Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-118/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 iyul 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Fatimə” dini geyimlər və əşyalar satılan mağazaya, mağazanın arxa tərəfdəki nəfəslik kimi istifadə olunan pəncərəsinə təpiklə və üzərində gəzdirdiyi vint açanla fiziki təsir göstərib açmaqla qanunsuz daxil olub mağazadakı masanın alt rəfindən 90 (doxsan) manat pul, mağazanın vitrinindən hər birinin qiyməti 15 (on beş) manat, ümumi qiyməti 45 (qırx beş) manat olan 03 (üç) ədəd süni dəri materialdan olan qara rəngli iki tutacaqlı çanta, hər birinin qiyməti 25 (iyirmi beş) manat, ümumi qiyməti 75 (yetmiş beş) manat olan 03 (üç) ədəd Türkiyə istehsalı, üzərində “Zara ZRG01 Gift” yazıları olan qızılı rəngli gülab qabı, hər birinin qiyməti 10 (on) manat, ümumi qiyməti 100 (bir yüz) manat olan 10 (on) ədəd təsbeh, hər birinin qiyməti 200 (iki yüz) manat, ümumi qiyməti 600 (altı yüz) manat olan “Molekul” markalı 200 (iki yüz) ml tutumlu 03 (üç) ədəd ətir, qiyməti 50 (əlli) manat olan Çin istehsalı, “Panasonic” markalı, “KX-TG131BX” model cərəyan qidalandırıcısı ilə birlikdə distansion ev telefonu və qiyməti 180 (bir yüz səksən) manat olan “Samsung Galaxy” markalı, “A12” model 01 (bir) ədəd mobil telefon aparat olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1140 (bir min yüz qırx) manat dəyərində əmlakını və pul vəsaitini binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda yaşamışdır. Rəsmi olaraq heç yerdə işləməmişdir. Təxminən 03 (üç) il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən qəbul etmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci madddəsi ilə məhkum olunmuşdur. Heç yerdə işləmədiyi üçün narkotik vasitə və psixotrop maddə əldə etməkdən ötrü 24 iyul 2021-ci il tarixdə oğurluq etməyi qərara almış və gecə düşməsini gözləmişdir. Bu məqsədlə də 25 iyul 2021-ci il tarixdə, saat 02:00 radələrində yaşadığı evdən çıxmış və hər hansı bir mağazadan oğurluq etmək üçün küçələri gəzməyə başlamışdır. Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yol ilə piyada gedərkən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Fatimə” geyim və əşyaların satıldığı mağazadan oğurluq etməyi qərara almışdır. Həmin mağazanın giriş hissəsi yola tərəf olduğu üçün mağazanın arxa tərəfinə yaxınlaşmış, qaz turbalarının üstünə çıxıb plastik nəfəsliyi həm ayağı ilə təkanlayıb, həm də üzərində olan vint açanla müdaxilə edərək açmışdır. Oradan mağazanın içərisinə daxil olmuş, işıq düşdüyü üçün mağazanın içərisini aydın görə bilmişdir. O, orada masanın alt rəfini açıb kağız pullar götürmüş, sonra mağazanın vitrininə doğru gedib oradan 03 (üç) ədəd gülab qabı, 03 (üç) ədəd şüşə qabda ətir, 10 (on) ədəd təsbeh, 03 (üç) ədəd süni dəri çanta, 01 (bir) ədəd rəngli cərəyan qidalandırıcısı ilə birlikdə “Panasonic” markalı distansion ev telefonu və 01 (bir) ədəd “Samsung Galaxy” markalı “A12” model mobil telefonu oğurlayıb sellofana qoyaraq mağazaya daxil olduğu nəfəslikdən çölə çıxmış, yolda nəfəsliyi açmaq üçün istifadə etdiyi vint açanı atmış, lakin hara atmağı yadında qalmamış, sonra yaşadığı evə getmişdir. Evində pulları sayıb 1, 5 və 10 manatlıq pul əskinasları, ümumilikdə 90 (doxsan) manat olduğunu görmüş, həmin günün sabahı əşya bazarında 03 (üç) ədəd bel çantasından 02 (iki) ədədini ümumilikdə 10 (on) manata, 10 (on) ədəd təsbehdən 06 (altı) ədədini ümumilikdə 12 (on iki) manata, 03 (üç) ədəd gülab qabından 02 (iki) ədədini ümumilikdə 10 (on) manata, 03 (üç) ədəd ətirdən 02 (iki) ədədini ümumilikdə 30 (otuz) manata tanımadığı şəxsə satıb ümumi olaraq 62 (altmış iki) manat pul əldə etmişdir. O, həmin əşyaları satdığı şəxsi aldadıb əşyaların evinə aid olduğunu bildirmiş, o da inanıb əşyaları ondan almışdır. Sonradan əşya bazarında tanımadığı bir şəxsə yaxınlaşıb onu aldadaraq yalandan demişdir ki, özünə aid olan “Samsung Galaxy” markalı “A12” model mobil telefonu 50 (əlli) manata satmaq istəyir, sonra onunla 40 (qırx) manata razılaşıb həmin mobil telefonu həmin tanımadığı şəxsə satmışdır. Həmin şəxs də inanıb telefonu ondan almış, yəni oğurluq olduğunu bilməmişdir. O, telefonu satmamışdan qabaq içərisində olan mobil nömrəni yerindən çıxararaq sındırıb atmışdır. Oğurladığı əşyaların satışından əldə etdiyi 102 (bir yüz iki) manat pulla və 90 (doxsan) manat nağd pulla ayrıayrı vaxtlarda tanımadığı şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib bir neçə gün ərzində qəbul etmişdir. Oğurladığı əşyalardan 01 (bir) ədəd əl çantası, 01 (bir) ədəd gülab qabı, 04 (dörd) ədəd təsbeh, 01 (bir) ədəd ətir qabı və cərəyan qidanlandırcısı ilə birlikdə “Panasonic” markalı distansion telefon evində qalmışdı, həmin əşyaları da polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi 01 (bir) ədəd ətiri istifadə etdiyi üçün təkcə şüşə qabı qalmışdı. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nə müraciət onun tərəfindən edilmişdir. Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Fatimə” dini qadın geyimləri, ətirlər, təsbehlər və digər əşyaların satıldığı mağazanı o işlədir. Həmin mağaza və mağazadakı əşyalar ona məxsusdur. Mağazada ondan başqa heç kim işləmir, bəzən oğlu Rəşad Əliyev ona köməklik edir. Mağaza gün ərzində əksərən saat 09:00-dan saat 19:00-a qədər olan müddətdə fəaliyyət göstərir. Həmişəki kimi 24 iyul 2021-ci il tarixdə də təxminən 19-20 radələrində mağazanın pəncərəsini bağlayıb giriş qapısını kilitləyib mağazanı tərk etmişdir. Mağazanın giriş qapısının açarı yalnız onda olur. Mağazaya 25 iyul 2021-ci il tarixdə saat 09:00 radələrində gəldiyi zaman mağazanın müvafiq sənədləri və pulları qoyduğu yer kimi istifadə etdiyi otağındakı nəfəslik kimi istifadə olunan plastik pəncərənin açıq olduğunu, mağazadakı əşyaların qarışdırıldığını görmüş, dərhal mağazadakı sənədlərlə bağlı işləri gördüyü masaya yaxınlaşıb gündəlik alğı-satqıdan əldə olunan qazancı qoyduğu rəfi açdıqda oradan 90 (doxsan) manat pulun götürüldüyü ona məlum olmuşdur. Artıq o, mağazadan naməlum şəxs tərəfindən oğurluq edildiyi bilib oğlu Rəşad Əliyevlə əlaqə saxlayıb bu barədə deyib DİN-nin 102 xidmətinə zəng etməsini istəmiş və sözügedən oğurluq barədə oğlu Rəşad məlumat vermişdir. Polis əməkdaşları tərəfindən mağazaya baxış keçirildikdən sonra o, mağazadakı əşyaları dəqiqliklə yoxladıqda 90 (doxsan) manat puldan başqa mağazanın vitrinindən hər birinin qiyməti 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat olan “Molekul” markalı 200 ml həcmli 03 (üç) ədəd şüşə qabda ətir, hər birinin qiyməti 25 (iyirmi beş) manat, cəmi 75 (yetmiş beş) manat olan 03 (üç) ədəd dəri bel çantası, hər birinin qiyməti 25 (iyirmi beş) manat, cəmi 75 (yetmiş beş) manat olan 03 (üç) ədəd dəmir gülab qabı, hər birinin qiyməti 14 (on dörd) manat, cəmi 140 (bir yüz qırx) manat olan 10 (on) ədəd təsbeh, qiyməti 50 (əlli) manat olan “Panasonic” markalı enerji qidalandırıcısı ilə birlikdə qırmızı rəngli 01 (bir) ədəd distansion telefon, qiyməti 250 (iki yüz) manat olan “Samsung Galaxy A12” markalı 01(bir) ədəd mobil telefon olmaqla ümumilikdə 1280 (bir min iki yüz səksən) manat qiymətində ona məxsus əşyaların və pulun şəxsiyyəti ona məlum olmayan şəxs və ya şəxslər tərəfindən oğurlandığı məlum olmuş və bu barədə Sumqayıt ŞPİ-nə təkrarən ərizə ilə müraciət edib dəqiq olaraq ona həmin oğurluq hadisəsi nəticəsində dəymiş maddi ziyan barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilməmişdir. Onun barəsində qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər ərazisində yaşayır. Sumqayıt şəhəri, 5ci mikrorayon ərazisində beşmərtəbəli binanın altındakı “Fatimə” adlı mağaza atası Zərərçəkmiş şəxs istifadəsindədir. Orada işləməsə də, mağaza atasına məxsus olduğundan bir neçə dəfə orada olmuşdur. Mağazada yalnız atası işləyir. Mağazanın açarı da onda olur. 25 iyul 2021-ci il tarixdə səhər saat 11:00 radələrində atası Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi yaradaraq həmin tarixdə mağazaya gəldiyi zaman oradakı nəfəslik kimi istifadə edilən pəncərənin açıq olduğunu, mağazanın çox dağınıq olmadığını ilk əvvəl müşahidə etdiyindən dünənki tarixdə mağazanı bağlayıb oranı tərk edəndə pəncərəni özünün açıq saxladığını fikirləşdiyini, lakin iş masasının alt rəfinə baxdığı zaman alğısatqıdan əldə olunan pulun orada olmadığını, həmçinin mağazadakı bir neçə əşyanın da olmadığını bildiyini, mağazadan oğurluq edildiyini bildirdi və bu barədə DİN-nin 102 xidmətinə zəng etməyini istəmişdir. Atası dəqiqliklə nələrin oğurlandığını həmin zaman bilmədiyindən o, ümumi şəkildə sözügedən mağazadan oğurluq edilməsi barədə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən mağazaya baxış keçirildikdən sonra o da mağazaya gəldikdə oradan müxtəlif əşyaların, mobil və distansiyan ev telefonunun, ətirlərin, gülab qabının, çantaların və masanın rəfindən pulun oğurlanması məlum olmuşdur. Atası ona oğurluq barədə ilk məlumat verdikdə mağazaya dəqiqliklə baxmayaraq, bir neçə əşyanın və masadakı rəfdə pulun olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən mağazaya baxış keçirildikdən sonra mağazadakı vitrinə dəqiqliklə baxdıqda həm atası, həm də ona məlum olmuşdur ki, oradan pulla bərabər əşyalar da oğurlanmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 oktyabr 2021-ci il tarixli, 9/7002 saylı rəyindən görünür ki, 03 (üç) ədəd nümunə əsasında Türkiyə istehsalı olan, “Zara ZRG01 Gift” yazıları olan, qızılı rəngli gülab qabının 01 (bir) ədədnin qiyməti 25 (iyirmi beş) manat olmaqla ümumi qiyməti 75 (yetmiş beş) manat, 03 (üç) ədəd nümunə əsasında 200 ml tutumlu ətirin 01 (bir) ədədinin qiyməti 200 (iki yüz) manat olmaqla ümumi qiyməti 600 (altı yüz) manat, 04 (dörd) ədəd nümunə əsasında təsbehin 01 (bir) ədədinin qiyməti 10 (on) manat olmaqla ümumi qiyməti 100 (yüz) manat, 01 (bir) ədəd Çin istehsalı olan “Panasonic” markalı “KX-TG1311BX” model distansion ev telefonun cərəyan qidalandırıcısı ilə birlikdə qiyməti 50 (əlli) manat, 03 (üç) ədəd nümunə əsasında üzərində markalanmasına dair heç bir məlumat olmayan süni dəri materialdan olan qara rəngli iki tutacaqlı çantanın 01 (bir) ədədinin qiyməti 15 (on beş) manat olmaqla ümumi qiyməti 45 (qırx beş) manat, 01 (bir) ədəd “Samsung Galaxy” markalı “A12” model mobil telefon aparatının satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada orta bazar qiyməti 180 (bir yüz səksən) manat olmaqla malların ümumi dəyəri təxminən 1050 (bir min əlli) manat müəyyən olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-382/2021 saylı, 05.08.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03.08.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-174/2021 saylı, 21.04.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-174/2021 saylı, 21.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 3542 nömrəli, 19.10.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 174/2021 saylı, 21.04.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 03.08.2021ci il tarixədək cəzasının 02 (iki) ay 14 (on dörd) gününü çəkmiş və 01 (bir) il 06 (altı) ay 08 (səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-115/2022 saylı, 11.03.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-174/2021 saylı, 21.04.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 (bir) il azaldılmışdır. Onun üzərində 06 (altı) ay 08 (səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhəri 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının Poliklinika şöbəsinin 517 nömrəli, 18 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şöbənin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli, iki tutacaqlı süni dəri materialdan olan çanta, 01 (bir) ədəd qızılı rəngli gülab qabı, 01 (bir) ədəd cərəyan qidalandırıcısı ilə birlikdə “Panasonic” markalı distansion ev telefon, 01 (bir) ədəd 200 ml tutumlu şüşə ətir qabı, 04 (dörd) ədəd təsbeh maddi sübut hesab edilmiş və məhkəməyədək saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-174/2021 saylı, 21.04.2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 06 (aıtı) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən birləşdirilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 03.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli, iki tutacaqlı süni dəri materialdan olan çanta, 01 (bir) ədəd qızılı rəngli gülab qabı, 01 (bir) ədəd cərəyan qidalandırıcısı ilə birlikdə “Panasonic” markalı distansion ev telefon, 01 (bir) ədəd 200 ml tutumlu şüşə ətir qabı, 04 (dörd) ədəd təsbeh maddi sübut hesab edilmiş və məhkəməyədək saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-174/2021 saylı, 21.04.2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 06 (aıtı) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli, iki tutacaqlı süni dəri materialdan olan çanta, 01 (bir) ədəd qızılı rəngli gülab qabı, 01 (bir) ədəd cərəyan qidalandırıcısı ilə birlikdə “Panasonic” markalı distansion ev telefon, 01 (bir) ədəd 200 ml tutumlu şüşə ətir qabı, 04 (dörd) ədəd təsbeh maddi sübut hesab edilmiş və məhkəməyədək saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-118/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-118/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver