Məhkəmə qərarları › İş №1(060)-121/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-121/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-121/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 1(060)- 440/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Müdafiəçi1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, X3 fərdi evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(060)- 518/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində çəkilməmiş 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası olan, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, başqa iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Müdafiəçi1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə 2023-cü ilin aprel ayının sonundan 2023-cü ilin may ayının əvvəlinədək olan müddət ərzində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 35 saylı binanın zirzəmisindəki Zərərçəkmiş şəxs məxsus saxlanc yerindən oğurluq etmək məqsədi ilə binanın zirzəmisi ilə hərəkət edərək saxlanc yerinin zirzəmiyə düşən hissəsinin divarındakı boşluqdan saxlanc yerinə qanunsuz daxil olub oradan qiyməti 200 manat olan 5 litr həcmli 01 ədəd mis samovarı, hər birinin qiyməti 20 manat, cəmi 40 manat olan hər birinin uzunluğu 4 metr, en kəsiyi 4 sm olan 02 ədəd kondisioner turbasım, hər birinin qiyməti 100 manat, cəmi 700 manat olan “İntex” markalı, 305x183x56 sm ölçüdə 07 ədəd şişmə hovuzu, hər birinin qiyməti 40 manat, cəmi 280 manat olan “İntex” markalı, 168x38 sm ölçüdə 07 ədəd şişmə hovuzu, hər birinin qiyməti 10 manat, cəmi 100 manat olan “İntex” markalı 10 ədəd dəniz jiletini, qiyməti 800 manat olan 01 ədəd “Gree” markalı split sistemli kondisionerin buxarlandırım boksunu, qiyməti 20 manat olan 10 metr uzunluğunda kondisionerin mis naqilini, hər birinin qiyməti 10 manat, cəmi 150 manat olan “Modi” markalı 15 ədəd led lampanı, qiyməti 110 manat olan “Bramex” markalı 01 ədəd su nasosunu, qiyməti 60 manat olan “Bosch” markalı 01 ədəd laqondanı, qiyməti 300 manat olan İtaliya Respublikası istehsalı, loft üslubunda 01 ədəd mətbəx kranını, qiyməti 300 manat olan İtaliya Respublikası istehsalı, loft üslubunda 01 ədəd duş dəstini, qiyməti 90 manat olan “Borsan” markalı, en kəsiyi 2,5 mm 100 metr uzunluğunda elektrik naqilini, qiyməti 140 manat olan “Borsan” markalı, en kəsiyi 4,0 mm 100 metr uzunluğunda elektrik naqilini, hər birinin qiyməti 22 manat, cəmi 330 manat olan Çin Xalq Respublikası istehsalı, pambıq material 15 ədəd uşaq köynəyini, hər birinin qiyməti 45 manat, cəmi 810 manat olan Çin Xalq Respublikası istehsalı, dəri material 18 cüt ayaqqabını, hər birinin qiyməti 200 manat, cəmi 400 manat olan 02 ədəd “Kangrui” markalı, döşəməüstü boks kisəsinin dəmir hissəsini, qiyməti 50 manat olan “Meakida” markalı 01 ədəd mismar tapançasını ilk əvvəl oradan, daha sonra isə zirzəmidən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4.880 (dörd min səkkiz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 2023-cü ilin iyul ayının ortalarında, gecə saatlarında Sumqayıt şəhəri, 6- cı mikrorayon ərazisində yerləşən 35 saylı binanın zirzəmisindəki Zərərçəkmiş şəxs məxsus saxlanc yerindən oğurluq etmək məqsədi ilə binanın zirzəmisi ilə hərəkət edərək saxlanc yerinin qarşısında Təqsirləndirilən şəxs2 dayanmış, özü isə zirzəmiyə düşən hissəsinin divarındakı boşluqdan saxlanc yerinə qanunsuz daxil olub oradan hər birinin qiyməti 40 manat, cəmi 240 manat olan “Long” markalı 06 ədəd skuter akkumulyatoru, hər birinin qiyməti 20 manat, cəmi 300 manat olan “Modi” markalı 15 ədəd led spotu, qiyməti 1300 manat olan “Modi” markalı 200 metr uzunluğunda gizli işığı, hər birinin qiyməti 40 manat, cəmi 600 manat olan “Hikvision” markalı 15 ədəd HD kameranı, qiyməti 80 manat olan “Hikvision” markalı 01 ədəd DVR aparatı, qiyməti 40 manat olan 20 metr uzunluğunda kondisionerin mis naqilini, hər birinin qiyməti 20 manat, cəmi 40 manat olan uzunluğu 4 metr, en kəsiyi 4 sm olan 02 ədəd kondisioner turbasım zirzəmidə gözləyən M. Əliyevə verməklə ilk əvvəl oradan, daha sonra isə birlikdə zirzəmidən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Müdafiəçi1 Akif oğlu ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 2023- cü ilin iyul ayının ortalarında, gecə saatlarında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 35 saylı binanın zirzəmisindəki Zərərçəkmiş şəxs məxsus saxlanc yerindən oğurluq etmək məqsədi ilə binanın zirzəmisi ilə hərəkət edərək o, saxlanc yerinin qarşısında dayanmış, Müdafiəçi1 isə zirzəmiyə düşən hissəsinin divarındakı boşluqdan saxlanc yerinə qanunsuz daxil olub oradan hər birinin qiyməti 40 manat, cəmi 240 manat olan “Long” markalı 06 ədəd skuter akkumulyatoru, hər birinin qiyməti 20 manat, cəmi 300 manat olan “Modi” markalı 15 ədəd led spotu, qiyməti 1300 manat olan “Modi” markalı 200 metr uzunluğunda gizli işığı, hər birinin qiyməti 40 manat, cəmi 600 manat olan “Hikvision” markalı 15 ədəd HD kameranı, qiyməti 80 manat olan “Hikvision” markalı 01 ədəd DVR aparatı, qiyməti 40 manat olan 20 metr uzunluğunda kondisionerin mis naqilini, hər birinin qiyməti 20 manat, cəmi 40 manat olan uzunluğu 4 metr, en kəsiyi 4 sm olan 02 ədəd kondisioner turbasım ona verməklə ilk əvvəl oradan, daha sonra isə birlikdə zirzəmidən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2.600 (iki min altı yüz) manat məbləğində maddi ziyan vunnaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Müdafiəçi1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər fərdi əmək fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmiş, lakin dəmir tullantılarının yığımından başqa heç bir işlə məşğul olmadığı üçün maddi imkanı yaxşı olmamış, ev üçün ərzağı borca almış və narkotik vasitə və ya psixotrop maddə əldə edə bilməmişdir. Buna görə də oğurluq edib qazanc əldə etmək qərarına gəlmişdir. Təxminən 2023-cü ilin aprel ayının sonları Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olarkən, həmin ərazidə yerləşən 35 saylı binanın zirzəmisinə binanın arxa tərəfində yerləşən havalandırma dəliyindən daxil ola biləcəyini müşahidə etmişdir. Bu səbəblə də, həmin zirzəmiyə daxil olub oradan tapa biləcəyi əşyaları oğurlamağı planlaşdırmışdır. Buna müvafiq olaraq havalandırma dəliyindən istifadə edilməsinin qarşısını almaq məqsədi ilə quraşdırılmış bir tərəfi qopmuş vəziyyətdə olan armaturları əli ilə əyib giriş üçün məsafə yaradaraq oradan zirzəmiyə daxil olmuşdur. Zirzəmidə hərəkət edib oğurlaya biləcəyi əşyalar axtarmağa başlamış, oraya daxil olduğu yerdən sol tərəfdə yerləşən bir saxlanc yerinin zirzəmiyə düşən arxa tərəfində kiçik bir boşluğun olduğunu və oradan saxlanc yerinin içərisinin görüldüyünü müşahidə etmişdir. Həmin yerdən içəriyə daxil olmuş və içəridə satıb qazanc əldə edə biləcəyi çoxsaylı əşyaların olduğunu görmüşdür. Həmin yerin giriş qapısının kilidini yoxladıqda kilidli olduğunu görmüşdür. Giriş qapısını kiliddən aça biləcəyi təqdirdə də əşyaları giriş qapısından çıxarmağın təhlükəli ola biləcəyini fikirləşib saxlanc yerinə daxil olduğu dəlikdən çıxarmaq qərarına gəlmişdir. Bu zaman da, dəliyin ölçüsü balaca olduğundan böyük həcmli əşyaları oradan çıxara biləməyəcəyi üçün kiçik həcmli əşyaları ilk əvvəl saxlanc yerinin dəliyindən, bundan sonra isə binanın zirzəmisinə daxil olduğu havalandırma dəliyindən çıxartmalı olmuşdur. Buna baxmayaraq həmin dəliklərdən çıxara biləcəyi əşyaların sayı da çox olmuşdur. Lakin, götürə biləcəyi əşyaları bir dəfəyə götürməyi həm çətin, həm də barəsində şübhə yaradacağı üçün 3-4 günlük fasilələrlə oradan hissə-hissə əşyaları götürməyi qərara almış və oraya daxil olduğu birinci gün təxminən 5 litr həcmində 01 ədəd qədimi mis samovarı götürmüşdür. Oradan çıxdıqdan sürətlə uzaqlaşmışdır. Samovarı küçədə tapdığı torbaya qoyub, Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisinə gəlmiş və orada bir neçə şəxsə yaxınlaşıb dayısına məxsus samovarı maddi imkansızlıq səbəbindən satmasını bildirmişdir. İlk əvvəl 300 manata satmaq istəsə də, sonda həmin ərazidə tanımadığı bir şəxsə 50 manata satmışdır. Əldə etdiyi pulu şəxsi təlabatına, o cümlədən narkotik vasitələrə xərcləmişdir. Əvvəlcədən qurduğu plana uyğun olaraq hər biri arasında təxminən 2-3 gün müddət olmaqla sözügedən saxlanc yerinə eyni qaydada 2023-cü ilin aprel ayının sonlarından 2023-cü ilin may ayının əvvəlinədək olan müddət ərzində qanunsuz daxil olub, həmin yerdən oğurluğu davam etdirib hissə-hissə oradan 02 ədəd hər biri 4 metr uzunluğunda kondisionerin mis turbalarını, 01 ədəd karton qutuya yerləşdirilmiş 14 ədəd istifadə edilməmiş və qablaşdırmasından açılmamış şişmə hovuz, həmçinin 10 ədəd istifadə edilməmiş və qablaşdırmasından açılmamış vəziyyətdə dəniz jileti, 01 ədəd “Gree” markalı split sistemli kondisionerin buxarlandırıcı boksu, təxminən 10 metr uzunluğunda kondisionerin mis naqilini götürüb oradan oğurlamışdır. Belə ki, turbaları və naqilləri eyni vaxtda 2023-cü ilin aprel ayının sonu, şişmə hovuzları və dəniz jiletlərini 2-3 gün sonra 2023-cü ilin may ayının əvvəli, kondisionerin splitini isə 2-3 gün sonra olmaqla 2023-cü ilin may ayının əvvəli oradan götürmüşdür. Şişmə hovuz və gödəkçələri rahatlıqla daşıya bilsə də, turba və naqilləri hissə-hissə zirzəmidən çıxardıb binadan bir qədər aralıya aparıb daha sonra küçədə tapdığı taksi ilə daşımışdır. Satacağı yerə müvafiq olaraq turba və naqilləri taksi ilə Sumqayıt şəhəri, 9-cü mikrorayon ərazisinə gətirib orada pərakəndə şəkildə əlvan metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə turba və naqillərin özünəməxsus olduğunu deyib hal-hazırda xatırlamadığı qiymətə satmışdır. Kondisioner splitini də taksi ilə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində küçədə yaşadığı ünvana məxsus olduğunu deyib 40 manata tanımadığı şəxsə satmışdır. Şişmə hovuz və dəniz jiletlərini isə Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə yenə də həmin əşyaların özünə məxsus olduğunu deyib ümumilikdə 15 manata satmışdır. Sözügedən əşyaları göstərdiyi müddət ərzində oradan oğurlayıb satdıqdan sonra yenidən oradan oğurluq etmək niyyəti olmadığı üçün həmin müddətlərdə bir daha oraya daxil olmamışdır. Oğurladığı əşyaların satışından əldə etdiyi pul və həmçinin küçədə tapdığı dəmir tullantılarının satışından əldə olunan pul ilə dolanışığını təmin etmişdir. Lakin, 2023-cü ilin iyul ayında qazanc əldə edə biləcəyi yerlər olmadığı və dəmir tullantıları tapa bilmədiyi üçün maddi vəziyyəti yenidən pisləşmişdir. Narkotik vasitə aludəçisi olduğu və bədənində ağrılar başladığı üçün Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35 saylı binadakı saxlanc yerindən təkrarən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə təxminən 2023-cü ilin iyul ayının ortalarında eyni qaydada binanın zirzəmisinə və oradan da sözügedən saxlanc yerinə daxil olmuşdur. Oğurlayıb qazanc əldə edə biləcəyi çoxsaylı əşya hələ də orada olmuş, lakin bu dəfə hissə-hissə yox, bir dəfəlik əşyalar oğurlamaq niyyətində olmuşdur. Bunu da tək edə biləməyəcəyi üçün ilk əvvəl özü ilə gətirdiyi iri həcmli torbalara 06 ədəd kiçik ölçülü skuter akkumulyator, 15 ədəd led spot, 02 ədəd barabana sarılmış vəziyyətdə ümumilikdə təxminən 200 metr uzunluğunda gizli işıq, 15 ədəd “Hikvision” markalı kamera, 01 ədəd “Hikvision” markalı DVR aparat, təxminən 20 metr uzunluğunda kondisionerin mis naqilini yığıb, 02 ədəd hər biri 4 metr uzunluğunda kondisionerin mis turbalarım kənara ayrıca qoyub saxlamışdır. Daha sonra onunla birlikdə həmin əşyaları oğurlayacaq birini tapmağa çalışmışdır. Sumqayıt şəhər ərazisində olarkən narkotik vasitə aludəçisi olduğunu bildiyi tanışı Təqsirləndirilən şəxs2 ilə qarşılaşmışdır. Söhbətləşdikləri zaman Məhər işləmədiyi üçün maddi imkanının yaxşı olmadığını demişdir. O, özünün də uzun müddətdir ki işsiz olduğunu, qazanc əldə etmək üçün dəmir tullantılarının yığımı ilə məşğul olduğunu, lakin dəmir tullantılarının satışından əldə etdiyi pulun heç narkotik vasitə əldə etməsinə bəs etmədiyini və işləri olmadığı üçün oğurluq etmədən qazanc əldə etmələrinin mümkün olmayacağını, birlikdə oğurluq edib qazanc əldə edə biləcəklərini deyib, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 35 saylı binanın zirzəmisindən hərəkət edib saxlanc yerinə daxil olduğunu və orada çoxsaylı əşyalar tapdığını, hətta oradan çıxara biləcəyi əşyaları yığıb bir arada saxladığını, lakin tək oğurlaya bilməyəcəyini, Təqsirləndirilən şəxs2 həmin əşyaları birlikdə oğurlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış və onlar birlikdə oğurluq məqsədi ilə həmin gün sözügedən yerə getmişlər. Oraya çatdıqda gecə saatları olmuşdur. Kənarda heç kimin olmadığını müşahidə etdikdən sonra zirzəmiyə daxil olmuşlar. Aralarındakı oğurluq barədə razılığa əsasən o əvvəlcədən torbalara yığdığını qeyd etdiyi əşyaları və kondisionerin mis turbalarım zirzəmidə, saxlanc yerinin qarşısında dayanan Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra o, saxlanc yerindən çıxmış, zirzəmi ilə torbaları və turbaları daşımışdır. Daha sonra Məhər zirzəmidən çıxmış, o, torbalardakı oğurladığı əşyaları və turbaları Məhərə ötürüb binanın zirzəmisindən çıxartdıqdan sonra birlikdə torbaları və en kəsiyi kiçik olan mis turbaları aralarında bölüşüb piyada hərəkət edərək Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində, 14 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən uşaq bağçasının yanındakı quşxananın arxa tərəfinə qoyub gizlətmişlər. Əşyaları hissə-hissə satmağı fikirləşmişlər. İlk əvvəl oradan mis turbaları, naqilləri və akkumulyatorları götürüb satmaq üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən əlvan metal qəbulu yerlərinə getmişlər. Digər əşyaları sözügedən yerdə saxlamışlar. Xatırladığı qədəri ilə VAZ21011 markalı avtomobillə metal yığımını həyata keçirən avtomobil görüb və aralarındakı razılıq əsasında həmin əşyaların özlərinə məxsus olduğunu deyib ümumilikdə 39 manata satmışlar. Pulun 15 manatını öz aralarında bölüb, 9 manatı ilə isə özlərinə su və siqaret almışlar. Əşyaları saxladıqları yerə qayıtdıqda isə oğurladıqları digər əşyaların yerində olmadığını, götürüldüyünü görmüşlər. Bu səbəblə də, digər əşyaları sata bilməmişlər. Əşyalar nəzarətsiz qalıb oğurlandığı üçün aralarında mübahisə yaranmışdır. 2023-cü ilin iyul ayında həmin ünvandan oğurluq Təqsirləndirilən şəxs2 ilə onun tərəfindən, əvvəlki tarixdə isə yalnız özü tərəfindən törədilmişdir, onlara köməklik edən və ya əməlin törədilməsində iştirak edən digər şəxslər olmamışdır. Daha sonra təqsirləndirilən şəxs Müdafiəçi1 özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayının ortalarında axşam saatlarında Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Göyərçin” marketin yaxınlığındakı çayxanada olarkən tanışı olan Müdafiəçi1 ilə qarşılaşmışdır. Aralarında söhbətləşdikləri zaman işləmədiyi üçün maddi imkanının yaxşı olmadığını demişdir. Müdafiəçi1 isə özünün də uzun müddətdir ki işsiz olduğunu, qazanc əldə etmək üçün dəmir tullantılarının yığımı ilə məşğul olduğunu, lakin dəmir tullantılarının satışından əldə etdiyi pulun heç narkotik vasitə əldə etməsinə bəs etmədiyini və işisiz olduqları üçün oğurluq etmədən qazanc əldə etməyin mümkün olmayacağını, birlikdə oğurluq edib qazanc əldə edə biləcəklərini demişdir. Həmçinin bildirmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 35 saylı binanın zirzəmisində çoxsaylı əşyalar tapmış, oradan çıxara biləcəyi əşyaları yığıb bir arada saxlamışdır. Lakin, tək daşıya bilməyəcəyi üçün birlikdə oğurlamağı təklif etmişdir. O, da Ə.A. Baxşəliyevlə razılaşmışdır. Həmin tarixdə gecə saatlarında sözügedən binanın arxa tərəfinə gəlmişlər. Kənarda heç kimin olmadığını müşahidə etdikdən sonra ilk əvvəl Ə.A.Baxəliyev, sonra isə o əşyaların olduğu yerə daxil olmuşdur. Ə.A.Baxəliyev əvvəlcədən torbalara yığdığı əşyaları və kondisionerin mis turbalarını zirzəmidə ona vermişdir. Bundan sonra Müdafiəçi1 zirzəmidə olan saxlanc yerindən çıxmış, torbaları və turbaları daşıyıb zirzəmidən çıxmışlar. Onlar oğurladıqları əşyaları Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində, 14 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən uşaq bağçasının yanındakı quş saxlanılan yerin arxa tərəfinə qoyub gizlətmişlər. Əşyaları hissə-hissə satmağı fikirləşmişlər. İlk əvvəl oradan mis turbaları, naqilləri və akkumulyatorları götürüb Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən əlvan metal qəbulu yerlərinə aparmışlar. Digər əşyaları sözügedən yerdə saxlamışlar. Həmin istiqamətdə hərəkət etdikdə xatırladığı qədəri ilə VAZ 21011 markalı avtomobillə metal yığımını həyata keçirən avtomobil görmüşlər və aralarındakı razılıq əsasında həmin əşyaların özlərinə məxsus olduğunu deyib ümumilikdə 39 manata satmışlar. Pulun 15 manatını öz aralarında bölüb, 9 manatı ilə isə özlərinə su və siqaret almışlar. Əşyaları saxladıqları yerə qayıtdıqda isə digər əşyaların yerində olmadığını, götürüldüyünü görmüşlər. Bu səbəblə də, digər əşyaları sata bilməmişlər. Əşyalar nəzarətsiz qalıb oğurlandığı üçün aralarında mübahisə yaranmışdır. Oradan Müdafiəçi1 ilə birlikdə 06 ədəd kiçik akkumulyator, 15 ədəd led spot, 02 ədəd barabana sarılmış vəziyyətdə ümumilikdə elektrik naqili, kameralar, DVR aparat, kondisioner naqili, kondisionerin mis turbalarını oğurlamışlar. Daha əvvəl və ya sonra həmin saxlanc yerinə daxil olmamışdır. Müdafiəçi1 ona dediyinə görə əvvəllər həmin saxlanc yerindən oğurluq etmişdir, lakin hansı əşyaları oğurladığını deməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslərin təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və cinayət işinin materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yaşayır. Fərdi əməklə məşğul olaraq qazanc əldə edib dolanışığını təmin edir. Yaşadığı, 35 saylı binada ona məxsus saxlanc yeri binanın zirzəmisində yerləşməklə girişi qapısı binanın yan tərəfindəndir. Saxlanc yerinin giriş qapısının qıfılı yalnız özündə olur, orada ona məxsus işlənmiş və işlənməmiş vəziyyətdə əşyalar saxlayır. Uzun müddət həmin saxlanc yerindən istifadə etdiyi üçün orada çoxsaylı əşyaları olmuşdur. Orada saxladığı əşyalardan hər hansı biri lazım olduqda saxlanc yerinə gedib götürmüşdür. Təxminən 2023-cü ilin may ayında saxlanc yerinə daxil olduqda bir neçə əşyanı, o cümlədən laqondanın, mətbəx kranının, elektrik naqillərin, uşaq köynəklərinin, ayaqqabıların və.s əşyaları saxlanc yerində görməmişdir. Belə ki, giriş qapısının qıfılı yalnız onda olduğu və çöldən giriş qapısına hər hansı bir müdaxilənin olmadığını, kilidli olduğunu gördüyü üçün, həmçinin əşyaları dağınıq vəziyyətdə saxlanc yerində saxladığı üçün həmin zaman görməsə də, saxlanc yerində axtardığı təqdirdə tapa biləcəyini fikirləşdiyi üçün oradan hər hansı bir əşyanın oğurlandığını düşünməmişdir. Lakin son olaraq 27 iyul 2023-cü il tarixdə, səhər saatlarında saxlanc yerindən müvafiq əşyaları götürməkdən ötrü giriş qapısını kiliddən açıb oraya daxil olduqda müxtəlif əşyalarını yenidən saxlanc yerində tapa bilməmişdir. Daha sonra binanın zirzəmisinin havalandırma dəliyindəki dəmirlərin əyildiyini və ara məsafə yaradıldığını müşahidə edib, əşyaların saxlanc yerinin zirzəmiyə düşən hissəsinin arxa tərəfindəki boşluq hissədən, daha sonra isə binanın zirzəmisinin havalandırma dəliyindən çıxarılaraq oğurlandığını başa düşüb oğurluq edilməsi barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi ona məlum olduqdan dərhal sonra oğurlanan əşyaları tam dəqiqliklə bilmədən müraciət etdiyi üçün ümumi şəkildə əşyaların oğurlandığını bildirmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra o, saxlanc yerindən oğurlanmış əşyaları və təxmini qiymətlərini dəqiqləşdirmişdir. Belə ki, oradan hər birinin qiyməti 45 manat, cəmi 675 manat olan 15 ədəd istifadə edilməmiş “Hikvision” markalı HD kamera, qiyməti 230 manat olan 01 ədəd istifadə edilməmiş “Hikvision” markalı DVR aparat, qiyməti 1300 manat olan 200 metr uzunluğunda istifadə edilməmiş “Modi” markalı gizli işıq, qiyməti 800 manat olan 01 ədəd istifadə edilməmiş “Gree” markalı split sistemli kondisionerin buxarlandırıcı boksu, qiyməti 200 manat olan 01 ədəd 5 litr həcmli qədimi mis samovar, hər birinin qiyməti 15 manat, cəmi 225 manat olan 15 ədəd istifadə edilməmiş “Modi” markalı led lampa, hər birinin qiyməti 20 manat, cəmi 300 manat olan 15 ədəd istifadə edilməmiş “Modi” markalı led spot, qiyməti 110 manat olan 01 ədəd istifadə edilməmiş “Bramex” markalı su nasosu, qiyməti 90 manat olan 01 ədəd istifadə edilməmiş “Bosch” markalı laqonda, qiyməti 55 manat olan 01 ədəd istifadə edilməmiş “Meakida” markalı mismar tapançası, qiyməti 300 manat olan 01 ədəd istifadə edilməmiş İtaliya Respublikası istehsalı, loft üslubunda mətbəx kranı, qiyməti 300 manat olan 01 ədəd istifadə edilməmiş İtaliya Respublikası istehsalı, loft üslubunda duş dəsti, qiyməti 180 manat olan 100 metr uzunluğunda istifadə edilməmiş “Borsan” markalı, en kəsiyi 2,5 mm olan elektrik naqili, qiyməti 230 manat olan 100 metr uzunluğunda istifadə edilməmiş “Borsan” markalı en kəsiyi 4,00 mm olan elektrik naqili, hər birinin qiyməti 22 manat, cəmi 330 manat olan 15 ədəd istifadə edilməmiş Çin Xalq Respublikası istehsalı, pambıq material uşaq köynəkləri, hər birinin qiyməti 45 manat, cəmi 810 manat olan 18 cüt istifadə edilməmiş Çin Xalq Respublikası istehsalı dəri material ayaqqabı, hər birinin qiyməti 200 manat, cəmi 400 manat olan 02 ədəd istifadə edilməmiş “Kangrui” markalı döşəməüstü boks kisəsinin dəmirli hissəsi, hər birinin qiyməti 20 manat, cəmi 80 manat olan 04 ədəd istifadə edilməmiş hər biri 4 metr uzunluğunda, en kəsiyi 4 sm olan mis kondisioner turbası, hər birinin qiyməti 65 manat, cəmi 390 manat olan 06 ədəd istifadə edilməmiş “Long” markalı skuter akkumulyatoru, qiyməti 60 manat olan 30 metr uzunluğunda istifadə edilməmiş kondisionerin mis naqili, hər birinin qiyməti 120 manat, cəmi 840 manat olan 07 ədəd istifadə edilməmiş “İntex” markalı, 305x183x56 sm ölçüdə şişmə hovus, hər birinin qiyməti 50 manat, cəmi 350 manat olan 07 ədəd istifadə edilməmiş “İntex” markalı 168x38 sm ölçüdə şişmə hovus, hər birinin qiyməti 15 manat, cəmi 150 manat olan 10 ədəd istifadə edilməmiş “İntex” markalı dəniz jileti oğurlanmış və oğurluq əməli nəticəsində ona ümumilikdə 8405 manat maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və dəymiş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Cinayət işinin 45-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Müdafiəçi1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 113-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Müdafiəçi1 müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 115-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 161-164-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli, 9/7479 saylı ekspert rəyindən görünür ki, 06 ədəd istifadə edilməmiş “Long” markalı 6V 12 Ah göstəricili skuter akkumulyatorunun 01 ədədinin qiyməti 40 manat, cəmi 240 manat, 15 ədəd istifadə edilməmiş “Hikvision”markalı HD kameranın 01 ədədinin qiyməti 40 manat, cəmi 600 manat, 01 ədəd istifadə edilməmiş “Hikvision” markalı DVR aparatın qiyməti 80 manat, 15 ədəd istifadə edilməmiş “Modi” markalı led lampanın 01 ədədinin qiyməti 10 manat, cəmi 150 manat, 15 ədəd istifadə edilməmiş “Modi” markalı led spotun 01 ədədinin qiyməti 20 manat, cəmi 300 manat, 01 ədəd istifadə edilməmiş “Bramex” markalı su nasosunun qiyməti 10 manat, 01 ədəd istifadə edilməmiş “Bosch” markalı laqondanın qiyməti 60 manat, 01 ədəd istifadə edilməmiş “Meakida” markalı mismar tapançasının qiyməti 50 manat, 100 metr uzunluğunda istifadə edilməmiş “Borsan” markalı, en kəsiyi 2,5 mm olan elektrik naqilin 01 metrinin qiyməti 0,9 manat, cəmi 90 manat, 100 metr uzunluğunda istifadə edilməmiş “Borsan” markalı en kəsiyi 4,00 mm olan elektrik naqilin 01 metrinin qiyməti 1,4 manat, cəmi 140 manat, 07 ədəd istifadə edilməmiş “İntex” markalı, 305x183x56 sm ölçüdə şişmə hovuzun 01 ədədinin qiyməti 00 manat, cəmi 700 manat, 07 ədəd istifadə edilməmiş “İntex” markalı 168x38 sm ölçüdə şişmə hovuzun 01 ədədinin qiyməti 40 manat, cəmi 270 manat, 10 ədəd istifadə edilməmiş “İntex” markalı dəniz jiletin 01 ədədinin qiyməti 10 manat, cəmi 100 manat olmaqla ümumilikdə 13 adda malların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2900 manat müəyyən edilir. 01 ədəd istifadədə olmuş, normal vəziyyətdə 5 litr həcmli qədimi mis samovar tarixi bədii muzey əhəmiyyəti kəsb etdiyindən və əntiq əşyalara aid olduğundan mərkəzdə bu kateqoriyalı tədqiqat obyektləri üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. 200 metr uzunluğunda istifadə edilməmiş “Modi” markalı gizli işıqın, 01 ədəd istifadə edilməmiş “Gree” markalı split sistemli kondisionerin buxarlandırıcı boksun, 01 ədəd istifadə edilməmiş İtalya Respublikası istehsalı, loft üslubunda mətbəx İcranın, 01 ədəd istifadə edilməmiş İtalya Respublikası istehsalı, loft üslubunda duş dəstinin, 15 ədəd istifadə edilməmiş Çin Xalq Respublikası istehsalı, pambıq material uşaq köynəyinin, 18 cüt istifadə edilməmiş Çin Xalq Respublikası istehsalı dəri material ayaqqabının, 02 ədəd istifadə edilməmiş “Kangrui” markalı döşəməüstü boks kisəsinin dəmirli hissəsinin, 04 ədəd istifadə edilməmiş hər biri 4 metr uzunluğunda, en kəsiyi 4 sm olan mis kondisioner turbasmm, 30 metr uzunluğunda istifadə edilməmiş kondisionerin mis naqilinin qiymətləndirməsini aparmaq mümkün Cinayət işinin 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Müdafiəçi1 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə amnistiya qərarın əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 son olaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 140-150-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-440/2023 saylı hökmündən və 149-150-ci vərəqələrində olan hökmə düzəliş barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsində əsasən onun 03 (üç) gün müddətə şübhəli şəxs qimsində tutulması 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılmışdır. Cinayət işinin 152-158-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-518/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsində əsasən onun 03 (üç) gün müddətə şübhəli şəxs qimsində tutulması 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-440/2023 saylı hökmü ilə 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs Müdafiəçi1 şöbədə qeydiyyata alınmadığından cəzasını çəkməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-518/2022 saylı hökmü ilə 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəzasının 01 (bir) il 28 (iyirmi səkkiz) gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə Müdafiəçi1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmələri tamamilə sübuta yetirildi. Bu səbəbdən məhkəmə hesab edir ki, Müdafiəçi1 əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar və saxlanc yerinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Müdafiəçi1 özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Müdafiəçi1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Müdafiəçi1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Müdafiəçi1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-440/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3cü maddəsində əsasən onun 03 (üç) gün müddətə şübhəli şəxs qimsində tutulması 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılmış və bu günə qədər Probasiya şöbəsində qeydiyyatda alınmadığı üçün cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Müdafiəçi1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-440/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti hazırki hökmlə təyin azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Müdafiəçi1 Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-440/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, həmçinin hazırki iş üzrə 04 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Müdafiəçi1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 04 aprel 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-518/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsində əsasən onun 03 (üç) gün müddətə şübhəli şəxs qimsində tutulması 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılmışdır. Təqsirləndirilən şəxs2 həbsə alındığı 14 fevral 2024-cü il tarixədək cəzasının 01 (bir) il 28 (iyirmi səkkiz) gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-518/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü iltarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Mhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 04 aprel 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, onun başqa iş üzrə həbsdə olması nəzərə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış kimi tanınmış 01 ədəd samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat isə təqsirləndirilən şəxslər Müdafiəçi1 və M.A.Əliiyevdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Müdafiəçi1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Müdafiəçi1 Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 1(060)- 440/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Müdafiəçi1 hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Müdafiəçi1 Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-440/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, həmçinin hazırki iş üzrə 04 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 aprel 2024-cü il tarixdən hesablansın. Müdafiəçi1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Müdafiəçi1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(060)-518/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və onun başqa iş üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan kimi tanınmış 01 ədəd samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 hər birinin məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 37 saata görə hər bir vəkil üzrə ayrı-ayrılıqda 222 (iki yüz iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar