadir hallarda uşaqlarına nəsə alırdı. Qızına və nəvələrinə onlar baxırdı. Bu səbəbdən evdə problemlər olmuş, sonra isə Təqsirləndirilən şəxs qızını evdən uşaqları ilə birlikdə qovmuş, maşına mindirərək Şamaxıya göndərmişdir. Təqsirləndirilən şəxs uşaqlarına baxmadığı üçün və maddi cəhətdən köməklik etmədiyi səbəbindən ondan boşanmaq və alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşlar və Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-101/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X9 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs hazırdada fərdi əməklə məşğuldur, qazancı barədə məlumatları yoxdur. Təqsirləndirilən şəxs alimenti ödəmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Aliment borcu 6820 manat təşkil etmişdir. Hazırda onlar birgə yaşamaq üçün razılığa gəlmişlər, tqsirləndirilən şəxsin aliment borcu yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-101/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 oğlu və xx.xx.2018-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsində başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən aliment müntəzəm şəkildə ödənilməmiş, borclunun tələbin yönəldilə biləcək əmlakı və gəliri aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etmədiyi üçün və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir, inzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi dəfələrlə tələb edilmiş, xəbərdarlıq olunmuş, lakin müsbət nəticə əldə edilməmiş, sonuncu izahatında borcu ödəyə bilməyəcəyini bildirmişdir. İcraat dövründə İsrəfilov tərəfindən tələbkar Zərərçəkmiş şəxs hesabına ödənilməli olan 6820 manat aliment pulundan heç bir ödəniş edilməmişdir. Bu səbəbədən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qərarının qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat verilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, böyük icra məmuru Şahid2 göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-101/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 05 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 tərəfindən Şamaxı Rayon Məhkəməsinin 2(074)-101/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021, xx.xx.2022-ci il tarixli qərarları ilə borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3217/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardaına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə nikahından xx.xx.2023-cü il təvəllüdlü İsrəfilov Əfrahim adlı övladı vardır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olanın tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində tutularaq Yasamal RPİ-nin MSY-nə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə icraat təzələnmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-935/2023) qərarını icra edərək vəkil Müdafiəçi onun vəkili təyin etmişdir.. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir.. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-109/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-109/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver