Məhkəmə qərarları › İş №1(060)-12/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-12/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-12/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 17 noyabr 2019-cu il tarixdə saat 18:30 radələrində X2 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən “Zozan” kişi və uşaq geyimləri mağazasına müştəri qismində daxil olaraq piştaxtadan asılmış 01 ədəd 700 (yeddi yüz) manat dəyərində “Balenciaga” markalı kişi gödəkçəsini, 01 ədəd 480 (dörd yüz səksən) manat dəyərində ”Coyneleo” markalı, təbii dəridən hazırlanmış kişi gödəkçəsini və 01 ədəd 25 (iyirmi beş) manat dəyərində süni dəridən hazırlanmış kişi kəmərini gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Hüseyn Əhmədova 1205 (min iki yüz beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 ildir ki, Bakı-Sumqayıt şosse yolu ilə icarə əsasında sürdüyü “Opel Zafira” markalı, **-GO-*** qeydiyyat nişanlı avtomobillə sərnişin daşımaqla məşğul olur. Əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuşdur. O, uzun müddət Sumqayıt şəhərində yaşamışdır. Lakin son bir neçə aydır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. Bu səbəbdən Sumqayıt şəhərini yaxşı tanıyır. 17 noyabr 2019-cu il tarixdə saat 18:20 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Zozan” kişi geyimlərinin satışı mağazasının qarşısından ötüb keçərkən özünə gödəkçə almaq qərarına gəlmişdir. Cibində təxminən 70 manat pul olmuş, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb qeyd etdiyi mağazaya daxil olmuşdur. Mağazada xanım satıcıdan və sonra kişi satıcıdan bəyəndiyi göy rəngli gödəkçənin qiymətini soruşduqda satıcı həmin gödəkçənin qiymətinin 550 manat olduğunu bildirmişdir. Sonra digər dəri pencəyin qiymətini soruşmuş, satıcı dəri pencəyin qiymətinin 230 manat olduğunu bildirmişdi. Həm gödəkçə, həm də dəri pencək xoşuna gəlmiş, lakin pulu az olduğundan onları ala bilməmiş və qərara gəlmişdir ki, gödəkçə və pencəyi oğurlasın. Bu məqsədlə bir qədər mağazada gəzişməyə başlamış, gözləmişdir ki, satıcıların fikri yayınsın. Bir anda görmüşdür ki, olduğu tərəfə heç kim baxmır. Həmin vaxt piştaxtadan asılan bəyəndiyi göy rəngli gödəkçəni əyninə geyinmiş, dəri pencəyi isə əlinə götürüb bükərək dərhal mağazadan çıxmış və yaşadığı evə gəlmişdir. Arvadı Pərvi həmin vaxtlar hamilə olmuş və o, həkim müayinəsinə getməli idi. Həkim müayinəsinə isə pul tələb olunduğundan qərara gəlmişdir ki, mağazadan oğurladığı gödəkçə və pencəyi satıb pul əldə etsin. Növbəti gün Bakı şəhərində Şamaxinka deyilən yerdə taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsə gödəkçə və pencəyi təxminən 200 manata satmış və əldə edilən pulu arvadının hamiləliyi ilə əlaqədar olaraq həkim müayinəsinə xərcləmişdir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən “Zozan” kişi və uşaq geyimləri və aksessuarlarının satışı mağazasını işlədir. 20 noyabr 2019-cu il tarixdə mağazaya gələn müştəri qismində gələn şəxslərdən biri bəyəndiyi dəri gödəkçələrdən birini almaq istəmiş, o, həmin müştərinin bədən ölçüsünə uyğun dəri gödəkçəni axtarsa da tapa bilməmişdir. Hesabat dəftərinə baxanda isə müəyyən etmişdir ki, həmin bədən ölçülü dəri gödəkçəsi satılmamışdır. Təbii ki, bu onda şübhə oyatmışdır. Ona görə qərara gəlmişdir ki, mağazada quraşdırılmış müşahidə kameralarına baxsın. Müşahidə kameralarına baxarkən 17 noyabr 2019-cu il tarixdə mağazaya müştəri qismində gəlmiş bir nəfər tanımadığı şəxsin mağazanın içərisində bir qədər gəzdiyini, piştaxtadan asılmış geyim əşyalarına nəzər yetirdiyini, bir az sonra isə həmin şəxsin piştaxtadan asılmış gödəkçələrdən birini əyninə geyindiyini, digərini isə əlində bükərək mağazadan çıxdığını görmüşdür. Bundan başqa mağazaya və mallara yenidən nəzər yetirəndə bir ədəd kişi bel kəmərinin də oğurlanmasını aşkar etmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 20.12.2019-cu il tarixli 31534 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd “Balenciaga” markalı kişi gödəkçəsinin qiyməti 700 manat, 1 ədəd “Coyneleo” markalı, təbii dəridən hazırlanmış kişi gödəkçəsinin qiyməti 480 manat, 1 ədəd təzə süni dəridən hazırlanmış kişi kəmərinin qiyməti 25 manatdır. Ümumilikdə 1205 (min iki yüz beş) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.02.2020-ci il tarixdə tutulmuş və 26.02.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-179/2020 saylı, 18.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması barədə protokoldan və Abşeron Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23.10.2020-ci il tarixdə tutularaq Abşeron Rayon Polis İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-65/2021 saylı, 14.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanaraq Təqsirləndirilən şəxs 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.03.2020-ci il tarixdən 11.03.2020-ci il tarixədək Abşeron Rayon Polis İdarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş şəxsdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməli və cəzanın əvvəli 23.10.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Talıbzadə X1 Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbayan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Abşeron Rayon Məhkəməsinin 1(012)-65/2021 saylı, 14.06.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsini nəzərə alır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 25.02.2020-ci il tarixdən 26.02.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı və cəzaçəkmə müddətinin başlanğıcı 23.10.2020-ci il tarixdən hesablanmalı, cinayət işi üzrə baş vermiş oğurluq hadisəsinin video görüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməli və ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, zərərçəkmiş şəxs X3 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 25.02.2020-ci il tarixdən 26.02.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi və cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 23.10.2020-ci il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs X3 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar