Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-115/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə saxladığı təmiz çəkisi 0,483 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 26 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Taleh Kərimov küçəsində yaşadığı 230B saylı evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,483 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, bir müddətdir narkotik vasitə isdifadə edir və narkotikdən aslılığı vardır. 26 oktyabr 2023-cü il tarixdə səhər tezdən Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olarkən, orada tanımadığı şəxsdən 10 (on) manata 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin alaraq əynində olan şalvarın cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 230B nömrəli evindən çıxıb küçədə olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdiklərini və üzərində narkotik vasitə saxlamasında şübhəli bildiyindən onlarla bir yerdə bölməyə getmək təklif edildiyini bildirmişdir. Etraz etməyərək həmin polis əməkdaşları ilə bir yerdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Bölmənin inzibati binasında xidməti otaqda təqdim olunan müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunduğunu, hüquqları barədə tərtib olunmuş bildiriş təqdim olunduğunu göstərmişdir. Sonra üzərində hər hansı bir qanunsuz əşya və narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunduqda əynində olan göy rəngli cins şalvarın sag yan cibində olan 01 (bir) ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini stolun üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş və əlavə olaraq üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş büklü açıldıqda ağ rəngli kristal şəkilli kütlə aşkar edildiyi, həmin kütlənin nə olduğu və haradan əldə etməsi soruşulduqda, həmin kütlənin psixotrop maddə metamfetamin olduğu və həmin gün səhər tezdən Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olan tanımadığı şəxsdən 10 (on) manata öz isdifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərimdən aşkar olunan sellofan büklüdə olan metafetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetamin olduğu və öz isdifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əməlindən peşman olmağını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də əməliyyat müvəkilli vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 230B ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəlləri əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan, daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda özü ilə yanaşı polis əməkdaşları, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri Şahid2, Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru X2 daxil edilmişdir. xx.xx.2023-ci il tarixdə saat 12-30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Taleh Kərimov küçəsi, 230B nömrəli evin yaxınlığında saxlanılaraq, ona özünü təqdim edib, narkotik vasitə qanunsuz əldə edib üzərində gəzdirməkdə şübhəli olması və ona görə də onlarla birlikdə Sumqayıt ŞPİ-in 1-ci PB-nə getməli olduğunu demiş, o da etraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edildikdi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı ağ rengli sellofan bükümdə olan kütləni təqdim etdiyini göstərmişdir. Ondan təqdim etdiyi maddənin nə olduğu soruşulduqda o, həmin maddənin metamfetamin olduğu və həmin gün səhər tezdən Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 (on) manata öz isdifadəsi üçün aldığını bildirmişdir. Ondan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərində digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büklü açılmış, içərisində ag rəngli psixotrop maddə olan metamfetaminə bənzər kristal şəkilli kütlənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, 26 oktyabr 2023-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 230B saylı evin yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-in 1-ci PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının xidməti otağı əks etdirdiyi video görüntüdən məlum olur ki, 04 (dörd) nəfər şəxsin mülki geyimdə 01 (bir) nəfər gündəlik polis geyim formasında olan əməkdaşı vardır. Həmin vaxt Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis mayoru, Rəşad Məhərrəmov Təqsirləndirilən şəxs onun müdafiəçisi X1 iştirakı ilə ona izah edir ki, narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğundan saxlanılmişdşr. Həmçinin digər 02 (iki) nəfər mülki geyimli şəxsində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirirlər. Sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin polis əməkdaşları və vəkil özünü təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi əks olunur. Bundan sonra saxlanılmış şəxsə üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sag yan cibindən 01 (bir) ədəd ag rəngli sellofan bükümündə olan kütləni masanın üzərinə qoyur, həmin vaxt təhqiqatçı ondan həmin kütlənin nə olduğunu soruşur, o, bildirir ki, “Patıdı” (metamfetamin) təhqiqatçı ona deyir ki, yəni metamfetamin, sonra ondan soruşur ki,Ş hardan əldə etmisən oda bildirir ki, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 (on) manata alıbdır. Üzəridə şəxsi axtariş davam etdirilir digər əya aşkar olunmur. Həmin büküm açılır, içərisində ag kristal şəkilli madə olduğu aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin kütlə elektron tərəzidə çəkildikdə, çəkisinin 0,61 qram olması müəyyən edilir. Təhqiqatçı R.Məmmədov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini ağ rəngli zərfə qoyub qablaşdırır və möhürlənir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2023cü il tarixli, 6/5750 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə;.saxlanılan şəxs “imza” Təqsirləndirilən şəxs və digər ad, soyad imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz şəkisi 0,483 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,483 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,433 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7427 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitəllərin və psixotrop maddələrin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,493 qram psixotrop maddə metamfetamindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,433 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən olunmamışdır. O, yalnız narkotik və psixotrop maddəllərdən istifadəsi ilə məşğul olurmuş, üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamin qəbul etməkdən ötrü üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamini nə vaxt və kimdən əldə etməsini müəyyən etmək məqsədilə əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-cimaddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, cəzanı yüngülləşdirən halı və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,483 qram psixotrop maddə metamfetamindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,433 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 89.00 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 230B ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,184 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 89.00 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-115/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-115/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver