Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-122/2023 02.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından aıtıq miqdarda, yəni 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,064 qram və 0,389 qram olmaqla, ümumi çəkisi 0,815 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitəheroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 300,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18:40da Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən 1 saylı doğum evinin qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0.064 qram və 0.389 qram olmaqla, ümumi çəkisi 0,815 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və sol əlində saxladığı yaşıl rəngli polietilen torbanın içərisindən 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 300,0 qram bitki mənşəli küllə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilmişdir. O, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:40 radələrində Sumqayıt şəhəri 22-ci məhəllədə yerləşən 1 saylı "Doğum evi”nin qarşısında qardaşı Vüqar ilə birlikdə olan zaman bir neçə nəfər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Onlar etiraz etməyərək birlikdə Pİ-nə getmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirmək istədikləri bildirlmiş o, buna etiraz, etməmişdir. Ona hüquqları barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Ağayev Namiq təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü sağ əlində saxladığı 1 ədəd şəffaf sellofan bükümü, sol əlində saxladığı 1 ədəd yaşıl rəngli sellofan paketi təqdim elmişdir. Təqdim etdiyi yaşıl rəngli sellofan paketin içərisində yaşıl rəngli qurudulmuş marixuana, digər sellofan bükümün içərisindəki 2 ədəd ayrı-ayrılıqdakı sellofan bükümlərdə narkotik vasitə heroin olmuşdur. Ondan soruşulan zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddənin narkotik vasitənin "kakos", yaşıl rəngli qurudulmuş, spesifik iyə malik bitki kütləsinin isə "nəşə" olduğunu, həmin maddələri və bitki kütləsini 3 gün bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün, "kakos" adlanan maddələri 30-40 manata, "nəşə" adlanan bitki kütləsini isə 80 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroinə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin ümumilikdə 1.28 qram 1 ədəd qara rəngli bağlamada olan yaşıl rəngli qurudulmuş, spesifik iyə malik bitki kütləsi elektron tərəzidə çəkilən zaman həmin bitki kütləsinin çəkisinin 510,0 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddələr və bitki kütləsi Azərbaycan Respublikası ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq üstü möhürlənmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, atasının xəstə olduğunu və özünün asma xəstəsi olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhər Pİ-nin kiçik isnpektorları Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, məhəllə 22, yataqxana 2, ev 8, otaq 8/77-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, üzərində gəzdirilməsi, narkotik vasitə istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, əməliyyat müvəkkili Şahid1, kiçik inspektor Şahid3, təhqiqatçı Səadət Qənbərovdan, polis mayoru Asəf Həbibovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 18:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən 1 saylı Doğum evinin qarşısında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə 22-ci məhəllə ərazisində yerləşən 1 saylı Doğum evinin yaxınlığına gəlmişlər. Saat 18:40 radələıində Təqsirləndirilən şəxs saxlayıb və özlərini təqdim etdikdən sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlama, üzərində gəzdirmə, istifadəsində şübhəli bilindiyini bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs şərait olmadığı üçün Pİ-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirilmişlər. Pİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra hüquq və vəzifələri ilə bağlı bildiriş və hüquqlarını müdafiə edən vəkil Ağayev Namiq təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı predmet və ya əşya varsa qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümü, sol əlində saxladığı 01 ədəd yaşıl rəngli sellofan paketi təqdim etmişdir. Təqdim edilmiş yaşıl rəngli sellofan paketin içərisinə baxan zaman həmin paketdə 01 ədəd qara rəngli sellofan bağlamanın olduğu müəyyən edilmişdir. Həmin bağlama açılan zaman isə bağlamanının içərisində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Daha sonra təqdim edilmiş 01 ədəd şəffaf sellofan büküm açılan zaman həmin bükümün içərisində 02 ədəd ayrı-ayrılıqda şəffaf sellofan bükümlərin, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddənin narkotik vasitə “kakos" yəni heroin, yaşıl rəngli qurudulmuş, spesifik iyə malik bitki kütəsinin isə “nəşə” yəni qurudulmuş marixuana olduğunu, həmin maddəni və bitki kütləsini, 3 gün bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün kakos adlanan maddələri 30-40 manata, nəşə adlanan bitki kütləsini isə 80 manat aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəfaf rəngli sellofana və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroinə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 1,28 qram, 1 ədəd qara rəngli bağlamada olan yaşıl rəngli qurudulmuş, spesifik iyə malik bitki kütləsi elektron tərəzidə çəkilən zaman həmin bitki kütləsinin çəkisinin 510.0 qram olduğun müəyyən edildi və protokol tərtib olunması üçün həmin kütlələr tərəflərindən götürülmüş, aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid Sumqayıt şəhər polis idarəsinin kiçik isnpektoru Şahid3 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan diskə baxış keçirilməsi və şəxsi axtarış aparılması haqqında protokollardan görünür ki, videogörüntünün ilk saniyəsində polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 olduğunu bildirir. Sonra Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış və qarşısında duran kişidən özünü təqdim etməsini soruşur və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra polis əməkdaşları özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1, kiçik inspektorları Şahid3 və Şahid2 olduğunu bildirirlər. Sonra təhqiqatçı X5 Həsənova saxlanılmasının səbəbini izah edərək, ona hüquqlarını müdaifə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Namiq Ağayev təqdim edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək bununla bildiriş təqdim edir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağıan olunmuş hər hansı bir əşyanın və ya predmetin olub olmaması ilə bağlı sual verilir və əgər belə bir şey vardırsa təqdim etməyi xahiş edilir. Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü, sol əlində saxlamış olduğu 1 ədəd yaşıl rəngli sellofan paketi təqdim etdi. Təqdim edilmiş yaşıl rengli sellofan paketin içərisinə baxan zaman həmin paketdə 1 ədəd qara rəngli sellofan bağlamanın olduğu müəyyən edildi. Həmin bağlama açılan zaman isə bağlamanın içərisində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan "marixuana"ya bənzər bitki kütləsinin olduğu müəyyən edildi. Daha sonra təqdim edilmiş 1 ədəd şəffaf sellofan büküm açılan zaman həmin bükümün içərisində 2 ədəd ayrı ayrılıqda şəffaf sellofan bükümlərin, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün olduğu müəyyən edildi. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan "heroinə bənzər maddələrin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddənin narkotik vasitə "kakos", yaşıl rəngli qurudulmuş, spesifik iyə malik bitki kütləsinin isə "nəşə" olduğunu, həmin maddəni və bitki kütləsini 3 gün bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün "kakos" adlanan maddələri 30-40 manata, "nəşə" adlanan bitki kütləsini isə 80 manata aldığını və üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan "heroiın'ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 1.28 qram 1 ədəd qara rəngli bağlamada olan yaşıl rəngli qurudulmuş, spesifik iyə malik bitki kütləsi elektron tərəzidə çəkilən zaman həmin bitki kütləsinin çəkisinin 510,0 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddələr və bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs ii/.ərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş alışqan. Nokia markalı mobil telefon və üzərində "Aiset" yazıları olan 4 ədəd həblər xüsusi qaydada qablaşdırılaraq götürülmüş, Kent markalı siqaret, asma dərmanı əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Sonra videoçəkiliş dayandırıldı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4487 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 3 (üç) büküm maddə...." yazı və imzalar olan zərfdə 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qr, 0,064 qr və 0.389 qram olmaqla, ümumi çəkisi 0.815 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinin təmiz çəkisi-0,815 qram, tədqiqata sərf edildi-0,15 qram, qalıq-0,665 qram) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 7/930 saylı №li məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs oğlanılan aşkar edilmiş 1 (bir) bağlaına bitki kütləsi" yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi-300,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi- 300,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-299,95 qram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5979 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyalorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,665 qram çəkidə narkotik vasitə olan heroin və 299,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 160 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə Narkoloji Dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,665 qram çəkidə narkotik vasitə olan heroin və 299,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 160 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-122/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-122/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver