Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-115/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 iştirakları ilə xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Krasnoyarsk vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu, Bədirqala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldatmaqla sonuncuya Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət mərkəzinin yaxınlığında və Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Yasamal” parkının yanında köşk açıb işlətməsinə köməklik göstərəcəyi barədə yalan vədlər verib inandıraraq 2019-cu ilin avqust ayında Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V nömrəli binanın qarşısında həmin dövrə manatla məzənnəsi 3060 (üç min altmış) manat təşkil edən 1800 (min səkkiz yüz) ABŞ dollarını ələ keçirmiş, daha sonra 2019-cu ilin dekabr ayında ələ keçirdiyi puldan 1800 (min səkkiz yüz) manatını geri qaytarsa da, qalan (min iki yüz altmış) 1260 manatı geri qaytarmayaraq və işin həlli üçün heç bir tədbir görməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə (min iki yüz altmış) 1260 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla sonuncunun qardaşı X5 “Socar” şirkətinə ixtisaslı kadr kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq 2019-cu ilin oktyabr ayında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən, “Karvan” Ticarət mərkəzindəki Zərərçəkmiş şəxs1 məxsus mağazada 3000 ( üç min) manat pulunu ələ keçirib daha sonra aldığı pulu geri qaytarmayaraq və işin həlli üçün heç bir tədbir görməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla sonuncunun əmisi qızı Qasımova Elsanəni “Dost” xidmətinə işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə 2019-cu ilin oktyabr ayının ortalarında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində 2000 ( iki min) manat, 2019-cu ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən, “Karvan” Ticarət mərkəzindəki Zərərçəkmiş şəxs1 məxsus mağazada 1800 ( bir min səkkiz yüz) manat pulunu ələ keçirib daha sonra aldığı pulu geri qaytarmayaraq və işin həlli üçün heç bir tədbir görməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla sonuncunun bibisi oğlu X2 “Reklam” agentliyinə monitorinq və nəzarət şöbəsinə işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə 2019-cu ilin oktyabr ayının ortalarında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən, “Karvan” Ticarət mərkəzindəki Zərərçəkmiş şəxs1 məxsus mağazada 3000 ( üç min) manat, 2019-cu ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən, “Karvan” Ticarət mərkəzindəki Zərərçəkmiş şəxs1 məxsus mağazada 2000 ( iki min) manat pulunu ələ keçirib daha sonra aldığı pulu geri qaytarmayaraq və işin həlli üçün heç bir tədbir görməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla sonuncunun tanışı Elvin adlı şəxsi Bakı şəhəri, İcra Hakimiyyətinə tikinti şöbəsinə mühəndis kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq 2019-cu ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən, “Karvan” Ticarət mərkəzindəki Zərərçəkmiş şəxs1 məxsus mağazada 2000 (iki min) manat pulunu ələ keçirib daha sonra aldığı pulu geri qaytarmayaraq və işin həlli üçün heç bir tədbir görməyərək dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunmamışdan əvvəl Qusar rayonu, Bədirqala kəndində ailəsi ilə birlikdə yaşamışdır. Əvvəllər Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə məhkumluğu olmuşdur. Onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə münasibəti normal olmuşdur. Belə ki, o, 2019-cu ilin ortalarından Nizaminin yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayonda kirayə yaşamışdır. Nizami də onunla eyni blokda yaşamışdır. Sonralar onunla münasibəti yaranmış, Pərviz də Nizami ilə dost olduğu üçün onu da tanımışdır. Heç bir yerdə işləməmişdir. İşsiz qaldığı üçün pula ehtiyacı olmuşdur. Onun başqa şəxslərə borcu olmuş və Pərviz və Nizami adlı tanışlarından borc almaq qərarına gəlmiş, hesab etmişdir ki, onlardan aldığı borcla digər şəxslərin borcunu qaytarar. O, Pərviz və Nizami adlı şəxslərə əlaqələrinin geniş olduğunu, lazımi işlər görə biləcəyini və lazım olarsa əlaqələri vasitəsi ilə işə adam düzəldə biləcəyini və lazım olarsa nə iş desələr düzəldə biləcəyini bildirmişdir. O, Pərviz və Nizami ilə münasibətini yaxşılaşdırdıqdan sonra onların hər ikisindən borc pul almış, həmin pulların bir hissəsini borclarına, qalanlarını isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. X4 pulunu tələb etdikdə, Nizaminin onunla əvvəllər söhbət əsnasında köşk qoymaq istəmələri yadına düşmüş və ona söz vermişdir ki, ona borclu olduğu məblləğin əvəzində onun üçün köşk qoymasını təşkil edəcəkdir. Pərviz isə ondan borcunu tələb etdikdə onun əvvəllər Pərvizə qardaşını işə düzəltmək istədiyini dediyini xatırlamış və o, Pərvizə borclu olduğu pulun əvəzində qardaşını “Socar” şirkətində işə düzəldə biləcəyini demişdir. Pərvizdən inandırıcı olsun deyə qardaşına məxsus sənədlərin, diplomun surətini, CV-ni də istəyərək götürmüş və işin təxminən 2 aya alınacağını demişdir. Bundan sonra onun yenə pula ehtiyacı yarandığı üçün o, Pərvizə “Dost” deyilən mərkəz yaradıldığını, oraya işçilər götürüldüyünü demiş, Pərviz isə ona Elsanə adlı qohumunu həmin yerə işə düzəltmək istədiyini və buna görə hörmət də edəcəyini demişdir. Pərvizlə 7000 manata razılaşmış və Pərviz ona əvvəlcə 2000 manat pul verməli idi. Pərvizdən 2019-cu ilin oktyabr ayında 1-ci mikrorayon ərazisində 2000 manat pul və Elsanənin sənədlərini, CV-ni də almış, Elsanənin də işinin 2 aya hazır olacağını demişdir. Daha sonra Pərviz də, Nizami də həmin ərəfədə ona tam inanmışlar. Sonra Pərviz ona əmisinin oğlu Elgünü və tanışı Elvini də işə düzəltməsini və buna görə hörmət də edəcəyini demişdir. O, da Elgünü Reklam şirkətinə monitorinq və nəzarət şöbəsinə, Elvini isə Bakı şəhəri İcra hakimiyyətinə tikinti şöbəsinə düzəldəcəyini demişdir. O, Elgünə görə 15000 manat, ilkin olaraq 3000 manat, Elvinə görə isə 25000 manat, ilkin olaraq isə 2000 manat pul alacağını demiş, həmin pulları da 2019-cu ilin oktyabr ayında Pərvizin işlədiyi “Karvan” ticarət mərkəzində almış, həmiçinin də onların da sənədlərini, CV-ni götürmüşdür. Həmin ərəfədə ondan Elgünə görə əlavə olaraq 2000 manat, Elsanəyə görə də 1800 manat pul almışdır. Tez-tez ondan işin nə yerdə qaldığını soruşulmuş, o, da hələ vaxt olduğunu, alınacağını deyib aldatmışdır. Lakin 2-3 ay tamam olduqdan sonra onlar yenidən işin nə yerdə qaldığını soruşmuş, o, hər dəfə bir bəhanə göstərmiş, sonra Nizami ona işin lazım olmadığını, pulu qaytarmasını demiş, Nizami onu məcbur etdiyindən Nizamiyə 1800 manat pulu qaytarmışdır. Sonra Pərviz də ona pullarını qaytarmasını demiş, o, da çıxış yolu qalmadığından 1-ci mikrorayondan köçmüşdür. Daha sonra onlar mütəmadi olaraq zəng etmiş, o, da hər dəfə bir bəhanə göstərirmiş, X8nin ondan şikayət etdiklərini eşitmişdir. O, Pərvizə ümumilikdə 13800 manat, Nizamiyə isə 1200 manat pul verməli olmuşdur. Sonradan onlar şikayət etdikərinə görə və əlacı qalmadığından həmin pulların əvəzindən onlara özünə məxsus Qusar rayonunda yerləşən torpağı vermişdir. Ondan sonra da onların şikayətlərini geri götürdüklərini eşitdişdir. O, əldə etdiyi puldan heç kimə verməmiş, pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, pulu alarkən həmin puldan kiməsə verəcəyi barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs hazırda Zərərçəkmiş şəxs1 vurmuş olduğu maddi zərəri tam olaraq ödəməsini, digər Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi zərərdən 1800 manatını ödəməsini, yerdə qalan 1200 manatı ödəməyə maddi imkanının olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Qusar rayonu, Bədirqala kəndində ailəmlə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkumluğu olmuşdur. Heç bir yerdə işləmir, fərdi işlə məşğul olur. Bir müddət işsiz qalmış və işsiz qaldığı üçün dələduzluq etmək qərarına gəlmişdir. Onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə münasibəti olmuşdur. Belə ki,o, 2019-cu ilin ortalarından Nizaminin yaşadığı Sumqayıt şəhəri, 1-ci mkrda kirayə yaşamışdır. Nizami də onunla eyni blokda yaşamışdır. Sonralar onunla münasibəti yaranmış, Pərviz də Nizami ilə dost olduğu üçün onu da tanımışdır. Hər ikisinin də imkanı olduğunu bilmiş, o, da özünü onlara əlaqələrinin geniş olması kimi göstərmişdir. Onlar da bir iki dəfə ünsiyyət zamanı əlaqələri vasitəsilə iş düzəltməsini demişlər. Borcları olduğu üçün onlardan iş düzəltmək adı ilə pul alıb, borclarını verib, sonra bir müddət vaxt qazanıb, onlardan aldığı pulu qaytararaq işin alınmadığını deməyi fikirləşmişdir. Çünki o, borclarını təcili qaytarmalı olmuşdur. Onun də həmin pulları qaytarmağa imkanı olmamışdır. Ona görə də həmin planı etmək məcburiyyətində qalmışdır. Nizami həmin ərəfələrdə ünsiyyət zamanı ona köşk qoyulmasını istədiyini demiş, o, köşkün birini Lökbatanda, digərini isə Yasamal rayonunda yerləşən “Azərsu” nun qarşısında qoymağı demişdir. Nizamiyə maraqlanıb deyəcəyini demiş və sonrakı görüşdə ona alındıra biləcəyini, lakin çox pul istədiklərini, hər köşkə görə 10000 (on min) manat pul istədiklərini, ümumilikdə 20000 (iyirmi min) manat pul edəcəyini, iki köşkə görə əvvəlcədən 6000 manat pul verməli olduğunu demişdir. Nizami isə ona 3000 manat verə biləcəyini demişdir. Onunla razılaşmış, 2019-cu ilin avqust ayında Nizami yaşadıqları Sumqayıt şəhəri, 1-ci mkr da ona 1800 ABŞ doları pul vermişdir. Nizamiyə işin 3 aya həll olunacağını demişdir. Sonra onlarla görüş zamanı Pərviz ünsiyyət zamanı ona qardaşını işə düzəltmək istədiyini demişdir. O, Pərvizə qardaşını “Socar” işə düzəldə biləcəyini demişdir. Onlar 5000 manata razılaşmış, Pərviz ona əvvəlcə 3000 manat, iş hazır olduqdan sonra isə 2000 manat verməli idi. Pərviz onunla razılaşmış və 2019-cu ilin oktyabr ayının əvvəlində o, Pərvizdən işlədiyi Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzində 3000 manat pul almışdır. Pərvizdən inandırıcı olsun deyə qardaşına məxsus sənədlərin, diplomun surətini, CV-ni də istəyərək götürmüş və işin təxminən 2 aya alınacağını demişdir. Həmin ərəfələrdə o, Pərvizə “Dost” deyilən mərkəz yaradıldığını, oraya işçilər götürüldüyünü demiş, Pərviz Elsanə adlı qohumunu düzəltmək istədiyini demişdir. Pərvizlə 7000 manata razılaşmış və Pərviz başda ona 2000 manat pul verməli idi. Pərvizdən 2019-cu ilin oktyabr ayında 1-ci mkr ərazisində 2000 manat pul və Elsanənin sənədlərini, CV-ni də almış, Elsanənin də işinin 2 aya hazır olacağını demişdir. Beləliklə 2 ay vaxt qazanmışdır. Daha sonra Pərviz də, Nizami də həmin ərəfədə ona tam inanmışlar. Sonra Pərviz ona əmisinin oğlu Elgünü və tanışı Elvini də işə düzəltməsini demişdir. O, da Elgünü Reklam şirkətinə monitorinq və nəzarət şöbəsinə, Elvini isə Bakı şəhəri İcra hakimiyyətinə tikinti şöbəsinə düzəldəcəyimi demişdir. O, Elgünə görə 15000 manat, ilkin olaraq 3000 manat, Elvinə görə isə 25000 manat, ilkin olaraq isə 2000 manat pul alacağını demiş, həmin pulları da 2019-cu ilin oktyabr ayında Pərvizin işlədiyi “Karvan” ticarət mərkəzində almış, həmiçinin də onların da sənədlərini, CV-ni götürmüşdür. Həmin ərəfədə ondan Elgünə görə əlavə olaraq 2000 manat, Elsanəyə görə də 1800 manat pul almışdır. Tez-tez ondan işin nə yerdə qaldığını soruşmuş, o, da onlara hələ vaxt olduğunu, alınacağını deyib aldatmışdır. Lakin 2-3 ay tamam olduqdan sonra onlar yenidən işin nə yerdə qaldığını soruşmuş, o, onlara hər dəfə bir bəhanə göstərmiş, sonra Nizami ona işin lazım olmadığını, pulu qaytamasını demiş, Nizami onu məcbur etdiyindən Nizamiyə 1800 manat pulu qaytarmışdır. Sonra Pərviz də ona pullarını qaytarmasını demiş, o, da çıxış yolu qalmadığından 1-ci mkrdan köçmüşdür. Daha sonra onlar mütəmadi olaraq zəng etmiş, o, da hər dəfə bir bəhanə göstərirmiş, X8nin ondan şikayət etdiklərini eşitmişdir. O, Pərvizə ümumilikdə 13800 manat, Nizamiyə isə 1200 manat pul verməli olmuşdur. Sonradan onlar şikayət etdikərinə görə və əlacı qalmadığından həmin pulların əvəzindən onlara özünə məxsus Qusar rayonunda yerləşən torpağı vermişdir. Ondan sonra da onların şikayət geri götürdüklərini eşitdmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 19-da ailəsi ilə birlikdə kirayə yaşayır. Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayından yaşadığı binada kirayə yaşayan şəxs kimi tanımışdır. Belə ki, o, da yaşadığı binada, eyni blokda birinci mərtəbədə kirayə yaşamışdır. Həsənlə qonşu kimi münasibəti olmuş, hərdən axşamlar məhəllədə gördükdə bir-biri ilə söhbət etmiş, hal-əhval tutmuşlar. Onunla münasibəti get-gedə daha da yaxşılaşmışdır. Həmin vaxtı Həsən ona adını demədiyi bir vəzifəli şəxsin sürücüsü işlədiyini demişdir. O, bir neçə dəfə ondan həmin şəxsin kim olduğunu soruşsa da Həsən bu barədə heç nə deməmişdir. Onunla söhbət əsnasında həmişə əlaqələrinin geniş olduğunu demişdir. Bir gün onunla söhbət əsnasında Həsən ondan hazırki işindən başqa hər hansı işlə məşğul olub-olmadığını soruşmuş, o, hazırda məşğul olmadığını, lakin fikrinin olduğunu demişdir. Həsən də ona fikri dəqiq olduqda hər hansı işi görməkdə kömək edə biləcəyini demişdir. Həsəndən nədə kömək edə biləcəyini soruşduqda, Həsən ona hər hansı sənədin alınmasında, yerin alınmasında, işə adam düzəldilməsində kömək edə biləcəyini demişdir. Həsənin həyat tərzindən onun sözlərinə inanmış, çünki o, həmişə sanballı geyinmiş, danışmışdır. Bir gün öz işindən başqa bir–iki köşk də açıb işlətməyi fikirləşmiş, həmdə əlində pul olduğu üçün onu hər hansı işə yatırmaq istəmişdir. Elə həmin vaxt fikirləşmişdir ki, Həsən ona kömək edə bilər. Çünki Həsən hər dəfə görüşlərində ona hər hansı işin düzəldilməsində kömək edə biləcəyini demişdir. Onunla görüşlərin birində dostu Zərərçəkmiş şəxs1 da aparıb onunla tanış etmişdir. Pərviz də, o, da Həsənin sözlərinə inanmışlar. Görüşlərin birində ona köşk barəsində demiş, Həsən dərhal ona problem olmadığını, kömək edə biləcəyini bildirmişdir. Həsənə iki yerdə köşk açmaq istədiyini və buna görə hörmət də edəcəyini demiş, Həsən ondan harada açmaq istədiyini soruşmuş, Həsənə köşkün birini Baklı şəhəri, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında, digərini isə Bakı şəhəri, Yasamal rayonu, Yasamal parkının yanında yerləşən” Azərsu”nun inzibati binasının yaxınlığında açmaq istədiyini demişdir. Həsən ona bir-iki günə maraqlanıb deyəcəyini demiş, bir-iki gündən sonra Həsənlə görüşəndə Həsən, maraqlandığını, çox pul istədiklərini, lakin ona görə hər köşkə 10000 (on min) manat pul, ümumilikdə isə 20000 (iyirmi min) manat pul alacağını demiş və 3 aya hazır olacağını bildirmişdir. Həsənə tamamilə inanmış, əvvəlcədən iki köşkə görə 6000 (altı min) manat beh verməsini demiş, o, isə ona qabaqcadan 3000 (üç min) manat beh verəcəyini, iş də hazır olduqda dərhal qalan pulu verəcəyini demişdir. Həsən onunla razılaşmışdır. 2019-cu ilin avqust ayının axırlarında o, dostu Pərvizlə yaşadığı blokun qarşısında dayanaraq söhbət etmiş, həmin vaxt Həsən də evinə gəlmiş və onunla Pərvizi blokun qarşısında gördükdə artıq həmin behi vermək lazım olduğunu demişdir. O, Həsənə problem olmadığını deyərək, həmin dəqiqə yaşadığı evə pulu gətirmək üçün çıxmış, Həsən isə Pərvizlə aşağıda gözləmişdir. O, bir neçə dəqiqədən sonra evdən 1800 (min səkkiz yüz) ABŞ dolları pul götürərək aşağıya düşmüş, evdə onun pulu dollarla olduğu üçün Həsənə də pulu dollarla vermişdir ki, özü manata dəyişər. Həsən problem olmadığını demiş və ondan 1800 (min səkkiz yüz) ABŞ dolları pulu götürmüş və Pərvizin yanında bir daha ona işin 3 aya həll olunacağını demişdir. Həsənə iş hazır olduqda qalan pulu da verəcəyini demişdir. Ondan sonra Həsənlə yenə də müəyyən vaxtdan bir görüşmüş və Həsən işin getdiyini, narahat olmamağını demişdir. O, 3 ayı gözləmişdir. Həsən onunla da, dostu Pərvizlə də tam inandırıcı danışmışdır. Daha sonra yenə də görüşdükləri zaman Həsən, Pərvizə də, ona da müəyyən işlər olduğunu, oraya kimisə düzəldə biləcəyini demiş, qohumlardan kim istəsə ona demələrini, düzəldə biləcəyini bildirmişdir. O, istəmədiyindən, lakin Pərvizin qohumlarından işsiz olduğundan Pərviz də onunla razılaşaraq bir neçə qohumunu işə düzəltmək lazım olduğunu demişdir. Həsən də qətiyyən problem olmadığını, onun da işini həll etmək üzrə olduğunu demişdir. O, 3 ay tamam olmadığına görə ona heç nə deməyərək sakit dayanmış və hələ də tam inanmışdır. Pərviz də əvvəlcə ona qardaşının işə düzəldilməsini xahiş etmiş, hörmət də edəcəyini bildirmiş, Həsən Pərvizin qardaşını “Socar”a işə düzəldəcəyini demişdir. Həsən, ondan başqa Pərvizin bir neçə başqa qohumunu da işə düzəltmək üçün Pərvizlə razılaşmışdır. Həsən bütün işlər üçün Pərvizə məbləğlər demiş və hər biri üçün də müəyyən məbləğin qabaqcadan ödənməsini bildirmişdir. Pərviz də müəyyən vaxt aralığı ilə ona pulları vermişdir. Pərviz Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində mağaza işlətdiyindən pulların çoxunu Həsənə orada görüşərək vermişdir. O, da demək olar ki bütün görüşlərdə orda olmuşdur. Çünki o, Pərvizlə çox yaxın olduğundan və Pərviz Həsəni ona görə tanıdığından demək olar ki, həmişə bir yerdə görüşmüşlər. O, 3 ay tamam olduqdan sonra işlə bağlı Həsəndən soruşduqda Həsən onun bir az da gözləməsini qısa müddətdə hazır olacağını demiş, həmin vaxtlarda Pərvizin də işindən xəbər çıxmamışdır. O, müəyyən müddətdə gözlədikdən sonra Həsənə işin lazım olmadığını, pulunu qaytarmasını demişdir. Həsən də hər dəfə müəyyən bəhanələr göstərmişdir. Daha sonra onunla çox mübahisədən sonra Həsən ona 2019-cu ilin təxminən dekabr ayında 1800 manat pulunu qaytamışdır. Lakin qalan 1200 manatı da hər dəfə müəyyən bəhanələr göstərərək qaytarmamışdır. Həmin ərəfədə Pərviz də işlərin alınmadığını görüb o da pulunu geri istəməyə başlamışdır. Həsən Pərvizdən də 13800 (on üç min səkkiz yüz) manat pul almışdır. Həsən həmin müddətdə hələ də onun qonşuluğunda yaşamışdır. Həsən, təxminən 2020-ci ilin yanvar ayından onun qonşuluğundan köçmüşdür. O, da Pərviz də yenə onun işlətdiyi mobil nömrələrə zəng edərək pullarını istəmişlər, Həsən, adətən onlarla görüşlərə gəlməmiş və telefonla danışmış, telefonla danışdıqları müddətdə də onlara müəyyən bəhanələr göstərərək pullarını qaytarmamışdır. Artıq Həsənin onlara qarşı dələduzluq etdiyini anlamış, çünki Həsən onların işi ilə bağlı heç bir hərəkət etməmiş, yəni onlara dediyi bütün sözlər yalnız onları inandırmaq üçün olmuş və pulları alandan sonra da yoxa çıxmışdır. Ona görə də məcbur olub ondan polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən həqiqətən də ona 1800 manat pulun qaytarıldığını, lakin o, təqsirləndirilən şəxsin anasını xahişi ilə notariat kontorunda pulun hamısının qaytarıldığı barədə ərizə yazdığını, əslində isə təqsirləndirilən şəxsin hələ də ona 1200 manat pulu qaytarmadığını göstərərək Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 18/14-də ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından dostu Nizamiyə görə tanımışdır. Həsən Nizami ilə qonşu idi. Onunla münasibəti normal olmuş, müəyyən vaxtdan bir onunla görüşmüş, hardasa oturmuşlar. Həsən müəyyən vaxtdan sonra Nizamiyə köşk açmasında kömək edəcəyini bildirib və Nizamidən 1800 ABŞ dolları pul almışdır. Nizami pulu onun yanında yaşadığı blokda Həsənə vermişdir. Həsən Nizamiyə 3 aya işi həll edəcəyini bildirmişdir. Nizami də, o, da Həsənə tam inanmışlar. Həmin vaxtı Həsən onlara adını demədiyi bir vəzifəli şəxsin sürücüsü işlədiyini demişdir. Bir neçə dəfə ondan həmin şəxsin kim olduğunu soruşsalar da Həsən bu barədə heç nə deməmişdir. Həsən onlarla söhbət əsnasında həmişə əlaqələrinin geniş olduğunu demişdir. Bir gün onunla söhbət əsnasında Həsən onlara müəyyən işlər olduğunu, oraya kimisə düzəldə biləcəyini demiş, qohumlardan kim istəsə ona demələrini, düzəldə biləcəyini bildirmişdir. Nizami istəmədiyindən, lakin onun qohumlarından işsiz olduğundan Həsənlə razılaşaraq bir neçə qohumunu işə düzəltmək lazım olduğunu demişdir. Həsən də qətiyyən problem olmadığını demişdir. Həsəndən əvvəlcə qardaşı X5 işə düzəltməsini xahiş etmiş və buna görə hörmət də edəcəyini demişdir. Həsən qardaşını “Socar”a ixtisaslı kadr kimi düzəldəcəyinə söz vermiş və ümumi işə 5000 manat pul alacağını demişdir. Həsənlə razılaşmış və Həsən, əvvəlcə həmin işlə bağlı 3000 manat ödəməli olduğunu, iş hazır olduqdan sonra isə qalan 2000 manat ödəməli olduğunu demişdir. Həsənlə razılaşmışdır. O, 2019-cu ilin oktyabr ayının əvvəllərində işlədiyi “Karvan” ticarət mərkəzində Nizaminin yanında Həsənə 3000 manat pul vermişdir. Həsən qardaşı ilə bağlı “CV” və diplomunun surətini də istəmiş və işin 2 ay çəkəcəyini bildirmişdir. Elə həmin ərəfələrdə Həsən ona yenicə ”Dost” deyilən xidmət yaradıldığını, oraya işçilər götürüldüyünü demiş və belə fürsəti qaçırmamaq olduğunu bildirmişdir. O, Bakı şəhərində yaşayan əmisi qızı Elşanəni oraya uyğun bilib Həsəndən onu ora düzəltməsini xahiş etmiş və buna görə hörmət də edəcəyini, yəni pul da verəcəyini demişdir. Həsən işin qarşılığında ona 7000 manat pul demiş və ilkin olaraq 2000 manat pul istəmişdir. Həsənə 2019-cu ilin oktyabr ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində dostu Nizaminin iştirakı ilə 2000 manat pul və Elşanənin “CV” ni vermişdir. Həsən onun da işinin 2 aya düzələcəyini bildirmişdir. Həmin vaxt o, da, Nizami də Həsənə tam inanmışlar. Bundan başqa Həsənə bibisi oğlu X2 və Elvin adlı tanışını da münasib işə düzəltməsini xahiş etmiş və buna görə də hörmət, yəni pul verəcəyini demişdir. Həsən onlara da razılıq vermiş, belə ki, Elgünü “Reklam” agentliyinə monitorinq və nəzarət şöbəsinə, Elvini isə Bakı şəhəri İcra hakimiyyətində tikinti şöbəsinə mühəndis işinə düzəldəcəyini demişdir. Həsən, Elgünə görə 15000 manat pul alacağını, ilkin olaraq isə 3000 manat pul, Elvini isə 25000 manat pula düzəldəcəyini, ilkin olaraq 2000 manat alacağını demişdir. O, ardıcıl olaraq 2-3 gün ara məsafəsi ilə Həsənə işlədiyi maqazində Nizaminin iştirakı ilə Elgünə görə 3000 manat pul, bir neçə gün sonra isə Elvinə görə 2000 manat pul vermişdir. Həsən hamının işinin 2-3 aya düzəldəcəyini demişdir. Həsən, daha sonra Elgünə və Elsanəyə görə verilən ilkin pulun az olduğunu əlavə olaraq Elgünə görə 2000 manat, Elsanəyə görə də 1800 manat pul istəmişdir. O, həmin pulları da Nizaminin iştirakı ilə mağazada vermişdir. O, Nizami ilə yaxın dost olduğundan bütün işlərdə bir yerdə olmuşlar. Ondan sonra Nizamiyə verilən müddət tamam olmuş və Nizami ondan işin nə yerdə olduğunu soruşduqda Həsən hər dəfə bir bəhanə göstərmişdir. Nizami sonradan ona köşkün lazım olmadığını, pulu qaytarmasını demiş, uzun mübahisədən sonra o, Nizamiyə 1800 manat pul vemişdir. Sonra Nizami ona işlərin alınmağına inanmadığını deyərək onun da pulunu istəməsini demişdir. Sonra o, da Həsəndən pulunu istəmiş, Həsən həmin müddətdə hələ də Nizaminin qonşuluğunda yaşamışdır. Həsən təxminən 2020-ci ilin yanvar ayından Nizaminin qonşuluğundan köçmüşdür. O, da, Nizami də yenə onun işlətdiyi mobil nömrələrə zəng edərək pullarını istəmiş, Həsən, adətən onlarla görüşlərə gəlməmiş və telefonla danışmış, telefonla danışdıqları müddətdə də onlara müəyyən bəhanələr gətirib pullarını qaytarmamışdır. Artıq Həsənin onlara qarşı dələduzluq etdiyini anlamış, çünki Həsən onların işi ilə bağlı heç bir hərəkət etməmiş, yəni onlara dediyi bütün sözlər yalnız onları inandırmaq üçün olmuş və pulları alandan sonra da yoxa çıxmışdır. Ona görə də məcbur olub ondan polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 13800 manat maddi ziyanın əvəzi olaraq təqsirləndirilən şəxsin və onun ailə üzvlərinin razılığı ilə Qusar rayonu, Bədirqala kəndində yerləşən 27 sot torpaq sahəsini ona baş etibarnamə ilə verilməsini, o, da həmin torpaq sahəsini başqa şəxsə sataraq vurulmuş zərərinin əvəzini əldə etməsini, bu səbəbdən də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4, 32.4 və 312-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı pulun bir hissəsini borc alıdığını bildirməsi özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq məqsədi ilə belə bir ifadə verməsini göstərir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Qusar Rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə dələduzluq cinayətlərini 2019-cu ilin avqust və 2019-cu ilin oktyabr aylarında törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə dələduzluq cinayətlərini Qusar Rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş sınaq müddətinin başa çatmadığı müddətdə törətmişdir. CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Odur ki, təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsi tərəfindən təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, Qusar rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 06.11.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və hökm qanuni qüvvəyə mindikdən sonra yenidən Həmin Məcəllənin 178.2.2-ci maddəsində nəzərdə tutulan az ağır cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivi vardır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 06.11.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdur. Odur ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən CM-nin 56.1.2-ci maddəsinin tələbləri nəzərə alınmalqa o cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam olaraq ödəməsini, digər Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərərin bir hissəsini ödəməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. İş materiallarıdan görünür ki, 17.08.2020-ci ildə Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək istintaqdan yayındığından tutulması üçün CPM-nin 53.1.3-cü maddəsinə əsasən barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün 22.09.2020-ci ildə CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, məhkəmədən yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 19.04.2021-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X3 vəsatətinə əsasən Nərimanov Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı ilə CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərək saxlanılması üçün 31.03.2021-ci il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli (iş № 1(060)- 115/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 35 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 1(029)-76/2018 nömrəli 06.11.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 1 il sınaq müddəti ilə müəyyən edilmiş şərti məhkum etmə ləğv edilsin və ona həmin hökm ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilib, ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Nərimanov Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı ilə CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərək həbs edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 22 iyun 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-115/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-115/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver