Məhkəmə qərarları › İş №1(060)-12/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-12/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-12/2024 09.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Ucar rayonu Müsüslü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə Bağlar massivində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya xəstəliyinə görə 2-ci qrup əlillik dərəcəsi təyin olunmaqla təqaüd verilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 16 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 1 saylı Sumqayıt şəhər xəstəxanasının həyətində 3000 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncuya xəstəliyinə görə 2-ci qrup əlillik dərəcəsi təyin olunmaqla təqaüd verilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 2022-ci ilin avqust ayının ortalarında Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 1 saylı Sumqayıt şəhər xəstəxanasında 400 manat, düzəldəcəyini yalan vəd etdiyi təqaüdün müddətli deyil, daimi olmasından ötrü 2022-ci ilin avqust ayının sonlarında Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 38 saylı binanın qarşısında 300 manat və Zərərçəkmiş şəxs2 xəstəliyi ilə bağlı sənədlərin etibarlılıq müddətinin keçdiyini bəhanə edərək sənədlərin qaydasına qoyularaq rəsmiyyət qazanmasından ötrü 2022-ci ilin sentyabr ayının əvvəlləri Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 38 saylı binanın qarşısında 250 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 950 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncuya xəstəliyinə görə 2-ci qrup əlillik dərəcəsi təyin olunmaqla təqaüd verilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 2022-ci ilin avqust ayının ortalarında Sumqayıt şəhəri 40-cı məhəllədə yerləşən 1 saylı Sumqayıt şəhər xəstəxanasında 400 manat, yalan vəd etdiyi təqaüdün düzəldilməsindən ötrü dövlət rüsumu adı ilə 2022-ci ilin avqust ayının sonlarında Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən 2 saylı Sumqayıt şəhər poliklinikasının həyətində 100 manat, veriləcək təqaüdün müddətli deyil, daimi olmasından ötrü 2022-ci ilin sentyabr ayının əvvəlləri Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 4 saylı binanın qarşısında 300 manat və təqaüdün sentyabr ayında verilməsini təmin etmək adı ilə 2022-ci İlin sentyabr ayının əvvəlləri Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 4 saylı binanın qarşısında 100 manat ümumilikdə Zərərçəkmiş şəxs3 900 manat pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Şahid 2022-ci ilin avqust ayında ürək xəstəliyi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhəri 1 saylı şəhər xəstəxanasında stasionar müayinə-müalicə olunduğu zaman tanımışdır. Belə ki, xəstəxanada olduğu zaman orada ondan başqa digər müayinə-müalicə üçün olan şəxslərlə söhbətləşdiyi zaman həmin şəxslərin əksəriyyətinin təqaüd almaq istədikləri ona məlum olmuşdur. 2022-ci ilin avqust ayında Şahid ilə söhbətləşdiyi zaman Elxan ürəyinin 18 faizinin işlək vəziyyətdə olduğunu, xəstəliyinə görə təqaüd almaq istədiyini, təqaüd üçün müraciət edən şəxslərin əksəriyyətinin müraciətinə mənfi cavab verildiyini, müraciət edəcəyi təqdirdə ona da rədd cavabı verilməsindən ehtiyatlandığını demişdir. O, heç bir yerdə işləmədiyindən qazanc əldə etmək niyyəti ilə yalandan Şahid Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olduğunu, əvvəllər bir neçə nəfərə təqaüd almasında köməklik etdiyini deyib inamını qazanmağa çalışaraq, ürəyinin 18 faiz işlək vəziyyətdə olmasına görə ona da bu barədə köməklik edə biləcəyini, yəni təqaüd almasını təmin edə biləcəyini deyib, bunun üçün 150 manat pul və xəstəliyi ilə bağlı sənədləri ona verməsini istəmişdir. Daha sonra Şahid 1 saylı xəstəxanada müayinə-müalicə olunan digər şəxs Zərərçəkmiş şəxs1 da özünə təqaüd düzəltmək istədiyini, onun üçün də təqaüd düzəltməyinin mümkün olub-olmadığını soruşmuşdur. O da Zərərçəkmiş şəxs1 üçün də təqaüd düzəldə biləcəyini və ümumilikdə ikisinə təqaüdün verilməsini təmin etməyi qarşılığında 200 manat verməli olacaqlarını demişdir. Şahid da onunla razılaşmışdır. Belə ki, Şahid və Zərərçəkmiş şəxs1 12 avqust 2022-ci il tarixdə xəstəxanadan çıxmışdılar, onun müalicəsi isə davam etmişdir. 16 avqust 2022-ci il tarixdə xəstəxanada olduğu zaman Şahid onunla əlaqə saxlayıb özünün və Zərərçəkmiş şəxs1nm onunla görüşmək üçün xəstəxananın həyətində olduğunu demişdir. O, onlarla 1 saylı şəhər xəstəxanasının həyətində görüşdüyü zaman həm Şahid, həm də Zərərçəkmiş şəxs1 xəstəliyi ilə bağlı sənədlərin surətlərini götürüb, həmin sənəd surətlərini onlara təqaüdün verilib-verilməməsini həll etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərəcəyini demişdir. Görüş zamanı Şahid ona 50 manat pul verib, geri qalanını da hissə-hissə verəcəyini demiş, Zərərçəkmiş şəxs1 isə pul götürməmişdir. O, 16 avqust 2022-ci il tarixdə Şahid və Zərərçəkmiş şəxs1 ilə Sumqayıt 1 saylı şəhər xəstəxanasının həyətindən görüşüb onlardan xəstəlikləri ilə bağlı sənədlərinin surətini və Elxan Məmmədovdan 50 manat pul alsa da, Zərərçəkmiş şəxs1 sənəd surətlərindən başqa heç nə, o cümlədən pul almamışdır. Daha sonra Şahid pulun geri qalan hissəsini verməsini istədikdə, 2022-ci ilin sentyabr ayında o, 100 manat pul vermişdir. O da həmin pulları şəxsi mənafeyinə xərcləmişdir. O Zərərçəkmiş şəxs1 ilə yalnız 16 avqust 2022-ci il tarixdə Şahidla birlikdə 1 saylı şəhər xəstəxanasının həyətinə gəldikləri zaman görüşmüş, əvvəl isə yalnız Şahidla görüşmüş və Zərərçəkmiş şəxs1 ilə ona təqaüd düzəltməyindən ötrü ona pul verilməsi barədə danışmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Ağabala oğluna da təqaüd verilməsinə köməklik edəcəyini yalan vədd edib, onlardan pul əldə etmişdir. Hər iki şəxsdən 2022-ci ilin avqust-sentyabr aylarında onlara təqaüd verilməsini təmin edəcəyi vədi ilə pullar almışdır. Etibarlarını qazanmağından ötrü də nazirlikdə tanışının olduğunu deyib, xəstəlikləri ilə bağlı sənədlərin surətlərini götürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs2 ona təqaüd düzəldilməsini təmin edəcəyini yalan vəd edib ilk əvvəl 2022-ci ilin avqust ayında 1 saylı şəhər xəstəxanasında 400 manat pul, 2022-ci ilin avqust ayının sonlarında ona veriləcək təqaüdün müddətli deyil, daimi verilməsini adı ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 38 saylı binanın qarşısında 300 manat, daha sonra isə xəstəliyi ilə bağlı sənədlərin etibarlılıq müddətinin keçdiyini, yaranmış problemin həlli üçün 250 manat pul lazım olduğunu deyib 2022-ci ilin sentyabr ayında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 38 saylı binanın qarşısında 250 manat pul almaqla ümumilikdə Zərərçəkmiş şəxs2 ona təqaüd verilməsini təmin edəcəyini yalan vədd edib 950 manat pul almışdır. Zərərçəkmiş şəxs3 Ağahaba oğlundan da ona təqaüd düzəldilməsini təmin edəcəyini yalan vəd edib ilk əvvəl 2022-ci ilin avqust ayında Sumqayıt 1 saylı şəhər xəstəxanasında 400 manat pul, 2022-ci ilin avqust ayının sonlarında dövlət rüsumu adı ilə 100 manat pulu Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən Sumqayıt 2 saylı şəhər poliklinikasının həyətində, 2022-ci ilin sentyabr ayının əvvəlləri ona veriləcək təqaüdün müddətli deyil, daimi verilməısini təmin etmək adı ilə 300 manat pul, həmçinin 2022-ci ilin sentyabr ayının əvvəlləri təqaüdün sentyabr ayında verilməsini təmin etmək adı ilə 100 manat pulu Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən qaçqınlar şəhərciyində almaqla ümumilikdə Zərərçəkmiş şəxs3 təqaüd verilməsini təmin edəcəyini yalan vəd edib 900 manat pul almışdır. Ümumiyyətlə təqaüdün verilməsi ilə bağlı müraciət etməyib, hər hansı bir hərəkət etməmişdir, həmin şəxslərdən xəstəlikləri ilə bağlı sənədləri götürməkdə məqsədi etibarlarını qazanmaq olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da əldə etdiyi pulların hamısını şəxsi təlabatına xərcləmişdir. Yekunda Təqsirləndirilən şəxs iş üzrə özünü Zərərçəkmiş şəxs1 epizodu üzrə də, yəni tam təqsirli bildiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, səhhətində olan ciddi problemləri, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, açıq ürək əməliyyatı olunmuşdur. Buna görə də, Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən 1 saylı Sumqayıt şəhər xəstəxanada yatılı müalicə almış və həmin müddətdə o, Təqsirləndirilən şəxs və Şahid ilə tanış olmuşdur. 2022-ci ilin avqust ayında onlar birlikdə eyni xəstəxanada yatmışlar. Xəstəxananın foyesində olarkən orada yatılı müalicə alan digər şəxslərlə də tanışlığı yaranmışdır. Şahidla da tanışlığı bu formada olmuşdur. Elxanla söhbətləşdiyi zaman ona xəstəliyi ilə bağlı təqaüd almadığını demişdir. Şahid özünün də təqaüd almadığını, lakin onlarla birlikdə xəstəxanada yatılı müalicə alan və xəstəxanada olduğu zaman tanıdığı Təqsirləndirilən şəxs Hafiz oğlunun ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışının olduğunu, tanışı vasitəsi ilə əvvəllər başqa şəxslərə təqaüd düzəltdiyini, onun üçün də düzəltməyi təklif etdiyini, istəyəcəyi təqdirdə onunla danışıb onun üçün də təqaüd düzəltməsinin mümkün olub-olmadığını soruşa biləcəyini demiş və onlar birlikdə Təqsirləndirilən şəxslə təqaüd verilməsinə köməklik göstərməsindən ötrü birgə görüşmək barədə razılaşmışlar. Buna uyğun olaraq xəstəxanada müalicə aldığı zaman, yəni 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxslə Şahid iştirakı ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs hər ikisi üçün 2-ci qrup əlillik dərəcəsi təyin olunmaqla təqaüd verilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan tanışı vasitəsi ilə təmin edə biləcəyini, əvvəllər də heç bir problem olmadan başqa şəxslər üçün də təqaüd düzəltdiyini, müvafiq pul qarşılığında rahatlıqla təqaüd verilməsini təmin edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs ona təqaüd düzəltməsindən ötrü nə qədər pul lazım olduğunu dedikdə 5000 manat pul verməli olduğunu demiş, o, həmin məbləğə maddi imkanının çatmadığını dedikdə, danışığın davamında ona 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd verilməsini 3000 manat qarşılığında həll etməsi barədə razılaşmışlar. Şahid da söhbət zamanı əvvəldən sonadək yanlarında olmuşdur. 12 avqsut 2022-ci il tarixdə o, xəstəxanadan çıxmışdır. 16 avqust 2022-ci il tarixdə Elxan onun istifadəsində olan mobil nömrəyə zəng edərək Təqsirləndirilən şəxs ona ömürlük təqaüd verilməsini həll edəcəyini, onun və Şahid xəstəliklə bağlı sənədləri Azərin ona dediyi 3000 manat pulla birlikdə gətirməyi istədiyini demiş və həmin tarixdə o, nahar vaxtlarında Şahidla Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 1 saylı Sumqayıt şəhər xəstəxanasının həyətində Təqsirləndirilən şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs işi qısa müddətdə həll edəcəyini və təcili pulun verilməsini ona demişdir. Bu zaman onun və Elxanın sənədlərini istəmişdir. Elxan sənədləri ondan götürüb sürətlərini çıxartmış və öz sənədləri ilə birlikdə Təqsirləndirilən şəxs vermişdir, Təqsirləndirilən şəxs 3000 manat pulu istədikdə, Elxanın yanında 3000 manat pulu Təqsirləndirilən şəxs özünə vermişdir. Bundan sonra o, onunla əlaqə saxlaya bilməsə də, Elxanla əlaqə saxlamışdır. Elxan da ona Azərin dediklərini demişdi və sonradan bilmişdir ki, Elxan da Azərə təqaüd məsələsinin həlli üçün pul vermişdir. 2-3 aydan sonra o, Elxanla əlaqə saxlaya bilməmişdir. Sonradan görüşəndə Elxan ona telefonu xarab olduğundan əlaqə saxlaya bilmədiyini demişdir. Eyni zamanda Elxan Azərlə də əlaqə saxlaya bilmədiyini demişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək 3000 manat pulu Şahid yanında Azər adlı şəxsə verdiyini demiş, ifadəsində də göstərdiyi kimi o, pulu Elxana deyil, Təqsirləndirilən şəxs vermiş, çünki təqaüdü düzəldəcəyini vəd edən şəxs Təqsirləndirilən şəxs olmuş, Şahid isə daha sonra 300 manat pulu borc olaraq vermiş, Şahid ona hər hansı bir vədi olmamışdır, sadəcə olaraq maddi imkanının yaxşı olmadığını deyib, borc istəmiş, bir müddət borcu geri vermədiyi üçün Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu dələduzluq barədə DİN-nin 102 xidmətinə məlumat verərkən, həmçinin ərizə ilə polis bölməsinə müraciət edərkən əlavə olaraq borcla da bağlı məlumat vermişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ürək xəstəliyi ilə əlaqədar olaraq 2022-ci ilin avqust ayında Sumqayıt şəhəri 40-cı məhəllədə yerləşən 1 saylı Sumqayıt şəhər xəstəxanasında yatılı olaraq müalicə olmuşdur. Onunla bərabər yatılı olaraq müalicə olunan çoxsaylı insanlar vardır. Təqsirləndirilən şəxs da xəstəxanada olduğu həmin zaman tanımışdır. Belə ki, 2022-ci ilin avqust ayında xəstəxananın foyesində olarkən müalicə məqsədi ilə orada olan Təqsirləndirilən şəxslə qarşılaşmışdır. Həm söhbət olub tanışlıq yaradarkən Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq təqaüd alıb-almadığını soruşmuş, o, cavab olaraq təqaüd almadığını dedikdə, Təqsirləndirilən şəxs ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı olduğunu, həmin tanışı vasitəsi ilə ona 2-ci qrup əlilliklə təqaüd ala biləcəyini, əvvəllər bir neçə şəxs üçün də təqaüd düzəltdiyini demişdir. Onun üçün də təxminən 1000 manata təqaüd düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla səmimi söhbət etdiyindən o, ona inanmış, lakin maddi imkanı yaxşı olmadığından ilk əvvəl Azərə maddi imkansızlığını səbəb göstərib həmin məbləğdə pulu verə biləməyəcini demiş, Azər isə hissə-hissə pul verərək də ona təqaüd düzəldə biləcəyini demiş və o, Azərə inanıb onunla razılaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona təqaüd düzəltməsindən ötrü ilk əvvəl 400 manat pul istədiyindən, ilk əvvəl 2022-ci ilin avqust ayının ordalarında Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 1 saylı Sumqayıt şəhər xəstəxanasında ona 400 manat pul vermiş, daha sonra isə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq ona müddətli təqaüdü veriləcəyini, təqaüdün daimi verilməsindən ötrü 300 manat lazım olduğunu demiş və o, onunla 2022-ci ilin avqust ayının sonlarında Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən yaşadığı 38 saylı binanın qarşısında görüşərək 300 manat pul vermiş, bundan sonra Təqsirləndirilən şəxs onun xəstəliyi ilə bağlı sənədlərin etibarlılıq müddətinin keçdiyini deyərək, sənədlərin qaydasına qoyulmasından ötrü 250 manat lazım olduğunu demiş və o, 2022-ci ilin sentyabr ayının əvvəlləri yaşadığı 38 saylı binanın qarşısında Təqsirləndirilən şəxslə görüşüb ona bu dəfə də 250 manat pul vermişdir. Sonuncu hər dəfə ondan pul alanda təqaüdün tezliklə düzələcəyini demişdir. Son olaraq 250 manat pulu alan zaman Təqsirləndirilən şəxs artıq pulu olmadığını demiş və Təqsirləndirilən şəxs artıq ondan pul götürməyəcəyinı və yenə də təqaüdünün tezliklə həll olunacağını demişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxslə bir neçə dəfə telefon əlaqəsi yaratdıqda, bəhanələrinə davam etmiş, daha sonra isə onunla telefon əlaqəsi yaratmaq da mümkün olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs xəstəxanada eyni vaxtda yatılı müalicə aldığı zaman qismən tanıdığı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 da bu formada pul aldığı və Rüstəmə Sevdanın da təqaüdünü düzəltməyib onlarla da əlaqəni kəsdiyini öyrəndikdən sonra o, Təqsirləndirilən şəxs tərəfindən aldadılıb pulunun ələ keçirildiyini başa düşüb barəsində şikayət etmişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ürək xəstəliyi ilə əlaqədar olaraq 2022-ci ilin avqust ayında Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 1 saylı Sumqayıt şəhər xəstəxanasında yatılı olaraq müalicə olunmuşdur. Onunla bərabər yatılı olaraq müalicə olunan çoxsaylı insanlar, o cümlədən Təqsirləndirilən şəxs da vardır. Təqsirləndirilən şəxslə tanışlığı da həmin zaman olmuşdur. Əvvəllər onu tanımamış və aralarında hər hansı bir mübahisə olmamışdır. Təqsirləndirilən şəxs ilk əvvəl onunla eyni palatada olmuş, daha sonra isə başqa palataya keçmişdir. Orunla bir palatada olduğu zaman aralarında sadəcə olaraq tanışlıq məqsədi ilə söhbətlər olmuşdur. Belə ki, 2022-ci ilin avqust ayında o, xəstəxananı tərk etməyinə bir neçə gün qalmış xəstəxananın foyesində Təqsirləndirilən şəxslə qarılaşıb söhbətləşərkən Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq təqaüd alıb-almadığını soruşub, əgər almırsa ürək xəstəliyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan tanışı vasitəsi ilə rahat şəkildə, ona 2-ci qrup əlilliklə təqaüd verilməsini təmin edə biləcəyini, bunun üçün az məbləğdə pul lazım olduğunu, razılaşacağı təqdirdə xəstəliyi ilə bağlı sənədləri verməyini İstəmişdir. Təqsirləndirilən şəxs ona dediklərini səmimi qəbul edib, xəstəliyini görüb kömək etməyə çalışdığını fikirləşərək nazirlikdə tanışının olduğuna da inanıb onunla razılaşmışdır. Təqsirləndirilən şəxs ona təqaüd düzəltməsi üçün 900 manat istəsə də, o, həmin məbləğdə pulunun olmadığım demişdir. Təqsirləndirilən şəxs heç bir problemin olmadığını, hissə-hissə olmaqla da pulu verə biləcəyini demişdir. Buna müvafiq olaraq Təqsirləndirilən şəxs ona təqaüd düzəltməsindən ötrü o, ona ilk əvvəl 2022-ci ilin avqust ayının ortalarında Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 1 saylı Sumqayıt şəfjər xəstəxanasında 400 manat vermiş, daha sonra Təqsirləndirilən şəxs ondan dövlət rüsumu olaraq 100 manat istədiyindən, avqust ayının sonlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən 2 saylı Sumqayıt şəhər poliklinikasının həyətində 100 manat pulu ona vermiş, bundan sonra Təqsirləndirilən şəxs ona müddətli təqaüd veriləcəyini, təqaüdün daimi verilməsindən ötrü 300 manat lazım olduğunu demiş və o, onunla 2022-ci ilin sentyabr ayının əvvəlləri Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən yaşadığı 4 saylı binanın qarşısında görüşərək 300 manat pul vermiş, son olaraq isə təqaüdün tez bir vaxtda, yəni sentyabr ayında verilməsini təmin etməkdən ötrü 100 manat istəmiş və o, 2022-ci ilin sentyabr ayının əvvəlləri yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxslə görüşüb ona bu dəfə də 100 manat pul vermişdir. Hər dəfə ondan pul aldıqda işlərin qaydasında getdiyini, hər hansı bir problemin olmadığını demişdir. O, Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaratdıqda artıq pulunun qalmadığını, əgər allnmıyacaqsa bu başdan bilmək istədiyini demişdir, Təqsirləndirilən şəxs isə heç bir problemin olmadığını demişdir. Lakin daha sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamağı və görüşməyi mümkün olmamışdır. Xəstəxanada eyni vaxtda yatılı müalicə aldığı zaman tanıdığı Zərərçəkmiş şəxs2 da bu forma da pul aldığını, təqaüdünü düzəltməyib onunla da əlaqəni kəsdiyini bilib Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşərək şikayət etmişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərəri tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-99-cu vərəqələrində olan Sumqayıt şəhər prokurorunun 18 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 101-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 137-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 143-144-cü vərəqələrində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 207-208-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 269-272-ci vərəqələrində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 276-277-ci vərəqələrində olan məktubdan və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 128-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazanıcının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021 -ci il tarixdə “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 131-133-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərərından görünür ki, A.H.Təqsirləndirilən şəxsbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən məsuliyyətdən azd edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Ağahaba oğlu və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni onun təkrarən aldatma və etibardan suiistifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə təkrar törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 16 sentyabr 2023-cü il tarixdən hazırkı tarixədək, yəni 09 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 23 (iyirmi üç) gün, ümumilikdə isə 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə Bağlar massivində yerləşən fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 16 sentyabr 2023cü il tarixdən hazırkı tarixədək, yəni 09 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 23 (iyirmi üç) gün, ümumilikdə isə 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 10 (on) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə Bağlar massivində yerləşən fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 47 saata görə 282 (iki yüz səksən iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar