Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-121/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə saat 16:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi Sumqayıt şəhəri, “İnşaatçılar” qəsəbəsi Azərbaycan küçəsi, “Əşya bazarı” adlanan ərazidə yerləşən ikinci əl avtomaşın ehtiyyat hissələri dükanının qarşısında sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla və yerdən götürdüyü daşla vuraraq ona sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızına, sol saidin sıyrıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 təxminən iki ildir tanıyır, müəyyən dövrdə aralarında sevgi münasibətləri də olmuşdur. Ülviyyə özünə məxsus “Chevrolet-Cruze” markalı avtomaşınla yol-nəqliyyat hadisəsi törətdiyindən həmin avtomaşını təmir etdirməkdən ötrü Sumqayıt şəhəri ərazisində yerləşən avtomaşın təmiri sexlərindən birində təmir etmək üçün vermiş, 21 iyun 2022-ci il tarixdə, saat 15:45 radələrində Ülviyyə ona məxsus telefona zəng vuraraq bir neçə gün bundan əvvəl Sumqayıt şəhəri, Əşya bazarı adlanan yerdə ikinci əl ehtiyyat hissələri satan Azər adlı şəxsdən 02 (iki) ədəd qapı alıb avtomaşınını təmir edən ustaya verdiyini, lakin həmin Azər adlı şəxsin bir neçə gündən sonra həmin qapıları ustadan götürüb öz iş yerinə apardığını bildirib ondan birlikdə Azərin yanına getməyi xahiş etmişdir. O, etiraz etməmiş və bir neçə dəqiqədən sonra özünə məxsus “Reno-Müqane” markalı avtomaşınla Ülviyyəni Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisindən götürüb Əşya bazarına Azərin işlədiyi yerə getmişlər. Orada Azər stulda oturmuş, Ülviyyə isə Azərə yaxınlaşıb nəyə görə ondan almış olduğu qapıları ustadan götürdüyünü soruşanda Azər ona “Pulunu vermədin, ona görə də götürdüm” demişdir. Bu zaman Ülviyyə ilə Azər arasında söz mübahisəsi yaranmış və Azər Ülviyyə ilə kobud tərzdə danışdığından o, Azərə yaxınlaşıb nəyə görə qadınla kobud danışdığını soruşmuş, Azər isə ona “Vızqırt burdan” demiş və o, bundan əsəbiləşib Azərin yaxasından yapışaraq bir dəfə onu yumruqla vurmuşdur. Bundan sonra Azər də onu yumruq və təpiklə vurmağa başlamış və həmçinin stolun üstündə olan qara saplı, “Salat bıçağı” deyilən bıçağı götürüb bıçağı ona tərəf yelləyəndə bıçağın ucu sifətinə batmışdır. Daha sonra onlar bir-birindən yapışıb yerə yıxılmışlar. Bu zaman səsə oraya gəlmiş iki nəfər tanımadığı şəxs gələrək onları ayırmış və o, Ülviyyə ilə birlikdə oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, “İnşaatçılar” qəsəbəsi ərazisində yerləşən “Əşya Bzarı" adlanan yerdə işlənmiş avtomaşınların ehtiyyat hissələrinin satışı ilə məşğul olur. Təxminən 2022-ci ilin iyun ayının ortalarında Ülviyyə adlı qadın ondan 500 (beş yüz) manat dəyərində “Chevrolet-Cruze” markalı avtomaşının arxa və qabaq olmaqla 02 (iki) ədəd qapısını alaraq pulunu iki gün ərzində çatdıracağını bildirmiş, o, etiraz etməmiş və həmin 02 (iki) ədəd qapını Ülviyyə adlı qadına vermişdir. Lakin qapıların alınmasından bir həftə keçməsinə baxmayaraq Ülviyyə borclu qaldığı 500 (beş yüz) manatı ona çatdırmadığına görə onun avtomaşınının təmir olunduğu sexin yerini bildiyindən həmin sexə gedərək Ülviyyənin avtomaşınını təmir edən ustaya Ülviyyə pulu vermədiyinə görə qapıları aparacağı barədə məlumat verib həmin qapıları götürüb işlədiyi yerə aparmışdır. 21 iyun 2022-ci il tarixdə iş yerində olarkən Ülviyyə yanında ilk dəfə gördüyü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə birlikdə oraya gəlmiş, həmin Azad adlı şəxs ona qapıları geri almağının düzgün olmadığını dedikdə ona Ülviyyənin qapıların pulunu iki gün ərzində verəcəyinə söz verməsinə baxmayaraq 01 (bir) həftə ərzində çatdırmadığına görə məcbur olub geri götürdüyünü bildirmiş, Azad ona “Sən qələt edib qapıları götürmüsən, buna görə adamın qulağını kəsərlər" dedikdə aralarında mübahisə yaranmış və Azad gözləmədiyi halda onun göz nahiyyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Birtəhər özünü ələ alıb bir neçə yumruq zərbəsi ilə Azadın sifət və baş nahiyyələrindən vurmuş və yerə əyilib onun ayaqlarından yapışmaq istədikdə Azad yerdən götürdüyü daşla onun baş nahiyyəsindən vurmuş, zərbədən o, yerə yıxılmış və yerə yıxılarkən Azadın ayaqlarından yapışdığından o da yerə, dəmir parçalarının üstünə yıxılmışdır. Həmin vaxt yaxınlıqda olan və qonşu sexlərdə işləyən İsmayıl və Nicat adlı şəxslər qaçaraq oraya gəlib onları ayırmış, bununla da dalaşma başa çatmışdır. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 914 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzrəndə aşkar olunan xəsarətlər - sol göz qapaqları və gözaltı nahiyyənin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızına, sol saidin sıyrıqları, sol gicgah-təpə nahiyyənin dərialtı hematoması küt əşyanın təsirindən yaranmışdır, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olanın tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-834/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olanın tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ərazisində saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş ‘’başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-121/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-121/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver