Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-11/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 08.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni 2,500 qram çəkidə narkotik vasitə olan heroin və 0,790 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 08.02.2021-ci il tarixdə 15:35 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, saat 16:17-də xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman başında olan qara rəngli parçadan tikilmiş baş geyimi olan kepkanın günlüyünün iç tərəfindən 1 ədəd boz rəngli sellofan bükümdə təmiz çəkisi 2,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,790 qram kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlınmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08.02.2021-ci il tarixdə səhər saat 10-11 arası yaşadığı Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən mənzilin blokuna daxil olarkən Samit və bir neçə polis əməkdaşı onu saxlamış, üzərinə baxış keçirilmiş, üzərindən heçnə aşkar edilmədiyi müəyyən olunduqdan sonra avtomobilə əyləşdirilib Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Bölmədə də üzərinə baxış keçirilmiş yenə heçnə aşkar olunmamışdır. Polis əməkdaşları onu avtomobilə əyləşdirəndə onun başında kepka olmuş və həmin kepka ondan götürülmüşdür. Onu PB-də 5-6 saat saxlamışlar və ona qarşı təzyiq göstərilmişdir. Kepqa ona qaytarıldıqdan sonra 3-cü dəfə üzərinə baxış keçirilən zaman kepkanın ön hissəsində olan knopkanı açaraq oradan iki büküm çıxardaraq onun olduğunu soruşmüşlar. O da həmin narkotik vasitənin onun olmadığını bildirmişdir. Bu videoçəkilişdə də öz təsdiqini tapmışdır. Narkotik vasitənin miqdarının cox olduğuna görə ona ilk öncə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi açılmışdır. O bu ittihamı qəbul etməmiş və bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsus deyildir. Daha sonra ona polis əməkdaşları tərəfindən təzyiq göstərilmiş və kepkadan çıxan narkotik vasitələrin ona məxsus olmasını etiraf edərsə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi təklif olunmuşdur. O da təzyiq altında məcbur olub onların təklifini qəbul etmişdir. Bu barədə iki dəfə videoçəkiliş aparılmışdır. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 08.02.2021-ci il tarixdə Sumqayıt şəhərində Sabir adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 08.02.2021-ci il tarixdə saat 15:35-də sonradan anket məlumatları bəlli olan Novruzov Süleyman Sabir oğlu Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yaşadığı binanın blokunun yaxınlığında müəyyən olunaraq saxlanılmışdır. O, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkiləri, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, sonra da ondan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs 3-cü PB-nə dəvət etmiş və bölmədə təhqiqatçı, polis kapitanı Hikmət Rzayev ona Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etmişdir. Daha sonra kriminalist Rasim Paşayev rəqəmsal tipli “Panasonik” markalı videokameranı işə saldıqdan sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt təhqiqatçı Hikmət Rzayev ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və kütlənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başında olan qara rəngli kepkanın günlüyünün iç tərəfindən 01 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd boz rəngli bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümləri haradan əldə etdiyi soruşulduqda, o, həmin bükümlərin ona aid olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkisini müəyyən etmək ona təqdim olunmuş vəkilinin və onların iştirakıyla elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında saxlanılarkən onlar tərəfindən onun üzərinə axtarış keçirilib yenidən 3-cü PB-nə gətirilib 2-ci dəfə axtarış keçirilməsi barədə dediyi ifadələr yalan və əsasızdır. Təqsirləndirilən şəxs Polis Bölməsinə gəldikdən sonra ona müdafiəçi təqdim olunaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün videoçəkiliş bir dəfə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 08.02.2021-ci il tarixdə Sumqayıt şəhərində Sabir adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o bölmənin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu 08.02.2021-ci il tarixdə saat 15:35də sonradan anket məlumatları bəlli olan Novruzov Süleyman Sabir oğlunu Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yaşadığı binanın blokunun yaxınlığında saxlamışlar. Belə ki, o, 3-cü PB-nin əməliyyat müvəkkiləri, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs 3-cü PB-nə edilmiş və bölmədə təhqiqatçı, polis kapitanı Hikmət Rzayev ona Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etmişdir. Daha sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, təhqiqatçı Hikmət Rzayev ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, əgər varsa onu təqdim etməyi təklif etmişdir. O, üzərində heç bir qanunsuz əşya və kütlənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başında olan qara rəngli kepkanın günlüyünün iç tərəfindən 01 ədəd ağ rəngli sellofan bükümdə pxixotrop maddə metamfetamin və 01 ədəd boz rəngli bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Ondan həmin bükümləri haradan əldə etdiyi soruşduqda, o, həmin bükümlərin ona aid olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkisini müəyyən etmək ona təqdim olunmuş vəkilinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş əməliyyat zamanı Samit iştirak etməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, 08.02.2021ci il tarixdə Sumqayıt şəhərində Sabir adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 08.02.2021-ci il tarixdə sonradan anket məlumatları bəlli olan Novruzov Süleyman Sabir oğlu Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yaşadığı binanın blokunun yaxınlığında müəyyən olunaraq saxlanılmışdır. O, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkiləri, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, sonra da ondan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs 3-cü PB-nə dəvət etmişlər. Əlavə olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Diskə baxış zamanı məlum olmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 08.02.2021-ci il tarixdə saat 15:35-də Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11/15B, mənzil 26-da qeydiyyatda olan və yaşayan, 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində saxlanılaraq 3-cü PB-nə gətirilmiş, saat 15:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra xidməti otaqların birində saat 16:17-də inspektor-kriminalist tərəfindən «Panasonic» markalı video kamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanıldı. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığı izah olunaraq hüquqlarının müdafiəsi üçün təyin olunmuş vəkil Müdafiəçi2 təqdim olundu. Təqsirləndirilən şəxs vəkilə ehtiyacının olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs videçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda o, üzərinə iki dəfə axtarış keçirildiyini bildirdi. Ondan üzərinə nə vaxt və kim tərəfindən axtarış keçirildiyi soruşulduqda o, saxlanıldığı yerdə və otaqda axtarış keçirildiyini bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə üzərində olan əşyaları təqdim etmək təklif olundu. Lakin Təqsirləndirilən şəxs üzərində siqaret, alışqan oİduğunu bildirsə də, təqdim etməkdən imtina etdiyi üçün üzərinə şəxsi axtarış davam etdirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir qutu Rothmans siqareti, bir qutu Vinston siqareti, bir ədəd alışqan, bir ədəd qara rəngli daraq, bir ədəd cib dəsmalı, bir ədəd açar, bir ədəd gün eynəyi, bir ədəd qara rəngli parçadan tikilmiş kiçik torba, bir ədəd kiçik ölçülü fotoşəkil, 75 qəpik pul, içərisində yeddi ədəd bir manatlıq əskinaz olan qara rəngli pul kisəsi aşkar olundu. Təqsirləndirilən şəxs başında olan qara rəngli parçadan tikilmiş baş geyimi (kepka) götürülərək günlüyü araladıqda orada bir ədəd bozumtul rəngi sellofandan hazırlanmış büküm və bir ədəd ağ rəngli sellofandan hazırlanmış büküm aşkar olundu. Təqsirləndirilən şəxs digər əşyaların və kepkanın ona məxsus olmasını təsdiq etsə də, iki ədəd bükümün ona məxsus olmadığını və içərisində nə olduğunu bilmədiyini bildirdi. Ona bir neçə dəfə aşkar olunmuş bükümlər barədə sual verilsə də o, kepkanın onun olduğunu, əvvəl başında olmasını, bölməyə gələndə başında olmadığını, sonradan işçilər tərəfindən gətirildiyini, ancaq hansı işçinin gətirdiyini bilmədiyini və tanımadığını bildirdi. Aşkar olunmuş bozumtul rəngli büküm açıldıqda içərisində toz halında olan qəhvəyi rəngli kütlə, ağ rəngli sellofandan hazırlanmış büküm açıldıqda isə içərisində kiçik kristallar formasında olan ağ rəngli kütlə aşkar olundu. Aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilərkən əvvəlcə çəkisi 1.85 qram göstərilsə də, sonradan tərəzinin ölçüləri tənzimlənərək çəkildikdə çəkisinin 2,89 qram olması müəyyən olundu. Həmçinin ağ kristallar formasında olan kütlə büküldüyü sellofanla birlikdə tərəzidə çəkilərkən çəkisi əvvəlcə 0,93, ikinci dəfə çəkildikdə isə 0,92 qram olması müəyyən olundu. Kütlələr çəkildikdən sonra Təqsirləndirilən şəxs bir daha həmin kütlələrin nə olması soruşulduqda o, papağın ona məxsus olduğunu, kütlələrin isə onun olmadığını bildirdi. Ondan narkotik vasitələrdən istifadə etməsi və məhkumluğu barədə soruşulduqda o, əvvəllər narkotik vasitələri qanunsuz saxladığı üçün məkkum olunduğunu, «nəşə» çəkdiyini, hal-hazırda isə narktik vasitələrdən itstifadə etmədiyini bildirdi. Bundan sonra saat 16:28-də videoçəkiliş dayandırıldı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəxsi əşyaları və pulları özünə qaytarıldı. Aşkar olunmuş kütlələr zərfə qoyularaq qablaşdırılıb DİN-in 127 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs zərfi imzalamaqdan imtina etdiyi üçün zərfin üzərində bununla bağlı müvafiq qeyd aparıldı və zərf vəkil tərəfindən imzalandı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09.02.2021-ci il tarixli, 6/571 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. qeydlər olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,500 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkoitk vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,790 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə olan metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi: 2,500 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq 2,450 qram. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,790 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq 0,740 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzininin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 11.03.2021-ci il tarixli, 738 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metomfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 08.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-56/2021 saylı, 10.02.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08.02.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 2,500 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 2,450 qram heroin, 0,790 qram metamfetamindən təqdidatdan sonra qalıq qalmiş 0,740 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 579 nömrəli, 16.02.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin hökmünün və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 24.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-965/2019 saylı, 07.10.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 19 (on doqquz) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 26.12.2019-cu il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan 16.05.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20.05.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat sərf etmişdir. Ona görə də, 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni 2,500 qram çəkidə narkotik vasitə olan heroin və 0,790 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 08.02.2021-ci il tarixdə 15:35 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnin 3-cü PB-nə gətirildikdən sonra, saat 16:17-də xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman başında olan qara rəngli parçadan tikilmiş baş geyimi olan kepkanın günlüyünün iç tərəfindən 1 ədəd boz rəngli sellofan bükümdə təmiz çəkisi 2,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,790 qram kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlınmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatçı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunsa da, həmin qərarın məhkəmə tərəfindən qanuna uyğunluğu yoxlanılması üçün məhkəməyə müraciət olunmamışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində 08.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs saxladıqlarını, sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirdiklərini, üzərində şəxsi axtarış keçirilən zaman ondan 02 (iki) büküm narkotik vasitə aşkar olunduğunu və hətta ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsə də, məhkəmə baxışı şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadələrində X1 həmin əməliyyatda iştirak etmədiyini bildirmişlər. Bundan əlavə iş materiallarında olan 08.02.2021-ci il tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokolda da X1 adı qeyd olunmamışdır. “Məhkəmə kökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 15 nömrəli, 24.12.2021-ci il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar "Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa üygun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kirni qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 12 fevral 2015-ci il tarixli qərarına gorə, əməliyyataxtarİş tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, "Kobiaşvili Gürcüstana qarşı" (Kobiashvili v. Georgia, N° 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; "Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X5rşı" (Ayətullah Ay v. Turkey, N°N° 29084/07 və 1191/08. § 143, 27 oktyabr 2020-ci il; "Tlaşadze və Kakaşvili Gürcüstana qarşı”[Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], Ne 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında şahid və əlavə şahid qismində dindirilmiş polis əməkdaşlarının bir-birinə zidd ifadələr vermiş və Təqsirləndirilən şəxs barəsində əməliyyatçı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunsa da, həmin qərarın məhkəmə nəzarəti qaydasında qanuna uyğunluğu yoxlanılması üçün məhkəməyə müraciət olunmamışdır. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15.05.2021-ci il tarixdə narkotik vasitələrin onun olmasını etiraf etmiş və 16.05.2021-ci il tarixdə isə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təzyiq göstərilərək narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsi istintaq orqanının onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi şərti ilə baş tutmuşdur. İstintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı müdafiə etmək üçün heç bir mötəbər dəlil və sübutlar təqdim edə bilməmişdir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bununlada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs oğluna qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 108.46 (yüz səkkiz manat qırx altı qəpik) manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olan 2,450 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin və 0,740 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram psixotrop maddə metamfetamin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilsin və o təqsirsiz elan edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin o dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan 2,450 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin və 0,740 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram psixotrop maddə metamfetamin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-11/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-11/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver