Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-122/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 05:03 radələrində atası Zərərçəkmiş şəxs yaşadığı məxsus Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi fərdi evə gələrək, atasının hamam otağında olmasından istifadə edib evin yataq otağına daxil olaraq masanın üzərində qoyduğu “Samsung” markalı mobil telefonu gizli götürüb telefonda quraşdırılmış “ABB” tətbiqi vasitəsilə 5167 5133 4110 9551 nömrəli bank kartının hesabından 300 (üç yüz) manat pul vəsaitini cinayətdən xəbərsiz Şahid3 “Leobank”ın 4098 5844 6077 7061 nömrəli bank kartının hesabına köçürərək gizli talayıb elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs 301,50 (üç yüz bir manat əlli qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atasıdır, təxminən iki ildir ki, atası Vüqar və anası Şəbinə rəsmi olaraq boşanmışlar və həmin müddətdən o, anası Şəbinə ilə bir yerdə yaşayır. Bacısı Aysu isə atası Vüqarla bir yerdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi nömrəsiz fərdi evdə yaşayır. Buna baxmayaraq o, tez tez atasının yaşadığı ünvana gəlir, evin qapısı həmişə açıq vəziyyətdə olur deyə sərbəst evə gəlib gedir, atası bunu bilir heç bir söz demir. Anası ilə atası əvvəlcədən danışmış, anası atasından evin kirayə haqqını vermək üçün pul istəmiş, atası da gəlib götürməsini bildirmiş, anası da ona atasından pulu götürməsini ona demişdir O, xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində atasının yaşadığı Yaşıldərə yaşayış massivində yerləşən evə gəlmiş, evin qapısı həmişə olduğu kimi açıq olmuş və o, evə daxil olmuşdur. Atasına pula görə gəldiyini bildirmiş, o da telefonu ona uzadaraq kartından 300 (üç yüz) manat məbləğində pulun karta göndərməsini bildirmiş, o, da pulu atasının bank kartının kodunu bildiyi üçün atasının kartının hesabından 300 (üç yüz) manat pulu tanışı Xəyalın bank kartının hesabına köçürmüşdür. Pulun göndərməsində atasının razılığı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Ağcabədi rayon, Təzəkənd kəndində anası Şəbinə ilə bir yerdə yaşayır. Zərərçəkmiş şəxs atasıdır, təxminən iki ildir ki, atası Vüqar və anası Şəbinə rəsmi olaraq boşanmışlar və həmin müddətdən o, anası Şəbinə ilə bir yerdə yaşayır. Bacısı Aysu isə atası Vüqarla bir yerdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi nömrəsiz fərdi evdə yaşayır. Buna baxmayaraq o, tez-tez atasının yaşadığı ünvana gəlir, evin qapısı həmişə açıq vəziyyətdə olur deyə sərbəst evə gəlib gedir, atası bunu bilir və heç bir söz demir. Onu da qeyd etmişdir ki, hal hazırda onun barəsində oğurluq cinayət faktı ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsində işə baxılır, hələ də davam edir. xx.xx.2023-cü il tarixdə gecə radələrində o, atasının yaşadığı Yaşıldərə yaşayış massivində yerləşən evə gəlmiş, evin qapısı həmişə olduğu kimi açıq olmuş, görmüşdür ki, atası Vüqar hamamdadır, o, atası Vüqarın yataq otağına keçmiş, onun yataq otağında masanın üstünə qoyduğu “Samsung” markalı mobil telefonunda ABB mobil tətbiqinə girmiş, atasının bank kartının kodunu bildiyi üçün atasının “Azərbaycan Beynəlxalq Bankın” 5167 5133 4110 9551 nömrəli bank kartının hesabından 300 (üç yüz) manat pulu tanışı Xəyalın “Leobank”ın 4098.....7061 nömrəli bank kartının hesabına köçürmüş, 01 manat 50 qəpik isə xidmət haqqı tutulmuşdur. O, bunu edəndən sonra evdən çıxıb getmiş, o, həmin evə gəlib gedəndə onu evdə heç kim görməmiş, hətta bacısı Aysu da görməmişdir. O, sonra həmin pulu Xəyalın kartından çıxarıb bu barədə anası Səbinəyə demiş, fikri var imiş ki, şəhərdə kirayə ev tutub anası Səbinəni həmin evə gətirsin. Əlavə olaraq qeyd etmişdir ki, atası Vüqar mobil telefonuna, bank kartına əl vurmağa, istifadə etməyə, pulunu götürməyə ona və anası Səbinəyə icazə verməmişdir. Buna görə o, atası Vüqarın bank kartından ondan xəbərsiz gizlin olaraq pulu tanışı Xəyalın bank kartına köçürmüşdür. Elə bu səbəbdən bank kartından pulu onun oğurladığını bildiyi halda DİN-nin 102 xidmətinə zəng edərək onun barəsində şikayət etmiş, dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, nömrəsiz fərdi evdə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun övladıdır. Təxminən iki ildir ki, o, həyat yoldaşı X1 rəsmi olaraq boşanmış və həmin müddətdən Orxan anası ilə yaşayır. Qızı Şahid2 isə onunla birlikdə yaşayır. Evinin giriş qapısı həmişə açıq vəziyyətdə olur. Onun keçmiş həyat yoldaşı Səbinə hadisədən 2-3 gün əvvəl zəng edərək pula ehtiyacı olduğunu bildirmiş, o da sentyabr ayının 5-i və 6-sı əmək haqqı alacağını və həmin vaxt ona 300 (üç yüz) manat pul verə biəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 04.50 radələrində o, yuxudan ayrılaraq özünə məxsus “Samsung” markalı mobil telefonu yatdığı otaqda stolun üzərinə qoyub saat 04.55 radələrində hamam otağına keçmiş, təxminən 20 dəqiqə sonra yuyunaraq hamamdan çıxıb yemək yedikdən sonra saat 05.45 radələrində telefonunu götürərək işə getmişdir. Həmin gün təxminən saat 15.45 radələrində mobil telefonunda olan “ABB” tətbiqinə baxan zaman görmüşdür ki, bank kartının hesabından 301,50 (üç yüz əlli bir manat əlli qəpik) manat pul çıxarılmışdır. Buna görə də, o, ilk növbədə Azərbaycan Beynalxal Bankın müştəri xidmətlərinə zəng etmiş, kartından pul çıxarılması barədə əməliyyat aparıldığını bildirmiş, ona polisə müraciət etməsi bildirilmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 05.03 radələrində mobil tətbiqi vasitəsilə ona məxsus “Azərbaycan Beynəlxalq Bankın” 5167 5133 4110 9551 nömrəli bank kartının hesabından 300 (üç yüz) manat pulun “Leobank”ın 4098..... 7061 nömrəli bank kartının hesabına köçürülmüş və 01 manat 50 qəpik də xidmət haqqı pulu kartından çıxarılmışdır. Sonradan qızı Aysu bildirmişdir ki, onun bank kartından pul köçürülən bank kartının son nömrəsi ona tanışdır. Belə ki, bir müddət əvvəl Orxan ona pul lazım olduğunu deyib bacısı Aysudan ona göndərəcəyi kart hesabına 10 (on) manat pul göndərməsini istəmiş və ona dostu Xəyala məxsus “Leobank”ın 4098 5844 6077 7061 nömrəli bank kartının nömrəsini göndərmişdir. Oğlu Orxanın bank kartından pulunu oğurladığını fikirləşib anası Şəbinə ilə telefon əlaqəsi saxlamış, o Orxanın pulu götürmədiyini bildirmişdir. Bilmişdir ki, Orxan gizli evə gələrək, onun hamam otağında olmağından istifadə edərək, mobil telefonunun və mobil tətbiqin kodlarını bildiyi üçün bank kartından 300 (üç yüz) manat pulu öz dostu Xəyal adlı şəxsin bank kartına köçürərək oğurlamışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, mobil telefonuna, bank kartına əl vurmağa, istifadə etməyə, pulunu götürməyə oğlu Orxana və yoldaşı Səbinəyə icazə verməmişdir. Elə bu səbəbdən o, kartdan pulu oğlu Orxan çıxardığını bildiyi halda DİN-nin 102 xidmətinə zəng edərək şikayət və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini tələb etmişdir. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən zərər tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənildiyi, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, beş ilə yaxındır Zərərçəkmiş şəxs ilə aralarında olan nikah pozulmuşdur. Onunla nikahımız pozulsa da, Vüqar ona nə vaxt nə lazım olduqda müraciət etməsini bildirmişdir. O, Vüqarla Sumqayıt şəhərində yerləşən Asan Xidmətin yaxınlığında görüşmüş, ona kirayə haqqını ödəmək üçün 300 (üç yüz) manat lazım olduğunu bildirmiş və Vüqar da ona sentyabrın 5- 6-dan sonra pul verəcəyini demişdir. Vüqar işə tez getdiyi üçün Orxan xx.xx.2023-cü il tarixdə səhər tezdən atası yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, nömrəsiz fərdi evə getmiş, Vüqar üzərində nağd pulu olmadığını bildirdiyi üçün ona məxsus bank kartından pul göndərməsini bildirmiş, O da dostu Xəyalın kartına 300 (üç yüz) manat pul göndərmiş və evdən çıxıb getmişdir. X2 görüşmədən getdiyinə və pulu başqa adamın kartına göndərdiyi üçün əsəbləşmiş və ona görə də, polisə müraciət etmişdir. Daha sonra Vüqar onunla Polis Bölməsinə getmiş, şikayət ərizəsini geri götürdüyünü ona demişdir. O da Vüqara pulu qaytara biləcəyini demiş, Vüqar isə lazımolmadığını bildirmişdir. Məhkəmə, şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə oğlu Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdür və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, hal hazırda Ağcabədi rayon, Təzəkənd kəndində yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun övladıdır. Təxminən iki ildir o, həyat yoldaşı Zərərçəkmiş şəxs rəsmi olaraq boşanmış və həmin müddətdən Orxan onunla bir ünvanda yaşayır, hərdən Sumqayıt şəhərinə gəlir. Onu da qeyd etmişdir ki, hal hazırda oğlu Orxan barədə oğurluq cinayət faktı ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsində iş gedir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, oğlu Orxan Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, keçmiş yoldaşı Vüqar oğlu Orxan barədə polisə oğurluq ilə bağlı şikayət etmişdir. Oğlu Orxan Sumqayıt şəhərinə gələndə Vüqarın evinə də özü evdə olmasa belə sərbəst gəlib getmiş, Vüqar bununla bağlı heç bir problem çıxarmamışdir. Oğlu Orxan Vüqarın yaşadığı Yaşıldərə yaşayış massivində yerləşən evinə xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində daxil olmuş, evin yataq otağında olan stolun üstündən Vüqara məxsus “Samsung” markalı mobil telefonda ABB tətbiqinə daxil olmaqla Vüqara məxsus kartdan 300 (üç yüz) manat pulu tanışı Xəyal adlı şəxsin kartına köçürmüş, sonradan da həmin pulu Xəyalın kartından çıxarmışdır. Vüqar özü də bu barədə ona zəng edib soruşmuş, o, Vüqara demişdir ki, “ehtiyacım olduğu üçün Orxan həmin 300 manat pulu mənə vermişdir”. Əlavə olaraq qeyd etmişdir ki, Vüqar mobil telefonuna, bank kartına əl vurmağa, istifadə etməyə, pulunu götürməyə heç birinə icazə vermir. Elə bu səbəbdən Vüqar kartdan pulu oğlu Orxan çıxardığını bildiyi halda polisin 102 xidmətinə zəng edərək şikayət etmiş, dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini tələb etmişdir. Orxan həmin 300 (üç yüz) manat pulu çıxarıb şəhərdə kirayə ev tutmaq üçün istifadə etmişdir. Orxanın həmin pulu Vüqarın kartından çıxarmasından xəbəri olmamış, lakin inanmamışdır ki, Vüqar həmin pulu oğlu çıxardığını bilə bilə polisə şikayət etsin. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, nömrəsiz fərdi evdə atası Zərərçəkmiş şəxs ilə bir yerdə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun qardaşıdır. Təxminən iki ildir anası Şəbinə ilə atası Vüqar rəsmi olaraq boşanmışlar və həmin müddətdən Orxan anası ilə bir yerdə Ağcabədi rayonunda yaşayır. Özü isə atası ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayır. Buna baxmayaraq evin qapısı həmişə açıq olur, qardaşı Orxan tez-tez atasının evinə gəlir, işlərini görür və çıxır gedir. Axşam anası ilə atası danışmış və anası atasında 300 (üç yüz) manat pul istəmişdir. Atası da Orxanı göndərib səhər pulu götüməsini bildirmişdir. Orxan səhər tezdən atası işə getmədən onların yaşadığı evə gəlmiş, atasının üzərində nağd pulu olmadığı üçün kartından pul göndərməsini bildirmiş, Orxan da onun kartından 300 (üç yüz) manat pulu dostu Xəyalın bank kartına göndərmiş və çıxıb getmişdir. Həmin vaxt o, səhər tezdən olduğu üçün yatmışdır. Atası işə getdikdən sonra kartından pul çıxarıldığını görmüş və ona zəng edərək kartından pul çıxarıldığını bildirmişdir. Atası evə gəldikdən sonra o, pul göndərilən kartın nömrəsinə baxmış və həmin kartın Orxanın dostu Xəyalın bank kartının nömrəsi olduğunu demişdir. Bir müddət əvvəl qardaşı Orxana pul lazım olduğundan və onun da həmin bank kartına 10 (on) manat pul göndərdiyindən kartın Xəyalın olduğunu bilmişdir. Lakin atası bu məsələni araşdırmamış DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə, şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə qardaşı Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdür və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, nömrəsiz fərdi evdə atası Zərərçəkmiş şəxs ilə bir yerdə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun qardaşıdır. Təxminən iki ildir anası Şəbinə ilə atası Vüqar rəsmi olaraq boşanmışlar və həmin müddətdən Orxan anası ilə bir yerdə Ağcabədi rayonunda yaşayır. Özü isə atası ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayır. Buna baxmayaraq evin qapısı həmişə açıq olmuş, qardaşı Orxan tez-tez atasının evinə gəlmiş, işlərini görmüş və çıxır getmişdir. Onu da qeyd etmişdir ki, 2022-ci ilin dekabr ayında Orxan qonşuları Xəyal adlı şəxsin evindən oğurluq etdiyi üçün barəsində olan cinayət işinə hazırda Sumqayıt Şəhər Məhkəməsində baxılır. xx.xx.2023-cü il tarixdə evdə olmuş, atası Vüqar da evdə olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saatlarında o, yatmış, heç nədən xəbəri olmamış, xx.xx.2023-cü il tarixdə səhər saat 11:00 radələrində atası Vüqar işdən onun mobil telefonuna yığmış və bildirmişdir ki, onun kartından 301,50 (üç yüz bir manat əlli qəpik) manat pul çıxarılmış, xəbərinin olub-olmadığını soruşmuş, o da xəbəri olmamasını bildirmişdir. Həmin gün axşam evə gələndə atası Vüqarın telefonuna baxanda görmüşdür ki, pulun köçürüldüyü son 04 rəqəm tanışdır, o, atası Vüqara demişdir ki, pulu qardaşı Orxan çıxarıb, tanışı Xəyalın telefonuna göndərmişdir. Belə ki, bir müddət əvvəl Orxan ona pul lazım olduğunu deyib ondan göndərəcəyi kart hesabına 10 (on) manat pul göndərməsini istəmiş və ona dostu Xəyala məxsus “Leobank”ın 4098 5844 6077 7061 nömrəli bank kartının nömrəsini göndərmişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, sonradan bilmişdir ki, Orxan xx.xx.2023-cü il tarixdə səhərə yaxın saat 05:00 radələrində evə gələrək atası Vüqardan xəbərsiz onun yataq otağında masanın üzərinə qoyduğu “Samsung” markah mobil telefondan ABB mobil tətbiq vasitəsi ilə atası Vüqarın bank kartından 300 (üç yüz) manat pulu tanışı Xəyalın mobil telefonuna köçürmüş, sonradan həmin pulu çıxarmışdır. Əlavə olaraq qeyd etmişdir ki, atası Vüqar mobil telefonuna, bank kartına əl vurmağa, istifadə etməyə, pulunu götürməyə atası Vüqarla bir ünvanda qaldığı üçün ona icazə vermiş, lakin Orxana və anası Səbinəyə icazə verməmişdir. Elə bu səbəbdən atası Vüqar kartdan pulun qardaşı Orxanın çıxardığını bildiyi halda DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini tələb etmişdir. İş materiaalrında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, 5167********9551 nömrəli kartdan 4098 ********7061 nömrəli karta 300 (üç yüz) manat göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təyin olunuş cəzadan tutulduğu 02 (iki) gün çıxılaraq qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamşdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata düşmüş, xx.xx.2024-cü il tarixədək ona təyin olunmuş cəzadan 01 (bir) ay 12 (on iki) gününü çəkmiş və çəkilməmiş cəzası 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün təşkil edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəsini dinləyərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X3 və bacısı Şahid2 ifadələrini Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdür. Onun əməli X3 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri və iş materiallarında olan digər sübutlarla öz əksini tapmışdır. Həmçinin Zərərçəkmiş şəxs və şahidlər X3 və Şahid2 ifadələrindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs sentyabr ayının 5-6-dan sonra əmək haqqı alanda X4 300 (üç yüz) manat pul verəcəyini bildirmişdir. İş materiallarında Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə müraciət etməsi barədə məlumatda ona məxsus bank kartından 301,50 (üç yüz əlli bir manat əlli qəpik) manat pulun naməlum şəxs tərəfindən çıxarıldığı bildirilsə də, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində isə ona məxsus bank kartından 301,50 (üç yüz əlli bir manat əlli qəpik) manat pulun oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bu da onu göstərir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünə məxsus “Samsung” markalı mobil telefonda quraşdırılmış “ABB” tətbiqi vasitəsilə 5167 5133 4110 9551 nömrəli bank kartının hesabından 300 (üç yüz) manat pul vəsaitini digər karta göndərməsinə könüllü razılıq verməmiş, Təqsirləndirilən şəxs əməli gizli törədərək elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs 301,50 (üç yüz bir manat əlli qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. O, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsin ilə tövsif edilmişdir. Odur ki, o həmin maddə üzrə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3- 1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 04 (dörd) gün tutulduğu müddət 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-19/2024 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə massivi, fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-122/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-122/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver