Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-113/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, “Azərbaycan Minatəmizləmə Agentliyi” X14də mühəndis işləyən, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşma Bağları yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində olan zaman sonuncuya məxsus mobil telefonda olan "xxxx" mobil tətbiqinə daxil olub Zərərçəkmiş şəxs adına olmaqla elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC-yə məxsus 5490-2641-0012-4237 nömrəli bank kartından sonuncunun xəbəri olmadan özünə məxsus “Leobank” mobil tədbiqində açdığı 4098-5844-9696-0582 kart hesabına xx.xx.2024-cü il tarixdə saat 13:46 radələrində 500 manat, bundan başqa təkrarən eyni qaydada xx.xx.2024-cü il tarixdə saat 12:09 radələrində 300 manat, bundan başqa təkrarən eyni qaydada xx.xx.2024-cü il tarixdə saat 11:47 radələrində 200 manat, xx.xx.2024-cü il tarixdə saat 11:47 radələrində 60 manat, bundan başqa təkrarən eyni qaydada xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus mobil telefonda olan "xxxx" mobil tətbiqinə daxil olub Zərərçəkmiş şəxs adına olmaqla "xxxx" ASC-yə məxsus 4127- 2081-3308-6677 nömrəli bank kartından sonuncunun xəbəri olmadan qohumu Şahid məxsus və faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olan 4127-2093-0921-6502 nömrəli "xxxx" ASC-yə aid bank hesabına 1900 manat pulu Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivində yerləşən evində köçürməklə gizli yolla talayıb, digər banka aid olan köçürmələrə görə tutulan komissiya haqqı ilə birlikdə Zərərçəkmiş şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə 2976 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024cü il tarixdə “Facebook” sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Onlar bir müddət sosial şəbəkədə danışdıqdan sonra Şəhla onun yanına gəlməyi təklif etmişdir. Hətta Şəhla onun kart hesabına 100 manat pul göndərmiş və o, Bakı şəhərinə Şəhlanın yanına xəstəxanaya gəlmişdir. Birlikdə Şəhlanın yaşadığı Sumqayıt şəhəri, Yaşma Bağları yaşayış massivində yerləşən evə gəlmişlər. Həmin gün Şəhla ilə birlikdə qalmış, sonradan münasibətləri davam etmişdir. O, evli olduğu halda Zərərçəkmiş şəxs boşandığını bildirmiş, Zərərçəkmiş şəxs evli olduğunu və boşanma ərəfəsində olduğunu bilməmişdir. Beləcə o, müəyyən müddətdən bir Zərərçəkmiş şəxs ilə görüşmüşdür. xx.xx.2024-cü il tarixdə o, Şəhlanın yaşadığı evə gəlmiş və bir həftə onun evində qalmışdır. Həmin müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində o, Zərərçəkmiş şəxs evində olarkən spirtli içkinin təsiri altında Şəhlaya məxsus hesab nömrəsi 5490-2641-0012-4237 nömrəli "xxxx" Tam kartından istifadə edərək özünə məxsus “Leobank” mobil tətbiqində açdığı 4098-5844-9696-0582 nömrəli hesab kartına müxtəlif məbləğlərdə pul atmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 13:46 radələrində Şəhlanın mobil telefonuna daxil olub ona məxsus 5490-2641-0012-4237 nömrəli bank kartından özünə məxsus 4098-5844-9696-0582 nömrəli bank kartına 500 manat, xx.xx.2024-cü il tarixdə saat 12:09 radələrində 300 manat, xx.xx.2024-cü il tarixdə saat 11:47 radələrində 200 manat bir və 60 manat bir pul göndərmişdir. Ümumi göndərdiyi 1060 manat pulu özünə və bundan başqa Şəhla ilə birlikdə olduğu vaxt ərzində şəxsi ehtiyacları üçün xərcləmişdir. O, pulu öz kartına göndərərkən Şəhlanın bundan məlumatı və razılığı olmamışdır. Onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs məxsus "xxxx" bank kartında özünə məxsus “Leobank” bank kartına etdiyi hər köçürməyə görə Şəhlanın hesabından kommissiya da tutulmuşdur. Daha sonra isə ona borc pul lazım olduğundan bu barədə Şəhlaya demişdir. Şəhla da "xxxx" ASC-dən onlayn şəkildə 3000 manat kredit gütürmüşdür. Təxminən 25-26 iyun tarixlərində Sumqayıt şəhərində Heydər Əliyev parkında olarkən Şəhla ona 1000 manal pul borc qismində vermiş, o da 1000 manata görə krediti özü ödəyəcəyi barədə Şəhla ilə razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixdə o, Şəhlanın yaşadığı evdə olarkən yenə Şəhlanın mobil telefonunu xəbərsiz götürüb Şəhlaya məxsus 4127-2081-3308-6677 nömrəli kartdan 1900 manat pulu xalasının gəlini Şahid məxsus özünün istifadəsində olan 4127-2093-0921-6502 hesab nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərmiş və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra Şəhla bundan xəbər tutmuş, ona pulu qaytarmasını dedikdə o, həmin pulları Şəhla və şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Həmçinin, o, sonuncudan götürdüyü puldan 700 manat məbləğdə pulu Şəhlanın bank kartına göndərmiş və 100 manat da əlbəəl geri vermişdir. Qalan məbləğləri də yaxın müddətdə geri qaytaracağını bildirmişdir. Şəhla isə bu barədə polisə şikayət etmişdir. O, özünə məxsus 4098-5844-9696-0582 saylı bank kartını itirdikdən sonra Zərifədən xahiş etmişdir ki. sonuncuya məxsus kartı ona istifadə üçün versin Zərifə də ona kartını vermişdir. Zərifənin özünə məxsus karta onun tərəfindən etdiyi köçürmələr haqqında heç bir məlumatı olmamış, həmin pulların hamısını o, məxaric etmiş, ona həmin pullardan hər hansı məbləğ çatmamışdır. O, maddi cəhətdən çətinlik çəkdiyi üçün qeyd etdiyi cinayət əməlini törətdiyini bildirmişdir. Əməlindən səmimi peşman olduğunu, məhkəmə istintaqı dörvündə ziyandan qismən ödəniş etdiyini, 1576 manat ödənilməmiş ziyan qaldığını, özünün ağır iş olan mina təmizləmədə işlədiyini və azyaşlı uşaqlarının olduğunu, arvadının Füzuli rayon Xəstəxanasında hamiləlik diaqnozu ilə müalicə aldığını bildirmiş, məhkəmədən göstərilənlərin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, O, 2024-cü ilin may ayında Zahir adlı şəxslə “Facebook” sosial şəbəkəsində tanış olmuş, aralarında ünsiyyət yaranmış, Zahir ona ailəsindən boşandığını və hazırda subay olduğunu bildirmişdir. O, da Zahirə boşanma ərəfəsində olduğunu söyləmişdir. Beləcə Zahir onunla evlənəcəyini, yaxın müddətdə elçi göndərəcəyini bildirmiş, o, da razılaşmışdır. Zahir hərdən onun yaşadığı evə gəlmiş, evdə olarkən ona qarşı qısqanc olduğunu deyib mobil telefonunu götürürmüş, ona görə də mobil telefonun və mobil proqramlarının şifrəsini Zahirə söyləmişdir. 2024-cü ilin 25-26 iyun tarixlərində Zahir ondan övladı üçün lazım olduğunu bildirib borc pul istəmişdir. O, da özünə məxsus "xxxx" ASC-yə aid mobil tətbiq vasitəsilə 3000 manat kredit götürmüş, həmin puldan 1000 manatını nağdlaşdırıb Zahirə vermişdir. Qalan 1000 manatı isə o, geri ödədiyini düşünsə də, səhvən debet kartına atmışdır. Yəni həmin pul 4127-2081-3308-6677 hesab nömrəli "xxxx" ASCyə aid debet kartına yüklənmişdir. Bunu görən Zahir onun yaşadığı evdə olarkən xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində ona xəbər etmədən mobil telefonunu gizlincə götürüb 4127- 2081-3308-6677 hesab nömrəli "xxxx" ASC-yə aid debet kartında olan 1900 manat pulu qohumu olan Zərifə adlı qadının 4127********6502 hesab nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərmişdir. Həmin vaxt o, özünə məxsus 5490-2641-0012- 4237 hesab nömrəli TAM kartına baxdıqda oradan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pulun naməlum kart hesabına köçürüldüyünü görmüşdür. O, bunu Zahirin edəcəyini başa düşmüş, Zahir ilə əlaqə saxlamış və pulunu götürüb götürmədiyini soruşmuşdur. Zahir də etiraf edib pulu onun xəbəri olmadan öz kartına göndərdiyini bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 13:46 radələrində Zahir onun telefonuna daxil olub ona məxsus 5490-2641-0012-4237 nömrəli bank kartından özünə məxsus bank kartına 507,50 manat, xx.xx.2024-cü il tarixdə saat 12:09 radələrində 304,50 manat, xx.xx.2024-cü il tarixdə saat 11:47 radələrində 203 manat bir və 61 manal bir pul göndərmişdir. Həmçinin, ifadəsində xx.xx.2024-cü il tarixdə Zahirlə o, birlikdə Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığında olan telefon mağazasından Zahirə “Redmi” markalı telefon aldığını bildirmişdir. Telefona görə satıcıya kart vasitəsilə 200 və 160 manat məbləğində pul ödəmişdir. O, Zahirin atası ilə də danışmış, onlar da tez zamanda Zahirin pulu geri qaytaracağını bildirmişlər. Bundan sonra Zahir onu yenə də narahat etməyə başlamışdır. O, da bu barədə valideyninə məlumat verdikdən sonra valideyni polisə müraciət etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə anası X2 zəng etmişdir. Zahir ona məxsus kartından onun xəbəri olmadan ümumilikdə 2976 manat pul çıxarmışdır. Bundan başqa o, Zahirə borc olaraq 1000 manal pul vermişdir. 16 iyun 2024-cü il tarixdə isə Zahirə telefon almaq üçün telefon mağazasında kart vasitəsi ilə 200 və 160 manat olmaqla ümumilikdə 360 manat pul ödəmişdir. Zahir onun telefonundan istifadə edərək ona məxsus bank hesablarından ümumilikdə 2976 manat pul çıxarmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan qismən ödəniş etsə də, 1576 manat məbləğində ziyan ödənilməmişdir. O, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb etdiyi, Təqsirləndirilən şəxs əvvəllər də iki dəfə cinayət əməli törətməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zahir yoldaşının xalası oğludur. Əməliyyatla bağlı Bakı şəhərinə gəlmiş və bir müddət onların evində qalmışdır. Hadisə 2024-cü ilin yay aylarında baş vermişdir. 2024-cü ilin iyun ayının sonlarında Zahir ona zəng edərək özünə məxsus kartı itirdiyini bildirib müvəqqəti olaraq istifadə etmək üçün kart istəmişdir. O da həmin vaxt Zahirə özünə məxsus "xxxx" ASC-yə aid 4127-2093-0921- 6502 nömrəli bank kartını vermiş və kartın şifrəsini söyləmişdir. Bir neçə gün sonra isə Zahir kartı gətirib ona qaytarmışdır. Onun karta oğurluq edərək pul köçürürlməsindən xəbəri olmamışdır. Ona həyat yoldaşı Zahirin pulu oğurluq edərək karta göndərdiyini bildirmişdir. Daha sonra isə Şəhla adlı xanım onun yoldaşına zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir. (i.v.1) Qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:21-də 4127********6677 nömrəli kart hesabından 4127********6502 kart hesabına 1900 (bir min doqquz yüz) manat məbləğində pul köçürülmüşdür. (i.v. 10) Qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:10:05-də 5490********4237 nömrəli kart hesabından 203 (iki yüz üç) manat məbləğində, xx.xx.2024-cü il tarixdə saat 13:46:52-də 507,50 manat məbləğində pul köçürülmüşdür. (i.v. 11) Qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:07:45-də 5490********4237 nömrəli kart hesabından 162,40 (bir yüz altmış iki manat qırx qəpik) manat məbləğində, xx.xx.2024-cü il tarixdə saat 12:09:17-də 304,50 (üç yüz dörd manat əlli qəpik) manat məbləğində pul köçürülmüşdür. (i.v. 12) Qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:47:33-də 5490********4237 nömrəli kart hesabından 61 (altmış bir) manat məbləğində, həmin tarixdə saat 11:47:01-də 203 (iki yüz üç) manat məbləğində pul köçürülmüşdür. (i.v. 13) Götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “Redmi Note9” markalı telefon iş üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür.(i.v.22) Götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, HK-1/674 nömrəli material üzrə Təqsirləndirilən şəxs bir ədəd “Redmi Note9” markalı mobil telefonu istintaqa təqdim etmiş, təqdim edilmiş mobil telefona Sumqayıt ŞPİdə 308-ci otaqda baxış keçirilmiş, müəyyən edilmişdir ki, “Redmi Note9” markalı mobil telefon işlək vəziyyətdədir, mobil telefonu açdıqda şifrənin qeyd edilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs telefonun giriş şifrəsinin “41275555” olduğunu bildirmiş, şifrəni daxil etdikdən sonra mobil telefonun daxilində “whatsapp” ani mesajlaşma mübadiləsi, “Leobank” və “Bir bank” mobil tətbiqlərinin olması aşkar edilmiş, “Leobank” hesabına daxil olduqdan sonra həmin hesabda olan kartın nömrəsinin 4098-5844-9696-0582 olduğu, həmin kart hesabına xx.xx.2024-cü il tarixdə saat 13:46 radələrində 500 manat, xx.xx.2024-cü il tarixdə saat 12:09 radələrində 300 manat, xx.xx.2024-cü il tarixdə saat 11:47 radələrində 200 manat və 60 manat pul vəsaitlərinin köçürüldüyü müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək digər hallar aşkar edilməmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (i.v. 23-30) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da Sumqayıt ŞPİnin inzibati binasında 308 nömrəli otaqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.41) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v. 55-62) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, həmin tarixdə saat 10:00-da ona ittiham elan edilmişdir.(i.v.63) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.72-74) Təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, həmin tarixdə saat 15:00-da qərarın surəti ona təqdim edilmişdir. (i.v.75-76) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “X8” ASCnin tərkibində olan “Leobank” tərəfindən verilmiş çıxarışına baxış keçirilən zaman müəyyən edilmişdir ki, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus AZN valyutasında olan 4******0582 saylı kart nömrəli hesabın çıxarışı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edir. Qeyd edilən hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 13:46 radələrində "xxxx"ına aid hesabdan 500 manat, xx.xx.2024-cü il tarixdə saat 12:09 radələrində 300 manat, xx.xx.2024-cü il tarixdə saat 11:47 radələrində 200 manat və 60 manat pul mədaxil edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən pul vəsaitlərini Zərərçəkmiş şəxs məxsus mobil 5490-2641-0012-4237 saylı bank kartından özünə məxsus 4098-5844- 9696-0582 saylı bank kartına sonuncunun telefonundan istifadə etməklə gizli olaraq köçürdüyünü bildirmişdir. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək digər hallar aşkar olunmamışdır. Baxış protokoluna qeyd edilən hesabdan çıxarış əlavə edilmişdir.(i.v.84-87) Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(064)-36/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir (i.v. 90-96) Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(064)-59/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 97-101) Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(064)-02/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat miqdarında cərimə cəzasının çəkilməmiş qalan 3375 manat hissəsi 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. (i.v. 102-103) Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(064)-43/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Füzuli Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(064)-59/2021 nömrəli hökmü ilə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, həmin Qərarın 7-ci bəndinin tələbinə uyğun olaraq üzərindən məhkumluq götürülmüşdür. (i.v. 104-105) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin Məcəllənin 177.2.2 və 177.2.23- 1-ci maddəsi ilə davam etdirilmişdir. (i.v. 106) “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və iş üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutularaq Sumqayıt ŞPİ-nin X9 təhvil verilməsi qərara alınmışdır. (i.v. 110-111) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş və Füzuli Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 01 il azadlığın məhdudlaşırılması cəzası ilə əvəz edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5 və 7-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökm ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilərək üzərindən məhkumluğu götürülmüşdür. (i.v. 113- 114) “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş, Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. (i.v. 115-116) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v.119-120; 132-134) Qətimkan tədbirinin nəzərə alınması barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış və o, Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 135-137) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 adında övladları var. (i.v.141) “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, “Redmi Note9” mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Karvan Ticarət mərkəzinin yaxınlığında telefon mağazasında olan zaman Təqsirləndirilən şəxs “Redmi” markalı telefon hədiyyə alması üçün 200 və 160 manat məbləğində kart vasitəsilə ödəniş etməsi və 25-26 iyun tarixlərində Təqsirləndirilən şəxs 1000 manat məbləğində borc pul verməsi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. (i.v.155- 161) Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdim etdiyi AO№1255803 nömrəli hərbi biletin surətindən görünür ki, o, Vətən Müharibəsində iştirak etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2025-ci il tarixli 18-1- 36/2-M-11xx-xx-1396/2025 nömrəli “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X14 arayışından görünür ki, X5 08.0.7.2025-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət etmiş və ona “26-27 həftəlik hamiləlik” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, baxış keçirilməsinə dair protokol və digər iş materialları ilə onun törətdiyi cinayət əməli tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və vurulmuş ziyandan qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni himayəsində iki azyaşlı uşağının olmasını və vurulmuş ziyandan qismən ödəniş etməsini, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Həmçinin, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi Note9” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlanıldığı 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi Note9” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 72 saata görə (52 saat göstərilmiş hüquqi yardıma görə 6 manatdan hesablanmaqla 312 (üç yüz on iki) manat, 20 saat göstərilmiş hüquqi yardıma görə 11 manatdan hesablanmaqla 220 ( iki yüz iyirmi) manat) cəmi 532 (beş yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-113/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-113/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver