Məhkəmə qərarları › İş №1(060)-117/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-117/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-117/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 1,088 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:25-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yanında saxlanılıb və narkotik vasitələrin istifadəsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,088 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 430,0 qram qram qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 14.00-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri Corat qəsəbəsinin girişində Corat abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən əlində olan ağ sellofanın içərisində qara sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 430,0 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələrin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata 1 bükümdə narkotik vasitə olan heroin almış və üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB dəvət etmişlər. Birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmiş, Polis Bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə buna etiraz etməmişdir. Ona vəkil təqdim olunmuşdur. Daha sonra isə üzərinə şəxsi axtarış keçiriləciyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibində olan ağ sellofana bükülmüş 1 ədəd büküm narkotik vasitə olan heroini çıxartmış və masanın üzərinə qoymuşdur. Sorğu zamanı aşkar olunan kütlənin heroin olduğunu xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinin girişində abidənin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Birlikdə Sumqayıt ŞPİ-nə getmiş, orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə buna etiraz etməmişdir. Ona vəkil təqdim olunmuşdur. Daha sonra isə üzərinə şəxsi axtarış keçirələciyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması,əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü sağ əlində saxladığı ağ rəngli sellofana bükülmüş bir ədəd bağlamanı masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisində qara rəngli sellofana bükülmüş bağlamanın içərisində, qara rəngli sellofana bükülmüş halda olan bir büküm açıldıqda içərisində narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Sorğu zamanı aşkar olunmuş kütlənin nakotik vasitə olan marixuana olduğunu, həmin gün Abşeron rayonu, Saray qəsəbəsi ərazisində “əmioğlu” ləqəbli şəxsdən 130 (yüz otuz) manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, daşıdığını bildirmişdir. Bundan sonra həmin kütlə tərəzi vasitəsilə çəkilmiş, zərfə qoyularaq möhürlənmişdir. Üzərindən aşkar olunan narkotik vasitə olan heroini aldığı şəxsi tanımır. Birinci dəfə görmüş, təxminən 40-45 yaşlarında bir nəfər olmuş, arıq bədən quruluşlu, qarabəniz, orta boylu olmuşdur. Həmin şəxslə 20 Yanvar metrostansiyası yaxınlığında rastlaşmış, görünüşündən narkotik istifadəçisinə bənzədiyindən diqqətini çəkmiş və ona yaxınlaşmışdır. Sonradan o da narkotik alüdəçisi olduğunu görüb və cibindən çıxartdığı 1 büküm heroini ona 40 manata satmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 1ci PB-nin təhqiqatçısı tərəfindən Sumqayıt ŞPİ-də üzərində şəxsi axtarış keçirilmədən əvvəl üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. Üzərində aşkar olunan narkotik vasitə olan marixuananı aldığı şəxsi üzdən tanıyır, adını bilmir. Ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Sumqayıt ŞPİ-nin CAŞ-nin polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən Sumqayıt ŞPİ-də üzərinizdə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirmişlər. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş- leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 1-ci PB-nin CA üzrə inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 19:10 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 19:25-də onu ünvan 3 ünvanının yanında hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiyinə görə Sumqayıt ŞPİ- nin 1-ci PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra onlar müqavimət göstərmədən avtomobilə mindikdən sonra 1-ci PB-na gətirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özünü həmin şəxsə təqdim etmişlər. Sonra X4 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 1-ci PB-nə gətirildiyini bildirmişdir. Ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əli ilə əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən ağ rəngli sellofana bükülmüş 1 (bir) ədəd bükümü təqdim etmişdir. Ondan təqdim etiyi bükümün içərisində nə olduğu soruşulduqda o, narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açılaraq baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan narkotik vasitə olan heroini bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin kütlə büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 1.14 qram olduğu görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə bir daha şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansısa maddə və predmet aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır, DİN-nin möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə özündən soruşulduqda o, Bakı şəhərində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını, həmin mənbənin müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən təhqiqatçıdan əvvəl üzərinə baxış keçirilməmişdir, təhqiqatçı şəxsi axtarış keçirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə kiçik inspektrou, polis serjantı Şahid2 Şahid1la eyniməzmunlu ifadə vermuş, onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid3 göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin rəis müavini vəzifəsində xidmət edir. Rütbəsi polis mayorudur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs Qəhrəman oğlunun mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat- axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 13:55 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 14.00-da onu Sumqayıt şəhəri, Corat qəsəbəsinin girişində, Corat abidəsinin yaxınlığında hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X9 əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra X8 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün ŞPİ-nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etmişdir. X8 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsini ondan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı ağ rəngli sellofana bükülmüş bir ədəd bağlamanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş büküm açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngdə bitki mənşəli ot kütləsi olduğu aşkar edilmişdir. Ondan təqdim etiyi bükümün içərisində nə olduğu soruşulduqda o, narkotik vasitə olan marixuana olduğunu bildirmiş. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan narkotik vasitə olan marixuananı həmin gün Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yaşayan “Əmioğlu” adı ilə tanıdığı şəxsdən 130 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin kütlə büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 0.507 kiloqram olduğu görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə bir daha şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansısa maddə və predmet aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə özündən soruşulduqda o, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yaşayan, Əmioğlu ləqəbli şəxsdən 130 manata aldığını bildirdi, həmin mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən təhqiqatçıdan əvvəl üzərinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Məmmədov X6 Hacıyev ilə eyniməzmunlu ifadə verdi və onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:25-də ünvan 4 ünvanın yanında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əli ilə əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən ağ rəngli sellofana bükülmüş 1 (bir) ədəd bükümü təqdim edir. Ondan təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda o, narkotik vasitə olan heroin olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açılaraq baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan narkotik vasitə olan heroini bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirir. Bundan sonra həmin kütlə büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 1.14 qram olduğu görünür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə bir daha şəxsi axtarış aparılır və qanunla qadağan olunmuş hər hansısa maddə və predmet aşkar olunmayır. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin möhürü ilə möhürləndi və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/3567 saylı, xx.xx.2022ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,088 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1,088 qram heroin, tədqiqatdan sonra qalıq qalmış 0,988 qram heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsinin girişində abidənin yaxınlığında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü Təqsirləndirilən şəxs əlində saxladığı ağ rəngli sellofana bükülmüş bir ədəd bağlamanı masanın üzərinə qoymaqla təqdim edir. Təqdim edilmiş büküm açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngdə bitki mənşəli ot kütləsi olduğu aşkar edilir. Ondan təqdim etiyi bükümün içərisində nə olduğu soruşulduqda o, narkotik vasitə olan marixuana olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan narkotik vasitə olan marixuananı həmin gün Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yaşayan “Əmioğlu” kimi tanınan şəxsdən 130 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirdi. Bundan sonra həmin kütlə büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 0.507 kiloqram olduğu görünür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə bir daha şəxsi axtarış aparılır və qanunla qadağan olunmuş hər hansısa maddə və predmet aşkar olunmayır. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin möhürü ilə möhürləndi və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/898 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri yazılmış skoçla bağlanmış ağ rəngli polietilen bağlamadakı 1( bir) ədəd qara rəngli polietilen bağlamada təmiz təmiz çəkisi 430.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan”Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 429,95 qram narkotik vasitə olan marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 4866 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt ŞİHB-nin Corat QİƏD-nin xx.xx.2022-ci il tarxli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə təyin edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardığından xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılıb. İş materiallarında olan “Sübutların qiymtələndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2 və 234.4.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 429,95 qram narkotik vasitə olan marixuana və tədqiqatdan sonra qalıq qalmış 0,988 qram heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün özündə əks etdirən iki ədəd disk iş materiallarında saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,088 qram qram çəkidə narkotik vasitə olan heroin və 430,0 qram çəkidə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayəti təkrar törətməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halı, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 153 (bir yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,988 qram narkotik vasitə heroin və 429,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün özündə əks etdirən iki ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 16 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 153 (bir yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,988 qram narkotik vasitə heroin və 429,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntüləri özündə əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar