Məhkəmə qərarları › İş №1(060)-122/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-122/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-122/2025 24.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Fatmayı kəndi N.Nərimanov küçəsi döngə İ ev 2-də qeydiyyatda olan və Xırdalan şəhəri Quşçuluq y/m Niyazi küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasından Azərbaycan Respublikasına boya gətirməklə satışını həyata keçirib qazanc əldə edəcəklərinə dair yalan vədlər verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə 15 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mail" ticarət mərkəzində 4200 manat, həmin tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri. Nizami rayonu. Özbəkistan küçəsi 4 nömrəli evin qarşısında 3300 manat, 16 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu “Nərimanov" metrostansiyasının yaxınlığında yerləşən parkda 1200 manat, 17 avqust 2022-ci ıl tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 4 nömrəli evin yaxınlığındakı pul terminalından tanışının kart hesabına köçürmə vasitəsilə 3300 manat, 18 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Bursa" restoranının yaxınlığında 5000 manat. 23 avqust 2022-ci il tarixdə Bakı şəhəri. Yasamal rayonunda yerləşən Respublika Klinik xəstəxanasının qarşısında 900 manat, 24 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri. Nizami rayonu, Özbəkistan küçəsi 4 nömrəli evin 141 nömrəli mənzilində istifadəsində olan kart hesabından cinayətdən xəbərsiz Reyhanə Əsgərovanın kart hesabına göndərdiyi 5304 manat. 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Bursa" restoranında istifadəsində olan kart hesabından onun kart hesabına göndərdiyi 4080 manat, 27 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri. Nizami rayonu. Özbəkistan küçəsi 4 nömrəli evin 141 nömrəli mənzilində istifadəsində olan kart hesabından onun kart hesabına göndərdiyi 591 manat 60 qəpik pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 27875 manat 60 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasından Azərbaycan Respublikasına rəsm boyalarını gətirməklə satışını həyata keçirib qazanc əldə edəcəklərinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə elməklə vahid niyyəllə əhalə olunan qosdlo Zərərçəkmiş şəxs2 2022-ci ilin avqust ayının əvvəllərindən həmin ilin müxtəlif vaxtlarında, sentyabr ayının sonunadək olan müddət ərzində dəqiq günü istintaqa məlum olmayan tarixdə, müxtəlif ünvanlarda, sonuncu dəfə isə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «Kristal Abşeron 1» yaşayış binasının birinci mərtəbəsində yerləşən ərzaq mağazasından «Million» ödəmə terminalı vasitəsi ilə onun kart hesabına göndərdiyi 1400 manatı, ümumilikdə 29560 manat pulunu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 29560 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vədlər verib, aldadaraq, etibarından suiistifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 01 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixinə kimi olan müddəi ərzində dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 onun “Leo Bank" kart hesabına Xızı rayonu Şurabad qəsəbəsində yerləşən “Şurabad" marketdə olan “MilliÖn" ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1800 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl elməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1800 manal məbləğində maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Rusiya Federasiyasından Azərbaycan Respublikasına rəsm boyalarını gətirməklə satışını həyata keçirib qazanc əldə edəcəklərinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2022-ci ilin sentyabr ayının əvvələrində dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhərində 2000 manat, həmin ilin sentyabr ayından 13 aprel 2023-cü il tarixə kimi olan müddət ərzində dəqiq günü istintaqa məlum olmayan tarixdə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs3 onun “Leo Bank” kart hesabına Xızı rayonu Şurabad qəsəbəsində yerləşən “Şurabad” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə göndərdiyi ümumilikdə 2075 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 4075 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Rusiya Federasiyasından Azərbaycan Respublikasına falqa gətirməklə satışını həyata keçirib qazanc əldə edəcəklərinə, qızı Məsimə Əliyevanı “Alov qüllələıT’nə işə düzəldəcəyinə, qızı İlqarə Əliyevaya dırnaq alətləri alacağına, həmçinin oğlu Muhamməd Əliyevə “Playstation 4” oyun aparatı alacağına dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 14 avqust 2023-cü il tarixdə Abşeron rayonu Fatmayı kəndində yerləşən evində 600 manat, 17 avqust 2023-cü il tarixdə həmin ünvanda 400 manat, 18 avqust 2023-cü il tarixdə həmin ünvanda 300 manat, 2023-cü ilin avqust ayından 2023-cü ilin sentyabr ayına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda Abşeron rayonu Fatmayı kəndi ərazisində 1299 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl elməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 2599 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 dəqiq günü istintaqa məlum olmayan tarixdə ayrıayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun övladı Nahid Hacıyevi işə düzəldəcəyinə dair yalan vədlər verib, aldadaraq, etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs6 sonuncunun oğlu Nahid Hacıyev vasitəsilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 270 manat, Afıq Hacıyevin 18 dekabr 2023-cü il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Mandarin” marketin daxilində olan ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 500 manat, 18 dekabr 2023-cü il tarixdən 2023-cü ilin dekabr ayının sonunadək olan müddəi ərzində göndərdiyi 170 manat. 300 manat və 200 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl elməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 1440 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Rusiya Federasiyasından qızıl falqa alıb Azərbaycan Respublikasında satmaqla qazanc əldə edəcəklərini dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 2022-ci ilin avqust ayından 2024-cü ilin yanvar ayınadək olan müddət ərzində, sonuncu dəfə isə Bakı-Quba avtomobil yolunun 50-60-cı kilometrliyində, Sumqayıt şəhəri Yaşma Bağları ərazisində yerləşən, əvəllər “Kolin” inşaatın ofisinin olduğu ərazidə özünə məxsus 5239 1517 0127 0202 nömrəli “Kapital bank” kartından Təqsirləndirilən şəxs məxsus 4098 5844 6463 4946 nömrəli “Leo Bank” bank kartına 2024-cü ilin yanvar ayının 2-də 35 manat, yanvar ayının 3-də 15 manat, yanvar ayının 4-də 50 manat, yanvar ayının 5-də 25 manat, yanvar ayının 7-də 47 manat, yanvar ayının 8-də 10 manat, yanvar ayının 22-də 15 manat olmaqla ümumilikdə xeyli miqdarda 10000 manat məbləğində pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl elməyib, zərər çəkmiş şəxs Azadxan Mehliyevə ümumilikdə 10000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, bir çox polis bölmələrində olmuşdur. Zərərçəkmiş şəxs1 şikayəti ilə tam razıdır. Ona dəymiş ziyandan ödəniş etmişdir, lakin ittihamda onun heç bir ziyan ödəmədiyi qeyd olunmuşdur. O, Cavidə 3700 manat pul ödəmişdir. Həmin pulu müstəntiqə təqdim edərək protokola imza etmişdir və yenidən ödəniş etmək üçün müstəntiqdən vaxt istəmişdir. 8 gün sonra yenidən 4000 manat götürüb müstəntiqin yanına getmiş, lakin müstəntiq məzuniyyətdə olmuş, daha sonra yenidən gəldikdə ona işə baxan müstəntiqin başqa yerə təyin olunduğunu demişlər, o da əlində olan pulu kimə təqdim etməsini soruşduqda ona işə baxan müstəntiqin onunla əlaqə saxlayacağını demişlər. Bir gün Daxili İşlər Nazirliyinin yaxınlığında piyada hərəkətdə olarkən polis əməkdaşları onu saxlamış və barəsində məcburi gətirilmə haqqında qərar olduğunu bildirmişlər, onu Nizami rayon Prokurorluğuna aparmışlar. Ona dəymiş ziyanın tam şəkildə ödənilməsini demişlər, o da hazırda 4000 manat ödəniş edə biləcəyini, qalan məbləği hissə-hissə ödəyəcəyini demişdir. Ona 15 gün vaxt vermişlər. İki gün sonra yenidən müstəntiqə yaxınlaşmış və 4000 manatı vermək istəmiş, lakin məbləğ az olduğundan götürməmişdir. Cavid də onun telefonlarına cavab verməmişdir. Bir gün ona yenidən barəsində CM-nin 178.2.2-ci maddəsi ilə açılan cinayət işi üzrə məcburi gətirilmə verilmişdir. O, müvəqqəti saxlama yerində olarkən Zərərçəkmiş şəxs2 oraya gəlmişdir. Onun Zərərçəkmiş şəxs2 borcu vardır, lakin 29000 manat borcu olması yalandır. Onların arasında üzləşdirmə aparılmış, müstəntiq ona Zərərçəkmiş şəxs2 29000 manat pul aldığınıd emiş, o isə Zərərçəkmiş şəxs2 13600 manat borcu olduğunu demişdir. O, müstəntiqə ona qarşı irəli sürülən ittihamla razı olmadığını bildirmiş, lakin müstəntiq ona zor tətbiq edəcəyini demişdir. Onu Nizami rayon Məhkəməsinə çıxarmışlar, lakin məhkəmədə onu azad etmişlər. İki gündən sonra müstəntiq onu çağırmış, Cavidlə Məhəmmədin onu həbs etdirmək üçün pul qoyduqlarını demişdir. Bundan sonra onu apellyasiya məhkəməsinə çıxarmışlar. O, Səfərovun Məhəmmədin ona qarşı irəli sürülən ittihamı ilə razı deyildir, ona borcu vardır, lakin o məbləğdə deyildir. Zərərçəkmiş şəxs3la bağlı hissədə bildirdi ki, onu Xızı rayon Polis Şöbəsinə aparmışlar, orada ona zor tətbiq edərək ittihamda yazılan məbləğdə borcu olmasını boynuna qoymuşlar, lakin onun Fərhada 3250 manat borcu vardır. Zərərçəkmiş şəxs6 bağlı hissədə verilən ittihamla razıdır, ona verəcəyi pul hazırdır, lakin Afiq onun ailəsinə hədə-qorxu gələrək anasının şəxsiyyət vəsiqəsini ələ keçirmişdir, o da şəxsiyyət vəsiqəsini qaytaracağı halda pulu verəcəyini bildirmiş, lakin bu günə kimi nə Afiq gəlməmiş, nə də vəsiqəni qaytarmamışdır. Zərərçəkmiş şəxsləri Fərhada görə tanımışdır, Cavidi isə Məhəmmədə görə tanımışdır. Onun anası əməliyyat olunduqda Cavid ona 6000 manat köməklik etmiş, qalan məbləği isə rəssamlıq avadanlıqlarının alğı-satqısı ilə bağlı olmuşdur. O, zərərçəkmiş şəxslərdən aldığı pulları hissə-hissə qaytaracağını bildirsə də ilk öncə Cavid razı olmamış, şikayət etmişdir, daha sonra digərləri şikayət etmişdir. Cavidə olan 27875 manatdan 3600 manat ödəniş etmiş, qalanı qalmışdır. Məhəmməddən də alğı-satqı ilə əlaqədar 20000 manata yaxın pul almış, 1800, 1100, 200, 300 manat olmaqla ödənişlər etmiş, hazırda ona ümumilikdə 16700 manat borcu vardır. Fərhadı mühafizə işinə düzəltmək üçün 1400 manat pul almış onu qaytarmışdır, alğı-satqı ilə bağlı ona 3700 manat borcu vardır. Zərərçəkmiş şəxs4 ilə bağlı hissədə verilən ittihamla tam razıdır, ona 2600 manat borcu vardır, həmin pulu qaytarmamışdır. Həmin pulu ittihamda qeyd olunan səbəbdən deyil, borca almışdır. Zərərçəkmiş şəxs6 onu təmizlik nəzarətçisi işinə düzəltmək üçün 1440 manat pul almış, dörd gün sonra Afiq ona zəng edərək pulu qaytarmasını istəmişdir. Zərərçəkmiş şəxs5lə bağlı hissədə də verilən ittihamla razıdır, onun hissəsində qeyd edilənlər hamısı doğrudur. Azadxan ona rəssam avadanlıqlarının, antik əşyaların alışverişi ilə bağlı 10000 manat pul vermişdir, həmin pulu qaytarmamışdır. Hal-hazırda bütün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Əməlindən peşmandır, himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 2022-ci ilin iyul ayında Daşkəsən rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi təlimdə Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Fərhadla ünsiyyət zamanı rəsm avadanlıqlarının alqı-satqısı ilə məşğul olduğunu, Rusiya Federasiyasından qızılı rəngli falqaları gətirib Bakı şəhərində olan müştərilərinə satdığını bildirmişdir. Hərbi təlimdən qayıtdıqdan sonra Fərhadla telefon vasitəsilə əlaqə saxlayaraq sonuncuya əmisinin Xəzər mühafizə şirkətində işlədiyini, onu mühafizəçi kimi işə düzəldə biləcəyini söyləmişdir. O, Fərhadla Yasamal rayonu ərazisində yerləşən çayxanalardan birində görüşmüş, həmin vaxt Fərhadın yanında həmkəndlisi Məhəmməd və qohumu Cəlal olmuşdur. O, Fərhadla söhbət zamanı sonuncunu "xxxx" MMC-yə Xəzər mühafizə şirkətində növbə rəisi işləyən əmisi vasitəsilə mühafizəçi kimi işə düzəldəcəyini, əvəzində isə 1800 manat pul lazım olmasını söyləmişdir. O. Fərhadla danışıq zamanı Fərhadın 900 manat maaş alacağını söyləmişdir. Fərhad onunla dərhal razılaşmış və evdə pul məsələsini həll edib ona zəng vuracağını söyləmişdir. Avqust ayının əvvəllərində daha dəqiq desə 01 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək olan müddət ərzində Fərhad onun «leobank» kartına 1800 manat pul ödəmişdir. O, Fərhada sentyabr ayı ərzində iş məsələsinin həll olunacağını bildirmişdir. Fərhad onunla sentyabr ayında telefon əlaqəsi saxlamış və işinin nə yerdə olmasını soruşduqda, sonuncuya əmisinin Türkiyədə olmasını bildirib, işinin yubanacağını söyləmişdir. Təxminən 20 gün sonra Fərhad onunla telefon əlaqəsi saxlayıb işinin nə yerdə olduğunu soruşmuşdur. O, Fərhada işinin alınmadığını demişdir. Fərhad işinin alınmayacağı halda pulu qaytarmağını xahiş etmiş, o, Fərhaddan aldığı 1800 manat pulun 1500 manat olan hissəsini 2022-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayına qədər müddət ərzində qaytarmışdır. Həmçinin, o, Fərhada mühafizə işi düzələnə qədər Rusiya Federasiyasından qızıl falqalar gətirdiyini, bunun üçün pul lazım olduğunu, ilkin olaraq 2000-3000 manat pulla ayda 900 manat pul əldə edəcəyini söyləmişdir. Fərhad ona əvvəlcə pulunun olmadığını bildirmiş, sonra həmin gün axşam saatlarında Fərhad ona zəng edərək bacısının qızıllarını lombarda girov olaraq qoyacağını, ona 2000 manat pul verəcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində xatırlamadığı gündə və saatda o, Fərhadla Sumqayıt şəhərində görüşüb sonuncudan 2000 manat pul almışdır. Əlavə olaraq Fərhad onun «Leobank» kartına sentyabr ayı ərzində hissə-hissə olmaqla cəmi 1565 manat pul köçürmüşdür. Əlavə olaraq xx.xx.2023-cü il tarixdə Fərhadla telefonla əlaqə saxlayaraq bonus kartında 10000 manat pul olduğunu karta 300 manat ödəniş olarsa kartın açılacağını bildirmişdir. Fərhad onun Leobank kartına 300 manat pul köçürmüşdür. xx.xx.2023-cü il tarixdə o, Fərhada telefonla zəng edərək Goranboy rayonuna gedib onun üçün pul götürəcəyini, yol pulunun olmadığını, ona 100 manat pul göndərməsini xahiş etmişdir. Fərhad onun «Leobank» kartına 100 manat pul köçürmüşdür. xx.xx.2023-cü il tarixdə Fərhadla zəngləşərək pulunu qaytarmaq üçün Gəncəyə getməli olduğunu, yol pulu üçün 80 manat lazım olduğunu bildirmişdir. Sonra Fərhadla xx.xx.2023-cü il tarixdə zəngləşərək Zaqulbaya gedəcəyini və ona yol pulu olaraq 30 manat pul lazım olduğunu bildirmişdir. Fərhad yenə onun «Leobank» kartına 30 manat pul göndərmişdir. Əslində isə Fərhadın ona Goranboya, Gəncəyə, Zaqulbaya getmək üçün verdiyi pulları öz şəxsi xərcləri üçün istifadə edib Fərhadı aldatmışdır. Həmçinin, əmisinin yalan olaraq mühafizə şirkətində növbə rəisi işlədiyini yalan olaraq deyib Fərhaddan 1800 manat pulu alıb şəxsi xərcləri üçün istifadə etmişdir. 3565 manat pulu Rusiya Federasiyasından qızıl falqa alıb Azərbaycan Respublikasında satmaq üçün Rusiya Federasiyasında olan tanışı Damir Zaxarov adlı şəxsin hesabına «Siberbank» karlı vasitəsilə sonuncunun hesabına göndərmişdir. Bundan başqa, Məhəmməd adlı şəxslə tanışlığı Fərhad vasitəsilə yaranmışdır. Fərhadla 2022-ci ilin iyul ayının sonlarında Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində Fərhadla görüşərkən Məhəmməd də onunla birgə gəlmişdir. O, çayxanada gördüyü işlə bağlı danışdıqda həmin iş Məhəmməddə maraq yaratmışdır. Bundan bir neçə gün sonra Fərhadla qonaq kimi Məhəmmədin Alatava qəsəbəsində yaşadığı evə getmişlər. Məhəmməd onunla ticarət barədə maraqlanmış və qərara gəlmişdir ki, maaşını aldıqdan sonra həmin pula ticarət etsin. 2022-ci ilin avqust ayının 5-də Məhəmməd maaşını alıb 1200 manat məbləğində pulu onun «Leobank» bank kartına köçürmüşdür. Pulu köçürərkən Məhəmməd ona avqust ayının 10-da kredit ödənişinin vaxtı olmasını, heç olmasa ona 900 manat pul verməsini xahiş etmişdir. O, onunla razılaşmışdır. 2022-ci ilin avqust ayının 9-da qızılı falqalara satmışdır. Avqust ayının 9-da 900 manat pulu Yasamal rayonunda yerləşən Bravo marketdən Məhəmmədin “Leobank” kartına köçürmüşdür. 1200 manat pulu isə maya kimi əlində saxlamışdır. Avqust ayının 10-da o, Cəlaldan 1500 manat borc pul istəmişdir. Cəlal pulunun olmadığını bildirmişdir. Sonra o, Məhəmməd və Cəlalın yanında olarkən xalasından borc pul istəmişdir. Xalası pulunun olmadığını bildirib, ona borc verməkdən imtina elmişdir. Bu zaman Məhəmməd ondan nə problemi olduğunu soruşmuşdur. O, Məhəmmədə sifariş olduğunu, pul lazım olduğunu bildirmişdir. Məhəmməd xalası oğlu Cavidlə əlaqə saxlayaraq sonuncudan borc pul istəmişdir. Cavid Məhəmmədin kart hesabına 1500 manat pul göndərmişdir. Məhəmməd isə həmin pulu onun “Leobank" kartına göndərmişdir. Bundan bir gün sonra o, Məhəmmədlə Yasamal rayonunda “Asan Xidməf'in qarşısında görüşüb sonuncudan 2000 manat pul almışdır. Dörd gündən sonra o, Məhəmmədlə Yasamal rayonunda “Adana Lahmacun"da görüşüb sonuncuya xeyir olaraq 1900 manal pul vermişdir. 15 avqust 2022-ci il larixdə Məhəmməd onu xalası oğlu Cavidlə “Gənclik Mall”da görüşdürmüşdür. Cavid orada qızıl falqa ticarətinə qoşulmağa qərar vermişdir. Beləliklə, o, Məhəmməddən 2022-ci ilin avqust ayının əvvəllərindən oktyabr ayının sonlarınadək 22180 manat pul almış və həmin pulun 5400 manal məbləğində olan hissəsini qaytarmışdır. Bundan başqa, Cavid adlı şəxslə sonuncunun xalası oğlu Məhəmməd vasitəsilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasından Azərbaycan Respublikasına boya gəlirməklə satışını həyata keçirib qazanc əldə edəcəklərinə dair vəd verib 15 avqust 2022-ci il larixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzində 4200 (dörd min iki yüz) manat, həmin larixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 4 nömrəli evin qarşısında 3300 (üç min üç yüz) manat, 16 avqust 2022-ci il larixdə “Nərimanov" metrostansiyasının yaxınlığında yerləşən parkda 1200 (bir min iki yüz) manat, 17 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 4 nömrəli evin yaxınlığındakı pul terminalından tanışının kart hesabına köçürmə vasitəsilə 3300 (üç min üç yüz) manal, 18 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Bursa" restoranının yaxınlığında 5000 (beş min) manat, 23 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Respublika xəstəxanası’nın qarşısında 900 (doqquz yüz) manal. 24 avqusl 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 4 nömrəli evin 141 nömrəli mənzilində istifadəsində olan kart hesabından Reyhanə Əsgərovanın kart hesabına köçürmə vasitəsilə 5304 (beş min üç yüz dörd) manat, 25 avqust 2022-ci il larixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Bursa" restoranında istifadəsində olan kart hesabından onun kart hesabına köçürmə vasitəsilə 4080 (dörd min səksən) manat, 27 avqust 2022-ci il larixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 4 nömrəli evin 141 nömrəli mənzilində istifadəsində olan kart hesabından onun kart hesabına köçürmə vasitəsilə 591 (beş yüz doxsan bir) manat 60 (altmış) qəpik olmaqla, cəmi 27875 (iyirmi yeddi min səkkiz yüz yelmiş beş) manat 60 (altmış) qəpik pul almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 ilə uzaq qohumdur. 2023-cü ilin yay aylarında qohumu Samirənin yanına Bakı şəhər Nəsimi rayonu “Kubinka” adlanan ərazidə yerləşən evinə baş çəkmək üçün getmişdir. Həmin vaxt Samirə ilə söhbətləşən zaman maddi vəziyyətinin yaxşı olmadığından gileylənmişdir. O. Samirəyə yalan vəd verərək qızı Məsməni Alov qüllələrinə işçi kimi işə düzəldə biləcəyini söyləmişdir. Bunun əvəzində isə pul lazım olacağını söyləmişdir. Samirə onunla razılaşmışdır. Ona 3 dəfəyə 300, 400, 300 manal olmaqla pul vermişdir. 2023-cü ilin avqust ayından sentyabr ayının 31-dək onun şəxsi ehtiyacları olduğundan Samirəni aldadaraq müxtəlif bəhanələrlə 2600 manat pul almışdır. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 31-də o, Samirənin yaşadığı evə gedərək qızı İlqarəyə dırnaq düzəltmə alətləri almaq adı ilə və oğlu Muhammedə “Play Station” 4 almaq adı ilə müvafiq olaraq 150 və 129 manat pul almışdır. Bundan başqa, 2022-ci ilin avqust-sentyabr aylarında Fərhad vasitəsilə Azadxanla tanış olmuşdur. O, Azadxan, Fərhad və Fərhadın qohumu Cəlalla birlikdə ll.Z.Tağıyev qəsəbəsində kafelərdən birində çay içib söhbətləşmişlər. Azadxana Rusiya Federasiyasından qızıl falqa gətirib respublika ərazisində saldığını və qazanc əldə eldiyini, onu da qoşulmağa dəvət elmişdir. Azadxan ona hələlik pul olmadığını, lakin təklifini fikirləşəcəyini demişdir. Onlar bir-birləri ilə əlaqə saxlamaq üçün mobil nömrələrini götürmüşlər. Təxminən bir həftə sonra 2022-ci ilin sentyabr ayının ortalarında o, Azadxana zəng edib pul tapa bilib-bilmədiyini demişdir. Azadxan ona kredit götürmək istədiyini demişdir. Onlar Sumqayıt şəhərində görüşmüşlər. Azadxan Sumqayıt şəhərində banklara müraciət elmiş, lakin mənfi cavab almışdır. Onlar Sumqayıt şəhərindən taksi ilə Şabran şəhərinə getmişlər. Azadxan“ABB” bankın filialına kreditlə bağlı müraciət etmişdir. Lakin, Azadxan həmin bankdan da kredit ala bilməmişdir. Şabran şəhərində o, Azadxandan 1000 manat pul almış və qızıl falqa alıb-satacağını bildirmişdir. Sonrakı vaxtlarda isə o, Azadxandan müxtəlif bəhanələr gətirərək yenidən pul almışdır. Azadxan ondan pulu tələb etdikdə müxtəlif bəhanələrlə sonuncunu aldatmış və yalan olaraq pulu qaytaracağını demişdir. Sonuncu dəfə isə 2024-cü ilin əvvəllərində Azadxana yalan olaraq işinin olduğunu, iş götürdüyünü deyib Azadxandan ona yol pulu olaraq pul göndərməsini xahiş etmişdir. Azadxan həmin pulları onun “Leobank” hesabına göndərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 iş yoldaşı olan Fəzail adlı şəxsin vasitəsi ilə tanımışdır. Fəzail ona bildirmişdir ki, bacısı qızı Xırdalan şəhərində kirayədə qaldığı evin sahibinin cavan bir oğlu vardır, iş axtarır. O, Fəzailə demişdir ki, o, yolunu bilir və həmin uşağı "xxxx" şirkətində işə düzəldə bilər. Bundan sonra onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna hazırda xatırlamadığı mobil telefondan zəng edən şəxs ona özünü Zərərçəkmiş şəxs6 kimi təqdim elmiş və ona nömrəsini Fəza i İdən aldığını bildirmişdir. O, həmin tarixi tam dəqiq xatırlamır, lakin 2023-cü ilin dekabr ayında olmuşdur. Onlar vaxt müəyyən edib həmin gün Xırdalan şəhərində görüşmüşlər. Həmin yerə Afiq öz oğlu, hansı ki. işə düzəltmək istədiyi oğlu Nahidlə birlikdə gəlmişlər. Onlar orada bir qədər söhbət etdikdən sonra o, onların yanında daha əvvəllər nömrəsini ona verən Orxan adlı şəxsin ona verdiyi Rusiya Federasiyasına məxsus olan mobil telefon nömrəsi ilə Vatsap sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs ona bildirmişdir ki, 1000 manat müqabilində həmin işi düzəldə bilər. Onlar bildirmişlər ki, işə düzələn şəxs əvvəlcə həkim müayinələrindən keçməli və sağlamlıq haqqında arayış almalıdır. Bunun üçün təxminən 270 manat ödəniş etməlidir. Bundan sonra Afiqə vəziyyəti izah etmiş, Afiq onunla razılaşmışdır. Həmin vaxt Afiq ona 270 manat pulu orda əlbə-əl vermişdir. Bundan sonra Afiq oradan duraraq Füzuli rayonuna qayıtdığını bildirmiş, sonra demişdir ki, 1000 manat pulun hamısını bir dəfəyə deyil rayona çatan kimi 500 manatını göndərəcəkdir. Daha sonra onlar telefonla danışmışlar, o, özünə məxsus olan “Leobank”a aid 4098-5844-6463- 4946 nömrəli plastik kartın şəklini Vatsap sosial şəbəkəsində Afiqin hazırda xatırlamadığı telefon nömrəsinə göndərmişdir. Həmin gün Afiq onun kartına 500 manal pul göndərmiş və o, həmin pulu Xırdalan şəhəri ərazisindəki bankomatdan çıxartmışdır. Bundan təxminən iki gün sonra Afiqə zəng edərək qalan pulu da istəmiş, yəni 1000 manat pulun qalan 500 manatını, Afiq onun həmin kartına 300 bir, 200 bir olmaqla ümumilikdə 500 manat pul göndərmişdir. O. həmin pulları səhv etmirsə İçəri şəhər metrostansiyasının çıxışındakı bankomatdan çıxarmışdır. Bundan sonra onun danışdığı şəxs yəni Rusiya Federasiyasına məxsus olan mobil telefon nömrəsi ilə Vatsap sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı özünü ona Orxan adı ilə təqdim edən şəxsə Afiqin ona verdiyi 1000 manal pulu Kubinka adlanan ərazidə görüşüb vermişdir. Həmin şəxs ona bildirmişdir ki, işə düzələn şəxs notarial qaydada təsdiq edilməklə tərcümeyi-hal almalıdır və onun da xərci 165 manatdır. O, bu barədə Afiqə və oğlu Nahidə məlumat vermişdir. Afiq onun kartına 170 manat pul göndərmişdir. O, həmin pulu səhv etmirsə, İnşaatçılar metrostansiyasının yanından çıxarmış və həmin pulu da, Orxan adı ilə tanıdığı şəxsə vermişdir. Bundan sonra onu Yaşma adlanan ərazidə yerləşən hərbi hissəyə təlimə çağırmışlar və o, gedib 11 gün qaldıqdan sonra geri qayıdandan sonra Orxanın ona verdiyi telefon nömrəsinə zəng çatmamış və onunla görüşdüyü ərazi, yəni Kubinka söküldüyü üçün həmin şəxsi tapa bilməmişdir. Afiq və oğlu Nahid isə mütəmadi olaraq ona zəng edir, evlərinə gəlir, ondan pulunu istəyir. Lakın o, vəziyyəti izah etsə də, Afiq ondan polisə şikayət edəcəyini bildirmiş və ona məlum olmuşdur ki, Afiq barəsində Füzuli rayon Polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, telefon vasitəsilə Rusiyada olan tanışı Damir Zaxarova telefon proqramı ilə “Siberbank” vasitəsilə pul göndərmişdir. Damir qızılı falqaları Bakı gələn sərnişinlərdən xahiş edərək ona göndərmişdir. Buna görə də o, hər hansı gömrük bəyannaməsi etməmişdir. O, əməliyyatları İ phone 6 markalı mobil telefonu ilə etmişdir. Həmin telefon qeydiyyatdan keçmədiyinə görə formal olunmuş və o, həmin telefonu 2022-ci ilin sentyabr aylarında həmin telefonu 25 manata salmışdır. Buna görə də o, həmin əməliyyatları və sənədləri təqdim edə bilməyəcək. Qızılı falqa saldığı adamların artıq adlarını yaddan çıxarmışdır. Hadisəni olduğu kimi danışmış, səhvini anlayır, dərk edir ki, həmin pulun Afiqə qaytarılması onun borcudur. Bunu o, qaytarmalıdır. Sadəcə Orxan adlı şəxsi o, Bakı şəhərində fərdi olaraq rəssam kimi işləyərkən onun yanına təsadüfən gəlib, özünü ona Orxan adı ilə təqdim etmiş və o, hazırda xatırlamadığı Rusiya Federasiyasına məxsus olan mobil telefon nömrəsini vermişdir. Onun marağı isə həmin işdə 100 manal olmuş, çünki Orxan həmin puldan 100 manal vermişdir. Fəzailin Afiqlə onun arasında olan danışıqlarda Fəzail iştirak etməmiş, Fəzailin bu danışıqlardan məlumatı olmamışdır. O, Fəzailə həmin puldan heç bir manal olsun belə verməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Fərhad vasitəsiylə tanımışdır. Əliövsət Fərhadı işə düzəldəcəkdi, bununla bağlı görüşüb söhbət etmişlər, Əliövsət ondan 1800 manat pul istəmiş, Fərhad da hissə-hissə həmin pulu ona göndərmişdir. Daha sonra söhbət zamanı Əliövsət alqı-satqı ilə məşğul olduğunu bildirmiş və uyundursa onun da bu işə qoşulmasını təklif etmişdir. Bundan sonra o, Əliövsətə telefonla birlikdə, ümumilikdə 29560 manat pul vermişdir. Həmin pulun 25000 manatı nağd şəklində verilmiş, qalan məbləğə isə iki telefon götürmüş, telefonun qiyməti biri 1460 manat, digəri 2800-2900 manata yaxın məbləğdə, ümumilikdə 4560 manata yaxın olmuşdur. Əliövsət ona telefonları kreditə götürməsini, pulunu özü ödəyəcəyini demiş, lakin krediti Əliövsət deyil, özü ödəmişdir. Ona dəymiş 29560 manat ziyandan Əliövsət ona cəmi 4000 manata yaxın pul ödəmiş, qalanı qalmışdır. Əliövsət istintaq zamanı ittihamda qeyd olunan məbləği qəbul etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib. Təqsirləndirilən şəxsin həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızını işə düzəltmək adı ilə hissə-hissə ondan 2590 manat pul almışdır, ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib və şikayətçidir. Təqsirləndirilən şəxsin həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hərbi toplanışda tanımış, Əliövsət ondan işləyib-işləməməsini soruşmuş, onu işə düzəltməyi təklif etmişdir. Daha sonra görüşmüşlər, dayısı oğlu Məhəmmədlə birlikdə getmişdir. Ondan 1800 manat pul istəmiş, razılaşmışlar. Bundan sonra Əliövsət falqa söhbətini açmışdır. Evə gəldikdən sonra Məhəmmədlə danışmışlar, o, Əliövsəti hələ tanımadığını, ona o məbləğdə pul verə bilməyəcəyini demişdir, bu söhbətdən sonra rayona getmiş, Məhəmmədlə danışdıqda Məhəmməd onunla alğı-satqı etdiyini bildirmiş, o da buna görə inanmışdır. Evə gəldikdən sonra qızılları lombarda qoymuş, bütün pulu Əliövsətə vermişdir. O, işə düzəltməyə görə Əliövsətə 1400 manat, 300 manat, 100 manat olmaqla ümumilikdə 1800 manat pul vermişdir. Həmin məbləğdən 1400 manatı ona ödənilmiş, 400 manat qalmışdır. Alqı-satqı ilə bağlı isə hissə-hissə olmaqla ona 4075 manat pul vermişdir, həmin məbləğdən ödəniş olmamışdır. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmir və niyyəti yoxdur. Təqsirləndirilən şəxsin həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. Şirkətdə kadrlar üzrə mütəxəssis vəzifəsində işləyirdi, Fərhad da onun iş yoldaşı olmuşdur. Fərhadı hərbi toplanışa çağırmışlar, bir aydan sonra gəldikdə işdən çıxmış, daha yaxşı iş tapdığını bildirmişdir. O, Fərhadla çox maarifləndirici söhbət aparsa da, xeyri olmamışdır. Fərhad bir şəxslə tanış olduğunu, onunla iş quracağını demişdir. Digər şəxslərə də təklif etmiş, ən sonuncu pul verən şəxs o olmuşdur. Belə ki, bir gün o, Fərhad Əliövsət və başqa digər şəxslər görüşüb söhbət etmişlər, bir-birilərinə telefon nömrələri vermişlər. Əliövsət ona pul verməsini, onun adına maı vuracağını bildirmişdir. O, bir az yubadmışdır ki, digər şəxslərin xeyir götürüb-götürməyəcəyini görsün. Daha sonra eşitmişdir ki, digər şəxslərdən həmin işdən pul qazanan olmuşdur. Görüşdükləri gündən bir həftə, on gün sonra Əliövsət özü ona zəng edərək pul verməsini, onun adına mal vuracağını demiş, o da banklara müraciət etmiş, kreditə pul götürə bilməmiş, taksi ilə Şabrana getmişlər, Əliövsət onun atası ilə də tanış olmuş, atası kartından 1000 manat pul çıxarıb ona vermişdir. O, bir qədər gözləmiş, daha sonra Əliövsətə zəng edərək işin nə yerdə qaldığını soruşmuş, Əliövsət ona işin batdığını, ziyanda olduğunu, onun pulunu qaytaracağını demişdir, bundan sonra 7 ay keçmiş, 2023-cü ilin mart ayında həm Əliövsətin özü, həm də anası onunla danışmış, daha sonra Əliövsət başqa bizneslə məşğul olacağını, saxsı qablar alıb satacağını demişdir. Ona kartında 10000 manat pul olduğunu, həmin karta pul göndərməsini, kart aktivləşdikdən sonra onun pulunu qaytaracağını demişdir. Əliövsətin anası da ondan Əliövsətə pul verməsini xahiş etmiş, dəfələrlə ona pul göndərmişdir. Əliövsətə ümumilikdə 10000 manat pul vermişdir. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Əliövsət müxtəlif bəhanələrlə ondan pul almış, bunu aşkar etdikdə ona polisə şikayət edəcəyini demiş, evinə də getmiş, Əliövsətin valideynləri də yazılı şəkildə təsdiqləmişlər ki, Əliövsətin ona 27680 manat borcu vardır, iki həftə ərzində qaytaracaqlar. Daha sonra telefonu açmamışlar, yalan vədlər vermişlər, bundan sonra o da polisə müraciət etmişdir, cinayət işi açılmışdır, bir müddətdən sonra ona 3800 manat pulu ödəmiş, qalan hissəsini də evini satacağını və ödəyəcəyini demişdir. Daha sonra digər şəxslər də şikayət etmişdir. O vaxtdan Əliövsətlə əlaqəsi olmamış, ona yalnız polislə danışmasını bildirmişdir. Əliövsət Rusiyadan mal gətirmək adı ilə ondan pul almışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmir və niyyəti yoxdur, şikayətçidir. Təqsirləndirilən şəxsin həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uşağını işə düzəltmək məqsədi ilə müxtəlif vaxtlarda ondan pul almışdır. Daha sonra onun iş görmədiyini müəyyən etdikdən sonra pulunu geri istəmişdir, pulu almaq üçün onun evinə getmiş, valideynləri ilə də görüşmüş və pulu qaytaracaqlarını demişlər, anası şəxsiyyət vəsiqəsini də ona vermişdir. Lakin pulu qaytarmamışlar, vəsiqə də onda qalmışdır. Bir müddətdən sonra polisə şikayət etmişdir. Əliövsətə ümumilikdə 1440 manat pul vermişdir, ona dəymiş ziyandan heç bir məbləğdə ödəniş olmamışdır. Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki,ona dəymiş ziyan ödənilməyib, şikayətçidir. Təqsirləndirilən şəxsin həbs olunmasını xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs könüllü olaraq gəldiyindən cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verildiyindən cinayət işi üzrə icraat təzələnmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam eldirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi altında davam eldirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunmaqla ibtidai istintaq aparılmışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmiş, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə ona yeni məzmunda ittiham elan edilmişdir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunmaqla ibtidai istintaqı aparılmışdır. - xx.xx.2022-ci il tarixli “maddi ziyanın könüllü ödənilməsi üçün təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi məqsədilə 100 manatlıq əsginaslarla istintaqa təqdim edilmiş 3.300 (üç min üç yüz) manat pul vəsaitini ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 409 nömrəli xidməti otağında X1 təqdim edildi. - xx.xx.2023-cü il tarixli “maddi ziyanın könüllü ödənilməsi üçün təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi məqsədilə 50 və 100 manatlıq əsginaslarla istintaqa təqdim edilmiş 500 (beş yüz) manat pul vəsaitini ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 409 nömrəli xidməti otağında X1 təqdim edildi. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Nizami RPİ-nin MSY-nə təqdim edilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Nizami RPİ-nin MSY-nə təqdim edilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-383/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavələr edilməklə ona həmin maddələrlə yeni məzmunda yenidən ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə keçirilmişdir. - Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri ərazisində saxlanılaraq Füzuli rayon Polis Şöbəsinə gətirilmiş və cinayət işi üzrə icraat təzələnmiş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” -143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” - 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dair epizod üzrə verilən ittihamla qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki: - Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir, ona görə ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 07 (yeddi) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 900/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 1802/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 07 (yeddi) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar