Məhkəmə qərarları › İş №1(060)-111/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-111/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-111/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1968-ci ildə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, məhkumluğu olmayan, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 2, mənzil 110-da qeydiyyatda olmaqla, ünvan 4-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən 107 nömrəli mənzilinə qonşu mənzildən çirkab suların axıdılması səbəbindən 28 iyul 2022-ci il tarixdə saat 00:20 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı 110 nömrəli mənzilin qapısını döymüş, sonuncunun oğlu Şahid1 qapını açdıqdan sonra içəri daxil olub onun yaxasından tutaraq mənzilinə çirkab suların axıdılmasına iradını bildirmiş, aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs sakitləşdirmək üçün araya girən Zərərçəkmiş şəxs müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək azyaşlı nəvəsi Zərərçəkmiş şəxs Nəsimi qızının gözü qarşısında öz hərəkətləri ilə ona xüsusi əzab verdiyini dərk və arzu edərək Zərərçəkmiş şəxs işgəncə və xüsusi ağrılar verməklə xüsusi amansızlıqla əl zərbələri ilə sifət nahiyəsinə zərbələr vurmaqla ona burun sümüyünün ikiqat az yerdəyişən sınığı, burun nahiyəsinin sıyrığı və şişkinliyi, sağ gözaltı nahiyənin qançırı ilə müşayiət edilən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa xüsusi amansızlıqla az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsilə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə yaxın qohumunun ad günündə iştirak etmiş, həmin vaxt 100 qrama yaxın viski içmiş, məclisdən çıxıb saat 23 radəlarində evinə gəlmiş, vanna otağına yuxarı mərtəbədən çirkab su axdığını görüb işığı yandıranda lampa partalmışdır. Su axdığına görə qısaqapanma olmuşdur. Buna görə nə baş verdiyini soruşmaq məqsədi ilə yuxarı mərtəbədə olan qonşusunun evinə çıxıb qapını döymüş, bundan əvvəl də qonşuya bununla bağlı bir neçə dəfə xəbərdarlıq etmişdir. Həmin mənzilin qapısını döymüş, qapının arxasından kişi səsi ilə kim olduğunu soruşanda aşağı mərtəbədə olan qonşu olduğunu demiş, qapının arxasındakı şəxs gözlə deyib az sonra qapını açmış, qapını açan kimi yaxasından tutub onu içəri daxil etmiş, onu içəridə mətbəxdə yerə yıxıb mənzilinə hücum olunduğunu deyib qışqırmışdır. Həmin vaxt evdə qadın qışqırtısı ilə “ay məni vurublar” deyə səs eşitmiş, eyni zamanda adını sonradan bildiyi Nəsiminin telefonla kiməsə zəng elədiyini görmüş, Nəsiminin polisə zəng etdiyini düşünmüş, Nəsimidən onu buraxmasini xahiş etmiş, lakin Nəsimi onu buraxmayib ona telefonu ilə yaxınlarına zəng etməyinə icazə vermiş, kürəkəni polis əməkdaşı olan Bayrama zəng edib onu həmin yerə çağırmış, az sonra kürəkəni Bayram oğlu Rafail ilə birlikdə həmin yerə gəlmişlər. Bayram Nəsimiyə özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmişdir. Nəsimi onu buraxmışdır, Nəsimi onu buraxanda mənzilin girişində Nəsiminin anası Rayanın yerdə üzü qanlı vəziyyətdə olduğunu görmüş, bundan az sonra isə polis əməkdaşları, eyni zamanda təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerinə gəlmişdirlər. Polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər, etiraz etmədən polis əməkdaşları ilə getmiş, ondan spirtli içki iyi gəldiyi üçün onu polis əməkdaşları həkim müayinəsindən keçirmişlər. O, həmin vaxt Zərərçəkmiş şəxs və ya onun oğlu Nəsimiyə heç bir xəsarət yetirməmiş, əksinə Nəsimi onu yerə yıxıb yerdə yıxılı vəziyyətdə saxlamış, kürəkəni və oğlu gəldikdən sonra onu buraxmışdır. O, Nəsiminin yaşadığı evdən çölə çıxan vaxt Rayanın yerdə yıxılı vəziyyətdə və sifətində isa qan ləkələri olduğunu görmüşdür. Fikirləşir ki, yəqin ki, Raya yaşlı qadındır, ayağı nəyəsə ilişib yıxılıb. Çünki onun oğlu və qohumu gələndə Rayanın üzünü qanlı vəziyyətdə görəndə nə baş verdiyini soruşmuşlar, həmin vaxt Raya demişdir ki, yıxılıb. Rayanın dediklərini telefonla ya oğlu, ya da qohumu videoya çəkmişlər. Təqsirləndirilən şəxs heç bir təqsiri olmadığı üçün barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində oğlu Nəsimi və azyaşlı nəvələri ilə evdə olmuş, həmin vaxt yaşadıqları mənzilin qapısı döyülmüşdür. Oğlu Nəsimi qapını açmağa getmiş, gecə vaxtı olduğundan təəccüblənmişdir ki, bu vaxt kim olar. Oğlu ilə bərabər qapıya çıxmış, Nəsimi qapını açanda sonradan adını bildiyi qonşusu Rəhman əsəbi vəziyyətdə heç nə demədən içəri ayağını atıb mənzilə daxil olmuşdur. Rəhman oğlu Nəsiminin üstünə gələrək ona yumruq atanda Nəsimi kənara çəkilmişdir. Özünü qabağa verib Rəhmanı sakitləşdirmək istəmiş, bu zaman Rəhman onun azyaşlı nəvəsi Zərərçəkmiş şəxs yanında yumruqla baş və burun nahiyəsinə bir neçə zərbə vurmuşdur, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır, özündən getmişdir, ayılanda həkimlərin onun evində ona tibbi yardım göstərdiklərini görmüşdür. Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, onunla aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamış, sonradan Rəhmanın onun evinə gəlməkdə məqsədinin Rəhmanın evinə kanalizasiya suyunun axması olduğunu bilmişdir. Ancaq yaşadığı mənzildən Rəhmanın mənzilinə hər hansı su axıdılmamış, Rəhmanın evinə suyun axmasına səbəb binada kanalizasiya xəttində olan ümumi problemin olması olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi və vəkilinin birgə imzaladıqları ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, mülki iddia tələbindən imtina etdiyini bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, anası Zərərçəkmiş şəxs, arvadı və iki azyaşlı övladı ilə birlikdə yaşayırlar. 28 iyul 2022-ci il tarixdə gecə saatlarında sonradan adının Rəhman olduğunu bildiyi qonşusu mənzilin qapısını döymüş, qapını açan zaman anası Raya da yanında dayanmış, qapını açan kimi Rəhman heç nə demədən əsəbi vəziyyətdə onun üzərinə hücum çəkib ardıcıl yumruq zərbələri atmışdır. O bir az geriyə çəkilmiş və Rəhmanın atdığı yumruqlari ona dəyməmişdir. Sonra Rəhman dönərək azyaşlı qızı Rayanın gözü qarşısında anası Rayaya yumruq zərbələri vurmuşdur. Anası yerə yıxılmışdır. O özünü itirmədən təmkinlə Rəhmanın qollarını tutub əl-qol atmasına imkan verməyərək onu yerə yıxıb saxlamış, eyni zamanda azyaşlı uşağından polisə zəng edib malumat vermək üçün telefonu istəmişdir. Qızı Raya telefonu gətirmiş və o, 102 xidmətinə, eyni zamanda anasına tibbi yardım olunması üçün TTYS-na zəng edib məlumat vermişdir. Həmin vaxt Rəhmanın vurduğu zərbədən anası yerə yıxılıb huşunu itirmiş, həmçinin burnundan qan açılmışdır. Rəhmanın binaya köçmüş qonşu olduğunu, onlara gəlişinin səbəbinin Rəhmanın evinə çirkab su axması olduğunu sonradan bilmişdir. O Rəhmana qarşı har-hansı bir zədə və yaxud fiziki zor göstərməmişdir. Ümumi kanalizasiya xəttində problem olduğunu Rəhmana izah etmişdir. Rəhmanın içkili olduğunu hiss edəndən sonra ona imkan yaratmışdır ki, qohumuna zəng eləsin. Rəhman kiməsə mobil telefonla zəng vurmuş və az sonra Rəhmanın iki nəfər qohumu gəlmiş, həmin şəxslərdən biri vəziyyəti görüb polis gələnə qədər çıxıb getmiş, lakin biri qalmışdır. Sonradan polis əməkdaşları və Təcili Tibbi yardımdan həkim gəlmişdir. Rəhman yaşadıqları evdə anası Rayaya xəsarət yetirən zaman orada azyşalı övladı Raya da olmuşdur. Övladı Raya da Rəhmanın anasına xəsarət yetirdiyini görmüşdür. Rəhmanla əvvəllər aralarında heç bir dava-dalaş, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynatasıdır. 27 iyul 2022-ci il tarixdə axşam saatlarında qaynatası Rəhmanla birlikdə ad günündə məclisdə olmuşlar, hamı kimi Rəhman da az miqdarda spirtli içki içmişdir. O, axşam məclisdən çıxıb yaşadığı evə getmiş, qaynatası Rəhman da öz evinə getmişdir. 28 iyul 2022-ci il tarixdə gecə saatlarında Rəhman ona zəng edib köməyə gəlməsini demiş, o Rəhmana məxsus ünvana getmiş, ora çatanda qaynı Rəfaili də binanın qarşısında görmüşdür. Rəfail ilə birlikdə Rəhmana məxsus evə gedəndə onun evdə olmadığını, yuxarı qonşunun qapısının açıq olduğunu görüb Rəhmanın səsinə ora getmişlər. Sonradan adını bildiyi Nəsiminin evinə daxil olanda yaşlı bir qadının sifət nahiyəsindən xəsarət almış vəziyyətdə dəhlizə uzandığını görmüş, həmin zaman qaynatası Rəhmanın da həmin mənzilin mətbəxində yerə uzandığını, Nəsiminin də Rəhmanın üstündə oturub onu tutub saxladığını görmüşdür. Başa düşmüşdür ki, onlar arasında münaqişə baş verib. Onları Rəhmanı araladıqdan sonra xəsarət almış yaşlı qadına ilkin tibbi yardım etmək məqsədilə kömək etməyə başlamış, elə həmin zaman Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat qrupu həmin ünvana gəlmişdir. Q qaynatası Rəhmanın həmin ünvanda davadalaş etdiyini görməmişdir. O Nəsimini anasını xəsarət almış vəziyyətdə evin dəhlizində görsə də bunun necə baş verdiyini bilməmişdir. Qaynatası Rəhmanın qonşusu Nəsimiyə məxsus ünvana getməkdə məqsədi həmin evdən Rəhmanın evinə kanalizasiya suyunun axıdılması olmuşdur. Rəhman ilə Nəsimi və onun yaşlı anası arasında hər hansı davadalaşı görməmişdir. Rəhman ona Nəsimi və ya onun anası Rayanı döymədiyini demişdir. Məhkəmədə şahid Zərərçəkmiş şəxs Nəsimi qızı qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilərkən ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə gecə saatlarında 2016-cı il təvəllüdlü bacısı Raxel ilə birlikdə yataq otağında cizgi filminə baxırdılar. Cizgi filminə baxan zaman bacısı Raxel yatmışdı. Gecə saatlarında mənzilin qapısı döyülmüşdü. Atası Nəsimi qapıya tərəf getmiş, nənəsi Raya da Nəsiminin arxasınca getmişdir. O nənəsi Rayanın yanında mənzilin dəhlizinə çıxmışdır. Nəsimi qapını açanda sonradan adını bildiyi qonşuları Rəhman əsəbi vəziyyətdə atası Nəsiminin üstünə gəlib yumruqlar atmışdır. Atası geriyə çəkiləndə nənəsi Raya araya girmişdi ki, onları dalaşmağa qoymasın. Həmin vaxt Rəhman nənəsinin başından və sifətindən vurmuşdur. Nənəsi yerə yıxılmış, burnundan qan axmışdır. X5 qollarından tutub onu yerə yıxıb üstündə oturmuşdur. Səs küyə balaca bacısı Raxel də yuxudan oyanmışdır, sonra polis və həkimlər gəlmişlər. Həkimlər nənəsi Rayaya yardım göstərmişlər, polislər isə Rəhmanı evdən aparmışdırlar. Təqsirləndirilən şəxs nənəsi Rayanı onun gözü qarşısında yumruqla vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs Nəsimi qızı qanuni nümayəndəsi X2 iştirakı ilə məhkəmədə dindirilərkən həmçinin ifadəsində göstərdi ki, ona məhkəmədə bu və ya başqa cür ifadə vermək, nəyisə yalan danışmaq, görmədiyini demək barədə heç kim tapşırıq verməmişdir, o həm polisdə, həm də məhkəmədə ifadə verərkən nəyi görübsə onu da deyir, düzgün danışır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1103 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun sümüyünün ikiqat az yerdəyişən sınığı, burun nahiyəsinin sıyrığı və şişkinliyi, sağ gözaltı nahiyənin qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, tibbi yardıma müraciət etdiyi vaxdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əl ilə yetirilən zərbənin təsirindən yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən məhkəməyə təqdim edilərək baxış keçirilərək araşdırılıb iş materiallarına əlavə olunmuş 28 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadıqları mənzildə baş vermiş münaqişədən sonra qeydə alınmış video görüntüdə də Zərərçəkmiş şəxs aldığı xəsarətlərin yıxılma nəticəsində deyil, məhz təqsirləndirilən şəxs tərəfindən döyülməsi nəticəsində aldığı bildirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurmaması və ona hər hansı bir xəsarət yetirməməsi barədə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü təqsirli bilməməsinə dair dəlillərini müdafiə mövqeyinə söykənərək subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Odur ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu zərərçəkmiş şəxsə xəsarət yetirməməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş və ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ilə müraciət edərək, Təqsirləndirilən şəxs 6087,34 manat məbləğində maddi ziyanın tutularaq ona verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs sonradan ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və mülki iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunduqda, işə baxan hakim iş üzrə icraata xitam verir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar