Məhkəmə qərarları › İş №1(060)-113/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-113/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-113/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qasımov küçəsi, ev 14, mənzil 1-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 2-ci mkr, ev 17/21, mənzil 51-də yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinə çıxarış almasını vəd edib aldadaraq, 01.11.2018-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən TTYS-na yaxın ərazidə 10.000 (on min) manat nağd pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs 2018-ci ilin oktyabr ayınından, Bakı şəhər İcra Hakimiyyətində işləyən Şahid1 vasitəsi ilə tanımışdır. Tanış olduqdan sonra Zərərçəkmiş şəxs Binəqədi rayonu ərazisində olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sənədlərdə köməklik göstərməsini ondan xahiş etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs maddi sıxıntısının olmasını bildirmişdir. Sona xanım ona Bakı şəhəri, Nəriman rayonu ərazisində yerləşən notariusların birində 10000 manat borc pul vermişdir. 2018-ci ilin noyabr ayının 1-də pulu aldıqdan sonra 2018-ci ilin noyabr ayının 4-də barəsində olan cinayət işi ilə bağlı həbs olunmuşdur. 6 ay Bakı İstintaq təcridxanasında olduqdan sonra məhkəmə zalından azad olunmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs Kapital Bankın ödəmə terminalı vasitəsi ilə 1000 manat pulu ödəmə etmiş, qalan pulun əvəzinə torpaq sahəsi təklif etmişdir, mövud pandemiya vəziyyəti ilə əlaqədar maddi vəziyyətinin pis olduğu üçün pulun qalan hissəsinin ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdə məhkəməyə verdiyi ifadəsində bildirdi ki, Əvvəl özünü təqsirli bilməsə də, artıq səhvini dərk etmişdir, günahını etiraf edir və əməlindən peşmandır. Zərərçəkmiş şəxs pulunu karonavirus» pandemiyası ilə əlaqədar qaytara bilməmişdir, hazırda isə bütün pulu qaytarmışdır, onunla barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı məhkəmə zamanı tam şəkildə ödəməklə bərabər dəymiş ziyanın 25 faizi (2500 manat) dövlət büdcəsinə ödənilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmçinin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Zərərçəkmiş şəxsə dəyən zərəri ödəmişdir. Zərərin 25 faizini də dövlət hesabına ödəmişdir. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən torpaq sahəsinə çıxarış almaq üçün 2018-ci ilin oktyabr ayında əvvəlcədən tanıdığı Bakı şəhər İcra Hakimiyyətində işləyən Şahid1la görüşmüş, Eldar ona sənədlərin düzəldilməsinin ilə bağlı məsləhət vermişdir. Eldar ona bəzi məsləhətlər verdikdən sonra o, sağollaşıb getmiş, təxminən 1 həftə sonra Eldar ona zəng edərək torpaq sahəsinə aid sənədləri gətirməyini və baxacağını bildirmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin qarşısında o Eldarla görüşmüş, Eldarın yanında tanımadığı bir şəxs də olmuş, Eldar həmin şəxsi onunla tanış edərək adının Mirzə olduğunu bildirmişdir. O, həmin şəxslə tanış olmuşdur. Sonra o, Mirzəyə torpağın sənədləri ilə bağlı işləri görmək üçün 10000 (on min) manat pul vermişdir. Belə ki, 2018-ci ilin noyabr ayının 1-də o, Mirzə ilə əlaqə saxlamış, Mirzə ilə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən TTYS-na yaxın ərazidə görüşmüş və Mirzəyə 10000 (on min) manat pul vermişdir. Mirzə orada ona demişdir ki, ayın 5-i üçün sənədin ilkin nömrəsini verəcəkdir. O, Mirzənin şəxsiyyət vəsiqəsini götürmüşdür, sağollaşıb ayrılmamışlar. Bir neçə gün sonra Bakı şəhərində olan natoriat kantorunda o, Mirzənin adına etibarnamə də vermişdir. O, noyabr ayının 5-i Mirzənin mobil nömrələrinə zəng etsə də Mirzənin heç bir nömrəsinə zəng çatmamış, sonra Mirzənin mobil telefonuna cavab verən adını xatırlamadığı şəxs Mirzənin barəsində cinayət işi olduğu üçün tutulduğunu bildirmişdir. Mirzə çıxdıqdan sonra telefonla əlaqə saxlayıb Mirzədən dəymiş maddi ziyanınını ödəməsini istəsə də Mirzə onun telefonuna cavab verməmişdir. Ancaq hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəməyə təqdim olunmuş, Zərərçəkmiş şəxs 06 may 2021-ci il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Şahid1 göstərmişdir ki, o, 2018-ci ildə Zərərçəkmiş şəxs bir yaxınının vasitəsi ilə tanımışdır. Tanış olduqdan sonra Zərərçəkmiş şəxs onunla Sabir parkında görüşmüş, Bakı şəhəri Binəqədi rayonu ərazisində “Zeytunluq” deyilən yerdə özünəməxsus torpağı olduğunu və həmin torpağı özəlləşdirmək istədiyini bildirmişdir. O, isə Zərərçəkmiş şəxs elə bir səlahiyyətinin olmadığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs yanından ayrılıb işinə qayıtmışdır. Təqsirləndirilən şəxs işlədiyi vaxt qəbul günündə tanımışdır. Təqsirləndirilən şəxslə də elə yaxın bir münasibəti olmamışdır. Qəbul günündə Mirzə ondan yaxınının bağçaya işə düzəldilməsində kömək etməyini istədikdə, o, Mirzəyə bu məsələlərin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsini vermişdir. 2018-ci ilin oktyabr ayında nahar vaxtına yaxın Zərərçəkmiş şəxs ona zəng edərək yenidən Sabir bağında görüşmək istədiyini demiş, o razılaşmışdır. Nahar vaxtına yaxın işdən çıxıb Sabir bağına gedəndə Mirzə ilə rastlaşmış, Mirzə onu çay içməyə dəvət etmiş, Mirzənin təklifindən imtina etmişdir. Mirzə ondan hara getdiyini soruşduqda, o, Mirzəyə bildirmişdir ki, bir xanım var, torpaq özəlləşdirmək istəyir, lakin hər dəfə səlahiyyəti olmadığını desə də başa düşmür. Mirzə həmin işi həll edə biləcəyini ona demişdir. O, Mirzəyə onunla gəlməsini, kənarda durmasını, Sonanın razılaşacığı halda Sona ilə tanış edəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra o, Zərərçəkmiş şəxs ilə görüşmüş, Sonaya bu işi həll edə bilməyəcəyini bir daha bildirmi., lakin Sonaya Mirzəni göstərərək həmin şəxsin işi həll edə biləcəyini ona demişdir. Sona Mirzə ilə tanış olaraq torpağının sənədlərinin Mirzə tərəfindən düzəldilməsinə razılığını bildirmişdir. Sonra Sona ilə Mirzəni təklikdə buraxıb işinə qayıtmışdır. Bir neçə gün sonra Sona ona zəng edərək Mirzənin torpağın sənədlərinin düzəldilməsi üçün ilkin olaraq beş min manat pul istədiyini bildirmişdir. O, Sonaya bu məsələlər qarışmadığını, bu işin öz məsələsi olduğunu və buna görə onu narahat etməməyi demmişdir. Həmin ərəfədə onun yaxın qohumu Naxçıvan MR-da rəhmətə getdiyi üçün o, oraya getməli olmuş, qayıtdıqdan sonra Sona onunla əlaqə saxlayaraq ağlaya-ağlaya nəsə demək istəmiş, o, Sonaya hal-hazırda iclasa getdiyini, naharda İçərişəhər metrostansiyasının yaxınlığında görüşərək söhbət edə biləcəyini demişdir. Naharda Sona ilə görüşmüş, Sona torpağın sənədlərinə çıxarış alınması adı ilə Mirzənin ondan on min manat pul aldığını, sonra isə Mirzənin tutulduğunu demişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 5 ilə yaxın bir müddətdir ki, tanıyır və Sona ilə münasibətləri yaxşı olmuşdur. İki ilə yaxın bir müddət olar ki, Sona onun istifadəsində olan mobil nömrəsinə zəng edərək özünə məxsus olan torpaq sahəsinin sənədlərinin həll edilməsi üçün pul lazım olduğunu və alacağı pulu 10 gün müddətində qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs ilə münasibətlərinin yaxın olduğu üçün Sona ilə görüşüb pul verə biləcəyini demmişdir. Sona ona on min manat hazırlamağını xahiş etmişdir. Bir neçə gün sonra Sona ilə Sumqayıt şəhərində görüşmüş, Sona ona tanışı Eldar adlı şəxin vasitəsi ilə tanış olduğu Mirzə adlı şəxs torpağına aid sənədləri həll edəcəyini və bunun üçün on min manat pul istədiyini demişdir. O, Sonaya pulun hazır olduğunu bildirdikdən sonra on min manat pulu Sonaya vermişdir. Sona bildirmişdir ki, aldığı pulu ayrıldıqdan sonra Sumqayıt şəhərində Mirzəyə verəcək. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Bir neçə saat sonra o, Sonaya zəng edib məsələnin nə yerdə qaldığını soruşmuş, Sona isə aldığı on min manat pulu Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən TTYS-nın yaxınlığında Mirzəyə verdiyini demişdir. Lakin Sonanın ona pulu qaytaracağı müddətdən xeyli keçsə də pulu qaytarmaması narahatçılığına səbəb olmuş və buna görə Sona ilə əlaqə saxlamışdır. Sona ilə telefon danışığı zamanı ona torpağın sənədlərini düzəltməyi vəd edən və pulu verdiyi Mirzə adlı şəxs etibarından sui istifadə edərək Sonaya qarşı dələduzluq etdiyini, buna görə də pulu geri qaytara bilmədiyini demişdir. İşdə olan “Axtarışda olan şəxsin tutulması barədə” 26.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.10.2020-ci il tarixdə tutularaq istintaqa təqdim edilmişdir. (i.v.34-35) İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 28.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27.12.2020-ci il tərixədək barəsində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.69-70) Sumqayıt şəhər Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v.96-100) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Bakı Hərbi Məhkəməsinin 24.04.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3, 66.4, 69.4-cü maddələrinə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmişdir. (i.v. 87-88) İşdə olan xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, yetkinlik yaşına çatmayan (2007, 2010) iki uşağı var, yaşayış yerindən müsbət xarakterizə olunur. (i.v.55-59, 101) Məhkəməyə təqdim edilmiş Kapital Bankın (baş ofis, terminal nömrəsi: K0100977, əməliyyat İD: 7974) 3009 saylı, 15.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2500,00 (iki min beş yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə hesabına köçürülmüş vəsait 2500,00 (iki min beş yüz) manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan RespublikasıCM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ərizələrini, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar