Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-117/2021 25.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 13 sentyabr 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Sumqayıt şəhəri, 4cü mikrorayon, 28A nömrəli binanın birinci mərtəbəsində yerləşən kserokopiya kimi fəaliyyət göstərən obyektin dəmir və plastikdən olan giriş qapılarının kilidlərini özü ilə gətirdiyi mantirofka ilə sındırma yolu ilə açaraq qanunsuz daxil olub stolun üzərindəki dəyəri 250(iki yüz əlli) manat olan, istifadədə olmuş, Çin istehsalı, “HP” markalı, “İntel Core İ5” model, AMD Radeon xüsusiyyətli notebooku, dəyəri 5(beş) manat olan “Genius” markalı mausu, dəyəri 10(on) manat olan qara rəngli, üzərində “SNOPY” sözləri yazılmış çantanı, dəyəri 15(on beş) manat olan enerji naqilini, dəyəri 450(dörd yüz əlli) manat olan, istifadədə olmuş, İndoneziya istehsalı, “Epson” model, “L-850” markalı printeri gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 730 (yeddi yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, idarə etdiyi Vaz 2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 10.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 28A nömrəli binanın altında yerləşən kserokopiya obyektinə gedib orada şəxsiyyət vəsiqəsinin surətini çıxartdırarkən maddi sıxıntıları olduğuna görə orada olan “HP” markalı, qara rəngli notebooku və “Epson” markalı rəngli printeri görərək onları oğurlamaq qərarına gəlmişdir. Buna görə də 13.09.2020-ci il tarixdə saat 05 radələrində idarə etdiyi Vaz 2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 28A nömrəli binanın alt hissəsində yerləşən kserokopiya obyektindən “HP” markalı, qara rəngli notebooku və Epson markalı rəngli printeri oğurlamaq üçün 28A saylı binanın yan hissəsinə gedib avtomobili saxlamış, obyektin qapısını açmaq üçün avtomobilin baqaj hissəsində olan mantirofkanı götürüb kserokopiya obyektinə gedib obyektin dəmir və plastik qapısını mantirofka ilə açıb içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra “HP” markalı, qara rəngli notebooku və “Epson” markalı, rəngli printeri götürüb obyektdən çıxaraq avtomobilinin yanına gedib onları avtomobilin arxa oturacağına qoyub avtomobili sürüb yaşadığı ünvana getmişdir. Avtomobili yaşadığı məhlədə saxlayıb yaşadığı mənzilə getmiş, “HP” markalı, qara rəngli notebook və “Epson” markalı, rəngli printer avtomobildə qalmışdır. 13.09.2020ci il tarixdə günorta saatlarında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Orada olarkən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 28A nömrəli binanın alt hissəsində olan kserokopiya obyektindən “HP” markalı, qara rəngli notebook və “Epson” markalı, rəngli printeri oğurladığını etiraf etmişdir. Buna görə də 14.09.2020-ci il tarixdə 3-cü PB-nin əməkdaşları onu 3-cü PB-yə dəvət etmiş, o, “HP” markalı, qara rəngli notebook və “Epson” markalı, rəngli printeri polis əməkdaşlarına təqdim etmişdir. “HP” markalı, qara rəngli notebook və “Epson” markalı, rəngli printeri oğurlayarkən ona heç kim kömək etməmiş, həmin əşyaları tək oğurlamışdır. “HP” markalı, qara rəngli notebooku və “Epson” markalı, rəngli printeri oğurlamaqda məqsədi onları satmaq olmuş, çünki maddi vəziyyəti yaxşı deyil, lakin onu 1-ci PB-yə dəvət etdikləri üçün sata bilməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, iki ildən çoxdur ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 28A nömrəli binanın altında olan obyekti icarəyə götürüb orada kserokopiya fəaliyyəti ilə məşğul olur. O, hər gün obyekti səhər saatlarında açır və eyni tarixdə saat 19 radələrində obyektin plastik və dəmir qapılarını açarla bağlayıb gedir. Sonuncu dəfə 12.09.2020-ci il tarixdə saat 19 radələrində obyektin plastik və dəmir qapılarını açarla bağlayıb getmişdir. 13.09.2020-ci il tarixdə saat 07 radələrində obyektə gəldikdə dəmir və plastik qapıların açıq olduğunu, obyektə daxil olduqdan sonra isə içərinin dağınıq olduğunu, masanın üzərində olan “HP” markalı notebookun və “Epson” markalı rəngli printerinin oğurlandığını aşkar edərək dərhal AR DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin obyektdən üzərində “Snopy” sözləri yazılmış çantası, “genius” markalı mausu və enerji naqili ilə birlikdə “HP” markalı notebooku və “Epson L-850” markalı rəngli printeri oğurlanmışdır. Həmin əşyalar onun özünə məxsusdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənildiyindən ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs 25.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.09.2020-ci il tarixli, 9/3632 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs 730 (yeddi yüz otuz) manat ziyan dəymişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “HP” markalı, “İntel Core İ5” model, AMD Radeon xüsusiyyətli notebook, “Genius” markalı maus, üzərində “SNOPY” sözləri yazılmış çanta, enerji naqili, “Epson” model, “L-850” markalı printer cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Sumqayıt şəhəri, 4-cü mikrorayon, 28A nömrəli binanın birinci mərtəbəsində yerləşən kserokopiya kimi fəaliyyət göstərən obyektdin dəmir və plastikdən olan giriş qapılarının kilidlərini sındırma yolu ilə açdığı mantirofka cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.09.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 16.09.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkna tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 18.05.2021-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 28 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri il təqsirli bilinib 4.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30.01.2016-cı il tarixdən 28.06.2016-cı il tarixədək həbsdə olduğu 04 ay 28 gün müddət nəzərə alınmaqla, cəzası yüngülləşdirilmiş, üzərində qəti olaraq 3.000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 21.09.2017-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 3.000 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası CM-nin 44.4-cü maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 08.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 il müddətinə islah işləri cəzasını 28.10.2019cu il tarixdə çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə və ekspertiza rəyi ilə tam sübuta yetirilir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 24 saat vaxt sərf etmişdir. Ona görə də 144 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayır şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayır şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 14.09.2020-ci il tarixdən 16.09.2020-ci il tarixdək və 18.05.2021-ci il tarixdən 25.06.2021-ci il tarixədək ümumillikdə 01 ay 09 gün tutulduğu və həbsdə olduğu müddət 02 ay 18 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal azad edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “HP” markalı, “İntel Core İ5” model, AMD Radeon xüsusiyyətli notebook, “Genius” markalı maus, üzərində “SNOPY” sözləri yazılmış çanta, enerji naqili, “Epson” model, “L-850” markalı printer Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus obyektin giriş qapılarının kilidlərini sındırmaq yolu ilə açdığı mantirofka məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 14.09.2020-ci il tarixdən 16.09.2020-ci il tarixdək və 18.05.2021-ci il tarixdən 25.06.2021-ci il tarixədək ümumillikdə 01 ay 09 gün tutulduğu və həbsdə olduğu müddət 02 ay 18 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Abşeron rayonun, Sumqayıt və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “HP” markalı, “İntel Core İ5” model, AMD Radeon xüsusiyyətli notebook, “Genius” markalı maus, üzərində “SNOPY” sözləri yazılmış çanta, enerji naqili, “Epson” model, “L-850” markalı printer Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus obyektin giriş qapılarının kilidlərini sındırmaq yolu ilə açdığı mantirofka məhv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardıma görə cəmi 144 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardıma görə cəmi 90 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-117/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-117/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver