Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-12/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rufaq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Mütəxəssis (həkim-oftomoloq) X3,, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1995-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu, Qurbanəfəndi kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X1 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu X9 Akademiyasına qəbul etdirəcəyinə vəd verərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən “X10” mağazasında aldığı 500 manat, 14 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanından Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" tərəfindən verilmiş ********* 87 65 9229 nömrəli kart hesabından Q.Hacıyevin istifadəsində olan **********773488 saylı kart hesabına göndərdiyi 4000 manat , həmin gün Sumqayıt şəhəri 13-cü mikrorayon, ev 40-də yerləşən “Natik Market” də quraşdırılmış “Mpay” terminalı vasitəsi ilə 416973******3488 saylı kart hesabına göndərdiyi 500 manat, 17 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Rəvan market” mağazasında quraşdırılmış “E-Manat” terminalı vasitəsi ilə istifadəsində olan 416973******3488 saylı hesab kartına göndərdiyi 5000 (beş min) manat pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə ümumilikdə 10.000 manat məbləğində- xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittiham aktında hadisə olduğu kimidir, lakin məbləğ 10000 manat deyil, 9500 manat olmuşdur. O, 2021-ci ilin fevral ayınadək Türkiyə Respublikasında “19 Mayis” universitetində müəllim işləmişdir. Onun tanışı olmuş və həmin şəxs universitetlərə tələbə düzəldirmiş. Belə ki, Zərərçəkmiş şəxs özü onun mobil telefonuna zəng edərək tanışı vasitəsiylə ona zəng etdiyini və övladının az bal yığdığını bildirərək İdman Akademiyasına düzəltmək istədiyini bildirmişdir. O, tanışları olduğunu və köməklik edə biləcəyini bildirmişdir. Lakin, sonradan həmin şəxs ortalıqdan itmiş və onunla əlaqə saxlaya bilməmişdir. O, qanuni şəkildə xaricdə təhsil almaq üçün əvvəllər iş görmüş, lakin qanunsuz şəkildə bu ilk işi olmuşdur. Zərərçəkmiş şəxs ona 9500 manat pul vermiş və həmin pulları onun kartına göndərmişdir. Dəqiq tarixi xatırlamır, birinci dəfə 4000 manat, ikinci dəfə 500 manat və üçüncü dəfə isə 5000 manat onun kartına pul göndərmişdir. Həmin pulları zərəçəkmiş şəxsin övladını universitetə düzəltmək məqsədi ilə almışdır. Pulların göndərilmə tarixini dəqiq bilməsə də təxminən 2023-cü ildə olduğunu xatırlayır. O, zərərçəklmiş şəxsə məbləği özü demiş və işi düzəldən adamın tanışı olduğunu bildirmişdir. Həmin şəxs Yusif Koçak adlı şəxs olmuşdur. O, ibtidai istintaq zamanı dindirilmədiyini, ona qarşı istintaqda haqsızlıq olduğunu, 17 və ya 18 mart 2024-cü ildə İsmayıllı rayonunda saxlanılaraq, Sumqayıt ŞPİ-nin MSY-nə gətirilmiş və orada 1 gün saxlanılmışdır. Bundan sonra, zərərçəkmiş şəxsə dəymiş ziyandan qaytarılması üçün müstəntiq Əsqər Kazımova 4800 manat pul ödəmişdir. Lakin, müstəntiq zərərçəkmiş şəxsə həmin pulu qaytarmamışdır. O, saxlanılarkən müstəntiq onu zərərçəkmiş şəxslə üzləşdirimiş və ona ziyanı ödəmək məqsədi ilə zaminliyə buraxılacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 10-12 aralığında Sumqayıt şəhərində adın xatırlamadığı marketin qarşısında müstəntiq ilə görüşmüş və 4800 manat pulu müstəntiqə vermişdir. O, 4800 manat pulun 800 manatın atası Türkiyə Respublikasından göndərmiş, 4000 mantı isə dost-tanışından borc almışdır. Sonradan, yəni 26 mart 2024-cü ildə Bərdə Rayon Polis İdarəsi tərəfindən tutulmuşdur. O, İ qrup əlil olmaqla, əmək fəaliyyəti olmayan şəxs olmasını və bu səbəbdən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Bundan başqa o, verilmiş mülki iddiaya münasibətdə əmək fəaliyyəti olmayan şəxs olmasını və cəzaçəkmə müəssisəsində bu məbləği ödəyə bilməyəcəyini bildirdi. Məhkəməyə qədər icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla münasibəti olmamış, yalnız 2023-cü ilin təxminən mart-aprel aylarında onu tanımışdır. Belə ki, həmin vaxtlar Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vuraraq nömrəsini ona hansısa Elmira adlı qadının verdiyini, oğlu Muradın məktəbi qurtardığını və onu İdman Akademiyasına qəbul elətdirmək istədiyini bildirib ona bu işdə köməklik edə biləcəyini soruşduqda həmin vaxtla kəskin pula ehtiyacı olduğundan onu aldadıb pulunu ələ keçirmək qərarına gəlmiş və Sevilə görüşüb söhbət edə biləcəklərini bildirmişdir. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində Sevil və onun atası Mirakif adlı şəxslə Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığındakı “Bravo” marketdə görüşmüş, Sevil ona oğlu Murada aid sənədləri təqdim etmiş, sənədlərə baxdıqdan sonra Sevilə “Sənin oğlun X5 qəbul etdirə bilərəm lakin sən mənə 10000 manat verməlisən ki, mən bu məsələni həll edim” demiş, Sevil onunla razılaşdıqda ondan ilkin işlərin görülməsi üçün 500 manat pul istəmiş, Sevil həmin pulu ona verərək məbləğin qalan hissəsini bir neçə gün ərzində ona göndərəcəyini bildirmişdir. O, öz adına olan "xxxx" ASC-nə məxsus 4169 ........... 3488 nömrəli kartının nömrələrini Sevilə verərək pulları həmin hesaba köçürməsini tapşırmış, bundan bir neçə gün sonra yəni, 14 aprel 2023-cü il tarixdə Sevil onun kart hesabına 4000 manat pul göndərərək zəng vurduqda pulun kartına oturmasını təsdiqləmiş və təcili olaraq qalan hissəini də göndərməsini tapşırmışdır. Həmin gün Sevil ona əlavə olaraq 500 manat da göndərmiş və qalan 5000 manatı bir neçə günə çatdıracağını bildirmiş, 17 aprel 2023-cü il Sevil onun kart hesabına əlavə 5000 manat da pulu göndərmiş və Sevillə telefonla danışaraq pulu almağımı təsdiqləyərək oğlu Muradın işini danıdığını, 2023-cü ilin sentyabr aynın 15-dən onun İdman Akademiyasında oxumaga başlayacağını, yalnız formal olaraq qabiliyyət imtahanlarına çağırılacağını, həmin imtahanları da tapşırılacağını bildirmişdir. Sevil ona inanmış, özü isə almış olduğu 10.000 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, həmin vaxtdan sonra Sevil ona nə qədər zəng vursa da onun telefonlarına cavab verməkdən imtina etmişdir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 33 saylı məktəbdə işləyən qaynanası Şahid3 iş yoldaşı Elmira müəllimənin vasitəsi ilə tanımışdır. X12 2023-cü ildə orta məktəbi bitirdiyindən İdman Akademiyasına daxil olmasının istəmiş və bu barədə qaynanası Teyfəyə bildirmişdir. Teyfənin iş yoldaşı Elmira qaynanasına tanışı vasitəsi ilə X5 qəbul olunmasına köməklik edə biləcəyini bildirmişdir. 2023-cü ilin əvvəllərində Elmira ilə görüşdükdə Elmira ona, tanışı Qüdrət adlı şəxsin mobil telefonunu verib özünün zəng vurmasını tapşırmışdır. Bundan sonra, o, Elmiranın verdiyi telefon nömrəsinə zəng etmiş və Qüdrətə onun nömrəsini Elmira xanımdan götürdüyünü, oğlunu İdman Akademiyasına düzəltmək istədiyini bildirmiş və Qüdrət ona kömək edəcəyini bildirib, onunla Bakı şəhərində görüşməyi planlaşdırmışdır. Bundan sonra, 2023-cü ilin aprel ayının əvvəllərində atası Mirakiflə birlikdə Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığındakı “Bravo” super marketdə Qüdrətlə görüşmüş və Murada aid sənədləri Qüdrətə təqdim etmişdir. Qüdrət ona X5 düzəltmək üçün 10.000 manat lazım olduğunu bildirmiş və o, Qüdrətlə razılaşmışdır. Lakin, Qüdrət ilkin olaraq 500 manat pul istəmiş və oda vermişdir. Bundan bir müddət sonra Qüdrət onunla əlaqə saxlayaraq pulun qalan hissəsini də vermək lazım olduğunu bildirmişdir. O, 14 aprel 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən özünə məxsus olan (4169.........9229) nömrəli "xxxx" hesab kartından Qüdrətin ona verdiyi (4169.........3488) kartına 4000 manat pul göndərmiş və Qüdrət pulun kartına oturmasını təsdiq etmiş, qalan pulu da təcili göndərmək lazım olduğunu bildirmişdir. Həmin gün Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Nayik” marketdə olan terminal vasitəsi ilə Qüdrətin ona verdiyi (4169...........3488) kartına 500 manat göndərmiş, bir neçə gün sonra isə Qüdrət ona zəng edərək qalan 5000 manat pulu da göndərməyin lazım olduğunu bildirdikdə o, bankdan kredit götürüb 17 aprel 2023cü il tarixdə 5000 manat pulu Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “Rəvanə” marketdə olan terminalı vasitəsi ilə Qüdrətin bank kartına göndərmişdir. Qüdrətə zəng vurub bu barədə bildirdikdə Qüdrət pulu almasını təsdiq etmiş və oğlu Muradın işini danışdığını, 2023-cü ilin sentyabr aynın 15-dən X4 oxumaga başlayacağını, onun qabiliyyət imtahanına formal çagrılacağını bildirmişdir. Lakin imtahanların zamanı çatdıqda Murad imtahana dəvət edilməmiş, Qüdrətə zəng vurub bu barədə maraqlandıqda o, “Narahat olma ikinci etapda çagıracaqlar, sonra da dərslərə başlayacaq” demişdir. Deyilən vaxt da çatmış və Muradı məktəbə çağırmamışlar. Bundan sonra o, Qüdrətlə əlaqə saxlamış, lakin o, müxtıəlif bəhanəllər gətirmişdir. Daha sonra o, Qüdrət tərəfindən aldadıldığını başa düşmüşdür. Hazırda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Eyni zamanda o, tərəfindən verilmiş mülki iddianı müdafiə etdiyini və 10000 manat məbləğində pulun və 120 manat ödənilmiş dövlət rüsumunun əvəzinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri 33 saylı məktəbdə müəlliməsi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir əlaqəsi olmayıb. Həmçinin Zərərçəkmiş şəxs tanımamış, lakin onun qaynanası Şahid3 onun işlədiyi məktəbdə xadimə işləyir. Təxminən, 2020-ci ildə Türkiyənin Tekirdağ şəhərində unversitetdə təhsil alan oğlu İsmayılzadə Sədi ona zəng vuraraq Türkiyədə təhsilin çətin olduğunu, gücünün çatmadığını bildirib onu hansı yol ilə Azərbaycan unveristetlərindən birinə köçürmə edilməsini və bu məqsədlə Bakı şəhərində bu işlə məşqul ola biləcək səlahiyyətli şəxs tapmağı xahiş etmişdir. Həmin vaxt xatırlamadığı tanışlarından biri Qüdrət adlı şəxsin Türkiyədən Azərbaycana tələbə transferi ilə məşğul olduğunu bildirib onun mobil nömrəsin vermişdir. O, həmin şəxslə telefon əlaqəsi saxlamış və oğlunun vəziyyəti barədə ona danışmışdır. Qüdrət belə işlərlə məşqul olduğunu və heç bir problem olmadan oğlu Sədini Azərbaycandakı unveristetlərin birinə transfer edə biləcəyini bildirmişdir. Bundan sonra o, Qüdrətə ailə üzvləri ilə məsləhətləşib ona yenidən zəng vuracagını bildirmişdir. Evdə ailə üzvləri ilə məsləhətləşərkən onlar Sədinin Azərbaycan ərazisndə yerləşən unveristetlərin birinə köçürülməsinə qəti etiraz bildirmiş, bu səbəbdən də Qüdrət adlı şəxslə əlaqə saxlamamışdır. Lakin, bundan bir neçə gün sonra Qüdrət özü ona zəng vuraraq nə qərara gəldiyini soruşduqda ona ailə üzvlərinin razı olmadıqılarını və Sədinin Azərbaycana keçirilməsi fikrindən imtina etdiyini bildirmiş, bundan sonra Qüdrətlə heç bir əlaqəsi olmamışdır. Məktəbdə bu barədə bir neçə iş yoldaşına danışmış, lakin bundan təxminən 3 il sonra yəni 2023-cü ilin əvvəllərində Teyfə ona müraciət edərək nəvəsini ali məktəbə qəbul etdirmək istədiyini, eşitdiyinə görə onun belə işlə məşqul olan tanışının olduğunu bildirib, ondan həmin şəxsin telefon nömrəsini istədikdə Teyfəyə qeyd edilən şəxslə 3 il əvvəl cəmi iki dəfə telefon vasitəsi ilə danışdıgını, üzdən ümimiyyətlə tanımadığını bildirmişdir. Teyfə israrla ona Qüdrətin nömrəsini verməsini xahiş etmiş, bu səbəbdən bir neçə gün ərzində evi axtarıb Qürdrətin telefon nömrəsini yazdığı kitabçadan tapmış və həmin nömrəni ona vermişdir. Sonradan nə baş verməsindən xəbəri olmamış, lakin bir neçə aydan sonra Teyfənin gəlini Sevil ona zəng vuraraq həmin Qüdrət adlı şəxsin onun oğlunu idman Akademyasına düzəltmək adı ilə 10000 manat pulunu aldığını, lakin işini həll etməyib pulunu ələ keçirdiyini bildirdikdə ona Qüdrət adlı şəxsi umimiyyətlə tanımadığını, onunla yanlız iki dədəfə telefonla danışdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmaış və CPM-nin 40.3 və 73.2-ci maddəsinə əsasən xitam edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)- 118/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 125-ci maddəsinə əsasən 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə, CM-nin 148-1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. O, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayıt Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(104)-68/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-118/2024 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-305/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-118/2024 saylı hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və həbs etmənin əvvəli Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-118/2024 saylı hökmü ilə müəyyən edilmiş xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)- 1480/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-305/2025 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiklərinə gəldikdə isə məhkəmə təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs 10000 manat manat deyil, 9500 manat pul vəsaitini ələ keçirdiyini və xx.xx.2024-cü il tarixdə səhər saat 10-12 aralığında Sumqayıt şəhərində adın xatırlamadığı marketin qarşısında müstəntiq Əsqər Kazımov ilə görüşərək, vurduğu ziyandan 4800 manat pulu zərərçəkmiş şəxsə qaytarmaq üçün müstəntiqə verməsini bildirsə də, istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə zərərçəkmiş və şahid ifadələri, iş materiallarında olan və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəniş terminalı qəbzlərindən, WhatsApp proqramı üzərindən aparılmış çıxarışların sürətindən və digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyandan ödəniş edilməsi üçün müstəntiq Əsqər Kazımova 4800 manat pul verməsi və müstəntiqin həmin pulu zərərçəkmiş şəxsə verməməsi ilə bağlı halın araşdılması üçün Məhkəmə tərəfindən Sumqayıt Şəhər Prokurorluğuna məlumat verilmişdir. Həmin məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda aparılmış araşdırma zamanı qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, (Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsində baxılan cinayət işi üzrə məhkəmə araşdırması aparılarkən, sonuncunun dəymiş ziyandan 4800 manat məbləğində vəsaiti Zərərçəkmiş şəxs təqdim etməsi üçün cinayət işinin istintaqını aparan müstəntiq Əsqər Kazımova verdiyi, lakin həmin məbləğin zərərçəkmiş şəxsə təqdim edilmədiyi barədə məlumatı əsasında) Sumqayıt şəhər prokurorluğunda toplanmış 152C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu X9 Akademiyasına qəbul etdirəcəyinə vəd verərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən “X10” mağazasında aldığı 500 manat, 14 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanından Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" tərəfindən verilmiş ********* 87 65 9229 nömrəli kart hesabından Q.Hacıyevin istifadəsində olan **********773488 saylı kart hesabına göndərdiyi 4000 manat , həmin gün Sumqayıt şəhəri 13-cü mikrorayon, ev 40-də yerləşən “Natik Market” də quraşdırılmış “Mpay” terminalı vasitəsi ilə 416973******3488 saylı kart hesabına göndərdiyi 500 manat, 17 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Rəvan market” mağazasında quraşdırılmış “E-Manat” terminalı vasitəsi ilə istifadəsində olan 416973******3488 saylı hesab kartına göndərdiyi 5000 (beş min) manat pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə ümumilikdə 10.000 manat məbləğində- xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası həddi daxilində cəza təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun müddətsiz İ qrup gözdən əlil olmasıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, 10.000 manat pulun və 120 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(007)-305/2025 saylı hökmünə əsasən təyin edilmiş 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu bir gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki cinayət işi üzrə, yəni Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-118/2024 saylı hökmünə əsasən müəyyən edilmiş tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Apellyasiya məhkəmələrinin qərarları ilə həmin hökmlər dəyişdirilmədən saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmışdır. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs onun xeyrinə 10000 manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 manatın tutulmasını xahiş etmişdir. Mülki iddia ərizəsi icraata götürülmüş, Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə qeyd edir ki, məhkəmə iddiaya hüquqi qiymət verərkən obyektiv olmalı və təqdim olunmuş sübutlara istintad etməlidir. Məhkəmə qeyd edir ki, maddi ziyan tələbinə dair mülki iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etdiyini, lakin İ qrup əlil olmaqla yanaşı cəzaçəkmə müəssisəsində olduğu müddətdə qeyd olunan pulu ödəmək iqtidarında olmayacağını bildirmişdir. Məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 10000 (on min) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat məbləğində pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 1(007)-305/2025 saylı hökmü ilə təyin edilmiş 04 il (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 26 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli hökmü ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilməsi və hazırda həmin hökm üzrə cəza çəkməsi nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. 10000 (on min) manat məbləğində pul və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-12/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-12/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver