Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-114/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 10-cu mkr, ev 4, mənzil 35-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24.09.2020-ci il tarixdə Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığından istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 460,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 25 sentyabr 2020-ci il tarixdə saat 21:35-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində saxlanılaraq 3-cü PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin içəri tərəfində sol qoltuq altından ağ rəngli sellofona bükülmüş, təmiz çəkisi 460,0 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə məhkumluğu olmuş, o, 2020-ci ilin fevral ayının səkkizi cəzaçəkmə müəssisəsindən çıxmışdır. O, 2006-cı ildən narkotik vasitə aludəçisi olmaqla narkotik vasitə qəbul edir. Onda hazırda narkotik asılılığı yaranıbdır. Bir müddət cəzaçəkmə müəssisəsində olduqda bədəni təmizlənsə də oradan çıxdıqdan sonra yenə dayana bilməyib narkotik vasitə qəbul etməyə başlamışdır. O, 24.09.2020-ci il tarixdə təxminən səhər saatlarında Bakı şəhəri, “Memar Əcəbi” metrosunun yaxınlığında olduqda tanımadığı şəxsdən 80(səksən) manata narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitə ağ rəngli sellofonda olmuşdur. O, həmin günü yaşadığı evə getmişdir. Həmin narkotik vasitəni də özü ilə evə aparmışdır. Səhərsi gün narkotik vasitənin evdə olmağından narahat olduğu üçün, həmdəki istifadə etmək üçün həmin narkotik vasitə olan qurudulmuş marixuananı ağ sellofonla birlikdə əynində olan qara gödəkçəsinin içəri tərəfindən sol qoltuq altına qoymuş və evdən çıxmışdır. O, Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində hərəkətdə olarkən birdən ona üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq saxlamışlar. Sonra bir nəfər də polis formasında şəxs ona yaxınlaşmış və bir nəfər polis formasında olan şəxs də çəkiliş aparmışdır. Polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis Bölməsinin baş təhqiqatçısı Səbuhi Dadaşov olduğunu deyərək ona özünü təqdim etməsini bildirmişdir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonra onu saxlayan mülki geyimli şəxslər də özlərini təqdim edərək 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını demişlər. Təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını bildirmiş, sonra ona hüquqlarını vəkilin müdafiə edəcəyini, video çəkilişlə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə yaxınlaşacaqlarını və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək etirazı olub-olmadığını soruşmuş və o da etirazı olmadığını demişdir. Daha sonra o, onlarla birlikdə çəkiliş dayanmadan polis maşını ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə getmişlər. Orada xidməti otaqların birində ona vəkil təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini demiş və sonra onun hüquq və vəzifələri ilə bağlı bildirişlə tanış olmuşdur. Tahqiqatçı sonra onun üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara gödəkçəsinin içəri tərəfində sol qoltuğunun altında gizlətdiyi ağ sellofonda olan narkotik vasitə müəyən olunmuş və təhqiqatçı ağ sellofonda nə olduğunu soruşduğu zaman o, ona narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, özü istifadə etdiyini, təxminən 10 ilə yaxındırki narkotik vasitə qəbul etdiyini demişdir. O, ondan onu nə vaxt aldığını soruşduqda, bir gün vvəlsəhər saatlarında Bakı şəhəri, “Memar Əcəmi” metrosunun yaxınlığında tanımadığı şxəsdən 80 manata aldığını, özü istifadə etdiyini bildirmişdir. Sonra təhqiqatçı onu onun iştirakı ilə tərəziyə qoyaraq çəkmiş və müvafiq qaydada qablaşdırmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 25.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mkr, ev 4, mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Rusal İsgəndərovdan, kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin kriminlastik təhqiqatlar bölməsinin baş kriminalisti, polis mayoru Şahid4 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 21:35 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisinə getmişlər. Kriminalist Şahid4 tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, təxminən bir neçə dəqiqədən sonra həmin ərazidə Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onu saxlamışlar. Sonra təhqiqatçı da ona yaxınlaşaraq özünü təqdim edərək ona da özünü təqdim etməsini bildirmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, üzərində video çəkilişlə şəxsi axtarış keçirələcəyini və etirazının olub-olmadığını demişdir. Təqsirləndirilən şəxs da etirazının olmadığını bildirmişdir. Sonra ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin edildiyini, burada şərait olmadığından, video çəkiliş ilə 3-cü PB-nə gedərək orada vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Daha sonra onlar çəkiliş dayanmadan saxlanılan şəxslə birlikdə polis maşını ilə Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis bölməsinə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil Aydın Nəzərli təqdim edilmişdir. Daha sonra onu hüquq və vəzifələri barədə bildirişlə tanış etmişdir. Sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirtmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin işərisində sol qoltuğunun altında ağ rəngli sellofanda bükülü aşkar olunmuş və ondan onun nə olduğu soruşulan zaman o, həmin bükülünün içərisində marixuana olduğunu, xəstə olduğu və ağrıları olduğu üçün özünün istifadə etdiyini bildirmişdir. Sonra təhqiqatçı onu hardan əldə etdiyini soruşmuş və o, bir gün əvvəl Bakı şəhəri, “Meman Əcəmi” metrostansiyasının yaxınlığından, tanımadığı şəxdən 80 manata aldığını bildirmişdir. Ondan sonra həmin bükülü hamının iştirakı ilə tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkilli, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, 25.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mkr, ev 4, mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Rusal İsgəndərovdan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Sumqayıt ŞPİ-nin kriminlastik təhqiqatlar bölməsinin baş kriminalisti, polis mayoru Şahid4 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 21:35 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisinə getmişlər. Kriminalist Şahid4 tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, təxminən bir neçə dəqiqədən sonra həmin ərazidə Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onu saxlamışlar. Sonra təhqiqatçı da ona yaxınlaşaraq özünü təqdim edərək ona da özünü təqdim etməsini bildirmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, üzərində video çəkilişlə şəxsi axtarış keçirələcəyini və etirazının olubolmadığını demişdir. Təqsirləndirilən şəxs da etirazının olmadığını bildirmişdir. Sonra ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin edildiyini, burada şərait olmadığından, video çəkiliş ilə 3-cü PB-nə gedərək orada vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Daha sonra onlar çəkiliş dayanmadan saxlanılan şəxslə birlikdə polis maşını ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil təqdim edilmişdir. Daha sonra onu hüquq və vəzifələri barədə bildirişlə tanış etmişdir. Sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirtmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin işərisində sol qoltuğunun altında ağ rəngli sellofanda bükülü aşkar olunmuş və ondan onun nə olduğu soruşulan zaman o, həmin bükülünün içərisində marixuana olduğunu, xəstə olduğu və ağrıları olduğu üçün özünün istifadə etdiyini bildirmişdir. Sonra təhqiqatçı onu hardan əldə etdiyini soruşmuş və o, bir gün əvvəl Bakı şəhəri, “Meman Əcəmi” metrostansiyasının yaxınlığından, tanımadığı şəxdən 80 manata aldığını bildirmişdir. Ondan sonra həmin bükülü hamının iştirakı ilə tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Rusal İsgəndərovun, Sumqayıt ŞPİ-nin kriminlastik təhqiqatlar bölməsinin baş kriminalisti, polis mayoru Şahid4 Məhkəmədə elan olunmuş ifadələrindən görünür ki,onlar da Şahid3 və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 26.09.2020-ci il tarixli, 7/665 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış polietilen torbada təmiz çəkisi 460,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08.10.2020-ci il tarixli, 2782 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 25.09.2020-ci il tarixdə saat 21:35 də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs hərəkət edərkən ona üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlayır, bir nəfər polis formasında olan şəxs də kənardan onların yanına gəlir. Polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin baş təhqiqatçısı Səbuhi Dadaşov, mülki geyimli şəxslər də özlərini təqdim edərək 3-cü Polis Bölməsinin əməkdaşları Rusal İsgəndərov, Şahid1 və Şahid3 olduqlarını deyirlər. Təhqiqatçı saxlanılan şəxsə özünü təqdim etməyini və harada yaşamağını bildirir. Saxlanılan şəxs də özünü təqdim edərək Sumqayıt şəhəri, 10-cu mkrda yaşadığını, Təqsirləndirilən şəxs olduğunu deyir. Təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını bildirir, lakin hazırda şərait uyğun olmadığından həmin yerdə şəxsi axtarış keçirməyin mümkün olmadığını deyərək şəxsi axtarışın Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsində keçiriləcəyini, oraya gedilən müddətdə də kameranın söndürülməyəcəyini, hər hansı etirazının olub-olmadığını soruşur və Təqsirləndirilən şəxs da etirazı olmadığını deyir. Daha sonra çəkiliş dayanmadan saxlanılan şəxslə birlikdə polis maşını ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə gəlirlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil Aydın Nəzərli təqdim edilir və təhqiqatçı onu hüquq və vəzifələri barədə bildirişlə tanış edir. Sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirir. Şəxsi axtarış zamanı onun qara rəngli gödəkçəsinin içərisində sol qoltuq altı hissədə ağ rəngli sellofona bükülmüş bükülünü aşkar edir və ondan onun nə olduğu soruşulan zaman o, həmin bükülünün içərisində marixuana olduğunu, xəstə olduğu və ağrıları olduğu üçün özünün istifadə etdiyini bildirir. Ondan əvvəllər məhkum olunub olmadığını soruşur və Təqsirləndirilən şəxs birdəfə məhkum olunduğunu bildirir. Sonra təhqiqatçı onu hardan əldə etdiyini soruşur və o, Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığından, tanımadığı şəxdən 80 manata aldığını deyir. Onun üzərindən çıxan narkotik vasitə tərəzidə çəkilir və 0,465 kq olması müəyyən edilir. Təhqiqatçı sonra ondan vəkilinə hər hansı sualının olub-olmadığını soruşur və o da hər hansı sualının olmadığını deyir. Təhqiqatçı sonda çəkilişin dayandırıldığını bildirir. 28.09.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 459,95 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlancına verilmişdir. Cinayət işinin materiallarında olan 25.09.2020-ci il tarixli protokoldan görünür ki, X1 həmin tarixdə saat 21:55-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 27.09.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 25 sentyabr 2020-ci il tarixindən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin həmin cinayət işi üzrə hazırlıq iclasının 26yanvar 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi 30.09.2020-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 05.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 05.10.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza 11 ay 02 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş,08.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasənazadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlarresidivin müəyyən 6edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan 23.11.2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədə yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 2797 saylı,01.10.2020-ci il tarixli arayışda Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmadığı göstərilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 25.09.2020-ci il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 459,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşüzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İşüzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 04.12.2020-ci il tarixli (iş № 1(060)-549/2020) qərarını icra edərək, 12.12.2020-ci il tarixli 1212/2020 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İşüzrə mülki iddia yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 459,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İşüzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz)Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-114/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-114/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver