Məhkəmə qərarları › İş №1(060)-119/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-119/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-119/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid4 və Şahid3 ilə özgə əmlakını talama məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2023-cü il tarixdə saat 11 radələrində taksi ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Anar Qorçuyev küçəsində yerləşən "xxxx" marketin qarşısına gələrək cinayətkar niyyətin həyata keçirilməsi üçün rol bölgüsünə dair aralarında əldə edilmiş razılığa görə müştəri qismində marketə daxil olaraq hərəsi bir tərəfə keçib oradan bir ədədinin qiyməti 9,80 manat olmaqla ümumilikdə 88,20 (səksən səkkiz manat iyirmi qəpik) manat dəyərində 09 ədəd 400 ml «head and shoulders» markalı şampunu, bir ədədinin qiyməti 4,20 manat olmaqla ümumilikdə 71,40 (yetmiş bir manat qırx qəpik) manat dəyərində 17 qutu «sobranie kompakt» markalı siqaretləri, bir ədədinin qiyməti 2,10 manat olmaqla ümumilikdə 21 (iyirmi bir) manat dəyərində 10 qutu «arqo» markalı siqaretləri, bir qutusunun qiyməti 2,60 manat olmaqla ümumilikdə 26 (iyirmi altı) manat dəyərində 10 qutu «West» markalı siqaretləri, bir ədədinin qiyməti 2,30 manat olmaqla ümumilikdə 46 (qırx altı) manat dəyərində 20 qutu «maqna» markalı siqaretləri və bir ədədinin qiyməti 4,20 manat olmaqla ümumilikdə 33,60 (otuz üç manat altmış qəpik) manat dəyərində 08 qutu «sobranie blue» markalı siqaretləri gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-yə ümumilikdə 286,20 (iki yüz səksən altı manat iyirmi qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2023-cü il tarixdə saat 11 radələrində taksi ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Anar Qorçuyev küçəsində yerləşən "xxxx" marketin qarşısına gələrək cinayətkar niyyətin həyata keçirilməsi üçün rol bölgüsünə dair aralarında əldə edilmiş razılığa görə müştəri qismində marketə daxil olaraq hərəsi bir tərəfə keçib oradan 01 ədədinin qiyməti 17,90 manat olmaqla ümumilikdə 125,30 (yüz iyirmi beş manat otuz qəpik) manat dəyərində 07 ədəd 1 kq-lıq «west gold» kərə yağını, 01 ədədinin qiyməti 2,30 manat olmaqla ümumilikdə 11,50 (on bir manat əlli qəpik) manat dəyərində 05 ədəd «alpengold» markalı şokoladları gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-yə ümumilikdə 136,80 (bir yüz otuz altı manat səksən qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 və Şahid3 təxminən 2023-cü ilin fevral ayından tanıyır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Möhübbət və Sahillə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində söhbət edən zaman Sahil onlara Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketdə nəzarətin zəif olduğunu və iki dəfə həmin marketdən oğurluq etdiyini deyib, onlara da oradan oğurluq etməyi təklif etmişdir. Onlar Sahillə razılaşmışlar. Sahil mobil telefonu ilə bir taksi şirkətinə zəng vuraraq taksi sifariş vermişdir. Təxminən saat 11:00 radələrində olduqları yerə «Prius» markalı taksi gəlmiş və onlar həmin taksi ilə Ceyranbatan bağları ərazisində yerləşən həmin "xxxx" marketə getmişlər. Taksi sürücüsünə onları gözləməsini bildirmişlər və hər üçü taksidən düşərək həmin "xxxx" marketə girmişlər. Onlar satıcıların başlarının qarışıq olmasından istifadə edərək marketdən oğurluq etmişlər. Belə ki, Möhübbət müxtəlif növ siqaretlər, o, «Head and shoulders» markalı saç şampunları, Sahil isə həm şampun həm də siqaretlər oğurlamışdır. Sonra onlar hər üçü marketdən çıxaraq gəldikləri taksiyə əyləşmişlər və oradan Sumqayıt şəhər Mərkəzi bazarına getmişlər. Oğurladıqları malları bazarda yoldan keçən şəxslərə dəyərlərindən aşağı qiymətə satmışlar və əldə etdikləri 80 manata yaxın pulu isə üçü birlikdə xərcləmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sahillə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində onun yaşadığı evin yaxınlığında olan zaman yenə oğurluq etmək qərara gəlmişlər və Sahil öz mobil telefonu ilə taksi sifariş vermiş, təxminən saat 11:30 radələrində onlar Ceyranbatan bağları ərazisində yerləşən həmin "xxxx" marketə getmişlər. Taksi sürücüsünə onları gözləməsini bildirmişlər və onlar taksidən düşərək həmin "xxxx" marketə girmişlər və marketdən yeddi ədəd bir kiloqramlıq yağ və beş ədəd «alpengold» markalı şokoladları oğurlamışlar. O, özü neçə ədəd yağ və şokolad götürdüyünü xatırlamır. Sonra onlar marketdən çıxaraq gəldikləri taksiyə əyləşmişlər və oradan Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə getmişlər. Onlar oğurladıqları malları Sumqayıt şəhər Mərkəzi bazarında yoldan keçən şəxslərə dəyərlərindən aşağı qiymətə satmışlar və əldə etdikləri 32 manat pulu isə birlikdə xərcləmişlər. Onlar taksi sürücülərinə oğurluq məqsədilə həmin "xxxx" marketə getdiklərini deməmişlər. Hazırda dəymiş ziyanı ödəmiş və qəbzi məhkəməyə təqdim etmişdir. Əməlindən peşmandır. Atası birinci dərəcəli əlildir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə elan edilmiş ifadəsindən görünür ki, Şıxalıyev Elvin Həbib oğlu Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" marketin mağaza müdiri vəzifəsində işləyir. Elvin Şıxalıyev 2023-cü ilin mart ayının 19-dan 30-dək olan müddət ərzində mərkəzi ofisə məlumat verərək işədiyi mağazada oğurluq hadisələrinin baş verdiyini bildirmişdir. Belə ki, naməlum şəxslər dörd dəfə olmaqla mağazaya müştəri qismində daxil olaraq vitrindən müxtəlif məhsulları oğurlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" market MMC-yə ümumilikdə 651,31 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar o, rəhbərlik tərəfindən bu işlərdə iştirak etmək üçün nümayəndə qismində təyin olunmuşdur. Bununla bağlı müvafiq sənədləri isitntaqa təqdim etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Şahid4 ilə birlikdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs görmüşdür, lakin onu tanımır. Özü marketdən siqaret oğurlamışdır. Təqsirləndirilən şəxs nə oğurlamasından məlumatı yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, heç bir yerdə işləmir. Buna görə də pula ehtiyacı olmuşdur. O, Bakı şəhərində yaşasa da bütün tanışları Sumqayıt şəhərindədir. Buna görə də demək olar ki, hər gün Sumqayıt şəhərində olur. Təxminən 2-3 aydır ki, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan Sahil və yaşadığı ünvanı bilmədiyi Pərviz adlı şəxsləri tanıyır. Son vaxtlar onlar hər gün bir yerdə olurlar. xx.xx.2023-cü il tarixdə o, Sahil və Pərvizlə Sumqayıt şəhəri, 3cü mikrorayon ərazisində görüşüb söhbət edən zaman Sahil bildirmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketdə nəzarət zəif təşkil olunub və o, oradan iki dəfə oğurluq etmişdir. Sahil onlara da oradan oğurluq etməyi və əldə olunan qazancı birlikdə xərcləməyi təklif etmişdir. O və Pərviz Sahilin təklifi ilə razılaşmış və Sahilin dediyi marketdən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra Sahil öz istifadəsində olan mobil telefonla taksi şirkətinə zəng edib olduqları yerə taksi sifariş etmişdir. Bir neçə dəqiqədən sonra nömrəsini xatırlamadığı, qırmızı rəngli «Prius» markalı, taksi avtomaşını onların olduqları ünvana gəlmişdir. Onlar taksiyə minmişlər və Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" marketə getmişlər. Taksi sürücüsünə isə onları gözləməsini bildirmişlər. Onlar hər üçü marketə daxil olmuşlar. Onlar satıcıların başının qarışıq olmasından istifadə edərək piştaxtada olan müxtəlif növ siqaretləri və «head and shoulders» markalı şampunları oğurlamışlar. O, özü müxtəlif siqaret qutularını cibinə yığıb marketdən çıxmışdır. Onlar hər üçü marketdən çıxıb taksiyə əyləşmişlər və bir başa Sumqayıt şəhəri, Mərkəzi bazarın yerləşdiyi ünvana gəlmişlər. Onlar oğurladıqları malları yoldan keçən tanımadıqları şəxslərə aşağı qiymətə satmışlar və əldə etdikləri 100 manat pulu isə bir yerdə xərcləmişlər. xx.xx.2023-cü il tarixdə isə polis əməkdaşları onu Bakı şəhəri, Binəqədi rayonu ərazisində saxlayaraq oğurluqda şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində o, etdiyi oğurluğu etiraf etmiş və bu barədə izahat yazmışdır. Onların taksi sürücüsünə həmin marketdən oğurluq etmələrini deyib-deməmələri barədə suala cavab verərkən bildirmişdir ki, onlar taksi sürücüsünə marketdən bazarlıq edib qayıdacaqlarını bildirmişlər. Sürücü onların marketdən oğurluq etdiklərni bilməmişdir. Onlar marketdən oğurluq edərkən işçilərin başı qarışıq olmuşdur. Müştərilər isə onların oğurluq etdiklərini bilməmişlər. Onlar marketdən çıxanda da bunu heç kim hiss etməmiş və onların hərəkətlərinə reaksiya verməmişlər. O, xx.xx.2023-cü il tarixdə "xxxx" marketdə oğurluqda iştirak etmişdir. Bundan başqa o, Sahillə və ya Pərvizlə başqa oğurluqda iştirak etməmişdir. O, bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, təxminən 2-3 aydır ki, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yaşayan Pərviz və Bakı şəhərində yaşayan Möhübbət adlı şəxsləri tanıyır. Son vaxtlar onalr üçü hər gün birlikdə olurlar. Maddi vəziyyəti çətin olması və gündəlik pul qazanması üçün bir yol fikirləşmişdir. Əsas olaraq nəzarəti zəif olan marketlər müəyyən edərək oradan müxtəlif məhsullar götürüb ucuz qiymətə satıb pul əldə etməyi fikirləşmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Möhübbət və Pərvizlə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində söhbət edən zaman onlara Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketdə nəzarətin zəif olduğunu və iki dəfə həmin marketdən oğurluq etdiyini deyib, onlara da oradan oğurluq etməyi təklif etmişdir. Onlar onunla razılaşmışlar və o, mobil telefonu ilə bir taksi şirkətinə zəng vuraraq taksi sifariş vermişdir. Təxminən saat 11:00 radələrində onlar oraya gələn «Prius» markalı taksi ilə Ceyranbağan bağları ərazisində yerləşən həmin "xxxx" marketə getmişlər. Taksi sürücüsünə onları gözləməsini bildirmişlər və hər üçü taksidən düşərək həmin "xxxx" marketə girmişlər. Onlar satıcıların başlarının qarışıq olmasından istifadə edərək marketdən oğurluq etmişlər. Belə ki, Möhübbət müxtəlif növ siqaretlər, o və Pərviz isə həm siqaretlər, həm də «Head and shoulders» markalı saç şampunlarını oğurlamışlar. Sonra onlar hər üçü marketdən çıxaraq, gəldikləri taksiyə əyləşmişlər və oradan Sumqayıt şəhər Mərkəzi bazarına getmişlər. Oğurladıqları malları bazarda yoldan keçən şəxslərə dəyərlərindən aşağı qiymətə satmışlar və əldə etdikləri 80 manata yaxın pulu isə üçü birlikdə xərcləmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında Pərvizlə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində onun yaşadığı evin yaxınlığında olan zaman yenə oğurluq etmək qərara gəlmişlər və o, öz mobil telefonu ilə bir taksi şirkətinə zəng vuraraq taksi sifariş vermişdir. Həmin vaxt oraya gələn qırımızı rəngli «Prius» markalı taksi ilə təxminən saat 11:30 radələrində onlar Ceyranbatan bağları ərazisində yerləşən həmin "xxxx" marketə getmişlər. Taksi sürücüsünə onları gözləməsini bildirmişlər və Pərvizlə o, taksidən düşərək həmin "xxxx" marketə girmişlər. Onlar satıcıların başlarının qarışıq olmasından istifadə edərək marketdən oğurluq etmişlər. Belə ki, onlar marketdən yeddi ədəd bir kiloqramlıq yağ və beş ədəd «alpengold» markalı şokoladları oğurlamışlar. Sonra marketdən çıxaraq, gəldikləri taksiyə əyləşmişlər və oradan Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə getmişlər. Onlar oğurladıqları malları Sumqayıt şəhər Mərkəzi bazarında yoldan keçən şəxslərə dəyərlərindən aşağı qiymətə satmışlar və əldə etdikləri 32 manat pulu isə birlikdə xərcləmişlər. Onlar taksi sürücülərinə oğurluq məqsədilə həmin "xxxx" marketə getdiklərini deməmişlər. Sürücülər elə bilmişlər ki, onlar marketdən alışveriş edirlər. Onlar marketdən oğurluq edərkən işçilərin başı qarışıq olmuşdur. Müştərilər isə onların oğurluq etdiklərini bilməmişlər. Onlar marketdən çıxanda da bunu heç kim hiss etməmişdir və onlar onların hərəkətlərinə reaksiya verməmişlər. O, izahat verərkən fikrini düzgün izah edə bilməmişdir, buna görə də təhqiqatçı oğurladığı malların adını səhv yazmışdır. Həqiqət isə ifadəsində göstərdiyi kimidir. Şahid2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdqi edir. İşi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus «Tayota prius» markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 11:50 radələrində işlədiyi uber şirkətindən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Fəxri marketin qarşısından Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən «dörd qardaş» restoranının yanına və geriyə sifariş qəbul etmişdir. O, sifariş edilən yerə getmiş və avtomobilə iki nəfər əyləşmişdir. O, deyilən ünvana tərəf hərəkətə başlamışdır. O, qeyd edilən ünvana çatdıqda həmin şəxslər orada olan "xxxx" marketin qarşısında saxlamağını istəmişlər. O, marketin qarşısında maşını saxlamışdır. Onlar maşından düşmüşlər və o, bir tərəfdə onları gözləmişdir. Təxminən beş dəqiqədən sonra həmin şəxslər qayıdıb maşına əyləşmişlər və onları Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığına aparmasını istəmişlər. O, həmin şəxsləri deyilən ünvana apardıqdan sonra çıxıb getmişdir. Həmin gün axşam saatlarında 5-ci PB-dən ona zəng olunmuş və onu polis bölməsinə dəvət etmişlər. Ona bildirmişlər ki, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" marketdən oğurluq olmuş və həmin şəxslər onun avtomobili ilə oradan getmişlər. Onun avtomaşını marketin müşahidə kamerasına düşmüşdür. Bundan sonra o, hadisə ilə bağlı izahat vermiş və həmin şəxsləri əvvəllər tanımadığını, həmin şəxslərin marketdən oğurluq etdiklərini bilmədiyini və onları müştəri kimi oraya gətirib apardığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş X3 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Anar Qorçuyev küçəsində yerləşən "xxxx" marketi işlədir. Bildirmişdir ki, marketdə bəzən onun və işçilərin başı gələn malları qəbul etməyə və ya başqa işlərə qarışıq olur. Sonradan onlar vitrində müəyyən malların olmadığını, yəni sayının az olduğunu görüb müşahidə kameralarına baxmışlar. Bundan sonra onlara məlum olmuşdur ki, naməlum şəxslər mart ayı ərzində marketə dörd dəfə müştəri qismində daxil olaraq oradan müxtəlif məhsulları oğurlamışlar. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində naməlum şəxs marketdən 01 ədədinin qiyməti 17 manat olan, 07 ədəd 1 kq-lıq «golden crown» markalı kərə yağını oğurlamışdır. Bundan başqa həmin şəxs təkrarən xx.xx.2023-cü il tarixdə saat 15 radələrində marketə müştəri qismində daxil olaraq oradan 01 ədədinin qiyməti 17 manat olan, 07 ədəd 1 kq-lıq «golden crown» markalı kərə yağını oğurlamışdır. xx.xx.2023-cü il tarixdə üç nəfər naməlum şəxs müştəri qismində marketə daxil olaraq oradan 09 ədəd ümumilikdə 89,01 manat dəyərində 400 ml «head and shoulders» markah şampunu, 17 qutu ümumilikdə 69,7 manat dəyərində olan «sobranie kompakt» markalı siqaretləri, 10 qutu ümumilikdə 23 manat dəyərində «arqo» markalı siqaretləri, 10 qutu ümumilikdə 26 manat dəyərində «west» markalı siqaretləri, 20 qutu ümumilikdə 46 manat dəyərində «maqna» markalı siqaretləri və 08 qutu ümumilikdə 33,6 manat dəyərində «sobranie blue» markalı siqaretləri oğurlamışlar. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində iki nəfər naməlum şəxs yenidən müştəri qismində daxil olaraq oradan 01 ədədinin qiyməti 18 manat olan 07 ədəd 1 kq-lıq «west gold» kərə yağını, 01 ədədinin qiyməti 2 manat olan 05 ədəd «alpengold» markalı şokoladları oğurlamışlar. Bununla da "xxxx" marketə ümumilikdə 651,31 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, marketdən oğurluq edən şəxslər Şahid4, Şahid3 və Pərviz adlı şəxslərdir. O, oğurluq hadisəsindən sonra marketdə olan malların hesabatını apardıqda qeyd etdiyi malların çatmadığını aşkar etmişdir. Buna görə də həmin malların qeyd edilən tarixlərdə oğurlandığını bildirmişdir. Ərizə və izahatında, eləcə də ifadəsində göstərdi sayda malların oğurluq olan tarixlərdə vitrində olmasını necə sübut edə bilərəsiniz sualına cavab verərkən bildirmişdir ki, o, qeyd etdiyi məhsulların oğurluq olan tarixlərdə vitrində olmalarını sübut edə bilməmişdir. Ancaq bildirmişdir ki, qeyd etdiyi adda məhsullar həmin tarixdə marketə daxil olmuş malların siyahısında olmuşdur. Ancaq oğurluq olan tarixlərdə həmin malların daha doğrusu 07 ədəd 1 kq-lıq «golden crown» markalı kərə yağlarının vitrində olmasını dəqiq deyə bilməmişdir. İş materiallarında olanxx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Pərviz adlı şəxsə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3492 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, qərarda göstərilən malların 2023-cü ilin mart ayına olan tarixə orta bazar qiyməti ayrı-ayrılıqda nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: 14 ədəd - 1 kq-lıq «Golden crown» markalı kərə yağının bir ədədənin qiyməti 16.90 manat, ümumi dəyəri 236,60 manat; 09 ədəd - 400ml «Head and Shoulders» markalı şampunun bir ədədinin qiyməti 9.80 manat, ümumi dəyəri 88,20 manat; 17 qutu - «Sobranie kompakt» markalı siqaretlərin bir ədədinin qiyməti 4,20 manat, ümumi dəyəri 71,40 manat; 10 qutu - «Arqo» markalı siqaretlarin bir ədədinin qiyməti 2,10 manat, ümumi dəyəri 21 manat; 10 qutu - «WEST» markalı siqaretlərin bir ədədinin qiyməti 2,60 manat, ümumi dəyəri 26 manat; 20 qutu - «Maqna» markalı siqaretlərin bir ədədinin qiyməti 2,30 manat, ümumi dəyəri 46 manat; 8 qutu «Sobranie blue» markalı siqaretlərin bir ədədinin qiyməti 4,20 manat, ümumi dəyəri 33,60 manat; 7 ədəd 1 kq-hq «West gold» kərə yağmm bir ədədinin qiyməti 17,90 manat, ümumi dəyəri 125,30 manat; 5 ədəd «Alpengold» markalı şokoladların bir ədədinin qiyməti 2,30 manat, ümumi dəyəri 11,50 manat; Bununla da zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 659.60 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə başlanmış ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-668/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Şahid4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Şahid3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “video yazı diskinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş video yazı diskində 4 videogörüntü var. Həmin videogörüntülər Sumqayıt Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketdə qeydə alınmışdır. Videogörüntülərdən biri 1.15 dəqiqə (bir dəqiqə on beş saniyə) olmaqla xx.xx.2023-cü il tarixdə qeydə alınmış və saat 15:04:12-dən 15:07:03-dək olan müddəti əhatə edir və tezləşdirilmiş vəziyyətdə diskə yazıldığı üçün 1.15 dəqiqəlik görüntü olmuşdur. Belə ki, görüntüdə bir nəfər şəxs marketin içərisində olan vitrinlərdən 2 dəfə müxtəlif növ ərzaq məhsullarını götürüb əvvəlcədən marketin içərisində olan “e-manat” ödəmə terminalının yanında gizlətdiyi sellofan torbaya yığaraq kassada ödəniş etmədən marketi tərk etmişdir. Digər görüntü 1.42 dəqiqə (bir dəqiqə qırx iki saniyə) olmaqla xx.xx.2023-cü il tarixdə qeydə alınmış və saat 14:34:22-dən 14:36:17-dək olan müddəti əhatə edir və tezləşdirilmiş vəziyyətdə diskə yazıldığı üçün 1.42 dəqiqəlik görüntü olmuşdur. Belə ki, görüntüdə bir nəfər şəxs marketin içərisində olan vitrinlərdən 1 dəfə müxtəlif növ ərzaq məhsullarını götürüb marketin içərisində olan “e-manat” ödəmə terminalının yanında cibindən çıxartdığı torbaya yığaraq kassada ödəniş etmədən marketi tərk etmişdir. Digər görüntü 2.01 dəqiqə (iki dəqiqə bir saniyə) olmaqla xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Belə ki, görüntüdə 3 nəfər şəxs (birinin başında papaq var) marketin içərisində olan vitrinlərdən müxtəlif növ ərzaq məhsullarını götürüb marketin içərisində hər biri ayrı-ayrılıqda ciblərindən çıxartdıqları torbalara yığaraq kassada ödəniş etmədən marketi tərk etmişlər. Digər görüntü 1.24 dəqiqə (bir dəqiqə iyirmi dörd saniyə) olmaqla xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Belə ki, görüntüdə digər görüntüdə olan 2 nəfər şəxs marketin içərisində biri əlində torba tutaraq, digəri isə marketin içərisində olan vitrinlərdən ərzaq məhsullarını həmin torbaya yığaraq hər iki şəxs kassada ödəniş etmədən marketi tərk etmişlər. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şahid4 özgə əmlakını talama məqsədi ilə tanışı Şahid3 və şəxsiyyəti istintaq orqanına məlum olmayan Pərviz adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" marketə müştəri qismində daxil olaraq oradan 09 ədəd ümumilikdə 89,01 manat dəyərində 400 ml “head and shoulders” markalı şampunu, 17 qutu ümumilikdə 69,7 manat dəyərində olan “sobranie kompakt” markalı siqaretləri, 10 qutu ümumilikdə 23 manat dəyərində “arqa” markalı siqaretləri, 10 qutu ümumilikdə “vest” markalı siqaretləri, 20 qutu ümumilkdə 46 manat dəyərində “maqna” markal siqaretləri və 08 qutu ümumilikdə 33,6 manat dəyərində “sobranie blue” markalı siqaretləri gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-yə ümumilikdə 287,31 (iki yüz səksən yeddi manat otuz bir qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Faktla bağlı ********* nömrəli cinayət işindən Pərviz adlı şəxsə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1986-cı il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs şəxsiyyəti və yeri müəyyən olunaraq polis bölməsinə gətirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ifadəsinin alınması üçün istintaq orqanına təhvil verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Fotoşəkillər iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci madədləri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarından olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şıxalıyev Elvin Həbib oğlunun təqdim etdiyi 01 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs atası X4 birinci dərəcəli gözdən əlildir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, videogörüntülər, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törədilmiş əməldə rolu, əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və atasının birinci dərəcəli gözdən əlil olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlığın məhdudlaşırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçi ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 950/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1927 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar