Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-111/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Cəlilabad rayonu, Cəlilabad şəhəri, X17 küçəsi, ev 88 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, sağlamlığa az ağır zərər vurmaqla ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə, saat 23 radələrində bacısı Şahid1 yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evin dəhlizində bacısının əri Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul edib yeyib-içərkən sonuncu ona spirtli içki qəbulundan sonra davranışına nəzarət edə bilmədiyini əsas gətirərək evdən getməyini tələb etdiyindən aralarında mübahisə yaranmış, o, Zərərçəkmiş şəxs gecə vaxtı belə mübahisəyə əsas olmadığını bildirsə də sonuncu təkidlə davranışlarının intensivliyini artıraraq onun üzərinə gəlmiş, aralarında yaranmış mübahisə zamanı əli ilə ona boynun qançırları kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, o, Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq məqsədilə qəsdən yumruqla sifət nahiyəsindən vuraraq ölümü ilə heç bir səbəbli əlaqəsi olmayan burun sümüklərində sağda yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid və sağ göz ətrafının hematoması, sağ gözün bayır bucağının yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bununla yanaşı həmin əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməməsi, yəni cinayətkarcasına etinasızlığı nəticəsində Zərərçəkmiş şəxs yetirdiyi yumruq zərbəsindən sonuncu müvazinətini itirərək boyu hündürlüyündən arxası üstə yerə yıxılıb baş nahiyəsinin dəhlizin mətbəxə açılan qapı boşluğunun tininə dəyməsi və yenidən ayağa qalxdıqda huşunu itirərək boyu hündürlüyündən üzü üstə yerə yıxılması nəticəsində ümumilikdə başın küt travması, qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə sümüyünün yerdəyişən, sol təpə sümüyünün yerdəyişməyən xətti sınıqları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər və sağ maksilyar sinus divarında və alt çənə sümüyünün sağ şaxəsinin boyun hissəsində sınıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aldığından aparıldığı Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında tibbi yardım göstərilməsinə baxmayaraq, həmin xəsarətlərdən başın küt travması nəticəsində baş beyinə qansızma ilə 30 mart 2024-cü il tarixdə xəstəxanada ölməsi ilə Zərərçəkmiş şəxs həyatdan məhrum etməklə ehtiyatsızlıqdan adam öldürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 127.1-ci maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, 1998-ci ildə X4 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 1999-cu ildə Orxan adlı oğlu, 2003-cü ildə Pərvin adlı qızı dünyaya gəlmişdir. Hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmadığı üçün 2017-ci ildə arvadı Zərövşə ilə aralarında tez-tez yaranan söz-söhbətlər səbəbi ilə həmin tarixdən etibarən ayrı yaşayırlar. Hal-hazırda heç bir yerdə işləmir. Yaşamağa daimi yeri olmadığı üçün hər bir qohumunun evində bir neçə gün qalır, həmçinin bacısı Sevda və onun əri Cəlilin yaşadığı ev də bu yerlərdən biridir. Sevdanın əri Cəlil ilə münasibətləri normal olmuş, bundan əvvəl aralarında söz-söhbət yaranmamışdır. Cəlil ilə tez-tez məclislərdə, o cümlədən onun yaşadığı evdə birlikdə spirtli içki qəbul etmişlər, spirtli içki qəbul etdikdən sonra da aralarında hər hansı bir mübahisə olmamışdır. Cəlil hər dəfə özü onu yeyib-içmək üçün yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə dəvət etmiş və heç kimə demədiyi sirlərini onunla bölüşmüşdür. Həmçinin, Cəlil və Sevdanın Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən fərdi evinin tikintisinə fəhlə kimi təmənnasız olaraq köməklik etmişdir. O, 19 mart 2024-cü il tarixdə Novruz bayramı münasibətilə Cəlil və bacısı Sevdanın yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən evinə getmişdir. Cəlil ona spirtli içki - araq içməyi təklif etmişdir. Cəlilin iki gün bundan öncə də ona spirtli içki içmək təklifini qəbul etmədiyindən bu dəfə də spirtli içki içməkdən imtina etməyi sonuncunun ondan inciməsinə səbəb olacağını düşünüb təklifinə müsbət cavab vermişdir. Cəlil yaxınlıqda yerləşən mağazalardan birindən bir litr araq alıb gətirmişdir. Cəlil və o, saat 23 radələrində dəhlizdə axşam yeməyinə əyləşib yemək yeyən zaman Cəlilin aldığı spirtli içkini qəbul etməyə başlamışlar və müəyyən qədər spirtli içki içdikdən sonra onların aralarında mübahisə yaranmışdır. Mübahisə edərkən səslərini eşidən Sevda yanlarına gələrək Cəlili sakitləşdirmək istəsə də, Cəlil onun üstünə qışqırıb “sən içə bilmirsən” deyib çöl qapını açaraq ünvanına nalayiq ifadələr işlədib “evimdən çıxıb get” demiş, həmin vaxt Sevda onları ayıra bilmədiyini görüb kömək üçün qonşunu çağırmaq üçün mənzildən çıxmışdır. O, Cəlilə “bu gecə vaxtı soyuq havada hara gedim, kimin qapısında qalım, səbr et, səhər açılsın çıxıb gedəcəm” demiş, lakin Cəlil onun bu sözlərinə əhəmiyyət verməyib yaxasından tutaraq çölə tərəf dartmış, o, Cəlilə mane olmağa çalışdıqda isə onu divara sıxıb boğazından tutaraq boğmağa başlamış, o nə qədər Cəlili özündən kənarlaşdırmağa çalışsa da, bunu bacara bilməmiş nəfəs almaqda çətinlik çəkdiyindən yumruqla Cəlilin üz nahiyəsindən bir dəfə vurmuş, Cəlil bu zərbənin təsirindən yerə yıxılmış və baş nahiyəsi dəhlizin mətbəx otağına açılan qapı boşluğunun tininə dəymişdir. Cəlil yenidən ayağa qalxdıqda huşunu itirərək üzü üstə taxta döşəməyə çırpılmışdır. O, dərhal Cəlilin yanına gedərək köməklik məqsədilə öncə onu arxası üstə yerə uzatmışdır. Bir neçə dəqiqə sonra Sevda ilə qonşuluqda yaşayan Zülfüqar gəlmiş, Zülfüqar Cəlilin yerdə uzandığını görüb çölə çıxmış, o, isə Sevda ilə Cəlilə kömək edərək dəhlizdə yerləşən divanda otuzdurmuşdur. Sevda Cəlildən nə baş verdiyini soruşduqda Azər ilə mübahisə zamanı sonuncunun yumruqla bir dəfə sifət nahiyəsinə vurduğunu, həmin zərbədən sonra yerə yıxıldığını və baş nahiyəsinin dəhlizin qonaq otağına açılan qapı boşluğunun tininə dəydiyini demişdir. O, Sevdaya təcili tibbi yardım çağırmağı təklif etmiş, lakin Cəlil buna mane olaraq yaxşı olduğunu, təcili tibbi yardıma ehtiyac olmadığını, səhhəti ilə bağlı hər hansı şikayətinin olmadığını bildirmişdir. Bundan sonra o, Cəlildən üzrxahlıq etmiş, Cəlil isə cavabında ona mehriban şəkildə “lənət şeytana” sözlərini demişdir. Bir müddət sonra Cəlilin üz-gözünün şişdiyini görüb 103 xidmətinə zəng edərək məlumat vermişlər. Bu məlumat əsasında həkim briqadası gəlib Cəlili Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına aparmışlar. Bundan sonra dərhal o və Sevda həmin xəstəxanaya getmiş, səhərə qədər birlikdə həmin xəstəxanada qalmışlar. Həkimlər ilə söhbət zamanı Cəlilin səhhəti ilə maraqlandıqda sonuncunun səhhətinin normal olduğunu, tezliklə əvvəlki sağlıq vəziyyətinə qayıdacağını demişlər. Bundan sonrakı günlərdə də Sevda ilə xəstəxanaya gedərək Cəlilin səhhəti ilə maraqlanmış, sonuncunun sağalması üçün lazım olan bütün dərman preparatlarını alıb, həkim müayinələrindən keçməsini təmin etmişdir. 30 mart 2024-cü il tarixdə Cəlil göstərilən bütün tibbi yardımlara baxmayaraq Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında ölmüşdür. Onun Cəlili öldürmək niyyəti olmamışdır, sonuncunun ölümünü arzulamamışdır, Cəlili vurduğuna görə çox peşmandır. Onların münasibətləri hər zaman mehriban olmuş, o, Cəlil ilə Sevdanın Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən fərdi evinin tikintisində təmənnasız olaraq fəhlə kimi işləmiş, həmçinin, onun qızının toyunu da bacısı Sevda və Cəlil etmək istədiklərini bildirərkən razılaşmış və onun qızının toyunu Cəlil və Sevda etmişdir. O, inana bilmir ki bir dəfə yumruqla vurmaqla Cəlil ölə bilər. Onunla Cəlil arasında olan mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, Cəlil ilə olan mübahisəni yalnız Sevda görmüşdür. Bir müddət sonra o, bacısı oğlu Vüsala baş vermiş hadisə barədə məlumat vermiş, sonuncu qısa müddət ərzində onların yanına gəlmiş, həmçinin Cəlilin Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılmasına kömək etmişdir. Mübahisə zamanı Cəlilin onu vurduğunu xatırlamasa da, boğazından hər iki əlləri ilə tutaraq onu boğduğunu xatırlayır. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etsə də barışığın baş tutmadığını, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Cəlil təxminən 1974-cü ildə Zenfira Həsənova ilə ailə həyatı qurmuş, bu nikahdan Ofeliya və Xumara anadan olmuşdur. Cəlil 1972-1976cı illərdə Qax rayonu, Ləkit-Kötüklü kəndində ana dili-ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. Cəlil 1976-cı ildə ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Cəlil 1976-1987-ci illərdə Rusiya Federasiyasında daxili işlər orqanlarında çalışmışdır. Cəlil 1987-ci ildə Azərbaycan Respunlikasına geri qayıtmış və həmin vaxtdan etibarən Sumqayıt şəhərində yerləşən "xxxx" ASC-də fəhlə kimi fəaliyyət göstərməyə başlamışdır. "xxxx" ASC bir müddət sonra fəaliyyətini dayandırmışdır, Cəlil buna görə işsiz qalmış, həmin vaxtdan etibarən isə ailədə söz-söhbətlər yarandığından, Zenfira Həsənovadan rəsmi olaraq boşanmışdır. Cəlil bundan sonra Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 8 nömrəli yataqxanadan mənzil alaraq yaşamağa başlamışdır. "xxxx" ASC bir müddət sonra yenidən fəaliyyətini bərpa etdiyindən Cəlil orada işləməyə davam etmişdir. Cəlil təxminən 2008-ci ildə iş yoldaşı vasitəsilə Sevda adlı qadınla tanış olmuş, bir müddət sonra isə rəsmi nikaha daxil olmuşlar. Cəlil Sevda ilə ailə həyatı qurduqdan sonra Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 8 nömrəli yataqxanada yaşamağa başlamışlar. Sevda Cəbrayılova elə ilk vaxtlardan Cəlilin mülayim xasiyyətli olmasından istifadə edərək əvvəlki evlilikdən olan iki övladı ilə əlaqəsini kəsmişdir. Cəlil o və digər bacı-qardaşları ilə əlaqə saxlamış, daim hamı ilə maraqlanmışdır. Cəlil ilə Sevda təxminən 2018-2019-cu illərdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsindən torpaq sahəsi almışdır. Cəlil ilə söhbətlərinin birində sonuncu “Sevdanın yataqxana şəraiti ilə qane olmadığını, həmin torpaq sahəsində ev tikmək istədiyini, onun isə belə bir həvəsinin olmadığını” demişdir. Cəlili sonuncu dəfə 2023-cü ilin sentyabr ayında Qax rayonunda toy mərasimində görmüşdür. Bundan başqa Cəlil ilə aralarında sonuncu telefon danışığı 2024cü ilin yanvar ayında olmuşdur. 22 mart 2024-cü il tarixdə səhər saatlarında Sevda ona zəng edərək “Cəlilin Azər ilə dalaşdığını, sonuncunun Cəlili itələdiyini və bundan sonra yıxıldığını, Cəlilin hazırda xəstəxanada olduğunu, səhhətinin yaxşı olmadığını” demişdir. O, dərhal Sumqayıt şəhəri təcili tibbi yardım xəstəxanasına gəlmişdir. O, xəstəxanaya gəldikdə Sevda, habelə sonuncunun xeyli sayda qohumlarının xəstəxanada olduğunu görmüşdür. Xəstəxanada olarkən həkimlər ilə ümumi söhbətlərdən də başa düşmüşdür ki, Cəlilin səhhəti yaxşı deyil, yaşama ehtimalı çox aşağıdır. O, xəstəxanaya bundan sonra getməmişdir, lakin Sevda ilə Cəlilin səhhəti ilə bağlı tez-tez telefon əlaqəsi saxlamışdır. Sevda hər dəfə ona “gəlməyə ehtiyac yoxdur onsuz da, həkimlər Cəlilin yanına kimsəni buraxmırlar” demişdir. 30 mart 2024-cü il tarixdə Sevdanın nömrəsindən ona zəng edən şəxs özünü sonuncunun qohumu kimi təqdim etmiş və Cəlilin xəstəxanada öldüyünü demişdir. Həmçinin, qardaşı Cəlilin Sevda ilə ailə qurduqdan sonra cibində pul saxlamasına Sevdanın icazə vermədiyini, Cəlilin araq almağa cibində pulunun olmadığını, Sevda ilə Cəlilin arasında prolemlər olduğunu bildirmiş, hadisənin isə martın 19-da deyil 18-də baş verdiyini, bu halın ona dəfn zamanı məlum olduğunu qeyd etmişdir. Məhkəmə iclasında suala cavab olaraq son iki ildə qardaşı Cəlilin evinə getmədiyini, sadəcə bayramlarda və toylarda Sevda ilə telefon əlaqəsi saxladığını, özü Sevda ilə Cəlilin davadalaşının şahidi olmadığını, Cəlilin hüzr xərclərini Azərgilin çəkdiyini, Cəlilin birinci nikahından olan qızları ilə görüşməsindən məlumatının olmadığını, təqsirləndirilən şəxs barışıq üçün birinci dəfə onun iş yerinə gəldiyini, daha sonra isə məhkəmə binasında Azərin qardaşı oğlunun ona yaxınlaşdığını, lakin, barışıq olmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə ilə razı olmadığını, cinayət işinin yenidən araşdırılması və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, aralarında rəsmi nikah bağlanmışdır. Cəlil onun birinci evliliyi olsa da, o, Cəlilin ikinci evliliyi olmuşdur. Zərərçəkmiş şəxs ilə birgə nikahlarından övladları yoxdur. Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 8-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs "xxxx" ASC-də fəhlə kimi fəaliyyət göstərmişdir. Azər onun doğma qardaşıdır. Azər təxminən 2016-cı ildən etibarən ailəsindən ayrı yaşamış və həmin vaxtdan etibarən özünün evi olmadığı üçün hər bir qohumda, həmçinin onlarda bir neçə gün qalmışdır. Azərin əri Cəlil ilə münasibətləri normal olmuş, bundan əvvəl aralarında dava-dalaş olmamışdır. Azər və Cəlil dəfələrlə məclislərdə, eləcə də onların yaşadıqları evdə spirtli içki qəbul etmiş, spirtli içki qəbul etdikdən sonra da aralarında hər hansı mübahisə olmamışdır. Azər və Cəlilin münasibətləri o qədər yaxşı olmuşdur ki, Cəlil hər dəfə öz təşəbbüsü ilə Azəri yeyib-içmək üçün yaşadıqları ünvana dəvət etmiş, bəzən isə Cəlil ona demədiyi sirləri belə Azərə danışmışdır. 19 mart 2024-cü il tarixdə, saat 22 radələrində Cəlil və Azər dəhlizdə axşam yeməyinə əyləşib yemək yeyən zaman spirtli içki araq qəbul etmişdirlər. Bu zaman o, mətbəxdə ev işləri ilə məşğul olmuşdur. Azər və Cəlil müəyyən qədər spirtli içki içdikdən sonra bilmədiyi səbəblərdən aralarında mübahisə yaranmışdır. O, ilk öncə buna əhəmiyyət verməmiş, hesab etmişdir ki, yəqin aralarında olan sözlü mübahisə qısa müddətdə bitəcəkdir. Azər və Cəlilin səsinin getdikcə daha yüksəkdən gəldiyini eşidib vəziyyətin ciddi olduğunu başa düşmüş, sonuncuları sakitləşdirmək istəsə də, mübahisə etməyə davam etmişlər. Cəlil Azərin üstünə qışqırıb “sən içə bilmirsən” deyib çöl qapını açaraq Azərə “evimdən çıxıb get” dedikdə, Azər “bu gecə vaxtı soyuq havada hara gedim, kimin qapısında qalım, səbr et, səhər açılsın, çıxıb gedəcəm” demişdir. Cəlil Azərin bu cavabına qane olmayıb masadan ayağa qalxıb Azəri divara sıxıb boğazından tutaraq boğmağa başlamışdır. O, nə qədər mane olmağa çalışsa da, sonuncuları ayıra bilməmişdir və Azərin boğulduğunu, nəfəs ala bilmədiyini, rənginin ağardığını görüb tez həyətə qaçaraq qonşuluqda yaşayan Zülfüqarı kömək üçün çağırmışdır. Bir neçə dəqiqə sonra qonşuları Zülfüqar ilə geri qayıtdıqda Cəlilin arxasıüstə dəhlizdə yerdə uzandığını və Azərin kömək edərək onu qaldırmağa çalışdığını görmüşdür. Zülfüqar isə mübahisənin başa çatdığını görüb evinə geri qayıtmışdır. O, Azər ilə Cəlilə kömək edərək sonuncunu ayağa qaldırmışdır. Söhbət zamanı Cəlildən nə baş verdiyini soruşduqda Azər ilə mübahisə zamanı sonuncunun yumruqla bir dəfə sifət nahiyəsinə vurduğunu, həmin zərbədən sonra yerə yıxıldığını və baş nahiyəsinin dəhlizin qonaq otağına açılan qapı boşluğunun tininə dəydiyini demişdir. Həmçinin, Cəlil qeyd etmişdir ki, səhhəti ilə bağlı hər hansı şikayəti yoxdur, o təkrar olaraq Cəlilə bəlkə təcili tibbi yardım çağıraq dedikdə sonuncu ehtiyac yoxdur demişdir. Bundan sonra Cəlil mehriban şəkildə Azər ilə söhbət etməyə başlamış və dəfələrlə “lənət şeytana” sözlərini təkrar etmişdir. Bir müddət sonra Cəlilin üz-gözünün şişdiyini görüb 103 xidmətinə zəng edərək məlumat vermişlər, məlumat əsasında həkim briqadası gəlib Cəlili Sumqayıt təcili tibbi yardım xəstəxanasına aparmışlar. Bundan sonra dərhal o, və Azər həmin xəstəxanaya getmiş, səhərə qədər Azər ilə birlikdə xəstəxanada qalmışdır. Həkimlər ilə söhbət zamanı Cəlilin səhhəti ilə maraqlandıqda sonuncunun səhhətinin normal olduğunu tezliklə əvvəlki sağlıq vəziyyətinə qayıdacağını bildirmişlər. O, isə hadisə barədə bacısı oğlu Vüsala və digər qohumlarına, eləcə də Cəlilin qohumlarına məlumat vermişdir. Bundan sonrakı günlərdə də o və Azər hər gün xəstəxanaya gedərək Cəlilin səhhəti ilə maraqlanmış, sonuncunun sağalması üçün lazım olan bütün dərman preparatlarını almış, həkim müayinələrindən keçməsini təmin etmişlər. Cəlil ilə Azər arasında olan mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Mübahisə zamanı Cəlilin Azəri vurduğunu görməmişdir, amma Cəlil Azərin boğazından tutaraq onu boğduğunu görmüşdür. Bundan başqa söhbət zamanı Cəlildən nə baş verdiyini soruşduqda “Azər ilə mübahisə zamanı sonuncunun yumruqla bir dəfə sifət nahiyəsinə vurduğunu, həmin zərbədən sonra yerə yıxıldığını və baş nahiyəsinin dəhlizin qonaq otağına açılan qapı boşluğunun tininə dəydiyini” demişdir. Azər ilə söhbət zamanı da sonuncu Cəlilin ona dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cəlil onun qonşusu olmuşdur. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsindəki fərdi yaşayış evinə təxminən 1 ay olardı ki köçmüşdülər. Hadisə günü 19 mart 2024-cü il tarixdə saat təxminən 11-ə 15 dəqiqə işləmiş Cəlilin yoldaşı Sevda gəlib qapını döyüb ona “Kömək elə.” deyə onu köməyə çağırmışdır. Cəlilgilə gedərkən yolda isə “Cəlil yıxılıb.” demişdir. O, Sevda ilə Cəlilin evinə getmiş, yaxınlaşarkən Cəlilin sağ olduğunu, yerdə uzanmış vəziyyətdə, üzünün sol tərəfinin qırmızı olduğunu, həmin vaxt Azərin isə telefonla danışmaq istədiyini görmüşdür. O da təcili tibbi yardıma zəng etsə də cavab verən olmamışdır. Daha sonra isə çıxıb getmişdir. O, ibtidai istintaq zamanı ifadəsini özünün verdiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə bəzi hissələrdə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayından Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində nömrəsiz fərdi evdə yaşayır. Təxminən iki-üç il bundan öncə Sevda Cəbrayılova və sonuncunun əri Zərərçəkmiş şəxs onunla qonşuluqda torpaq sahəsi alaraq yavaş-yavaş orada ev tikməyə başlamışlar. Sevda və Cəlil yeni tikdikləri evdə yaşamışlar. Sevda və Cəlil ilə elə də yaxın münasibətləri olmamış, sonuncuları gördükdə yalnız qonşu kimi salamlaşmışdır. 19 mart 2024-cü il tarixdə təxminən saat 22-23 radələrində qapının döyüldüyünü görüb dərhal qapıya tərəf getmişdir. O, qapını açdıqda qonşuları Sevdanı görmüşdür. Sonuncu həyəcanlı şəkildə “kömək elə, kömək elə” demişdir. O, Sevdanın yaşadığı evə daxil olduqda Cəlilin dəhlizdə arxası üstə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Cəlil həmin vaxt ayıq olmuş, lakin aralarında hər hansı danışıq olmamışdır. Həmin vaxt mənzildə sonradan adını bildiyi Azər adlı şəxs də olmuşdur. Dəhlizdə olan stolun üzərində yemək və araq da olmuşdur. Həmin vaxt nə baş verdiyini, Cəlilin nə üçün yerdə uzanıqlı vəziyyətdə olduğunu bilməmişdir. Qısa müddət sonra Cəlili xəstəxanaya aparmışlar, o, xəstəxanaya getməmişdir. Təxminən aradan 20 gün keçdikdən sonra Cəlilin öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər MTE və PA birliyinin eksperti vəzifəsində işləyir. 2005-ci ildən iş təcrübəsinə malikdir. Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş 30 mart 2024-cü il tarixli qərarın icrası Sumqayıt şəhər MTE və PA birliyinə daxil olan gündən ona həvalə edilmişdir. Onun tərəfindən ekspertiza keçirilmiş və xx.xx.2024-cü il tarixli 39 nömrəli, xx.xx.2024-cü il tarixli 01/39 nömrəli və xx.xx.2024-cü il tarixli 02/01/39 nömrəli rəylər verilmişdir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və stasionar xəstənin tibbi kartalarına əsasən sonuncunun bədəni üzərində sağ göz ətrafının hematoması, sağ gözün bayır bucağının yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, alt çənə sümüyünün sağ şaxəsinin boyun hissəsində, sağ maksilyar sinus divarında və burun sümüklərində sağda yerdəyişən sınıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, başın küt travması, qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə sümüyünün yerdəyişən, sol təpə sümüyünün yerdəyişməyən xətti sınıqları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər olması müəyyən edilmişdir. Rəydə həmin xəsarətlərin hansı şəraitdə yaranmasının mümkünlüyü dəqiq əks olunmuşdur. Zərərçəkmiş şəxs bədəni üzərində olan sağ göz ətrafının hematoması, sağ gözün bayır bucağının yarası və burun sümüklərində sağda yerdəyişən sınıqları kimi xəsarətlərin xarakterinə əsasən bildirir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan - sağ göz ətrafının hematoması, sağ gözün bayır bucağının yarası və burun sümüklərində sağda yerdəyişən sınıqları kimi xəsarətlər bir yumruq zərbəsinin nəticəsində yaranması istisna edilmir. Zərərçəkmiş şəxs başın küt travması, qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə sümüyünün yerdəyişən, sol təpə sümüyünün yerdəyişməyən xətti sınıqları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri aldıqdan sonra ayağa qalxa bilər, danışa və müxtəlif hərəkətləri etmək iqtidarında ola bilərdi. Zərərçəkmiş şəxs bədəni üzərində olan alt çənə sümüyünün sağ şaxəsinin boyun hissəsində və sağ maksilyar sinus divarında olan xəsarətlər sonuncunun boyu hündürlüyündən üzü üstə taxta döşəməyə çırpılması nəticəsində yaranması istisna edilmir. Zərərçəkmiş şəxs tibbi baxımdan Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə xəsarət almasını istisna edən hal yoxdur. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətləri yumruqla sifət nahiyəsindən vurulması, boyu hündürlüyündən arxası üstə yerə yıxılması nəticəsində başının arxa hissəsinin, qalxdıqdan sonra boyu hündürlüyündən üzü üstə yerə yıxılması nəticəsində sifət nahiyəsinin döşəməyə və ya qapının döşəmədə olan tininə dəyməsi nəticəsində alması istisna edilmir. Həmçinin, keçirilmiş ekspertiza zamanı Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı digər xəsarət müəyyən edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci ildə X5 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 2011-ci ildə Mirkamil, 2013-cü ildə Fatimə və 2014-cü ildə Zəhra dünyaya gəlmişdir. 2022-ci ildən etibarən aralarında yaranan söz-söhbətlər səbəbindən Çinarə ilə ayrı yaşayır, 2024-cü ilin yanvar ayında rəsmi olaraq boşanmışlar. Hal-hazırda Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsi, ev 110-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Yeni Saray qəsəbəsində fərdi evdə yaşayır. Ayrıayrı şəxslərin sifarişi əsasında tikintidə hörgü ustası kimi işləyir. Azər onun dayısı, Cəlil isə xalasının əridir. Təxminən 2016-cı ildən etibarən Azər ailəsindən ayrı yaşamış və həmin vaxtdan etibarən özünün evi olmadığı üçün hər bir qohumda, həmçinin onun Saray qəsəbəsində kirayə tutduğu evdə ay ərzində bir və ya iki dəfə qonaq kimi gəlib bir neçə gün qalmışdır. 19 mart 2024-cü il tarixdə ilaxır çərşənbə münasibətilə bayramlaşmaq məqsədilə təxminən saat 22-23 radələrində Sevda xalasıgilə getmişdir. Qapıdan içəri girdikdə Azər və Sevdanın Cəlilin yanında olduğunu görmüşdür. Cəlil dəhlizdə olan divanda əyləşmiş, o, isə onlarla salamlaşıb bir kənarda əyləşmişdir. Azər söhbət zamanı ona Cəlil ilə içki içdikdən sonra sözlü mübahisə etdiklərini, sonuncunun onu əlləri ilə boğduğunu, nəfəs ala bilmədiyini görüb Cəlilin üz nahiyəsinə əli ilə zərbə vurduğunu, zərbənin təsirindən Cəlilin yerə yıxıldığını baş nahiyəsinin dəhlizin qonaq otağına açılan qapı boşluğunun tininə dəydiyini demişdir. O, orada olarkən Cəlil özündə olmuş, gözləri açıq imiş. Qısa müddət sonra xalası oğlu Vüsal da gəlmişdir. Azər söhbət zamanı Vüsaldan təcili yardım çağırmasını istəmişdir. Vüsal istifadəsində olan ***-***-**-** mobil nömrədən təcili yardıma zəng edərək məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra həkim briqadası onların olduqları ünvana gəlmişdir. O, Azər və Vüsal köməkləşərək Cəlili təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər. O, Azər, Vüsal və Sevda təcili yardım avtomobilin arxasınca Sumqayıt təcili tibbi yardım xəstəxanasına getmişlər. O, təxminən 2 saat sonra evə qayıtmış, Sevda və Azər isə xəstəxanada qalmışdır. Bundan sonrakı günlərdə xəstəxanaya gedərək Cəlilin səhhəti ilə maraqlandıqda həkimlər sonuncunun səhhətinin normal olduğunu, tezliklə əvvəlki sağlıq vəziyyətinə qayıdacağını bildirmişlər. O, dəfələrlə Azərlə birlikdə Cəlilin sağalması üçün lazım olan bütün dərman preparatlarını almağa getmiş, həmçinin Azər Cəlilin həkim müayinələrindən keçməsini təmin etmişdir. 30 mart 2024-cü il tarixdə Cəlilin xəstəxanada öldüyünü eşitmişdir. Cəlil ilə Azər arasında bu hadisədən əvvəl hər hansı bir mübahisə və dava-dalaş olmamışdır. Azər ilə Cəlil arasında mehriban münasibət olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürülməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 124.1ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1- 2) “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs meyiti üzrərində saat 12:00-dan 13:00-dək baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, təşrih masası üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyit paltarsızdır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 169,0 sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə solğun göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 2 dəqiqədən sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri saçları ağarmışdır, uzunluğu 1,0-1,5 sm-ə qədərdin Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir, qüzehli qişa qəhvəyi rəngdədir. Ağlı qişa qansızmalıdır. Burun sümükləri və üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji hərəkətlilik qeyd olunmur. Ağzı qapalıdır, dişləri yoxdur. Xarici qulaq keçəcəkləri və burun sərbəst keçirici olub, ifrazat yoxdur. Boynu bədənə müvafiqdir, hərəkətsizdir. Döş qəfəsi silindrikdir, simmetrikdir. Qarnı döş qəfəsi səviyyəsindən aşağıdadır, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Hər iki gözətrafını əhatə edən qırmızımtıl-bənövşəyi rəngli qançır vardır. Sağ gözün bayır bucağında 1,2x0,2 sm ölçüdə, nahamar kənarlı üzərində 1 (bir) ədəd cərrahi tikiş olan yara vardır. Sol gicgah nahiyədə nalvari formalı, üzərində cərrahi tikişlər olan cərrahi əməliyyat yarası vardır. Meyitin bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.(i.v. 3) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən hadisə yeri Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evdir. Həyətə iri ikitaylı dəmir darvazadan daxil olanda müəyyən olundu ki, həmin ev 2,5 sot torpaq daxilində inşa edilmişdir. Ev kürsülü olmaqla bir mərtəbədən ibarətdir. Ev hər tərəfdən mişar daşı ilə hasara alınıb, ətrafında tikililər vardır. Həyətdə inşaat materialları mövcuddur, ətraf səliqəsizdir. Evin giriş qapısı qara rəngli dəmir qapıdandır. Həmin evə daxil olduqda dəhliz yerləşir. Dəhlizdə divan, kreslo, stul və stol vardır. Qapıdan girdikdə sağ tərəfdə qaz sobası mövcuddur. Dəhlizin döşəməsi taxta materialdandır. Giriş qapısından sol tərəfdə mətbəx, daha sonra yataq otağı və qonaq otağı yerləşir. Giriş qapısı ilə üzbəüz növbəti yataq otağı vardır. Həmin otaqların heç birinin qapısı yoxdur. Otaqlarda əşyaların olması müşahidə olunur. Dəhlizdən sağ tərəfdə ayrı ayrılıqda olmaqla ardıcıllıqla sanitar qovşaq və hamam otağı yerləşir, qapıları plastik materialdandır. Hadisə yerindən sübut əhəmiyyətə malik ola biləcək hər hansı əşya müəyyən edilmədiyindən heç nə götürülməmişdir. Baxış zamanı fotoaparatla çəkilmiş şəkillər protokola əlavə edilmişdir. (i.v.7-11) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus evə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur ki, mübahisənin baş verdiyi ev Sumqayıt şəhəri, Ceyranbatan bağlar ərazisində yerləşir. Ev fərdi tikili evidir, ev 2.5 sot torpaq daxilində inşa edilmişdir, ev hər tərəfdən mişar daşı ilə hasara alınıb, kürsülü olmaqla bir mərtəbəli evdir. Evin təmiri tam başa çatmasa da, yaşamaq üçün yararlıdır. Baxış zamanı Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə, saat 23 radələrində yeznəsi Cəlil ilə sonuncua məxsus evin dəhlizində aralarında baş vermiş mübahisə zamanı Cəlili vurduğunu və Cəlilin yıxılaraq başının divara dəydiyini bildirmişdir. (i.v.21) Nikah haqqında akt qeydindən çıxarışa əsasən Zərərçəkmiş şəxs və X2 arasında nikah xx.xx.2008-ci il tarixində Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Şabanov, arvada Şabanova soyadı verilmişdir.(i.v.38) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1959-cu il tarixdə Qax rayonunda doğulmuşdur. X1, anası X6r. (i.v.45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2024cü il tarixli, 39 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə sümüyünün yerdəyişən sınıqları, sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarası.Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 6-8 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə - sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarası adətən canlı şəxslərdə yüngül, digər xəsarətlər - başın küt travması, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə sümüyünün yerdəyişən sınıqları yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş-beyinə qansızma olmuşdur. Erkən meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərdən - başın küt travması, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə sümüyünün yerdəyişən sınıqları öz boyu hündürlüyündən yıxılması nəticəsində, sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarası, yumruq zərbəsinin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs adına açılmış xəstəlik tarixində onun spirtli içki və narkotik maddələr qəbul edib-etməməsi barədə heç bir qeydiyyat aparılmamışdır.(i.v.56-65) Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. (i.v.70) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli qərar əsasında aparılmış ekspertiza tədqiqatına əsasən 02 aprel 2024-cü il tarixli, 522 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boynun qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən boğazı sıxılmaqla əmələ gələ bilər, müddəti müayinədən 13-15 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v.75-77) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-112/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barələrində və ya onlar tərəfindən 2020-ci ildən Sumqayıt şəhər Məhkəməsinə hər hansı bir ərizə və şikayət daxil olmamışdır. (i.v. 86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli 6080 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışlar. (i.v. 93) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 10 iyun 2024-cü il tarixli 01/39 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə sümüyünün yerdəyişən sınıqları, sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarası, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 6-8 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə - sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarası adətən canlı şəxslərdə yüngül, digər xəsarətlər yəni - başın küt travması. Qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgahtəpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə sümüyünün yerdəyişən sınıqları yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Erkən meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində olan sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarasının onun ölümü ilə heç bir səbəbli əlaqəsi yoxdur. (i.v.101-112) “Əməlin tövsif olunması haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 124.1-ci maddəsindən həmin Məcəllənin 124.1 və 128-ci maddələrinə tövsif edilmişdir. (i.v. 114-115) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 124.1 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v.128-129) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 124.1 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.135-140) Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.141-142) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ifadəsinin dəqiqləşdirilməsi məqsədilə yerində yoxlanılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə yeri Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evin arxasına gəlinmiş və Təqsirləndirilən şəxs fərdi evin həyətinə daxil olan darvazanı göstərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə arasında baş vermiş mübahisənin yerini göstərmiş, daha sonra Zərərçəkmiş şəxsla oturub spirtli içki qəbul etdiyi masanı və həmin masa arxasında əyləşdikləri yeri göstərmişdir. xx.xx.2024-cü il tarixdə Cəlil ilə sonuncuya məxsus fərdi yaşayış evində spirtli içki qəbul etmiş, saat 23 radələrində Cəlil ilə arasında söz mübahisəsi düşmüş, mübahisə edərkən səslərini eşidən Sevda yanlarına gələrək Cəlili sakitləşdirmək istəsə də, Cəlil onun üstünə qışqırıb “sən içə bilmirsən” deyib çöl qapını açaraq ünvanına nalayiq ifadələr işlədib evindən çıxıb getməyini tələb etmiş, həmin vaxt Sevda onları ayıra bilmədiyini görüb kömək üçün qonşunu çağırmaq üçün mənzildən çıxmışdır. Cəlil onun yaxasından tutaraq çölə tərəf dartmış, o, mane olmağa çalışdıqda isə onu divara sıxıb boğazından tutaraq boğmağa başlamış, Cəlili nə qədər özündən kənarlaşdırmağa çalışsa da, bunu bacara bilməmiş, nəfəs almaqda çətinlik çəkdiyindən Cəlili özündən kənarlaşdırmaq məqsədilə yumruqla üz nahiyəsindən bir dəfə vurmuş, Cəlil bu zərbənin təsirindən yerə yıxılmış və baş nahiyəsi dəhlizin mətbəx otağına açılan qapı boşluğunun tininə dəymişdir. Cəlil yenidən ayağa qalxdıqda huşunu itirərək üzü üstə taxta döşəməyə çırpılmışdır. O, dərhal Cəlilin yanına gedərək köməklik məqsədilə öncə onu arxası üstə yerə uzatmışdır. Bir neçə dəqiqə sonra Sevda ilə qonşuluqda yaşayan Zülfüqar gəlmiş, Zülfüqar Cəlilin yerdə uzandığını görüb çölə çıxmış, o isə Sevda ilə Cəlilə kömək edərək dəhlizdə yerləşən divanda otuzdurmuşdur. Söhbət zamanı Cəlil yaxşı olduğunu, təcili tibbi yardıma ehtiyac olmadığını, səhhəti ilə bağlı hər hansı şikayətinin olmadığını demiş, qısa müddət sonra Cəlilin üz-gözünün şişdiyini görüb təcili yardım xidmətinin 103 nömrəli qaynar xəttinə zəng edərək məlumat vermişlər. Həmin məlumat əsasında həkim briqadası gəlib Cəlili Sumqayıt Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasına aparmış, o və Sevda həmin xəstəxanaya gedib səhərə qədər orada qalmışlar. Cəlili öldürmək və ya ona xəsarət yetirmək fikri olmamışdır. Belə ki, Cəlil ilə həmişə mehriban olmuş, Cəlil həmişə onu yeyib işmək üçün öz yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən evə dəvət etmiş, heç kimə demədiyi sirlərini onunla bölüşmüşdür. Cəlil və Sevdanın Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən evinin tikintisində fəhlə kimi təmannasız olaraq köməklik etmişdir. Əvvəllər aralarında heç vaxt dava-dalaş və ya söz mübahisəsi olmamışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.150-154) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(060)-413/2024 nömrəli qərarına əsasən Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs hüquqi varisi kimi onun qardaşı X12 tanınmışdır. (i.v.156) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli, 02/01/39 nömrəli əlavə rəyinə əsasən Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması, qapalı kəlləbeyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə-ənsə sümüyünün yerdəyişən, alt çənə sümüyünün sağ şaxəsinin boyun hissəsində, sol təpə sümüyünün yerdəyişməyən xətti sınıqlar, sağ maksilyar sinus divarında və burun sümüklərində sağda yerdəyişən sınıqlar, sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarası. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 6-8 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarası adətən canlı şəxslərdə yüngül, digər xəsarətlər yəni başın küt travması, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgahtəpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə-ənsə sümüyünün yerdəyişən, sol təpə sümüyünün yerdəyişməyən xətti sınıqları yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər yəni - alt çənə sümüyünün sağ şaxəsinin boyun hissəsində, sağ maksilyar sinus divararında və burun sümüklərində sağda yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmanm əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Erkən meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərdən başın küt travması, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgahtəpə nahiyəsinin epidural, subdural, beyindaxili hematoması, sağ gicgah-təpə-ənsə sümüyünün yerdəyişən, alt çənə sümüyünün sağ şaxəsinin boyun hissəsində, sol təpə sümüyünün yerdəyişməyən xətti sınıqlar, sağ maksiyllar sinus divarının sınıqları öz boyu hündürlüyündən yıxılması nəticəsində, sağ gözətrafının hematoması, burun sümüklərində sağda yerdəyişən sınıqları, sağ gözün bayır bucağının yarası yumruq zərbəsinin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs adına açılmış xəstəlik tarixində onun spirtli içki və narkotik maddələr qəbul edib-etməməsi barədə heç bir qeydiyyat aparılmamışdır. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində olan - alt çənə sümüyünün sağ şaxəsinin boyun hissəsinin, sağ maksilyar sinus divararında və burun sümüklərində sağda yerdəyişən sınıqları, sağ gözətrafının hematoması, sağ gözün bayır bucağının yarasinun onun ölümü ilə heç bir səbəbli əlaqəsi yoxdur. (i.v.199-210) Əməlin tövsif olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 124.1 və 128-ci maddələrindən həmin Məcəllənin 124.1 və 127.1-ci maddələrinə tövsif edilmişdir. (i.v.248-249) Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 124.1 və 127.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (i.v.251-252) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 124.1 və 127.1-ci maddələri ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.258-263) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 127.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilməmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmış, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 126.3 və 221.1-ci maddələri ilə ittiham elan edilməsi istisna edilmiş, Təqsirləndirilən şəxs bədəni üzərində sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə görə inzibati xəta haqqında icraatın başlanılması rədd olunmuş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, meyitə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, ifadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokollar, Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 39 nömrəli, xx.xx.2024-cü il tarixli 01/39 nömrəli, xx.xx.2024-cü il tarixli 02/01/39 nömrəli, xx.xx.2024cü il tarixli 522 nömrəli rəyləri işin faktiki hallarına uyğun olduqları və istintaq materialları ilə tamamlandıqları üçün ittihamı təsdiq edən sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. (i.v.264-279) AZ-İİ №453393 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, meyitə baxış keçirilməsi və ifadənin yerində yoxlanması haqqında protokollar, ekspert rəyləri, həmçinin digər iş materialları ilə onun törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 124.1 və 127.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf edərək özünü təqsirli bilməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə və 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 127.1ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla 01 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-111/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-111/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver