Məhkəmə qərarları › İş №1(060)-116/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-116/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-116/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1971-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhəri, 3 saylı MKS-də bağban işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şabran rayonu, F.X.Xoyski küçəsi ev 18-də qeydiyyatda olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində X1 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs arvadı Mehriban Valehova ilə aralarında yaranmış mübahisə zamanı Mehriban Valehovanın polisə zəng etməsinə mobil telefonu ilə şərait yaratması səbəbindən kürək nahiyəsindən bıçaqla bir dəfə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası kimi xəsarət yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdə olduğu Samirə ilə birlikdə onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs ilə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət olmamışdır. 2020-ci ilin iyun ayının sonlarında yaşadığı evdə arvadı Mehriban ilə aralarında yaranmış mübahisə zamanı qonşusu Xaliq Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə yaşadığı evdə nahar yeməyində 250 qram spirtli içki araq içmiş, təxminən saat 23:00 radələrində yaşadığı evdən çölə çıxmış və evin qarşısında olan zaman Xaliq yanından keçərək heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söyüb təhqir etmişdir. O, isə Xaliqin söyüşlərini qəbul edə etməmiş və buna görə də yaşadığı evə gedərək mətbəx bıçağını götürüb çölə çıxmışdır. Həmin bıçaqla Xaliqin kürək nahiyəsinə vuraraq xəsarət yetirib evinə getmişdir. Həmin vaxt yanlarında hər hansı bir şəxs olmamışdır. Bundan sonra Xaliqin qeyri-rəsmi münasibətdə olduğu Samirə yaşadığı evə gələrək stolun üzərində olan qab-qacağı ona tərəf atmış, o, baş nahiyəsindən xəsarət almışdır. Baş vermiş hadisə xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən ona məxsus fərdi həyət evinin qarşısında olmuşdur. Hadisənin səbəbi həm Xaliqin telefonu ilə arvadına polisə zəng etməsinə şərait yaratması, həm də mübahisə zamanı onu söyməsi olmuşdur. Baş vermiş hadisə zamanı orada heç kim olmamış, hadisə təxminən 10 dəqiqə davam etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 aydır tanıyır, aralarında qohumluq əlaqəsi yoxdur, əvvəllər aralarında ədavət olmamışdır. Zahid Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində həyət evində yaşayır. Bir müddət Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində kirayədə yaşayan qeyri–rəsmi münasibətdə olduğu Samirə adlı qadının evinə gedib-gəlmiş və Zahidi də Samirənin evinə getdiyi vaxtlardan tanımışdır. Əvvəllər Zahidlə normal münasibəti olsa da, təxminən 2020ci ilin iyun ayında Zahid yaşadığı evdə öz arvadını döymüş, həmin gün o, Samirənin evində olmuş və Zahidin evində baş vermiş səs-küyə görə küçəyə çıxmışdır. Bir qədər sonra Zahidin arvadı onun əlindən qurtulub küçəyə çıxmış və onunla rastlaşanda xahiş etmişdir ki, ona məxsus mobil telefonu vesin ki, polisə zəng edib hadisə barədə məlumat versin. O, telefonu Zahidin arvadı Mehribana vermiş, Mehriban da öz növbəsində baş vermiş hadisə ilə bağlı olaraq Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vemişdir. Bundan sonra polislər gəlib Zahidi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Həmin gündən sonra Zahidlə aralarında olan münasibət pozulmuşdur. Bir neçə dəfə onu təhqir edib bildirmişdir ki, nəyə görə mobil telefonunu polisə zəng etməsi üçün arvadı Mehribana vermişdir. O, isə ona əhəmiyyət verməmişdir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 23:00 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində Samirənin yaşadığı evdən çıxanda Zahid arxadan ona yaxınlaşıb heç bir səbəb olmadan bıçaqla sol kürək nahiyyəsinə bir dəfə vuraraq ona bədən xəsarəti yetirmişdir. Bıçaqla vurduqdan sonra isə onu söyüb təhqir etmişdir. Həmin vaxt Zahid içkili olmuşdur. Zahidin söyüş səslərinə Samirə də küçəyə çıxmış və Zahidlə mübahisə etməyə başlamışdır. O, isə artıq özündə olmamış, bir qədər sonra isə oraya gələn polis əməkdaşları onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxslə barışmış və ona dəyən ziyan ödənilmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016cı ildə ailə həyatı qurmuş və hazırda birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində fərdi evdə yaşayırlar. Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdə olduğu Samirə adlı qadınla birlikdə onlarla qonşuluqda yaşayır. 2020-ci ilin iyun ayının sonlarında yaşadığı evdə əri Zahidlə ilə aralarında yaranmış mübahisə zamanı qonşusu Xaliq Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub məlumat vermişdir. Hətta o, polisə gedəndə Xaliq də onunla getmişdir. Bundan sonra Zahidlə Xaliqin münasibətləri korlanmışdır. Buna qədər isə münasibətlər yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən 23:00 radələrində yaşadığı evdə yatmışdır. Belə ki, şəkər xəstəliyindən əziyyət çəkir və həmin gün axşam halı pisləşdiyi üçün dərman içib yatmışdır. O, yaşadığı evin qarşısında küçədə baş vermiş səs-küyə çölə çıxmış və çölə çıxanda görmüşdür ki, Samirə Zahidlə mübahisə edir və daha sonra qonşular Zahidi evə salmışdır. Bundan sonra Samirə də evə daxil olub evdəki qab-qacağı Zahidə atmış və nəticədə Zahid baş nahiyəsindən xəsarət amışdır. Sonra eşitmişdir ki, Zahid Xaliqi bıçaqla vurduğuna görə Xaliq Zahiddən polisə şikayət etmişdir. Hadisə barədə başqa məlumatı yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2020-cı il tarixli 1048 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət deşicikəsici alətlə, ola bilsin ki, bıçaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-cı il tarixli, 3/1079 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarından görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd bıçaq saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi açılmış və həmin cinayət işinə xx.xx.2019-cu il tarixli qərar ilə CMnin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, məsuliyyətdən azad edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Valehov X3 şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Valehov X3 Şəhər Məhkəməsinin 1(060)- 406/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və cəzsını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydin 1–ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən xx.xx.2017-ci il tarixdə qəbul edilmiş və xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş qanunun mənasına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş şəxs yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmasına qanuni əsas yoxdur. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221 və 228.4-cü maddələri ilə cinayət təqibinin bağlanılması rədd edilmişdir. X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunduğundan ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Valehov X2 Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbayan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyası həddində, islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinib islah işləri cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-406/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilməli və ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 08 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-406/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul məbləği Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar