Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-120/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X6, X2, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,280 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 22 iyul 2024-cü il tarixdə, saat 15:45-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, N.Nərimanov adına mədəniyyət mərkəzinin qarşısında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq 3-cü PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynindəki tünd boz rəngli, parça şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qr, 0,122 qr, 0,089 qr. olmaqla ümumilikdə təmiz çəkisi 0,258 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,084 qr, 0,093 qr, 0,085 qr. olmaqla ümumi təmiz çəkisi 0,262 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamini, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,604 qr, 0,625 qr, 0,666 qr. ümumi təmiz çəkisi 1,895 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəki və 01 ədəd gümüşü rəngli elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, 03 avqust 2024-cü il tarixdə, saat 12:45-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Ruhi-əsəb dispanseri”-nin qarşısında keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində saxlanılaraq 3-cü PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə və psixotrop maddə əynindəki tünd boz rəngli parça şalvarın sağ yan cibində və 01 ədəd gümüşü rəngli elektron tərəzi isə əynindəki tünd boz rəngli parça şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddə ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Narkotik vasitə istifadəçisidir. Belə ki, 22 iyul 2024-cü il tarixdə səhər saat 10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində birdəfəlik istifadə üçün “patı”, yəni metamfetamin almışdır. Həmin gün günorta 15:40 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, N.Nərimanov adına mədəniyyət mərkəzinin qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə istifadəsində və daşınmasında şübhəli olduğunu bildirib PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə gəlmiş, xidməti otaqların birində ona təyin edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmişdur. Ona üzərində qanunsuz əşya və ya narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan bükümü masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı üzərində başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Təqdim etdiyi maddə elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa, bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 100 manat müqabilində heroin, metamfetamin və tiryək almışdır. Əldə etdiyi narkotik vasitənin öz şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin maddələri satmaq niyyəti olmamışdır. Əldə etdiyi narkotik vasitələri bükümlər şəklində almış, özü hissələrə ayırmamışdır. Belə ki, xx.xx.2024-cü il saat 12:30 radələrində evdən çıxmış, bu vaxt bir neçə mülkü geyimli şəxs yaxınlaşaraq ona nədə şübhəli olduğu izah edilərək, bu məqsədlə üzərinə şəxsi axtarış aparılması üçün PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla bərabər PB-nə getmişdir. Bölmədə ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edilmiş, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmaması, olduğu təqdirdə baxışa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarının cibində saxladığı 09 ədəd bükümü və şalvarının digər cibinə qoyduğu tərəzini baxışa təqdim etmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, çəkiləri müəyyən edilmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və PB-də olarkən ona qarşı heç bir təzyiq edilməmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Xalıiq Məmmədov ibtidai istintaq zamanı ittiham olunduğu CM-nin 234.1 və 234.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 100 manat müqabilində heroin, metamfetamin və tiryək almışdır. Əldə etdiyi narkotik vasitənin bir hissəsini özü istifadə edəcəkmiş. Lakin, növbəti dəfə narkotik vasitə əldə etmək üçün pulunun olmadığından əldə etdiyi narkotik vasitənin bir hissəsini satmaq niyyəti var olmuşdur. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə əldə etdiyi narkotik vasitəni tərəzi vasitəsilə kiçik bükümlər şəklində hazırlamış, növbəti gün, yəni xx.xx.2024- cü il saat 12:30 radələrində evdən çıxmışdır. Evi tərk edən zaman bükümlər şəklində ayırdığı narkotik vasitələri və kiçik ölçülü tərəzini özü ilə götürmüşdür. Saat 12:45-də bir neçə mülkü geyimli şəxs ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və daşımaqda şübhəli olduğunu, bu məqsədlə üzərinə şəxsi axtarış aparılması üçün PB-nə getməli olduğunu bildirmişlər. O, etiraz etməmiş və bərabər PB-nə getmişdir. Bölmədə ona hüquqlarını müdafiə etmək üçün vəkil təyin edilmişdir. Sumqayıt şəhəri, 1 saylı vəkil bürosunun vəkili Tahir Abbasovun iştirakı və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman ona üzərində istifadəsi, əldə edilməsi və daşınması qanunla qadağan edilmiş hər hansı predmet vardırsa, onu təqdim etməsi təklif edilmişdir. O, əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı 09 ədəd bükümü və şalvarının sol yan cibinə qoyduğu tərəzini baxışa təqdim etmişdir. Bükümlər elektron tərəzidə çəkilərkən psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümlər 0,14; 0,15; 0,16 qram, tiryəkə bənzər kütlə olan bükümlər çəkilərkən çəkiləri 0,67; 0,70; 0,66 qram və heroinə bənzər kütlə olan bükümlər çəkilərkən çəkiləri 0,30; 0,21 və 0,20 qram olması müəyyən edilmişdir. O üzərindən aşkar edilmiş bükümlərdə olan narkotik vasitənin bir qismini istifadə etmək və bir qismini satmaq niyyətinin olduğunu bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və PB-də olarkən heç bir təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Xalıiq Məmmədov ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o, əldə etdiyi 9 bükümdə müxtəlif növdə olan narkotik maddəni xırda bükümlər şəklində almış, özü hissələrə bölməmişdir. Narkotik vasitə və ya psixotrop maddəni aldığı şəxslərin onu çəkidə aldatmamaları üçün elektron tərəzini əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs Xalıiq Məmmədov ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində bildirdi ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş, əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:35 radələrində onlar tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllə, N.Nərimanov adına mədəniyyət mərkəzinin qarşısında saxlanılmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, ona nədə şübhəli olduğunu bildirməklə 3-cü PB-nə getməli olduğunu bildirmişlər. O, etiraz etməmiş, onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. PB-də Məmmədliyə hüquqlarının müdafiəçi üçün müdafiəçi təqdim olunduqdan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişlə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibində saxlamış olduğu 01 ədəd bükümü təqdim etmişdir. Xatırladığı qədərilə bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş həmin maddə kağız bükümlə birlikdə tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Bundan əlavə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İŞ-də CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilmiş, əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:45 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi Ruhi-əsəb dispanserinin qarşısında saxlanılmış, onlar həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, nədə şübhəli olduğunu deyib onlarla birlikdə 3-cü PB-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunduqdan sonra ona hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibində saxlamış olduğu 09 bükümdə narkotik vasitələri və digər cibindən 01 ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Xatırladığı qədərilə bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, narkotik vasitə olan tiryəkə bənzər maddə və narkotik vasitə olan heroinə bənzər maddələr olmuşdur. Aşkar olunmuş həmin bükümlər ayrı ayrılıqda tərəzidə çəkilmiş, çəkiləri müəyyən edildikdən sonra qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş əməliyyat üzrə kiçik inspektor, polis serjantı Şahid3 Rafiq oğlu ibitdai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə, saat 12:45 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); 05 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 57-58) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 05 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 65-68); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-250/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmışdır. (i.v.76-80) “Şəxsi axtarışın keçirilməsi haqqında” 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Xalıiq Məmməli xx.xx.2024-cü il tarixdə saat 12.45-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “Ruhi-əsəb dispanseri”-nin qarşısında 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə dəvət edilmiş, hüquqlarını müdafiə edən Sumqayıt 1 sayılı Vəkil bürosunun vəkili X4 iştirakı ilə 3-cü PB-nin təhqiqatçısı Orxan Rzayev tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli üzərində ağ rəngli xətlər olan parça şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzini, şalvarın sağ yan cibindən isə 06 bükümdə qızılı rəngli siqaret kağızına bükülmüş, 03 ədəd ağ kağıza bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər növbəli şəkildə açılmışdır. Qızılı rəngli siqaret kağızına bükülmüş bükümlər açılan zaman onlardan 03 ədədinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzə maddə, 03 ədəd bükümdə qara rəngli narkotik vasitə tiryəkə bənzər maddə, 03 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümlərdə isə qəhvəyi rəngli, tozşəkilli heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələri öz istifadəsi və Sumqayıt şəhərində tanımadığı şəxslərə satmaq məqsədi ilə xx.xx.2024cü il tarixdə axşam saatlarında 100 manat pul verməklə, tanımadığı şəxsdən aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən PB-nə gətirildikdən sonra ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilmədiyini bildirmişdir. Məmmədlinin üzərinə şəxsi axtarış keçirilən zaman “Panasonic” markalı video kameradan istifadə edilmiş, sonra bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. (i.v 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3971 nömrəli 03 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 N-li zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qr., 0,122 qr., 0,089 qr., ümumilikdə təmiz çəkisi 0,258 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qr, 0,093 qr, 0,085 qr., ümumi təmiz çəkisi 0,262 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə- metamfetamindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,604 qr., 0,625 qr., 0,666 qr., ümumi təmiz çəkisi 1,895 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir, 2 N-li zərfdə 1 ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Qeyd: Heroinin ümumi təmiz çəkisi-0,258 qr, tədqiqata sərf edildi 0,100 qr, qalıq- 0,158 qram; Metamfetaminin ümumi təmiz çəkisi- 0,262 qram, tədqiqata sərf edildi 0,100 qr, qalıq-0,162 qram; Tiryəkin ümumi təmiz çəkisi- 1,895 qram, tədqiqata sərf edildi- 0,100 qram- qalıq 1,795 qram. ( i.v.40-46). “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş, isintaq ********* nömrə ilə davam etdirilmişdir. (i.v. 81-82) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 84); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 22 iyul 2024-cü il tarixdə, saat 15:45 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 101); Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 140-141) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 149- 152) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 24 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 153-154); “şəxsi axtarışın keçirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Xalıiq Məmməli xx.xx.2024-cü il tarixdə saat 15.45-də Sumqayıt şəhəri, 15-ci məhəllə, N.Nərimanov adına mədəniyyət evinin qarşısında 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə dəvət edilmiş, bölmənin əməkdaşlarının və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt Reginal Vəkil bürosunun vəkili X5 iştirakı ilə həmin bölmənin təhqiqatçısı Taleh Şahbazov tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli üzərində ağ rəngli xətlər olan parça şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılan zaman içərisindəki kristallik formalı ağ rəngli kütlə aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən gümüşü rəngli siqaret kağız bükümündəki maddənin “şüşə” olduğunu, həmin maddənin xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində bir nəfər tanımadığı şəxsdən 10 manat pul ödəməklə satın aldığını, öz şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilən “şüşə” olduğunu bildirdiyi maddənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən və PB-nə gətirildikdən sonra ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilmədiyini bildirmişdir. Şəxsi axtarış keçirilən zaman “Panasonic” markalı video kameradan istifadə edilmiş, sonra bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. (i.v 116-119). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3757 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №127” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs Xalıiq Məmmədovun üzərindən aşkar edilmiş büküm (imza) Məmmədov X.” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.280 qram ağ rəngli kristal şəkkili maddə kustar üsulla hazırlanmış psixotrop maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi-0,280 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq-0.230 qr. “maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxsdan götürülmüş təmiz çəkisi 0.280 və 0.262 qram psixotrop maddə metamfetamin, 0.248 qram heroin və 1.895 qram tiryək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı təmiz qalıq çəkiləri 0.230 qram və 0.162 qram psixotrop maddə metamfetamin, 0.148 qram heroin, 1.795 qram tiryək və 01 ədəd gümüşü rəngli elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, “şəxsi axtarış və götürmə” haqqında xx.xx.2024-cü il tarxixli və xx.xx.2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “CD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (i.v. 192-193) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 5804 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN və KANNABİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 196-197). Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* sayılı cinayət işi üzrə əməl CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövfis edilmişdir. (i.v. 202-203) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittham elan edilmişdir. (i.v.207-208) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı nəzərə alınmışdır. “sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülümüş təmiz qalıq çəkiləri 0.230 qram və 0.162 qram psixotrop maddə metamfetamin, 0.148 qram heroin, 1.795 qram tiryək və 01 ədəd gümüşü rəngli elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, xx.xx.2024-cü il tarxixli və xx.xx.2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “CD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərk cinayət işinin istintaq materiallarına əlavə edilməsi, məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/3757 nömrəli, 23 iyul 2024-cü il tarixli və 3-16-16/1-6/3971 nömrəli, xx.xx.2024-cü il tarixli rəyləri, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5804 saylı rəyi, şəxsi axtarış, və götürmə aparılması haqqında protokol sübut növü kimi qiymətləndirilmiş, məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/1-6/3971 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə 03 büküm narkotik vasitə olan heroinin ümumi çəkisinin 0.258 qram olması nəzərə alınmışdır (i.v. 225-246); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.20234-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmış və xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 168-170) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməlləri törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan cəzaçəkmənin son müddəti ilə azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə görə Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əli sürülmüş ittihamla özünü qismən təqsirli bilməsinə, yəni CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi təqsirli özünü bilməsinə, onun narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o həmin maddə ilə məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Xalıiq Quliyevinin ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Xalıiq Quliyev ilkin istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il tarixli, 8 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 8-ci bəndinə görə Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Xalıiq Quliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitənin bir hissəsini satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti həyata keçiriləkən elektron tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzini hansı məqsədlə əldə etmişdiniz sualına o, “narkotik vasitələri aldığı şəxslərin onu aldatması məqsədilə ələ etdiyini bildirməsini” məhkəmə ağlabatan və inandırıcı qəbul etmir. Halbuki o, ilkin istintaq zamanı narkotik vasitə və psixotrop maddələri özündə olan elekton tərəzi vasitəsilə xırda bükümlərə böldüyünü etiraf etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında 9 bükümdə narkotik vasitə və psixotrop maddənin satış məqsədilə deyil, məhz şəxsi istifadəsi üçün ədə etməsi barədə ifadəsi qəbul edilən hesab edilməməlidir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə baxış iclasında ona polis əməkaşları tərəfindən saxlanılarkən və PB-də hər hansı fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişməklə məhkəmə iclasında qeyri-səmimi olmuşdur. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin, həm də metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdardan artıq miqdar hesab edilir Həmin siyahıya əsasən tiryəkin 5 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin halları bir daha onu təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclasında başqa məzmunda ifadə vermişdir. Halbuki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri vardır, onun əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 234.2-ci madddələri ilə düzgün tövsif edilmiş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxs Xalıq Məmmədlinin cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarı, onun barəsində satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə etməyə görə cinayət işinin başlanması və istintaqının davam etdiyi bir dövrdə, onun satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, əməlindən peşman olmasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 195 (bir yüz doxsan beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantəmiz qalıq çəkiləri 0.230 qram və 0.162 qram psixotrop maddə metamfetamin, 0.148 qram heroin, 1.795 qram tiryək və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 17 (on yeddi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 102 (bir yüz iki) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 6 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 05 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 4 (dörd) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli həbsdə olduğu 03 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 195 (bir yüz doxsan beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, təmiz qalıq çəkiləri 0.230 qram və 0.162 qram psixotrop maddə metamfetamin, 0.148 qram heroin, 1.795 qram tiryək və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-120/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-120/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver