Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-114/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında xx.xx.1959-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 1nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 09 (doqquz) ədəd bükümdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 290,0 qram, 0,36 qram, 0,53 qram, 0,54 qram, 0,45 qram, 0,43 qram, 0,25 qram, 0,44 qram, 0,22 qram, ümumi təmiz çəkisi 293,22 qram bitki mənşəli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 06 oktyabr 2023-cü il tarixdə saat 12:10 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı ünvan 2 ünvanında yerləşən kafenin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, üzərində aparılan şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sol iç cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 290,0 qram narkotik vasitə qurudulmuş marixuana və əynində olan gödəkcəsinin sol yan cibindən 08 (səkkiz) ədəd bükümdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,36 qram, 0,53 qram, 0,54 qram, 0,45 qram, 0,43 qram, 0,25 qram, 0,44 qram, 0,22 qram, ümumi təmiz çəkisi 3,22 qram kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5nda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Təxminən 10-15 gün bundan qabaq bədənində ağrılar olduğundan narkotik vasitə qurudulmuş marixuana almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 10-15 gün qabaq yaşadığı qəsəbədə tanımadığı şəxsdən 30 manat dəyərində qurudulmuş marixuana almış və həmin narkotik vasitəni gizlətmişdir. 06 oktyabr 2023-cü il tarixdə həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Qeyd olunan tarixdə yəni, 06 oktyabr 2023-cü il tarixdə saat təxminən 12-13 radələrində ünvan 2 ünvanında yerləşən kafenin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində 03 (üç) büküm qurudulmuş marixuana olmuşdur. Digər bükümləri Polis İdarəsində onun üzərinə qoyulduğunu bildirdi. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5nda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Təxminən 10-15 gün bundan qabaq bədənində ağrılar olduğundan narkotik vasitə qurudulmuş marixuana almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 10-15 gün qabaq yaşadığı qəsəbədə tanımadığı şəxsdən 200 (iki yüz) manat dəyərində qurudulmuş marixuana almış və həmin narkotik vasitəni gizlətmişdir. 06 oktyabr 2023-cü il tarixdə həmin narkotik vasitəni götürüb istifadə etməsi üçün üzərində saxlamışdır. Qeyd olunan tarixdə yəni, 06 oktyabr 2023-cü il tarixdə saat təxminən 12:10 radələrində ünvan 2 ünvanında yerləşən kafenin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki gödəkcəsinin sol iç cibindən özünə məxsus bağlamanı təqdim etmişdir. Həmin bağlama açılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərərk götürülmüşdür. Bundan başqa üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin sol yan cibindən 08 (səkkiz) ədəd büküm içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən 09 (doqquz) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanadan başqa cinayət xarakterli heç nə aşkar edilməmişdir. Həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddələr narkotik vasitə qurudulmuş marixuanadır, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkili, polis baş leytenantıdır. 06 okytabr 2023cü il tarixdə xx.xx.1959-cu ildə Naxçıvan Muxtar Respublikası, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 5nda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİnin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı idarə rəhbərliyinə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşı, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 da iştirak etmişdir. 06 okyabr 2023-cü il tarixdə saat 12:10 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən kafenin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan gödəkcəsinin sol iç cibində saxlamış olduğu 01 (bir) ədəd bağlama təqdim etmiş, həmin bağlama açılmış və içərisində yaşıl rəngli qurudulmuş spesifik iyə malik narkotik vasitə olan “qurudulmuş marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs əynindəki həmin gödəkcənin sol yan cibindən 08 (səkkiz) ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlərə də baxış keçirilərkən 08 (səkkiz) ədəd bükümlərin içərisində yaşıl rəngli qurudulmuş spesifik iyə malik narkotik vasitə olan “qurudulmuş marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş bitki kütləsinin “qurudulmuş marixuana” olduğunu, həmin bitki kütləsini və bükümləri polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 10-15 gün qabaq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 (iki yüz) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd sellofan bağlamadakı maddə tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd sellofan bağlamada və 08 (səkkiz) ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı heç bir vəsatət və ya şikayət daxil olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs də özü əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxlamış olduğu 01 (bir) ədəd üzərində «Elmar Market» sözləri yazılmış sarı rəngli sellofan bağlamanı təqdim etmiş, həmin bağlama açılan zaman içərisində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan «qurudulmuş marixuana» ya bənzər olan bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxst oğlunun əynindəki həmin gödəkcənin sol yan cibindən 08 (səkkiz) ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlərə də baxış zamanı bükümlərin içində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan «qurudulmuş marixuana» ya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin «qurudulmuş marixuana» olduğunu, həmin bitki kütləsini və bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 (iki yüz) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sarı rəngli bağlamadakı kütlə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofanla birlikdə çəkisinin 0,290 kq olduğu, 08 (səkkiz) ədəd bükümdələrdəki maddələrin kağız bükümlərlə birlikdə çəkisinin 4,64 qram olması müəyyən edilmiş və aşkar olunmuş maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd «Samsung» markalı mobil götürülmüşdür. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 07 oktyabr 2023-cü il tarixli, 7/1380 nömrəli rəyinə əsasən təhqiqata təqdim edilmiş üzərində; “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 (bir) ədəd...” sözləri yazılmış kağız paketdə bir ədəd skoçla bağlanmış sarı rəngli sellofanda təmiz çəkisi 290,0 qram və üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 8 (səkkiz)...” sözləri yazılmış zərfdə 08 (səkkiz) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1)0,36qram, 2)0,53qram, 3)0,54qram, 4)0,45qram, 5)0,43qram, 6)0,25qram, 7)0,44qram və 8)0,22qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 293,22 qramdır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd zərfdə olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 293,22 qram, tədqiqata sərf edildi - 0,27 qram (hər 1-9 №-li obyektdən 0,03 qram götürüldü), qalıq - 292,95 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 11 oktyabr 2023-cü il tarixli, 6444 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 293,22 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 292,95 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən 06 oktyabr 2023cü il tarixdə saat 12:10 radələrində ünvan 2 ünvanında yerləşən kafenin qarşısında olan zaman narkotik vasitə üzərində gəzdirməkdə, istifadəsində və satışı ilə məşğul olmasında şübhəli bilindiyi üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və idarədə olan xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən əynindəki qara gödəkcəsinin sol iç cibindən 01 (bir) ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 290,0 qram və əynində olan gödəkcəsinin sol yan cibindən 08 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 3,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, lakin onun narkotik vasitələri satdığı və ya satacağı şəxslərin əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bağlamada və 08 (səkkiz) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı kimdən və nə vaxt əldə etməsini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 78/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamşdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixədək cəzasından 07 (yeddi) ay 06 (altı) gününü çəkmiş və çəkilməmiş cəzası 02 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün təşkil edir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərək özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır, onun əməli şahid ifadələri və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur, o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 02 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 293,22 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 292,95 qram qurudulmuş marixuana məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 89,00 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 02 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 292,95 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 89,00 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-114/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-114/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver