Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-111/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, yataqxana-1 Dostluq küçəsi mənzil 34-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 14, otaq 60-da yaşayan, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Bəyaz» şadlıq evinin yaxınlığında keçmiş arvadı Zərərçəkmiş şəxs nə üçün işdən çıxıb xəbər vermədiyini bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu 02 dəfə yumruqla baş nahiyəsinə, 01 dəfə yumruqla qabırğa nahiyəsinə vurub yerə yıxmış və yerdə 01 dəfə təpiklə kürəyinə vurmaqla Zərərçəkmiş şəxs sol təpə-ənsə nahiyyənin, ənsə nahiyyənin sol yarısının, sağ almacıq nahiyyənin qançırları və döş qəfəsinin arxa səthinin sağ yarısının dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, 2022-ci ildə isə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra bir müddət bir yerdə yaşamışlar. Sonradan isə Zərərçəkmiş şəxs bacısıgilə köçüb yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs Sumqayıt şəhərində yerləşən «Qold qayalı» marketdə işləyir. O, adətən axşam saatlarında Zərərçəkmiş şəxs işdən avtomobillə bacısıgilə aparır. xx.xx.2023-cü il tarixdə Vəfa ona zəng etmiş, lakin telefonunun ön şüşəsi qırıq olduğu üçün zəngi görməmiş, sonra saat 23 radələrində Vəfanın işdən çıxma saatı olduğu yadına düşmüşdür. Ona görə də Vəfanı götürmək üçün idarə etdiyi avtomaşınla həmin əraziyə gedərkən 10-cu mikrorayon ərazisində «Bəyaz» şadlıq evinin qarşısında Vəfanın avtobusdan düşdüyünü görmüşdür. O, maşını Zərərçəkmiş şəxs yanında saxlayıb əyləşməyini istəyəndə sonuncu maşına oturmayacağını bildirdiyi üçün maşından düşüb ona yaxınlaşmışdır. Vəfadan ona zəng edib-etmədiyini soruşanda, o, zəng etdiyini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs mobil telefonunu əlindən alıb baxan zaman iş yoldaşı olan oğlanın ona zəng etdiyini görmüşdür. Həmin oğlanın niyə ona zəng vurduğunu soruşanda Zərərçəkmiş şəxs «özüm bilərəm sənlik deyil» sözünü demiş və bu zaman aralarında münaqişə yaranmışdır. Bu səbəbdən o, əli ilə Zərərçəkmiş şəxs sinəsindən vurub «o nə deməkdi» sözünü dedikdə, həmin vaxt Vəfa qışqırmağa başlamış və onun heç bir səbəb olmadan qışqırdığına əsəbləşib 1 dəfə sillə ilə sifətinə vurmuşdur ki, sakitləşsin. Sonra aralarında mübahisə davam etmiş, təxminən 3 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşanda Vəfa şikayətçi olduğunu bildirdiyi üçün onları polis bölməsinə aparılmışlar. Hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Zərərçəkmiş şəxs yerə yıxılmamış və o, təpiklə Vəfanı vurmamışdır. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla rəsmi nikaha daxil olmuş, sonra aralarında baş verən narazıçılıq səbəbindən ondan 2022ci ildə rəsmi olaraq boşanmışdır. Məlum hadisə baş verənədək onlar birlikdə onun adına olan Sumqayıt şəhəri, 41-ci məhəllə ev 14 mənzil 60-da yaşamışlar. Hadisədən sonra o həmin evdən çıxaraq bacısıgilin evində yaşayır. Artıq bir ildir ki, o Təqsirləndirilən şəxs ayrılaraq bacısıgilin evində yaşayır.Nikahları pozulsa da, Təqsirləndirilən şəxs mütəmadi olaraq onun qarşısına çıxıb onu narahat edir və onun şəxsi məsələlərinə müdaxilə edir. O Sumqayıt şəhər 11 saylı uşaq baxçasında tərbiyəçi işləməsindən başqa, Sumqayıt şəhərində yerləşən «Qold qayalı» marketdə satıcı da işləyir. Təqsirləndirilən şəxs onu evə aparmasına ehtiyac olmadığını bildirsə də, sonuncu buna məhəl qoymur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində o, işlədiyi «Qold qayalı» marketdən çıxaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Bəyaz» şadlıq evinin yanında olarkən Təqsirləndirilən şəxs onun qarşısına çıxaraq ona nə üçün işdən çıxıb xəbər vermədiyini bildirib yumruqla başına 2 dəfə vuraraq başı şadlıq evinin hasarının daşına dəymiş, daha sonra yumruqla qabırğasına vurub onu yerə yıxmış, yerdə olarkən kürəyinə də bir dəfə təpiklə vurmuşdur. O qışqırmağa başlamış, kənarda dayanan şəxslər ona yaxınlaşıb ondan ayırmışlar. Orada kimsə polisə zəng etmiş, Elçin ona «qalx ayağa tez gedək polis gələcək» sözünü dedikdə, o qabırğasının ağrısından ayağa qalxa bilməmiş, daha sonra polis əməkdaşları gəlib hər ikisini 1-ci polis bölməsinə aparmışlar. Orada olarkən o ərizə yazmış, onlardan izahat alınmışdır. O Sumqayıt şəhər travmatologiya xəstəxanasına müraciət edib, ekspertizadan keçmişdir. Hadisə təxminən 15 dəqiqə davam etmiş, hadisə zamanı yanında heç kim olmamış, Elçin onu vurduqdan və o qışqırdıqdan sonra kənarda dayanan tanımadığı şəxslər onlara yaxınlaşıb Elçini ondan ayırmışlar. Məhkəmədən təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini və təqsirləndirilən şəxsə tərəfindən onu narahat edən hərəkətlər edilməsinə qadağa qoyulmasını xahiş edir. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin əməkdaşıdır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində o postaçı yoldaşı Şahid2 və Şahid3 ilə birlikdə 3 saylı marşrutda 9179 çağırışlı polis avtomobilində xidmət apararkən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Bəyaz» şadlıq sarayının yanında bir nəfər şəxsin qadının başına yumruqla vurub döydüyünü, sonuncunun isə qışqırdığını görüb maşını saxlayıb onlara yaxınlaşıb maşına mindirərək aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirmişlər. 1-ci bölmədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxsdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Südeyib oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Digər Şahid3 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Nəbiyev X5 Qurban Rahid oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 128-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin eksperti tərəfindən verilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1284 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol təpə-ənsə nahiyyənin, ənsə nahiyyənin sol yarısının, sağ almacıq nahiyyənin qançırları və döş qəfəsinin arxa səthinin sab yarısının dərialtı hematomasmdan ibarət xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla və təpiklə yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi, həmçinin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. xx.xx.2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən olan cinayət işi üzrə icraata Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs kimi cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli qərarlarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş 1957 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş, ifadənin haidsə yerində yoxlanması protokolu, məhkəmə tibbi ekspertizasının rəyləri və digər sənədlər sübut kimi tanınaraq iş materiallarında saxlanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, törədilmiş əməlin davamlılığını, təkrarlanmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Cinayət Məcəlləsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (52-1.1.). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq (52-1.2.). Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; məhkumun islah olunmasına kömək edən digər vəzifələr (52-1.3.). Məhkəmə hesab edir ki, şəxsin məişət zorakılığına meyilli olması və zərərçəkmiş şəxsə qarşı belə zorakılığın mütəmadi xarakter daşıması faktına diqqət etməklə preventiv tədbirlərin görülməsi zərurətidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görməlidir. Məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Məhkəmə, cinayət əməlinin törədilməsinə səbəb kimi məişət zəminində fiziki zorakılıq oluduğunu, yəni təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşına qarşı fiziki zorakılıq törətdiyini, bu cür zorakılığın ilk dəfə olmadığını, zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadəsi ilə təsdiq edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkumun islah olunması və gələcəkdə belə hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün ona əlavə vəzifə olaraq Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilməli, övladları ilə ünsiyyətin təmin edilməsi üçün ərazi üzrə müvafiq komissiyaya müraciət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Opuz Türkiyəyə qarşı” işi üzrə 9 iyun 2009cu il tarixli qərarında, dövlət orqanlarının ərizəçini və ailəsini ailədaxili zorakılıqdan müdafiə etmək üçün adekvat tədbir görməmələri səbəbindən Konvensiyanın 3-cü maddəsinin, məhkəmə sisteminin ciddi ailədaxili zorakılıq hallarına qarşı adekvat reaksiyanı təmin etməməsinə görə Konvensiyanın 14-cü maddəsinin pozuntusu kimi tanımışdır. Avropa Məhkəməsinin bir cox qərarlarına o cümlədən “Hajduova Slovakiyaya qarşı”, “Bevacqua və S.v. Bolqarıstana qarşı”, “X2rşı” işi üzrə qəbul etdiyi qərarlara nəzər yetirdikdə, Konvensiyanın fərdin yaşamaq hüququnu tənzimləyən 2-ci, işgəncəni qadağan edən 3-cü, şəxsi və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci, səmərəli hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı 13-cü, ayrı-seçkiliyi qadağan edən 14-cü, ər və arvadın bərabər hüquqlarını tənzimləyən 7 saylı protokolun 5-ci, ayrı-seçkiliyə ümumi qadağanı nəzərdə tutan 12 saylı protokolun 1-ci maddələrinin məişət zorakılığı halları nəticəsində daha çox pozulduğu müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-991/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 2110 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir.. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 02 (iki) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 14, otaq 60 ünvanını tərk etməmək, Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Eyni zamanda Zərərçəkmiş şəxs olduğu yer Təqsirləndirilən şəxs məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla, zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs izah edilsin ki, təqsirləndirilən şəxsin üzərinə əlavə vəzifə olaraq onunla hər hansı qaydada ünsiyyət qurmaq qadağası özünün Təqsirləndirilən şəxs ilə görüş hüququnu məhdudlaşdırmır, istəyi olduğu təqdirdə hökmün icrasına nəzarət edən orqanı yazılı və ya şifahi məlumatlandırmaqla hər zaman ünsiyyət yarada bilər. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-111/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-111/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver