Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-121/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X8, X4, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ki, ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,492 qram olan psixotrop maddə metanfetamin əldə edib daşıyaraq saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında 23 may 2024-cü il tarixdə saat 11:50-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı yaşayış binasının arxası ilə piyada hərəkətdə olarkən saxlanılaraq 3-cü PB-nın inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin psixotrop maddə metanfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,269 qram olan psixotrop maddə metanfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə daxil olan əməliyyat məlumatı əsasında 31 may 2024-cü il tarixdə saat 11:38-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Araz marketin yaxınlığında piyada hərəkətdə olarəkən saxlanılaraq 3cü PB-nə gətirilib həmin tarixdə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 17 iyul 2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 1 saylı evin zirzəmisinin qıfılını üzərində olan dəmir parçası ilə sındırıb açmaq yolu ilə qanunsuz içəri daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində 01 ədəd “Toba Junior 20” markalı velosipedi, 20 manat dəyərində 01 ədəd 5 pilləli “MasterClass” markalı nərdivanı, bir metri 2.5 manat olmaqla 250 manat dəyərində 100 metr uzunluqda 25-lik dəmir qaz borusunu, hər biri 7.5 manat olmaqla ümumilikdə 120 manat dəyərində 16 ədəd 02 metr uzunluqda 75-lik dəmir borunu, 20 manat dəyərində 01 ədəd 2mXlm ölçüdə dəmir lövhəni, 75 manat dəyərində 01 ədəd “atek” markalı dəmiryonan aparatı, 80 manat dəyərində 01 ədəd kustar üsulla düzəldilmiş 1.5 m X 0.80 m ölçüdə 40 kiloqram çəkidə dəmir masanı, hər biri 100 manat olmaqla ümumilikdə 300 manat dəyərində 03 ədəd tək nəfərlik çarpayının dəmir altlığını, 180 manat dəyərində 300 metr uzunluğunda 4-lük ölçüdə elektrik naqilini və 32 manat dəyərində 40 metr uzunluqda 10-luq ölçüdə elektrik naqilini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 1277 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 27 iyul 2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 1 saylı evin zirzəmisinin qıfılını üzərində olan dəmir parçası ilə sındırıb açmaq yolu ilə qanunsuz içəri daxil olub oradan zərərçəkmiş şəxs X7 məxsus 650 manat dəyərində 01 ədəd “Samsung AR09BQHQASİNER” markalı kondisioner mühərrikini gizli yolla talayaraq, zərərçəkmiş şəxs Rafiq Abbasova 650 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 28 iyul 2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 2/15 saylı evin zirzəmisinin qıfılını üzərində olan dəmir parçası ilə sındırıb açmaq yolu ilə qanunsuz içəri daxil olub oradan Zərərçəkmiş şəxs5 məxsus hər biri 250 manat olmaqla 500 manat dəyərində 02 ədəd “Juki” markalı tikiş maşınını, hər biri 35 manat olmaqla, 70 manat dəyərində 02 ədəd “Juki” markalı tikiş maşınına aid mühərriki, hər biri 30 manat olmaqla, 90 manat dəyərində 03 ədəd daş ütünü, 20 manat dəyərində 01 ədəd 160 sm uzunluğunda dəmir linki gizli yolla talayaraq, Zərərçəkmiş şəxs5 oğluna 680 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 28 iyul 2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 2/15 saylı evin zirzəmisinin qıfılını üzərində olan dəmir parçası ilə sındırıb açmaq yolu ilə qanunsuz içəri daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus 530 manat dəyərində 01 ədəd 24 litr həcmində “İmerqaz” markalı kombi aparatını, 45 manat dəyərində “Karpat 125” markalı ovuc daşlayıcısını (laqonda), hər biri 20 manat olmaqla 40 manat dəyərində “King Toni 6521-09” markalı qaz açarını gizli yolla talayaraq, zərərçəkmiş şəxs Kazım Hüseyevə 615 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 31 iyul 2024-cii il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən 94 saylı evin zirzəmisinin qıfılını üzərində olan dəmir parçası ilə sındırıb açmaq yolu ilə qanunsuz içəri daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus 30 manat dəyərində 01 ədəd kustar üsulla düzəldilmiş dəmir materialdan hazırlanmış manqalı, hər biri 2 manat olmaqla, 50 manat dəyərində 25 ədəd dəmir materialdan hazırlanmış 45 sm uzunluğunda şişi, hər biri 55 manat olmaqla, 110 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Ece” firmasına məxsus moydadırı, hər biri 4 manat olmaqla 8 manat dəyərində 02 dəst "İTMAT BETA” markalı duş başlıqlarını, hər biri 5.5 manat olmaqla, 33 manat dəyərində 06 kisə “Garadagh Strongcem” A klas, 400 marka 40 kiloqram sment kisəsini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 qızma 231 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı CM-nin 177.2.2, 177.2.3-cü maddələri irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilmiş, CM-nin 234.1-ci maddəsinə münasibətdə isə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə istifadə edir. Belə ki, Polis əməkdaşları tərəfindən 2024-cü il ərzində iki dəfə saxlanılmışdır. İlk dəfə Sumqayıt şəhəri, 9-cü mikrorayon ərazisində yerləşən köhnə Ramin şadlıq sarayının yaxınlığında, ikinci dəfə yenə Sumqayıt şəhəri 9-cu mikrorayon “Araz” marketin yaxınlığında saxlanılmışdır. Belə ki, 9-cu mikrorayon ərazisində polis əməkdaşları ilk dəfə ona yaxınlışıb ona mikrorayon ərazisində yerləşən məhəllələrdə avtomobil oğurluqlarının baş verdiyini, həmin oğurluqlarda onun şübhəli olduğunu bildirmiş, ondan yaşadığı ünvanı soruşub, daha sonra onunla yaşadığı Corat bağları yaşayış massivinə getmişlər. Orada yaşadığı ünvana baxış keçirib oğurluq avtomobillərə aid hər hansı predmet aşkar etməyib daha sonra PB-nə gəlmişlər. PB-də polis əməkdaşları ona narkotik vasitə təqdim edərək həmin narkotikin ona aid olduğunu üzərinə götürməyi tələb etmiş, o, da həmin narkotikin ona məxsusluğunu etiraf etmişdir. Bundan sonra onu növbəti dəfə Sumqayıt şəhəri ərazisində “Araz” marketin yaxınlığında saxlayıb PB-nə aparıb orada ona yenidən narkotik maddə təqdim edərək üzərinə götürməyi tələb etmişlər. Üzərinə götürmədiyi təqdirdə narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı irəli sürüləcəyi ona bildirilmiş, bu səbəbdən o, məcbur qalıb bu dəfə də polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Lakin saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Oğurluqlara münasibətdə qeyd edir ki, oğurluq əməllərini etmişdir. Xatırladığı qədərilə 1 ədəd mator, binanın zirzəmisindən köhnə kombi aparatı oğurlayaraq satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış sullara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitəninin heroin növündən çəkmə üsulu ilə təxminən 2-3 il olar ki, istifadə etmişdir. Narkotik vasitə almaq üçün pulu dəmir yığıb satmaqla əldə etmişdir. O, gün ərzində 1 və ya 2 dəfə narkotikdən istifadə etmiş, gündəlik narkotikə 10, 15 və ya 20 manat pul xərcləmişdir. Verilmiş suallara cavab olaraq eyni zamanda bildirmişdir ki, tarixini dəqiq xatırlamadığı vaxtda Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində yerləşən 1 saylı evin zirzəmisindən kondensioner matoru və dəmir parçaları götürərək metal qəbulu məntəqəsinə satmış, satışdan təxminən 20-30 manat pul almış, əldə etdiyi pulla narkotik vasitə alaraq istifadə etmişdir. Bundan başqa tarixini dəqiq xatırlamadığı vaxtda yenə də 1ci məhəllə ərazisində 1 saylı evin zirzəmisindən kombi aparatı oğurlamış, metal qəbulu məntəqəsinə 20-30 manata satmışdır. Əldə etdiyi pulla öz istifadəsi üçün narkotik vasitə almışdır. Bundan başqa bildirir ki, tarixini dəqiq xatırlamadığı vaxtda 30-cu məhəllə ərazisində yerləşən 2/15 saylı evin zirzəmisinin qıfılını qıraraq oraya daxil olmuş, oradan köhnə kombi aparatı və daş ütü oğurlayaraq metal qəbulu məntəqəsinə 20 manata satıb, əldə etdiyi pulla özünə narkotik vasitə almışdır. Eyni zamanda bildirir ki, 7-8-12-ci (birləşmiş) məhəllə ərazisində yerləşən 94 saylı evin zirzəmisindən kondensioner matoru oğurlamış, eyni qaydada reailizə etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları mikrorayon ərazisində baş vermiş digər oğurluq hadisələrini də onun üzərinə qoymağa çalısalar da, hətta bu məqsədlə onu döysələr o, digər oğlurluqların onun tərəfindən edilmədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələrin bır sıra hissələri arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək qeyd edilən cinayət əməllərini ittiham aktnda göstərilən qaydada törətdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələri öz ifadələri ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. Həmin binanın zirzəmisində ona məxsus bölmə var. Belə ki, o, həmin yerə bəzi alət və ləvazimatlarını qoymuş, həmin yerin qapısı daima kilidli olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə təmizlik departamentinin əməkdaşları gələrək zirzəmini dizinfeksiya etmiş, həmin vaxtdan sonra zirzəminin qapısı bağlı olmuşdur. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə o, ailə üzvüləri ilə birlikdə Şamaxı rayonuna getmiş, xx.xx.2024-cü il tarixdə geri qayıtmışdır. Həmin gün o, zirzəmiyə düşmüşdür. Kənardan baxanda zirzəminin qapısının kilidli olduğu görünsə də, yaxınlaşdıqda qıfılın açıldığını və sonradan yenidən qapının üzərinə açıq formada qoyulduğunu görmüşdür. İçəri keçdikdə ona məxsus bölmənin qapısının qırıldığını və orada olan əşyaların bir çoxunun, xüsusən dəmir materialından olan əşyaların 01 ədəd “Toba Junior 20” markalı velosipedin, “MasterClass” markalı 01 ədəd nərdivanın, 100 metr uzunluğunda 25-lik dəmiz qaz borusunun, 02 metr uzunluqda 16 ədəd 75-lik dəmir borunun, 2 metrlik dəmir lövhənin, 500 manata aldığı “atek” markalı 01 ədəd dəmiryonan aparatın, 01 ədəd dəmir masanın, 03 ədəd təknəfərlik çarpayının dəmir altlığının, 300 metr uzunluqda 4-1 ölçüdə elektrik naqilinin, 40 metr uzunluqda 10-luq ölçüdə elektrik naqillərinin oğurlandığını aşkarlamışdır. İndiyədək ona vurulmuş ziyan ödənilməmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxsin vəziyyətini nəzərə alır, ona qarşı şikayət və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində ona məxsus tikiş sexi var. Həmin küçədə yerləşən ev 7/12 saylı binanın zirzəmisi ona məxsusdur. O, həmin zirzəmiyə tikiş sexində istifadə olunmayan əşyaları qoymuşdur. Həmin zirzəmiyə onunla bərabər Zərərçəkmiş şəxs4 də bəzi əşyalarını qoymuşdur. Hər həftənin sonu o, tikiş sexinə getmişdir. O, sonuncu dəfə 23 iyul tarixində tikiş sexinə gedən zaman zirzəminin qapısının saz vəziyyətdə olduğunu görmüşdür. Belə ki, 29 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 ona zəng edərək zirzəminin qapısının kilidinin açıldığını, bu barədə xəbərinin olub-olmadığını soruşmuş, o, Kazıma zirzəmiyə girmədiyini, kilidi açmadığını bildirmişdir. O, həmin ünvana getmiş, Kazımla birlikdə zirzəmiyə daxil olmuşlar. O, zirzəmidəki əşyaları nəzərdən keçirdikdə 02 ədəd tikiş maşınının, həmin tikiş maşınlarına məxsus mühərriklərin, 03 ədəd daş ütülərin və 01 ədəd təxminən 160 sm uzunluqda dəmir linkin oğurlandığını aşkarlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, lakin ondan şikayətçi deyil, heç bir tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməcəyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Proses iştirakçılarının fikri dinlənilərək Zərərçəkmiş şəxs4 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında onun oğlu Tural Hüsüyev yaşayır. Onun yaşadığı ünvanda, yəni ünvan 6 üçün o, bəzi əşyaları oğlu Turalın yaşadığı evin zirzəmisinə yığmışdır. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə zirzəmiyə düşərək oradan bəzi alətlər götürmüş, növbəti dəfə xx.xx.2024-cü il tarixdə zirzəmiyə düşən zaman zirzəminin giriş qapısının kilidinin qırılmış vəziyyətdə olduğunu görmüşdür. Qapını açdıqda kombi aparatının içəridə olmadığını görmüş, dərhal həmin binada yaşayan Zərərçəkmiş şəxs5 zəng edərək zirzəmiyə daxil olub-olmadığını soruşmuşdur. Belə ki, zirzəmidə onunla bərabər Zərərçəkmiş şəxs5 da əşyaları olmuşdur. Rauf az sonra zirzəmiyə düşmüşdür. Onlar zirzəmidə olan predmetlərin bir çoxunun oğurlandığını aşkar etmişlər. Zirzəmidəki əşyaları nəzərdən keçirdikdə ona məxus 01 ədəd “İmerqaz “ markalı kombi aparatı, həmin kombi aparatının tənzimləyicisi, 01 ədəd laqonda, bir neçə qaz açarının oğurlandığını müəyyən etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ölkə xaricində olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Proses iştirakçılarının fikri dinlənilərək zərərçəkmiş şəxs Rafiq Abbasovun ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Pərvanə Abaslı onun qızıdır. Qızı Pərvanə Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1 ünvanının yaxınlığında yerləşən obyekti bir vaxtlar “Dərzi” kimi istifadə etmişdir. Lakin qızı bir müddətdir ki, ölkə xaricində yaşayır. 2013-cü ildə həmin obyekt işlədiyi zaman o, 1600 manata “Samsung” markalı kondensioner alaraq obyektə quraşdırmış, lakin, sonradan obyekt fəaliyyətini dayandırdıqdan sonra onlar kondisioneri sökərək Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1 ünvanının zirzəmisinə yerləşdirmişlər. Sonuncu dəfə o, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində kondisionerin yerində olduğunu görmüş, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, həmin yerə gəldikdə zirzəminin qapısının açıq vəziyyətdə olduğunu, zirzəmiyə daxil olduqda isə orada olan kondisionerin söküldüyünü və mühərrikinin oğurlandığının şahidi olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsi proses iştirakçılarının fikri dinlənilərək elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır. Bina sakinləri həmin zirzəminin ayrı-ayrı hissələrindən əşyalarını qoymaq üçün istifadə edirlər. Binanın zirzəmisində ona məxsus ayrıca bölmə vardır. O, həmin bölməyə özünə məxsus ev-məişət əşyalarını qoymuşdur. Həmin bölmənin qapısı mütəmadi olaraq kilidli olmuş, xx.xx.2024-cii il tarixdə günota saat 14:00-dan 15:30 radələrinə qədər o, evdə olmamışdır. Saat 15:30-da o, evə gəldikdə zirzəminin qapısının açıq olduğunu, zirzəmiyə daxil olduqda əşyalar yığdığı bölmənin qapısının kilidinin qırıldığını və qapının bir qədər aralı olduğunu görmüşdür. Yaxınlaşaraq qapını açmış və içəri daxil olduqda orada olan əşyaların bir çoxunun oğurlandığı aşkarlamışdır. Əşyaları nəzərdən keçirdikdə 01 ədəd dəmir materialından hazırlanmış manqalın, dəmir materialından hazırlanmış 45 sm uzunluqda 25 ədəd şişlərin, 02 ədəd Türkiyə istehsalı “Ece” firmasına məxsus moydadırların, 02 dəst “İTİMAT BETA” markalı duş başlıqlarının, 06 kisə “Garadagh Strongcem” A klass, 400 marka 40 kq-lıq sement kisələrinin oğurlandığını aşkarlamışdır. Bu barədə polisə müraciət edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 4-5 ildir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımışdır. Azər daimi olaraq dəmir qəbulu məntəqəsinə əşyalar gətirərək satmışdır. Belə ki, 2024-cü ilin iyul ayı ərzində Azər bir neçə dəfə onun işlətdiyi obyektə dəmir məmulatları, “bizon” və sair bu kimi dəmir butulkalar gətirərək satmışdır. Təxminən 1 ay sonra polis əməkdaşları onun işlədiyi obyektə gələrək bu barədə izahatını almışlar. O, qeydiyyat jurnalına baxdıqda Azərdən aldığı məhsulların içərisində bir neçə ütü, elektrik kabelləri, dəmir boruların qeyd edildiyini görmüşdür. O, həmin əşyaları Bakı şəhərində yerləşən əlvan metal qəbulu məntəqəsinə satmışdır. Azərin sonuncu dəfə gətirdiyi əşyalar içərisində 01 ədəd kondisioner mühərrikin metal qəbulu məntəqəsində olmuş və o həmin mühərriki polis əməkdaşlarına təhvil vermişdir. O, hər dəfə Təqsirləndirilən şəxs metal qəbul edən zaman onun şəxsiyyət vəsiqəsinin sutərini götürmüş və qəbul etdiyi metalların çəkisini, sayını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili X6 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:50-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı binanın arxasında saxlanılmış, onlar Azərə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək ona nədə şübhəli olduğunu bildirərək, onlarla birlikdə 3-cü PB-nə getməli olduğunu bildirmişlər. Azər onlara etiraz etməmiş, birlikdə 3-cü PB-nə gəlmişdir. PB-də Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynindəki şalvarın cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Xatırladığı qədərilə həmin bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olmuşdur. Aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı X2 Hacızadənin ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin əməliyyat müvəkkili Fəxri Qafarov ifadəsində eyni zamanda bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:38-də onlar tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Araz” supermarketin yaxınlığında saxlanılmış, Azərə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, eyni zamanda nədə şübhəli olduğunu izah edərək birlikdə 3-cü PB-nə getməli olduğunu bildirmiş, İsmayılov onlara etiraz etməyərək 3-cü PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. İsmayılov şalvarının cibində saxladığı 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Xatırladığı qədərilə bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olmuşdur. Aşkar olunmuş həmin maddə elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmiş və xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin əməliyyat müvəkkili, polis serjantı X17 Qafarovun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3 maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v. 1) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 02 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, 62-64) Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(İ cild i.v.68-69) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-246/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək xx.xx.2024-cü il tarixdən hesabalanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, 79-85) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki Sumqayıt şəh. 30-cu məhəllə ev 2/15-in zirzəmisinə baxış keçirilmişdir.(1. cild i.v.5-14) “Götürülmə aparılması haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İlqar Haqverdiyevə satdığı 02 ədəd qaz açarı və 02 ədəd tikiş maşınına aid mühərrik araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Sumqayıt şəhəri 1-ci məhəllə 1 saylı binanın zirzəmisinə baxış keçirilmişdir (1.cild i.v.94-104) “Təqdim etmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində oğurladığı kondisioner mühərriki iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir.(1.cild i.v.132) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Sumqayıt şəhəri 7-8-12-ci məhəllə 94 saylı binanın zirzəmisinə baxış keçirilmişdir. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs3 iştirak etmişdir.(1.cild i.v.145-147) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu mikrorayon Araz supermarketin yaxınlığında xx.xx.2024-cü il tarixində tutulmuşdur.(1.cild i.v.191) “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün içərisindən ağ rəngli kristalşəkilli psixitrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. (1.cild i.v.199-200) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2024-cü il tarixli məhkəmə kimyəvi ekspertizası rəyinə əsasən 01 ədəd bükümdə təmiz çəkisi 0,269 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilən Azərbaycan Respublikası ərzasinində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı 1) daxildir.(1.cild i.v.210-212) “Təqsirləndirilən şəx qismində cəlb etmək haqqında” 02 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona həmin madə ilə ittiham elan olunmuşdur.(1.cild i.v.223-224) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 02 iyun 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (1.cild i.v.232-234) “Tutulmuş təqsirləndirilən şəxsin azad edilməsi və qətiimkan tədbirinin seçilməsi barədə” 02 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt SPİ-nin MSY-dən azad edilmişdir və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(1.cild i.v.235-236) “Cinayət işinin başlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki CM 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. (2.cild i.v.1- 2) “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (2.cild i.v.4-5) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 may 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhəri 9-cu mkr ev 27-nin arxa hissəsində saat 11:50-də tutulmuşdur. (2.cild i.v.20) “Şəxsi axtarışın keçirilməsi barədə” 23 may 2024-cü il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret kağızı bükümündəki maddənin metafetamin adlanan narkotik vasitə olduğunu, həmin maddəni 23 may 2024-cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı kişi cinsli şəxsdən 10 manat pul verməklə şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. (2.cild i.v.28-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2917 nömrəli 24 may 2024-cü il tarixli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd bükümdə təmiz çəkisi 0,492 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (2.cild.i.v.56-57) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 25 may 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs rəqsirləndirilən şəxs qismində dindirilmişdir. (2.cild.i.v.65-67) “Tutulmuş təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbrinin seçilməsi barədə” 25 may 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. (2.cild i.v.72-73) DİN BƏSİİ-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-646/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 7(002)-301/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (2.cild.i.v. 92-106) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (2.cild.i.v.114) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (2.cild.i.v.121) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (2.cild.i.v.128) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/ 7976 nömrəli ekspert rəyinə əsasən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2241,40 manat müəyyən edilmişdir. Cədvəldə qeyd olunan digər mallar haqqında ətraflı məlumat (əmtəə görünüşü, ölşüsü, və s ) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (2.cild.i.v.177-179) AR Səhiyyə Nazirliyi Respublika X11 X15 X3 barədə xx.xx.2024-cü il tarixli 3999 N-li rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SENDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (2.cild.i.v.181-182) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1 və 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə ona həmin Məcəllənin 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (2.cild.i.v.186-188) “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə CM-nin 177.2.2 177.2.3 və 234.1-ci maddələri ilə yenidən elan olunmuş ittiham düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış və barəsində Sumqayıt Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-246/2024 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.1 177.2.4 186 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şahid1 əməlində CM-nin 177.2.1 32.5 və 177.2.3-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şahid2 əməllərində CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri baxış və ifadələri yerində yoxlama protokolları məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizasının rəyləri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən götürülmüş 01 ədəd “samsung” markalı kondisioner mühərriki maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. (2.cild.i.v.220-239) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən oğurluq epizodları üzrə qismən etirafedici ifadələri, zərərçəkmiş şəxlərin, şahidlərin ifadələri, narkotik vasitələrin psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılması epizodları üzrə isə mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğurluq cinayəti üzrə bütün epizodların onun tərəfindən törədilməsini etiraf etsə də, sadalanan əşyaların tamlıqla onun tərəfindən aparılmasını inkar etmiş, yalnız müəyyən əşyaları götürdüyünü etiraf etmişdir. Bundan başqa o, ifadəsində saxlanılarkən üzərində narkotik vasitə olmadığını, hər iki saxlanma zamanı psixotrop maddələrin polis əməkdaşları tərəfindən ona təqdim edildiyini, o da qorxaraq boynuna götürdüyünü bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərəçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətinin aparılması haqında protokollar və ekspert rəyləri ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi xüsusatlar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini tam etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətmiş oğurluq əməllərini etiraf etmiş, oğurladığı əşyaları və metal məmulatlarını metal qəbulu məntəqələrində satdığını, əldə etdiyi pulla öz şəxsi istifadəsi üçün psixotrop maddə aldığını etiraf etmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, o, gün ərzində 1-2 dəfə olmaqla narkotik qəbul etmiş, bunun üçün o, gün ərzində 10, 15 hətta 20 manat məbləğində pul xərcləmişdir. Bundan başqa məhkəmə tibbi ekspertizasının rəyindən göründüyü kimi təqsirləndirilən şəxsdə opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində onda asılılıq sindromu, yəni narkomaniya xəstəliyi yaranmışdır. Təqsirləndirilən şəxs hər bir oğurluq epizodu üzrə yalnız bir qism əşyanı oğurladığını etiraf etməsini, digər əşyaları oğurlamadığını bildirməsini məhkəmə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə cəhd etmək qismində atılan addım kimi qiymətləndirir. Halbuki o, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin ünvanlarından yuxarıda adları sadalanan əşyaların onun tərəfindən oğurlandığını tam olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, hər gün bir iki dəfə olmaqla narkotikdən istifadə etdiyini, orta hesabla ay ərzində 450-600 manat məbləğdə narkotik vasitə və ya psixotrop maddəyə pul xərcləməli olduğunu, eyni zamanda işləmədiyini nəzərə alsaq onun böyük həcmdə oğurluq etməyə ehtiyacı olduğunu müəyyən etmək mümkündür. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin psixotrop maddələrin qanunsuz əldə edilməsi ilə bağlı saxlanılarkən onun üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının onu təhdid etdiyi üçün hər iki epizod üzrə narkotiki boynuna götürdüyünü bildirməsinə də, məhkəmə tənqidi yanaşaraq hesab edir ki, əslində həmin cinayət əməlləri də ittiham aktında göstərildiyi kimi onun tərəfindən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən və təqsirləndirilən şəxs qismində ifadələr verərkən narkotik vasitələrin həqiqətən də ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə iclasında bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor və ya qeyri-insani hərəkət edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hər gün, gündə 1-2 dəfə, günün müxtəlif vaxtlarında narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, narkomaniya xəstəliyinə düçar olmuş və gündəlik narkotik vasitə və ya psixotrop maddə istifadə edən şəxsin öz şəxsi istifadəsi üçün 23 may 2024 və 31 may 2024-cü il tarixlərdə də üzərində narkotik vasitənin olması da istisna edilməməlidir. CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0,15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 13-cü bəndinin 4-cü hissəsinə görə CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsinə baxmayaraq həmin şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsi ərzində cinayət əməli törətmişdir. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxs qəsdən cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs bundan öncə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etdiyi üçün məhkumluq həyatı yaşamasını, lakin islah olunmayaraq, yenə də psixotrop maddədəni təkarar əldə etməsini, məsuliyyəti ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.219 qram və 0.442 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən götürülmüş 01 ədəd “Samsung” markalı kondisioner mühərriki Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 33 (otuz üç) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin məcəllənin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 7(002)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtında əvvəl azad etmə ləğv edilsin və həmin məcəllənin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər məhkəməsinin 1(060)-646/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 26 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək və 31 may 2024-cü il tarixdən 02 iyun 2024-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.219 qram və 0.442 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən götürülmüş 01 ədəd “Samsung” markalı kondisioner mühərriki Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cəmi 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-121/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-121/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver