Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-121/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18.09.2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,302 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 18.09.2020-ci il tarixdə, saat 22:27 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, Zülfü Hacıyev və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə olan 0,302 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisi olsa da əvvəllər məhkum olunmamışdır. 18.09.2020-ci il tarixdə saat 16:00 radələrində şəxsi işi ilə bağlı Bakı şəhərində olan zaman “20 Yanvar” metrostansiyasının yaxınlığında təsədüfən tanış olduğu, adını bilmədiyi şəxsdən 25 (iyirmi beş) manata bir büküm narkotik vasitə olan heroin almış və oradan Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün axşam saatlarında o, narkotik vasitəni qəbul etmək üçün yaşadığı məhəlləyə yaxın Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində Zülfü Hacıyev və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində piyada səkisində hərəkət edən zaman polis və mülki geyimdə olan şəxslər onu saxlayaraq özlərini təqdim etmişlər, onun narkotik vasitələrin üzərində saxlanmasında, daşınmasında, gəzdirilməsində və istifadəsində şübhəli bilindiyini söyləyərək ondan özünü təqdim etməyini bildirmişlər. O, özünü təqdim etmiş, polis əməkdaşları onun şübhəli şəxs qismində tutulduğunu deyərək ondan tanış vəkilinin olub-olmadığı soruşulmuşlar, tanış vəkilinin olmadığını bildirdikdə, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olmaq, həmin vəkillərin istənilən biri ilə müqavilə bağlayaraq hüquqlarını müdafiə etmək imkanının olduğu bildirilmişdir. O, polislərə maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçiyə malik olmaq istədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu videoçəkiliş davam etməklə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər, videoçəkiliş davam edə-edə o Sumqayıt ŞPİ-nin inzibati binasında 403 nömrəli xidməti otağa gətirilmişdir. Həmin vaxtı orada olan adının sonradan Abbasov Qoşqar olduğunu öyrəndiyi müdafiəçinin ona təqdim edilərək hüquqlarını müdafiə etməsinə etirazının olub-olmadığı soruşmuşlar. O, heç bir etirazının olmadığını bildirdikdən sonra onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və ondan üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya, yaxud predmetin olub-olmadığı soruşulmuşdur. Həmin vaxtı o əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni çıxardaraq narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 25 (iyirmi beş) manata aldığını, narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilən zaman üzərində aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə polis əməkdaşları tərəfindən tərəziyə qoyulub çəkilmiş və bundan sonra video çəkiliş dayandırılmış və üzərindən aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, 18.09.2020-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 və kiçik inspektoru, Şahid3, Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X4 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis mayoru X1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, Zülfü Hacıyev və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsinin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 18.09.2020-ci il tarixdə saat 22:25 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, Zülfü Hacıyev və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsinə getmişlər. Orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər və birlikdə polis idarəsinə gəlmişlər. Pİ-də 403 nömrəli xidməti otağda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan bükülünü çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni 18.09.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında olan zaman təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 25 (iyirmi beş) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, Şahid3 ifadəsində göstərdi ki, 18.09.2020-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 və kiçik inspektoru, Şahid2, Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X4 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis mayoru X1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, Zülfü Hacıyev və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsinin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 18.09.2020-ci il tarixdə saat 22:25 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, Zülfü Hacıyev və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsinə getmişlər. Orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər və birlikdə polis idarəsinə gəlmişlər. Pİ-də 403 nömrəli xidməti otağda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan bükülünü çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni 18.09.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında olan zaman təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 25 (iyirmi beş) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, da şahidlər Şahid2 və Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19.09.2020-ci il tarixli, 6/1935 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 124 möhür əksi, ...Təqsirləndirilən şəxs...” sə s. Yazılar olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,302 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə-kimyəvi ekspertizasının 19.09.2020-ci il tarixli, 6/1935 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,302 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,252 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 05.11.2020-ci il tarixli, 3139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-CAŞ-ın əməliyyat müvəkkili Şahid1 18.09.2020-ci il tarixli qərarı qəbul etməsi qanuna uyğun hesab edilmişdir. Cinayət işinini materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.09.2020-ci il tarixdə saat 22:27-də Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20.09.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə » növündə qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş 01.10.2020-ci il tarixli 2796 saylı arayışdan görünür ki, Həşimov X2 qeydiyyatda yoxdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07.10.2020-ci il tarixli,1473 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Corat qəsəbəsi 78-ci məhəllə ev 215-də qeydiyyatdadır və yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07.10.2020-ci il tarixli,1472 saylı ailə tərkibi haqqında arayışdan və iş materiallarına əlavə olunmuş AZE 18326709 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü Həşimov Tahir adlı azyaşlı uşağı vardır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan 21 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işinin materiallarından ayrılmış material saxlanılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 25.11.2020-ci il tarixli təlabnamədən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olması, CM-nin 59.2-ci maddəsinə əsasən isə törətdiyi əməldən səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsi, əvvəllər məhkumluğunun olmamasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzasının icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır.Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18-20 sentyabr 2020-ci il tarixlərində şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,252 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (yüz doqquz) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli (iş № 1(060)-556/2020) qərarını icra edərək, 12 dekabr 2020-ci il tarixli 1213/2020 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün tutulmanın 01 (bir) günü azadlığın məhdudlaşmasının 02 (iki) gününə bərabər hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,252 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB**********2500366125 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-121/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-121/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver