Məhkəmə qərarları › İş №1(060)-117/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-117/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-117/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin binasında xx.xx.2002-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şahid ilə arasında “Tik Tok” sosial şəbəkəsində sözlü mübahisə yaranmış, bunun üçün görüşməyi qərar almışlar və həmin tarixdə saat 22:40 radələrində Şahid tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində “Bulad” adlanan yerdə, dalan küçədə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahsiə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs həmsöhbəti Zərərçəkmiş şəxs qəsdən əli ilə sağ qolundan, təpiklə sol ayağından vurmaqla sonuncuya “sağ bazunun orta 1/3-nin qançırı” və “sol budun orta 1/3-nin bayır səthinin geniş ölçülü qançırı” sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olmaqla xəsarətlər yetirmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində “Tik Tok” sosial şəbəkəsində tanışı canlı yayınında izləyici olan sonradan adını bildiyi Gülnar adlı şəxslə sözlü mübahisələri baş vermiş, daha doğrusu o, Gülnar söz demiş, o isə aqressiv cavab vermiş və mübahisə etmişlər. Sonra Gülnar adlı qadın ona mesaj yazaraq nömrəsini istəmiş və görüş təyin etmişdir. O da mobil nömrəni vermiş, ona zəng gəlmiş və görüşməyi təklif etmişdir. O, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə, Bulaq adlı yerə gəlməsini istəmişdir. Saat 22:50 radələrində həmin Gülnar adlı qadın ona zəng etmiş, gəldiyini demiş, o da taksi ilə həmin yerə getmişdir. Beləcə iki nəfər qadının oraya gəldiyini görmüşdür. O da onlara yaxınlaşmış, yaxınlaşan kimi qadınlar onu nalayiq ifadələrlə söyməyə başlamışlar. Onlar H.Zeynalabdin qəsəbəsində Bulaq adlı yerdə dalan küçədə söhbət etmişlər, bu zaman sonradan adını bildiyi Günel adlı qadın onun ünvanlna nalayiq ifadələr işlətmiş, o da onun ağzını tutmuş və sinəsindən zərb ilə itələmişdir. Bu zaman Gülnar onları sakitləşdirmiş və Günel də DİN-in 102 xidmətinə zəng etmişdir. O, oradan uzaqlaşmış və yaşadığı evə getmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Şahid ona “Tik Tok” sosial şəbəkəsində onu bir nəfər tanımadığı şəxsin təhqir etdiyini bildirdi. Həmin şəxslə danışdığını, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində görüşəcəklərini bildirdi və ona da onunla getməyi təklif etdi. O da razılaşmış və birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisinə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində Gülnarla birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisinə “Bulaq" adlanan yerə getmişlər. Orada VAZ 2106 markalı avtomobillə gələn bir nəfər şəxs onları qarşılamış və sonradan həmin şəxsin adının Ceyhun olduğunu bilmişdir. Ceyhun onları qaranlıq olan yerə çağırmış və kamera olmayan yerdə söhbət etmək istəmədiyini demişdir. Onlar dalana keçmişlər və Ceyhundan xanımı nə üçün təhqir etdiyini soruşmuş, əsəbiləşib onu təhqir etmiş, beləcə aralarında mübahisə baş vermiş, Ceyhun da onu təhqir etmişdir. Bu zaman Ceyhun ona əl qol atmış, o səsini çıxarmaq istədikdə ağzından tutmuşdur. Ceyhun onu tutaraq sinəsindən itələmiş, sonra sağ ayağından təpiklə və sol qolumdan əli ilə bır neçə dəfə vuraraq xəsarət yetirmişdir. Bu zaman yanında birlikdə gəldiyi Cülnar Hacıyeva olmuşdur. Sonradan o DİN-in 102 xidmətinə zəng etmiş və Ceyhun da oradan uzaqlaşmışdır. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gündüz saatlarında “Tik Tok” sosial şəbəkəsində tanımadığı şəxs onu tanımayaraq ona qarşı kobud ifadələr işlətmişdir. Onu sürüyəcəyini demiş, o da görüşək sürüyərsən demişdir. Beləcə danışıb axşam saatlarında Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində görüşəcəklərini danışmışlar. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisinə getmişlər. O, tanışı Günel Duduyevlə birlikdə xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisinə “Bulaq” adlanan yerə gəlmişlər. Orada VAZ 2106 markalı avtomobildən düşən bir nəfər şəxs onları qarşılamışdır. Həmin şəxs onları qaranlıq olan yerə çağırmış, kamera olmayan yerdə söhbət etmək istədiyini demişdir. Onlar kənara çəkilmişlər və Günel həmin şəxsə xanımı nə üçün təhqir etdiyini soruşmuş, əsəbiləşib onu təhqir etmişdir. Sonradan adını bildiyi Ceyhun adlı şəxs Günelə əl qol atmış, onu ayağından və qolundan vuraraq xəsarətlər yetirmişdir. Onlar da DİN-in 102 xidmətinə zəng etmişlər. Mübahisə zamanı həmin şəxs onu təhqir etməmiş, onu döyməmiş, sadəcə Günel əsəbiləşib ona söz dediyi üçün Ceyhun da ona əl qol atmış və sakit dayanmasınl bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1873 saylı rəyindən görünür ki, X1 bədəni üzrəndə aşkar olunan xəsarətlər - “sağ bazunun orta 1/3-nin qançırı” və “sol budun orta 1/3-nin bayır səthinin geniş ölçülü qançırı”, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. Ekspertin rəyi işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Xəzər Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4544 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X3 3 nömrəli şəhər Xəstəxanası tərəfindən verilmiş 256 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər Xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-306/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-245/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-306/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-245/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə 01 (bir) il 16 (on altı) gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin yeni törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar