Məhkəmə qərarları › İş №1(060)-120/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-120/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-120/2022 03.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhər, Beton zavod ərazisində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Belə ki, o, 01.07.2021-ci il tarixdə “Tap.az” saytında tanış olduğu, 16 yaşına çatmadığını bildiyi və aralarında on altı yaş fərqi olan xx xxxx 2006-cı il təvəllüdlü Bakı şəhər sakini Zərərçəkmiş şəxs ilə sosial şəbəklər vasitəsilə ünsiyyət yaradıb, onunla şəxsi münasibətlər yaratdıqdan sonra 05 iyul 2021-ci il tarixdə Sumqayıt şəhərində görüşərək, öz cinsi ehtirasını təmin etmək niyyəti ilə onu yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən fərdi yaşayış evinə aparıb, könüllü razılığı ilə 06 iyul 2021-ci il tarixdə saat 02 radələrində həmin evin yataq otağındakı çarpayıda təbii yolla cinsi əlaqədə olaraq, sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, daha sonra öz cinayət əməlini davam etdirib həmin tarixdən 04 avqust 2021-ci il tarixədək mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqəyə girərək on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Beton zavod ərazisindəki fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus “Redmi Note 8” markalı mobil telefonu satmaq üçün 2021-ci ilin iyun ayının sonlarında “Tap.az” internet saytında elanlar yerləşdirmiş və həmin ayın sonlarında telefonu tanımadığı şəxsə satmışdır. 01 iyul 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrəyə dəqiq xatırlamadığı nömrədən tanımadığı qadından “Vvhatsapp” vasitəsilə mesaj gəlmişir. Həmin şəxs Bakı şəhərində yaşadığını və onun “Tap.az” saytında yerləşdirdiyi elandakı telefonu almaq istədiyini bildirmişdir. O isə telefonu satdığını, lakin “Redmi 6A” markalı mobil telefonu olduğunu və həmin telefonu sata biləcəyini demişdir. Həmin qadınla yazışan zaman adının Məryəm olduğunu, 15 yaşı olduğunu və telefona baxmaq istədiyini bildirmişdir. Məryəm öz şəklini “Vvhatsapp” vasitəsilə ona göndərmiş, o da öz şəklini ona göndərmişdir. Birbirilərindən xoşları gəlmişdir. Bundan sonra Məryəmlə səmimi münasibətləri yaranmış və sevgili kimi “Vvhatsapp” proqramı vasitəsilə yazışmağa başlamışlar. 01 iyul 2021-ci il tarixdən 05 iyul 2021-ci il tarixə kimi olan müddət ərzində mütəmadi olaraq mesajlaşıb danışmışlar. 05 iyul 2021-ci il tarixdə Məryəmlə danışan zaman o, anası ilə birlikdə Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki bağ evində olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O isə Məryəmi Sumqayıt şəhərinə çağırmışdır. 05 avqust 2021-ci il tarixdə saat 21 radələrində Məryəm ilə Sumqayıt şəhərində “Asan Xidmətin” qarşısında görüşmüşdür. Məryəm onunla birlikdə qalmaq istədiyini bildirdiyindən Məryəmlə birikdə yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisindəki fərdi yaşayış evinə getmişdir. Həmin evdə o anası Şahid2 və atası Şahid1 ilə birlikdə yaşayır. Məryəmlə birlikdə evə gələn zaman anası Şəhla evdə olmuş və ondan Məryəmin kim olmasının soruşmuşdur. O isə Məryəmin yaxın dostu olduğunu və yaxın müddətdə Türkiyəyə getməli olduğunu, buna görə də bir müddət onlarda qalacağını bildirmişdir. X2rda qalmasına etiraz etməmişdir. Onlar razılaşmışdır ki, Məryəm onun otağında tək qalacaqdır. Məryəm isə tək qalmağa qorxduğunu və onunla birlikdə otaqda qalmağını istəmişdir. O da Məryəm ilə razılaşmış və bundan sonra yerdən özünə yer salmışdır, Məryəm onu yanına çağırıb yanında yatmağını istəmişdir. O da Məryəmin yanında uzanmış, Məryəm onun bədəninin müxtəlif nahiyələrinə toxunmuş və aralarında təmas yaranmışdır. Məryəm onunla cindi əlaqədə olmağını istəmişdir. O isə Məryəmin bakirəliyini pozmaq itəmədiyini bildirmişdir. Məryəm isə israr etmiş, 06.08.2021-ci il tarixdə saat 02 radələrində onun yaşadığı evin yataq otağındakı çarpayıda Məryəmin istəyi ilə onunla cinsi əlaqədə olmuşdur. Məryəmin bakirəliyi pozulduğundan cinsiyyət orqanından axan qan altına sərdiyi alt paltarına dəymişdir. Məryəm həmin alt paltarını götürüb hamam otağına gedərək alt paltarını yuyub otağa qayıtmışdır. Məryəm təxminən 20 gün onunla birlikdə yaşadığı evdə qalmış və onlar mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. 07 iyul 2021-ci il tarixdə valideynlərinə həqiqəti deyib, Məryəmi sevdiyini, onunla evlənmək istədiyini və Məryəmin bakirəliyini pozub onunla cinsi əlaqədə olduğunu demişdir. 23 iyul 2021-ci il tarixdə Məryəm anası Səbinə ilə danışıb onlarda qaldığını demişdir. Həmin gün Məryəmin anası onların yaşadığı evə gəlib Məryəmi aparmışdır. Məryəmlə cinsi əlaqədə olmağı barədə Xəzər RPİ-nin 1-ci PB-də araşdırma aparılmışdır. Məryəm həmin vaxtdan ailə üzvlərinin yanında qalmağa başlamışdır. Məryəmlə əlaqə saxlaya bilmədiyindən Məryəm “instagram” sosial şəbəkəsi vasitəsilə onunla əlaqə saxlayırmış. 04 avqust 2021-ci il tarixdə Məryəm “instagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb Sumqayıt şəhərində qohumunun evində olduğunu, ondan ötrü darıxdığını və onun yanına gəlmək istədiyini bildirmişdir. O isə onu Sumqayıt şəhərinə çağırmışdır. Həmin gün saat 21 radələrində Məryəmlə Sumqayıt şəhərindəki “Asan Xidmətin” yanında görüşüb onu evlərinə aparmışdır. Həmin gecə Məryəm gələndə şəxsiyyət vəsiqəsi də üzərində olmuşdur. Məryəmin şəxsiyyət vəsiqəsinə baxdıqda onun xx.xx.2006-cı il təvəllüdlü olduğunu bilmişdir. Həmin gecə yəni, 04 avqust 2021-ci il tarixdə Məryəmlə cinsi əlaqədə olmuşdur. 04 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək Məryəm onun yaşadığı evdə onunla birlikdə qalmışdır. 06.08.2021-ci il tarixdə Məryəmlə söhbət edən zaman anasının onların evini tanıdığını və onları tapa biləcəyini fikirləşib qalmaq üçün başqa yer axtarmaq qərarına gəlmişlər. Buna görə də həmin gün 19 radələrində Məryəmlə birlikdə qonşuları Narilənin yaşadığı evə getmişlər. Nargiləyə Məryəmi sevdiyini, onunla ailə qurmaq istədiyini bildirmiş və bir gecəlik onlarda qalmağa icazə verməsini ondan xahiş etmişdir. Məryəm də onun dediklərini təsdiq etmişdir. Bundan sonra Nargilə gecəni onlarda qalmaqlarına icazə vermişdir. Həmin gecə Nargilənin evində qalmışlar. Nargilə də onlarla bir otaqda qaldığından həmin gecə cinsi əlaqədə olmamışlar. 07.08.2021-ci il tarixdə səhər 07 radələrində yuxudan oyanıb Məryəmlə birlikdə Nargilənin yaşadığı evdən çıxıb Sumqayıt şəhərində müxtəlif yerlərdə gəzişmişlər. 07 avqust 2021-ci il tarixdə günorta saatlarında onun yaşadığı evin yanına gəlmişlər. Məryəm anası ilə telefonla danışaraq ona olduqları yeri demişdir. Məryəmin anası isə onları 4-cü PB-nə çağırmışdır. O da Məryəmlə birlikdə 4-cü PB-nə getmişdir. Zərərçəkmiş şəxs ilə ilk dəfə 06.07.2021-ci il tarixdə saat 02 radələrində yaşadığı Sumqayı şəhəri, Betonzavod ərazisindəki fərdi evin yataq otağındakı çarpayıda cinsi əlaqədə olmuşdur. Məryəm əvvəlcə ona 15 yaşı olduğunu demiş, 04 avqust 2021-ci il tarixdə isə onun şəxsiyyət vəsiqəsinə baxan zaman 06.06.2006-cı il təvəllüdlü olduğunu bilmişdir. Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkət etməmiş, yalnız təbii yolla cinsi əlaqədə olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş tərəflə barışmış, onların heç bir şikayətləri və tələbləri yoxdur. Ona görə də məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərdi ki, ünvan 4 ünvanında xx.xx.2006-cı il təvəllüdlü qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Məryəmin atası Elvin İmanzadə ilə Məryəmə hamilə olanda, yəni 2006-cı ildə ayrılmışdır. Həmin vaxtdan Emin İmanzadə ilə birlikdə yaşamır və buna görə də Məryəm doğulandan onunla birlikdə yaşayır. Məryəm hazırda “Bakı Britaniya Məktəbinin” 11-ci sinif şagirdidir. 05 iyul 2021-ci il tarixdə qızı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki bağ evlərinə getmişlər. Həmin gün, yəni 05 iyul 2021-ci il tarixdə saat 20 radələrində Məryəm yatacağını deyib öz otağına getmişdir. O isə bağ evində ev işləri ilə məşğul olmuşdur. Başı ev işlərinə qarışdığından Məryəmin yatdığı otağa keçməmişdir. Həmin gün saat 23 radələrində işlərini yekunlaşdırıb Məryəmin yatdığı otağa keçmiş və Məryəmin yerində olmadığını görmüşdür. Bağ evlərinin bütün otaqlarına baxıb Məryəmi axtarsa da onu tapa bilməmişdir. Məryəmin otağına baxdıqda onun geyim əşyalarını apardığını görmüşdür. Məryəmin xəbəri olmadan onun telefonuna baxarkən Elnur adlı şəxslə yazışdığını görmüş, lakin bunu Məryəmin özünə deməmişdir. Hesab edirmiş ki, bunu Məryəmin özünə desə Məryəm ondan utanar yaxud da onun Məryəmə acıqlanacağından qorxub özünə nəsə edər. Buna görə də Məryəmin Elnurla görüşmək üçün evdən getdiyini zənn etmiş və Elnur adlı şəxsi axtarmağa başlamışdır. Məryəmin yaşı az olduğundan, onun barəsində hansısa məlumat yayılmasın deyə polisə mlumat verməyib özü Məryəmi axtarmaq qərarına gəlmişdir. 23.07.2021-ci il tarixədək Məryəmi axtarmışdır. 23.07.2021-ci il tarixdə Məryəm dəqiq xatırlamadığı nömrədən ona zəng edib Elnurla birlikdə Elnurun yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisindəki evdə olduğunu demişdir. O da dərhal həmin ünvana getmişdir. Həmin ünvanda Məryəmlə birlikdə Elnur və Elnurun anası Şəhla da var imiş. Məryəm ona öz razılığı ilə Elnurun yanına gəldiyini demişdir. Məryəmi evə aparmaq istədikdə Məryəm heç bir etiraz etməmiş və Məryəmlə birlikdə öz evlərinə gəlmişdir. Evdə Məryəmlə söhbət edən zaman Məryəm ona demişdir ki, 06.07.2021-ci il tarixdə saat 02 radələrində Elnurun yaşadığı evdə öz razılığı ilə Elnurla cinsi əlaqədə olmuş və Elnur onun bakirəliyini pozmuşdur. 23.07.2021-ci il tarixədək olan müddətdə isə Elnurla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Bundan sonra o bu barədə Xəzər RPİ-nin 1-ci PB-nə məlumat vermiş və bu barədə araşdırma aparılmışdır. Araşdırma zamanı ekspertlər Məryəmi yoxlamış və müəyyən etmişlər ki, həiqətən də onun bakirəliyi pozulub. Bundan sonrakı müddət ərzində Məryəmlə birlikdə öz evlərində yaşamağa davam etmişlər. Lakin Məryəmin telefon istifadə etməsini istəmədiyindən Məryəm də buna razılıq verib telefon istifadə etmirmiş. Bir neçə gün sonra isə Məryəmin telefondan istifadə etməsinə icazə vermişdir. 03.08.2021-ci il tarixdə Sumqayıt şəhərində şəxsi işləri olduğundan qızı Məryəm ilə birlikdə qalmaq üçün qohumu Eldargilə gəlmişdir. Eldar Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisindəki “Orbital” mebel evinin yaxınlığındakı yeni tikilidə yerləşən mənzildə tək yaşayır. 03.08.2021-ci il tarixdə qızı Məryəm ilə birlikdə həmin evdə qalmışlar. Növbəti gün, yəni 04 avqust 2021-ci il tarixdə Eldargildə Məryəmlə ikisi olanda, saat 12 radələrində Məryəm marketə getmək istədiyini demişdir. Həmin vaxt telefonla danışdığından Məryəmə heç bir söz deməmişdir. Bir neçə dəqiqə sonra evin giriş qapısının açıldığının səsini eşidib Məryəmin marketə getdiyini zənn etmişdir. Bundan sonrakı bir neçə saat ərzində Məryəm evə qayıtmadığından onun mobil telefonuna zəng etmişdir. Məryəmin telefonu sönülü olduğundan onunla danışa bilməmişdir. Buna görə də anlamışdır ki, Məryəm yenə də Elnurla qaçıb. Məryəmin Elnurla qaçdığını zənn etdiyindən onlarla əlaqə saxlayıb Məryəmi evə çağırmaq istəsə də, 04.08.2021-ci il tarixdən 07.08.2021-ci il tarixədək onlarla əlaqə saxlaya bilməmişdir. Məryəmgillə əlaqə saxlaya bilmədiyindən Sumqayıt ŞPİ-nin 4-cü PBnə gedib bu barədə ərizə yazmışdır. 07.08.2021-ci il tarixdə saat 18 radələrində dəqiq xatırlamadığı nömrədən Məryəm ona zəng edərək Elnurgilin evinin yanında olduqlarını bildirmişdir. O isə onları Sumqayıt ŞPİ-nin 4-cü PB-nə çağırmışdır. Həmin gün saat 19 radələrində Məryəmlə Elnur Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişlər. Məryəmlə söhbət edən zaman o, yenidən Elnurla cinsi əlaqədə olduğunu bildirmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizə də vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında anası Qanuni nümayəndə ilə birlikdə yaşayır. Anası Qanuni nümayəndə ilə atası Elvin İmanzadə anası ona hamilə olanda yəni, 2006-cı ildə ayrılıblar. Həmin vaxtdan atası ilə anası birlikdə yaşamırlar. O doğulandan anası ilə birlikdə yaşayır. “Bakı Britaniya Məktəbi”nin 11-ci sinif şagirdidir. 2021-ci ilin iyun ayının sonlarında özünə ucuz qiymətə telefon almaq istəyirmiş və buna görə də “tap.az” internet saytından özünə telefon axtarırmış. Həmin vaxt “tap.az” saytında yerləşdirilmiş “Redmi Note 8” markalı mobil telefonun ucuz qiymətə satıldığını görüb həmin şəxslə əlaqə saxlamaq üçün onun elanda yerləşdirdiyi ***-***-**-** saylı əlaqə nömrəsini telefonuna yazmışdır. Bundan sonra özünə məxsus ***-***-**-** saylı nömrədən “Vvhatsapp” proqramı vasitəsi ilə həmin şəxsin istifadəsində olan ***-***-**-** saylı nömrəyə mesaj yazıb həmin şəxsdən telefonu satıbsatmadığını soruşmuşdur. Həmin şəxs isə “Redmi Note 8” markalı telefonu satdığını, lakin özünə məxsus “Redmi A6” markalı telefon olduğunu və həmin telefonu ona sata biləcəyini bildirmişdir. Bu barədə danışdıqda həmin şəxs adının Elnur olduğunu, Sumqayıt şəhərində yaşadığını bildirmişdir. O isə Elnura öz adını deyib Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşadığını, 15 yaşı olduğunu bildirmişdir. Elnurla bir-birilərinin şəkillərini “Vvhatsapp” proqramı vasitəsi ilə göndərmişlər. Elnur onun şəkillərinə baxdıqdan sonra ondan xoşu gəldiyini bildirmiş, onun da Elnurun şəkillərinə baxdıqdan sonra Elnurdan xoşu gəlmişdir. Bundan sonra Elnurla səmimi münasibətləri yaranmış və sevgili kimi “Vvhatsapp” proqramı vasitəsi ilə yazışmağa başlamışlar. 01 iyul 2021-ci il tarixdən 05 iyul 2021-ci il tarixə kimi olan müddət ərzində mütəmadi olaraq mesajlaşıb danışmışlar. 05 iyul 2021-ci il tarixdə anası ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki bağ evinə getmişdir. Mərdəkan qəsəbəsindəki bağ evində olan zaman telefonla danışarkən Elnura onunla birlikdə yaşamaq üçün Sumqayıt şəhərinə gəlmək istədiyini bildirmişdir. Elnur buna heç bir etiraz etməyib Sumqayıt şəhərində onu gözlədiyini bildirmişdir. Həmin gün yəni, 05 iyul 2021-ci il tarixdə saat 20:45-də özünə məxsus bəzi geyim əşyalarını götürüb ailə üzvlərinə məlumat vermədən Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki bağ evlərindən çıxıb tanımadığı taksi ilə Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhərindəki “Asan Xidmətin” yaxınlığında Elnur ilə görüşmüşdür. Elnurla görüşdükdən sonra tanımadığı taksi ilə Elnurun yaşadığı evə getmişlər. Əvvəllər Sumqayıt şəhərində olmadığından Elnurgilin yaşadığı evin hansı ərazidə yerləşdiyini dəqiq bilmirmiş. 05 iyul 2021-ci il tarixdə saat 22 radələrində Elnurun yaşadığı evə çatmışlar. Elnurgilin həyətinə çatdıqda sonradan adının Şəhla olduğunu bildiyi Elnurun anası həyətdə oturmuşdur. Şəhla Elnurdan onun kim olduğunu soruşduqda Elnur onu dostunun tanışı kimi təqdim edib, guya Türkiyədən gəldiyini, yaxın müddətdə Türkiyəyə qayıdacağını və qalmağa yeri olmadığından bir neçə gün onlarla qalacağını anasına bildirmişdir. Həmin gecə Elnur onun yatdığı otaqdakı çarpayıda tək yatmağını təklif etmişdir. Lakin o tək yatmağa qorxduğunu bildirib Elnurun da onunla birlikdə qalmasını istəmişdir. Elnur etiraz etməyib otaqdakı digər çarpayıda yatmaq üçün özünə yer hazırayanda Elnuru yanına çağııb çarpayıda onunla birlikdə yatmasını istəmişdir. Elnur buna etiraz etməyib onun yanına gəlmiş və onlar bir yerdə çarpayıda uzanmışlar. 06 iyul 2021-ci il tarixdə saat 02 radələrində Elnurla cinsi əlaqədə olmaq istəmişdir. Elnur buna etiraz etməmiş və onlar təbii yolla cinsi əlaqədə olmuşlar. Onlar cinsi əlaqədə olan zaman bakirəliyinin pozulacağını və cinsiyyət orqanından qan axacağını bildiyindən alt paltarını altına sərib üstündə uzanmışdır ki, qan alt paltarına dəysin. Elnurla cinsi əlaqədə olan zaman bakirəliyi pozulmuş və cinsiyyət orqanından axan qan alt paltarına dəymişdir. Onlar cinsi əlaqədə olduqdan dərhal sonra hamam otağına keçib alt paltarına dəyən qanı yumuşdur. Onlar cinsi əlaqədə olduğu gecənin səhərisi Elnur valideynlərinə həqiqətləri deyərək onu sevdiyini və onunla ailə qurmaq istədiyini bildirmişdir. Elnurun valideynləri isə onun valideyniylə bu məsələni danışmalı olduqlarını demişlər. Həmin vaxtdan 2021-ci ilin iyul ayının sonlarına kimi Elnurla birlikdə onun yaşadığı evdə qalmış və onlar mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuşlar. Sonradan bilmişdir ki, Elnurun yaşadığı evin yerləşdiyi ərazı Betonzavod adlanır. 23 iyul 2021-ci il tarixdə anası ilə telefonla danışıb ona olduğu yeri, yəni Elnurgildə olduğunu bildirmişdir. Həmin gün günorta anası Elnurun yaşadığı Sumqayıt şəhəri Betonzavod ərazisindəki evə gəlmiş və onu öz evlərinə aparmaq istədiyini bildirmişdir. O anası ilə razılaşıb onunla birlikdə öz evlərinə getmişdir. Öz evlərinə olduğu zaman anasına Elnurla cinsi əlaqədə olduğunu və bakirəliyinin pozulduğunu bildirmişdir. Anası isə bu barədə polisə məlumat vermişdir. Anasının müraciəti əsasında Xəzər RPİ-nin 1-ci PB-də araşdırma aparılmışdır. Araşdırma zamanı izahat yazıb polislərə Elnur ilə birlikdə yaşamaq üçün özünün könüllü getdiyini bildirmişdir. Bundan sonra anası ilə birlikdə Nərimanov rayonundakı evlərinə qayıtmışlar. Anasının istəyinə uyğun olaraq bir müddət telefon işlətməsə də, sonradan telefondan istifadə etmyə başlamışdır. Bundan sonra “instagram” sosial şəbəkəsi vasitəsi ilə Elnurla əlaqə saxlamağa başlamışdır. Elnurla danışdıqca onun üçün daha çox darıxırmış və yenidən onunla birlikdə olmaq istəyirmiş. Elnur da onun üçün darıxdığını deyirmiş. 03 avqust 2021ci il tarixdə anası ilə birlikdə Sumqayıt şəhərindəki “Orbital” mebel evinin yanında yaşayan qohumu Eldargilə gəlmişlər və həmin gecəni Eldargildə qalmışlar. 04 avqust 2021-ci il tarixdə saat 11 radələrində Elnurla “instagram” vasitəsilə mesajlaşan vaxt Elnura onunla görüşüb yenidən onunla qalmaq istədiyini demişdir. Elnur da onu görmək istədiyini bildirmişdir. Anasına marketə getməli olduğunu deyib həmin gün, yəni 04 avqust 2021-ci il tarixdə saat 12 radələrində evdən çıxmış və tanımadığı taksi ilə Sumqayıt şəhərindəki “Asan Xidmətin” yanına getmişdir. Elnurla olan danışığına görə Elnur onu orada gözləməli imiş. Elnurla görüşdükdən sonra həmin gün axşam saat 21 radələrinədək Sumqayıt şəhərində biraz gəzişmişlər və sonra Elnurun yaşadığı evə getmişlər. Onlar evə gednə vaxt evdə heç kim olmamışdır. 04 avqust 2021-ci il tarixdə saat 22 radələrində Elnurun yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisindəki fərdi yaşayış evində Elnurun yatdığı otaqdakı çarpayıda Elnurla təbii yolla cinsi əlaqədə olmuşlar. 06 avqust 2021-ci il saat 18 radələrinədək Elnurla onların yaşadığı evdə qalmışlar. Valideynlərinin həmin evi tanıdığını və onları tez bir zamanda tapa biləcəklərini bildiklərindən Elnur qonşuları Nargilə adlı qadından bir neçə gün onlarda qalmalarına icaə verməsini xahiş etmişdir. X4 sevdiyini və onunla evlənmək üçün qaçırdığını bildirmişdir. Nargilə də buna etiraz etməyib onun yaşadıqları evdə qala biləcəklərini bildirmişdir. Həmin gün Nargilənin evində qalmışlar, Nargilə də onlarla bir otaqda yatdığından həmin gün Nargilənin evində Elnurla cinsi əlaqədə olmamışlar. 07.08.2021-ci il tarixdə səhər 07 radələrində yuxudan oyanıb Elnurla birlikdə Nargilənin yaşadığı evdən çıxıb Sumqayıt şəhərində müxtəlif yerlərdə gəzişmişlər. 07 avqust 2021-ci il tarixdə günorta saatlarında Elnurun yaşadığı evin yanına gəlmişlər və o anası ilə telefonla danışaraq ona olduqları yeri demişdir. Anası isə onları Sumqayıt ŞPİnin 4-cü PB-nə çağırmışdır. Elnurla birlikdə həmin gün saat 19 radələrində Sumqayıt ŞPİnin 4-cü PB-nə getmişlər. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Betonzavod ərazisindəki fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. 06 iyul 2021-ci il tarixdə növbədən çıxıb evə gələndə arvadı Şəhla bildirmişdir ki, Elnur tanışı Məryəm adlı qızı evə gətirmişdir. Elnurdan həmin qızın kim olduğunu və nə üçün evə gətirdiyini soruşduqda Elnur bildirmişdir ki, Məryəmi sevir, onunla evlənmək istəyir, buna görə də Məryəmi evə gətirib. Həmçinin Elnur bildirmişdir ki, 06.07.2021-ci il tarixdə saat 02 radələrində Elnurun yatdığı otaqda Məryəmlə cinsi əlaqədə olub və Məryəmin bakirəliyini pozub. Məryəm də onun dediklərini təsdiq etmişdir. O isə bu barədə Məryəmin valideynləri ilə danışmalı olduqlarını bildirmişdir. Məryəm isə bu barədə anası ilə danışacağını bildirmişdir. Həmin vaxtdan Elnurla Məryəm onların yaşadıqları evdə ər-arvad kimi yaşamağa davam etmişlər. 23.07.2021-ci il tarixdə isə Məryəm anası Səbinəyə zəng edib ona onlarda olduğunu demişdir. Həmin gün Məryəmin anası Səbinə onlara gəlmiş və qızı Məryəmi öz evlərinə aparmışdır. Bundan sonra Elnurla Məryəmin əlaqəsi kəsilmişdir. 04.08.2021-ci il tarixdə əri Murad ilə birlikdə Bakı şəhərinə qohumunun evinə getmişdir. Elnur isə anasına zəng edərək Məryəmlə birlikdə evə gəldiyini bildirmişdir. Qohumu xəstə olduğundan 06.08.2021-ci il tarixədək qohumunun evində qalmış və öz evlərinə gələ bilməmişdir. Lakin anası Elnurla mütəmadi əlaqə saxlamış, Elnur isə Məryəmlə birlikdə evdə olduğunu bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, Elnur 06.08.2021-ci il tarixdə Məryəmlə birlikdə qonşuları Nargiləgildə qalıb. 07.08.2021-ci il tarixdə isə polislər onları tapıblar. Məryəmlə söhbət zamanı Məryəm onlara demişdir ki, onun 18 yaşı vardır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə saat 20:05-də Sumqayıt şəhəri ərazisində tutulmuşdur.(i.v 23) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 09.08.2021-ci il tarixli qərarından görünür ki, X3 barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 85-86) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 11.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 87) İş materiallarında olan məhkəmə tibb ekspertizasının 30.07.2021-ci il tarixli 411 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftə artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir.(i.v 108-111) İş materiallarında olan 09.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 134) İş materiallarında olan “Sübutların iymətləndirilməsi haqqında” 15.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 144,149 və 150-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir.(i.v 141-152) Məhkəmə iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcələsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcələsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 07 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, 10 (on) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 avqust 2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat pul Müdafiəçinun vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar