Məhkəmə qərarları › İş №1(060)-113/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-113/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-113/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi, Dövlət ittihamçısı – Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – X7 iştirakı ilə, 1994-cü il iyulun 30-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və 1973-cü il iyunun 18-də Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, AAY Dövlət Agentliyinin YMX-də mühafizəçi işləyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibardan sui-istifadə etməklə, ona qohumu Şahid2 Azərbaycan Respublikası FHN-nə yüksək əmək haqqılı işə düzəldəcəyini vəd edərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs 05 may 2021-ci il tarixdə Sumqayıt şəhəri 11-ci mikrorayon, 10 saylı evin həyətində 7500 manat, həmçinin 2021-ci ilin iyun ayının ortalarında Şahid2 həkim komissiyasında problemlərini həll edəcəyini vəd edərək aldadıb, bu məqsədlə yaşadığı Abşeron rayonu Masazır kəndi, A.Abbasov küçəsi 102 saylı evin qarşısında 350 manat pulu alaraq ələ keçirmərklə Zərərçəkmiş şəxs vahid niyyətlə 7850 (yeddi min səkkiiz yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibardan suiistifadə etməklə, ona tanışı Emin adlı şəxsi Azərbaycan Respublikası FHN-nə yüksək əmək haqqılı işə düzəldəcəyini vəd edərək aldadıb, bu məqsədlə N.İ.X1 vasitəçiliyi ilə 10 may 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu “20 yanvar” dairəsi yaxınlığında 7500 manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs 7500 (yeddi min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibardan suiistifadə etməklə, ona qohumları Şahid5 və Şahid4 Azərbaycan Respublikası FHN-nə yüksək əmək haqqılı işə düzəldəcəyini vəd edərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs 20 may 2021-ci il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində 10.000 manat, 29 may 2021-ci il tarixdə isə Sumqayıt şəhəri 11-ci mikrorayon, ərazisində yerləşən “Səməd market” mağazasının qarşısında 5000 manat alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə cəmi 15000 (on beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibardan sui-istifadə etməklə, ona anasının xəstəliyi ilə əlaqədar təcili müayinəyə ehtiyacı olduğunu, bu məqsədlə ona bir neçə gün müddətinə 2000 manat pul lazım olduğunu bildirərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayının sonlarında Sumqayıt şəhəri Metallurq qəsəbəsi, “Əşya bazarı” adlanan yerdə Şahid1 vasitəsi ilə həmin məbləğdə pulu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 2000 (iki min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibardan suiistifadə etməklə, ona qohumu Şahid2 Azərbaycan Respublikası FHN-nə yüksək əmək haqqılı işə düzəldəcəyini vəd edərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs 05 may 2021-ci il tarixdə Sumqayıt şəhəri 11-ci mikrorayon, 10 saylı evin həyətində 7500 manat, həmçinin 2021-ci ilin iyun ayının ortalarında Şahid2 həkim komissiyasında problemlərini həll edəcəyini vəd edərək aldadıb, bu məqsədlə yaşadığı Abşeron rayonu Masazır kəndi, A.Abbasov küçəsi 102 saylı evin qarşısında 350 manat pulu alaraq ələ keçirmərklə Zərərçəkmiş şəxs vahid niyyətlə 7850 (yeddi min səkkiiz yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibardan suiistifadə etməklə, ona tanışı Emin adlı şəxsi Azərbaycan Respublikası FHN-nə yüksək əmək haqqılı işə düzəldəcəyini vəd edərək aldadıb, bu məqsədlə N.İ.X1 vasitəçiliyi ilə 10 may 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu “20 yanvar” dairəsi yaxınlığında 7500 manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs 7500 (yeddi min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibardan suiistifadə etməklə, ona qohumları Şahid5 və Şahid4 Azərbaycan Respublikası FHN-nə yüksək əmək haqqılı işə düzəldəcəyini vəd edərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs 20 may 2021-ci il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində 10.000 manat, 29 may 2021-ci il tarixdə isə Sumqayıt şəhəri 11-ci mikrorayon, ərazisində yerləşən “Səməd market” mağazasının qarşısında 5000 manat alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə cəmi 15000 (on beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Şahid1 təxminən bir neçə ildir tanıyır. Təxminən 2021-ci ilin əvvəllərində Sumqayıt şəhəri “Əşya bazarı” adlanan ərazidə Kamilə məxsus yağ dəyişmə sexində olarkən, Kamilə söhbət əsnasında tanışı Süleyman adlı şəxsin geniş əlaqələrinin olduğunu və Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək üçün kimsə müraciət edərsə ona bildirməsini xahiş etmişdir. Hər adam üçün əldə olunan puldan ona da xeyir verəcəyini bildirmişdir. Kamil həqiqətən də onun və Süleymanın kimisə işə düzəltmək üçün əlaqələrinin olmasına inanmış və işə düzəltmək üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. O, hər adama görə 7500 manat pul lazım olduğunu, ona isə hər adama görə 1000 manat pul verəcəklərini bildirmişdir. Süleyman da Kamillə söhbət edərkən bu faktı təsdiqləmiş və bundan bir müddət sonra Kamil ona müraciət edərək Namiq adlı tanışının qohumunu FHN-nə işə düzəltmək istədiyini bildirmişdir. O, Kamil vasitəsi ilə həmin Namiq adlı şəxslə görüşmüş və ona da Kamilə dedikləri sözləri təsdiqləyərək gətirdiyi adamlara görə 8500 manat pul verərsə ona da həmin puldan 1000 manat verəcəyini bildirmişdir. Bundan sonra 2021-ci ilin may ayı ərzində Namiq ona 4 nəfər qohumunun FHN-nə işə düzəldilməsinə görə Kamilin iştirakı ilə 30.000 manat pul vermiş, həmin puldan adam başı 1000 manat olmaqla Kamilə vermiş, özünə 6000 manat pul saxlamış, qalan pulu isə işin təşkilatçısı kimi Süleymana vermişdir. Süleymanın deməsinə görə o da həmin puldan kimlərəsə verməli idi. Bundan sonra Süleymanla bir neçə dəfə işə qəbul olunmalı uşaqları Bakı şəhərində yerləşən müxtəlif ünvanların qarşısına aparıb guya həmin yerlərdə komissiyadan keçməli olduqlarını bildirib daha sonra isə görüşün alınmadığını bildirib geri qaytarmış, Namiq və həmin işə qəbul olunmalı şəxslər artıq onlardan şübhələnməyə başlamışlar və narazılıq yaranmışdır. Buna görə də o və Süleyman onları inandırmaq qərarına gəlmişlər və bu məqsədlə təsadüfən tanış olduğu və Bakı şəhəri, Əhmədli qəsəbəsində yaşayan Nofəl adlı tanışından onun qonşusu olan və FHN-nin xüsusi xilasetmə idarəsində çalışan şəxsin onun qohumu olan Biləndər adlı şəxsi qəbul edib onun FHN-nə işə qəbul olunması üçün hansı sənədlərin lazım olduğunu izah etməsini xahiş etmiş, Nofər də Biləndərin onun qohumu olduğuna və ortada heç bir maddi marağın olmadığına inanıb həmin qonşusundan Biləndəri qəbul etməsini xahiş etmişdir. Həmin şəxs razılıq verdikdən sonra, tarixi xatırlamasa da o, Biləndərlə birlikdə Bakı şəhəri ‘’Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən Azərbaycan Respublikası FHNnin Xüsusi Xilasetmə İdarəsinin qarşısına gəlib orada Nofəllə görüşmüş və Nofəl həmin qonşusuna zəng vurmuş və bir neçə dəqiqədən sonra həmin şəxs çölə çıxıb Biləndəri özü ilə götürüb içəriyə aparmışdır. O, isə Nofələ işi ilə əlaqədar təcili getməli olduğunu bildirib Biləndər idarədən çıxanda onu qarşılayıb yola salmasını xahiş etmişdir. Lakin bundan bir neçə saat sonra Nofəl ona zəng vuraraq onunla kobud şəkildə danışaraq onu aldatdığını, Biləndərin heç də onun qohumu olmadığını və həmçinin onun Biləndər və qardaşından aldığı 15.000 manat müqabilində onları işə düzəldəcəyinə söz verdiyini bildirib hər şeyi FHN-də işləyən qonşusuna danışdığını, bir daha ona zəng vurmamağı tələb edərək telefonu söndürmüşdür. Bu söhbət təxminən 2021-ci ilin iyul ayında baş vermiş və həmin günün axşamı FHN-nin əməkdaşı özü də Biləndərə zəng vuraraq onun hər hansı bir şəxsi FHN-nə işə düzəltməklə məşğul olmadığını, onların aldadıldığını bildirmiş, bu səbəbdən həmin günün səhərisi Biləndər onunla görüşüb FHN-nin əməkdaşının ona bildirdikləri barədə məlumat verdikdə o, yenə Biləndəri sakitləşdirərək hər şeyin qaydasında olacağını bildirmişdir. Bundan sonra Namiq qohumlarının işlərinin düzəlmədiyini görüb ona və Süleymana verdiyi pulları geri tələb etmiş, onlar isə pulları xərclədiyi üçün Namiqə pul qaytara bilməmişlər. Namiq onu Kamilin tanış etdiyini əsas gətirərək verdiyi pulları həmçinin Kamildən də tələb etmiş, Kamil isə onlarla əlaqə saxlayıb uşaqları işə düzəldə bilmədiklərinə görə onları günahlandırıb aldıqları pulları Namiqə qaytarmaqlarını, özünün də ona çatmış olan 4000 manatı qaytarmağa hazır olduğunu bildirmişdir. Onda və Süleymanda Namiqə qaytarmağa pul olmadığı üçün, Kamil Namiqin ondan əl çəkmədiyini görüb 2021-ci ilin sentyabr ayında ona 9.000 manat pul qaytarmış, daha sonra isə Namiqə daha 5000 manat pul vermiş və ümumilikdə Namiqə 14.000 manat pul qaytarılmışdır. Kamilin onun yerinə pul qaytarmasını isə qəbul etmədi. Belə ki, o, Kamilə 4000 manatdan əlavə 10.000 manatda pul verdiyini bildirdi. Belə ki, Kamil Ukraynada olarkən ona zəng etmiş və 10.000 manat pul göndərməsini istəmiş, Azərbaycana qayıdarkən qaytaracağını bildirmişdir. Bununla əlaqədar olaraq o, pul köçürmə məntəqəsi vasitəsiylə Kamilə həmin məbləğdə pulu Ukraynaya göndərmişdir. Bu səbəbdən verilmiş mülki iddianı qəbul etmədiyini bildirdi. Lakin yerdə qalan 18.350 manat puldan 8000 manatı Təqsirləndirilən şəxs2, 10.350 manatı isə özü şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda o, etdiyi əməldən peşman olduğunu, lakin maddi imkanı olmadığına görə Zərərçəkmiş şəxs aldığı pulu qaytara bilmir. Əlavə olaraq o, bildirdi ki, başqa bir şəxslə də aralarında pul məsəsləsi olduğuna görə Səbail rayon məhkəməsində onun barəsində Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə cinayət işi gedir. İş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən 10 ildən artıq müddətdir ki, tanıyır. Belə ki, 2021-ci ilin əvvəllərində İlkinlə oturub söhbət edərkən İlkin ona vətəndaşlara guya onun FHN-də yüksək vəzifədə olan şəxslərdən qohumlarının olduğunu və onları FHN-nə işə düzəldə biləcəklərini bildirib pul almağı təklif etmişdir. O, İlkinə nəyə görə onun adından pul yığacaqlarını soruşduqda o, özünün yaşının az olduğunu, onun isə kifayət qədər yaşlı olması ilə əlaqədar adamların inanacağını bildirmişdir. İlkinə bu işin təhlükəli olduğunu, etdikləri hərəkətə görə tutula biləcəklərini bildirdikdə İlkin hər şeyi özü həll edəcəyini, vətəndaşlardan pulları da özü yığacağını, yalnız onu həmin vətəndaşları inandırmaq üçün təqdim edəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayının sonlarında İlkin ona müraciət edərək Kamil adlı ümumi tanışlarını onun vətəndaşları FHN-nə işə düzəldə biləcəyi barədə inandırdığını, Kamil vasitəsi ilə Namiq adlı şəxslə tanış olduğunu və Namiqə onun qohumlarının hər birini 7500 manat müqabilində FHN-nə müxtəlif vəzifələrə işə düzəldə biləcəkləri demişdir. O, hər adama görə Kamilə də 1000 manat hörmət edəcəyinə söz verdiyini bildirmiş, bundan sonra Kamil onunla görüşüb həqiqətən də adamları FHN-nə işə düzəldə biləcəyini soruşanda ona qeyd olunan qurumda etibarlı tanışlarının olduğunu və onların əli ilə istənilən şəxsi işlə təmin edə biləcəyini bildirmişdir. Kamil onun sözündən sonra bu məsələyə tam inanmış, 2021-ci ilin may ayı ərzində İlkin Namiqin dörd nəfər qohumunu FHN-nə işə düzəltmək adı ilə hər birinə görə 7500 manat pul aldığını, həmin puldan 4000 manatın Namiqə, 4000 manatını Kamilə calağ pulu kimi verdiyini bildirib ona da 4500 manat pul vermişdir. Bundan sonra İlkin Namiqin qohumu olan və adlarını unutduğu həmin 4 nəfər şəxsi guya müxtəlif komissiyalardan keçirmək adı ilə Bakı şəhərinə aparıbgətirməyə başlamış, bəzən o da İlkinlə birlikdə həmin oğlanları Bakı şəhərində qarşılayıb guya FHN-nin komissiyalarından keçirmək adı ilə müxtəlif ünvanlara aparmışdır. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Kamil, Namiq və onun qohumları aldadıldıqlarını başa düşüb İlkindən vermiş olduqları cəmi 30.000 manatı geri tələb etməyə başlamış, İlkin ona müraciət edərək onlarla görüşüb işlərinin düzələcəyinə inandırmağı və onları sakitləşdirməyi xahiş etmişdir. Bu səbəbdən 2021-ci ilin avqust ayının əvvəllərində o və İlkin Kamil və Namiqlə Novxanı qəsəbəsində görüşmüş və onları inandırmağa çalışmışdır ki, İlkinin aldığı pullar ona çatıb, o isə həmin pulları müəyyən vəzifədə olan şəxslərə vermişdir ki, Namiqin qohumlarının işi düzəlsin. Lakin Namiq ona inanmamış və verdiyi pulları geri tələb etmiş, əks halda onları tanış edən Kamildən həmin pulları tələb edəcəyini bildirmişdir. Bundan sonra Kamil onunla və İlkinlə görüşüb onlar tərəfindən aldadıldıqlarını, Namiqin pulları ondan tələb etdiyini bildirib iş düzəlmədiyinə görə İlkinin aldığı pulları qaytarmağı tələb edəndə onda və İlkində pul olmadığından Kamilə 1 ay ərzində Namiqin pulunu qaytaracaqlarını bildirmişlər. Buna baxmayaraq Kamil artıq 14.000 manatı Namiqə qaytarmışdır. Onlar isə müxtəlif bəhanələrlə həm Kamildən, həm də Namiqdən bir qədər də artıq vaxt almış, təxminən 2022-ci ilin əvvəllərində Namiq pul almış olduğu qohumlarının ona vermiş olduqları pulu geri tələb etdiklərindən bankdan kredit götürməklə həmin 4 nəfər şəxsin pulunu öz vəsaiti hesabına qaytarmışdır. Hazırda o, bu iş üzrə ona çatan 8000 manat puldan 4000 manat Zərərçəkmiş şəxs qaytarmış, qalan 4000 manatla bağlı isə zərərçəkmiş şəxslə razılıq əldə edərək hər ay 1000 manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Bu səbəbdən də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, onlar barışıq əldə etmişlər. Qeyd olunanları nəzərə alaraq o, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 2020-ci ilin aprel ayından Şahid1 tanıyır. Belə ki, Şahid1 Sumqayıt şəhəri “Əşya Bazarı” adlanan ərazidə avtomabil təmiri sexi olmuş və orada olan avadanlıqlar xarab olarkən Kamil onu elektrik cihazlarını təmir etmək üçün sexə dəvət edirmiş. 2021-ci ilin aprel ayının əvvəllərində Kamilə məxsus sexdə qaldırıcı kranı təmir edərkən Kamil söhbət zamanı ona Fövqəladə Hallar Nazirliyində tanışının olduğunu və həmin şəxs vasitəsi ilə adamları pul müqabilində işə düzəltməyin mümkün olduğunu bildirmişdir. O, Kamildən hansı məbləğdə pul lazım olduğunu soruşduqda, Kamil hər gətirdiyi adama görə 8500 manat, lakin həmin məbləğdən 1000 manatın ona veriləcəyini bildirmişdir. Bundan sonra o, Telman adlı qohumu ilə söhbət edərkən ona bu barədə danışmış və Telman da oğlu Rüstəmi bu işə düzəltmək istədiyini bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayının axırlarında Telman 7500 manat pulu ona vermiş, oda Kamillə əlaqə saxlayaraq bir nəfər işə düzəltməyə adam tapdığını bildirmişdir. Kamil təxminən may ayının 4-də ona zəng vuraraq Rüstəmi səhəri gün FHN-nə yoxlamadan keçirtmək üçün aparacaqlarını bildirdikdə o, bu barədə Telmana demiş və may ayının 5-də Kamil İlkin və Süleyman birlikdə Rüstəmi avtomaşına oturdub Bakı şəhəri “Elmlər Akademiyası” metrostansiyasnın yaxınlığında yerləşən hansısa binanın qarşısına aparmışlar. İlkin və Süleyman Rüstəmi binanın içərisinə salıb hansısa şəxslə görüşdürmüş, həmin şəxs Rüstəmə özünü FHN-nin kadrlar məsələsinə baxan əməkdaşı kimi təqdim edib Süleymana görə onu işə qəbul edəcəklərini bildirərək sorğu-sual etmişlər. Həmin günün axşamı Kamil ona zəng vuraraq Rüstəmin işinin artıq həll olunduğunu, təcili pulu çatdırmaq lazım olduğunu bildirdikdə onları yaşadığı evin həyətinə dəvət etmişdir. Kamil həmin vaxt İlkin ilə gəlmiş və İlkini orda təqdim edərək tanış etmiş, bu işləri İlkin və tanışı Süleymanın həll edəcəklərini bildirmişdir. Bundan sonra o, 7500 manatı Kamilə vermiş, Kamil də həmin pulu İlkinə vermişdir. Həmin vaxt İlkin başqa işə qəbul olmaq istəyən olarsa Kamil vasitəsi ilə ona məlumat verməsini tapşırmışdır. Bundan sonra o, iş yoldaşı Namiq Nəzürmətova da iş barədə bildirmiş və Namiq bacısı oğlu Emini də FHN-nə işə düzəltmək istədiyini bildirmişdir. Rüstəmin işinin alındığına inanıb Namiqə bu iş üçün 8500 manat deyil, 10.000 manat lazım olduğunu bildirmiş və Namiq də razılıq vermişdir. Bundan sonra Kamil ilə danışmış, Kamil də 09 may 2021-ci il tarixdə ona zəng vuraraq bir gün sonra İlkin və Süleymanın Emini FHN-nə yoxlanışa aparacaqlarını bildirdikdə o, bu barədə Namiqə məlumat verib əlaqə saxlamaq üçün Kamilin mobil telefon nömrəsini ona vermiş və həmçinin 10.000 manatı Kamilə verməyi tapşırmışdır. Həmin günün sabahı, yəni 10 may 2021-ci il tarixdə Namiq Kamillə əlaqə saxlamış və onlar İlkin və Süleymanla birlikdə Bakı şəhəri “20 yanvar” metrostansiyasnın yaxınlığında görüşərək əvvəlki qaydada Emini də Rüstəmi apardıqları ünvana aparmış və Emin də orada hansısa şəxsin kabenetinə girib sorğu-sual olunmuş və bundan sonra Namiq 10.000 manat pulu Kamilə vermişdir. Həmin günün axşamı Kamil onun yaşadığı evin həyətinə gələrək ona çatacaq 2500 manat pulu vermişdir. Eyni zamanda həmin dövrlər öz bibisi oğlanları olan əkiz qardaşlar -Biləndər və Əvəzə də İlkingilin FHN-də işə düzəltmə məsələsini danışmış və onlar da uzun zaman işsiz olmaları ilə əlaqədar ondan hər biri üçün 7500 manat ödəmək şərti ilə işə düzəldilmələrini xahiş etmişdilər. Həmin vaxtlar o, bu barədə İlkinlə danışdıqda o, “Gətir, onları da işə düzəldək” demiş, lakin Biləndər və Əvəz hələ pulu düzəldə bilmədiklərindən ondan müəyyən qədər vaxt istəmişlər. 13 may 2021-ci il tarixdə Kamil şəxsi işləri ilə əlaqədar Ukrayna Respublikasına getmiş, həmin vaxtlar ona İlkin zəng vuraraq Biləndər və Əvəzin işlərini danışdığını və onların qəbula girməklərinin lazım olduğunu bildirdikdə İlkinə əlaqə saxlamaları üçün Biləndər və Əvəzin telefon nömrələrini vermiş, bundan sonra İlkin Əvəz və Biləndəri 3-4 gün ərzində müxtəlif ünvanlara aparıbgətirdikdən sonra ona işlərin həll olunduğunu bildirib işə qəbul olunmaları üçün nəzərdə tutulan 15.000 manatı istəyərkən o, Ukrayna Respublikasında olan Kamilə zəng vurub İlkinə pulu verib-verməməyi soruşmuşdur. Kamil isə ona pulun hamısını İlkinə verməyib, yalnız 10.000 manatını verib, əyər iş real olaraq düzələrsə qalan pulu sonra verməyi tövsiyyə etmiş, bu səbəbdən 20 may 2021-ci il tarixdə İlkinlə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binanın yaxınlığında görüşüb 10.000 manat pulu ona verərkən İlkin ondan pulun hamısını istəmiş, o isə ona işin sonrakı gedişatına baxıb sonra pulun qalan hissəsini verəcəyini bildirmişdir. May ayının 24-də Kamil Ukraynadan qayıtmış və İlkinlə birlikdə görüşərkən İlkin pulun qalan hissəsini ondan istəyəndə Kamil İlkinə bir daha işləri tezliklə həll edib-etməyəcəyini soruşanda İlkin heç bir problemin olmayacağını bildirmiş və bu səbəbdən də ona inanıb 29 may 2021-ci il tarixdə, saat 19:00 radələrində İlkin və Kamillə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən “Səməd market” mağazasının qarşısında görüşərək qalan 5000 manatı Kamilə vermiş, Kamil isə həmin pulu onun yanındaca İlkinə verərək bir daha ondan uşaqların işə düzəlmə məsələsini tezləşdirməsini tələb etmişdir. Bundan sonra, yəni 2021-ci ilin iyun ayında İlkin və Süleyman adlı şəxslər Rüstəm, Emin, Biləndər və Əvəzi Bakı şəhərində müxstəlif tibbi komissiyalara aparsa da, o, həmin proseslərdə iştirak etməmiş, lakin uşaqlar ona bu barədə danışaraq məlumat vermişlər. Həmin müddətdə Rüstəm İlkin və Süleymanın hərəkətlərindən şübhələnmişdir. Belə ki, İlkin və Süleyman uşaqları FHN-nin tibbi komissiyasına deyil, Bakı şəhəri Tbilisi prospektində yerləşən diaoqnostika mərkəzinə aparmış və orada adi həkim Rüstəmi müayinə edərkən ona müayinəsinin FHN-nə heç bir aidiyyatının olmadığını, sadəcə olaraq qapıda dayanmış mühafizəçinin onları ona qohumu kimi təqdim etdiyini və bu səbəbdən də onu müayinə etdiyini bildirmişdir. Həmin vaxtlar yəni, 2021-ci ilin iyun ayının ortalarında İlkin ona zəng vurub Rüstəmin müayinəsində problem çıxdığını bildirib bunun üçün əlavə 350 manat pul lazım olduğunu bildirdikdə İlkinə inanıb onun yaşadığı Masazır qəsəbəsində görüşərək həmin pulu da ona vermiş, onlar Emini də eyni qaydada həmin Diaqnostika mərkəzində müayinə etdirmiş, Biləndəri isə ümumiyyətlə müayinədən keçirməyib, onu diaqnostika mərkəzinin qapısınadək apararaq daha sonra geri qaytarıb, “Sənin işini həkimlərlə danışmışam, müayinəyə ehtiyac yoxdur” deyərək qapıdan geri qaytarmışlar. Lakin o, yenə ümüdünü itirməmiş, çünki Kamil İlkinə görə cavabdeh olduğunu bildirmişdir. Təxminən 2021-ci ilin iyun ayının axırlarına yaxın İlkin ona zəng vurub anasının xəstə olduğunu və təcili olaraq müayinəsinə 2000 manat pul lazım olduğunu, özünün hal-hazırda Masazır qəsəbəsində olduğunu bildirib həmin pulu ondan istədikdə İlkinə inanmış və Kamilə zəng vurub onunla işlədiyi sexin qarşısında görüşüb həmin 2000 manatı İlkinə verməsini xahiş etmişdir. Kamil də həmin pulu götürüb İlkinə çatdırmış və İlkin bu barədə ona zəng vuraraq ona kömək etdiyi üçün təşəkkürünü bildirmişıdir. Lakin 2022-ci ilin iyul ayının ortalarından başlayaraq o, uşaqların işinin uzandığını görüb artıq bu işdən şübhələnməyə başlamış, bu səbəbdən Kamillə görüşüb ona İlkin və Süleyman adlı şəxsləri onun tanış etdiyini, onun cavabdeh olduğunu bildirib bu səbəbdən də məsələni həll etməsini tələb etmişdir. Kamil də öz növbəsində İlkin və Süleymanla əlaqə saxlayıb onlardan işin düzəlməsini tələb etmiş, nəhayət 2021-ci ilin iyul ayının sonlarında Kamilin israrı ilə o, İlkin və Süleymanla Novxanı qəsəbəsində görüşmüş, orada Kamil İlkin və Süleymana məsələyə görə özünün məsuliyyət daşıdığını bildirib ya işi həll etməyi, ya da alınan pulu qaytarmağı tələb edəndə İlkin və Süleyman alınan pula görə görə onlar cavabdeh olduqlarını etiraf edib, avqust ayının sonuna kimi ya işi həll edəcəklərini, ya da pulları qaytaracaqlarını bildirmişlər. Lakin onun pul aldığı Telman, Namiq, Əvəz və Biləndər də işin düzəlmədiyini görüb verdikləri pulları tələb etməyə başlamışlar. İlkin və Süleyman dedikləri vaxtda pulu vermədiyi üçün o, Kamilə müraciət edərək “Mən sənə görə İlkin və Süleymana inamışam, bu səbəbdən mənim pulumu sən qaytarmalısan" bildirmişdir. Bu səbəbdən Kamil 2021-ci ilin sentyabr ayında onunla görüşüb ona 9000 manat qaytararaq həmin pulun özünə məxsus olduğunu, alınan pulları İlkin və Süleymanın mənimsədiyini bildirsə də o, Kamilə hər bir halda pulu ondan alacağını bildirmişdir. Bundan sonra Kamil bir neçə dəfə onu İlkin və Süleymanla görüşdürmüş, sonuncu görüşləri isə 2021-ci ilin dekabr ayında Sumqayıt şəhərinin girəcəyində olan "Azpetrol" YDM-nin qarşısında olmuş və həmin görüşdə İlkin və Süleyman pulları şəxsi ehtiyaclarına xərclədiklərini etiraf edərək hər ay hərəsi 3000 manat ona pul qaytaracaqlarını bildirmişlər. Lakin həmin vaxtdan sonra İlkin və Süleyman onun telefonuna cavab verməkdən və onunla görüşməkdən imtina etmişlər. Bu dövr ərzində artıq o, öz qohumları tərəfindən sıxışdırıldığını görüb borc-xərc edərək özünə qalan 2500 manat və həmçinin Kamildən aldığı 9000 pulla birlikdə cəmi 32.500 manat pulu Telman, Namiq, Əvəz və Biləndərə qaytarmış və onlara borcu qalmamışdır. O, aldadıldığını görüb bu dələduzluqla bağlı Baş prokurorluğa müraciət etmiş və onun şikayəti Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir. Faktla bağlı cinayət işi açıldıqdan sonra Kamil ona vurulmuş ziyandan əlavə 5000 manat da ödəniş etmiş, həmçinin İlkinin həkim komissiyası üçün aldığı 350 manat da onun atası tərəfindən istintaqda geri qaytarılmışdır. Məhkəmə iclasının gedişində də Təqsirləndirilən şəxs2 ziyanın ona aid olan 8000 manat hissəsindən 4000 manat ona geri qaytarmış, qalan 4000 manatla bağlı isə öz aralarında razılıq əldə edərək hər ay 1000 manat olmaqla ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də onun Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi olmadığını, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini, digər Təqsirləndirilən şəxs1 isə qalan 10000 manatı tələb etdiyini, ondan şikayətçi olduğunu və ona azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3-4 ildir ki, tanıyır. Belə ki, onun Sumqayıt şəhəri “Əşya bazarı" adlanan ərazidə yağdəyişmə sexi var və ilk dəfə İlkini də həmin sexə gələrkən tanımış və bundan sonra onunla aralarında münasibət yaranmışdır. İlkin həmin vaxtlar özünün güc strukturlarında yüksək vəzifələrdə olan iş adamı kimi təqdim etmiş və kimisə işə düzəltmək lazım olarsa ona müraciət etməyi təklif etmişdir. Zərərçəkmiş şəxs isə təxminən iki ildir ki, tanıyır. Namiq texniki işlər üzrə mütəxəssis olduğundan və onun təmir sexində qaldırıcı kranın tez-tez elektrik nasazlığı olduğundan Namiq gəlib texniki xidmət göstərirdi və bu səbəbdən onunla normal münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2 da İlkin vasitəsi ilə tanımışdır. Belə ki, İlkin Süleymanı doğma əmisi kimi təqdim edib Süleymanın da güclü əlaqələrinin olduğunu bildirmişdi. Təxminən 2021-ci ilin əvvəllərində İlkin onun yanında olarkən hal-hazırda Fövqəladə Hallar Nazirliyində yaxşı əmək haqqısı olan çoxlu vakansiyaların olduğunu, onun və əmisi Süleymanın öz əlaqələri vasitəsi ilə istənilən şəxsi 6000-6500 manat müqabilində FHN-nə işə düzəldə biləcəklərini, əyər adam tapa bilərsə ona də həmin vəsaitdən xeyir verəcəklərini bildirmişdir. Süleymanla görüşən zaman oda İlkinin dediklərini təsdiq etmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Namiq növbəti dəfə ona məxsus sexdə qaldırıcı kranı təmir edərkən söhbət zamanı ona bu barədə təklif etmiş və İlkin və Süleymana müştəri calayarsa onun da bu işdə xeyiri olacağını bildirmişdir. Daha sonra Namiq İlkinlə görüşmək istədiyini bildirmiş və bundan bir neçə gün sonra Namiq İlkinlə onun vasitəsi ilə sexin qarşısında görüşmüşlər. İlkin Namiqə onun dediklərini təsdiq edərək əyər qohum-əqrəba və ya tanışlarından FHN-nə işə düzəlmək istəyən olarsa danışıb ona calamağı, hər gətirdiyi 8500 manata görə 1000 manat da ona verəcəyini bildirmişdir. Bundan sonra Namiq İlkinə inanaraq 2021-ci ilin aprel ayının axırlarında onunla əlaqə saxlayıb bir nəfər qohumunu işə düzəltməyə razı saldığını bildirmiş və oda öz növbəsində bu barədə İlkinə məlumat vermişdir. 2021-ci ilin may ayının 4-də İlkin ona zəng vuraraq Namiqin qohumu Rüstəm adlı şəxsi sabahı gün FHN-nə yoxlamadan keçirmək üçün aparacaqlarını bildirdikdə o, bu barədə Namiqə məlumat vermiş və həmçinin İlkinlə əlaqə saxlamaq üçün Namiqə onun telefon nömrəsini vermişdir. May ayının 5-də İlkin və Süleyman adlı şəxslərlə Rüstəm Bakı şəhərində görüşmüş, avtomobillə Bakı şəhəri “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən hansısa binanın qarşısına aparılmış, orada İlkin və Süleyman Rüstəmi binanın içərisinə salıb hansısa şəxslə görüşdürmüş, həmin şəxs Rüstəmə özünü FHN-nin kadrlar məsələsinə baxan əməkdaşı kimi təqdim edib Süleymana görə onu işə qəbul edəcəklərini bildirib sorğu-sual etmişdir. Həmin günün axşamı İlkin ona zəng vuraraq Rüstəmin işinin artıq həll olunduğunu, təcili pulu çatdırmaq lazım olduğunu bildirdikdə o da öz növbəsində bu barədə Namiqə məlumat vermiş və Namiq onları yaşadığı evin həyətinə dəvət etmişdir. Bundan sonra axşam saatlarında İlkinlə Namiqin yaşadığı Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində Namiqlə görüşmüş və Namiq Rüstəmin valideyinindən bu işə görə 8500 manat aldığını, 1000 manatını calağ pulu kimi özünə götürdüyünü bildirib 7500 manatı İlkinə vermişdir. İlkin ona həmin puldan calağ pulu kimi 1000 manat verərək qalan pulu Süleymanla öz paylarını götürdükdən sonra FHN-nin məsul əməkdaşlarına verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Namiq artıq birbaşa olaraq İlkinlə əlaqə saxlamış və hansısa iş yoldaşının bacısı oğlu Emin adlı şəxsi də işə düəzltmək üçün razı saldığını, lakin ona 8500 manat deyil, 10.000 manat pul dediyini bildirmiş, daha sonra 09 may 2022ci il tarixdə İlkin və Süleyman Namiqlə əlaqə saxlayaraq Emini FHN-nə yoxlanışa aparacaqlarını bildirmiş, Zərərçəkmiş şəxs isə öz növbəsində Eminin dayısı Namiqə 10.000 manatı İlkingilə verməyi tapşırmış, həmin günün sabahısı Emin adlı şəxs İlkin və Süleymanla birlikdə Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında görüşərək əvvəlki qaydada Emini də Rüstəmi apardıqları ünvana aparmış və Emin də orada hansısa şəxsin kabenetinə girib sorğu-sual olunmuş və bundan sonra Namiq 10.000 manat pulu İlkinə vermişdir. Həmin günün axşamı İlkin onunla əlaqə saxlayaraq Namiq Məmmkədovla görüşmək istədiyini bildirmiş və onlar birlikdə Namiqlə onun yaşadığı binanın həyətində görüşdükdə İlkin həmin işdən Namiqə çatacaq 2500 manatı ona vermiş, həmçinin calağ pulu kimi ona çatacaq 1000 manatı vermişdir. Eyni zamanda həmin dövrlər Namiq öz bibisi oğlanları olan əkiz qardaşlar - Biləndər və Əvəzə də İlkingilin FHN-də işə düzəltmə məsələsini danışmış və onlar da uzun zaman işsiz olmaları ilə əlaqədar Namiqdən hər biri üçün 7500 manat ödəmək şərti ilə işə düzəldilmələrini xahiş etmişdilər. Həmin vaxtlar Namiq bu barədə birbaşa olaraq İlkinlə əlaqə saxlayaraq danışdıqda o, Namiqə “Gətir, onları da işə düzəldək” bildirmiş, lakin Biləndər və Əvəz hələ pulu düzəldə bilmədiklərindən Namiqdən müəyyən qədər vaxt istəmişdilər. 13 may 2021-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar Ukrayna Respublikasına getmiş, həmin vaxtlar Namiq ona zəng vuraraq Biləndər və Əvəzə görə İlkinə veriləcək 15.000 manat pulun hazır olduğunu bildirib həmin pulu İlkinə vermək istədiyini qeyd etdikdə o, Namiqə pulun hamısını İlkinə verməməyi, hələlik 10.000 manat verməyi, Biləndər və Əvəzin işləri düzələcəyi halda qalan 5000 manatı da ona verməyi tövsiyyə etmişdir. 20 may 2021-ci il tarixdə Namiq ona zəng vuraraq İlkinlə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binanın yaxınlığında görüşüb 10.000 manat pulu ona verdiyini, İlkin ondan pulun hamısını istədiyini, lakin Rüstəm və Eminin işləri düzəlmədiyi və onları get-gələ saldığı üçün, o İlkinə işin sonrakı gedişatına baxıb sonra pulun qalan hissəsini verəcəyini bildirmişdir. May ayının 24-də o, Ukraynadan Azərbaycana qayıtmış və onlar İlkinlə birlikdə görüşərkən İlkin pulun qalan hissəsini Namiqdən istəyəndə İlkinə hələ uşaqların işlərinin tam düzəlmədiyi halda nəyə görə artıq pulu tam şəkildə Namiqdən isitədiyini soruşmüş, İlkin işləri tezliklə həll edəcəyini, heç bir problemin olmayacağım bildirmiş və bu səbəbdən də Namiq yenə ona inanıb 29 may 2021-ci il tarixdə axşam tərəfi İlkinlə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən “Səməd market” mağazasının qarşısında görüşüb qalan 5000 manatı İlkinə verərək bir daha ondan uşaqların işə düzəlmə məsələsini tezləşdirməsini tələb etmişdir. İlkin yenə Namiqə söz vermiş və daha sonra hər adama görə ona çatacaq 1000 manat olmaqla cəmi 2000 manat pulu da vermiş, 2021-ci ilin iyun ayında İlkin və Süleyman Rüstəm, Emin, Biləndər və Əvəzi Bakı şəhərində müxstəlif tibbi komissiyalara aparmağa başlamış, o, həmin prosesdə iştirak etməsə də Zərərçəkmiş şəxs ona bu barədə danışmışdır. Həmin vaxtlar yəni, 2021-ci ilin iyun ayının ortalarında İlkin Namiqə zəng vurub Rüstəmin müayinəsində problem çıxdığını bildirib bunun üçün əlavə 350 manat pul lazım olduğuni bildirdikdə Namiq İlkinə inanıb onun yaşadığı Masazır qəsəbəsində İlkinlə görüşərək həmin pulu da ona vermiş, onlar Emini də eyni qaydada həmin Diaqnostika mərkəzində müayinə etdirmiş, Biləndəri isə ümumiyyətlə müayinədən keçirməyib, onu diaqnostika mərkəzinin qapısınadək apararaq daha sonra geri qaytarıb, “Sənin işini həkimlərlə danışmışam, müayinəyə ehtiyac yoxdur” demişlər. Namiq isə dəfələrlə ona zəng vurub İlkinlə onu tanış etdiyinə görə iş alınmayacağı halda məsuliyyətin onun daşıdığını bildirmiş, o isə öz növbəsində İlkin və Süleymanla tez-tez əlaqə saxlayıb onlardan uşaqların FHN-nə qəbul olunmaları məsələsini tezləşdirmələrini tələb etmişdir. Onlar hər dəfə ona tezliklə məsələni həll edəcəklərini bildirmiş, təxminən 2021-ci ilin iyun ayının axırlarına yaxın İlkin Namiqə zəng vurub anasının xəstə olduğunu və təcili olaraq müayinəsinə 2000 manat pul lazım olduğunu, özünün hal-hazırda Masazır qəsəbəsində olduğunu bildirib həmin pulu ondan istədikdə Namiq İlkinə inanmış və ona zəng vurub işlədiyi sexin qarşısında görüşüb həmin 2000 manatı İlkinə verməsini xahiş etmişdir. O, həmin pulu Namiqdən götürüb elə həmin gün İlkinə çatdırmış, lakin 2021-ci ilin iyul ayının ortalarından başlayaraq Namiq uşaqların işinin yubandığını görüb artıq bu işdən şübhələnməyə başlamışdır. Bu səbəbdən onunla görüşüb İlkin və Süleyman adlı şəxsləri onunla tanış etdiyini və bu işə görə cavabdehlik daşıdığımı bildirib bu məsələni həll etməsini tələb etmişdir. Nəhayət 2021-ci ilin iyul ayının sonlarında onun israrı ilə o və Namiq İlkin və Süleymanla Novxanı qəsəbəsində görüşmüş, orada İlkin və Süleymana Namiqin qarşında onun məsuliyyət daşıdığını bildirib onlardan ya işi həll etməyi, ya da alınan pulu qaytarmağı tələb edəndə İlkin və Süleyman Namiqdən alınan pula görə onların cavabdeh olduqlarını etiraf edib avqust ayının sonuna kimi ya işin həll olunacağını, ya da pulları qaytaracaqlarını öhdələrinə götürmüşlər. Həmin vaxtlar artıq Namiqin pul aldığı Telman, Namiq, Əvəz və Biləndər də işin düzəlmədiyini görüb Namiqdən verdikləri pulları tələb etsə də, İlkin və Süleyman dedikıləri vaxtda pulu vermədiyi üçün Namiq ona müraciət edərək “Mən sənə görə İlkingilə inamışam, bu səbəbdən mənim pulumu sən qaytarmalısan” demişdir. O, isə Namiqə bu işdən ona çatan qədər yəni cəmi 4000 manat pul çatdığını bildirsə də Namiq israrla bütün verilən pulları ondan tələb edəcəyini, İlkin və Süleymanı ona görə tanıdığını, əks halda ondan polisə şikayət edəcəyini bildirirdi. Bu səbəbdən çarəsiz qalıb 2021-ci ilin sentyabr ayında Namiqlə görüşüb ona 9000 manat qaytararaq həmin pulun özünə məxsus olmasını, ondan alınan pulları İlkin və Süleymanın mənimsədiyini bildirsə də Namiq hər bir halda pulu ondan alacağını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Namiqi İlkin və Süleymanla görüşdürmüş, sonuncu görüşləri isə 2021-ci ilin dekabr ayında Sumqayıt şəhərinin girəcəyində olan “Azpetrol” YDM-nin qarşsında olmuş və həmin görüşdə İlkin və Süleyman Namiqə pullarını ələ keçirdiklərini etiraf edərək hər ay hərəsi 3000 manat ona pul qaytaracaqlarını bildirmişlər. Namiq yenə onlara inanmış, lakin həmin vaxtdan sonra İlkin və Süleyman onun və Namiqin telefonlarına cavab verməkdən və görüşməkdən imtina etmişlər. Bu dövr ərzində artıq Namiq öz qohumları tərəfindən sıxışdırıldığını görüb borc-xərc edərək özünə qalan və həmçinin ondan aldığı 9000 pulla birlikdə cəmi 32.350 manat pulu Telman, Namiq, Əvəz və Biləndərə qaytarmış və onlara borcu qalmamış, yalnız onun işlədiyi yeri bildiyindən və həmçinin İlkin və Süleymanı da ona görə tanıdığından daima onunla əlaqə saxlayıb verdiyi pulu ondan tələb etmişdir. Buna görə də Namiqə öz vəsaiti hesabına daha 5000 manat, ümumilikdə isə 14.000 manat pul vermişdir. Bütün bu olanlara əsasən onun Namiqi Aldatmaq niyyəti olmamış, İlkin və Süleymanın da əvvəldən onları aldatmasından da məlumatı olmamışdır. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hərbi xidməti bitirdikdən sonra işsiz qaldığı üçün atası ona iş axtarırmış. Təxminən 2021-ci ilin may ayının əvvəllərində qohumu Namiq atası Telmanla görüşərək onun tanışları İlkin və Süleyman adlı şəxslərin geniş əlaqələrinin olduğunu və onu FHN-nə yaxşı əməkhaqqısı olan işə düzəldə biləcəklərini, bunun üçün 7500 manat pul istədiklərini, iş düzələrsə onun özünə də 1000 manat pul verəcəyini bildirdikdə atası razılaşaraq onun FHN-nə işə düzəlməsi üçün 7500 manat pulu Namiqə vermiş, bundan bir neçə gün sonra Namiq ona İlkin adlı şəxsin telefon nömrəsini verərək həmin İlkinin onunla əlaqə saxlayacağını və görüşüb komissiyadan keçmək üçün Bakı şəhərinə getmək lazım olduğunu bildirmişdir. Həmin gün axşam İlkin adlı şəxs ona zəng vuraraq özünü onu FHNnə işə düzəldən şəxs kimi təqdim edib sabahı günü səhər saat 09:00 radələrində Bakı şəhəri “20 yanvar” metrostansiyasının qarşısında olmasını tapşırmış, may ayının əvvəllərində səhər saat 09:00 radələrində "20 yanvar” metrostansiyasının qarşısına gəldikdə orada onu ilk dəfə gördüyü İlkin və Süleyman adlı şəxslər qarşılamış və onun komissiyadan keçməsi ilə əlaqədar özləri ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən FHN-nin Yanğınsöndürmə bölüyünün qarşısına apararaq onun həmin yerdə FHN-nin kadrlar şöbəsinin yoxlamasından keçəcəyini bildirmişlər. Onlara həmin yerin sadəcə bir bölük olduğunu, FHN-nin inzibati binasının başqa yerdə olduğunu bildirdikdə İlkin adlı şəxs komissiyanın həmin inzibati binada yığıldığını bildirmiş, çarəsiz qalıb onlara inanmış və təxminən 1 saat gözləmiş, həmin müddətdə İlkin və Süleyman ondan bir qədər kənarlaşaraq kiminləsə telefonla danışmış və nəhayət ona yaxınlaşıb bu gün komissiyadan keçənlərin sayının çox olduğunu, bu səbəbdən onun komissiyadan keçməsinin başqa vaxta qaldığını, bu barədə onunla əlaqə saxlayacaqlarını bildirmişlər. Təxminən 1 ay ərzində onunla heç kəs əlaqə saxlamamış və bu səbəbdən atası Telman narahat olmağa başlamış və bununla əlaqədar Namiq və İlkinlə tez-tez əlaqə saxlayıb öz narazılığını bildirib İlkindən vermiş olduğu pulu tələb etmişdir. İlkin Telmanı sakitləşdirmək üçün təxminən iyun ayının əvvəllərində ona zəng vuraraq bir gün sonra tibbi komissiyadan keçəcəyini bildirib ona yenə “20 yanvar” metrostansiyasının qarşısına gəlməsini tapşırıb orada Süleyman adlı şəxsin onu qarşılayacağını və aparıb komissiyadan keçirəcəyini bildirmiş, həmin günü sabahısı səhər saatlarında o, metrostansiyanın qarşısına getmiş və orada onu Süleyman qarşılayaraq onun tibbi komissiyadan keçməyinə görə onun cavabdeh olduğunu bildirib elə metrostansiyanın yaxınlığında Tbilisi prospektində yerləşən “Diaqnostika Mərkəzinin” qarşısına gətirmişdir. O, Süleymana FHN-nin özünün tibbi hospitalının olduğunu və onun həmin hospitalda müayinədən keçməyinin lazım olduğunu bildirdikdə Süleyman ona FHN-ilə Diaqnostika mərkəzi arasında müqavilə bağlandığını və həmin müqaviləyə əsasən FHN-nə qəbul olunacaq kadrların həmin mərkəzdə müayinədən keçəcəyini bildirmiş, bundan sonra onlar növbə götürüb 2-ci mərtəbədə yerləşən cihazlar olan otaqlardan birinə yaxınlaşmış, onun növbəsi çatanda təklikdə içəriyə daxil olmuş və həkim ondan hansı məqsədlə müayinə olunduğunu, şikayətinin nədən olduğunu soruşanda həkimə heç bir xəstəliyinin olmadığını, sadəcə olaraq FHN-nə işə qəbul olmaq məqsədi ilə özünü müayinə etdirdiyini bildirdikdə həkim təəccüblanərək FHN-nə işə qəbul olmaq üçün Diaqnostika mərkəzində müayinə aparılmadığını, həmin nazirliyin öz qospitalının olduğunu bildirmişdir. Buna baxmayaraq həkim onu müayinə etmiş və müayinədən keçdikdən sonra Süleymana yaxınlaşıb həkimin ona dediklərini danışdıqda Süleyman ona “Narahat olma, hamısının pulu çatıb, sən işə qəbul olunacaqsan” demişdir. Bundan sonra Süleymandan ayrılıb yaşadığı Xırdalan şəhərinə gəlmiş və atası Telmana olanları danışmış, atası da Namiqə zəng vurub iradlarını bildirmiş, Namiq isə öz növbəsində İlkinə zəng vuraraq onun işinin nəyə görə yubandığını soruşanda İlkin yenə onu sakitləşdirərək narahat olmamağı, onun tezliklə idman komissiyasından da keçdikdən sonra işə qəbul olunacağını bildirmişdir. Hətta İlkin özü də atasına zəng vurub bu barədə bildirmiş, lakin artıq iyun ayının sonlarında onlar İlkin və Süleyman adlı şəxslər tərəfindən aldadıldıqlarını başa düşüb qohumu Namiqdən verdikləri pulu geri tələb etmişlər. Namiq isə öz növbəsində İlkin və Süleymanla görüşüb ya onun işə düzəlməyini, ya da onlara vermiş olduğu 7.500 manatı geri tələb etmiş, İlkin və Süleyman müxtəlif bəhanələr gətirərək Namiqi bir neçə ay get-gələ saldıqdan sonra, nəhayət Namiq məcbur qalıb onlardan almış olduğu 7.500 manatı öz vəsaiti hesabına atası Telmana qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o və əkiz qardaşı Əvəz uzun müddət işsiz olduqlarından özlərinə stabil iş axtarırlarmış. Təxminən 2021-ci ilin may ayının əvvəllərində dayısı oğlu Namiq onlarla görüşərək onun tanışları İlkin və Süleymanın geniş əlaqələrinin olduğunu və onları FHN-nə yaxşı əməkhaqqısı olan işə düzəldə biləcəklərini, bunun üçün hər birinə görə 7500 manat pul istədiklərini bildirdikdə Əvəzlə məsləhətləşib razılıq vermiş və Namiqdən pulu düzəltmək üçün bir qədər vaxt istəmişlər. Namiq onlara İlkin adlı şəxsin telefon nömrəsini verib onunla əlaqə saxlamaq lazım olduğunu bildirmiş, bundan bir neçə gün sonra İlkin adlı şəxs ona zəng vuraraq özünə və qardaşı Əvəzə aid şəxsiyyət vəsiqələrini götürüb Xırdalan dairəsinin yaxınlığına gəlməsini təklif etmişdir. O, sənədləri götürüb Xırdalan şəhəri ərazisinə gəlmiş və orada İlkinin yanında Süleyman adlı ilk dəfə gördüyü şəxs də olmuşdur. Həmin vaxt İlkin və Süleyman onları FHN-nə rabitəçi kimi işə düzəlmələrini həll edəcəklərini, buna görə bir neçə komissiyadan keçmək lazım olduğunu bildirmiş, Süleyman adlı şəxs isə FHN-nin yüksək vəzifələrində onun qohumlarının işlədiyini, bu vaxta qədər xeyli adamın özünün və İlkinin əli ilə işə düzəltdiklərini bu səbəbdən heç bir problemin yaranmayacağını, onun işlərinin çox olması ilə əlaqədar İlkinin onları aparıb tibbi və digər komissiyalardan keçirəcəyini bildirmişdir. O, İlkin və Süleymana tam olaraq inanmış, bundan sonra Süleyman getmiş, İlkin isə onu Bakı şəhəri “Elmlər Akademiyası’’ metrostansiyasının yaxınlığında yerləşən hansısa binanın qarşısına gətirib özü telefonla danışmağa başlamış və daha sonra ona müraciət edərək hal-hazırda görüşməli olduğu şəxslərin idarədə olmadıqlarını, bu səbəbdən də sabahı gün həmin yerə gələcəklərini bildirmişdir. Bundan sonra o İlkindən ayrılıb yaşadığı evə qayıtmış, həmin ərəfədə o və Əvəz hərəyə 7500 manat olmaqla 15.000 manat pulu düzəldib Namiqə vermişlər. Bundan sonra bir neçə gün ərzində İlkin o və Əvəzlə görüşüb onları Bakı şəhəri ərazisində müxtəlif binaların qarşısına, tibbi komissiyadan keçmək və sair adlarla aparıb oralarda saatlarla gözlədərək daha sonra görüşün təxirə salındığını bildirib geri yola salmış və bu hal təxminən 7-8 dəfə təkrarlandıqdan sonra İlkinə iradını bildirərək artıq bu get-gəllərdən bezdiyini və belə olacaq halda verdikləri pulu geri alacaqlarını bildirmişdir. İlkin onu sakitləşdirərək hər şeyin yaxşı olacağını, tezliklə komissiyalardan keçib işə qəbul olacaqlarını bildirmiş, həmin gün ona Süleyman da zəng vuraraq bu vaxta qədər heç kəsi aldatmadıqlarını, sadəcə olaraq işi düzəltməli olan adamların məzuniyyətə çıxdıqlarını bildirdi. Nəhayət təxminən 2021-ci ilin iyun ayının əvvəllərində İlkin onu Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən FHN-nin “Xüsusi Xilasetmə İdarəsinin” qarşısına aparmış və orada ilk dəfə gördüyü Nofəl adlı şəxslə görüşdükdən və Nofəl də telefonla kiminləsə danışdıqdan sonra həmin binadan hərbi geyimdə leytenant və ya baş leytenan rütbəli şəxs çıxıb onu binaya dəvət edib 2-ci mərtəbədə yerləşən otaqda qəbul etmiş və ona FHN-nə işə qəbul olunmaqla əlaqədar hansı sənədləri hazırlamaq olduğunu izaha edərək qeyd olunan sənədlərin adlarını kağızda ona yazdırmışdır. Bundan sonra o, həmin binadan çıxmış, həmin günün axşamı onun mobil telefonuna həmin onu qəbul etmiş Faiq adlı şəxs zəng vuraraq “Sənin işin alınmır, ona görə də əziyyət çəkmə” dedikdə, narahat olub İlkinə zəng vurmuş və Faiqin ona dediklərini danışmış, İlkin ona narahat olmamağı tövsiyyə edib pulun tam şəkildə onlara çatmaması ilə əlaqədar Faiqin ona bu cür dedyini, tezliklə məsələni həll edəcəklərini bildirmişdir. Buna görə Faiqə bu dəfə özü zəng vurub “Qardaş narahat olma pulu İlkingilə vermişəm sənə çatdıracaqlar” dedikdə Faiq ona “Nə boş-boş danışırsan, nə pul, sənə deyildi ki, işə qəbul məsələn alınmır, boşu- boşuna əziyyət çəkmə və bir daha mənə zəng vurma” deyərək telefonu bağlamışdır. Həmin günün sabahısı narahat olub İlkin və Süleymanla görüşüb onların işlərinin alınmayacağı halda nəyə görə pullarını aldıqlarını soruşduqda onlar yenə onu sakitləşdirərək işə qəbul olunmağı ilə bağlı ikisinin də cavabdeh olduğunu və hər şeyin yaxşı olacağını bildirmişlər. Lakin artıq iyun ayının sonlarında onlar İlkin və Süleyman adlı şəxslər tərəfindəm aldadıldıqlarını başa düşüb dayısı oğlu Namiqdən verdikləri pulu geri tələb etmiş, Namiq isə öz növbəsində İlkin və Süleymanla görüşüb onlara vermiş olduğu 15.000 manatı geri tələb etmişdir. İlkin və Süleyman isə müxtəlif bəhanələr gətirərək Namiqi bir neçə ay get-gələ salmış və nəhayət Namiq məcbur qalıb onlardan almış olduğu 15.000 manatı öz vəsaiti hesabına ona və Əvəzə qaytarmışdır. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında dindirilmiş Şahid5 ilə oxar məzmunlu ifadə vermişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin sonlarından tanıyır və həmin vaxtlar İlkin ümumi tanışları Rəşad adlı şəxslə birlikdə onun yaşadığı Əhmədli qəsəbəsinə gəlmiş və orada bir neçə dəfə oturub çay içmişlər. İlkin onlara özünü çox güclü əlaqələri olan, vəzifəli şəxslərlə oturub duran şəxs kimi təqdim etmiş və ona da təklif etmişdi ki, qohuməqrəbadan kimisə hansısa yaxşı əməkhaqqısı olan işə düzəltmək lazım olsa kömək edər. Bundan başqa onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətində işləyən Faiq adlı qonşusu olmuş və o arada Faiqlə birlikdə Əhmədli qəsəbəsində çayxanada görüşüb söhbət edirmişlər. Təxminən 2021-ci ilin iyun ayında İlkin ona zəng vuraraq yaxın bir qohumunun FHN-nin xilasertmə mərkəzinə işə düzəlmək istədiyini bildirib qonşusu Faiqin onu qəbul etməsini və hansı sənədlərin düzəlməsi lazımdırsa ona izah etməsini xahiş etmişdir. O, İlkinə inanaraq Faiqə zəng vurub dostunun qohumunun FHN- nə işə düzəlmək istədiyini bildirərək onu iş yerində qəbul edib işə qəbul olmaq üçün hansı sənədlərin lazım olduğunu ona izah etməsini xahiş etmişdir. Faiq ilk əvvəl kadr məsələlərinin ona aid olmadığını bildirsə də onun xahişinə əsasən qəbul edəcəyini bildirdikdən sonra o, bu barədə İlkinə məlumat vermişdir. 2021-ci ilin iyun ayında, İlkin ona zəng vuraraq qohumu ilə birlikdə Bakı şəhəri "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən FHN-nin Xilasetmə mərkəznin qarşısına gələcəyini bildirib ondan da həmin yerə gəlməyisini xahiş etmiş, saat təxminən 10 radələrində onlar həmin idarənin qarşısında İlkinlə görüşmüş, İlkinin yanında ilk dəfə gördüyü, özünü Biləndər kimi təqdim edən bir nəfər şəxs olmuş və İlkin Biləndəri öz qohumu kimi təqdim edərək onun FHN-nə işə qəbul olunmasını bildirmişdir. Faiqə zəng vurmuş və bir neçə dəqiqə sonra Faiq qapının qarşısına düşüb Biləndəri özü ilə içəriyə aparmış, İlkin isə təcili işi ilə əlaqədar gedəcəyini bildirib ondan Biləndər çölə çıxdıqdan sonra yola salmasını xahiş etmişdir. O, Biləndəri gözləmiş və təxminən 30 dəqiqə sonra Biləndər çölə çıxaraq Faiqin ona hansı sənədləri hazırlamağı izah etdiyini bildirib ona minnətdarlığını bildirmiş, Biləndərlə bir neçə dəqiqə söhbət edərkən o, qardaşının da FHNnə işə düzəlmək istədiyini və birlikdə bu iş üçün İlkinə 15.000 manat pul verdiklərini və İlkinin onun qohumu olmadığını bildirdikdə, İlkinin dələduzluq etdiyini başa düşmüş və Biləndəri yola saldıqdan sonra Faiqə zəng vuraraq qəbul etdiyi şəxsin məsələsində dələduzluq əlamətlərinin olduğunu, bu işin yaxşı qurtarmayacağını, İlkinin onlardan istifadə etdiklərini bildirmiş, Faiq isə ondan inciyərək nəyə görə tanımadığı şəxsi onunla görüşdürdüyünü bildirəndə o, Biləndər adlı şəxsin telefon nömrəsini götürdüyünü və ona zəng vurub bu işə heç bir aidiyyatı olmayacağlarını bildirmişdir. Özü də İlkinə zəng vuraraq hansı səbəbə öz dələduzluq əməllərini onun və qonşusu Faiqi alət etdiyini soruşmuş, İlkin isə israrla həmin Biləndərin onun qohumu olduğunu və onu işə düzəltmək üçün hər hansı bir məbləğdə pul almadığını bildirmişdir. Buna baxmayaraq o, İlkinə inanmamış və ondan bir daha onunla əlaqə saxlamamasını tələb etmişdir. Daha sonra Faiqlə əlaqə saxladıqda Faiq elə həmin gün Biləndərə zəng vurub bu işlərin qurama olması barədə ona bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən vətəndaşları işə düəzltmək adı ilə aldadıb pullarını ələ keçirməsindən xəbəri olmamış, İkinlə heç vaxt kimisə işə düzəltmək üçün pul almamış və ya İlkin tərəfindən ona pul verilməmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, 2019-cu ilin may ayından 2021-ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətində zabit kimi işləmişdir. Şahid6lə də 2020ci ilin əvvələrində toy məclislərinin birində tanış olmuş və orada bilmişdir ki, Bakı şəhərinin Əhmədli qəsəbəsində qonşu binada yaşayırlar. Bundan sonra onlar bir-biri ilə telefon əlaqəsi saxlamış və tez-tez görüşmüşlər. İlkin və Süleymanı isə ümumiyyətlə tanımamış və onlarla heç bir əlaqəsi olmamışdır. Təxminən 2021-ci ilin iyun ayında Nofəl ona zəng vuraraq dostunun yaxın bir qohumunun FHN-nin xilasertmə mərkəzinə işə düzəlmək istədiyini bildirib onu qəbul etməyi və hansı sənədlərin yığılmasının lazım olduğunu həmin şəxsə izah etməsini xahiş etmişdir. Həmin günün səhəri Nofəl həmin adamı, adını sonradan bildiyi Biləndər adlı şəxsi Bakı şəhəri "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən onun iş yerinin qarşısına gətirmiş və o, bayıra çıxaraq həmin şəxsi içəri apararaq öz otağında qəbul etmiş və ona ağ vərəq verərək hansı sənədlər lazım olduğunu və hansı komissiyalardan keçməli olduğunu bildirmişdir. Təxminən 15 dəqiqə həmin şəxslə söhbət etmiş və onu yola salmaq üçün bayıra çıxmış, orada Nofəllə saqollaşmışdır. Nofəl gələrkən yanında başqa bir nəfər olsada qayıdarkən onun yanındakı şəxsi görməmişdir. Təxminən 2 saat sonra Nofəl yenidən ona zəng edərək gətirdiyi Biləndər adlı şəxsin onun dostunun qohumu olmadığını və gətirdiyi şəxsin və onun qardaşının işə düzəltmək adıyla İlkinə 15.000 manat pul verdiklərini müəyyən etdiyini, İlkinin dələduzluq etdiyini başa düşdüyünü, bu işin yaxşı qurtarmayacağını, İlkinin onlardan istifadə etdiklərini bildirmişdir. O, bununla əlaqədar Nofələ əsəbləşmiş və telefona adboy verərək, qəbul etdiyi Biləndər adlı şəxsə zəng edərək onun kimlər tərəfindənsə aldadıldığını və onun işə düzəlməsində heç bir aidiyyatı olmadığını bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Biləndər özü ona zəng edərək “hər şey yaxşı olacaq” dedikdə, o, kimisə işə düzəltmək səlahiyyətində olmadığını, tanışı Nofəlin xahişinə əsasən onu qəbul etdiyini və kimədə pul veribsə gedib geri almasını və birdə onu narahat etməməsini bildirmişdir. Əlavə olaraq o, bildirdi ki, onun Təqsirləndirilən şəxs1 tərəfindən vətəndaşları işə düəzltmək adı ilə aldadıb pullarını ələ keçirməsindən xəbəri olmamış, İkinlə heç vaxt kimisə işə düzəltmək üçün pul almamış və ya İlkin və Nofəl tərəfindən ona pul verilməmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun köhnə iş yoldaşı olmuş və onunla 2021-ci ilin avqust ayına kimi “İnterximservis” şirkətində birlikdə işləmişlər. Təxminən 2021-ci ilin aprel ayının sonlarında Namiq ona FHN-nə yaxşı əmək haqqı olan işə düzəlmək üçün tanışlarının olduğunu, işə düzəlmək istəyən cavan qohumu varsa bu barədə ona bildirməsini demişdir. Bundan sonra o Qusar rayonu Yuxarı Zeyxur kəndində hərbi xidmətdən yenicə qayıtmış 1999-cu il təvəllüdlü bacısı oğlu X2 işsiz olduğunu, bir dayı kimi onu həmin işə düzəltmək qərarına gəlmişdir. O, Namiqdən bu iş üçün nə qədər pul lazım olduğunu soruşduqda Namiq 10.000 manat müqabilində Emini işə düzəltməyin mümkünlüyünü bildirmişdir. Bundan sonra Namiq ona Emini işə düzəldəcək adamların İlkin və Süleyman adlı şəxslər olduğunu bildirib İlkinin mobil telefon nömrəsini ona vermişdir. 09 may 2021-ci il tarixdə isə Namiq ona zəng vuraraq bir gün sonra Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığında İlkinlə görüşüb pulu ona verməsini tapşırmışdır. 2021-ci ilin may ayının 10-da, səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “20 yanvar" dairəsinin yaxınlığında ilk dəfə gördüyü İlkin adlı şəxslə görüşüb 10.000 manat pulu ona vermiş, həmin İlkin adlı şəxs bir neçə gün ərzində Namiqlə əlaqə saxlayıb Emini komissiyadan keçməsi üçün çağıracağını bildirmişdir. Təxminən 2021-ci ilin may ayının ortalarında Namiq ona İlkinin Emini komissiyadan keçirəcəyini, bu səbəbdən də Eminin rayondan Bakı şəhərinə gəlməyinin vacibliyini bildirdikdə, o Emini rayondan Bakı şəhərinə dəvət etmiş və tarixi dəqiq xatırlamadığı vaxta Emin Bakı şəhərinə gəlib “20 yanvar” metrostansiyasının qarşısında İlkin və ya Süleymanla görüşmüş və onlar Emini komissiyadan keçirmək adı ilə hansısa idarənin qarşısına aparıb, daha sonra evə yola salmışlar. Emin cəmi bir dəfə Bakı şəhərinə gəlib-qayıtmış, lakin artıq iyun ayının sonlarında o, İlkin və Süleyman adlı şəxslər tərəfindən aldadıldığını başa düşüb Namiqdən verdiyi pulu geri tələb etmiş, Namiq isə öz növbəsində İlkin və Süleymanla görüşüb ya Eminin işə düzəlməsini, ya da onlara vermiş olduğu 10.000 manatı geri tələb etmişdir. İlkin və Süleyman müxtəlif bəhanələr gətirərək Namiqi bir neçə ay get-gələ salmış və nəhayət Namiq məcbur qalıb 2021-ci ilin sonlarında ondan almış olduğu 10.000 manatı öz vəsaiti hesabına ona qaytarmışdır. İş materiallarında olan (səh. 190) 07 oktyabr 2022-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki; - Şahid1 və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunması rədd olunmuşdur. - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsi ilə ittiham elan olunması rədd edilmişdir. - Şahid6 və Əyyam oğlu və Şahid7 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanılması rədd olunmuşdur. - Şahid4, Şahid5, Şahid3 və Şahid8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaları rədd edilmişdir. - Təqsirləndirilən şəxs1 2021-ci ilin sonlarında Zərərçəkmiş şəxs anasının müalicə adı ilə 2000 manat pul alaraq ələ keçirməsi faktının Təqsirləndirilən şəxs2 ittihamına daxil edilməsi rədd edilmişdir. İş materiallarında olan (səh. 35) Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsidən görünür ki, aldadılaraq 32350 manat pulunun ələ keçirilməsi ilə əlaqədar Şahid1 tərəfindən ona ayrı-ayrı vaxtlarda 9000 manat və 5000 manat olmaqla, cəmi 14000 manat pul ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona vurmuş olduğu 8000 manat zərərdən 4000 manatını ödədi, qalan 4000 manatı isə hər ay 1000 manat olmaqla ödəyəcəyini razılaşmışlar. Ona görə də hazırda onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. O, ərizəsini nəzərə alıb Təqsirləndirilən şəxs2 köməklik edərək ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir ərizə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Abşeron RİHB-nın Hökməli qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1973-cü il təvəllüdlü Həsənov X3 qəsəbəsində qeydiyyatsız yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə istər şifahi, istərsə də yazılı surətdə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Abşeron RİHB-nın Hökməli qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Hökməli qəsəbəsi, Koroğlu küçəsində qeydiyyatsız yaşayır. Onun himayəsində yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü Z.Təqsirləndirilən şəxs2 adlı bir uşağı var. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs etibarıdan sui-istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirməklə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadələri və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə düzgün tövsif olunmuşdur, ona görə də onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs2 öz əməlini etiraf etməsi, zərərçəkmiş şəxsə vurduğu ziyandan ödəniş etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, həmçinin himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudşlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan (səh. 163) iş üzrə Şahid1 ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək, 2021-ci ilin may ayı ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun vasitəsiylə tanış olduqları Zərərçəkmiş şəxs aldadaraq 32.000 manat pulunu ələ keçirdib, ona vasitəçi kimi 4000 manat vermiş, lakin o sonradan məcbur olaraq Zərərçəkmiş şəxs 4000 manat deyil, 14.000 manat yəni 10.000 manat artıq pul qaytarmışdır. Bu səbəbdən o, artıq ödədiyi 10.000 manatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb edir. Qeyd olunanları nəzərə alaraq o, cinayət işi üzrə mülki iddiaçı kimi tanınmasını xahiş etmişdir. İş materiallarında olan (səh.164) Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 26 sentyabr 2022-ci il tarixli qərarı ilə, Şahid1 ********* saylı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası CPM-nin 89.3-cü maddəsinə əsasən mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Məhkəmə hesab edir ki, Şahid1 mülki iddiaçı qismində iştirakına xitam verilməlidir. Belə ki, keçirilən məhkəmə iclası zamanı Şahid1 Azərbaycan Respublikası CPM-nin 89.3cü maddəsinin tələbləri izah edilsə də, sonuncu tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunmamışdır. CPM-in 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayon hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Şahid1 mülki iddiaçı qismində iştirakına xitam verilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar