Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-109/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, X11, X5 Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qazaxıstan Respublikası, Torqay vilayəti, Aralık rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd sellofan torbada təmiz çəkisi 205.0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 29 iyul 2024-cü il tarixdə saat 17:55 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən "İbiza” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gəlirilib, orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı həmin sellofan bükülü aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o 2009-cu ildən narkotik vasitələrdən istifadə edir. Pisxoloji dispanserdə qeydiyyatda olduğu üçün psixotrop dərmanlar qəbul edən zaman ailəsinə qarşı aqressiv olduğundan vaxtaşırı narkotik vasitə olan qurudulmuş marixuana çəkir. Belə ki, Ləhic bağlarında işlədiyi müddətdə daha dəqiqi 29 iyul 2024-cü il tarixdə əvvəldən tanıdığı, hətta bir dəfə üzbəüz görüşdüyü Emin adlı şəxs Rusiya Federasiyasının mobil operatorlarına məxsus hazırda xatırlamadığı mobil nömrə ilə onun mobil nömrəsinə "Whatsapp" proqramı vasitəsi ilə zəng edərək ona narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə biləcəyini bildirmiş, o, istifadə etmək üçün narkotik vasitəyə ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Bundan sonra Emin ona 200 qram marexuana təşkil etdiyini, narkotik vasitənin məkanını "Whatsapp" proqramı vasitəsilə ona göndərdiyini bildirmişdir. Həmin ünvana getmək üçün avtomobili olmadığından qardaşı Elnurdan onu guya kafel işi ilə bağlı görüşüb danışıq aparması üçün Sumqayıt şəhərinə aparmasını xahiş etmişdir. Elnur heç bir problemin olmadığını ona bildirmiş, elə həmin gün Elnurla birlikdə saat 17:55 radələrində Eminin ona göndərdiyi məkana, yəni Sumqayıt şəhəri, dəniz kənarında yerləşən “İbiza” restoranın qarşısına gəlmiş, avtomobildən düşərək Elnura işi danışıb bir neçə dəqiqəyə qayıdacağını demişdir. O, həmin restoranla üzbəüz yerləşən yarımçıq tikiliyə daxil olmuş, həmin vaxt əlində 2 litrlik su butulkası da olmuşdur ki, qəfil problem yaranacağı təqdirdə və ya polis əməkdaşları ilə hətta qarşılarşarsa ayaqyolu məqsədilə həmin yerə gəldiyini bildirsin. O, həmin tikiliyə daxil olmuş, bir dövrə vurduqdan sonra nədənsə şübhələnmiş və oradan çıxmaq istərkən polis əməkdaşları onu saxlamışdır. Polis əməkdaşları onu saxlayarkən onun əlində hər hansı narkotik vasitə olmamışdır. Həmin ünvana narkotik vasitəni götürmək üçün getməsinə baxmayaraq, o, fürsət tapıb göndərilən narkotiki götürə bilməmişdir. Bundan sonra polis əməkdaşları onu elə həmin yerdə narkotik vasitənin yanına aparmış, yerdən həmin narkotiki götürərək özünə məxsus olmasını boynuna götürməyi tələb etmişlər. Bundan sonra onlar çölə çıxdıqda artıq qardaşının da polis əməkdaşları tərəfindən tutulduğunun şahidi olmuşdur. PB-də o, döyülməmiş, yalnız sözlə təhdid olunmuşdur. Belə ki, qardaşı əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyi üçün qardaşını da məsuliyyətə cəlb edəcəklərini ona bildirmişlər. Bu səbəbdən o, həmin narkotik vasitənin ona məxsus olmasını öz üzərinə götürmüşdür. O, bir daha bildirir ki, həqiqətən də 200 qram narkotik vasitə marexuananı götürmək üçün həmin ünvana getmişdir. Lakin əldə edə bilməmiş, həmin vaxt polis əməkdaşları onu saxlamışlar. Bundan başqa bildirir ki, həyat yoldaşı Aytən Mehtiyeva 1-ci Qarabağ müharibəsi şəhidi Nazim Mehtiyevin qızıdır. Birgə nikahdan 4 azyaşlı övladları vardır. Onlardan 3-ü məktəbli, 1 övladı isə məktəbəqədər təhsil alır. Ailənin yeganə dolanacaq mənbəyi özü olmasını və əməlindən peşman olmasını məhkəmənin nəzərə alınmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, pisxoloji dispanserdə qeydiyyatda olduğu üçün psixotrop dərmanlar qəbul edən zaman ailəsinə qarşı aqressiv olduğundan vaxtaşırı narkotik vasitə olan qurudulmuş marixuana çəkir. 29 iyul 2024-cü il tarixdə təxminən bir neçə ay bundan əvvəl tanış olduğu, lakin mütəmadi əlaqədə olmadığı Emin adlı şəxs Rusiya Federasiyasının mobil operatorlarına məxsus hazırda xatırlamadığı mobil nömrə ilə "Whatsapp" proqramı vasitəsi ilə onun mobil telefonuna zəng edərək ona narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə biləcəyini bildirmiş, Emin ona narkotik vasitəni götürməli olan yerin "məkan”-nı "Whatsapp" vasitəsi ilə ona göndərmişdir. Avtomobili olmadığı üçün onu Sumqayıt şəhərinə aparması üçün qardaşı Elnura xahiş etmişdir. Qardaşına həmin ünvanda kafel işi ilə bağlı görüşüb danışıq aparmalı olduğunu bildirmişdir. Elnur da heç bir problemin olmadığını bildirib, həmin gün Elnurla birlikdə saat 17:55 radələrində Eminin atdığı məkana, yəni Sumqayıt şəhəri, dəniz, kənarında yerləşən hazırda adını xatırlamadığı restoranın qarşısına gəlmişdir. O, avtomobildən düşmüş və Elnura işi danışıb bir neçə dəqiqəyə qayıdacağını demiş, Elnur da onu gözləyəcəyini demişdir. Bundan sonra o, "məkana" uyğun olaraq Eminin dediyi yerdən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd sellofana bükülmüş bükümü götürmüş, həmin vaxt 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini ona bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, birlikdə bir başa Sumqayıt ŞPİ-nə gəlmişlər. Qardaşı Elnur da polis əməkdaşları tərəfindən idarəyə gətirilmişdir. Pİ-də xidməti otaqların birində saxlanılma səbəbi ona bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, daha sonra hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı ona təqdim olunmuşdur. O, həmin siyahıdan özünə vəkil seçmişdir, onun hüquqlarının müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Həmin vaxt video çəkilişlə üzərinə şəxsi axtarışa başlanılmış, ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş o, sağ əlində saxladığı qara rəngli sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşı sonra özü üzərinə şəxsi axtarış keçirmiş, lakin üzərindən əhəmiyyət kəsb edən hər hansı dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Suallara cavab olaraq bükümün içərisində narkotik vasitə marixuana olduğunu, şəxsi istifadə üçün əldə eldiyini və üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 221.86 qram olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Narkotik vasitə olan marixunanın çəkisi ilə bağlı heç bir etiraz etməmiş, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və PB-də olarkən ona qarşı heç bir təzyiq və ya qanunsuz hərəkətlər olunmamışdır. Onlar Eminlə qiymət haqqında razılaşmamışılar, narkotik vasitəni istifadə edib yoxladıqdan sonra Eminlə qiymət haqqında danışacaqları barədə razılaşmışlar. Eminlə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, Emini şəxsən görüşməmişdir. Eminlə sonuncu dəfə bir neçə ay bundan öncə “Whatsapp” vasitəsi ilə danışmış və ondan eyni qaydada narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Eminin anket məlumatları haqqında heç bir məlumatı yoxdur. Emin ona zəng edən zaman narkotik vasitə olan qurudulmuş marixuananın Sumqayıt şəhəri, Corat yolunun üstündə dəniz kənarında restoranlarla üzbəüz boş həyətə yerləşdirildiyini bildirmişdir. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı həyacanlı olduğu üçün və qardaşına zərər vura biləcəyi üçün onun sadəcə taksi sürücüsü olduğunu bildirmişdir. Qeyd etdiyi kimi Elnurun onun narkotik vasitə üçün Sumqayıt şəhərinə gəlməsi haqqında heç bir məlumatı və razılığı olmamışdır. Emin ona 200 qram narkotik vasitə marixuana təşkil edəcəyini bildirmişdir. O, kafel-metlax ustası işləyir. Tutulduğu gün o, 60*120 sm ölçüləri olan kafeli işlədiyi yerdə quraşdıran zaman əlindəki qələm yerə düşmüş, kafeli əlindən buraxıb qələmi götürmək istədikdə güclü külək kafeli başının üzərinə salmış və o, sifət nahiyəsindən xasərət almışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, ünvan 2a yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 29 iyul 2024-cü il tarixdə saat 17:55 dəqiqədə yaradılmış əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «İbiza» restoranının yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs də, özünü təqdim etməsini təklif etmişlər, sonuncu özünü təqdim etmişdir. Onlar Vüqara qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. İdarədə xidməti otaqlardan birində vəkilin itirakı ilə videokamera ilə çəkiliş edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə ona üzərində olan qanunla qadağan edilmiş hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində saxlamış olduğu 01 ədəd üzəri yapışqan lentlə əhatə olunmuş sellofona bükülmüş bükümü təqdim etmişdir. Bükümə baxarkən içərisində yaşıl rəngi, spesifik iyə malik olan narkotik vasitə olan ‘'marixuanaya" bənzər qurudulmuş ot kütləsi aşkar olunduğunu xatırlayır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən olunmuş, bundan sonra qablaşdırılmışdır. Qeyd edir ki, Təqsirləndirilən şəxslə birlikdə Elnur Mehtiyev də saxlanılaraq idarəyə gətirilmiş, lakin onun üzərindən hər hansı qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Şahid1 məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin sərbəst ifadə verərkən qeyd etdikləri həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitə onun əlində olmuş, kimsə həmin kütləni ona məcburi təqdim etməmişdir, ona fiziki və psixi təsir edilməmiş və ya o, döyülməmişdir. Təqsirləndirilən şəxs bu məzmunda ifadə verməklə özünü müdafiə etməyə, məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın, kiçik inspektoru polis serjantı Şahid2 ibtidai istintaq zaman analoji ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə (saat 17:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı qərarı ilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 29 iyul 2024-cü il tarixdə, saat 17:55-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.18); 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 59-60); “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.71-74); 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X9 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.75-76); “Şəxsi axtarış keçirilməsi” haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. Baş təhqiqatçı Elnur Feyzullayev özünü təqdim etdikdən sonra şübhəli şəxs özünü təqdim edir, Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra Təqsirləndirilən şəxs saxlanılma səbəbi izah edilir, ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edilir. Şübhəli şəxsə Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X1 təqdim olunur. O, vəkilə etiraz etmir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunur, Vüqar sağ əlində saxlamış olduğu bir ədəd üzəri yapışqan lentlə əhatə olunmuş qara rəngli sellofan torbanı çıxarıb təqdim edir, o, torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirir. Sellofan torbaya baxarkən içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan "marixuanaya" bənzər qurudulmuş ot kütləsi olduğu müəyyən edilir. O, həmin narkotik vasitəni daimi münasibəti olmadığı Emin adlı şəxsin ona göndərdiyi məkan veri (konum) üzrə Sumqayıt şəhəri, dənizkənarı ərazidə adını xatırlamadığı restoranla üzbəüz yol kənarından götürdüyünü, bükümü götürdükdən sonra ödəniş barədə danışıq olacağını və həmin bükümü şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs saxlanılan zaman X22 ilə birlikdə həmin ünvana gəldiyini, Elnurun bu məsələdən xəbərsiz olduğunu, həmin şəxsin sadəcə olaraq taksi fəaliyyəti ilə məşğul olduğunu və onu qeyd edilən ünvana gətirdiyini bildirdi. Aşkar edilmiş həmin sellofan torbada olan kütlə elektron tərəzidə çəkilir və çəkisinin 221.86 qram olduğu müəyyən olunur. Daha sonra həmin kütlə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Vəkil Təqsirləndirilən şəxsdan polis əməkdaşları tərəfindən tutularkən və polis idarəsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirir. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq olunur. Bu barədə şəxsi axtarış keçirilməsinə dair videogörüntüyə aid 1 ədəd DVD disk protokola əlavə edilmişdir. (i.v.25- 27); AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16-2-7/1231 nömrəli, 30 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbacan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 124» dairəvi möhür əksi olan imzalar olan 1 ədəd zərfdə təqdim olunmuş üzəri şəffaf yapışqan lentlə bərkidilmiş 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 205,0 qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuanadır. (i.v.42-44); AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X23 1284 nömrəli, 29 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. (i. v. 46-48); AR Səhiyyə Nazirliyi Respublika X20 Hüquqi şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 5245 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik numunəsində THC(+) aşkar olundu. Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.98-99); AR Səhiyyə Nazirliyi “Məhkəmə Psxixatirik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi Ambulator Məhkəmə Psixatirik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2222 sayılı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır. Onun yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli olub-olmaması ekspert psixoloqun səlahiyyətinə aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (i.v.94) AR Ağdam Rayon İcra Hakimiyyəti başçısının Yeni Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 5-31-34/3-2-34/2024 saylı “Ailə tərkibi haqqında” arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir X12 adlı həyat yoldaşı, qızıları-xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X13, oğulları-xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2019-cu il təvəllüdlü X18 (i.v.92); AR Ağdam Rayon İcra Hakimiyyəti başçısının Yeni Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidən özündən böyük və kiçiklərin hörmətini qazana bilmişdir. Səmimi davranışı ilə özünü mehriban, əməyi, səliqə-səhmanı və nizam-intizamı sevən bir gənc kimi tanınmışdır. Hərəkətlərində, qonşularına və ailəsinə qarşı davranışında narazılıq yaradacaq bir halın şahidi olmamışlar. (i.v.93); “sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir, onun barəsində CM-nin 234.2ci maddəsi ilə cinayət təqbinin başlanılması rədd edilmiş və ayrılmış material Sumqayıt şəhər prokurorluğuna göndərilmiş, X14 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürlümüş və aparılmış bioloji tədqiqatdan sonra qalıq çəkisi 204.80 qram nakotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış, dindirmə protokolları, ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülümüş və aparılmış bioloji tədqiqatdan sonra qalıq çəkisi 204.80 qram nakotik vasitə qurudulmuş marixuananın Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. (i.v.113-120); 17 mart 2011-ci il tarixli Nikah haqqında şəhadətnamədən görünür ki, Vüqar X3 ilə rəsmi nikaha daxil olmuşdur. Şəhid ailəsi üzvünə Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 009215 saylı, xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, X15 şəhid ailəsi üzvüdür. X12 məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli ərizsində atası X7 1994-cü il də 1-ci Qarabağ müharibəsi zamanı şəhid olduğu, Təqsirləndirilən şəxslə rəsmi nikahda olduğunu, birgə nikahdan 4 azyaşlı övladlarının olmasını, ailənin yeganə gəlir mənbəyini həyat yoldaşı Təqsirləndirilən şəxs olmasını bildirərək məhkəmədən göstərilənləri nəzərə alıb əri barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilsə də, verdiyi ifadəsində 29 iyul 2024-cü il tarixdə əvvəldən tanıdığı Emin adlı şəxsin onun mobil nömrəsinə "Whatsapp" proqramı vasitəsi ilə zəng edərək ona 200 qram narkotik vasitə qurudulmuş marixuana təşkil etdiyini və o, da öz növbəsində həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisində qoyulduğu yerdən götürmək üçün həmin ünvana getdiyini, lakin şübhələndiyi üçün narkotiki götürmədiyini, bu zaman polis əməkdaşları tərəfindən saxladığını, narkotikin ona məxsus olmasını üzərinə götürmək üçün ona hədə qorxu gəldiklərini, məhz bundan sonra həmin bükümdə olan narkotik vasitənin ona məxsus olmasını bildirməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özü ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə iclaslarında Sumqayıt şəhərində yerləşən “İbiza” şadlıq sarayının qarşısında yerləşən yarımçıq tikiliyə məhz əvvəldən tanıdığı Emin adlı şəxsin onun mobil telefonuna göndərdiyi məkanda qoyulmuş 200 qram narkotik vasitəni götürmək üçün gəldiyini, lakin o, şübhələndiyi üçün narkotiki götürmədiyini, bu zaman onu polis əməkdaşlarının onu saxladığını, elə həmin ünvanda yaxınlıqda yerdə olan selofan bükülünü götürərək ona məxsus olmasını etiraf etməsi barədə ona hədə qorxu gəldiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. Göründüyü kimi Təqsirləndirilən şəxs hansı məqsədlə Sumqayıt şəhərinə gəldiyini, burada hansı ünvanda, hansı növdə və hətta hansı çəkidə narkotik vasitə olduğundan əvvələcədən məlumatı olmuşdur. Lakin guya həmin narkotik vasitəni şübhələndiyi üçün oradan götürmədiyini bildirsə də, məhkəmə hesab edir ki, bu hissədə o, qeyri səmimilik edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Belə ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən məhz eyni növdə və eyni çəkidə narkotik vasitə aşkar edilərək götürülmüş, həmin kütlənin özünə məxsus olmasını bir daha etiraf etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi hazırkı iş üzrə təqsirləndirilən şəxs təzyiqə məruz qalması ilə bağlı heç bir orqana şikayət etməmiş, ibtidai istintaq zamanı ifadəsində əməlini etiraf etmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər edilmədiyini, heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Lakin məhkəmə iclasında o, ibtidai istintaq zamanı ona hədə qorxu gəlindiyi bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş MTE PA birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş ekpsert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən qurudulmuş marixuananın 5 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində dörd az övladının olmasını, arvadı Aytən Mehdiyevanın şəhidi ailəsi üzvü olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - himayəsində dörd azyaşlı övladının olmasını, arvadı Aytən Mehtiyevanın şəhid qızı olmasını, bu barədə sonuncunun ərizəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ibtidai istintaq zamanı 29 iyul 2024-cü il tarixdən 31 iyul 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 204.80 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 78 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 90 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 6 ünvanını tərk etməmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs na narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 204,80 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçitərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-109/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-109/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver