Məhkəmə qərarları › İş №1(060)-118/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-118/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-118/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, "20 Yanvar" dairəsi yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,302 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 01:45 radələrində Sumqayıt şəhəri, Alüminium zavodu yaxınlığında komendant rejimi qaydalarını pozduğu üçün Sumqayıt ŞPİ-nin XTB-nin əməkdaşları tərəfindən 7 saylı postda saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda 0,074 qram və 0,027 qram 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş bükümdə içərisindən 0,201 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2019-cu ildə cəzanın sonu ilə azad olunmuşdur, bir neçə ildir ki, narkotik vasitə olan kakosdan istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 01:00 radələrində o, Sumqayıt şəhəri, Kotec qəsəbəsində yaşayan bibisi Xanım Quliyevanın evinə getmişdir. Lakin evdə heç kim olmamışdır. O, həmin məhəllədə tanımadığı bir nəfərlə söhbət edən zaman ona anasının xəstə olduğunu və onu Sitalçay qəsəbəsinə aparmasını xahiş etmişdir. Həmin şəxs onunla razılaşmışdır. O, həmin şəxsin idarə etdiyi VAZ 21011 markalı avtomaşınına minmişdir və onlar yola düşmüşlər. Onlar Sumqayıt şəhəri, Aliminium zavodun istiqamətində qurulumuş komendant rejimi qaydalarını yoxlayan postdan keçərkən polis əməkdaşları onların sənədlərini yoxlamışlar və onların müvafiq icazələrinin olmadığını müəyyən etmişlər. Buna görə də ərazi polis bölməsinə məlumat vermişlər. Bir az keçmiş ərazinin polis əməkdaşları posta gəlmişlər və onları polis bölməsinə dəvət etmişlər. Onlar isə etiraz etməmişlər və polis maşınına əyləşmişlər. Yolda o, polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Onlar Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəldikdən sonra ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və etirazının olub-olmadığı soruşulmuşdur. O, isə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellofan büküm və 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitə olan «kakosu» heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Bakı şəhərində «20 yanvar» dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin çəkilmək üçün tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Onu Sitalçay qəsəbəsinə aparan sürücünün onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. O, aldığı narkotik vasitə olan heroini özü istifadə etmək məqsədi ilə üzərində saxlamış və heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, 2019-cu ildən Sumqayıt ŞPİ-nin 4cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə saat 01:45 radələrində ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Quliyev X2 şəhəri, Aliminium zavod yaxınığında komendant rejimi ilə bağlı qurulmuş postda saxlanılmış və komendant rejimi qaydalarını pozduğu üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2, bölmənin kiçik əməliyyat müvəkkili, Taleh Mehdiyev və onun tərəfindən 4-cü polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilən zaman üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Buna görə də Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru Rasim Paşayevin iştirakı ilə 4-cü polis bölməsində xidməti otaqlanın birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Kənan Hacıyev Təqsirləndirilən şəxs hüquq vəzifələri ilə bağlı bildiriş təqdim etmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibində olan 02 ədəd şəffaf polietilen bükümdə və 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükülülərin içərisində «kakos» olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni haradan və nə məqsədlə aldığını soruşduqda o, narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, «20 yanvar» dairəsi yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Daha sonra narkotik vasitə heroin tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik əməliyyat müvəkkili, X4 da Şahid1lə eyni məzmunlu ifadə vermiş, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Şəxsi axtarış keçirilməsi barədə" protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər maddə "AN series" markalı tərəziyə qoyulub çəkilən zaman həmin maddə iki ədəd şəffaf rəngli sellofan və 1 ədəd göy rəngli olan siqaret kağızı ilə birlikdə çəkisi 0,76 qram olduğu müəyyən olunmuşdur.(i.v 22-23) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/2279 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "vətənaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş" yazısı olan zərfdəki 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram və 0,027 qram və 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,201 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin ümüumi təmizz çəkisi 0,302 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin"-in İ siyahısına daxildir.(i.v 32-34) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-242/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v 65-66) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Maddi sübut kimi tanıma haqqında" Qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,302 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,182 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 67) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən və hökmün surətindın görünür ki, Quliyev X2 Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən azad olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan mhərumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş, AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.(i.v 78-80) İş materiallarında olan Ambulator X1 xx.xx.2020-ci il tarixli 126 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini içində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qedyiyyata alınması məsləhət görülür. İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Təqsirləndirilən şəxs özünün icazəsi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının üzərinə baxış keçirilərkən оnda aşkar olunaraq götürülmüş маддяnin наркотик васитя heroin olduğunu етираф етмяси якс етдирилмишдир. (i.v.99) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,302 qram olan, tədqiqat və istintaq zamanı aparılan kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəksi 0,182 qram çəkidə narkotik vasitə heroin və Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntün əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(i.v 100-104) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,302 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 56.1.3, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-in 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Quliyev X2 Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının başa çatması ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və məhkum olunmuş hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, çəkisi 0,182 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut –ekspertiza tədqiqatından sonra çəkisi 0,182 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut - əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar