Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-115/2023 23.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi il təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış və cəzasını çəkib qurtarmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-205/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində ünvan 4 ünvanında yerləşən “Araz superstore” marketinə müştəri qismində daxil olaraq dondurma şöbəsində soyuducunun üzərində olan Zərərçəkmiş şəxs məxsus içərisində 506 (beş yüz altı) manat pul və günün məzənnəsinə uyğun 20,34 (iyirmi manat otuz dörd qəpik) manata bərabər 5000 (beş min) Macarıstan forinti olan “Ferragamo” markalı, qara rəngli, süni dəri materialından olan 19x10 sm ölçülü 10 (on) manat dəyərində olan pul kisəsini gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 536,34 (beş yüz otuz altı manat otuz dörd qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 03 (üç) aya yaxındır cəzacəkmə müəsissəsindən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketə alış-veriş etmək üçün gəlmiş, marketə daxil olduğu zaman dondurma satılan şöbədə dondurma soyuducusunun üzərində qara rəngdə pul kisəsinin olduğunu və ətrafa baxdıqda pul kisəsinin yaxınlığında heç kimin olmadığını görmüşdür. O həmin pul kisəsini soyuducunun üzərindən götürmüş və heç kimin olmadığına nəzər salıb pul kisəsini cibinə qoyaraq marketdən çıxıb oradan uzaqlaşmışdır. Marketdən aralıda soyuducunun üzərindən götürdüyü pul kisəsinin içərisinə açıb baxdıqda həmin pul kisəsində Zərərçəkmiş şəxs adına olan şəxsiyyət və sürücülük vəsiqəsinin, Unibak, Leobank, Kapital Banka aid plastik kartların, üzərində 5000 (beş min) yazılan xarici valyutanın, adi kağız parçalarının və 506 (beş yüz altı) manat pulun olduğunu görmüşdür. Pul əskinaslarından 01 (bir) ədəd 200 (iki yüz) manat, 03 (üç) ədəd 100 (bir yüz) manat, 01 (bir) ədəd 05 (beş) manat və 01 (bir) ədəd 01 (bir) manatlıq olmuş, 506 (beş yüz altı) manat pulun bir qismini həmin gün gecə saatlarında yeyib içməyə xərcləmiş, bir qisminə isə mağazadan bazarlıq edərək evə ərzaq məhsulları almışdır. Səhər yuxudan oyanarkən dünən “Araz” marketdən oğurluq etməyi yadına düşmüş, həmin gün içkili olduğu üçün çox peşman olmuş və oğurladığı pul kisəsinin üzərində olan mobil nömrələrə zəng edib pul kisəsinin sahibi ilə əlaqə saxlamaq istəsə də, həmin mobil nömrəyə zəng çatmamışdır. Oğurluq edən zaman tək olmuş və heç kimin məlumatı olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs məxsus sənədləri oğurlamaq fikri olmamış, sadəcə həmin sənədlərdə pul kisəsində olmuşdur. Saxlanılan zaman içərisində kartlar, vəsiqələr, 5000 (beş min) Macarıstan forinti olan pul əskinası olan pul kisəsi ilə birlikdə qaytarılmışdır. Hal-hazırda zərəzçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəmiş və onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:20 radələrində alış-veriş etmək üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” superstore mağazsma gəlmişdir. Mağazada təxminən 10-15 dəqiqə ərzində alış-veriş edib dondurma və ağartı məhsulları şöbəsinə yaxınlaşmış, həmin vaxt necə olubsa cibindən çıxartdığı özünə məxsus içərisində özünə aid şəxsiyyət və sürücülük vəsiqəsi, 03 (üç) ədəd bank kartı, 03 (üç) ədəd adi kart, 506 (beş yüz altı) manat pul və 01 (bir) ədəd 5000-lik macar pulu olan qara rəngli pul kisəsini dondurma soyuducusnun üzərinə qoymuş və götürməmişdir. Daha sonra aldığı ərzaqların pulunu ödəmək üçün kassaya yaxınlaşdıqda əlini şalvarın cibinə atıb pul qabını çıxartmaq istəyərkən cibində olmadığını görmüşdür. Mağazanın qarşısında saxladığı avtomobilinə baxdıqda orada da olmadığını görmüş, sonradan pul kisəsinin əlində olduğunu və soyuducunun üzərinə qoyduğu yadına düşmüşdür. O, mağazaya daxil olub dondurma şöbəsindəki soyuducuların üzərinə baxdıqda pul qabının orada olmadığını görüb bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. DİN-nin 102 xidmətinə məlumat verərkən və 3-cü PB-nə ərizə ilə müraciət edərkən pul kisəsinin içərisində həmin vaxt həyat yoldaşının sözünə görə 600 (altı yüz) manat pulun olmasını bildirmiş, sonradan evdə həyat yoldaşından pulun miqdarını dəqiqləşdirərək pul qabında 01 (bir) ədəd 200 (iki yüz) manatlıq, 03 (üç) ədəd 100 (bir yüz) manatlıq, 01 (bir) ədəd 05 (beş) manatlıq və 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinaslarının olduğunu öyrənmişdir. Bundan əlavə pul kisəsində 5000-lik macar pulu da olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı ödəmiş və onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünashq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6410 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd Ferragamo markalı, qara rəngli, süni dəri materialından olan 19x10 sm ölçülü 10 (on) manat dəyərində olan pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 10 (on) manat müəyyən olunur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-826/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-21659 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə gətirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-13-58/2-4873/2023 nömrəli, xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli axtarış qərarı icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət və sürücülük vəsiqəsi, Unibak, Leobank, Kapital Banka aid plastik kartlar, 03 (üç) ədəd adi kart və üzərində 5000 yazılan Macarıstan forinti olan pul kisəsini Sumqayıt ŞPİ-in 3-cü PB-nə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət və sürücülük vəsiqəsi, Unibak, Leobank, Kapital Banka aid plastik kartlar, 03 (üç) ədəd adi kart və üzərində 5000 yazılan Macarıstan forinti olan Ferragamo markalı, qara rəngli, süni dəri materialından olan 19x10 sm ölçülü 10 manat dəyərində pul kisəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-50/2022 saylı, xx.xx.2023-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 50/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi il təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış və cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməməlidir. Lakin o, məhkumluğu olan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, səmimi etirafını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və yüngülləşdirici halları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci tarixdə həbsdə olduğu 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət və sürücülük vəsiqəsi, Unibak, Leobank, Kapital Banka aid plastik kartlar, 03 (üç) ədəd adi kart və üzərində 5000 yazılan Macarıstan forinti olan Ferragamo markalı, qara rəngli, süni dəri materialından olan 19x10 sm ölçülü 10 manat dəyərində pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci tarixdə həbsdə olduğu 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət və sürücülük vəsiqəsi, Unibak, Leobank, Kapital Banka aid plastik kartlar, 03 (üç) ədəd adi kart və üzərində 5000 yazılan Macarıstan forinti olan Ferragamo markalı, qara rəngli, süni dəri materialından olan 19x10 sm ölçülü 10 manat dəyərində pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-115/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-115/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver