Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-119/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Özbəkistan Respublikası, Cizak V.Paxtakor rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatla olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, səhər saatlarında aldığı 07 bükümdə, ümumi təmiz çəkisi 0.954 qram narkotik vasitə olan heroini satış məqsədi ilə daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 13.40-da Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29-un qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə 09:30-10 radələrində yaşadığı evdə yatarkən gəlib evdən aparmışlar. Yatdığı yerdə oyanan zaman əlində qandal olduğunu görmüşdür. Onu aparan zaman qonşular da buna şahidlik etmişdir. Narkotok vasitə Əməlindən peşmandır, narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır, satmaq üçün almamışdır, aldığı yarım qram olmuş, yarısını qəbul etmiş, digər yarısını polislər götürmüşlər. Heç vaxt narkotik vasitə satmamışdır. Ona təsir edildiyi üçün istintaqda başqa ifadə vermişdir, indi imkan yarandığı üçün düzünü deyir. Ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitənin satış üçün deyil istifadə etməsi, evdə yatdığı yerdə tutularaq aparılması, ona təzyiq edilməsi barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İstintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edirmiş. Əsasən "kakos" deyilən narkotik vasitədən heroindən istifadə edirmiş. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində olduğu zaman bir nəfər tanımadığı şəxslə rastlaşmışdır, onunla söhbət əsnasında məlum oldu ki, sonuncu da narkotik vasitələrin alüdəçisidir və o, sonuncuya ona narkotik vasitə təşkil etməsini demişdir. Aralarında söhbət etdikləri zaman sonuncu şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir və öz aralarında razılaşdıqları kimi o, sonuncudan ümumilikdə 7 ədəd bükümdə olan narkotik vasitə heroini almışdır və bunun müqabilində sonuncuya 30 manat pul ödəmişdir. Həmin narkotik vasitəni üzərində saxlamışdır. Sumqayıt şəhərinə gəlmişdir və Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yol ilə getdiyi zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində saxlanılması, daşınılmasında şübhəli bilindiyini bildirərək, onu üzərində şəxsi axtarış keçirilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə dəvət etmişdirlər və o, həmin polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə 4-cü Polis Bölməsinə getmişdir. 4-cü PB-də xidməti otaqların birində hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhəri 1 saylı Vəkil Bürsounun vəkili Nail Məmmədov və hüquq və vəzifələrinə dair bildiriş ona təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır və ona üzərində olan əşyaları təqdim etmək təklif olunduğu zaman o, özü əlində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş 07 bükümü və 1 ədəd qara rəngli elektron tərəzini çıxartmışdır və bundan sonra polis əməkdaşları üzərinə bir daha baxmışdırlar və bundan başqa hər hansı qanunla qadağan olunmuş maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 07 büküm polis əməkdaşları tərəzidən açılaraq baxıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir və sorğu zamanı o, həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən ümumilikdə 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmişdir. Bu zaman sıra ilə 0.33 qram, 0.32 qram, 0.27 qram, 0.17 qram, 0.33 qram, 0.24 qram, 0.21 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş tərəzi açılaraq baxıldıqda üzərində heroin tozunun olduğu müəyyən edilmişdir və ondan həmin tərəzidən hansı məqsədlə istifadə etməyi soruşulduqda o, narkotik vasitə aldığı zaman tərəzidən istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş 7 büküm heroin və tərəzi zərfə qoyularaq möhürlənmişdir və üzərində adının qarşısından imza çəkmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddədən istifadə etməmiş, narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, tərəzidən narkotik vasitələri aldığı zaman və istifadə edərkən istifadə etmiş, narkotik vasitəni əldə etdiyi şəxi əvvəlcədən tanımamış, ilk dəfə idi ki, rastlaşmış, təsadüfi söhbət əsnasında ona üzərində narkotik vasitə olduğunu demiş, aralarında razılaşdıqdan sonra həm heroini ümumilikdə 30 manata ona satmış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt şəhər 4-cü PB-nin təhqiqatçısı Röyal Rəcəbli tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-də üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları saxlanıldığı yerdə onun üzərində baxış keçirməmişlər. Məhkəmə iclasında Şahid2 bildirdi ki, xx.xx.2021-ci il tarixdə ünvan 1-də yaşayan və Özbəkistan respublikasının Cizak V.Paxtakor şəhərində anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin KTB-nin kriminalist, polis mayoru Elnur Qocayev, 4-cü PB-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəblidən, CAŞ-ın kiçik inspektorları, polis baş serjantı Şahid3 və polis serjantı Təbriz Şamalıdan ibarət əməliyyat qrupu təşkil etmişdirlər və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı təmin olunmuşdur. Saat 13:25 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində olması barədə təkrar daxil olmuş məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisinə getmişdirlər və orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı video kamera işə salınmışdır. Saat 14:40 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşdürlər. Onlar Təqsirləndirilən şəxs görüb onu saxlamışdırlar və özlərini təqdim etdikdən sonra, saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişdirlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində video çəkilişlə saxlanılan şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli özünü təqdim etdikdən sonra saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişdirlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı R.Rəcəbli, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini izah etdikdən sonra, şüphəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün, 1 saylı vəkil bürosunun vəkillərinin növbətçilik cədvəlindən, Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil X9 ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilə hər hansı bir etirazı olmadığını bildirdikdən sonra, mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim etmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 7 ədəd qara rəngli siqaret kağızı bükümlərini, 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Bükümlər təhqiqatçı tərəfindən açılmışdır. Elektron tərəzi təhqiqatçı tərəfindən işə salınmışdır və bükümlər elektron tərəziyə qoyularaq çəkisi ölçülmüşdür. Birinci bükümün çəkisi 0,33 qram, ikinci bükümün çəkisi 0,32 qram, üçüncü bükümün çəkisi 0,27 qram, dördüncü bükümün çəkisi 0,17 qram, beşinci bükümün çəkisi 0,33 qram, altıncı bükümün çəkisi 0,24 qram, yeddinci bükümün çəkisi 0,21 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs elektron tərəzini narkotik vasitələrin çəkisini ölçmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Saxlanılan şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir və video çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs təsir və təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları Şahid3 və Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında Şahid5 göstərdi ki, təxminən 2020-ci ilin dekabr ayından, narkotik vasitə olan marixuana istifadə edir. Təqsirləndirilən şəxs da həmin vaxtdan tanıyır. Ramiz yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olduğundan anası Göyərçin Əzimovanın adına olan ***-***-**-** mobil nömrəsi ilə Ramizin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayaraq Ramizin yaşadığı binanın yaxınlığında dəfələrlə görüşərək, öz istifadəsi üçün narkotik vasitə olan marixuana almış, bunun müqabilində Ramizə hər dəfə 10 manat pul vermişdir. Həmçinin o, Ramiz ilə görüşməzdən öncə mobil telefon vasitəsilə Ramizə mesaj yazaraq da ondan narkotik vasitə marixuana almışdır. Ramizlə telefon vasitəsi ilə əlaqə saxlayaraq tək görüşmüş, ondan şəxsi istifadəsi üçün marixuana almış, özü narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid qismində dindirilmiş Şahid4 (onun məcburi gətirilməsi barədə qərar verilsə də, sonrakı məhkəmə islasında iştirakını təmin etmək mümkün olmamışdır) xx.xx.2022-ci ildə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuana istifadə edir. Təqsirləndirilən şəxs tanıyır. Bir neçə dəfə Ramizə əvvəlcədən pulunu verməklə ona narkotik vasitə təşkil etməsini xahiş etmiş, 1-2 saat sonra görüşərək narkotik vasitəni Ramizdən almışdır. Onun verdiyi puldan Ramizə çatmamış, Ramiz özü üçün alanda ona da almışdır. Bir bükümə görə 10 manat vermişdir. Ramizə mesaj yazmaqla da ondan narkotik vasitə almışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 bildirdi ki, Ramiz qardaşıdır, narkotik istifadəçisidir, amma satanı deyildir. İstəmişlər ki, onu düz yola qaytarsınlar, buna görə ondan polisə şikayət etmişlər, bunu anası etmişdir. xx.xx.2021-ci il tarixdə polislər gəlib saat 9 olmamış Ramizi evdən aparmışlar. 2 nəfər polis gəlmiş, bu vaxt o anası ilə çöldə olmuşlar, Ramiz yatmış, polislər onu ayıldıb aparmışlar. Evi axtarmışlar, heç nə tapılmamışdır. Bir də eşitmişlər ki, Ramiz Şüvəlandadır. Polisə hadisədən 3 gün qabaq şikayət etmişdirlər. Evdə narkotik vasitə olmamışdır, amma stolun üstündə bir balaca narkotik vasitə olmuşdur. Qardaşına qarşı zor tətbiq olunmamışdır. Evdə tərəzi olmuşdur, boz rəngdə tərəzi onun olmuş, təxminən 20 il qabaq həmin tərəzidən o qızılsatanların yanında işləyərkən istifadə etmişdir. Polislər evi axtaranda tərəzini taparaq götürmüşlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 bildirdi ki, Ramizgilin qonşusudur, Ramiz həbs olunan gün çörək almaqdan gəlirmiş, Ramizi apardıqlarını görmüşdür. Saat 9-dan sonra, 10-a işləmiş aparmışlar. Onu ayaqla aparmışlar, əlləri bağlı olmuşdur. Anası demişdir ki, “özüm şikayət eləmişəm, gəlib aparıb müalicə etsinlər.” Anas həmin zaman çöldə olmuş və ağlamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 bildirdi ki, Ramizin xalasıdır, gecə bacısıgildə (Ramizgildə) qalmışdır, səhər tezdən bacısı oğlu Valehin qonşuluqdakı həyətində oturmuş, bacısı da onların yanlarında olmuşdur. Polislər evə girəndə onları çağırmışlar. Ramizi oyatmışlar və aparmışlar. Evdə axtarış aparmışlar, amma heç nə tapa bilməmişlər. Polis çıxandan sonra anası arxasınca çıxmış, onlar da getmişlər. Nabat yuxarıdan Ramizin anasının səsinə düşmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş İmanova Gülnaz Babaş qızı bildirdi ki, Ramizlə qonşudurlar, xx.xx.20221-ci il tarixdə saat 9-10 radələrində həyətdə oturmuşlar, ilk öncə 1 polis gəlmiş, sonra 2-ci polis də gələrək evdən Ramizi götürüb aparmışlar. Anası demişdir ki, “onu qorxutmaq istəyirdim, amma tutdular”. Məhkəmədə işə baxılarkən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə şahidlər Şahid2 istifadəsində olan ***-***-**-**, Şahid3 istifadəsində olan ***-***-**-**, Şahid1 Şahmar oğlunun istifadəsində olan ***-***-**-**, X3 istifadəsində olan ***-***-**-**, X5 istifadəsində olan ***-***-**-**, X2 istifadəsində olan ***- ***-**-**, İmanova Gülnza Babaş qızının istifadəsində olan ***-***-**-** telefon nömrəsinin 04 avqust 2021-ci il tarixdə, saat 07:00-dan 04 avqust 2021-ci il tarixdə, saat 14:00-dək olan müddət ərzində harada istifadə edilməsi barədə anten məlumatlarının "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il qərarı əsasında "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş iki ədəd diskdə cinayət işi üzrə şahidlər Şahid2, Şahid3, Şahid1 Şahmar oğlunun, X3, X5, X2, İmanova Gülnaza Babaş qızının mobil telefon ömrələrinin 04 avqust 2021-ci il tarixdə, saat 07:00-dan 04 avqust 2021-ci il tarixdə, saat 14:00-dək olan müddət ərzində harada istifadə edilməsi barədə anten məlumatları öz əksini tapmışdır. Həmin məlumatlardan görünür ki, müdafiə tərəfinin dəvət etdiyi əlavə şahidlər X7, X8, X4 və İmanova Gülnaz Babaş qızı 04 avqust 2021-ci il tarixdə saat 09:00-dan 10:00dək eyni ərazidə olmamışlar, onların anten məlumatları müxtəlif ünvanlaradır, Təqsirləndirilən şəxs ünvanına deyildir. Şahidlər-polis əməkdaşları Şahid3 və Şahid1 Şahmar oğlu da həmin vaxt əlavə şahidlərlə eyni anten ərazisində olmamışlar, Şahid3 və Şahid1 Şahmar oğlunun ifadələrində göstərdikləri ilə anten məlumatları uyğunluq təşkil edir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.20221-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci ildə, saat 13:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v 19) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.(i.v 71-72) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3305 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqdim etdi: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 7 (yeddi) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,127 qr, 0,203 qr, 0,202 qr, 0,107 qr, 0,107 qr, 0,152 qr, 0,056 qr, təmiz çəkisi 0,954 qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfdə olan bir ədəd arxasında “200gx0,01g” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitər”-in siyahısına (Siyahı İ) daxildir.(i.v 35-39) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,954 qram olan heroin, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,814 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 76) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3866 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 149-150) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektorkriminalist rəqəmsal tipli Panasonic markalı videokameranı işə salmış, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 təqdim olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 7 ədəd qara rəngli siqaret kağızı bükümlərini, 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər açılmış, bükümlərin hər birində qəhvəyi rəngli spesifik iyə malik olan qəhvəyi rəngli maddənin olduğu aşkar olunmuşdur. Sorğu zaanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan maddə kütləsi narkotik vasitə olan kakosdur, aşkar olunmuş həmin maddəni xx.xx.2021-ci il tarixdə 30 manat pul ödəməklə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsilə almış olduğu narkotik vasitənin çəkisini ölçdüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,33 qram, 0,32 qram, 0,27 qram, 0,17 qram, 0,33 qram, 0,24 qram, 0,21 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin maddələr və elektron tərəzi xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilmişdir.(i.v 26-27, 85-86) Həmin diskdəki görüntülər məhkəmə iclasında nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-560/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan və həmin nömrələrdən çıxan telefon nömrələrinin siyahısının, “SMS” mətnlərinin, həmin nömrələrin antena dairəsinə aid olan məlumatları əks etdirən sənədlərin, həmin telefon nömrələrinin sahiblərinin anket məlumatlarının "xxxx" MMC-dən götürülərək ələ keçirilməsinə icazə verilmişdir. (i.v.103) İş materiallarında olan "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd 04 ədəd birincisi “SMS_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi”, üçüncüsü “Zənglərin Detallaşması_”, dördüncüsü “Zənglərin_Məxsusluq_Tarixçəsi” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Həmin diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə digər nömrələrin bir çoxu ilə aparılan sms-lərin mətnlərində narkotik vasitə satışına xas olan çoxsaylı yazışmalar olmuşdur. (i.v 115-145) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən məhkumluğunun ödənildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur.(i.v 93-94) İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşulardan narazılıq və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 114) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 ədəd CD Compact disk maddi sübut kimi tanınmışdır. X10 və Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatında tədqiq olunmuş 0,954 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,814 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi “SMS tarixçəsi”, ikincisi “SMS tarixçəsi”, üçüncüsü “Zənglərin detallaşması”, dördüncüsü “ Zənglərin məxsusluq tarixçəsi” adlı fayllar olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v 164-169) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. İşdə əsas sübutlardan biri videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarətdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 13.40-da Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29-un qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış 7 bükümdə, ümumi çəkisi 0.954 qram narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülməsi təsdiq edilir. Təqsirləndirilən şəxs qəbul edir ki, narkotik vasitə ona məxsusdur, ancaq üzərindən deyil, yaşadığı evdən götürülmüşdür. Tərəzi də evdə olmuş, onu evdə saxlamış, narkotik vasitə və tərəzi də evdən götürülmüşdür. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilən zaman verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansısa qanunsuz hərəkətlərə məruz qalmamış, polislər tərəfindən onun üzərinə hər hansısa qanunsuz əşya qoyulmamış, şikayəti yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması və təsir nəticəsində ilkin ifadəsində və videoçəkilişdə etirafedici ifadə verməsi ilə bağlı qeyd edir ki, bu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi üsuldur. Məhkəmə həmin halları araşdırmış, amma göstərilənlər təsdiq edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X7, X8, X4 və İmanova Gülnza Babaş qızı ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 09.00- 10:00 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən tutularaq aparıldığını və s. göstərmişlər. Müdafiə tərəfindən dindirilmiş şahidlər Təqsirləndirilən şəxs qardaşı, xalası və qonşuları olmaqla onunla yaxın münasibətdədirlər. Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən harada və nə vaxt saxlanması ilə bağlı məsələnin araşdırılması nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, əlavə şahidlərin ifadələri işdə olan digər sübutlarla, biri-birinin ifadəsi ilə uzlaşmır, ziddiyyətlidir. Onların göstərdikləri vaxtda özlərinin orada olaması belə təsdiq edilmir. Mobil operatorlardan götürülmüş məlumatlar daha mötəbər və daha inandırıcı sübutdur. Bu məlumatlardan görünür ki, bu şahidlər göstərdikləri vaxt özləri eyni bir ərazidə belə olmamışlar. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin dəvət etdiyi şahidlərin göstərdiyi hallar aparılan əməliyyat tədbirinin qanuniliyinin şübhə altına salınmasına və nəticədə Təqsirləndirilən şəxs qanunsuz, anasının xahişi ilə tutulması barədə rəy yaradılmasına yönəlmişdir. Məhkəmə həmin ifadələri qərəzsiz və mötəbər sübut kimi qəbul etmir. Bu mövqedən yanaşanda polis əməkdaşlarının Təqsirləndirilən şəxs harada və nə vaxt saxlamaları və s. barədə göstərdikləri inandırıcıdır və digər sübutlarla təsdiq edilir. Eyni zamanda, məhkəmə şahidlər Şahid4 və Şahid5 ifadələrinin sübut nöqteyinəzərindən mötəbərliyini qeyd etməklə bunların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi baxımından digər sübutlarla tam uzlaşdığını qeyd edir. Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı götürülən məlumatlar da Təqsirləndirilən şəxs səciyyələndirir, onun narkotik satışı ilə məşğul olması barədə qənaətə gəlməkdə əhəmiyyət daşıyır. Şahidlər Şahid4 və Şahid5 ifadələrində göstərilənlər həmin məlumatlarla bir daha təsdiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi ilə tərkibinə görə eyni olan 7 bükümdə, ümumi çəkisi 0,954 olan narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, bükümlərin sayı, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-234.2-ci maddəsinın sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 04 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 0,814 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilməli, əməliyyat-axtarış tədbirini, telefon danışıqlarını və digər məlumatları özündə əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 avqust 2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,814 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin, əməliyyat-axtarış tədbirini, telefon danışıqlarını və digər məlumatları özündə əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-119/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-119/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver