Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-119/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiri X2 iştirakları ilə xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 52 mənzil 29-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,301 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 sentyabr 2020-cu il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhər polis idarəsinin PPXTnun əməkdaşları tərəfindən Sumqayıt şəhəri Koroğlu küçəsi ərazisində hərbi vəziyyət rejimi ilə bağlı qurulmuş postda saxlanılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın sağ yan cibində olan 1 ədəd “Winstone” markalı siqaret qutusun içərisində 4 ədəd qara rəngli kağız, 5 ədəd gümüşü rəngli kağız, ümumilikdə 9 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,032 qram, 0,046 qram, 0,032 qram, 0,025 qram, 0,034 qram, 0,034 qram, 0,028 qram, 0,040 qram, ümumilikdə 0,301 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul edir. 06.10.2020-ci il tarixdə təxminən saat 10-11 radələrində Sumqayıt şəhəri Corat kəndində olan zaman tanımadığı bir nəfər orta yaşlı kişi ilə söhbət edərkən o, onun narkotik vasitə olan heroin qəbul etdiyini bilmiş və ona narkotik vasitə olan heroin sata biləcəyini demişdir. O da onunla razılaşıb həmin şəxsdən 20 manata bir bükümdə narkotik vasitə olan heroin almış, daha sonra evə gedib həmin narkotik vasitəni özünün rahat istifadə edə bilməsi üçün 09 ədəd ayrı bükümlərə bölüb “Winstone” markalı siqaret qutusunun içərisinə qoymuş və gün ərzində cibində gəzdirmişdir. 06.10.2020-ci il tarixdə saat 23:15 radələrində o Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Access” bankın qarşısında olarkən təsadüfən tanışı Ceyhun adlı şəxsi görərək onun idarə etdiyi “İsuzi” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusa minmişdir. Avtobusa sonradan adının Şaban olduğunu bildiyi şəxs də minmişdir. Təxminən saat 23:30 radələrində Sumqayıt şəhəri 41-ci məhəllə istiqamətində “Koroğlu” prospektində post olduğunu və polis əməkdaşlarının dayandığını görmüşlər. Polis əməkdaşları avtobusu saxlatmışlar, onlardan hərbi vəziyyət rejimi ilə əlaqədar icazənin olub-olmadığını soruşmuşlar, onlar da icazənin olmadığını demişlər. Polis əməkdaşları sonra onlardan üzərində qanunsuz hər hansı bir əşya olub olmadığını soruşmuşlar, o da polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu demişdir. Daha sonra həmin 2 nəfər polis serjantı rəhbərliyi məruzə edib üzərində narkotik vasitə olan şübhəli şəxs olduğunu demişlər. Bundan sonra onların yanına Sumqayıt ŞPİ-nin 3-cü PB-dən polis əməkdaşları gəlib onun üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğu üçün üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilicəyini demişlər. O da heç bir etiraz etməmişdir. Polis əməkdaşları özlərini təqdim etmişlər, onun da özünü təqdim etməsini demişlər. O da özünü təqdim etmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri olan bildiriş təqdim edərək ona üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. O da könüllü olaraq üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Winstone” markalı siqaret qutusunu çıxardıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Polis əməkdaşları həmin siqaret qutusunun içərisinə baxıb görmüşlər ki, qutunun içərisində 4 ədədi qara rəngli, 5 ədədi isə gümüşü rənli siqaret kağızına bükülmüş, ümumilikdə 9 ədəd büküm aşkar olunmuş, həmin bükümlər açılmış və hər bükümün içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə çalan narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Polis əməkdaşları ondan həmin maddələrin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirməyini soruşmuşlar. O da həmin bükümlərin içərisində heroin olduğunu, həmin heroini, 06.10.2020-ci il tarixdə səhər saatlarında Corat kəndindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən 2 ədəd qəhvəyi və qara rəngli alışqanlar, 1 qutu “Winstone” markalı siqaret, 1 ədəd 5 manatlıq pul əskinazı və 3 ədəd 1 manatlıq pul əskinazı olmaqla ümumilikdə 8 manat pul və “Jinga” markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan telefon aşkarlanmışdır. Telefondan başqa digər əşyalar əhəmiyyət kəsb edilmədiyindən ona geri qaytarılmışdır. Daha sonra həmin vaxt orada olan Ceyhunun idarə etdiyi “İsuzi” markalı **-AE-*** markalı avtobusa da onun iştirakı ilə baxış keçirtmişlər. Avtobusdan da əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunmamışdır. Avtobusa baxış keçirildikdən sonra polis əməkdaşları ona tutulduğu yerdə şərait olmadığını deyib, üzərindən aşkar olunmuş heroinin çəkisini müəyyən etmək və sənədləşmə aparılması üçün polis əməkdaşları onu polis bölməsinə aparılmasını demişlər və çəkilişi 07.10.2020-ci il tarixdə saat 00:07-də dayandırmışlar. Polis bölməsinə hüquqlarını müdafiə edən vəkili də gəlmişdir. Polis bölməsində xidməti otaqların birində üstündən aşkar edilib götürülmüş 9 ədəd büküm heroini tərəzidə çəkmişlər.Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitəni qablaşdırıb möhürləmişlər və bu barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o digər iştirakçılarla birlikdə protokola imza etmişdir.Təqsirləndirilən şəxs Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, 06.10.2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı Şahid2 ilə hərbi vəziyyət rejimi ilə əlaqədar Sumqayıt şəhəri 41-ci məhəllə istiqamətində Koroğlu küçəsində xidmət aparan zaman “İsuzu” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobus tərəfindən saxlanılmışdır. Onlar hərbi vəziyyət rejimi ilə əlaqədar icazənin olub-olmadığını soruşmuşlar, avtobusda olan şəxslər onlara icazənin olmadığını demişlər. Sonra onlara üzərlərində qanunsuz hər hansı bir əşya olub olmadığını soruşmuşlar, həmin şəxslərdən biri onlara üzərində narkotik vasitə olan heroin olduğunu demişdir. Daha sonra o bu barədə raportla Sumqayıt ŞPİ-nin 3-cü PB-yə müraciət etmişdir. Bundan sonra onların yanına Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Bəxtiyar Aslanov və Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru-kriminalisti polis mayoru Şahid3 yaxınlaşıb özlərini təqdim etmişlər. X3 həmin şəxsə üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğu üçün üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilicəyini demişdir. O da heç bir etiraz etməmiş, təhqiqatçı ona özünü təqdim etməsini demiş,o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı ona hüquq və vəzifələri barədə bildiriş təqdim etmiş, onun hüquq və mənafelərinin müdafiəsini Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirəcəyi bildirilmişdir. X1 üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Winstone” markalı siqaret qutusunu çıxardıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Onlar həmin siqaret qutusunun içərisinə baxdıqda görmüşlər ki, qutunun içərisində 4 ədədi qara rəngli, 5 ədədi isə gümüşü rənli siqaret kağızına bükülmüş, ümumilikdə 9 ədəd büküm var. Həmin bükümlər açılmış və hər bükümün içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə çalan narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçı ondan həmin maddələrin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirməyini soruşmuşdur. O da həmin bükümlərin içərisində heroin olduğunu, həmin heroini, 06.10.2020-ci il tarixdə səhər saatlarında Corat kəndindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən alışqanlar, 1 qutu “Winstone” markalı siqaret, 1 ədəd 5 manatlıq və 1 manatlıq pul əskinazları olmaqla ümumilikdə 8 manat pul və mobil nömrəsi olan telefon aşkarlanmışdır. Telefondan başqa digər əşyalar əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Daha sonra həmin vaxt orada olan “İsuzi” markalı **- AE-*** markalı avtobusa da İlhamın iştirakı ilə baxış keçirilmiş və avtobusdan əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Avtobusa baxış keçirildikdən sonra İlhamın üzərindən aşkar olunmuş heroinin çəkisini müəyyən etmək və sənədləşmə aparılması üçün onu polis bölməsinə dəvət etmişlər. İlham da etiraz etməmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs İlhamın üzərindən aşkar edilərək götürülmüş 9 büküm heroin tərəzidə çəkilmiş, 9 ədəd bükümün ağzı açılmış hamısı birlikdə tərəzidə çəkildikdə ümumilikdə 0,75 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 06.10.2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 ilə hərbi vəziyyət rejimi ilə əlaqədar Sumqayıt şəhəri 41-ci məhəllə istiqamətində Koroğlu küçəsində xidmət aparan zaman “İsuzu” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobus saxlanılmış, avtobusda olan şəxslərdən hərbi vəziyyət rejimi ilə əlaqədar icazənin olub-olmadığını soruşmuşlar, avtobusda olan şəxslər onlara icazənin olmadığını demişlər. Sonra onlara üzərlərində qanunsuz hər hansı bir əşya olub olmadığını soruşmuşlar, həmin şəxslərdən biri onlara üzərində narkotik vasitə olan heroin olduğunu demişdir. Daha sonra o bu barədə raportla Sumqayıt ŞPİ-nin 3-cü PB-yə müraciət etmişdir. Bundan sonra onların yanına Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Bəxtiyar Aslanov və Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru-kriminalisti polis mayoru Şahid3 yaxınlaşıb özlərini təqdim etmişlər. X3 həmin şəxsə üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğu üçün üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilicəyini demişdir. O da heç bir etiraz etməmiş, təhqiqatçı ona özünü təqdim etməsini demiş,o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı ona hüquq və vəzifələri barədə bildiriş təqdim etmiş, onun hüquq və mənafelərinin müdafiəsini Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirəcəyi bildirilmişdir. X1 üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Winstone” markalı siqaret qutusunu çıxardıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Onlar həmin siqaret qutusunun içərisinə baxdıqda görmüşlər ki, qutunun içərisində 4 ədədi qara rəngli, 5 ədədi isə gümüşü rənli siqaret kağızına bükülmüş, ümumilikdə 9 ədəd büküm var. Həmin bükümlər açılmış və hər bükümün içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə çalan narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçı ondan həmin maddələrin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirməyini soruşmuşdur. O da həmin bükümlərin içərisində heroin olduğunu, həmin heroini, 06.10.2020-ci il tarixdə səhər saatlarında Corat kəndindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən alışqanlar, 1 qutu “Winstone” markalı siqaret, 1 ədəd 5 manatlıq və 1 manatlıq pul əskinazları olmaqla ümumilikdə 8 manat pul və mobil nömrəsi olan telefon aşkarlanmışdır. Telefondan başqa digər əşyalar əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Daha sonra həmin vaxt orada olan “İsuzi” markalı **- AE-*** markalı avtobusa da İlhamın iştirakı ilə baxış keçirilmiş və avtobusdan əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Avtobusa baxış keçirildikdən sonra İlhamın üzərindən aşkar olunmuş heroinin çəkisini müəyyən etmək və sənədləşmə aparılması üçün onu polis bölməsinə dəvət etmişlər. İlham da etiraz etməmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs İlhamın üzərindən aşkar edilərək götürülmüş 9 büküm heroin tərəzidə çəkilmiş, 9 ədəd bükümün ağzı açılmış hamısı birlikdə tərəzidə çəkildikdə ümumilikdə 0,75 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə ifadəsi elan olunmuş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti vəzifəsində, polis kapitanı Şahid3 ifadəsindən görünür ki, o, Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07.10.2020-ci il tarixli, 6/2087 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 09 büküm... narkotik vasitəyə bənzər maddə...” və s. qeydlər olan zərfdəki “Winston” siqaret qutusunun içərisindəki 09 ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,032 qram, 0,046 qram, 0,032 qram, 0,025 qram, 0,034 qram, 0,034 qram, 0,028 qram, 0,040 qram, ümumilikdə təmiz çəkisi 0,301 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə –heroindir. Cinayət işinin materiallarında məhkəmə-narkoloji ekspertizasının 19.11.2020-ci il tarixli, 3254 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı 08.10.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,211 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 06.10.2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Winstone” markalı siqaret qutusunun içərisində saxladığı 4 ədədi qara rəngli, 5 ədədi isə gümüşü rənli siqaret kağızına bükülmüş, ümumilikdə 9 ədəd bükümdə 0,75 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06 oktyabr 2020-ci il tarixdə saat 23:30-da hərbi vəziyyət rejimi ilə əlaqədar Sumqayıt şəhəri 41-ci məhəllə istiqamətində Koroğlu küçəsində saxlanılmış şəxsə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Bəxtiyar Aslanov və Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru-kriminalisti polis mayoru Şahid3 yaxınlaşıb özlərini təqdim edirlər. X3 həmin şəxsə üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğu üçün üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilicəyini deyir. O da etiraz etmir. Digər polis əməkdaşları da özlərini təqdim edir, təhqiqatçı ona özünü təqdim etməsini deyir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı ona hüquq və vəzifələri barədə bildiriş təqdim edir, onun hüquq və mənafelərinin müdafiəsini Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirəcəyi bildirir. X1 üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Winstone” markalı siqaret qutusunu çıxardıb təqdim edir və içərisində narkotik vasitə olan heroin olduğunu deyir. Polis əməkdaşları həmin siqaret qutusunun içərisinə baxdıqda müəyyən edilir ki, qutunun içərisində 4 ədədi qara rəngli, 5 ədədi isə gümüşü rənli siqaret kağızına bükülmüş, ümumilikdə 9 ədəd büküm var. Həmin bükümlər açıldı və hər bükümün içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə çalan narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. Təhqiqatçı ondan həmin maddələrin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirməyini soruşur. O da həmin bükümlərin içərisində heroin olduğunu, həmin heroini, 06.10.2020-ci il tarixdə səhər saatlarında Corat kəndindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını deyir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən 2 ədəd qəhvəyi və qara rəngli alışqanlar, 1 qutu “Winstone” markalı siqaret, 1 ədəd 5 manatlıq pul əskinazı və 3 ədəd 1 manatlıq pul əskinazı olmaqla ümumilikdə 8 manat pul və “Jinga” markalı üzərində ***-***- **-** saylı mobil nömrə olan telefon aşkarlanır. Telefondan başqa digər əşyalar əhəmiyyət kəsb edilmədiyindən ona geri qaytarılır. Daha sonra həmin vaxt orada olan “İsuzu” markalı **-AE-*** markalı avtobusa da İlhamın iştirakı ilə baxış keçirilir və avtobusdan əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya aşkar olunmur. Avtobusa baxış keçirildikdən sonra İlhamın üzərindən aşkar olunmuş heroinin çəkisini müəyyən etmək və sənədləşmə aparılması üçün o polis bölməsinə dəvət edilir və videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan 07.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 08.10.2020-ci il tarixli,4(060)-220/2020 saylı qərarından görünür ki,Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qtimkan tədbirinin seçilməsinə dair Sumqayıt şəhər prokurorunun təqdimatı təmin edilməmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir (hakim Rövşən Xəlilov). Cinayət işinin materiallarında olan 08.10.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2927 saylı 14.10.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 21.10.2020-ci il tarixli tələbnamədən gölünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan 21.11.2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, Məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görənəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 08.02.2021-ci il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, 07-08 oktyabr 2020-ci il tarixlərində şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətmkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,211 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşüzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İşüzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03.12.2020-ci il tarixli (iş № 1(060)-554/2020) qərarını icra edərək, 12.12.2020-ci il tarixli 1214/2020 saylı orderə əsasən vəkil X4 onun vəkili təyin etmişdir. Müdafiəçi X4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,211 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 108.46 (yüz səkkiz manat qırx altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-119/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-119/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver