Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-120/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Xaçmaz rayonu, Ağatala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Xaçmaz rayonu, Nərəcan ərazi dairəsi, Ağatala kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Şahid1 sonuncunun yaşadığı ünvan 1 ünvanında 15 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,749 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 08 avqust 2023-cü il tarixdə, saat 20:40 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat məscidinin yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla ŞPİ-yə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edirmiş. Belə ki, o bir neçə dəfə Ağami adlı şəxsdən istifadə etmək üçün narkotik vasitə heroin almışdır. Sonuncu dəfə 08 avqust 2023-cü il tarixdə axşam tərəfi Ağaminin yaşadığı evə getmiş və 15 manat müqabilində ondan şəxsi istifadəsi üçün heroin almışdır. Təxminən 2-3 saat sonra Corat qəsəbəsində yerləşən məscidin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə idarəyə getmiş və orada müdafiəçinin iştirakı ilə və çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Hətta baxış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş və şalvarının cibində saxladığı bir ədəd siqaret kağızı bükümündə olan heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan soruşarkən o, narkotik vasitəni şəxsi istifadəsi üçün Ağamidən 15 manat pul verərək əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi bükülüyə baxış keçirmiş və aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş və 0,749 qram müəyyən edilmişdir. Hazırda o, etdiyi əməldən peşman olduğunu, himayəsində iki az yaşlı uşağının olduğunu və atasının hər iki gözdən əlil olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin KMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 08 avqust 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən məscidin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 20:40 radələrində Təqsirləndirilən şəxs Corat qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığında müəyyən edilmiş və ona yaxınlaşaraq özlərini təqdim etməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Hətta axtarış aparılmamışdan Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən olunmuş və aşkar olunmuş kütlə elektron tərəzidə çəkilərək çəkisi müəyyən edildikdən sonra ekpertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, zərf paketin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin maddəni saxlanıldığı gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində “Ağami” adlı şəxsdən 15 manat pul verərək şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, əvvəllər də həmin şəxsdən narkotik vasitə aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında video konfrans vasitəsiylə (ƏN-nin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımadığını və ona narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Əvvəllər məhkum olunmuş, heç bir psixi xəstəlik keçirməmiş, daimi iş yeri yoxdur. Təqsirləndirilən şəxs təxinən 4 ildir tanıyır, sonuncu ilə həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Özü narkotik vasitə istifadəçisi olmaqla yanaşı arabir tanıdığı şəxslərə narkotik vasitələr də satmışdır. Təqsirləndirilən şəxs də əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin satmışdır. Təxminən 10-12 gün əvvəl, yəni 05 avqust 2023-cü il tarixdə Bakı şəhəri 20 Yanvar dairəsinin yaxınlığında tanımadığı şəxsdən təxminən 25 qram narkotik vasitə olan heroin almışdır. Həmin heroini gətirib yaşadığı ünvan 1 ünvanında gizlətməklə saxlamışdır. Həmin heroini həm özü istifadə etmək, həm də tanışlarından istədiyi halda satmaq məqsədi ilə əldə etmişdir. 08 avqust 2023-cü il tarixdə, təxminən saat 19 radələrində yaşadığı evdə olduğu zaman Ruslan yaşadığı evə gəlmiş və söhbət zamanı ondan istifadə etmək üçün “kakos” istəmişdir. O, da Ruslana bir büküm heroini 15 manata sata biləcəyini demiş, sonuncu da razılaşmışdır. O, da evdə gizlətdiyi heroindən əvvəlcədən satmaq üçün çəkib bir ədəd gümüşü rəngli kağıza büküdüyü və üzərində saxladığı heroini Ruslana vermiş və sonuncudan 15 manat pul almışdır. Sonra isə Ruslan çıxıb getmiş, o da evdən çıxıb Sumqayıt şəhərində dəniz kənarına getmişdir. Təqsirləndirilən şəxs bir ədəd bükümdə narkotik vasitə olan heroini satan zaman sonuncuya üzərində və yaşadığı ünvan 1 ünvanında əlavə olaraq narkotik vasitə olması barədə heç bir söz deməmiş, Ruslan da bu barədə ondan soruşmamışdır. Əvvəllər də Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə satdığından sonuncunun onun narkotik vasitə satmasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxslə onun arasında narkotik vasitələrin satışı ilə bağlı heç bir razılaşma olmamışdır, onun hansısa şəxslərə narkotik vasitə satması barədə Ruslanın məlumatı olmamış, o da barədə sonuncuya heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs Şahid1 ifadəsindən sonra bildirmişdir ki, o, Şahid1 tanımır, ondan narkotik almayıb və onun üzərindən aşkar edilmiş narkotik vasitənin qramı az olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2023-cü il tarixli 3- 16-16/1-6/4249 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,749 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2023-cü il tarixli 5251 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Xaçmaz rayon məhkəməinin xx.xx.2021ci il tarixli hökmünə əsaəsən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Trespublikası Milli Məclisinin 08 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da, cinayətlərin residivi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Şahid1 sonuncunun yaşadığı ünvan 1 ünvanında 15 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,749 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 08 avqust 2023-cü il tarixdə, saat 20:40 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat məscidinin yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla ŞPİ-yə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Məhkəmə Şahid1 ifadəsindən sonra Təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və atasının birinci dərəcəli gözdən əlil olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin hazırki iş üzrə tutulmamışdan bir neçə ay əvvəl cəzasının sonu ilə azad olunmasını və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,699 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 19 (on doqquz) saat, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 174 (yüz yetmiş dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,699 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 114 (yüz on dörd) manat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat, ümumilikdə 174 (yüz yetmiş dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-120/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-120/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver