Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-118/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyası Lipetsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 41-ci məhəllə, 15 nömrəli yataqxanada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon bina 12/19, mənzil 32-də tanışı X1 məqsədi ilə qanunsuz olaaraq iki ədəd bükümdə ümumi təmiz çəkisi 10,53 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 100 manat pul müqabilində əldə edib daşıyaraq bir ədəd bükümdə olan hissəsini xırda bükümlərə bölərək saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarışı şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 31 iyul 2023-cü il tarixdə saat 19:30-da həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Təfəkkür” liseyinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib həmin tarixdə saat 20:53də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,41 qram, bir ədəd sellofan bükümün içərisində 05 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,22 qram, 0,19 qram, 0,21 qram, 0,27 qram olmaqla ümumi təmiz çəkisi 10,53 qram həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, azadlıqda olduğu vaxt narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Marixuananı müxtəlif şəxslərdən əldə etmişdir. Rəşad adlı şəxsi təxminən 1 il olar ki, tanıyırmış, Rəşad Qarabağ müharibəsi iştirakçısı olmuşdur. 2023-cü ilin aprel ayından Rəşad ilə tanış olmuş və onunla arasında səmimi münasibət yaranmışdır. Rəşadla arasında münasibət yarandıqdan sonra onun da narkotik vasitələrdən istifadə etməsi, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Rəşad Sumqayıt şəhəri 3-cü mikrorayon bina 13/19 mənzil 32-də kirayədə yaşamışdır. 30 iyul 2023-cü il tarixdə Rəşadın yaşadığı mənzilə gedərək ondan 100 manat qarşılığında yenə iki büküm narkotik vasitə almış və həmin gün Rəşadın kirayə yaşadığı mənzildə qalmışdır. Həmin narkotik vasitə marixuanadan bir bükümü qalsa da, digər bükümdə olanını evdə tək olan zaman xırda kağız bükümlərə bölmüş, həmin bükümlərdən bir hissəsini istifadə etmişdir. 31 iyul 2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Təfəkkür” liseyinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitə ilə bağlı şübhəli olmasını bildirmişlər və buna görə də onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis idarəsində ona vəkil təqdim edilmiş və üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman cibində olan bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd sellofan bükümün içərisində olan beş ədəd kağız bükümdə olan marixuanaları, bank kartlarını, şəxsiyyət vəsiqəsini və mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı aşkar olunan kütlənin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, Rəşad adlı tanışından 100 manata əldə etdiyini, Rəşadın həmin narkotik vasitəni “Babo” ləqəbli Xəyal adlı şəxsdən əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar elektron tərəzidə çəkilmiş, kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri özü və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona əsassız olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. O, Rəşad adlı şəxslə bir mənzildə yaşamamış, yalnız narkotik aldğı vaxtlar getmişdir. Sonuncu dəfə getdikdə isə yalnız bir gün onunla eyni evə qalmışdır. Lakin, Rəşadın narkotik satdığı, hətta Rəşadın narkotiki aldığı şəxs barədə məlumatlı olmuşdur. Rəşad narkotiki həmişə “Babo” ləqəbli Xəyal adlı şəxsdən əldə etmişdir. Xəyal adlı şəxsi o da üç dəfə görmüşdür. Xəyalı həm Rəşadın evində, həm də kənarda gördüyü hallar olmuşdur. Lakin, o özü heç vaxt Xəyaldan narkotik almamışdır. Həmçinin bildirmişdir ki, şəxsi axtarış zamanı bəzi şəxslərə narkotik verməsini özü könüllü deməmiş, bu barədə öncədən ona demişlər ki, şəxsi axtarış zamanı bu halları bildirsin. İstintaq zamanı narkotik vasitəni Vüqar, Cavad, Elmar və adını bilmədiyi təsadüfən tanış olduğu tanışlarına verdiyi barədə ifadə verməmiş, elə insanlar tanımır, bu ifadələri özləri yazaraq ona imzalatmışlar. İfadələrini imzalayan zaman müstəntiq tərəfindən ona heç bir təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında qismən ziddiyət yarandığı üçün onun ibtidai istintaq dövründə verdiyi ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Qurudulmuş marixuananı siqaretə doldurub tüstüsünü qəbul edir. Nəşə adlandırılan qurudulmuş marixuananı müxtəlif şəxslərdən əldə edir. Rəşad adlı şəxsi təxminən 1 il olar ki, tanıyır. X14 müharibəsi iştirakçısı olmuş və ona qazi statusu verilmişdir. 2023-cü ilin aprel ayından Rəşad ilə tanış olmuş və onunla arasında səmimi münasibət yaranmışdır. Rəşadla arasında münasibət yarandıqdan sonra onun da narkotik vasitələrdən istifadə etməsi, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Təxminən 2 ay olar ki, Rəşadla birlikdə onun yaşadığı Sumqayıt şəhəri 3-cü mikrorayon bina 13/19 mənzil 32-də kirayədə yaşayır. 30 iyul 2023-cü il tarixdə evdə olduqları zaman Rəşaddan narkotik vasitə qurudulmuş marixuana istəmiş, Rəşad hazırda üstündə olmadığını, lakin ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra Rəşad evdən çıxıb getmiş, həmin günü axşam Rəşad ona 100 manat pul qarşılığında iki sellofan bükümdə 15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana verə biləcəyini demişdir. O, Rəşada 100 manat pul vermiş, Rəşad da ona iki ədəd sellofan bükümdə narkotik vasitə vermişdir. Həmin narkotik vasitə marixuanadan bir bükümü qalsa da, digər bükümdə olanını evdə tək olan zaman xırda kağız bükümlərə bölmüş, həmin bükümlərdən bir hissəsini istifadə etmiş, bir neçə kağız bükümdə narkotik vasitə marixuananı isə öz tanışlarına vermişdir. Belə ki, narkotik vasitə verdiyi tanışlarından bir neçəsinə narkotik vasitə satmış, bəzilərinin isə pulu olmadığı üçün narkotik vasitəyə görə ona pul verməmiş, o isə pul istəməmiş, narkotik vasitəni onlara pay vermiş, qalan narkotik vasitələri isə üzərində gəzdirmişdir. 31 iyul 2023-cü il tarixdə axşam saat 19:30 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Təfəkkür” liseyinin yaxınlığında piyada gəzən zaman mülki paltarda olan 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd sellofan bükümün içərisində olan beş ədəd kağız bükümdə olan marixuanaları, bir ədəd “Unibank” və bir ədəd “Leobank”a aid plastik kartları, özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmiş, sol yan cibindən isə özünə məxsus “İphone 5” markalı mobil telefonu çıxararaq təqdim etmiş, həmin bükümlərə açılıb baxılan zaman içərisində yaşıl rəngli olan kütlələr olması müəyyən edilmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin ona məxsus narkotik vasitə qurudulmuş marixuana olduğunu, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, habelə tanışlarına pul ilə və pay olaraq verdiyini etiraf etmiş, polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda Rəşad adlı tanışından 100 manata əldə etdiyini, Rəşadın həmin narkotik vasitəni “Babo” ləqəbli Xəyal adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 11,59 qram olması müəyyən edilmişdir. Belə ki, bir ədəd büküm böyük olsa da, kağız bükümlərdə olan marixuanaların çəkiləri az olmuş, bir ədəd sellofan bükümdə və 5 ədəd kağız bükümlərdə olan həmin narkotik vasitə qurudulmuş marixuanalar təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri özü və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bundan başqa ona məxsus olan bank kartları, “İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi də təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan həm özü istifadə etmiş, həmçinin həmin narkotik vasitədən öz tanışlarına da vermiş, narkotik vasitə verdiyi tanışlarının bəzilərindən pul alsa da, bəzilərindən narkotik vasitəyə görə pul almamış və narkotik vasitəsini onlara pay vermişdir. Narkotik vasitəni Vüqar, Cavad, Elmar və adını bilmədiyi təsadüfən tanış olduğu tanışlarına vermiş, lakin həmin şəxslərin harada yaşadıqlarını, eləcə də əlaqə telefonlarını bilmir. Rəşadla narkotik vasitəni satdıqdan sonra əldə edəcəyi qazancın bölünməsi ilə bağlı aralarında heç bir razılaşma olmamış, Rəşaddan narkotik vasitəni əldə edən zaman pulunu nağd şəkildə ödəyib əldə etmişdir. Rəşadın ondan əldə etdiyi narkotik vasitəni özünün kiməsə satacağından və ya pay verəcəyindən məlumatı olmamışdır. Rəşad arıq bədən quruluşlu, alçaq boylu təxminən 30-35 yaşlarında oğlandır. X14 müharibəsi iştirakçısı olmuş və ona qazi statusu verilmişdir. Rəşad Sumqayıt şəhəri 3-cü mikrorayon ev 12/19 mənzil 32-də yaşayır. Əvvəllər tanımadığı şəxslərdən narkotik vasitə marixuana əldə edib istifadə etmiş, lakin təxminən iki ay olar ki, narkotik vasitələri Rəşaddan əldə edir. Rəşad özü ona ona satdığı narkotik vasitələri “Babo” ləqəbli Xəyal adlı şəxsdən əldə etdiyini demişdir. Xəyal adlı şəxsi bir neçə dəfə Rəşadın yanında olan zaman görmüşdür. Lakin özü heç vaxt Xəyaldan narkotik vasitə almamış, nə də ki, Rəşad onun yanında ondan narkotik vasitə almamışdır. Rəşad özü ona narkotik vasitəni verəndə Xəyaldan əldə etdiyini demiş, Xəyal adlı şəxs arıq bədən quruluşlu, orta boylu təxminən 30-35 yaşlarında şəxs olmuşdur. Rəşad ona iki ədəd sellofan bükümdə narkotik vasitəni 100 manat pul qarşılığında satmış, həmin bükümlərdən bir ədədini bölməsə də, digər sellofan bükümdə olan narkotik vasitəni çıxararaq özü kağız bükümlərə bölmüş, həmin narkotik vasitələrin tərkiblərinə görə fərqli olması ilə bağlı heç bir fikri yoxdur və bunun səbəbini bilmir. İstər saxlanılan zaman, istərsə də polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər, məhkəməyək icraat zamanı verdiyi ifadələr və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 30 iyul 2023-cü ildə Mirlazım adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuş, Mirlazım adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Ona görə də müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, CAŞ-nin kiçik inspektorları Şahid3, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Təfəkkür” liseyinin ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 19:30 radələrində Təqsirləndirilən şəxs “Təfəkkür” Liseyinin yaxınlığında piyada hərəkət etdiyini görüb kiçik inspektorlar Şahid2 və Şahid3la birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığı onu Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis İdarəsində müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən içərisində yaşıl rəngli kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm, bir ədəd başqa sellofan büküm, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 02 ədəd bank kartlarını, 01 ədəd mobil telefonu çıxararaq təqdim etmişdir. Aşkar edilmiş digər sellofan bükümə baxış keçirilən zaman içərisində 05 ədəd kağız bükümlər olması müəyyən edilmiş, həmin bükümlər açılan zaman içərisində yaşıl rəngli spesifik iyə malik olan kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin “nəşə” adlandırılan narkotik vasitə marixuana olduğunu, bir gün əvvəl Sumqayıt şəhərində 3-cü mikrorayon ərazisində Rəşad adlı şəxsdən 100 manata əldə etdiyini, Rəşadın da öz növbəsində həmin narkotik vasitələri Xaçmaz rayonundan olan “Babo” ləqəbli Xəyal adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təhqiqatçı həmin kütlələrdən kiməsə verib-vermədiyini soruşduqda Təqsirləndirilən şəxs adətən özünün istifadəsi etdiyini, bəzi vaxtlarda isə dost tanışına pay kimi, bəzən isə pul qarşılığında verdiyini bildirmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilərək müvafiq çəkiləri qeyd olunmuş, daha sonra bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefon, bank kartları və şəxsiyyət vəsiqəsi də təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi ilə yanaşı onun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əvvəllər Sumqayıt ŞPİ-nin CAŞ-nə mütəmadi olaraq əməliyyat məlumatları daxil olsa da o saxlanılanadək onun cinayət başında ifşa edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən içərisində yaşıl rəngli kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm, həmçinin bir ədəd başqa sellofan bükümdə xırda kağız bükümləri çıxararaq təqdim etmiş, həmin bükümlərin içərində olan kütlələrin isə narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 nun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1 və Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən içərisində yaşıl rəngli kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm, həmçinin bir ədəd başqa sellofan bükümdə xırda kağız bükümləri çıxararaq təqdim etmiş, həmin bükümlərin içərində olan kütlələrin isə narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 86-88-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2023-cü il tarixli 3-16-16/2-7/1101 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 05 (beş) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,22 qram, 0,19 qram, 021 qram, 0,27 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 9,41 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuana beş ədəd kağız bükülülərdə olan marixuanalardan tərkiblərində olan komponentlərin ölçülərinə görə fərqlənir. Marixuanaların ümumi çəkisi 10,53 qramdır. Qeyd: marixuananın ümumi çəkisi 10,53 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram, (1 nömrəli obyektdən 0,05 qram, 2-6 nömrəli obyektlərdən ümumi 0,1 qram), qalıq 10,38 qram. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 10,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 199-200-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 01 noyabr 2023-ci il tarixli 7167 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 29-30-cu vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin 60-cı vərəqəsinə əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş verilir və vəkil təqdim edilir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində yaşıl rəngli kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm, bir ədəd başqa sellofan büküm, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini , 01 ədəd Unibank və bir ədəd Leobanka aid kartları, şalvarının sol yan cibindən isə 01 ədəd İphone markalı mobil telefonu çıxararaq təqdim edir. X8 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilmir. Digər sellofan bükümə baxış keçirilən zaman içərisində 05 ədəd kağza bükümlər olması müəyyən edilmiş, həmin bükümlər açılan zaman içərisində yaşıl rəngli spesifik iyə malik olan kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nəşə adlandırılan narkotik vasitə marixuana olduğunu, həmin kütlələri dünən axşam Rəşad adlı şəxsdən 100 manata əldə etdiyini, Rəşadın da həmin narkotik vasitələri Xaçmaz rayonundan olan “Babo” ləqəbli Xəyal adlı şəxsdən əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin kütlələrdən bir qədər istifadə etdiyini, qalanın isə üzərində gəzdirdiyini bildirmiş, əvvəllər də Rəşad adlı şəxsdən narkotik vasitə əldə etdiyini bildirmişdir. Təhqiqatçı həmin kütlələrdən kiməsə verib-vermədiyini soruşduqda Təqsirləndirilən şəxs adətən özünün istifadə etdiyini bəzi vaxtlarda dost-tanışına pay verdiyini, bəzən isə pul qarşılığında verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilərkən bir ədəd sellofan bükümdə olan kütlənin 9,81 qram, kağız bükümlərdə olan kütlələrin 0,40 qram, 0,32 qram, 035 qram, 0,39 qram, 0,32 qram olduğu, birlikdə ümümi çəkisinin isə 11,59 qram olması müəyyən edilmişdir. Bundan sonra sonra aşkar edilərək götürülmüş kütlələr bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone” markalı mobil telefon, bank kartları və şəxsiyyət vəsiqəsi bir ədəd kağız zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Daha sonra hər iki zərfin üzəri Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Müdafiəçi Sədirxan Sədirxanov polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir olub olmadığını soruşduqda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir olmadığını, narkotik vasitənin ona məxsus olduğunu, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, bəzi hallarda dost tanışına pay və pul qarşılığında verdiyini bildirmişdir. Cinayət işinin 194-195-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il sinaq müddəti tətbiq edilməklə 03 il müddətinə şəri olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərindən aşkar edilmiş narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün gəzdirməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həm şəxsi axtarış zamanı, həm də istintaq orqanında şübhəli və təqsirləndirilən şəxs kimi ifadələrində narkotik vasitələri bəzən tanışlarına pay və pul qarşılığında verdiyini bildirmişdir. Göründüyü kimi bu hissədə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət yaranmışdır. Şəxsi axtarış görüntülərindən də aydın olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı heç bir təsir və təzyiqə məruz qalmadan həm polis əməkdaşının, həm də müdafiəçisinin sualına cavab olaraq narkotik vasitələri bəzən tanışlarına pay və pul qarşılığında verdiyini bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər valideynləri ilə Sumqayıt şəhərində yaşasa da, saxlanılandan iki ay öncədən narkotik vasitə satışına görə ittiham edilən Rəşad adlı şəxslə Sumqayıt şəhərində başqa bir ünvanda birlikdə yaşamışdır. Bu halı Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində bildirsə də, məhkəmə iclasında belə bir ifadə vermədiyni, Rəşadın yaşadığı ünvana bir neçə dəfə getsə də, orada yaşamadığını, yalnız sonuncu dəfə narkotik aldığı gün, yəni 30 iyul 2023-cü il tarixdə Rəşadın yaşadığı evdə qaldığını bildirmişdir. Lakin, cinayət işinin 104-105-ci səhifələrində olan üzləşdirmə protokolundan da görünür ki, üzləşmə zamanı X10 Təqsirləndirilən şəxs saxlanılana kimi iki ay onunla bir evdə yaşadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı ifadələrində bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan həm özü istifadə etmiş, həmçinin həmin narkotik vasitədən öz tanışlarına da vermiş, narkotik vasitə verdiyi tanışlarının bəzilərindən pul alsa da, bəzilərindən narkotik vasitəyə görə pul almamış və narkotik vasitəsini onlara pay vermişdir. Narkotik vasitəni Vüqar, Cavad, Elmar və adını bilmədiyi təsadüfən tanış olduğu tanışlarına vermişdir. Narkotik vasitəni satdıqdan sonra əldə edəcəyi qazancın bölünməsi ilə bağlı Rəşadla aralarında heç bir razılaşma olmamış, Rəşaddan narkotik vasitəni əldə edən zaman pulunu nağd şəkildə ödəyib əldə etmişdir. Əldə etdiyi narkotik vasitəni özünün kiməsə satacağından və ya pay verəcəyindən Rəşadın məlumatı olmamışdır. Həmçinin həm istintaq zamanı ifadələrində, həm də məhkəmə iclasında verdiyi ifadələrində Rəşad adlı şəxsin narkotik vasitəni vasitələri “Babo” ləqəbli Xaçmaz rayon sakini Xəyal adlı şəxsdən əldə etdiyini, Xəyal adlı şəxsi bir neçə dəfə Rəşadın yanında olan zaman gördüyünü bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını iddia etdiyi X10 ilə bir evdə yaşamış, həmin şəxsin narkotik vasitə aldığı şəxsi də tanımış və onu bir neçə dəfə görmüşdür. Həmçinin şəxsi axtarış zamanı və istintaq dövründə narkotik vasitələri satdığını və pay verdyini etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7167 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 10,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yemiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-118/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-118/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver