Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-114/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında Sumqayıt Məhkəmə Kompieksinin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə 01 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək olan müddət ərzində usta kimi fəaliyyət göstərdiyi Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda digər şəxslərin olmadığı zamanlarda hər birinin qiyməti 150 manat, cəmi 300 manat olan Azərbaycan Respublikası istehsalı, 2x0.90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli 02 ədəd qəhvəyi rəngli plastik qapı, hər birinin qiyməti 130 manat, cəmi 390 manat olan Azərbaycan Respublikası istehsalı, 2x0,90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli 03 ədəd ağ rəngli plastik qapı, hər birinin qiyməti 35 manat, cəmi 70 manat olan Azərbaycan Respublikası istehsalı, orta hissəsi iki qat şüşəli, plastik pəncərə çərçivələrindən çıxarılmış 0,40x0,90 metr ölçüdə 02 ədəd pəncərə layı, qiyməti 80 manat olan Azərbaycan Respublikası istehsalı, orta hissəsi ikiqat şüşəli, iki laylı, 1x1,5 metr ölçüdə 01 ədəd plastik pəncərə çərçivəsi, bir metrinin qiyməti 0,40 manat, cəmi 80 manat olan “Borsan” markalı, en kəsiyi 4,00 mm olmaqla ümumilikdə 200 metr uzunluğunda elektrik naqili, bir metrinin qiyməti 0,60 manat, cəmi 120 manat olan “Fırat” markalı, en kəsiyi 2,5 mm olmaqla ümumilikdə 200 metr uzunluğunda plastik boru, qiyməti 30 manat olan İran İslam Respublikası istehsalı 01 ədəd unitaz, hər birinin qiyməti 10 manat, cəmi 20 manat olan Azərbaycan Respublikası istehsalı, 0.40x0,90 metr ölçüdə 02 ədəd pəncərə layının iki qatlı şüşəsi, hər birinin qiyməti 7 manat, cəmi 42 manat olan Türkiyə Respublikası istehsalı 06 ədəd 1 fazlı elektrik cərəyanı aparatı və qiyməti 65 manat olan Türkiyə Respublikası istehsalı 01 ədəd dəyişdirici (smesitel) olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1197 manat qiymətində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Sumqayıt şəhərində müxtəlif yerlərdə kirayədə yaşamışdır. Tikinti sahəsində fəhləliklə məşğul olmuşdur. Son vaxtlar Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində kirayədə yaşamışdır. Lakin son vaxtlar iş yeri tapa bilmədiyindən qazanc əldə edə bilməmiş və yaşadığı evin kirayəsini ödəməkdə çətinlik çəkmişdir. Bu səbəblə də, kirayə verən artıq onun evində yaşamağına icazə vermədiyindən 2022-ci ilin iyul ayının sonlarında həmin evdən çıxmış qardaşının ailəsi ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsində yaşamışdır. Ona iş yeri tapmaqda tanışı X1 etdiyindən onunla telefon əlaqəsi yaratmış heç bir yerdə işləmədiyi üçün pulunun olmadığını, kirayə qaldığı evdən çıxdığını demiş, ona iş yeri tapmağında köməklik etməsini xahiş etmişdir. Müşfiq Əliyev tikinti sahəsində usta kimi işləməklə bərabər, həmçinin Sumqayıt şəhəri, X5 qəsəbəsində yerləşən hərbi hissədə qazanxanaçı işləmiş, telefon əlaqəsi zamanı da Müşfiq Əliyev hərbi hissədə olduğunu, şəhər ərazisinə gəldiyi zaman onunla əlaqə saxlayacağını demişdir. 27 iyul 2022-ci il tarixdə axşam saatlarında Müşfiq Əliyevlə telefon əlaqəsi zamanı o, Sumqayıt şəhər ərazisində olduğunu demiş və onlar həmin tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində görüşmüşlər. Görüşdükləri zaman o, Müşfiqə işsiz və pulsuz olduğunu, həmçinin yaşamağa heç bir yerinin olmadığını demişdir. Müşfiq Əliyev ona əvvəllər birgə təmiri ilə məşğul olduqları Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildə rəngsaz işlərinin yekunlaşmadığını, həmin mənzilin giriş qapısının açarının mənzilin sahibi tərəfindən təmir işləri görülməsindən ötrü ona verildiyini, lakin hərbi hissədə işlədiyindən, həmçinin başqa şəxsə məxsus evdə təmir işlərini yekunlaşdırıb qurtarmadığından Zərərçəkmiş şəxs məxsus mənzildə təmir işlərinin özü tərəfindən davam etdirilə bilinmədiyini demiş, həmin mənzildə rəngsaz işlərini görüb qazanc əldə edə və işin qarşılığında ona pul verilənədək ev sahibi Rusiya Federasiyasında olduğundan orada yaşaya biləcəyini təklif etmişdir. O da bununla razılaşmış və həmin tarixdə Zərərçəkmiş şəxs məxsus evə gedib orada yatmışdır. Növbəti gündən başlayaraq həmin mənzildə təmir işlərini görmək istədikdə mənzilin elektrik probleminin olduğu, yəni mənzildə işıq olmadığı ona məlum olmuşdur. Bu barədə o Müşfiq Əliyevə dedikdə o, həmin mənzilə binanın komendantı ilə birlikdə gəlmiş, lakin elektrik problemini həll edə bilməmişdir. Bu səbəblə də, o mənzildəki işləri görməkdən ötrü məcunları qarışdırmaqda çətinlik çəkmiş, əllərindəki damar ağrıları işləməyinə maneə olmuşdur. İşi yekunlaşdırıb təhvil verə bilmədiyindən yemək və digər tələbatlarına pulu olmamışdır. Mənzilin sahibinin Rusiya Federasiyasında olduğunu bildiyindən mənzildəki əşyaları hissə-hissə oğurlayıb sataraq qazanc əldə etmək qərarına gəlmiş və 01 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla həmin mənzildən ümumilikdə 02 ədədi qəhvəyi rəngli, 03 ədəd ağ rəngli olmaqla ümumilikdə 05 ədəd orta hissəsi şüşəli, plastik material qapıları, 02 ədəd iki qatlı şüşələri üzərində olan ağ rəngli plastik pəncərə çərçivəsinin açılıb-bağlanan laylarını, 01 ədəd iki qatlı şüşələri üzərində olan, ağ rəngli, iki laylı plastik pəncərə çərçivəsini, 200 metr uzunluğunda elektrik naqillərini, 200 metr uzunluğunda istilik sisteminin plastik borularını, 06 ədəd elektrik cərəyanının avtomatını, 01 ədəd unitaz, 01 ədəd smesitel, 02 ədəd ikiqatlı pəncərə şüşələrini oğurlayıb Sumqayıt şəhər ərazisində ayrı-ayrı şəxslərə sataraq qazanc əldə etmiş, əldə etdiyi pulu öz təlabatına xərcləmişdir. Həmin mənzildən başqa əşya oğurlamamışdır. O, həmin əşyalardan 01 ədəd üzərində şüşəsi olan plastik qapını, 01 ədəd iki laylı, üzərində şüşəsi olan plastik pəncərə çərçivəsini və 01 ədəd unitazı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Köhnə Şərq bazarı adlanan ərazidə Raci adlı şəxsə ümumilikdə 40 manata satmışdır. Həmin şəxsə ilk əvvəl plastik qapı və pəncərəni 35 manat, daha sonra isə 5 manata unitazı satmışdır. O oğurluq etmək qərarına gəldikdə əşyaları sata biləcəyi yerin olub-olmaması üçün Sumqayıt şəhər ərazisində gəzərkən Köhnə Şərq bazarı adlanan əraziyə getmiş özünü usta kimi təqdim etmiş, işlədiyi mənzilin sahibi tərəfindən işin qarşılığında pul əvəzi köhnə vəziyyətdə olan qapı, pəncərə və digər əşyaların ona verildiyini demiş, istəyən olacağı təqdirdə sata biləcəyini demişdir. Həmin bazarda fəaliyyət göstərən Raci adlı şəxsin işlədiyi yerə getmiş bu barədə ona dedikdə, qapı, pəncərə ondan ala biləcəyini demişdir. O da növbəti gün belində qapı və pəncərəsini daşıyaraq ora gedib həmin qapı və pəncərəni aralarındakı alqı-satqı barədə razılıqdan sonra 35 manata, daha sonraki gün isə 01 ədəd unitazı 5 manata satmışdır. Digər əşyaları Sumqayıt şəhəri, dəniz kənarı ərazilərdə avtomobil yolunun kənarında, həmçinin mənzilin yerləşdiyi yerin yaxınlığında yol kənarında əlvan metal qəbulu ilə məşğul olan şəxslərə satmışdır. Həmin əşyaları ora belində daşıyıb aparmışdır. Bir dəfə isə həmin əlvan metal yığımı ilə məşğul olan şəxsi mənzilin yerləşdiyi binanın qarşısına gətirmiş orada 01 ədəd qapını avtomobilə yükləyib satmışdır. Elektrik naqilləri və istilik sisteminin borularını isə özü ilə həmin mənzilə gətirdiyi bıçaqlarla kəsib, hissələrə ayırıb torbalara yığaraq ayrı-ayrı vaxtlarda həmin ərazidə pərakəndə metal qəbulu ilə məşğul olan şəxslərə satmışdır. Ayrı-ayrı vaxtlarda əşyaları oğurladığından dəqiq olaraq xatırlamasa da, əşyaların satışından Raci adlı şəxsə satdıqları da daxil olmaqla ümumilikdə təxminən 500-600 manat pul əldə etmişdir. Oğurluğu tək özü etmişdir, ona köməklik edən olmamışdır. X7 tərəfindən Zərərçəkmiş şəxs mənzilinin açarı verildikdə niyyəti orada işləmək və işin qarşılığında qazanc əldə edənədək orada yaşamaq olmuşdur, lakin sonra imkansızlıqdan oğurluq etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs Rusiya Federasiyası, Buryatiya Respublikası, Ulan-Ude şəhərində yaşayır. Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, ev 7A, mənzil 51 ünvanı qardaşına məxsusdur. O, həmin mənzili təxminən 5 il əvvəl təmirsiz almış, təxminən 3 il əvvəl isə həmin mənzili təmir etdirməyə başlamışdır. Təmir işlərinin aparmasını Şahid tapşırmışdır. Belə ki, Müşfiq Əliyev həmin mənzili Təqsirləndirilən şəxs ilə birlikdə təmir etmiş və o da bəzi müddətlərdə həmin mənzilə gedib təmir işləri ilə tanış olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs özü də Azərbaycan Respublikasına gələn zaman mənzilin təmiri ilə maraqlanmış, bəzi müddətlərdə avadanlıqları özü almış, Azərbaycan Respublikası ərazisində olmadıqda isə təmir işlərindən əlavə olaraq mənzilə aid avadanlıqların alınmasını və digər işləri də Şahid tapşırmışdır. Təqsirləndirilən şəxs evdə qalıb iş görməsinə icazə vermişdirlər. Evin giriş qapısının açarını da təmir işlərinin görülməsindən ötrü Müşfiq Əliyevə vermişdir. Təmir işlərinin haqqını özü onlara vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ona zəng edərək binanın komendantı ilə son telefon əlaqəsi zamanı ona mənzildən orada işləyən usta tərəfindən bir neçə qapı, pəncərənin götürülməsini gördüyünü dediyini bildirmiş və ondan ona məxsus mənzildən hər hansı bir əşyanın götürülüb-götürülmədiyini soruşmuş, o bu barədə məlumatının olmadığını və Xızı rayonunda olduğundan növbəti gün Sumqayıt şəhərinə gedib, həmin mənzilə baxacağını demişdir. 16 avqust 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanına getdikdə mənzildə qapıların, pəncərənin, naqillərin yerində olmadığını görüb dərhal DİN-nin 102 xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. 102 xidmətinə zəng edib məlumat verdikdən sonra Şahidlə telefon əlaqəsi yaradaraq mənzildən oğurluq olması barədə soruşduqda oğurluqdan xəbərinin olmadığını bildirib Təqsirləndirilən şəxs da təmir işləri görməsini xatırlatmışdır. Bu səbəblə də, o Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərkən mənzildən oğurluğun mənzildə təmir işləri ilə məşğul olan Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişdir. Ərizə ilə müraciət etdikdə mənzildən dəqiq olaraq nələrin oğurlandığını bilmədiyindən təxmini oğurlanan əşyaları demişdir, lakin polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirildikdən və qardaşı ilə telefon əlaqəsindən sonra mənzildən oğurlanmış əşyaları dəqiqləşdirə bilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məxsus mənzildən hər birinin təxmini qiyməti 350 manat, cəmi 700 manat olan Azərbaycan Respublikası istehsalı, 2x0,90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli 02 ədəd qəhvəyi rəngli plastik qapı, hər birinin təxmini qiyməti 230 manat, cəmi 690 manat olan Azərbaycan Respublikası istehsalı, 2x0,90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli 03 ədəd ağ rəngli plastik qapı, hər birinin təxmini qiyməti 60 manat, cəmi 120 manat olan Azərbaycan Respublikası istehsalı, orta hissəsi iki qat şüşəli, plastik pəncərə çərçivələrindən çıxarılmış 0,40x0,90 metr ölçüdə 02 ədəd pəncərə layı, təxmini qiyməti 200 manat olan Azərbaycan Respublikası istehsalı, orta hissəsi ikiqat şüşəli, iki laylı, 1x1,5 metr ölçüdə 01 ədəd plastik pəncərə çərçivəsi, bir metrinin təxmini qiyməti 0,50 manat, cəmi 100 manat olan “Borsan” markalı, en kəsiyi 4,00 mm olmaqla ümumilikdə 200 metr uzunluğunda elektrik naqili, bir metrinin təxmini qiyməti 0,90 manat, cəmi 180 manat olan “Fırat” markal, en kəsiyi 2,5 mm olmaqla ümumilikdə 200 metr uzunluğunda plastik boru, təxmini qiyməti 90 manat olan İran İslam Respublikası istehsalı 01 ədəd unitaz, hər birinin təxmini qiyməti 40 manat, cəmi 80 manat olan Azərbaycan Respublikası istehsalı, 0.40x0,90 metr ölçüdə 02 ədəd pəncərə layının iki qatlı şüşəsi, hər birinin təxmini qiyməti 7 manat, cəmi 42 manat olan Türkiyə Respublikası istehsalı 06 ədəd 1 fazlı elektrik cərəyanı aparatı və təxmini qiyməti 65 manat olan Türkiyə Respublikası istehsalı 01 ədəd smesitel olmaqla ümumilikdə 2267 manat qiymətində əşyalar oğurlanmışdır. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs tərəfindən nümayəndəsi olduğu şəxsə vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid göstərdi ki, evlidir, üç övladı vardır. ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 20 ildir ki, tikinti sahəsində ustalıq fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Mənzil İstismar sahəsində qazanxana operatoru vəzifəsində işləyir. Hərbi hissədə iş fəaliyyəti iki gün iş, iki gün istirahət formasında olduğundan, istirahət günlərində də ustalıq fəaliyyətini davam etdirir. Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, rəngsaz kimi tanımışdır. Bu müddət ərzində usta kimi işlədiyi evlərə fəhləliyə onu çağırmışdır. Belə ki, təxminən üç il əvvəl Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, ev 7A, mənzil 51 ünvanın təmiri ev sahibi tərəfindən ona tapşırılmışdır. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşadığından orada təmir işlərinin görülməsindən ötrü mənzilin giriş qapısının açarını ona vermişdir. Həmin mənzildə Təqsirləndirilən şəxs onunla birlikdə fəhlə kimi işləmişdir. Bu müddət ərzində mənzildə elektrik, santexnik işləri tamamilə görülmüş, hamam otağına və sanitar qovşağa kafel-metlaq vurulmuş, bir otaqdan başqa mənzilin digər otaqlarında malyar işləri görülmüşdür. Təmir işlərinin maliyyəsi Seyran tərəfindən göndərilmiş pulla, həmçinin həmin şəxs bəzi müddətlərdə Azərbaycan Respublikası ərazisinə gəldikdə isə özü tərəfindən təmin olunmuşdur. Karantin dövründə Seyran tərəfindən mənzilin təmiri üçün heç bir pul verilmədiyindən oradakı təmir işləri dayanmışdır. Bu səbəblə də, o mənzilin giriş qapısının açarını Seyranın qardaşı Nümayəndə vermişdir. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs Sumqayıt şəhər ərazisinə gəlmiş, onunla əlaqə saxlamış və mənzildə təmir işlərinin davam etdirilməsini ondan istəmişdir. Mənzilin giriş qapısının açarını da ona həmin zaman Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində, “Bravo” supermarketin yaxınlığında yerləşən Vüsal adlı şəxsə məxsus mənzildə işlədiyi zaman ora gələrək vermişdir. Həmin zaman onlar onunla sözügedən Zərərçəkmiş şəxs məxsus mənzilə getmiş döşəmənin vurulmasından ötrü ölçüləri götürmüşdürlər. Seyran Rusiya Federasiyasına getdikdən sonra da mənzilin giriş qapısının açarını ona tapşırmışdır. Lakin o, həmin zaman başqa bir mənzilin təmiri işləri ilə davam etdiyindən, həmçinin hərbi hissədə işlədiyindən Seyrana məxsus mənzildə heç bir təmir işi görməmişdir. 2022-ci ilin yanvar ayında Seyran onunla istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək əlaqə saxlamış mənzildəki təmirlə maraqlanmışdır. O isə hələ də mənzildə təmir işi görmədiyini demiş, digər yerdəki işlərini qurtardıqdan sonra tez bir zamanda işə başlayacağını bildirmişdir. 2022-ci ilin iyul ayının sonlarında hərbi hissədə işdə olduğu zaman Təqsirləndirilən şəxs onunla istifadəsində olan nömrəyə zəng edib əlaqə saxlayaraq bədənində ağrılar olduğundan heç bir yerdə işləmədiyini, bu səbəblə də kirayədə yaşadığı evdən çıxarıldığını, küçədə yatdığını demişdir. O, hərbi hissədə olduğu, Sumqayıt şəhər ərazisinə qayıdanda onunla əlaqə saxlayacağını demişdir. Onlar təxminən 27 iyul 2022-ci il tarixdə Sumqayıt şəhər ərazisində görüşmüşdürlər. Telefon əlaqəsi zamanı Elşad ona dediklərini təkrar olaraq bir daha bildirdikdən sonra o əvvəllərdə orada işlədiyi Zərərçəkmiş şəxs məxsus mənzilin giriş qapısının açarının onda olduğunu, orada malyar işi görüb qazanc əldə edə biləcəyini, pul əldə edənədək isə yaşadığı heç bir yer olmadığından həmin mənzildə qala biləcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşdıqdan sonra o sözügedən mənzilin giriş qapısının açarını ona vermişdir, bu səbəblə də malyar işini görməkdə çətinlik çəkdiyini demişdir. O, komendantla danışıb mənzilin elektrik problemini təmir işlərinin davam etməsindən ötrü bərpa edilməsini istəmişdir.Bu barədə ev sahibinə məlumat verilmişdir. Həmin şəxs bu məsələ ilə məşğul olacağını demişdir. O, Təqsirləndirilən şəxs həmin mənzilin giriş qapısının açarını verdikdən və Elşad orada işləyərək yaşamağa başladıqdan sonra ev sahibin qardaşı ona zəng edərək oğurluq olması barədə məlumat vermiş, o da Təqsirləndirilən şəxs da təmir işləri gördüyünü bildirmişdir. Bundan sonra, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin mənzildən oğurluq etməsi barədə heç bir məlumatı və iştirakı olmamışdır. İş materiallarına əlavə olunmuş 16 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs məxsus mənzilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus mənzil Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, ev 7A, mənzil 51 ünvanında yerləşir, mənzil natamam təmirli vəziyyətdədir, belə ki, ümumiyyətlə mənzilin daxilində heç bir otağın, o cümlədən sanitar qovşağın qapıları yoxdur. Mənzildən olan 05 ədəd qapı ilə bərabər, 02 ədəd pəncərə layı, 01 ədəd pəncərə çərçivəsi, elektrik naqili, plastik boru, 06 ədəd elektrik cərəyanı aparatı, 01 ədəd unitaz, 01 ədəd smesitel, 02 ədəd pəncərə layının iki qatlı şüşələri oğurlanmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 9/6194 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkillər təqdim edilmiş 8 adda malların orta istisimar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1095,00 manat müəyyən edilir. Qərarda göstərilən 2 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, materialı, texniki göstəriciləri və.s.) olmadığı üçün qiymətləndirilmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası istehsalı, 2x0,90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli 02 ədəd qəhvəyi rəngli plastik qapının hər birinin qiyməti 150 manat, cəmi 300 manat, Azərbaycan Respublikası istehsalı, 2x0,90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli 03 ədəd ağ rəngli plastik qapının hər birinin qiyməti 130 manat, cəmi 390 manat, Azərbaycan Respublikası istehsalı, orta hissəsi iki qat şüşəli, plastik pəncərə çərçivələrindən çıxarılmış 0.40x0,90 metr ölçüdə 02 ədəd pəncərə layının hər birinin qiyməti 35 manat, cəmi 70 manat, Azərbaycan Respublikası istehsalı, orta hissəsi ikiqat şüşəli, iki laylı, 1x1,5 metr ölçüdə 01 ədəd plastik pəncərə çərçivəsinin qiyməti 80 manat, “Borsan” markalı, en kəsiyi 4,00 mm olmaqla ümumilikdə 200 metr uzunluğunda elektrik naqilinin bir metrinin qiyməti 0,40 manat, cəmi 80 manat, “Fırat” markal, en kəsiyi 2,5 mm olmaqla ümumilikdə 200 metr uzunluğunda plastik borunun bir metrinin qiyməti 0.60 manat, cəmi 120 manat, İran İslam Respublikası istehsalı 01 ədəd unitazın qiyməti 30 manat, Azərbaycan Respublikası istehsalı, 0,40x0,90 metr ölçüdə 02 ədəd pəncərə layının iki qatlı şüşənin hər birinin qiyməti 10 manat, cəmi 20 manat olmaqla ümumi dəyəri nəzəri qaydada təxminən 1090,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CMnin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə nəzərə alınmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, iş üzrə maddi sübut qismində tanınan 01 ədəd 2x0,90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli, ağ rəngli, plastik qapı, 01 ədəd orta hissəsi iki qat şüşəli, iki laylı, 1x1,15 metr ölçüdə plastik pəncərə çərçivəsi, 01 ədəd ağ rəngli unitaz saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə verilmiş 01 ədəd 2x0,90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli, ağ rəngli, plastik qapı, 01 ədəd orta hissəsi iki qat şüşəli, iki laylı, 1x1,15 metr ölçüdə plastik pəncərə çərçivəsi, 01 ədəd ağ rəngli unitaz zərərçəkmiş şəxsin sərəncamına verilməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarını icra edərək, 27 oktyabr 2022-ci il tarixli 1663 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə verilmiş 01 ədəd 2x0,90 metr ölçüdə, orta hissəsi iki qat şüşəli, ağ rəngli, plastik qapı, 01 ədəd orta hissəsi iki qat şüşəli, iki laylı, 1x1,15 metr ölçüdə plastik pəncərə çərçivəsi, 01 ədəd ağ rəngli unitaz onun sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-114/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-114/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver