Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-123/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şamış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-17/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-309/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanaqla qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə üzərində 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvvəlcədən razılaşmaları əsasında Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldəcəyini vəd verməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 ona 2022-ci ilin fevral ayında 700 manat, mart ayında 1300 manat və iyun ayında 2000 manat pul vermiş, 2022ci ilin iyul ayında Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Zığ kafesinin yanındakı Almarket adlı dükanın içərisində olan Emanat adlı ödəniş terminalı vasitəsilə onun təqdim etdiyi istintaqa məlum olmayan karta ilk dəfə 300 manat, 2 gün sonra isə 120 manat pul köçürmüş, lakin o, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4420 manat maddi ziyan vuraraq öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər X2 İdarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbə rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvvəlcədən razılaşmaları əsasında Zərərçəkmiş şəxs2 qızı Şahid2 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldəcəyini vəd verməsi ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon 35B nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs2 ona 2023-cü ilin may ayının ortalarında 1.000 manat, 2023-cü ilin may ayının sonlarında 1.000 manat, 2023-cü ilin iyun ayının əvvəllərində 2.500 manat pul vermiş, onun təqdim etdiyi Şahid5 qızma məxsus "xxxx" ASC-nin **********903294 nömrəli kartına 24 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Araz” marketdəki ödəniş terminalından 500 manat pul köçürmüş, lakin o, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 5.000 manat maddi ziyan vuraraq təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər X2 İdarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbə rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvvəlcədən razılaşmaları əsasında Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldəcəyini vəd verməsi ilə 2023-cü ilin iyul-oktyabr ayları ərzində Zərərçəkmiş şəxs3 onun təqdim etdiyi istintaqa məlum olmayan müxtəlif bank kartlarına ödəniş terminalları vasitəsilə hissə-hissə olmaqla ümumilikdə 1170 manat pul köçürmüş, lakin o, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3 1.170 manat maddi ziyan vuraraq təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər X2 İdarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbə rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvvəlcədən razılaşmaları əsasında Zərərçəkmiş şəxs4 qardaşı oğlu Şahid4 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına vəd verməsi ilə Zərərçəkmiş şəxs4 onun təqdim etdiyi özünə məxsus "xxxx" ASC-nin **********6052605 nömrəli kartına 16 oktyabr 2023-cü il tarixdə 3.000 manat, 18 oktyabr 2023-cü il tarixdə 1500 manat, 1 noyabr 2023-cü il tarixdə 500 manat pul köçürmüş, həmçinin, ona 20 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri Karvan ticarət mərkəzinin qarşısında 500 manat, 4 noyabr 2023cü il tarixdə həmin yerdə 500 manat, 2023-cü ilin noyabr ayında həmin yerdə 2.000 manat, Sumqayıt Gömrük idarəsinin qarşısında 2.000 manat, Sumqayıt Regional Qeydiyyat- İmtahan və Texniki baxış şöbəsinin arxasında 3.000 manat pul vermiş, lakin o, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs4 13.100 manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə aprel döyüşlərdə müddətli həqiqi hərbi xidmət keçən əsgər kimi iştirak etmişdir. 28 sentyabr 2020-ci ildən 28 dekabr 2020-ci il tarixədək özünün könüllü müraciəti əsasında “Vətən müharibə”sində iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunamsına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 01 oktyabr 2021-ci ildən 05 may 2023-cü ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin inspektoru, 5 may 2023-cü ildən 11 dekabr 2023-cü ilədək Sumqayıt şəhər X2 idarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbə rəisinin köməkçisi vəzifəsində daxili xidmət leytenantı rütbəsində xidmət etmişdir. 11 dekabr 2023-cü il tarixdə öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. O, Zərərçəkmiş şəxs1la “Vətən müharibəsi”ndə iştirak edən zaman tanış olmuş və onunla münasibəti davam etmişdir. O, Zərərçəkmiş şəxs1 Fövqaladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəltməyi vəd edərək ondan 2022ci ilin fevral-iyul ayları ərzində Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin inzibati binasının qarşısında 700 manat, 1300 manat və 2000 manat pul almışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs1 kartına işlə bağlı 300 və 120 manat köçürməyi bildirmiş və sonuncu onun kartına 420 manat pul atmışdır. O, Ümiddən ümumilikdə 4420 manat pul almışdır. Həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Əslində onun məqsədi Zərərçəkmiş şəxs1 işə düzəltmək yox, əvvəlcədən onun pulunu ələ keçirmək olmuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxs1 onu aldatdığını başa düşmüş, ondan və atasından veridyi pulu geri qaytarmasını tələb etmişdir. Ona görə atası Zərərçəkmiş şəxs1 1000-1200 manat pul qaytarmışdır. Bundan başqa, qonşusu taksi sürücüsü Şirvanın vasitəsilə tanış olduğu qudası Zərərçəkmiş şəxs2 onun qızı Şahid2 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldilməsini vəd edərək 2023-cü ilin may-iyun aylarında Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla 5.000 manat pul almışdır. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 onu aldatdığını başa düşdükdən sonra onun və atasının yaşadığı ünvana gəlmişlər. Atası onlara 2100 manat pul qaytarmışdır. Bundan başqa 2023-cü ilin iyul-oktyabr ayları ərzində Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəltmək adı ilə aldatmiş və sonuncudan onun kartına pul göndərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 da həmin müddətdə onun kartına hissə-hissə olmaqla 1170 manat pul göndərmişdir. O, həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs3 işinin düzəlmədiyini görüb onu aldatdığını başa düşmüşdür. Bundan başqa 2023-cü ilin oktyabr-noyabr aylarında Zərərçəkmiş şəxs4 qardaşı oğlu Şahid4 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldəcəyini vəd edərək 13100 manat pul almışdır. Həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Sonradan Şahid4 işə düzəltmədiyi üçün onları da aldatdığını başa düşmüşdür. O da Zərərçəkmiş şəxs4 1000 manat pul qaytarmışdır. O, dələduzluq cinayətlərini tək törətmidir. Onun mayor Rüstəmov kimi təqdim etdiyi şəxs yoxdur, onlara verdiyi telefon nömrəsi də ona məxsusdur, həmin telefon nömrəsi ilə özü Məhəbbətlə danışmışdır. Məhəbbətə həmin kartı da özü göndərmişdir. Qeyd etdiyi kimi həmin pulları özünə götürmüş, heç kim ona kömək etməmişdir. Şahid2, Şahid4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldilməsi ilə əlaqədar heç bir şəxsə və quruma müraciət etməmişdir. Onlardan aldığı pulları heç kimə verməmişdir. O, onlara özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmiş və onlarla görüşməyə xidməti geyim formasında da getmişdir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin inspektor və Sumqayıt şəhər X2 idarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbə rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə şəxslərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə qəbulu ilə bağlı hər hansı səlahiyyəti olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, qismən ödəniş etməsini, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, evli olmaqla iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltməyi vəd etmişdir. Təqsirləndirilən şəxs vəd etdiyi işə düzəltmək üçün işlədiyi "xxxx" QSC-nə məxsus yanacaq doldurma məntəqəsindən işdən çıxmasını demişdir. Buna görə o da 2022-ci ilin yanvar ayında işdən çıxmışdır. Bundan sonra 2022-ci ilin fevral ayında atası Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs ilə Suraxanı dairəsi adlanan ərazidə "xxxx" ASC-nin filialı ilə üzbəüz yerləşən FHN-nin inzibati binasının qarşısında görüşmüşlər. O, Nahidə işə düzəlməsi üçün ilkin olaraq 700 manat pul vermişdir. Daha sonra 2022-ci ilin mart ayında yenidən həmin yerdə Nahidlə görüşərək ona 1300 manat pul vermişdir. 2022-ci ilin iyun ayında Nahid artıq onun işə düzəlməsinə az qaldığını demiş və yekun olaraq daha 2000 manat pul verməyin lazım olduğunu bildirmişdir. O da yenə həmin yerdə görüşüb Nahidə 2.000 manat pul vermişdir. Bundan sonra Nahid onun tibb komissiyasından keçməsi üçün 2022-ci ilin iyul ayında 300 manat pul istəmişdir. Buna görə də o, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Zığ kafesinin yanındakı “Almarket”in içərisində olan “Emanat” terminalı vasitəsilə 300 manat pulu Nahidin ona göndərdiyi karta köçürmüşdür. İki gün sonra Nahid onun işə qəbul sənədlərini həll edən kadr işçisinə 120 manat pul verməli olduğunu bildirmişdir. O da “Almarket”də olan “Emanat” ödəniş terminalı vasitəsilə Nahidin ona təqdim etdiyi hazırda xatırlamadığı kart nömrəsinə 120 manat pul köçürmüşdür. Bundan sonra isə Nahid və atası ona iki dəfə 200, bir dəfə 400 manat olmaqla 800 manat pul qaytarmışdır. O, Təqsirləndirilən şəxs ümumilikdə onu işə düzəltməsi üçün 4420 manat pul vermiş və Nahid isə həmmin puldan 800 manatı geri qaytarmışdır. O, uzun müddət keçdiyi üçün ödəniş terminalı vasitəsilə etdiyi ödənişlərin qəbzlərini saxlamamışdır. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun qudası Şahid3 öz fərdi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Nahid Şirvanın mütəmadi müştərisi olmuşdur. Söhbət əsnasında Nahid Şahid3 Fövqəladə Hallar Nazirliyində işlədiyini, Fövqəladə Hallar nazirinin göstərişi ilə nazirliyin Sumqayıt şəhərində yerləşən qurumları üçün işə qəbul elan edildiyini, əgər qohum və tanışları arasında işə qəbul olmaq istəyən olsa, həmin şəxsi işə düzəltməyə köməklik edəcəyini bildirmişdir. Şirvan ona Nahidin dediklərini çatdırmışdır. Qızı Şamama işsiz olduğu üçün o da Şamamanı Nahidin vasitəsilə işə düzəltmək qərarına gəlmişdir. Bu məqsədlə Şahid3la birlikdə 2023-cü ilin aprel ayının sonlarında Nahidin yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 35B nömrəli binanın yanında Nahidlə görüşmüşdür. Həmin vaxt Nahid ona özünü Fövqəladə Hallar Nazirliyinin vəzifəli və rütbəli şəxsi kimi təqdim etmiş və müharibə veteranı olduğunu bildirmişdir. Nahid ona veteran olduğu üçün işə qəbul limitinin olduğunu, əgər istəsə pulsuz da işə düzəldə biləcəyini, lakin Fövqəladə Hallar nazirinə pul lazım olduğunu, buna görə də pul müqabilində onun qızını işə düzəldə biləcəyini, adətən 15000 manata işə düzəltdiyini, lakin onun limiti olduğu üçün 7000 manat pul müqabilində qızını işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra o, qızı barəsində sağlamlıq barədə arayışlar almışlar. Arayışa və qızının şəxsiyyət vəsiqəsinə Nahid baxmış, sonra ondan götürəcəyini demişdir. Bundan başqa Nahid qızınıişə qəbul üçün fotoşəkillərini istəmişdir. Birinci görüşdən təxminən 1 həftə-10 gün sonra Nahid ona zəng edib nazirliyin vəzifəli şəxsləri ilə danışdığını, onun qızını 5000 manat müqabilində işə düzəldəcəyini demişdir. 2023-cü ilin may ayının ortalarında Nahid ona nazirlikdə qızına sənəd düzəltməsi üçün ilkin olaraq 1000 manat pul lazım olduğunu demişdir. O, həmin vaxt Sumqayıt şəhəri, 12-ci mikrorayonda Nahidin yaşadığı 35B nömrəli binanın qarşısında Nahidlə görüşüb ona 1000 manat pulu nəğd şəkildə vermişdir. Təxminən 10 gün sonra Nahid ona zəng edib iş üçün yenidən 1000 manat pul lazım olduğunu demişdir. O da eyni qaydada onun yaşadığı binanın qarşısına gedib Nahidə 1000 manat pulu nəğd şəkildə vermişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Nahid ondan qızının işə düzəlməsi üçün 2500 manat pul lazım olduğunu demişdir. O da eyni qaydada onun yaşadığı binanın qarşısına gedib 2.500 manat pulu nəğd şəkildə Nahidə vermişdir. Söhbətlərin birində Nahid onun iş üçün verdiyi pullardan xeyir götürmədiyi üçün ona 350-450 manat məbləğində saat almağını istəmişdir. O da qızını işə düzəldəcəyi halda Nahidə saat alacağına söz vermişdir. Lakin 2023-cü ilin iyun ayının ortalarında Nahid onunla danışan zaman həyat yoldaşının xəstəxanada olduğunu bildirmiş, buna görə də təcili pula ehtiyacının olduğunu demiş və həmin saatın əvəzinə ona 300 manat pul verməsini istəmişdir. O da yenə eyni qaydada Nahidin yaşadığı binanın qarşısına getmiş və ona 300 manat pulu nəğd şəkildə vermişdir. Nahid pulun verilməsi ilə bağlı onunla danışsa da, sənədlərin əldə edilməsi və digər məsələlərlə bağlı qızı Şamama ilə də telefonla əlaqə saxlayıb danışmışdır. Bundan sonra 24 iyun 2024-cü il tarixdə Nahid qızı Şamamaya zəng edib işə qəbulla bağlı Fövqəladə hallar nazirliyinin hospitalında Tibb komissiyasında işləyən həkim Şahid5 500 manat pul verilməli olduğunu bildirmişdir. Bu məqsədlə qızına kart nömrəsini də göndərmişdir. Qızı həmin kartın kodunu ona göndərmişdir. O da 24 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Araz Market"dəki ödəniş terminalından 500 manat pulu Nahidin göndərdiyi karta köçürmüşdür. Nahid onun verdiyi puldan 2100 manat pul qaytarmış, qalan pulu isə qaytarmamışdır. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin yanvar ayında işlə təmin olunması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. 2020-ci ildə o, könüllü olaraq Vətən Müharibəsində iştirak etmişdir. Müharibə veteranı olamqla “Cəbrayılın və Zəngilanın işğaldan azad edilməsi”, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. O, qəbuldan çıxan zaman Nahidlə rastlaşmışdır. Nahid də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsinin xüsusi geyim formasında qəbula gəlmiş, formanın üzərində dövlət tərəfindən müharibədə iştirak etdiyi üçün təltif edildiyi medallar da olmuşdur. Nahid ona veteran olduğunu bildirmişdir. O, Nahiddən hansı səbəbdən qəbula gəldiyini soruşmuş və o, Nahidə işlə təmin olunması üçün müraciət etdiyini bildirmişdir. Nahid ona Fövqəladə Hallar Nazirliyində işlədiyini və ailə məsələsi ilə bağlı qəbula gəldiyini demişdir.Nahid ona Fövqəladə Hallar Nazirliyinə pul müqabilində işə düzəldə biləcəyini söyləmişdir. O, Nahidə elə də çox pulunun olmadığını demişdir. Nahid ona 500 manat müqabilində onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini vəd etmişdir. Onun isə həmin məbləğdə pulu olmadığı üçün Nahidə müraciət etməmişdir. Lakin onlar bir-birinin telefon nömrələrini götürmüşlər. Nahid də ona pulu olan zaman ona xəbər verməyi demişdir. 2023-cü ilin iyun ayında Nahid ona “Facebook” sosial şəbəkəsində yazş və onun işləyib-şləmədiyini soruşmuşdur. O isə hələ də işə qəbul olmadığını və gündəlik işlərdə işlədiyini bildirmişdir. Nahid ona yenə pul müqabilində onu onu Fövqəladə Hallar Nazirliyinə işə düzəltməyi təklif etmişdir. O, pulu olmadığını desə də, Nahid ona az-az ona pul göndərdikdən onu işə düzəldəcəyini vəd etmişdir. O da Nahidə inanmış və telefon nömrəsini vermişdir. O da öz istifadə etdiyi telefon nömrəsi ilə onunla əlaqə saxlamışdır. 2023-cü ilin iyul ayının ortalarında o, Sumqayıt şəhərində yerləşən ödəniş terminalı vasitəsilə Nahidin “Whatsapp” proqramı vasitəsilə ona göndərdiyi hazırda xatırlamadığı bank kartına 50 manat pul göndərmişdir. Nahid ona pulun bəs etmədiyini demiş, iki gün sonra məhkumluq barədə arayış verilməsi üçün həmin karta yenə ödəniş terminalı vasitəsilə 60 manat pul göndərmişdir. O, Nahidə gözlərinin zəif gördüyünü demişdir. Nahid də bundan istifadə edərək tibb komissiyasına pul vermək lazım olduğunu demiş və ondan 100 manat pul istəmişdir. O da Nahidə 2-3 gün sonra 100 manat pulu ödəniş terminalı ilə göndərmişdir. Bu minvalla müxtəlif bəhanələrlə 2023-cü ilin noyabr ayınadək ondan az-az pul istəmiş və o da həmin məbləğləri Nahidə göndərmişdir. O, “Almarket’in deposunda rəsmi əmək müqaviləsi ilə işləmişdir. Nahid onun rəsmi iş yeri olmaması üçün işdən çıxmasını istəmişdir. O, Nahidin sözü ilə işdən çıxıb əmrinin verilməsini gözləmişdir. 2023cü ilin oktyabr ayında Nahid onu Fövqəladə Hallar Nazirliyinin inzibati binasına göndərmişdir. Orada X6un qəbuluna getməli olduğunu demişdir. O, həmin binaya gedib müraciət etmiş, X6un qəbuluna gəldiyini bildirmişdir. Onun gözləməsini bildirmişlər. Anar Rüstəmov onu qəbul etməmiş, lakin gözləmə otağında olan telefon vasitəsilə onunla danışmış, sonuncu ona işinin həll edildiyini, yaxınlıqda olan Fövqəladə Hallar Nazirliyinin xatırlamadığı idarəsinə getməyi və orada Gülnarə xanıma yaxınlaşmağı bildirmişdir. O, həmin şəxsin izah etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin idarəsinə piyada getmişdir. O, idarəyə gəlmiş və binaya daxil ola bilməmiş və gözləməsini demişlər. X4 xatırlamadığı telefon nömrəsini vermiş, həmin idarədə olan zaman onu yığmasını tapşırmışdır. O, həmin nömrəyə zəng etmiş, lakin telefona cavab verilməmişdir. Sonra X6a zəng etmiş, həmin şəxs ona gözləməyini demişdir. Sonra ona zəng edib işinnin həll olunduğunu, çavuş rütbəsi almaq üçün 250 manat pul verməli olduğunu bildirmişdir. O da Rusiya Federasiyasında yaşayan dayısından borc istəmiş və datısı ona evdən 250 manat pul götürməsini demişdir. O da həmin pulu götürmüş və Anar Rüstəmovun ona şəklini göndərdiyi “Unibank” kartına göndərmişdir. Bundan başqa həmin şəxs ondan sənədlərin təsdiqlənməsi üçün 107 manat pul istəmiş və o, həmin pulu da eyni karta göndərmişdir. X7 istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsini Nahid vermiş və o da həmin nömrə ilə onunla danışmışdır. O, Anar Rüstəmova həmin pulları göndərdikdən sonra Sumqayıt şəhərinə qayıtmasını və Nahidlə danışmasını demişdir. O, Sumqayıt şəhərinə qayıtmış və Nahidlə danışmışdır. Nahid ona ertəsi gün 42-ci məhəlləyə getməsini, oradan geyim forması götürüb 17-ci mikrorayonda yerləşən Nahidin işlədiyi idarəyə gedəcəklərini və ikisinin eyni növbədə xidmət edəcəklərini demişdir. O da Nahidin dediyi kimi ertəsi gün 42-ci məhəllədə yerləşən yanğından mühafizə hissəsinə getmişdir. Orada nə qədər gözləsə də, Nahid gəlməmiş və telefona da cavab verməmişdir. O, 17-ci mikrorayona getmiş, Nahidin işlədiyi yanğından mühafizə bölməsindən Nahidi soruşmuş və onun artıq işdən çıxdığını demişlər. O, müharibə vaxtı aldığı travma ilə əlaqədar tarixləri dəqiq xatırlamır. Lakin o, 2023-cü ilin iyul-oktyabr ayları ərzində Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Elmar markef’də quraşdırılmış “Miili Ön” ödəmə terminalı vasitəsilə Nahidin təqdim etdiyi və nömrələrini xatırlamadığı kartlara 1170 manat pul göndərmişdir. Ona dəymiş zərərdən hər hansı ödəniş olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, qardaşı Bəhruzun oğlu Şahid4 İİ Qarabağ Müharibəsi iştirakısıdır və müharibə veteranıdır. O, 2023-ci ilin təxminən sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət etmək üçün sənədlərini həmin Nazirliyə təqdim etmişdir. 2023-cü ilin oktyabr ayının 23-də sonradan tanıdığı AR FHN-nin Bakı şəhəri Suraxanı rayon X2 Hissəsində işləyən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna öz istifadəsində olan mobil telefondan zəng etmiş və FHN-nin işçisi olduğunu, qardaşı oğlu Ayxanı 8000 (səkkiz min) manat müqabilində həmin Nazirliyin Qax rayonunda yerləşən X2 Hissəsinə sürücü vəzifəsinə işə düzəldə biləcəyini söyləmişdir. Söhbət əsnasında pulun müəyyən hissəsinin birinci mərhələdə, qalan hissəsinin isə Ayxanın əmri verildikdən sonra tqədim ediləcəyini bildirmişdir. O, Nahidin təklifi ilə həmin gün Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzinin qarşısında görüşmüş və bu barədə söhbət etmişlər. Nahid həqiqətən FHN-nin işçisi olduğunu sübüt etmək üçün ona xidməti vəsiqəsini göstərmiş, xidməti vəsiqənin şəkilini çəkmiş və onun mobil telefonuna göndərmişdir. O, Nahidin xidməti vəsiqəsini gördükdən sonra zabit rütbəsində çalışan şəxsin onu aldatmayacağını fikirləşmiş və ona tam inanmışdır. Söhbətdən sonra Nahid ilkin olaraq Ayxanı Qax rayon Yanğından Mühafizə nölməsinə sürücü vəzifəsinə düzəlməsi üçün ona 2000-3000 (iki-üç min) manat verməli olacağını bildirmiş və ona bank kart nömrəsini göndərmişdir. 16 oktyabr 2023-cü il tarixdə 3.000 manat və 18 oktyabr 2023-cü il tarixdə 1500 manat pulu Nahidin kartına köçürmüşdür. İki gündən sonra 20 oktyabr 2023-cü il tarixdə 500 manat pulu nağd şəkildə Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzinin qarşısında saat 20 radələrində Nahidə vermişdir. 23 oktyabr 2023-cü il tarixdə Nahid ona zəng etmiş, uşağı xəstələndiyi üçün 200 manat borc pul istəmiş və o da həmin pulu Nahidin kartına göndərmişdir. 01 noyabr 2023-cü il tarixdə Nahid ona zəng etmiş, hissə rəisinin köməkçisi sürücü vəzifəsindən və aylıq əmək haqqı adi sürücünün əmək haqqından çox olduğu üçün verilən 2000 manatdan əlavə 1000 manat da tələb etdiklərini bildirmişdir. O da Nahidə 500 manat pul verə biləcəyini demişdir. Nahid də ona başqavaxt oona qaytarmaq şərti ilə xalası oğlundan 500 manat alıb pulun üzərinə qoyub lazımi şəxslərə çatdıracağını bildirmişdir. O, Nahidin təklifinə inanmış və onun hesab kartına həmin gün 500 manat pul köçürmüş və qalan 500 (beş yüz) manatı isə ona 4 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzinin qarşısında vermişdir. Bir neçə gündən sonra Nahid ona zəng etmiş və Ayxanı işləmək üçün Zaqatala-Şəki bölgəsinə göndərəcəklərini bildirmişdir. O, X8 rayonunda yaşadığını və iş yerinin həmin rayonda olması Ayxan üçün əlverişli olacağını bildirmişdir. Nahid də ona bu məsələni də danışdığını və Ayxanı istədiyi Qax rayonuna göndərmək üçün əlavə 2000 (iki min) manat istədiklərini bildirmişdir. O, razılaşmış və həmin məbləği həmin gün Nahidə Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzinin qarşısında vermişdir. Bundan bir neçə gün sonra Nahid ona Nazirlikdə hər şey qaydasında getdiyini, lakin prosesi sürətləndirmək üçün üçün əlavə 2000 (iki min) manat tələb edəcəklərini bildirmişdir. O, narazı olsa da, işi ləngitməmək üçün Nahidin tələb etdiyi 2000 (iki min) manatı ona Sumqayıt şəhərində yerləşən Gömrük İdarəsinin yanında vermişdir. Bundan bir həftə sonra tarixini xatırlamadığı gündə Nahid ona zəng etmiş, Ayxanı zabit vəzifəsinə təyin edəcəklərini və bunun üçün 3000 (üç min) manat tələb etdiklərini demişdir. O, səhərisi Nahidlə Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin arxasında yerləşən yaşayış evlərinin yaxınlığında saat 20 radələrində görüşmüş və ona tələb etdiyi 3100 (üç min yüz) manat pulu vermişdir. O, bu 3000 manatı, qalan 100 manatı isə ona şirinlik verdiyini demişdir. Beləliklə, o, Ayxanı işə düzəltməsi üçün Nahidə hissəhissə olmaqla, ümumilikdə 13300 (on üç min üç yüz) manat vermişdir. Nahid həmin məbləğin iki yüz manatını ondan borc kimi istəmiş və həmin pulu da qaytarmamışdır. Nahid ondan 200 manatı işə düzəltmə vədi ilə almamışdır. Həmçinin, Nahid Ayxandan aldığı 250 manat borc pulu da geri qaytarmamış və həmin pulu da işə düzəltmə vədi ilə almamışdır. Beləliklə, Nahid ondan Ayxanın işə düzəldilməsi vədi ilə 13.100 manat pul almışdır. Həmin puldan 1000 manat ona ödəniş olmuş, qalan pul isə bu günə kimi ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. 2023-cü ilin aprel ayının sonlarında onun atası qudası Şirvanın vasitəsilə Nahidlə tanış olmuş və Nahid iş axtaran şəxsləri pul müqabilində Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldə biləcəyini demişdir. Atası da onu işə düzəltməsi üçün Nahidlə danışmış, Nahid onu 5.000 manat müqabilində işə düzəldə biləcəyini demişdir. Bu məqsədlə atası 2023-cü ilin may ayının ortalarında Nahidin yaşadığı 12-ci mikrorayonda yerləşən 35B saylı binanın qarşısında 1000 manat, 2023-cü ilin iyun ayının ortalarında həmin yerdə 2500 manat, 2023-cü ilin iyun ayının sonlarında həmin yerdə 300 manat pulu nəğd şəkildə vermişdir. 04 iyul 2023-cü il tarixdə isə Nahid ona "Whatsapp" proqramı vasitəsilə yazaraq tibb komissiyasının həkimi Şahid5 verilməsi üçün 500 manat pulu bank kartına göndərilməsini xahiş etmişdir. O da həmin kart nömrəsini atasına göndərmiş və atası həmin pulu ödəmə terminalı vasitəsilə Nahidin dediyi karta göndərmişdir. Bundan sonra o, işə düzələcəyini gözləsə də, Nahid vədinə əməl etməmiş və atası ona verdiyi pulları geri tələb etmişdir. Nahid pulu geri qaytarmadığı üçün atası Nahidin atası Namazla görüşmüş və verdiyi pulu istəmişdir. Namaz 800 manat və 1300 manat olmaqla iki dəfə atasına qudası Şirvan vasitəsilə pul göndərmişdir. Lakin Nahid 3200 manat pulu hələ də geri qaytarmamışdır. Nahid onu işə düzəldəcəyini vəd etdikdən sonra ondan tibbi sənədlər istəmiş, bu məqsədlə onunla da telefonla əlaqə saxlamışdır. O, Nahidin istəyi ilə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən poliklinikadan forma 86 adlanan tibbi sənədi əldə etmiş, bundan başqa vərəm dispanserindən də arayış almışdır. Nahid bu yolla onları işə düzəltmək adı ilə aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qudasıdır. Təqsirləndirilən şəxs onunla qonşu binada, yəni 12-ci mikrorayon, 35B nömrəli binada yaşayır. O, özünə məxsus avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs müştəri kimi tanımış, onu müxtəlif ünvanlara, o cümlədən Fövqəladə Hallar Nazirliyinə aparmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs iş axtaran olarsa, FHN-nin struktur qurumlarına işə düzəldə biləcəyini demiş, hətta onun yanında bir neçə nəfərlə telefonla danışıb qısa müddətə işə çıxacaqlarını bildirmişdir. Həmin vaxt onun qudası İkram qızını işə düzəltmək istədiyi üçün o, 2023-cü ilin aprel ayının sonlarında İkram və Nahidi sonuncunun yaşadığı binanın qarşısında görüşdürmüşdür. Nahid FHN-nin struktur qurumlarına İkramın qızını işə düzəldəcəyinə söz vermiş, bununla bağlı əvvəlcə 7000, sonra 5000 manat pul istəmişdir. İlkin olaraq sənədlərin düzəldilməsi üçün İkramdan 1000 manat pul istəmiş, İkram həmin pulu onun yanında 35B saylı binanın qarşısında Nahidə vermişdir. Bundan sonra İkram özü Nahidlə görüşmüş, 2023-cü ilin iyul ayınadək ona hissə-hissə, ümumilikdə 5.300 manat pul vermişdir. Sonradan Nahid verdiyi sözə əməl etməmiş və müxtəlif bəhanələr gətirərək İkramın qızını işə düzəltməmişdir. Onlar dəfələrlə Nahiddən İkramın ona verdiyi pulu geri istəsələr də, Nahid verməmişdir. Bundan sonra Nahidin atası Namazla görüşmüş və Nahidə verdiyi pulu geri istəmişdir. Namaz onlara pulu qaytaracaqlarını və şikayət etməməklərini ahiş etmişdir. Bundan sonra Namaz İkrama qaytarmaq üçün bir dəfə 1300, bir dəfə də 800 manat pulu ona vermişdir. O da həmin pulu İkrama qaytarmışdır. Daha sonra yenə pul verəcəyinə söz versə də, Namaz və Nahid pulu geri qaytarmamışlar. O, Nahidin İkrama yalan vəd verərək onun 5300 manat pulunu ələ keçirəcəyini qabaqcadan bilməmişdir. Nahid onu və İkramı aldatmışdır. Getdiyi yerlərdən, yəni FHN-nin müxtəlif struktur qurumlarının şəklini çəkib onlara göndərirmiş və həmin binalara iş düzəltmək üçün getdiyini deyirmiş. Onların yanlarında zəng edib müxtəlif şəxslərlə telefonla danışırmış, həmin şəxslər də FHN-nin əməkdaşları olduqlarını, müxtəlif vəzifə və rütbələrdə olduqlarını deyirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə Qax rayonu, Dəymədağlı kənd orta məktəbini bitirmiş və 2020-ci ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə olarkən İİ Qarabağ Müharibəsi başlamış və həmin müharibədə iştirak edərək Suqovuşan, Xocavənd, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, müharibə veteranıdır. Hərbi xidməti başa vurduqan sonra Bakı şəhərində tikinti şirkətində fəhlə işləmiş, 2023-cü ilin mart-aprel ayında sosial şəbəkə vasitəsi ilə Azərbaycan Respublikası FHN-nin kadrlar idarəsinə işə qəbul üçün anket məlumatlarını göndərmişdir. 2023-cü ilin iyun ayında sonradan tanıdığı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan zəng edərək FHN-nin kadrlar idarəsinin işçisi olduğunu, bundan sonra işə düzəlməsi barədə məsələ ilə onun məşğul olacağını demişdir. Nahid ona FHN-nə sağlamlıq haqqında və narkoloji dispanser tərəfindən arayışları gətirməsini və ona verməsini tapşırmışdır. O, Nahidə Qax rayonundan həmin arayışları alıb gətirdiyini bildirmişdir. Nahid onu FHN-nə çağırmış, az sonra Nazirliyin inzibati binasından çıxıb yanına gələrək özünü kadrlar idarəsinin rəhbər işçisi kimi təqdim etmiş, onun sənədlərini qəbul etmiş və onunla mütləq əlaqə saxlayacağını demişdir. Nahidin FHN-nin inzibati binasından xüsusi geyimdə çıxdığını görmüş və onun həqiqətən həmin Nazirliyin kadrlar idarəsinin işçisi olduğuna əmin olduğu üçün sonuncunun danışdığı hər sözə inanmışdır. Bu söhbətdən bir ay sonra o, Nahidə zəng etmiş və öz işi ilə maraqlanmışdır. Nahid ondan bu dəfə ailə tərkibi haqqında, sağlamlıq haqqında, narkoloji disponser tərəfindən verilmiş və məhkumluq barədə arayışlar, 3x4sm ölçüdə qırmızı fonda 3 ədəd fotoşəkil, şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini istəmişdir. O, Nahidin dediyi sənədləri toplamış və zəng etmiş, Nahid ona axşam saatlarında onunla Sumqayıt şəhərində görüşəcəyini bildirmişdir. Dəqiq tarixi yadında olmadığı gündə o, Nahidlə Sumqayıt şəhər avtovağzalında görüşmüşdür. İşinin tezliklə başa çataçağını demişdir. Nahid sənədləri qəbul etsə də, bir xəbər çıxmamışdır. 2023-cü ilin oktyabr ayında o, Nahidə növbəti dəfə zəng etmiş, işinin nə yerdə olduğunu soruşmuş, Nahid isə işin həll edilməsi üçün pul tələb olunduğunu və pul verilmədiyi üçün sənədlərin kənara atıldığını bildirmişdir. O, Nahidə Bakı şəhərində yaşayan əmisinin olduğunu, pul söhbətini onunla danışa biləcəyinidemişdir. Nahid əmisi Zərərçəkmiş şəxs4 telefon nömrəsini götürmüş və yanında dərhal əmisi Azada zəng etmişdir. Nahid onun əmisinə FHN-nin işçisi, zabit rütbəsində olduğunu, onu FHN-nin Nazirliyinin Qax rayonunda yerləşən X2 hissəsinə sürücü vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Həmin işin həlli üçün 8000 (səkkiz min) manat pul lazım olacağını demişdir. Bir qədər söhbət etdikdən sonra Nahid pulun müəyyən hissəsinin birinci mərhələdə, qalan hissəsini isə işə qəbul barədə əmr verildikdən sonra verilməli olduğunu bildirmişdir. Əmisi Nahidin təklifi ilə razılaşmış, onlar səhərisi Sumqayıt şəhərində görüşmüşlər və ətraflı söhbət etdikdən sonra əmisi Nahidin şərtləri ilə razılaşmış, ilkin olaraq Nahidin verdiyi bank kartına pul köçürmüşdür. O, pul köçürülən zaman rayonda olmuşdur. Nahid onu yaşadığı Qax rayonuna DYMH-nə sürücü vəzifəsinə işə düzəldəcəyini demişdir. Daha sonra 2023-cü ilin oktyabr ayının 24-də Nahid əmisi Azada zəng etmiş və həmin ayın 25-də tibbi-həkim komissiyasından keçmək üçün FHNdən göndəriş alacağını bildirmişdir. Əmisi də həmin məlumatı ona çatdırmışdır. Həmin günün səhəri, yəni 25 oktyabr 2023-cü il tarixdə Nahid əmisi Azada zəng edib sürücü yerinə ştatın olmadını, hissə rəisinin köməkçisi vəzifəsinin olduğunu, həmin ştata təyin edilməsi üçün 8000 (səkkiz min) manatdan əlavə 2000 (iki min) manat pul vermək lazım olduğunu demişdir. Əmisi Azad onun işinin düzəlməsi üçün Nahidin irəli sürdüyü bütün şərtlərlə razı olmuş və təklif olunan iş əldən çıxmasın deyə xx.xx.2023-cü il tarixdə Nahidin hesab kartına əvvəl 1500 (min beş yüz) manat köçürmüşdür. 2 gündən sonra qalan 500 manatı Sumqayıt şəhərində ona çatdırmışdır. Bu arada Nahid ona zəng edərək uşağının müalicəsi üçün ona 250 manat borc verməsini istəmişdir. O, həmin məbləği Nahidin verdiyi kart hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə əmisi Nahidə zəng edib, göndəriş almaq üçün 3-4 gün qaldığını, ona görə göndərişi haradan götürəcəyini soruşmuşdur. Nahid demişdir ki, narahat olmasın, göndəriş verməzdən bir gün əvvəl özü ona zəng edib göndərişi haradan, kimdən alacağını deyəcəkdir. xx.xx.2023-cü il tarixdə Nahid əmisinə zəng edib ondan da xəstə uşağının müalicəsi üçün 200 manat borc almışdır. xx.xx.2023cü il tarixdə əmisi Azad zəng edib Nahidlə danışmış, onun iş məsələnin nə vaxt həll ediləcəyini soruşmuşdur. Nahid ona nazirliklə danışdığını, noyabr ayının 19-da onu həkimtibb komissiyasından keçiriləcəyini və dərhal əmrinin veriləcəyini bildirmişdir. xx.xx.2024cü il tarixdə Nahid onun əmisinə zəng etmiş və hissə rəisinin köməkçisi sürücü vəzifəsindən və aylıq əmək haqqı adi sürücünün əmək haqqından çox olduğu üçün verilən 2000 (iki min) manatdan əlavə 1000 (min) manat da tələb edildiyini və əmisinin həmin pulu ona çatdırmağının vacib olduğunu demişdir. Əmisi həmin məbləği iki dəfə mərhələli şəkildə vermişdir. Bir müddət keçməsinə baxmayarq işi alınmamışdır. Əmisi Nahidə zəng edib işin nə yerdə olduğunu soruşduqda sonuncu əmisinə onun iş yerinin Zaqatala-Şəki zonasında olaacağını bildirmiş, lakin təyinatını Qax rayonuna göndərmək üçün əlavə 2000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. Əmisi Nahidə həmin məbləği də vermişdir, Bundan sona Nahid ona işi surətləndimək üçün bu dəfə 2000 (iki min) manat lazım olduğunu bildirmiş, əmisi həmin məbləği də Nahidə çatdırmış, bir neçə gündən sonra Nahid onun əmisinə zəng etmiş və onu zabit vəzifəsinə təyin edəcəklərini, bunun üçün 3000 (üç min) manat lazım olduğunu bildirmişdir. Səhəri gün əmisi Nahidlə görüşmüş, Nahidə istədiyi 3000 (üç min) manat və şirinlik oalarq 100 (yüz) manat vermişdir. Beləliklə, əmisi Nahidə onun işə düzəlməsi üçün ümumilikdə 13100 (on üç min üç yüz) manat vermişdir. 200 manat pulu isə borca vermişdir. Nahid ona əmrin layihəsinin hazırolduğunu, dekabr ayının sonunda əmrinin veriləcəyini və xx.xx.2024-cü il tarixdən xidmətə çıxacağını bildirmişdir. 2023-cü ilin dekabr ayının sonunda onu heç bir iş yerinə çağırmamışlar və əmisi bundan narahat olmuş və Nahidə zəng etmişdir. Nahid onun əmisinə əmr gözləyən xeyli sayda adamın olduğunu və Yeni il bayramından sonra bütün məsələlərin həll ediləcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayının sonunda Nahidin onları aldatdığını başa düşmüş və əmisi Nahidə verdiyi 13300 (on üç min üç yüz) manatı tələb etməyə başlamış və Nahid aldığı 13300 manat puldan cəmi 1000 (min) manat qaytarmışdır. Əmisi pulu qaytarmadığını görüb Nahidin atası ilə görüşmüş, oğlunun etdiyi hərəkətləri ona bildirmişdir. Nahidin atası ona pulun qaytarılmasına kömək edəcəyini söyləsə də, vədinə əməl etməmişdir. Sonra Nahidin şəxsiyyəti ilə maraqlanan zaman o, FHN-nin Bakı şəhəri Suraxan rayonu üzrə DYMH-nin maliyyə şöbəsinin işçisi olduğunu, onun vətəndaşları işə qəbul etmək, işə qəbul barədə sənədlərini toplamağa səlahiyyətinin olmadığını bilmişdir. Nahid FHN-nin işçisi olmasından isifadə edərək onu işə düzəldəcəyini yalandan vəd edib aldatmış və əmisi Azadın 13300 manat pulunu ələ keçrmişdir. Əmisinin Nahidə onun işə düzəlməsi üçün verdiyi 13100 manat pul əmisinə məxsusdur. Bundan başqa əmisi özünə məxsus 200 manat pulu da Nahidə borc vermişdir. O isə öz pulundan Nahidə 250 manat borc vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası FHN-nə işə düzəltmək üçün 2021-ci ilin sonlarından etibarən söhbət aparmışdır. Ümid Nahidin dediyi ilə razılaşmış, Nahid Ümidin işlədiyi "xxxx" QSC-nə məxsus yanacaq doldurma məntəqəsindən işdən çıxmasını istəmişdir. Oğlu da buna görə 2022-ci ilin yanvar ayında işdən çıxmışdır. Bundan sonra 2022-ci ilin fevral ayında onunla birlikdə Təqsirləndirilən şəxs ilə Suraxanı dairəsi adlanan ərazidə "xxxx" ASC-nin filialı ilə üzbəüz yerləşən FHNnin inzibati binasının qarşısında görüşmüşlər. Ümid Nahidə işə düzəlməsi üçün ilkin olaraq 700 manat pul vermişdir. Daha sonra 2022-ci ilin mart ayında yenidən həmin yerdə Nahidlə görüşərək ona 1300 manat pul vermişdir. 2022-ci ilin iyun ayında Nahid artıq Ümidin işə düzəlməsinə az qaaldığını demiş, yekun olaraq daha 2.000 manat pul verməsinin lazım olduğunu bildirmişdir. Ümid də yenə həmin yerə gələrək Nahidə 2000 manat pul vermişdir. Bundan sonra Nahid Ümidin tibb komissiyasından keçməsinin təmin edilməsi üçün 2022-ci ilin iyul ayında 300 manat pul istəmişdir. Buna görə də Ümid Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Zığ kafesinin yanındakı “Almarket’in içərisində olan “Emanat” terminalı vasitəsilə 300 manat pulu Nahidin Ümidə nömrəsini göndərdiyi karta köçürülmüşdür. İki gün sonra Nahid Ümidin işə qəbul sənədlərini həll edən kadr işçisinə 120 manat pul verməli olduğunu bildirmişdir. Ümid də buna görə eyni qaydada “Almarket”dəki “Emanat” ödəniş terminalı vasitəsilə Nahidin Ümidə təqdim etdiyi kart nömrəsinə 120 manat pul köçürmüşdür. Bundan sonra isə Nahid və atası onlara iki dəfə 200, bir dəfə 400 manat olmaqla 800 manat pul qaytarmışdır. Ümid Təqsirləndirilən şəxs ilk dəfə 700 manat pul verən zaman o, orada olmuşdur. Lakin sonrakı vaxtlarda o, işdə olduğu üçün Ümid Nahidlə tək görüşmüşdür. Lakin onun pulu verməsi ilə bağlı məlumatı olmuşdur. Ümid bu məsələ ilə bağlı hər şeyi ona xəbər vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid5 məhkəməyə teleqram ünvanlyaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə prosesində işirak edə bilməyəcəyini bildirmişdir. Şahid5 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, o, 23 dekabr 2021-ci il tarixdən Suraxanı rayon X2 hissəsinin maliyyə kiçik inspektoru işləyir. O, işə başlayanda Təqsirləndirilən şəxs ondan 3-4 ay əvvəldən orada maliyyə inspektoru işləmişdir. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs atasının ağır onkoloji xəstə olduğu üçün ondan borc pul istəmişdir. O, Nahidin dediklərinə inanmış, həyat yoldaşı Valeh Xanlarov ilə də məsələhətləşdikdən sonra ona 1800 manat nağd pul borca vermişdir. Nahid həmin pulun atasının müalicəsinə bəs etmədiyini dediyi üçün öz adına "xxxx" ASCdən kredit kartı götürmüşdür. Həmin kart üzrə 3.200 manat kredit xətti açılmışdır. Kartın açıldığı gün Nahid dərhal 3200 manat pulu öz kartına göndərmişdir. Bundan sonra Nahid ona olan borcunu vaxtında ödəmədiyi üçün onun əmək haqqından bank tərəfindən pul tutulmuşdur. O da bu barədə Suraxanı rayon X2 hissəsinin rəisinə məlumat vermişdir. Rəis onu çağırıb bu barədə söhbət etdikdən sonra o, gec-gec də olsa, hər ay onun kartına pul göndərmişdir. Lakin o, kartına konkret olaraq hansı və kimə məxsus kartdan pul göndərildiyini bilməmişdir. Nahid pul göndərən zaman ona bu barədə məlumat vermişdir. Nəticədə Nahidin ona 1500 manat borcu qaldıqda Nahid artıq ödəniş etməmiş, buna görə də həmin məbləğin üzərinə faiz borcu gəlmişdir. Hazırda Nahidin ona 1700 manat ona borcu var. Sonradan o, Nahidin işdən çıxarıldığını, müxtəlif şəxslərə dələduzluq etdiyini və buna görə də cinayət məsuliyyətinə cəlb edildiyini öyrənmişdir. Nahidin ona məxsus pulu ələ keçirdiyi üçün polisə şikayət də etmişdir. Lakin, bu şikayətin mülki xarakterli olması izah edilmişdir. Təqdim edilən kart onun əmək haqqı kartıdır. Nahidin kredit kartı üzrə ödəməli olduğu pul gecikdiyi üçün onun üzərinə də faiz gəlmişdir. Buna görə Nahiddən 500 manat pul ödəməsini istəmişdir. Nahid də həmin vaxt, yəni 24 iyun 2023-cü il tarixdə ona məxsus karta 500 manat pul göndərmişdir. Həmin gün də kredit kartına borc olduğuna görə bank həmin vəsaiti kartdan tutmuşdur. O, həmin pulu Nahidin göndərdiyini zənn etmişdir. Həmin pulu onun kartına Zərərçəkmiş şəxs2 göndərdiyini bilməmişdir. Zərərçəkmiş şəxs2 o tanımır, heç bir düşmənçiliyi, ədavəti, tanışlığı yoxdur. Nahid ona qalıq borcu indiyədək ödəmir. Cinayət işinin 1-ci cild 217-218-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhləli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 1-3-cü vərəqəsində olan Suraxanı rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs azad edilmişdir. Cinayət işinin 2-ci cild 5-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild cild 29-30-cu vərəqələrində olan Sumqayıt ŞPİ 3-cü Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan və eyni tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 3-cü cild 5-7-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 1-ci cild 80-89-cu vərəqələrində olan “baxış aparılması haqqında” 13 iyun 2024-cü il tarixli protokola baxış keçirilərkən və protokola əlavə edilmiş diskdə olan səs yazılarına məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edilmişdir ki, həmin diski Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etmişdir. Diskin içərisində “HP” markalı kompüter vasitəsi ilə oxunduqda içərisində “ses” və “video sekil” adlı qovluqlar vardır, “ses” adlı qovluq açıldıqda içərisində “ AUD-20231125-WA0002”, “ AUD-20231125-WA0003”, “AUD-20231125-WA0004”, “AUD-20231125-WA0005”, “AUD-20231125-WA0006”, “AUD- 20231125-WA0007”, “AUD-20231125-WA0008”, “AUD-20231125-WA0009”, “AUD- 20231125-WA0010”, “AUD-20231125-WA0011”, “AUD-20231125- W A0012”, “AUD- 20231125-WA0013”, “AUD-20231125-WA0014”, “AUD-2023 1125-WA0015”, “AUD- 20231125-WA0016”, “AUD-20231125-WA0017”, “AUD-20231125-WA0018”, “AUD- 20231125-WA0019”, “AUD-20231125-WA0020”, “AUD-20231125-WA0022”, “AUD- 20231125-WA0023”, “AUD-20231125-WA0024”, “AUD-20231125-WA0025”, “AUD- 20231125-WA0026” və “AUD-20231125-WA0027” adlı 25 ədəd səs yazısı vardır. “AUD- 20231125- WA0002” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “mən utanıram e tez-tez sənin əminə deməyə, daha siz danışmışsınızsa, bəlkə mən elə sənə kart atım, sən de ki, əmi bu karta vur, mən səs atdım, oxumayıb, deyəsən gec oxuyur e” deməsi müəyyən edilir. “AUD-20231125-WA0003” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “bir şeydən narahatam e, görəsən ağzıbütöv adamdı, yoxsa yox.mən deyərəm, sonra deyər ki, mənə zəng edib belə deyiblər, arada mən qalaram pis vəziyyətdə, bax bir dənə onu bilmirəm də, yoxsa mən onunla açıq danışaram” deməsi müəyyən edilir. “AUD-20231125-WA0004” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “yox e qardaşım, sən belə elə də, başa düşürsən, birinci gün burda ol ki, ikinci gün tezdən, bizdə ikinci, beşinci gün də var, bunu sən bir ildir ki, bilməlisən, sən yəni ki, birinci gün gəlin, ikinci gün tezdən tək özün olmayacaqsan ki, orada o boyda sıra adam olacaq, mənim deməyim də odur ki, birinci gün ol burda, ikinci gün yol yorğunu kimi olmayasan da, bəlkə 25 nəfər olacaqsız da, 4 nəfər şəhid ailəsi yola salıblar, ona görə orada bir az yubana bilərsiz, içəridə gözləyə bilərsiz, ona göə deyirəm ki, yorğun olma da” deməsi müəyyən edilir. “AUD-20231125-WA0005” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “deməli belə, bu kapitan Məmmədovadır, bu gün məzuniyyətə gedir, sənin bütün işinin hamısını yekunlaşdırdı, sən hələ heç kimin anında heç nə demə, sürücü kimi gedirsən getməyinə, amma bilinmir də, hissə sürücüsü, yoxsa gündəlik, yəni növbə sürücüsü. Ona uje dəqiq heç nə yoxdur, amma belə sən vakant sürücü gedirsən, orda da indi hissə rəisi eliyəcək, buranın rəisi eləyib, mən indi demişəm ki, gündəlik olsa, yaxşıdır.yəni forma ilə, parad forması ilə getsin işə gəlsin. Deməli məsələ belədir ki, mən əminə utanıram nəsə deməyə. Bu kapitan Məmmədova da belə deyək də, zabitliyi qoyaq qırağa, gözəl qadındır. Yaxşı qadındır, yaxşı qadındır ha. Mən uje bunlara demək olar ki vermişəm də. Bunlara pulu verib yekunlaşdırmalıyam ki, bu uje məzuniyyətə gedir. Bax odur e, mənə yazıb e, hamısını atmışam da sənə bax, mən məzuniyyətə çıxıram, obedə çıxacam, siz bizimlə yekunlaşın. Prosta mən uje bunu utanıram əminə deməyə. Çünki danışmışdıq ki, axırda şey edərsiniz. Amma görürsən də səhər tezdən özü yazıb ki beləbelə, bunu mənə məsləhət ver, mən necə eləyim” deməsi müəyyən edilir. “AUD-20231125- WA0006” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “250 manata, bax indi kapitalbankın zəngini atacam sənə, bax mən müraciət eləmişəm onlayn şəkildə, onu da atacam özün bax gör nədir, nə deyil. Mən heç vaxt yalan danışmamışam e, heç vaxt da pis-pis şeylərlə məşğul olmamışam, çünki mən ailəmi düşünmüşəm, məndə işləyən bir dənə mənəm, yenə deyirəm evdə onkoloji xəstə, anam xəstə. Evdə 4 aylıq körpə, evi də idarə eləyən bircə mənəm. Mənə problem lazımdı? Yox. Yenə deyirəm, daha da mən sizə yaxşılıq eləmişəm, pislik eləməmişəm.” deməsi müəyyən edilir. “AUD-20231125- WA0007” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “iş orasındadır ki, lazım gəlmədi də, çünki elə bir adam mənim yanımda zəng elədi ki, qaqa qurtardı məsələ” deməsi müəyyən edilir. “AUD- 20231125-WA0008” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “salam, neynirsən, nə iş görürsən, neftçilərdəsənmi, bir dənə qoyublar, belə deyim də sənə, özün də uşaq deyilsən ki, bir-bir sənədləri gedib rəhbər heyətin qarşısına qoymurlar da, yığılır 10 dənə 15 dənə ondan sonra, yoxsa biz özümüz də adicə işdə iki dəqiqədən bir gedib rəisin qapısını döyüb qol çəkdirmirik, bütün hamını, kim ki, gedəcək ha yoxlanışa, onların hamısının sənədlərini qoyublar yuxarı, bir dənə səbrli olaq, belə hər şey hazırdı e, yəni rəisin sənə nə deyibsə, həmişə nə deyirsə o da olub da özün bilirsən, hər şey hazırdı, prosta olar ki, bu gün gəlib mənim evimdə qonaq olarsan, ya da dostumgildə qala bilirsənsə 1 gün sabah sübh tezdənə qədər, amma bu gün olacaq, əsas göndərişi götür, onsuzda sabah gedərsən də hospitala, çünki ac qarnına gedirlər, bir dənə siqaretdən də qoymusan gedib, bir dənə göndəriş peçatlansın vse, qalmağa yerin olmasa problem yoxdu da, qardaşın elə bil ki, sənin qulluğundadır, elə edək ki, söz söhbət olmasın e, mənim başım, əsəbi adamam, kimsə məni yığıb deməsin ki, ə niyə belə oldu, o boyda yol gəlib, belə-elə. Sən özün həmişə bilirsən ki, sənin rəisin sənə nə deyirsə, odur da.” deməsi müəyyən edilir. “AUD- 20231125-WA0009” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “qaqa, mən tezdəndən alıb qayınatamla oturmuşam e, necə olursa olsun, çalışacam, yəni necə olur olsun deyəndə ki, çalışacam bu gün iş saatı qurtarana qədər də olsa, nəsə bir yolla onu həll eliyim, olmadı sabah günortaya qədər səni yola salıram gedərsən, yox səhər də olmasa, mən səhər axşam mən sizin pulunuzu qaytaracam çıxıb gedərsiz, nə vaxt əmriniz göndərilər, onda hə istəsəniz verərsiz, istəsəniz də gəlib imtina yazarsan qurtarıb gedər, mən səhər tezdəndən bu işin üstündəyəm” deməsi müəyyən edilir. “AUD- 20231125-WA0010” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “gözəl insan mənə problem yaratmayın bax, mən Azad dayıya da demişəm sözümü, ya gedirsənsə, gəl mənə etibarnamə ver get, getmirsənsə, gözlə beşinci günə qədər burada, qurtarsın getsin da, nə mən işimdə-gücümdə problem yaşayım, nə də ki, səninlə mən problem yaşayım” deməsi müəyyən edilir. “AUD- 20231125-WA0011” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “qardaş bu gün vallah eləyə bilmirlər də, sənə deyirəm ki, gəlib mənim bir dənə adıma etibarnamə verərsən, çıx get daha sən, mən Azad dayı ilə həll edəcəm, narahat olma, sən bir dənə etibarnamə ver mənə. Maşına etibarnamə istəmirəm e, sənəd götürməyə etibarnamə istəyirəm” deməsi müəyyən edilir. “AUD-20231125-WA0012” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Salam dayı, salam. Dayı ilə danışmışam e, indi bu gün oldu-olacaq, olmadı Allah qoysa sabah dəqiqdir, səhər Azad dayı ilə danışmışam, indi bu gün çalışacam ki, iş saatı qurtarana qədər sənəd məsələlərini həll eləyim qurtarsın getsin” deməsi müəyyən edilir. “AUD-20231125-WA0013” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “bu nömrəni də heç kimə vermirsən ha yaxşı, bir bu nömrəni, bir dənə də sənə nömrə atacam” deməsi müəyyən edilir. “AUD-20231125-WA0014” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “bəli qardaşım, birinci gün saat 9-da ol orada, səni oradan yola salaq xeyirlisi ilə, allahın izniylə, sonra da mənə də bir şey tapırsan, məzuniyyətdə gəlirəm ora Allah qoysa” deməsi müəyyən edilir. “AUD- 20231125-WA0015” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “bu gün atannan danış, ya da ki, yamndadırsa, bir dənə de, özü bir dənə mənimlə danışsın, çünki uje qurtarmışıq da, camaat rahat getsin məzuniyyətə, narahat qalmayım da, bir də bu verdiyim nömrələri saxla özündə, sən bura gəlsən, mən nazirliyə gələ bilməsəm, bu nömrələr sənəd olsun, bir də ki, sən 24-ü gəl Bakıya, çünki bir gün, elə bil ki, sən 25- i gedən gün ac olacaqsan da, yorğun olmayasan, 25-i get hospitala, hospitaldan keç, qala bilirsənsə, aym axırma kimi qal, qala bilmirsənsə get təzədən onsuzda 3 gündən sonra hospitalın cavabları gələcək nazirliyə, ondan sonra çağıracaqlar səni göndərişi götürəcəksən, bu göndərişi də, yazılır ki, orada cənabın adından 3 ay sınaq müddəti keçməklə daimi işə qəbul olunsun. Sənə orada hissə rəisi sənin göndərişinə qol çəkəndən sonra səninçün bir dənə qaimə yazacaqlar, o qaimə də sənin geyinəcəyin formanı gedib təchizatdan götürmək, orada durub daha məbləği zadı görüb havalanma e, orada yazılır da 800 manat 900 manat və yaxud da 1100- 1200 manat, o, hissənin balansından silinən vəsaitdi, yənin onun sənə aidiyyəti yoxdur, sən o qaimə ilə gəkləcəksən 20 yanvarda təchizata, təchizatda onu verəəcəksən, təchizat sənə formanı verəcək vse, ya Allah iş yerinə ” deməsi müəyyən edilir. “AUD-20231125-WA0016” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “vse qardaş sən birinci gün gəl, birinci gün ol burda okey” deməsi müəyyən edilir. “AUD-20231125-WA0017” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “hə qaqa, nədir onun adı, mənim özümə dedilər ki, deyərsən, prosta mən dedim ki, siz özünüz deyərsiz də, indi desələr, deyəcəklər, deməsələr sən birinci gün gəl də Allah qoysa” deməsi müəyyən edilir. “AUD-20231125-WA0018” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Salam, sabahın xeyir qardaş, necəsən, qəbul münasibətilə birincisi təbrik edirəm, ikincisi yox yola vermirəm, uje and ola Allaha narahat oluram” deməsi müəyyən edilir. “AUD-20231125-WA0019” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “atan mənə 8 demişdi, mən onlara 9a söz verdim, əmin də deyir ki, 11 al, belə biabırçılıq, sabaha qalsa, vapşe biabırçılıq” deməsi müəyyən edilir. “AUD-20231125-WA0020” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “prosta həmin gün dedim ki, üstümdə deyil, qıraq yerdəyəm, çıxanda vuracam narahat olmayın, hə belə də dedim” deməsi müəyyən edilir. “AUD- 20231125- WA0022” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “qaqa salam, mən gəlmişəm işə, deməli, mən səninlə çörək kəsmişəm də, mən sənə qardaş demişəm, balaca qardaşım kimi xətrini istəyirəm, prosta mənim xoşum gəlmir də belə şeylərdən, indi əminə yığacam, deyəcəm ki, ya indi göndər 2.000 manat pul, ayın 15-i, maksimum 19-u bunun əmri verilsin, ya da ki, kimə pul vermisən, get al, sonra gəl mənim yanıma, bir şey fikirləşərik ” deməsi müəyyən edilir. “AUD-20231125-WA0023” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “danış bir-iki gün fırlat da, bir-iki günə balamın canı deyirəm də, dünya aləm o uşağın bir tükünə qurban, özünə yüz götür, mənə yüz götür, mən bir az sürərəm verərsən, amma sən mən qaytarardan nə vaxtsa” deməsi müəyyən edilir. “AUD-20231125- WA0024” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “rəisini elə-belə bilmə e, burda kapitan, mayor, onların da cavabdehliyini mən daşıyıram e, hal-hazırda burada” deməsi müəyyən edilir. “AUD-20231125-WA0025” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “mənim üçün problem yoxdu, sabah deyərsən ki, imtina eləmişəm, qurtardı, getdi, mən bacardığım qədərini götürəcəm verəcəm” deməsi müəyyən edilir. “AUD-20231125- WA0026” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “amma sabah tezdən səni yığacaqlar, saat 10-da, 10-11 arası sənə zəng edəcəklər, birinci günə çağıracaqlar səni” deməsi müəyyən edilir. “AUD-20231125-WA0027” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “əziz qardaş, mən o müəllimlə danışmışam, dedim 5-6 gün bir şey olmasa, bazar günü gedib götürüb mən onu sizə geri şeyliyəcəm, yəni bazar günü əlimdə olan pulu sizə yığacam ki, bunu hara verim, kimə verim vse, yığ özündən soruş, özü sizə deyəcək, Cahangirov 568- 18-28, yəni o elə bir yerdən zəngdir ki, o nömrə uje mənim beynimə həkk olunub” deməsi müəyyən edilir, “video sekil” adlı qovluq açıldıqda “iMG-********.jpg”, “İMG-20240403- WA0001.jpg” və “İMG- 20240403-WA0002.jpg” adlı fayllar vardır. “iMG-********.jpg” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin ön tərəfinin fotoşəkli vardır. “İMG- 20240403-WA0001.jpg” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs xidməti otaqda lentə alınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi geyimində, çiynində leytenant paqonu olan fotoşəkli vardır. “İMG-20240403-WA0002.jpg” adlı faylda 39 saniyəik videörüntü vardır. Videogörüntüdə əynində qara rəngli gödəkcə və qara rəngli jaket olması müşahidə edilən Təqsirləndirilən şəxs “Mən Təqsirləndirilən şəxs, Şahid4 12.300 manat borc götürmüşəm, dediyim vaxtda onu çatdıra bilməmişəm, bu gün həftənin 5-ci günü, aym 15-i, dekabr aymm 15-i, həftənin birinci günü dekabr aymm 18-i mən Bakıda olacam və tək olmayacam. Dekabrın 18-i, ən pis halda, ən pis ehtimalda, indi rayondan gələcəm, ən pis ehtimalda 199-u günü pul çatmasa, məndən gedib şikayət eləyə bilərlər, mən özüm də buna razılıq verirəm.” ifadələrini səsləndirir. Cinayət işinin 1-ci cild 89-93-cü vərəqələrində olan “baxış aparılması haqqında” 13 iyun 2024-cü il tarixli baxış keçirilərkən və protokola əlavə edilmiş diskdə olan səs yazılarına məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edilmişdir ki, həmin diski Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etmişdir. Diskdə AUD-20230725-WA0022, AUD-20230808-WA0001, PTT-20230617-WA0017, PTT-20230617-WA0022, PTT- 20230617-WA0023, PTT-20230730-WA0001, PTT-20230731-WA0000, PTT-20230731 - WA0001, PTT-20230731-WA0002, PTT-20230731-WA0003, PTT-20230731-WA0007, PTT-20230731-WA0008, PTT- 20230731-WA0009, PTT-20230731-WA0010, PTT- 20230731-WA0011, PTT- ******* 1-WA0012, PTT-20230731-WA0014, PTT-20230731- WA0015, PTT-20230805-WA0003, PTT-20230806-WA0003, PTT-20231221-WA0001, PTT- 20231221-WA0004, PTT-20240215-WA0000, PTT-20240308-WA0007, İMG- 20230731-WA0013 və “Çat WhatsApp s kontaktom Naxid fovqala” adlı fayllar vardır“. AUD-20230725-WA0022” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Salam, sabahın xeyir Şirvan dayı, necəsən, mən getmirəm Bakıya zada, gedirəm işim var, bu gün iş saatı qurtarana qədər inşallah ki zəng edib çağırarlar gedib götürərsiz. Yox çağırmadılar, sabah smendən çıxıram, vse 4 saat yatacam, 10-da evdə olacam, saat 12-də çıxıb gedib 3 uzağı 4 tamamda görüşərik məndən götürərsən” deməsi müəyyən edilir. “AUD-20230808- WA0001” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “neynirsən, qaqa bayaq bilmədim Şirvan əmi idi, ya o biri idi, adlarını da bilmirəm, zəng eləmişdi, mən onda işdə idim, danışa bilmirdim, indi də gəlmişəm qaqa xəstəxanadayam, atagilin yamndaydım, səninlə heç yerə gedə bilməyəcəm, özün danış da, gör o qədər yalan danışmısan ki, uje sənə inanmırlar, de ki, bu dəfə mən söz verməmişəm ki, bacım söz verib, o nömrə də mənim nömrəmdi, sadəcə bayaq işdəydim deyə danışa bilmədim, indi də gəlmişəm xəstəxanaya, atagilin yanındayam, çıxıb çölə kənardan səs atıram” deməsi müəyyən edilir.“PTT- 20230617-WA0017” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Hə Nahid axşamın xeyir olsun bir də, nə var nə yox, necəsən, baxdım adsız nömrədi, nömrəni tanımadım, onun üçün dedim görüm bu kimdi. Çox sağol Allah səni sağ eləsin, Allah işini avand eləsin. Bacıoğlu Allah qoysa nətər bu daydaym işi 5.000-lə düzəlir, qurtarır eləmi, mən birinci gün həkimlərdən çıxım, sənədi topayım, gətirib o əmanətlə, о 500 manatla sənədi birlikdə verərəm sənə, indi Allah qoysa bu işə nə vaxt çıxacaq, başqa xərc yoxdu dayı üçün, oldu axşamın xeyir sağol ” deməsi müəyyən edilir.“PTT-20230617-WA0022” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Nahid əmi qurban, sənə yenə əziyyət verəcəm e, de görüm mənim qızımın maaşı nə qədər olacaq aylıq, bu səninlə birlikdə işləyəcək e bu 20 nömrəli hansıdı, 17-dəkidir, yəxsa 41-dəkidir, hansıdır bu 20 nömrəli” deməsi müəyyən edilir.“PTT- 20230617-WA0023” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “hə, oldu bacıoğlu, sağ ol, çox sağ ol, bir az pis çıxmasın, dedim görüm bu nə alacaq, uşağın özü üçün də maraqlıdır, görəsən nə alacaq, necə olacaq, onun üçün sənə əziyyət verdim sənə, sağ ol gözünə qurban, Allah səndən razı olsun, ” deməsi müəyyən edilir.“PTT- 20230730-WA0001” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Nahid axşamın xeyir olsun, a bala sən harda qaldın, sən niyə bir zəng edirəm, gah adboy verirsən, zəngə cavab vermirsən, nə oyundu sən çıxarırsan, səs at görək, bir cavab ver görək, sən harda qaldın, deyirdin bəs saat 3 üçün, 4 üçün verəcəm Şirvan dayıya, çatdıracam pulu Şirvan dayıya, bə sən noldun, bəs nə yerdə qaldı sənin bu məsələn” deməsi müəyyən edilir.“PTT-20230731-WA0000” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Ay Nahid bala bu nədi, bu telefonu nə açırsan, nə bir şey, mənə bu afıristlik nəyə lazımdı e ə, ay telefonum sönüb, telefona cavab verə bilmirəm, söndürürsən telefonu, telefonun çağırır, nətər telefon sönüb ki, sənin telefonun çağırır, yekə oğlansan, ayıbdır, kişi sözünə qiymət verər” deməsi müəyyən edilir.“PTT- 20230731-WA0001” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Neyniyək bala, telefona cavab ver a kişi, məni dolama, mən nə qədər xoş sifətim varsa, o qədər də pis sifətim var ha” deməsi müəyyən edilir.“PTT-20230731- WA0002” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Bala sən hardasan, sən məndən bu sözü gözləmə, sən adamı vadar eləyirsən ki, adam hər işə əl atsın, sən məni 2 ay 3 ay Bakıda gəzdirirsən 15 gün adı ilə, işə düzəltmək adı ilə pulu aldın, indi nə işə düzəltdin, nə də pulu qaytardın, belə iş olmur axı, adamı məcbur edirsən ki, başqa hərəkət edim” deməsi müəyyən edilir.“PTT-20230731-WA0003” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “A bala mənə aləmi bir-birinə qatmaq lazım deyil, sən aləmi bir-birinə qatmısan, sən elə o pulu məndən alan gün aləmi bir-birinə qatdın, mən əvvəldən Şirvana dedim, Şirvan bu adam yalan danışır, bu adam dedi düzəldib sonra pul alacam, əvvəl 500 manat min manat alacam, qalanını sonra alacam, Şirvan bu pulu buna verməyək, Şirvan dedi ki, yox bu elə oğlan deyil, bu döşünə döyən oğlandır, belədi, elədi, bunda problem olan deyil, indi mənə heç nə lazım deyil, mənim pulumu gətir ver, sənin heç bir işin lazım deyil mənə” deməsi müəyyən edilir “PTT- 20230731-WA0008” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “ümumiyyətlə bu gün mənim iş tərəfimə qətiyyən gəlməyin, sabah 10-a işləmiş 5 dəqiqə, 10 dəqiqə burdan çıxıram, NBM-dən, gələrsiz gözləyərsiz, oturarıq maşına, işimizi həll eləyərəm, amma bura gəlməyin bircə” deməsi müəyyən edilir.“PTT-20230731-WA0009” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Nahid bala mənə qaragözlük gəlmə, mənə dedin gəl, gəldim. İndi demisən 7-ə 10 dəqiqə işləmiş gəl iş yerinə pulu verəcəm, mən 7-ə 10 dəqiqə işləmiş gələcəm ora. Necə yəni izahat yazdım, nəbilim neylədim, nə izahat yazdın, sən bəyəm elə ömürlük cəzada idinmi, sən həyətə çıxa bilməsən səni cəzalandırarlar, kim nə bilir, mən nəyə gəldim, ora neylədim, lazım olsa müdirin də yanma gedərik, generalın da yanma gedərik, mayorlar var, o nömrələrini verdiyin mayorlar, onların da yanma gedək, hara lazımdır gedək, mən bilmirəm, mənim bu gün pulumu ver, mən səni fıkiləşə bilirəm, sən məni fikirləşə bilmirsən. Mənim pulumu aparıb yatırtmışsan 3 aydı orada, mən camaatdan borc alıb vermişəm sənə, bu nə hərəkətdi, mən 7-ə 10 dəqiqə işləmiş gələcəm ora” deməsi müəyyən edilir. “PTT-20230731-WA0010” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “a kişi necə yəni bu gün mənim qəti iş yerimə gəlmə, sən onu keçən həftə dedin verəcəm pulu, nə bilim dünən üçün verəcəkdin, bu gün, saxladın bu günə, bu gün də deyirsən qəti gəlmə, qardaş mən bilmirəm, lap nə olur-olsun mən gələcəm ora” deməsi müəyyən edilir. “PTT-20230731-WA0011” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “hə təkəm” deməsi müəyyən edilir.“PTT- 20230731-WA0012” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “ Nahid rəisin sənin saat 7-dən o yana qalası deyil orada, 7-də çıxıb gedəcək, 7-dəmi, 8-dəmi nə vaxt istəyirsən çıxım gəlim, gərək bu gün söhbət eləyək, görüm sən nə fikirdəsən, mən səhərə bilim nə etməliyəm” deməsi müəyyən edilir. “PTT-20230731- WA0014” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Dayı bu dəqiqə gəldi rəis, bir iki dəfə də sizi burada görüb ediblər, xəbərsiz gəlir, mən bir aydır ki, buradayam, mən inşallah qarnizona gedəcəm, mənə burada torba tikmək istəyirlər, sən and verirəm Allaha, Qurana, nə bilim e kimi çox istəyirsən onun canına, bu gün qəti şəkildə bu tərəflərə gəlməyin, mən konkret buradan zərrə də olsa çölə çıxa bilməyəcəm, hasardan da görüşəndə burada o qədər şərəfsizlər var ki, telefona çəkirlər, hər şeyi çatdırırlar, yəni mən istəmirəm problem yaşayım” deməsi müəyyən edilir.“PTT-20230731-WA0015” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Qaldı ki, dayı pul məsələsinə, bu gün neçə dəfə danışmışam, kartımı da atmışam, lap istəyirsən özün o nömrəni də yığarsan, özü də sənə deyəcək, pul heç e pulu mənə vermişsən, məndən də alacaqsan, necə deyim e sənə, utanıram bu sözü sənə deməyə, amma inanmağın üçün məcburam bunu deyirəm, sənə qurban olum məni bağışla da, deyəcəyim sözümə görə. Sabah, birigün evdəyəm, sabah birigün o pulu sənə mən özüm verəcəm və sabahı gözləyəm, birisigün oturacağıq Şirvan dayının maşınına gedəcəyik” deməsi müəyyən edilir. ’’PTT-20230805-WA0003,” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Nahid axşamın xeyir olsun, nə var, nə yox, neəcsən, a bəs sən yenə bala bu telefona niyə cavab vermirsən, indi zəng edirəm, götürüb adboy verirsən, sən niyə bizi Bakıda gəzdirirsən bala, bəs sən bu gün üçün verəcəydin pulu, bu gün də verməmisən, bəs neyləyək, səhər saat 12-də gəlirəm evinizə, görüşərik orada evin yanında, sağ ol gecən xeyrə qalsın” deməsi müəyyən edilir.“PTT-20230806- WA0003” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “ salam aleykum dayı, necəsən, nə var, nə yox, danışa bilmirdim, ona görə açmırdım, sabah inşallah saat 3-də deyəcəm görüşəcəyik” deməsi müəyyən edilir. “PTT-20231221-WA0001” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “Nahid bala mən neçə gündür zəng edirəm, mənim telefonumu da qaldırmırsan, dədənin də sənin kimi o yalan verdiyi vədlər hamısı çıxdı yalana, nolar bala daha mən sənə nə zəng eləmiyəcəm, nə də bir şey, sənə zəng eləyən oğlan sənin qulağından tutub aparıb basacaq dama, o 2000 vermişsən e, onun sənə verildi söhbəti yoxdur, 5320 manat mənə sənin borcun var, neyləyək, çox gözəl götürmə telefonu, daha mən sənə zəng edən deyiləm, sən məhkəmə qabağında cavab verərsən” deməsi müəyyən edilir. “PTT- 20240215-WA0000” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “indi gedəcəksən, indilərdə xəbər edərəm görüşərik” deməsi müəyyən edilir.“PTT- 20240308-WA0007” adlı səs yazısı dinləndikdə bir nəfər şəxsin “salam aleykum İkram dayı, necəsən, nə var, nə yox, dünən də, bu gün də, Şirvan dayı ilə danışdım, sən narahat olma da, sənin pulunun hamısı bu günə, sabaha hissə-hissə veriləcək, yaxşı, sabaha kimi bir dənə səbrli ol, Şirvan dayı hər şeyi izah eləyib ki, şikayət edirdi, bir gün saxlamışam, sabah inşallah görüşəcəyik, hə görüşməsək, gedərsən” deməsi müəyyən edilir. “İMG-20230731-WA0013” adlı fayl açıldıqda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi və səhra geyim formasında olan iki nəfər şəxsin fotoşəkli vardır. “Çat WhatsApp s kontaktom Naxid fovqala” faylı açıldıqda içərisində mesaj mətnləri vardır, həmin mətnlər çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 34-cü vərəqəsində olan “baxış aparılması haqqında” 13 iyun 2024-cü il tarixli protokola baxış keçirilərkən və protokola əlavə edilmiş diskdə olan səs yazılarına məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edilmişdir ki, həmin diski Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə Şahid1 mobil telefonuna “Whatsapp” proqramı vasitəsilə səslər göndərib oğlu Zərərçəkmiş şəxs1 bu gün-sabah işinin düzələcəyini deyir, sonradan aldığı pulları qaytaracağını etiraf edir. Cinayət işinin 2-ci cild cild 35-ci vərəqəsində olan “CD diskdə olan səs yazısına baxış keçirilməsi barədə” 31 iyul 2024-cü il tarixli protokola baxış keçirilərkən və protokola əlavə edilmiş diskdə olan səs yazılarına məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edilmişdir ki, həmin diski Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etmişdir. Diskdə olan səs yazılarında Namaz Zamanov müxtəlif vaxtlarda Şahid1 mobil telefonuna “Whatsapp” proqramı vasitəsilə səslər göndərib oğlu Nahidin eyni üsulla başqa şəxslərdən də pul alıb aldatdığını, pulları qaytara bilmədiyini, onun pulunu qaytaracağını və pulu qaytarması üçün ona vaxt verməsini, şikayət etməməsini xahiş edir. Cinayət işinin 2-ci cild cild 172-ci vərəqəsində olan “Baxış aparılması haqqında” 9 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş diskdə “516824739_SMS”, “**********39” və abunechiler” adlı fayllar vardır. Həmin faylların içərisinə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ********* saylı telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadə etdiyi 705062814, Zərərçəkmiş şəxs3 istifadə etdiyi 503686763, Zərərçəkmiş şəxs4 istifadə etdiyi 503827456, Zərərçəkmiş şəxs1 istifadə etdiyi ********* saylı telefon nömrələri arasında 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2024-cü il tarixədək çoxsaylı sms və zənglər daxil olmuş və həmin nömrələrdən göndərilmişdir. Cinayət işinin 2-ci cild 165-ci vərəqəsində olan “Baxış aparılması haqqında” 5 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdə Şahid5 məxsus 4169 7388 8990 3294 nömrəli karta 24 iyun 2024-cü il tarixdə 500 manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs məxsus 4169 7388 0605 2605 nömrəli karta 16 oktyabr 2023-cü il tarixdə 3.000, 18 oktyabr 2023-cü il tarixdə 1.500 manat, 23 oktyabr 2023-cü il tarixdə 200 manat, 1 noyabr 2023-cü il tarixdə 500 manat pul köçürülmüşdür. Bundan başqa hər iki karta müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil və məxaric olmuşdur. Cinayət işinin 2-ci cild 175-ci vərəqəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-18/2-3790/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 oktyabr 2021-ci ildən 5 may 2023-cü ilədək Nazirliyin X2 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin inspektoru, 5 may 2023cü ildən 11 dekabr 2023-cü ilədək Sumqayıt şəhər X2 İdarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində daxili xidmət leytenantı rütbəsində xidmət etmişdir. 11 dekabr 2023-cü ildə öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Nazirliyin struktur qurumlarına işə qəbulla bağlı heç bir səlahiyyətə malik deyildir. Cinayət işinin 214-247-ci vərəqələrində olan 21 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd disk, Zərərçəkmiş şəxs1 tədim etdiyi iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 170-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 63-78-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılası cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın və üzərində 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2025-ci il tarixindən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunamsına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla iki azyaşlı uşağı var. Təvəllüdləri: xx.xx.2023cü il və xx.xx.2025-ci il. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni təkrarən etibardan suiistifadə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrarən, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyan üzrə qismən ödənişlər etməsini, “Şuşanın azad olunmasına görə”, , “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını və evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə birgə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X2 hissəsinin inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə törətmişdir. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-17/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın və üzərində 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2025-ci il tarixindən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-in eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 1(060)-17/2025 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzaları ilə hazırki hökmlə təyin ediləcək dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarını Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən qismən toplamaq yolu ilə ona dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 1(060)-344/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə çəkdiyi 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabrə tutulmaqla həmin müddət, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-17/2025 saylı cinayət işi üzrə tutulduğu 04 (dörd) gün müddət, hazırki iş üzrə tutulduğu 04 (dörd) gün müddət, ümumulikdə 01 (bir) ay 06 (altı) gün müddət, təyin olunmuş əsas cəzadan çıxılmaqla onun üzərində qəti müəyyən müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları saxlanılmalı, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş müəyyən müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum cəzası müstəqil icra olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2025-ci il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübiut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə vurulmuş və ödənilməməiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Müdafiəçi xərcləri ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat, ümumilikdə 175 (yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 1(060)- 17/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-309/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə cəzasını çəkdiyi 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-17/2025 saylı cinayət işi üzrə tutulduğu 04 (dörd) gün müddət, hazırki iş üzrə tutulduğu 04 (dörd) gün müddət, ümumulikdə 01 (bir) ay 06 (altı) gün müddət təyin olunmuş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın və onun hazırda başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə vurulmuş və ödənilməməiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat, ümumilikdə 175 (yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-123/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-123/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver