Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-116/2024 16.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 92, mənzil 34 də qeydiyyatda olan, ünvan 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd polietilen paketdə tərkiblərinə görə eyni olan, 26 bükümdə ümumilikdə təmiz çəkisi 7,63 qram bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaları əldə edib üzərində saxlayaraq daşımış, 13 oktyabr 2023-cü il tarixdə saat 21:20-də Sumqayıt ŞPİ- nin, CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən “Ekspress” bankın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd polietilen paketdə 1-ci paketdə 11 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,28 qram; 0,24 qram; 0,27 qram; 0,27 qram; 0,42 qram; 0,20 qram” 0,27 qram; 0,24 qram, 0,48 qram; 0,26 qram; 0,52 qram, ümumi çəkisi -3,45 qram, 2-ci polietilen paketdə 15 bükümdə (6 ədəd gümüşü, 9 ədəd qızılı rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri- 0,29 qram; 0,53 qram; 0,45 qram; 0,23 qram; 0,26 qram; 0,24 qram; 0,25 qram; 0,24 qram; 0,26 qram; 0,26 qram; 0,22 qram; 0,26 qram; 0,21 qram; 0,25 qram; 0,23 qram, ümumi çəkisi-4,18 qram tərkibi eyni olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadə edirdi. xx.xx.2023-cü il tarixdə saat 21:20 radələrində tanışı Şahid3 ilə birlikdə Sumqayıt şəhəri 30-cu məhəllə, Ekspres bankın yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşmış və ona “sən narkotik vasitələrini qanunsuz əldə edib üzərində saxlamaqda və istifadəsində şübhəlisən ona görə də bizimlə birlikdə Sumqayıt ŞPİ-nə gəlməlisən” dediklərindən polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Sumqayıt şəhər Polis İdarəsinin xidməti otaqların üzərinə şəxsi axtarış keçiriləcəyi, narkotik vasitə varsa təqdim edilməsini təklif etmişlər, həmin vaxt əynində olan göy cins şalvarın sağ yan cibində saxladığı 2 ədəd şəffaf sellofana bükülmüş bükülüləri və bir ədəd Samsung markalı telefonu təqdim etdiyini bildirmişdir. Təqdim etdiyi sellofan bükülülər açıldıqda içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş 11 ədəd, ikinci sellofan bükülünün içərisindən siqaretin gümüşü kağızına bükülmüş, 9 büküm, siqaretin qızılı rəngli kağızına bükülmüş 6 büküm aşkar edildiyini bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində marixuana aşkar edilmişdir. Onlar soruşulduqda həmin marixuannanı iki ay əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu və adını xatırlamadığı şəxsdən, 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığında əvəlləcədən aralarında razılaşdırıdıqları kimi şəxsi istifadəsi üçün 10 qram olmaqla 120 manata razılaşmaqla, deyilən yerdən gedib həmin narkotik vasitə olan nəşəni götürüb gəldiyini bildirmişdir. Həmin narkotik vasitənin bir qismini istifadə etmiş, digər bir qismini isə istifadə etmək üçün üzərində gəzdirmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Ailəlidir, himayəsində 4 azyaşlı övladı vardır. Ailədə yeganə gəlir gətirən şəxsdir. Meyvə-tərəvəz satmaqla məşğuldur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2023-cü il tarixdə saat 21:20 radəllərində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən “Ekspres” bankın yaxınlığında səbəbi izah edilməklə saxlanılmış və Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsa üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edildikdə, Təqsirləndirilən şəxs, əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd telefon, sağ yan cibində iki ədəd şəffaf rəngli kicik sellofan torbaları təqdim etmişdir. Həmin torbaların içərisində gümüşü rəngli, digər torbanın içərisində isə qızılı və gümüşü rəngli bükümlər olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan paketlərin içərisində olan kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin narkotik vasitə olan “nəşə” olduğu və sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsə 120 manat ödəməklə Bakı şəhəri 20 yanavar metosunun yaxınlığında qoyulmuş yerdən götürdüyünü və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülümüş sellofan torbanın birinin içərisindəki bükülülər sayıldıqda 11 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütlələr olduğu, digər sellofan paketin içərisində 09 ədəd siqaretin qızılı rəngli, 6 ədəd isə gümüşü rəngli kağızına bükülmüş kütlələr olması müəyyən olunmuş, bükülülərin hər biri açılaraq içərisinə baxdıqda, yaşıl rəngli bitki mənşəli marixuanaya bənzər kütlərin olması aşkar olunmuş, sellofan bükülülərlə birlikdə elektron tərəzidə çəkildiyi zaman ümumi çəkisi təxminən 10 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılaraq tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin, CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, onunla normal münasibətləri olmuşdur. Seymurun narkotik vasitə qəbul etdiyindən məlumatı olmuş, lakin üzərində narkotik vasitə saxlaması barədə məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 21:20 radələrində Seymurla Sumqayıt şəhəri, 30-cu məhəllə, “Ekspress” bankın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb Seymurun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlayaraq onu Sumqayıt ŞPİ-nə dəvət etdiklərini göstərmişdir. Seymur polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə getdiyini və onun da Pİ-nə gəlməsinin zəruri olduğunu dedikləri üçün sonradan Sumqayıt ŞPİ-nə gəldiyini göstərmişdir. Sumqayıt ŞPİ-də təhqiqatçı tərəfindən izahatının alındığını, Seymur saxlanılan zaman onun üzərində hər hansısa narkotik vasitə olmasından məlumatının olmadığını, sonradan onun üzərində axtarış aparılarkən üzərindən narkotik vasitə qurudulmuş marixuana çıxdığını eşitdiyini, lakin onun narkotik vasitə satmasını eşitmədiyini və görmədiyini bildirmişdir. Özü isə heç vaxt narkotik vasitə qəbul etmədiyini və Pİ-ndə izahatı alınandan sonra çıxıb getdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 30-cu məhəllə, “Ekspress” bankın yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 21:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 02 ədəd şəffaf sellofanda olan bükümləri və sol yan cibində olan “Samsung A3” markalı mobil relefonu təqdim etdi. Daha sonra həmin 02 ədəd şəffaf sellofanda olan bükümlər açılan zaman birinci sellofan bükümün içərisində 11 ədəd hər biri siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər, ikinci sellofan bükümün içərisində isə 09 ədəd siqaretin qızılı, 06 ədəd isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər aşkar edildi. Hər iki sellofanda olan bükümlər tərəfimdən açılan zaman hər birinin içərisində yaşıl rəngli bitki mənşəli ot kütləsinin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan bükümlərdəki ot kütlələrinin “nəşə” olduğunu, həmin ot kütlələrini iki aydır ki, sosial şəbəkədə tanış olduğu adını xatırlamadığı şəxsdən dünən Bakı şəhəri, “20 yanvar’ metrostansiyasının yaxınlığında əvvəlcədən aralarında olan razılığa əsasən atıldığı yerdən götürməklə şəxsi istifadəsi üçün 10 qram olmaqla 120 manata aldığını, bır qismini istifadə etdiyini qalan qismini isə üzərində gəzdirdiyini bildirdi. Aşkar edilmiş ümumilikdə 26 ədəd büküm içərisindəki bitki mənşəli ot kütləsi ilə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin ümumi çəkisinin 10.33 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A3” markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/1424 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “S Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 26 büküm kütləllər” yazılar və imzalar olan zərfdə 2 ədəd sellofan paketlərdə: 1-ci paketdə 11 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkilləri 0,28 qram; 0,24 qram; 0,27qram; 0,27 qram; 0,42 qram; 0,20 qram; 0,27 qram; 0,24 qram, 0,48 qram; 0,26 qram; 0,52 qram; ümumi təmiz çəkisi -3,45 qram, 2-ci polietilen paketdə 15 bükümdə (6 ədəd gümüşü, 9 ədəd qızılı rəngli) ayrıayrılıqda təmiz çəkiləri-0,29 qram; 0,53 qram; 0,45 qram; 0,23 qram; 0,26 qram; 0,24 qram; 0,25 qram; 0,24 qram; 0,26 qram; 0,26 qram; 0,22 qram; 0,26 qram; 0,21 qram; 0,25 qram; 0,23 qram, ümumi çəkisi-4,18 qram bitgi mənşəlli kütlələr, tərkibində narkotik maddlər olan çətənə(kannabis) bitgisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş 26 ədəd bükümlərdə olan marixuanaların ümumi çəkisi 7,63 qramdır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Tədqiqata 0,52 qram (hər obyektdən 0,02 qram) sərf edildikdən sonra 7,11 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, baxış zamanı həmin diskə daxil olduqda 01 ədəd 00001 nömrəli qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan 13.10. 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 30cu məhəllə, “Ekspress” bankın yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin, inzibati binasının xidməti otağı əks etdirdiyi, video görüntüdən məlum olur ki, 04 (dörd) nəfər şəxsin mülki geyimdə 01 (bir) nəfər gündəlik geyim formasında olan polis əməkdaşı vardır. Həmin vaxt Sumqayıt ŞPİ-nin təhqiqatçısı polis mayoru, Zaur Cəfərov, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs onun müdafiəçisi X1 iştirakı ilə onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğundan saxlanıldığını izah edilir. Təhqiqatçı özünü təqdim edir və Təqsirləndirilən şəxs özübnü təqdim edir. Təhqiqatçı tərəfindən ona hüquqları izah edilir və hüquqları ilə bağlı bildirişi ona təqdim edir və o bildirişlə tanış olur. Eyni zamanda orada mülki geyimdə olan iki nəfər plis əməkdaşı da özünə təqdim edir. Həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verilməklə müdafiəçi təqdim edilir. Bundan sonra saxlanılmış şəxsə üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs sol cibindən bir ədəd telefon çıxarıb masanın üzərinə qoyur, sonra sol cibindən içərisində siqaretin gümüşü və qızılı rəngli kağızlarına bükülmüş büklü olan iki ədəd kiçik sellofan torbaları massamn üzərinə qoyur.Təhqiqatçı ondan təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda, o həmin kütlənin “Nəşə” olduğunu bildirir və öz şəxsi isdifadəsi üçün aldığını bildirir.Təhqiqatçı ona sual verir ki, həmin narkotik vasitəni hardan əldə etmisən, o bildirir ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsdən alıb.Həmin şəxslə 2 aydır tanışdır və 2 dəfəfə öz isdifadəsi üçün narkotik vasitə alıbdır. Həmin narkotik vasitəni Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsin qoyduğu yerdən götürdüyünü və narkotik vasitə olan nəşə 10-qram olmaqla 120 manat pul ödədiyni bildirir. Sonra üzərində şəxsi axtarış davam etdirilir və üzərində digər əşya aşkar edilmir. Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi şəfaf rəngli sellofan torbanın biri açılır və içərisində 11 büküm siqaretin gümüşü rəngli kağızma bükülmüş kütlə vardır, həmin bükümlər açıldıqda hər birinin içərisində yaşıl rəngli bitgi mənşəlli kütlənin olduğu aşkar edilir. Digər şəvaf rəngli sellofan torba açılaraq içərisində olan bükümlər sayılır 9 ədəd qızılı kağıza, 6 ədəd gümüşü kağızlara bükülməklə 15 ədəd büküm olduğu müəyyən edilir, həmin bükümlər bir-bir açılır və içərisində bitgi məşəlli kütlənin olduğu aşkar edilir. Həmin kütləllər yenidən sellofan paketlərinə yığılıb elektron tərəziyyə qyulur və ümüumi çəkisi sellofan torbalar və bükümlərlə birlikdə 10,33 qram olduğu müəyyən edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə və telefon zərfə qoyulmaqla qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən üzəri imzalanır. Ondan sonra çəkliş başa çatır İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 14 oktyabr 2023cü il tarixli ekspertiza tədqiqatından sonra qalıq qalmış-7,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, maddi sübut saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS tərəfindən verilmiş 691 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunda şəxsi axtarış zamanı aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zaman iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamış və “Samsunq A3” markalı mobil telefon Təqsirləndirilən şəxs oğluna geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7426 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən stifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,63 qram və məhkəmə-bioloji ekspetizasmdan sonra qalıq qalmış təmiz çəkisi 7,11 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 7,11 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehiyacı olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-947/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1926 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehiyacı olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 7,11 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-116/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-116/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver