Məhkəmə qərarları › İş №1(060)-119/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-119/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-119/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli bükümdə təmiz çəkisi 1,276 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:02-də Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində 11B/15 saylı yaşayış binasının qarşısında Sumqayıt şəhər Pİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt şəhər Pİ-nə gətirilmiş və idarənin inzibati binasındakı xidməti otaqlardan birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli bükümdə təmiz çəkisi 1,276 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onu polis əməkdaşları saxladıqları zaman onun üzərində narkotik vasitə olmamışdır. Onu polis bölməsinə gətirmiş, polis bölməsində ona 1.5 qram narkotik vasitə təqdim etmişlər və demişlər ki, video çəkiliş keçirməklə üzərinə baxış keçirilən zaman həmin narkotik vasitəni üzərindən çıxarıb təqdim etsin, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edəcəklər, o da buna görə video çəkiliş zamanı belə bir hərəkət etmişdir. Həmin vaxtı o, narkotik vasitədən istifadə edirdi, lakin o, narkotik vasitə satışı ilə məşğul olmamışdır və həmin vaxt üzərində narkotik vasitə olmamışdır. İlkin saxlanıldığı gün verdiyi ifadəyə imza etmişdir, çünki ona istifadəçi kimi qeyd etdiklərini demişlər. Saxlanılan və üzərinə polis idarəsində baxış keçirilən zaman üzərində mobil telefon, 59 manat pul, evin açarları, qara və qoy rəgndə iki üzük, bilərzik, alışqan olmuş, narkotik vasitə olmamışdır. Tutularkən onu döyməmişlər, sadəcə ona bildirmişlər ki, “boynuna almasan sənin evinə 1 kq narkotik vasitə qoyacağıq, evindən çıxacaqdır. Onun evinin açarı onlarda olduğundan və bu cür bir təzyiq etdikləri üçün o da məcbur qalıb onlar deyəni etmişdir. Bu sözü polis bölməsində ona deyən vəzifəli şəxs olmuşdur, çünki onu həmin şəxsin otağına aparmışlar. Onu Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində saat təxminən 16:00-17:00 radələrində iki polis əməkdaşı saxlamışdır. Polis bölməsində üzərinə şəxsi axtarış aparılması ilə bağlı videoçəkiliş olmuş, həmin vaxt ona dövlət hesabına vəkil təyin edilmiş, onu vəkilin yanına gətirməmişdən öncə bildirmişlər ki, orda bir şəxs olacaq onun yanında narkotik vasitənin özünə məxsus olduğunu, tanımadığı İran vətəndaşından aldığını bildirsin. Həmin vaxt onun üzərində narkotik vasitə olmamış, narkotik vasitəni ona polis bölməsində təqdim etmişlər. Ona ilk əvvəl Elman adlı şəxsin ifadəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan etmişlər. Elmanın üzərindən çıxan narkotik vasitə ilə onun üzərindən çıxan narkotiklərin tərkibi eynilik təşkil edirdi. Onu polis əməkdaşları qəsdən ona elə təqdim edibmişlər ki, tərkibləri eynilik təşkil etsin. Onu saxlayan zaman polis əməkdaşı Şahid2 və Şahid1 orada olmamış, polis bölməsində çəkiliş zamanı həmin polis əməkdaşları gəlmişlər. Ona bildirmişlər ki, bu narkotik vasitəni üzərində çıxar və de ki, “İran vətəndaşı olan Seyid adlı şəxsdən almısan, Elman adlı şəxsə ağrılarını kəsməsi üçün vermisən, iki günə çıxacaqsan”. O da elə demişdir ki, oradan çıxa bilsin. Dediklərini etməsə üzərində olan evinin açarı ilə qapını açıb 1 kq narkotik vasitəni evinə qoyacaqdılar. SMS-lərlə bağlı onu qeyd edə bilər ki, bərbər olmuşdur, yanına gələnlərdən narkotik istifadəçiləri olmuş, ola bilsin ki, onlar telefonundan yazmış və yaxud birlikdə narkotik istifadə etmək üçün pul atışıb almışlar. Narkotik vasitə əldə etmək üçün onun telefonundan istifadə edib SMS yazıb narkotik vasitə almışlar. Bir-iki dəfə birlikdə qəbul etmək üçün Elmanla bir yerdə alıb qəbul etmişlər. Narkotik satışı ilə heç bir zaman məşğul olmamış, bəzən şərikli narkotik almış və ya olanda pay vermişlər. SMS-lərdə narkotik satışı ilə bağlı mətn varsa deməli başqa şəxslər onun telefonundan yazmışlar. ***-***-**-** mobil nömrə onun olmamışdır. Onun həmin vaxt iki nömrəsi olmuş, sonu 82 olan nömrəni iş yeri üçün almışdır. O biri nömrəni isə xatırlamır. Elman adlı şəxsi tanıyır, Elman onun qonşuluğunda qalır, narkotik vasitə istifadəçisidir. O, Elmandan narkotik vasitə əldə etməmişdir O, “həbs” qətimkan tədbiri seçilən zaman da məhkəməyə bildirmişdir ki, narkotik vasitə ona məxsus deyil. Onun saxlanılmasında şahid qismində dindirilən şəxslərdən Şahid3 iştirak edib. Digər iki şəxs iştirak etməyib. Başqa polis əməkdaşları vardır, lakin onların adını bilmir. Onu təxminən saat 16:30-17:00 radələrində saxlayıblar, şəxsi axtarışı həmin gün təxminən saat 23:30-00:00 radələrində keçirib çəkiliş aparmışlar, bundan sonra onu MSY-ə aparmışlar. İstintaq müdəti ərzində müstəntiqlə cəmi iki dəfə görüşmüşdür. Elmanla onun iki dəfə üzləşməsi olmuşdur. İlk üzləşmə zamanı Elman narkotiki ondan almasını bildirsə də, ikinci üzləşmədə o, bunu inkar etmiş və bildirmişdir ki, təzyiq altında elə bir ifadə vermişdir. Polis əməkdaşları ona onlarla əməkdaşlıq etməyi təklif etmişlər, o, bunu qəbul etmədiyi üçün onu şərləmişlər. O, ilkin tutulan zaman sənədlərə imza etmiş, sonradan heç bir sənədə imza etməmiş, imza etməkdən imtina etmişdir. O, sonradan biləndə ki, onun barəsində cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə deyil o, heç bir sənədə imza etməmiş, “imtina edirəm” yazmışdır. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə müalicə almış, hazırda adaptasiya dövründədir, artıq islah olunmuşdur. Himayəsində azyaşlı qız övladı vardır, ailəsini bərpa etmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin, NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 23 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan tərəflərindən əməliyyat tədbiri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində, yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. İdarədə xidməti otaqlardan birində vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vüsal üzərində olan mobil telefonu, 60 manat pulu və sellofana bükülmüş narkotik vasitəni təhtiqatçıya təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol tərəflərindən imzalanmışdır. Vüsal sorğu zamanı narkotik vasitəni İran vətəndaşı olan Seyid adlı şəxsdən aldığını və Elman adlı dostuna həmin narkotik vasitədən ağrılarını kəsmək üçün verdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs əvvəl Elman adlı şəxsi saxlamışlar. O, şəxsi axtarış zamanı bildirmişdir ki, narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Elmanın üzərindən heroin çıxmışdı. Təqsirləndirilən şəxs yalan ifadə verir. Polis İdarəsində Təqsirləndirilən şəxs heç bir vəzifəli şəxsin otağına aparılmamışdır. O, Elmanın və Vüsalın hər ikisinin saxlanılmasında iştirak etmişdir. Vüsal saxlanılan zaman ona heç bir təzyiq göstərilməmişdir. Özü səmimi etiraf etmiş, narkotik vasitə istifadəçisi olduğunu, İran vətəndaşından aldığını və arabir Elman adlı şəxsə istifadə üçün verdiyini bildirmişdir. Elmanın saxlanılması zamanı orda olub-olmamağı dəqiq yadında deyil, lakin onun narkotik vasitəni Vüsaldan almasını etiraf etməsində orada olmuşdur. Elmanın tutulmasında iştirak etməyini xatırlamır, lakin etirafında iştirak etmişdir. Elman adlı şəxsin məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamışlar. Vüsalı axşam saatlarında saxlamışlar, Elmanın günün hansı vaxtı saxlanılması dəqiq yadında deyildir. Vüsalı saxladıqdan dərhal sonra polis idarəsinə gətirmişlər, şəxsi axtarış zamanı Vüsalın üzərindən narkotik vasitə aşkar edilmişdir. O, bildirmişdir ki, narkotik vasitəni onlayn şəkildə İran vətəndaşından almışdır. Salahov Səbuhi adlı şəxsi xatırlamır. Təxmini xatırlayır ki, Elmanın adını Səbuhi vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin, NMB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, ötən ilin fevral ayının sonları idi. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan tərəflərindən əməliyyat tədbiri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. İdarədə xidməti otaqlardan birində vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilmiş, səhv xatırlamırsa narkotik vasitə heroin olmuşdur. Bir də mobil telefon və pul əskinazları aşkar edilmişdir. İlk öncə Elman adlı şəxsi saxlamışlar, o da Vüsalla eyni məhlədə Sumqayıt şəhər 45-ci məhəllə ərazisində yaşayır. O bildirmişdir ki, narkotik vasitəni Vüsaldan almışdır. Bundan sonra onlar Vüsal adlı şəxsi əməliyyat tədbiri nəticəsində saxlamışlar. Təqsirləndirilən şəxs yalan ifadə verir. Polis İdarəsində Təqsirləndirilən şəxs heç bir vəzifəli şəxsin otağına aparılmamışdır. O, Elmanın da saxlanılmasında iştirak etmişdir. Vüsalı axşam saatlarında saxlamışlar. Vüsala qarşı tərəflərindən heç bir təzyiq olmamışdır. Səbuhi adlı şəxsi tanıyır, onu narkotik vasitənin istifadəsində şübhəli şəxs kimi tutmuşlar. Onun barəsində olan cinayət işi üzrə məhkəmə iclasında da iştirak etmişdir. Səhv xatırlamırsa Səbuhi şəxsi axtarış zamanı narkotik vasitəni Elmandan aldığını bildirmişdi. Elman şəxsi axtarış zamanı bildirmişdir ki, narkotik vasitəni Vüsaldan almışdır. Elmanın üzərindən külli miqdarda narkotik vasitə aşkar olunmuşdu. Vüsalı yaşadığı evin həyətində saxlamışlar, idarəyə gətirmişlər, idarədə təhtiqatçı baxış keçirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İttiham tərəfin vəsatəti əsasında məhkəmə iclasına yenidən dəvət edilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 45-ci məhəllə ərazisində təxminən 23 fevral 2022-ci il tarixdə saat 18:00-19:00 radələrində saxlamışlar. Əməliyyat tədbirində o, Şahid2 və Şahid1 olmuşdur. İlk öncə Şahid4 saxlamışlar, onun üzərindən narkotik vasitə aşkar olunmuş, sorğu zamanı narkotik vasitəni Vüsaldan aldığını və dəfələrlə belə olduğunu bildirmiş, bu məlumat əsasında Vüsalı saxlayıb idarəyə gətirmişlər. İdarədə onu təhqiqatçıya təhvil vermiş və həmin vaxta qədər şəxsi tək buraxmamışlar. Şahid4 üzərinə şəxsi axtarış keçirildikdən təxminən 3-4 saat sonra Təqsirləndirilən şəxs saxlamışlar. Belə ki, Şahid4 ifadəsinin alınması, Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyənləşdirilməsi və digər prosessual hərəkətlərin aparılması 15-20 dəqiqə ərzində aparıla bilməz. Ümumiyyətlə məlumatın dəqiqləşdirilməsi və tədbirin qurulması ən azı 3-4 saat vaxt aparır. Şəxsin üzərindən nə aşkar olunduğunu xatırlamır. Lakin hazırda onu xatırlayır ki, sonradan görmüşlər ki, şəxsin üzərindən avtomobilə siqaret və açar düşmüşdür. O, siqaret və açarı şəxsən özü MSY-nə təhvil vermişdir. Üzük və qolbaqdan onun məlumatı olmamışdır. Ola bilsin ki, digər əşyaları da onlar sonradan MSY-nə təhvil vermişlər. Açarı avtomobilin arxa oturacağının üzərindən tapmışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin, DYPŞ axtarış üzrə inspektor Şahid2 ifadəsində göstərdi ki, 23 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirməsi və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olduğundan tərəflərindən əməliyyat tədbiri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində tərəflərindən saxlanılmışdır, özlərini təqdim etdikdən sonra Vüsalı Sumqayıt ŞPİ-nə dəvət etmişlər, o, buna etiraz etmədən onlarla Sumqayıt ŞPİ-nə gəlmişdir. İdarədə xidməti otaqlardan birində vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Vüsal buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı Vüsalın üzərindən bir büküm narkotik vasitə aşkar edilmişdir. Vüsal sorğu zamanı narkotik vasitənin heroin olduğunu, narkotik vasitəni İran vətəndaşı olan Seyid adlı şəxsdən aldığını bildirmişdir. Vüsal bildirmişdir ki, həmin narkotik vasitədən ağrıları olduğu üçün Elman adlı şəxsə də vermişdir. Əməliyyat məlumatı Vüsalın narkotik vasitəni üzərində gəzirməsi, istifadə etməsi və satması ilə məşğul olması kimi daxil olmuşdu. Vüsalı saxladıqları zaman o, heç bir müqavimət göstərməmişdir. Əməliyyatda 3-4 nəfər polis əməkdaşı iştirak etmişdir. Sumqayıt şəhəri 45-ci məhəllədə tədbirin nə qədər çəkdiyini dəqiq xatırlamır, çünki belə əməliyyatlar həddən artıq çox olduğundan xatırlamır. Onu xatırlayır ki, Vüsalı 17-18 radələrində saxlayıb bölməyə gətirmişlər, bölmədə özü çıxarıb narkotik vasitəni təqdim etmiş və İran vətəndaşı olan Seyid adlı şəxsdən aldığını bildirmişdir, əgər ona məxsus deyildisə orada da etiraf etməzdi. Satışı ilə bağlı Vüsal bildirmişdir ki, Elman adlı şəxsə ağrıları olduğu üçün arabir vermişdir. Əməliyyat zamanı o da orada olmuşdur, ola bilsin ki, Vüsal onu görə bilməmişdir. Həmin vaxt üzərində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Məhkəmə iclasına yenidən dəvət edilən şahid Sumqayıt ŞPİ-nin, DYPŞ axtarış üzrə inspektor Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə məlumat daxil olmuş, həmin məlumat əsasında Vüsalı saxlamışlar. Şəxsi axtarış zamanı Vüsalın üzərindən telefon, pul və narkotik vasitə aşkar olunmuşdur. Videoçəkilişdə görünən əşyalardan başqa bir ədəd də avtomobildə açar aşkar olunmuşdur. Onun fikrincə açarı Elnur MSY-nə təhvil vermişdir. Açarı sonradan hansısa əməkdaş gətirib təhvil vermişdir. Qolbaq və üzük barədə onun məlumatı yoxdur. Şəxsi saxlayıb gətirən zaman o, qabaqda sürücünün yanında əyləşmiş, arxa oturacaqda isə iki polis əməkdaşı əyləşmişdir. Avtomobili kimin idarə etdiyini xatırlamır. Ümumiyyətlə əməliyyat tədbiri zamanı şübhəli şəxs saxlanılarkən üzərində olan hər hansı əşyanı kənara atmaması, gizlətməməsi üçün polis əməkdaşları tərəfindən zərərsizləşdirilir, sağ və sol tərəflərindən polis əməkdaşları tutaraq müşayiət altında şəxs aidiyyatı üzrə təhvil verilir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Vüsaldan heç bir narkotik vasitə almamışdır, onu polisdə məcbur etmişlər ki, narkotik vasitəni Vüsaldan aldığını desin. Təqsirləndirilən şəxs ona heç bir narkotik vasitə satmamış və ya verməmişdir. Onu polis bölməsində məcbur etmişlər ki, elə bir ifadə versin, qarşısına 57 qr narkotik vasitə qoymuşlar. Polis bölməsində əməliyyatçılar onu döymüş və təzyiq göstərmişlər. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi olmuş və məhkəmənin yekun hökmü çıxarılmışdır. Həmin cinayət işi bu hadisə ilə bağlı olmamışdır. 57 qram narkotik vasitə çıxan epizod üzrə cinayət işinin nəticəsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsla bir həyətdə yaşayırlar. Vüsalın narkotik vasitə istifadə etdiyindən xəbəri olub, bir yerdə narkotik vasitə də qəbul etmişlər. Narkotik vasitəni o alırdı, pulu ikisi qoyurdular. Narkotik vasitəni başqabaşqa şəxslərdən almışdır. Vüsalla zəngləşib, bir-birilərinə sms yazmışlar. Danışmışlar ki, onda bu qədər pul var səndə də varsa atışaq narkotik alaq falan belə yazışmaları olmuşdur. ***-***-**-** mobil nömrəsi ona məxsus olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadə elan olunan zaman ifadənin ona məxsus olduğunu, hadisənin ifadədə qeyd edildiyi kimi baş verdiyini, Vüsalın adını çəkməyini polis əməkdaşlarının ondan tələb etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan protokol və qəraradan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, 11B/15 saylı binanın qarşısında xx.xx.2022-ci il tarixdə saat 18:02-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-125/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, şəxsi axtarış saat 18:49-da başlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Mustafa ilkin Məstan oğlu təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü və sol yan cibində olan 01 ədəd “TECNO” markalı mobil telefonu və 60 manat pulu təqdim etdi. Həmin şəffaf rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni Seyid adlı İran vətəndaşından xx.xx.2022-ci il tarixdə onlayn ödəniş vasitəsilə 30 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin Elman adlı dostuna da ağrıları olduğundan əvvəllər aldığı narkotik maddələrdən verdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1.51 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış 19:09-da başa çatmışdır. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1131 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...(imza) saxlanılan şəxs: Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,276 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində «...saxlanılan şəxs X12 »... sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,204 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində «...Şahid4 üzərindən aşkar edilmiş...» sözləri olan zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 57,043 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,226 qram heroin. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs iştirakı müəyyən edildiyindən həmin cinayət işləri bir icraatda birləşdirilmiş və işin istintaqı ********* statistik nömrə ilə davam etdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmiş, Şahid4 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Şahid4 xx.xx.2022-ci il tarixdə saat 16:35-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Şahid4 üzərinə şəxsi axtarış saat 17:20-də başlamış, üzərindən birinci büküm 33,24 qram, ikinci büküm 25,13 qram heroin olmaqla ümumilikdə çəkisi 58,36 qram olan iki büküm heroin aşkar olunmuş, sorğu zamanı Şahid4 təqdim etdiyi maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni tanışı Vüsal adlı şəxsdən şəxsi istifadəsi üçün qramını 20 manata olmaqla aldığını və üzərində saxladığını, ümumiyyətlə istifadə etdiyi narkotik vasitələri həmişə Vüsaldan aldığını, tərəzini isə həmin maddələrin çəkisini müəyyən etmək üçün alıb istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış saat 17:40-da başa çatmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid4 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 283 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq qalmış 1,226 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı MKS tərəfindən verilmiş 393 və 394 saylı, xx.xx.2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, ailə tərkibi anası-1968-ci il təvəllüdlü Qasımova Gülnar qızı, bacısı-1991-ci il təvəllüdlü X9, bacısı oğlu-2012-cı il təvəllüdlü X4 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, orada papka müəyyən edilir. Həmin papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Vüsal adlı şəxsin narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 18:02-də Sumqayıt şəhəri, 45-ci məhəllə 11B/15 saylı binanın qarşısında müəyyən olunaraq, saxlanılmış və Sumqayıt şəhər Pİ-yə gətirilərək, orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİnin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayev sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Bundan sonra polis əməkdaşları da özlərini təqdim edir. Baş təhqiqatçı X11 Qasımova narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş, eləcə də hüquqlarını müdafiə edəcək vəkil təqdim olunur, Təqsirləndirilən şəxs bildirişlə tanış olub, vəkilə etiraz etmir. Daha sonra baş təhqiqatçı X11 Qasımova videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirir, o isə buna etiraz etmir və şəxsi axtarışa başlanılmasmdan əvvəl onun üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulur, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini və sol yan cibində olan 01 ədəd «Techno» markalı mobil telefonu, 60 manat pulu təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitə olan heroini Seyid adlı iran vətəndaşından xx.xx.2022-ci il tarixdə onlayn ödəniş vasitəsi ilə 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin Elman adlı dostuna da ağrıları olduğundan əvvəllər aldığı narkotik maddələrdən verdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin çəkisini müəyyən etmək üçün elektron tərəzi vasitəsi ilə çəkilir, 01 bükümdə olan həmin heroin zərfdə qablaşdırılır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Techno” markalı mobil telefon iş üçün sübut əhəmiyyət kəsb etdiyindən ona qaytarılmayaraq götürülür, 60 manat pul isə onun özünə qaytarılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada 9320-xx.xx.2022 adlı papka var. Həmin papkaya daxil olduqda orada «513749584_SMS» adlı dokument olması müəyyən edilir. «513749584_SMS» adlı dokumentə daxil olduqda orada -xx/xx/2021,18:52:50, Təqsirləndirilən şəxs istifadəsində olan **********84 nömrəsindən **********73 mobil telefon nömrəyə «Qaqa taksideyem deyə rahat danışa bilmirəm. Mene İgram kola , yarım da shushe lazımdı almar?? xx/xx/2021,03:14:36 **********60 mobil telefon nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 nömrəsinə «yetim pulunu qaytar qaqaşa i vse . falqadakin gotur saxla . 5m qayt» xx/xx/2021,15:38:24 Təqsirləndirilən şəxs istifadəsində olan **********84 nömrəsindən **********28 mobil telefon nömrəsinə «Tək Allah şahidim ki dərman görürəm su götürmüşəm bir defelik and olsun allaha xercidyib elememisen isdyirsen Allah görsün bilsin eğer aldiramda bir dəfəlik 12 manatın var ,10manat çatmır qurban olum götürüm bir defelik» mövzusunda sms mübadilənin aparılması müəyyən edilir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan 2515 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və narkotik vasitələrə. psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalinin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada «SMS_Tarixçəsi» adlı papka var. Sözügedən papkaya daxil olduqda müəyyən edilir ki, xx-xx-2022-ci il tarixdə saat 02:41-də Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə «uuetim çox pis naldadı. Patı intiresni sıxmaq sıxır meni, vı aqrıtmauım.meni kunorta saat 1-e kimi 5-lik kola qadan alaram», xx-xx-2022-ci il tarixdə saat 19:16-də Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 070- ***-**-** mobil telefon nömrəsinə «deyir temiz ceki duzub qowuram.hara deyirsen getirem.30manata birdefe verirem.karoci brat alinmir ygram tezden adboy edir zanitdi blok eledi nomremi deyesen» məzmunda sms mübadilələrin aparılması müəyyən edilir. Bundan başqa, xx-xx- 2022-ci il tarixdə, saat 07:59-da ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qaqa lOdeyqeye cix gel bizim padeze.çatanda viziv at duwum.bu gun 6ci gundu deye atam evdedi qaqa yandirma.35man temiz olsun İqram ter temizdi.mene İdene pati g», xx-xx-2022-ci il tarixdə saat 08:18-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Qaqa axirinci konturdu yaziram.verdiyin cetin bura ne dexlisi var.mende sene dobru kola verecem.beyaxdan ozuvu dagidirdin ki pul temizdi.o pul camahatindi bildn», xx-xx-2022-ci il tarixdə saat 08:23-də 077- ***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «35manat var gel tez verim get.yoxdusa gelme qardawimsan.cunki o mal getiren dostundu pulda onundu.dedi ki 35man deyilse verme.istiyen çoxdu verme gelib goturerm», xx-xx-2022-ci il tarixdə saat 22:29-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Qardawim dunenden yazisan mende cox yazamiram usdu ortulu yazirdim ki tema haqinda yazmiyasan qaqa men heckimi ne aldatmiwam ne yalan daniwmiwam nedeki fırlatmiwam werefsiz mene sef verib hele mene şorada dirki gene deyiwmek isdise getisin deywek men seni ona gore getizdirmek isdemirdim oncun dirdim at goturecem qaqa ne bawini axridim saba sat 1 tamamda yixacam ozum pulun verecem yarim patin yaxwimi qardawim 20manata gucum catacaq menimde alahaqi biweyki indi gelmiwem ozum lomkadayam 1 tamda 20sendedi yaxi brat hara disen getirecem», xx.xx.2022-ci il tarixdə saat 20:17-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə «yarı verə bilərəm nə deyirsən Allahki azı konkret ancaq yarı verə bilərəm bir şey yaz mənə», xx-xx-2022-ci il tarixdə saat 20:55də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsinə «Yarımı götür gəldə 2 kərə gələ bilərsən dediyin yarımı deyirəm» məzmunda sms mübadilələrin aparılması müəyyən edilir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 14:01-dən saat 17:25-dək olan müddət ərzində Sumqayıt şəhəri 4-cü mikrorayon ev 27 A-da müəyyən edilir. Cinayət işinə əlavə edilmiş sms mətnlərə diqqət etdikdə, narkotik maddəni istifadə edən şəxslərin birinin-digərinə narkotik vasitə verməsi və ya birgə alınmasına köməklik göstərilməsi kimi qarşılıqlı yazışma müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində Sumqayıt şəhər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Şahid4 cinayət əməli Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində Sumqayıt şəhər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs və Şahid4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işindən külli miqdarda narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi faktına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilmiş, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq qalmış 1,226 qram narkotik vasitə heroin, Şahid4 üzərindən aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalmış 56,943 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışma təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs və Şahid4 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 8499 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-8656/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-12091/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd «Techno», Şahid4 üzərinə axtarış zamanı götürülmüş 01 ədəd «Samsunq» və 01 ədəd BD» markalı mobil telefon aparatları və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik kartı iş üzrə sübut əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmayaraq, onların ailə üzvlərinə qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı iş üzrə Təqsirləndirilən şəxs Azırbaycan Respubliaksı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-284/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3- cü maddələri təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Sumqayıt şəhər Pİ-nin istintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X10 tərəfindən tərtib olunmuş 18 iyun 2022-ci il tarixli ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Sumqayıt şəhər Pİ-nin İŞ-nə qaytarılmış və həmin tarixdə Sumqayıt şəhər Pİ-nin istintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X6 icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsi tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:10-da Sumqayıt şəhəri, 45ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir və xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu Təqsirləndirilən şəxsla birlikdə tanımadıqları şəxslərdən narkotik alaraq istifadə etdiklərini, narkotiki Vüsalın deyil, polislərin ona verdiyini, ilkin ifadəsində olan xüsusatları təzyiq altında verdiyini, sərbəst ifadə olmadığını, fiziki təzyiq olduğunu, lakin xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxs da eyni xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, ona elan edilmiş ittiham dəyişdirilərək həmin maddə ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Şahid4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin ayrılması barədə qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq qalmış 1,226 qram narkotik vasitə heroinin, Şahid4 üzərindən aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalmış 56,943 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışma təhvil verilməsi nəzərə alınmış, xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Şahid4 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 8499 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-8656/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-12091/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskin cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd «Techno», Şahid4 üzərinə axtarış zamanı götürülmüş 01 ədəd «Samsunq» və 01 ədəd «BD» markalı mobil telefon aparatları və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik kartının onların ailə üzvlərinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək Azərbaycan Respubliaksı CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Şahid4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarında olan “X3” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx xxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən əziyyət çəkdiyi “asılılıq sindromu”na görə X2 müraciət etmiş və 11 mart 2023-cü il tarixindən Mərkəzdə sosial-psixoloji reabilitasiya proqramına daxil edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda burada psixoloqoların, psixoterapevtlərin ciddi nəzarəti altındadır və 11 avqust 2023-cü il tarixinə qədər Mərkəzin binasını tərk etmədən, burada stasionar şəraitdə qalacaqdır. Onun hazırki psixoloji vəziyyəti reabilitasiya mərkəzindən kənara çıxmaq üçün uyğun deyildir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Mıhkəməsinin 1(060)-119/2023 saylı, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhər Polis İdarəsinə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş əşyaların saxlanca qəbul edilməsi və həmin əşyaların şəxsə qaytarılmasına dair qeydiyyat kitabının, eyni zamanda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs MSY-yə giriş-çıxış tarixlərinin qeydiyyatı kitabının Sumqayıt şəhər Məhkəməsinə göndərilməsinə dair məzmunda sorğu verilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 3-16-16/2-4/1350 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildnin 12-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Şübhəli şəxsə müdafiəçi təqdim edilməsi barədə protokolda, 13-cü vərəqində olan Təqsirləndirilən şəxs adından olan xx.xx.2022-ci il tarixli ərizədə, 18-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Müdafiəçi təqdim edilməsi barədə protokolda, 22-ci vərəqində olan Şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişdə, 23-cü vərəqində olan xx.xx.2022-ci il tarixli Şübhəli şəxsin hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə turulan hüquqları haqqında bildirişdə, 24-cü vərəqində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda, 25-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Şübhəli şəxsin hüquq və vəzifələrinə dair yazılı bildirişin təqdim edilməsi barədə protokolda Təqsirləndirilən şəxs adından olan imzalar; 27-28-ci vərəqlərində olan Şəxsi axtarışın keçirilməsi barədə protokolun 1-ci vərəqində soldan 3-cü imza və 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 29-cu vərəqində olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların şübhəli şəxsə bildirilməsinə dair protokolda, 33-cü vərəqində olan xx.xx.2022-ci il tarixli Məhkəmə-kimyəvi ekspertizası təyin etmə barədə qərarla şübhəli şəxsi tanış etmə barədə protokolda, 47-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi barədə protokolda, 4-50-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolda (05 ədəd) 111-113-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli Şahidin dindirilməsi protokolunun kserosurətində (05 ədəd), 114-116-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli Üzləşdirmədə dindirmə protokolunun kserosurətində (04 ədəd), 126-cı vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə, 127-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsə müdafiəçi təqdim olunması barədə protokolda, 129-130-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın 2-ci vərəqində, 132-134-cü vərəqlərində olan Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişdə (03 ədəd imza), 135-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının mühafizəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları barədə bildirişdə, 136-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi və təqsirləndirillməsi barədə qərarın surətinin verilməsi barədə protokolda, 141-ci vərəqində olan Ekspertiza rəyinin şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda, 142-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Ekspertiza rəyinin şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi barədə protokolda, 143-cü vərəqində olan Ekspertiza rəyinin şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi barədə protokolda, 144-cü vərəqində olan Ekspertiza rəyinin şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi barədə protokolda, 145-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi barədə protokolda, 146-148-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda (07 ədəd), 152-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsi həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın təqsirləndirilən şəxsi məhkəməyə təqdim etdiyi materiallarla tanış etməsi barədə protokolda Təqsirləndirilən şəxs adından olan imzalar; cinayət işinin İİ cildinin 237-239-cu vərəqində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunda (05 ədəd) 264-cü vərəqində olan xx.xx.2022-ci il tarixli Ərizədə, 265-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Müdafiəçinin təqdim edilməsi barədə protokolda, 266-267-ci vərəqlərində olan 03 oktyabr 2023-cü il traixli Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi barədə qərarın 2-ci vərəqində, 269-270-ci vərəqlərində olan Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişin 1 -ci vərəqinin aşağı sol küncündəki və 2-ci vərəqində, 271-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” nəzəqdə tutulan hüquqları barədə bildirişdə, 272-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi və təqsirləndirilməsi barədə protokolda, 273-cü vərəqində olan xx.xx.2022-ci il tarixli Cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi barədə protokolda, 274-275-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi protokolunda (04 ədəd) 301-ci vərəqində xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə protokolda Təqsirləndirilən şəxs adından olan imzalar; cinayət işinin İ cildinin 48-50-ci vərəqlərində olan olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun sonundakı əlyazmalar; 114-116-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli Üzləşdirmədə dindirmə protokolunun kserosurətinin sonunda Təqsirləndirilən şəxs aid olan hissədə əks olunmuş əlyazmalar, 146-148-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 1-ci vərəqində “Qismən təqsirli bilirəm” əlyazmaları, 3-cü vərəqin sonundakı əlyazmalar; cinayət işinin İİ cildinin 237-239-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunun 1-ci vərəqində olan “təqsirli bilmirəm” əlyazmaları, 3-cü vərəqin sonundakı “İfadə sözlərəmlə yazildı, ələvəm yoxdur İmzamla təsdiq edirəm İmza” əlyazmaları; 274-275-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxsinn dindirilməsi protokolunun 1-ci vərəqində “təqsirli bilmirəm” əlyazmaları, 2-ci vərəqin sonundakı əlyazmalar - QASİMOV VÜSAL ELDAR oğlu tərəfindən icra olunmuşdur. Tədqiqi hissənin 2-ci bəndində göstərilən çatışmazlığı aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyəni veririk: imza qrafasında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər). İş materiallarında olan MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:02-də tutulmuş, MSY-nə xx.xx.2023-cü il tarixdə saat 23:30-da daxil olmuşdur. Həmçinin MSY-nə daxil olarkən Təqsirləndirilən şəxs üzərində bel kəməri, sarı alışqan, qolbaq, üstü dəmirli açar, 59 (əlli doqquz) manat kağız pul, 2 (iki) ədəd ağ metaldan üzük göy və qara qaşlı aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, sabiq Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Şahid4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış sübutlarla təsdiq olunmadığından və onun əməlində cinayət tərkibi olmadığından ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid2, Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X7 ifadələri, eləcə də Şahid4 üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol, eləcə də sonuncunun üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini əks etdirən 01 ədəd disklər iş üçün sübut əhəmiyyətli hesab edilməmiş və həmin 01 ədəd disk maddi sübut kimi tanınmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Qeyd olunan mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. İlk öncə məhkəmə qeyd edir ki, qanunsuz olaraq şəxsi istifadə və ya satış məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama, daşıma və ya üzərində gəzdirməyə görə şəxsi cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən ittiham tərəfinin mötəbər və yeganə sübut narkotik vasitənin aşkar edilməsi məqsədi ilə keçirilmiş axtarışla bağlıdır. Yəni bütün cinayət işi, binaya, qurğuya, avtomobilə və ya şəxsin üzərinə baxış keçirilməsi haqqında protokol və həmin vaxtı aparılan videoçəkilişin üzərində qurulur. Bu sübutu şübhəyə alan hal olduqda şəxs barəsində ittiham hökümü çıxarıla bilməz. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatlar öz təsdiqini tapmış, cinayət işində olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolu və videoçəkilişdə onun polis əməkdaşları saxladıqdan sonra ilk dəfə üzərinə şəxsi axtarış aparılması ciddi şübhə altına alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin üzərində olmadığını, polis əməkdaşlarının psixoloji təyziq altında heroinin özünə məxsus oluduğunu qeyd etmiş, buna səbəb isə saxlanılan gün üzərində evinin açarı olduğunu və hələ videoçəkilişdən əvvəl keçirilmiş axtarış zamanı həmin açarın onda aşkar edildiyini, etirafedici ifadə vermədiyi təqdirdə evində daha artıq miqdarda narkotik vasitə çıxacağını bildirmişdir. Eyni zamanda saxlanılarkən üzərində videoçəkiliş və şəxsi axtarış protokolunda qeyd olunmayan, lakin təqsirləndirilən şəxs tərəfindən ətraflı təsfir edilən rəngləri qara və göy qaşlı olan iki üzük, qolbaq, alışqan olduğunu göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 309 nömrəli qəbzdən görünür ki, müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına uyğun olaraq tutulmuş şəxs Təqsirləndirilən şəxs üstündə aparılmış axtarış zamanı götürülmüş əşyalar sırasında bel kəməri, sarı alışqan, üstü dəmirli qolbaq, açar, 59 (əlli doqquz) manat kağız pul, 2 (iki) ədəd ağ metaldan göy və qara qaşlı üzük qeyd olunmuşdur. Şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol və həmin vaxt aparılan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü və sol yan cibində olan 01 ədəd “TECNO” markalı mobil telefonu və 60 manat pulu təqdim etdi. Bundan başqa videoşəkilişdən görünür ki, Təqsirləndirilən şəxs şalvarının üzərində bel kəməri vardır. Lakin, alışqan, qolbaq, açar, rəngləri qara və göy qaşlı olan iki üzük onun üzərində olması görünmür və aşkar olunmur. Əməliyyat axtarış tədbirinin təşkili və keçirilmə qaydası ilə bağlı şahid ifadəsindən müəyyən olunur ki, şəxs barəsində məlumat verildikdə həmin məlumatın emal olunması, şəxsiyyətin və olduğu yerin müəyyənləşdirilməsi və tədbirin keçirilməsi ən azı 2-3 saat vaxt tələb edir. Bundan sonra cinayət törətməkdə şübhəli olan şəxs saxlanıldıqda dərhal əməliyyat qrupuna daxil olan iki şəxs şübhəli şəxsi hərəkətsiz hala gətirir və sonra qollarından tutur ki, həmin şəxs saxlanıldıqdan sonra üzərində hər hansı bir əşyanı şəxsi axtarış keçirilənə qədər özündə uzaqlaşdıra bilməsin. Məhkəmə tərəfindən əməliyyat axtarış tədbirinin təşkili və keçirilmə qaydası ilə bağlı bilavasitə şahidlərin göstərdiyi və əməliyyat sirri olmayan açıqlamalarına istinad etməsinin əsas səbəbi odur ki, Təqsirləndirilən şəxs fiziki olaraq üzərində iki üzük, alışqan, qolbaq və evin açarını üstündən atmasına dair mülahizə inandırıcı görünmür. Çünki, əgər şəxsin üzərində narkotik vasitə var idisə belə bir rahat imkanda o, ilk növbədə narkotik vasitəni üzərindən uzaqlaşdırmış olardı. Bundan başqa şahidlər təkrarən verdikləri ifadələrində avtomobildə açar aşkar edildiyini qeyd etsələr də, qolbaq və üzüklərin onlar tərəfindən tapılmadığını və belə bir məlumatın onlarda olmadığını demişlər. Məhkəmədə ittiham tərəfinin vəsatəti əsasında təkrar dindirilən şahid ifadələrində xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Vusal Qasımov saxlanıldıqda sonra onu avtomobillə Sumqayıt ŞPİ-nə gətirilməsi və orada şəxsi axtarış keçirilməsi, daha sonra avtomobildə açar aşkar olunması və müvəqqəti saxlama yerinə təhvil verilməsi ilə bağlı göstərilənlərə məhkəmə tənqidi yanaşır və hesab edir ki, bu hal nə ibtidai araşdırma zamanı rəsmiləşdirilməmiş, nədə ki, ilkin məhkəmə iclasında ifadə verilən vaxtı qeyd olunmamışdır. Təqsirləndirilən şəxsin saxlanılmasından 1 il 7 aydan cox vaxt keçməsinə baxmayaraq şahidlərin təkrar məhkəmədə dindirilməsi zamanı şəxsin tutulması vaxtı və saatının dəqiq xatırlaması ağlabatan deyildir ona görə ki, şahid əvvvəlki məhkəmə iclasında yəni, təxminən 6 ay daha əvvəl şəxsin harada saxlanlımasını çətinliklə bildirmiş, dəqiq gün və saatı əməliyyat tədbirlərinin coxlu ilə yadına düşmədiyini və istintaq zamanı ifadəsinin təsdiq etdiyini vurğulamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış xx.xx.2023-cü il tarixdə saat 17:20-də başlamış və 17:40-da bitdikdən sonra verilmiş məlumat əsasında Vüsal adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi, olduğu yeri təyin etmək və müvafiq sənədləşdirilmə aparmaqla birlikdə əməliyyat qrupu yaradıb şəxsi Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində tutmağa cəmi 20 dəqiqə vaxt sərf edilmiş, yəni 18:02-də Təqsirləndirilən şəxs artıq Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində saxlanılmışdır. Belə qısa zaman kəsiyində qeyd olunan hərəkətlərin edilməsi mümkünlüyü şahid tərəfindən təkzib edilmişdir. Sonra saat 18:49-dan 19:09-dək şəxsi axtarış keçirilmiş, daha sonra izahatı alınmış, müvəqqəti saxlanılma yerinə isə xx.xx.2023-cü il tarixdə saat 23:30-da daxil olub, xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına göndərilmişdır. Təqsirləndirilən şəxs iddiasına görə o, tutulan gün 5-6 saat saxlanıldıqdan sonra təkrarən videoçəklişlə üzərinə baxış keçirilmiş və MSY-yə yerləşdirilmiş, daha sonra məhkəmə qarşısına çıxarılmış, bundan sonra cəmi iki dəfə müstəntiqi görmüşdür. İş materiallarında görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan seçilmişdir. Lakin, MSY-də saxlanılan şəxslərin uçotu kitabından 2022-ci ilin fevral ayının 24-25-i tarixlərdə şəxsin MSY-dən çıxarılması və ya onun yanına hər hansı şəxsin daxil olması barədə qeyd mövcüd deyildir. Bu cür yol verilmiş kobud səhvlər sübutun mötəbərliyinə ciddi təsir edir və qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən həmin dəlil şəxsin xeyirə təsfir edilir. Məhkəmə, Vusal Qasımovun xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsində iştirak etməsini təsdiq etsə də, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini artıq şübhə altına alınır. Bundan başqa sabiq Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Şahid4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış sübutlarla təsdiq olunmadığından və onun əməlində cinayət tərkibi olmadığından ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, xitam verilməsinin əsası kimi həmçinin göstərilmişdir ki, Şahid4 polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:35-də tutulub Sumqayıt ŞPİ-nin İŞ-yə gətirildiyi halda, onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi həmin gün saat 15:51, 15:54. 16:12, 17:01-də Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində qeyd edilir. Bundan əlavə Şahid4 xx.xx.2022-ci il tarixdə saat 16:35-də polis əməkdaşları tərəfindən tutulduğu halda onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə Təqsirləndirilən şəxsla telefon danışıqları müəyyən edilir. Halbuki Təqsirləndirilən şəxs özü də həmin gün saat 18:02-də saxlanılır. Bununla da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqan qeyd olunan mobil nömrələr arasında aparılmış telefon danışıqlarının, sms mətnlərinin kim tərəfindən yazılması şübhə altına almışdır. Təqsirləndirilən şəxs günahsız olmasını bildirsə də istintaq orqanı əvvəlcədən, araşdırma aparmadan onun təqsirli olması qənaətinə gələrək heç bir əlavə sübut toplamadan, onun narazılığını ifadə etməsi üçün bununla bağlı dindirilməsini təmin etmədən, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları yoxlamadan istintaq aparmışdır. Qərəzsiz, tam, hərtərəfli və obyektiv araşıdırma aparılması təmin edilməmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasına əsas Şahid4 ifadəsi olsa da, sonuncunun əməli sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Bu halda yaranmış ziddiyyətin məhkəmə tərəfindən izah edilməsi mümkün olmamışdır. Sadalanan hallar və faktlar Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması barədə aparılmış prosessual hərəkətlərin formal xarakter daşımasına dair məhkəmədə inam yaradır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 15-ci maddəsi ilə cinayət təqibi gedişində aşağıdakılar qadağan edilir: işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək; uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək; zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). «X5rşı» işdə məhkəmə qeyd etmişdir ki, polisin apardığı dindirmənin ümumi atmosferi təzyiq xarakterlidirsə və təqsirləndirilən şəxsin hüquqlarına düzəldilməsi mümkün olmayan ziyan vurursa, təqsirləndirilən şəxsin 6-cı maddənin 1 və 3 (c) bəndləri ilə nəzərdə tutulan hüquqları pozula bilər. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən «İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda» həmçinin «istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda» əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən «Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz». Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən «təqsirliliyi sübuta yetirilmədikdə» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən dindirilmiş şahidlərin cinayət prosesinin nəticəsində maraqlı olmaları, əməliyyatda iştirak edən şəxslərin ifadələrindən və onların iştirakı ilə toplanmış sübutlardan başqa işdə sübut olmaması, iş üzrə əsas sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında protokol və həmin zamanı çəkilmiş videogörüntünün, təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsi məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və onun ona istinad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair qəti inam yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına əsas verən sübutların kifayətedici olmasını nəzərə alaraq məhkəmə iş üzrə yekun qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir, bu qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi və məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 162 (bir yüz altmış iki) manat və 132 (bir yüz otuz iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,276 qram narkotik vasitə olan heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də, maddi sübut olan 03 ədəd disk isə cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-832/2022) qərarını icra edərək, 03.117.2022-ci il tarixli 1735 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 60 (altmış) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 55, 344-350, 352-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri - 162 (bir yüz altmış iki) manat və 132 (bir yüz otuz iki) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,276 qram narkotik vasitə olan heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə cəmi 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar